Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səlahəddin
Səlahəddin — ad. Səlahəddin Əyyubi — Əyyubilər sülaləsinin ilk hökmdarı. Səlahəddin Xəlilov — AMEA-nın müxbir üzvü (2007). Səlahəddin Paşalı — Türkiyə aktyoru. Səlahəddin Qartalı — əsasən şərqdə bir çox ölkələrdə işlənin heraldik qartal şəkilidir.
Səlahəddin (el)
Səlahəddin mühafəzəsi - İraqın Respublikasının inzibati ərazi vahidi. Səlahəddin mühafəzəsinin ərazisi 24.751 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 904.432 nəfər, inzibati mərkəzi Samərra şəhəridir. Səlahəddin mühafəzəsində 804 yaşayış məntəqəsi vardır.
Səlahəddin Bahəddin
Səlahəddin Məhəmməd Bahəddin Sadiq (ərəb. صلاح الدين بهاء الدين‎; 1950, Hələbcə) — kürd siyasətçi. O, Kürdüstan İslam Birliyinin qurucusu və indiki lideridir. Səlahəddin Məhəmməd Bahəddin Sadiq 1950-ci ildə Hələbcə şəhərində anadan olmuşdur. O, 1971–1981-ci illərdə müəllim işləmişdir. Səlahəddin Bahəddin İraq ordusunda xidmət etməkdən imtina etdikdən sonra vəzifəsindən azad edilmişdir. O, BƏƏS Partiyasına qoşulmaqdan imtina etdikdən sonra işgəncələrə məruz qalmışdır. Səlahəddin Bahəddin ardınca İraqı tərk edərək 10 il İran, Türkiyə və Körfəz ölkələrində yaşamışdır. O, daha sonra 1991-ci ildə İraqa qayıtmışdır. Səlahəddin Bahəddin 6 fevral 1994-cü ildə Kürdüstan İslam Birliyinin təsisçilərindən biri olmuşdur.
Səlahəddin Bitar
Salahəddin Bitar (ərəb. صلاح الدين البيطار‎; 5 may 1912, Dəməşq – 21 iyul 1980[…], VIII arondisman (Paris)) — Suriya siyasətçisi. O, 1940-cı illərin əvvəllərində Mişel Əfləq ilə Ərəb Bəəs Partiyasını qurmuşdur. Onlar 1930-cu illərin əvvəllərində Parisdə təhsil alan tələbələr olaraq, milliyətçilik və sosializm aspektlərini birləşdirən bir doktrina formalaşdırmışdılar. Bitar daha sonra Suriyada bir neçə erkən Bəəs hökumətində baş nazir vəzifəsində çalışmış, lakin partiya daha radikallaşdıqca oradan uzaqlaşmışdır. O, 1966-cı ildə ölkədən qaçmış, daha çox Avropada yaşayıb və 1980-ci ildə sui-qəsdə uğrayana qədər siyasi fəaliyyətini davam etdirmişdir. Onun yazılarına aşağıdakılar daxildir: Al-Siyasah al-Arabiyah bayn al-Mabda wa al-Tatbiq (Prinsip və təcrübədə ərəb siyasəti). Beirut: Dar al-Taliah, 1960. Nida al-Ba'th (Bəəs mübarizəsi). Beirut: Dar al-Taliah, 1963–1965.
Səlahəddin Eyyubi
Səlahəddin Əyyubi (1138, Tikrit – 4 mart 1193, Dəməşq) — Misir, Suriya, Yəmən, Hicaz və Fələstinin Səlahəddin kürd ailəsindən sultanı və Əyyubilər sülaləsinin ilk hökmdarı. Səlahəddin Əyyubi 1187-ci il oktyabrın 2-də Qüdsü səlibçilərdən azad edərək 88 il sürmüş xristian ağalığına son qoymuş və avropalıların III xaç yürüşünü dəf etmişdir. Səlahəddin müsəlman mədəniyyətinin qəhrəmanı hesab olunur. Ailəsinin kürd əsilli olduğu güman olunur. Əyyubilər sülaləsindən idi. əl-Məlik əl-Mənsur Əsəd əd-Din Əbül-Haris Şirkuh ibn Şadi ibn Mərvan əl-Məlik əl-Əfdal Nəcm əd-Din Əyyub ibn Şadi ibn Mərvan (ərəb. الملك ألأفضل نجم الدين أيوب بن شاﺬي بن مروان‎) və Məsudə Xatun binti Tokuş un övladları: əl-Məlik əl-Müəzzəm Şəms əd-Dövlə Fəxr əd-Din Turanşah ibn Əyyub ibn Şadi ibn Mərvan əl-Məlik ən-Nasir Saləh əd-Dünya və-d-Din Əbül-Müzəffər Yusif ibn Əyyub ibn Şadi ibn Mərvan (ərəb. الملك الناصر أبو المظفر يوسف بن أيوب بن شاﺬي بن مروان‎) Arvadı: İsmət əd-Din Xatun (ərəb. عصمة الدين خاتون‎) Səlahəddin təxminən 1138-ci ildə müasir İraqın Tikrit şəhərində doğulmuş, kiçik yaşlarında təhsilini davam etdirmək üçün Dəməşqə göndərilmişdir. Onun atası Nəcməddin Əyyub, Baalbek əyalətinin əmiri idi.
Səlahəddin Kazımov
Kazımov Salahəddin Həsən oğlu (22 dekabr 1920, Qass, Zaqatala qəzası[d], Azərbaycan SSR – 2 iyul 1978, Bakı) — general-mayor, Azərbaycan SSR daxili işlər nazirinin müavini, Böyük Vətən müharibəsi illərində artilleriya diviziyası komandiri, Sovet İttifaqı Qəhrəmanı (1943). Zaqatala rayonu Qass kəndində (indiki Dağlı bələdiyyəsinin tərkibində) dünyaya göz açmış və 1941-ci ildə hərbi xidmətə çağrılmışdır. 1942-ci ilin aprelindən Mərkəzi cəbhədə 13-cü ordu tərkibində, 62-ci artilleriya alayında batalyon komandiri vəzifəsində döyüş əməliyyatında başlamışdır.Milliyətcə saxurdur. Baş leytenant S. Kazımov Desna, Dnepr və Pripyat çaylarının keçilməsi əməliyyatlarında fərqlənmişdir. 1943-cü ilin 22–23 sentyabrında Dnepr çayını keçərkən sərrast atəş ilə düşmənin atəş nöqtələrini məhv edərək alayın Dneprin sağ sahilinə keçməsini və hücüm əməliyyatının Çerniqov və Qomel istiqamətlərində genişlənməsini təmin etmiş və 1943-cü ilin 16 oktyabrında Sovet İttifaqı Qəhrəmanı adı almışdır. Müharibədən sonrakı dövrdə Azərbaycanda Daxili İşlər Nazirliyi sistemində işləmiş və general-mayor rütbəsində nazir müavini vəzifəsinə yüksəlmişdir. 1978-ci il 29 iyunda iş yerində Azərbaycan SSR daxili işlər naziri Arif Heydərovla güllələnib. Qatil Şuşa həbsxanasının təsəfüratt hissəsinin rəisi kapitan Ziya Muradov 29 iyunda Bakıya gələrək, mülki geyimdə Daxili İşlər Nazirliyinin binasına daxil olur. Nazirin qəbul otağına gələrək, nazirin böyük referenti podpolkovnik Səfixanovu Makarov tipli tapanca ilə öldürür və otağa daxil olaraq nazir Arif Heydərovu və onun müavini general Salahəddin Kazımovu qətlə yetirir. Daha sonra Z. Muradov özünü öldürür.
Səlahəddin Paşalı
Səlahəddin Paşalı (2 fevral 1990, Bodrum, Muğla ili) — Türkiyə aktyoru. Paşalı 2 fevral 1990-da Muğla, Bodrumda anadan oldu. 14 yaşında Darüşşafaka İdman Klubuna transfer olmuşdur. İnfrstruktut müddətində komanda başçısı olmuşdur. Təhsilini Budapeştdə Sənət İdarəsi oxuyaraq bitirib. Sonra Craft Emalatxanada aktyorluq təhsili alıb. İlk aktyorluq karyerasına 2017-ci ildə Show TV-də verilən "Ürək Döyüntüsü" serialı ilə başladı. Sonra 2018-ci ildə "Bir Ümid Kifayət Edər" serialında rol aldı. 2019-cu ildə isə Kanal D-də verilən "Ləkə" serialında rol aldı. 2020-ci ildə baş rollarda Halit Ergenç və Ozan Güvenin olduğu "Babil" serialı ilə karyerasına davam etdi.
Səlahəddin Quliyev
Səlahəddin Məlik oğlu Quliyev (13 iyun 1958, Səfikürd, Qasım İsmayılov rayonu – 9 sentyabr 2022) — 1994–2004-cü illərdə Azərbaycan Prezidentinin mətbuat katibi və mətbuat katibinin müavini, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, "91-lər" — 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalılardan biri Quliyev Səlahəddin Məlik oğlu 13 iyun 1958-ci ildə Azərbaycan Respublikası Goranboy rayonu Səfikürd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1965–1966-cı il tədris ilində Tatarlı kənd səkkizlik məktəbində 1-ci sinifə daxil olmuş, 1975-ci ildə Goranboy rayonu 2№ li şəhər orta məktəbini, 1969–1974-cü illərdə Goranboy şəhərində 1№li musiqi məktəbinin tar şöbəsini bitirmişdir. 1975–1976-cı illərdə Səfkürd kəndində kalxozda işləmiş, 1976–1978-ci illərdə ordu sıralarında qulluq etmişdir. 1978–1980-ci illərdə kalxozda işləmişdir. 1980–1985-ci illərdə Bakı Slavyan Universitetində və Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsil almışdır. Təhsil illərində Bakı və "Bakı axşam" qəzetlərində ədəbi işçi işləmişdir. İnstitutu bitirdikdən sonra təyinatla həmin qəzetdə işləmişdir. 1989–1991-ci illərdə Respublika Teatr Cəmiyyətində işləmişdir. 1991–1993-cü illərdə Azərittifaqda işləmişdir. 1993–2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidmətinə rəhbərlik etmişdir.
Səlahəddin Xəlil
əl-Məlikül-Əşrəf Səlahuddin Xəlil ibn Kalavun əl-Əlfi əs-Salihi (1262–1293) — Məmlük sultanı (1290–1293). Xəlil ibn Kalavun 1262-ci ildə doğulmuşdu. Məmlük sultanı əl-Məlikül-Mənsur Seyfəddin Kalavunun oğludur. Böyük qardaşı əl-Məliküs-Salih Əlaəddin Əlinin ölümü üzərinə (1288) vəliəhd oldu. Əslında Sultan Kalavun əxlaq və davranışlarından xoşnud olmadığı üçün Xəlili vəliahd təyin etmək istəmirdi. Qazı Fəthuddin İbn Əbdüzzəhir, Xəlilin vəliahd təyiniylə ilgili bəlgəni imza etməsi üçün ona arz etdiyi zaman onu müsəlmanların idarəsini üstlənəcək vasıfdə görmədiyini söyləyərək imzalamamışdı. Niyəti kiçik oğlu Məhəmmədi vəliahd təyin etməkdi. Başda naib-i saltanat Hüsaməddin Torumtay olmaqla, əmirlər də Xəlili sevmir və böyük qardaşı Əlaəddini onun zəhərlədiyini iddia edirdilar. Ancaq Kalavun bu işi Xəlildən daha yaxşı yapacak başqa bir oğlu olmadığından onun vəliahd olmasına razı olmuş, Trablusşam səfərinə çıxarkən də Misirdə onu naib olaraq buraxmışdı (1289). əl-Məlikül-Əşrəf Xəlil, Kalavunun Aqqa səfəri sırasında xəstələnməsi və qısa bir müddət sonra ölümü üzərinə Məmlük taxtına keçdi (11 noyabr 1290).
Səlahəddin Xəlilov
Səlahəddin Xəlilov (Səlahəddin Sədrəddin oğlu Xəlilov; təxəllüsü; Əbu Turxan; 22 fevral 1952, Marneuli) — fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007). Səlahəddin Xəlilov 22 fevral 1952-ci ildə Borçalı mahalında, Sarvan qəsəbəsində (indi, Gürcüstan Respublikasının Marneuli şəhərində) anadan olmuşdur. 1968-ci ildə orta məktəbi qızıl medalla bitirərək, BDU-nun fizika fakültəsinə daxil olmuşdur. 1973-cü ildə BDU-nun fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, təyinat üzrə universitetin molekulyar fizika kafedrasında saxlanmışdır. Elmi fəaliyyətini fəlsəfə ixtisası üzrə aspiranturaya qəbul olunmaqla davam etdirmişdir. Özəl "Azərbaycan" universitetini qurmuş, universitetin təsisçiliyindən çıxana qədər onun rektoru olmuşdur. Evlidir, oğlu və 2 qızı var. 1976-cı ildə “Elmi-texniki tərəqqinin sistem-struktur təhlili” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi (PhD) dərəcəsini almışdır. 1990-cı ildə “Elmi-texniki tərəqqinin məntiqi-qnoseoloji tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, ADPU-nun fəlsəfə kafedrasının professoru və müdiri vəzifəsinə seçilmişdir. 1991-ci ildə Azərbaycanda özəl təhsil sisteminin əsasını qoymuş, ilk ingilisdilli özəl gimnaziyanı, humanitar liseyi və ilk özəl universitetlərdən biri olan Azərbaycan Universitetini təsis etmişdir.
Səlahəddin mühafazası
Səlahəddin mühafəzəsi - İraqın Respublikasının inzibati ərazi vahidi. Səlahəddin mühafəzəsinin ərazisi 24.751 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 904.432 nəfər, inzibati mərkəzi Samərra şəhəridir. Səlahəddin mühafəzəsində 804 yaşayış məntəqəsi vardır.
Səlahəddin mühafəzası

Səlahəddin mühafəzəsi

Səlahəddin Özdəmir
Səlahəddin Özdəmir (türk. Selahattin Özdemir; 1963, Adana – 27 avqust 2019, Mersin) — türk arabesk musiqi sənətkarı. Özdəmir, qardaşının gənc yaşlarında dinlədiyi və daha sonra sənət aləminə girdiyi Orxan Gəncəbayın musiqilərindən xeyli təsirlənmişdir. 1982-ci ildə ilk musiqisini buraxan sənətçi 2019-cu ildə sənət dünyasını tərk etmişdir. Mersində idarəçilik edərək keçinən Səlahəddin, 56 yaşında Mersində ürək tutması nəticəsində xəstəxanada bir müddət müalicə aldıqdan sonra vəfat etmişdir. 2000-ci illərdə irəli sürdüyü ingilis dilli arabesk musiqi layihəsi o qədər də diqqət çəkməmişdir. Səlahəddin Özdəmir, Adana Dövlət Təhlükəsizlik Məhkəməsinə gəncliyində oxuduğu 4 mahnıdan peşman olduğunu bildirmiş və bu mahnıların kasetlərindən çıxarılmasını və radiolarda çalınmamasını istəmişdir. Gəncliyinin verdiyi həyəcan ilə onları oxuduğunu söyləmiş, lakin indi bu mahnıların çalındığına görə peşman olduğunu bildirmişdir. Bu mahnılar ayrılıq və sevgidən bəhs edən "Yanlış Yerde Doğmuşum", "Yaşamam Artık", "Esrar Perdesi" və "Hem Yaratıyorsun Hem Unutuyorsun"dur. Sənətçi 27 avqust 2019 tarixində Mersində ürək tutması nəticəsində 56 yaşında vəfat etmişdir.
Səlahəddin Əyyubi
Səlahəddin Əyyubi (1138, Tikrit – 4 mart 1193, Dəməşq) — Misir, Suriya, Yəmən, Hicaz və Fələstinin Səlahəddin kürd ailəsindən sultanı və Əyyubilər sülaləsinin ilk hökmdarı. Səlahəddin Əyyubi 1187-ci il oktyabrın 2-də Qüdsü səlibçilərdən azad edərək 88 il sürmüş xristian ağalığına son qoymuş və avropalıların III xaç yürüşünü dəf etmişdir. Səlahəddin müsəlman mədəniyyətinin qəhrəmanı hesab olunur. Ailəsinin kürd əsilli olduğu güman olunur. Əyyubilər sülaləsindən idi. əl-Məlik əl-Mənsur Əsəd əd-Din Əbül-Haris Şirkuh ibn Şadi ibn Mərvan əl-Məlik əl-Əfdal Nəcm əd-Din Əyyub ibn Şadi ibn Mərvan (ərəb. الملك ألأفضل نجم الدين أيوب بن شاﺬي بن مروان‎) və Məsudə Xatun binti Tokuş un övladları: əl-Məlik əl-Müəzzəm Şəms əd-Dövlə Fəxr əd-Din Turanşah ibn Əyyub ibn Şadi ibn Mərvan əl-Məlik ən-Nasir Saləh əd-Dünya və-d-Din Əbül-Müzəffər Yusif ibn Əyyub ibn Şadi ibn Mərvan (ərəb. الملك الناصر أبو المظفر يوسف بن أيوب بن شاﺬي بن مروان‎) Arvadı: İsmət əd-Din Xatun (ərəb. عصمة الدين خاتون‎) Səlahəddin təxminən 1138-ci ildə müasir İraqın Tikrit şəhərində doğulmuş, kiçik yaşlarında təhsilini davam etdirmək üçün Dəməşqə göndərilmişdir. Onun atası Nəcməddin Əyyub, Baalbek əyalətinin əmiri idi.
Səlahəddin Demirtaş
Səlahəddin Dəmirtaş (10 aprel 1973-cü ildə anadan olub) türk siyasətçisi, yazar və solçu kürd yönümlü Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədridir. O, kürdlərin sülh və ədalət uğrunda mübarizəsinin simvoludur və onun həbsi insan haqları qrupları və beynəlxalq hökumətlər tərəfindən geniş şəkildə pislənib. Dəmirtaş Türkiyənin Elazığ vilayətinin Palu rayonunda kürd ailəsində anadan olub. 1998-ci ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirib, 2004-cü ildə siyasətə başlamazdan əvvəl bir neçə il hüquqşünas kimi çalışıb. Demokratik Xalq Partiyasının (DEHAP) üzvü olaraq Diyarbəkir İl Şurasına seçilib, 2007-ci ildə isə Sülh və Demokratiya Partiyasının (BDP) üzvü olaraq Türkiyə Böyük Millət Məclisinə seçilib. O, 2011 və 2015-ci illərdə yenidən bu vəzifəyə seçilib. 2014-cü ildə Dəmirtaş Figen Yüksekdağla birlikdə HDP-nin həmsədri seçilib. HDP Türkiyədə kürdlərin hüquqlarını və demokratiyasını müdafiə edən kürdpərəst bir partiyadır. Dəmirtaş HDP-nin həmsədri kimi Türkiyə siyasətində tanınmış sima olub, mötədil və barışdırıcı ritorikası ilə tanınıb. O, Türkiyə hökuməti ilə kürd azlığı arasında potensial körpü qurucusu kimi görünürdü.
Səlahəddin Dəmirtaş

Səlahəddin Ülkümən
Səlahəddin Ülkümən (türk. Selahattin Ülkümen; 14 yanvar 1914, Antakya, Hatay ili – 7 iyun 2003 və ya 7 iyul 2003, İstanbul) — Türkiyə diplomatı. Ülkümən 1943-cü ildə Rodosun Baş Konsulu vəzifəsinə təyin edilib. Holokost zamanı o, adada yaşayan yəhudilərin Rodosdan deportasiya edilməməsi üçün onlara Türkiyə vətəndaşlığı verərək onların həyatını xilas etməsi ilə tanınır. Bu hərəkətinə görə, o, 1989-cu ildə Yad Vaşemdə İsrail tərəfindən Dünya xalqları ədalətliləri medalı ilə mükafatlandırılıb. O, ali təhsilini başa vurduqdan sonra 1936-cı ildə Xarici İşlər Nazirliyində işə başlayıb. 1943-cü ildə Rodosun baş konsulu təyin edilib. İkinci Dünya müharibəsi zamanı Yunanıstan nasistlər tərəfindən işğal edildi. Rodosu da ələ keçirən almanlar burada olan yəhudiləri həbs düşərgələrinə göndərmək qərarına gəldilər. Lakin o zaman Rodosda işləyən Ülkümən 2000 yəhudi icmasından 50-yə yaxın insanın həyatını xilas etdi.
Səlahəddin Qartalı
Səlahəddin Qartalı, əsasən şərqdə bir çox ölkələrdə işlənin heraldik qartal şəkilidir. Misir, İraq, BƏƏ, Fələstin və Yəmənnin dövlət gerblərində yer alır, lakin adı çəkilən ərəb ölkələri Səlahəddin Qartalını təmanən dəyişmiş, 1952-ci ildə çəkilmiş yeni formasını işlədirlər. Bu simvol, Əyyubilər dövlətinin qurucusu və Atabəy Nürəddin Zənginin xələfi olan hökumdar Səlahəddin Əyyubi işlətdiyi qartal şəkilini təmsil edir. Səlahəddin Əyyubi öz tayfasının sarı bayrağına Zəngilər və başqa türk tayfaları işlətdiyi Qartal şəkilini əlavə edərək şəxsi sancağı kimi işlətmişdir. Səlahəddinin dövləti vaxtında inşa edilən Qahirə Qalasının qərb divarında bir quşun barelyefi tikilib və, deyilənə görə, həmin Səlahəddin Qartalını təsvir edir, lakin bilinməyən səbəblərə görə o divardakı heykəlin başı qırıq vəziyyətdir; Osmanlı səyyahətçisi Övliya Çələbinin əsli olaraq qoşa başlı olduğunu iddia etdiyi bu qala divarındakı qartalın bu gün etibarıyla başı yoxdur. Tarixçi Jane Hathaway bildirdiyinə görə, Misir və Suriyada Fatimilər sonrası hakimiyyətə gələn Əyyubilər və Məmlüklərin hökmdarlarını sarı rəng əks edirdi. Livanda nəşr olunan "Səlahəddin əl-Əyyubi: 12–13-cü əsrlərdə Şərq-Qərb münaqişəsinin tarixi" kitabında Səlahəddin işlətdiyi qartalın rəmzinin qırmızı, və arxa rənginin isə sarı olduğu bildirilir. Avropa heraldikasında işlənən işlənən qartallardan fərqli olaraq, bu quş qanadlarını yuxarı və ya yanlara deyil, aşağı tutur — bu, qartalın göyə uçmağını bildirə bilər. 1952-ci ildən Misir dövlət rəmzi kimi işlənilir. 1963-cü ildən İraq dövlət simvolikalarında yer alır.
Mehmed Səlahəddin Əfəndi
Mehmed Səlahəddin Əfəndi (6 avqust 1861, Konstantinopol – 29 aprel 1915, Konstantinopol) — 33. Osmanlı sultanı V Muradın böyük oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Mehmed Səlahəddin Əfəndi 5 avqust 1861-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Anası Rəftaridil Qadınəfəndidir. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Vahidəddin Əfəndi, Cəlaləddin Əfəndi, İzzəddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Sarayda xüsusi təhsil almış, 15 yaşında ikən atası V Murad taxta çıxmış ancaq bir neçə ay sonra devrilərək Çırağan sarayına həbs edilmişdir. Gənclik illəri bu sarayda güclü nəzarət altında keçmiş, 1904-cü ildə atasının vəfatından sonra digər ailə üzvləri ilə birlikdə saraydan ayrılmışdır. Bu illərdə yazmağa başladığı xatirələri özünün və qardaş-bacılarının çəkdiyi əziyyətlərdən bəhs edir. 29 aprel 1915-ci ildə Üsküdar sarayında 53 yaşında vəfat etmiş, Yəhya Əfəndi türbəsinə dəfn edilmişdir. == Ailəsi == Dilazər xanım (d.
Osman Səlahəddin Əfəndi
Osman Səlahəddin Əfəndi (d. 7 iyul 1940, İsgəndəriyyə) — Osmanlı şahzadəsi və varisi. Şahzadə Osman Səlahəddin Əfəndi 1940-cı ildə İsgəndəriyyədə dünyaya gəlmişdir. Atası Sultan Muradın nəvəsi Əhməd Nihad Əfəndi, anası isə Sultan Rəşadın nəvəsi Əminə Mukbilə Sultandır. Gənclik illəri doğulduğu İsgəndəriyyə şəhərində keçmiş, İngiltərədə ali təhsil aldıqdan sonra maliyyə müşaviri olaraq illərcə çalışmışdır. İngilis, ərəb və fransız dillərini mükəmməl şəkildə öyrənmişdir. 1983-cü ildə Qahirədə vəfat edən və İsgəndəriyyədə dəfn olunan atası Əli Vasib Əfəndinin məzarı 2007-ci ilin mayında oğlu Osman Səlahəddin Əfəndinin təşəbbüsü ilə Türkiyəyə gətirildi və Sultan Rəşad türbəsinə dəfn olundu. 10-cu Osmanlı ailə rəisi Dündar Əli Əfəndinin 18 yanvar 2021-ci ildə vəfatının ardından kiçik qardaşı Harun Əfəndi ailə rəisi olmuş, ailənin ikinci yaşlı üzvü olan Osman Səlahəddin Əfəndi isə ailə rəisliyinin varisi elan edilmişdir. 27 avqust 1966-cı ildə Athena Christoforides ilə (d. 9 mart 1944) evlənsə də, 6 may 1991-ci ildə boşandı.
Səlahəddin Adil Paşa
Səlahəddin Adil Paşa (türk. Selahattin Adil) (19 yanvar 1882, Konstantinopol – 27 fevral 1962, İstanbul) — Türk əsgər və siyasətçi. Səlahəddin Adil 19 yanvar 1882-ci ildə İstanbul şəhərində anadan olmuşdur. 1902-ci ildə Qərargah kapitanı oldu. 1905-ci ildə Şam şəhərindəki 5-ci orduya, 1906-cı ildə isə Selanikdəki 3-cü orduya təyin edildi. 1906-cı ildə İstanbuldakı Türkiyə Quru Qoşunları məktəbində müəllim köməkçisi kimi fəaliyyət göstərməyə başladı. 31 mart hadisəsi zamanı Hərəkat ordusunda xidmət edirdi. 1910–1911-ci illərdə Buxarest şəhərinin meri oldu. İtaliya-Osmanlı müharibəsinə və Balkan müharibələrinə qoşuldu. Birinci Dünya müharibəsində Çanaqqala və Şərq cəbhələrində iştirak etdi.
Əziz Osman ibn Səlahəddin Əyyubi
Əziz Ömər (tam adı: ərəb. الملك العزيز عماد الدين أبو الفتح عثمان بن صلاح الدين يوسف‎; əl-Məlik əl-Əziz İmadəddin Əbülfəth Osman ibn Səlahaddin Əyyubi; 1171, Qahirə – 29 noyabr 1198) — Səlahəddinin ikinci oğlu və Əyyubi sultanı. 1198-ci ildə atdan yıxılaraq vəfat etdi və yerinə oğlu Mənsur Məhəmməd keçdi. == Həyatı == Əyyubi tarixçisi Əbülfida Əziz Osmanın Səlahəddinin ikinci oğlu olduğunu və böyük oğlu Əfdal Əlidən iki yaş kiçik olduğunu yazır. Təxmini 1186-cı ildə Səlahəddin Misirdəki dövlət işlərindən ayrılaraq yaxın qohumları ilə birlikdə Dəməşq və Hələb tərəfə çəkilmişdi. O, burada olarkən qurduğu dövlətin taleyi ilə bağlı mühüm qərarlar verdi və qardaşı Adilə də bunları qəbul etdirdi. Bu qərarlara görə birinci oğlu Əfdal Fələstinin də içərsinə daxil olduğu "Suriya və Şam əmiri", ikinci oğlu Əziz Osman "Misir sultanı", üçüncü oğlu Zahir Qazi isə "Hələb əmiri" olacaqdı. Qardaşlarından Turanşah Yəmən əmiri, Adil isə Əlcəzirə və Diyarbəkir bölgələrinə əmir təyin edildi. Həmçinin İordaniyadakı Kərak və Şüvbək qalaları da Adilə veriləcəkdi. Tarixçi Əbülfidanın yazdığına görə, 12-ci əsrin 80-ci illərində Səlahəddin 14 yaşlı oğlu Əziz Osmanı Misirə vali təyin etdi və gənc Əziz Osman bu vəzifəni əmisi Adillə bölüşdü.
Adilə Sultan (Mehmed Səlahəddin Əfəndinin qızı)
Adilə Sultan (7 fevral 1887, Konstantinopol – 7 dekabr 1973) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Adilə Sultan 7 fevral 1887-ci ildə babasının taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Atası Sultan Muradın oğlu Səlahəddin Əfəndi, anası isə onun ikinci xanımı Tövhidə Zatıgül xanımdır. Babasının vəfat etdiyi 1904-cü ilədək bu sarayda nəzarət altında yaşayan Adilə Sultan daha sonra digər ailə üzvləriylə birlikdə Üsküdar sarayına köçürüldü. 15 may 1910-cu ildə Göztəpə köşkündə Arif Paşanın oğlu Faiq bəylə nikahlandı. Ancaq cəmi 3 il sonra cütlük boşandı və bu nikahdan övladları olmadı. 3 aprel 1914-cü ildə ikinci evliliyi Moralızadə Mehmed Əli bəyin oğlu Səlahəddin Əli bəylə baş tutdu və bu nikahdan bir qızı dünyaya gəldi. Ancaq ərinin 1918-ci ildə vəfatının ardından Adilə Sultan dul qaldı və bir daha evlənmədi. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Adilə Sultan da qızı Nilüfər xanım Sultanla birlikdə sürgünə göndərildi. Sürgün illərini bir çox ailə üzvləri kimi Fransanın Nitsa şəhərində keçirən Adilə Sultan burada son xəlifə Əbdülməcid Əfəndinin himayəsində yaşadı.
Salahəddin Kazımov
Kazımov Salahəddin Həsən oğlu (22 dekabr 1920, Qass, Zaqatala qəzası[d], Azərbaycan SSR – 2 iyul 1978, Bakı) — general-mayor, Azərbaycan SSR daxili işlər nazirinin müavini, Böyük Vətən müharibəsi illərində artilleriya diviziyası komandiri, Sovet İttifaqı Qəhrəmanı (1943). Zaqatala rayonu Qass kəndində (indiki Dağlı bələdiyyəsinin tərkibində) dünyaya göz açmış və 1941-ci ildə hərbi xidmətə çağrılmışdır. 1942-ci ilin aprelindən Mərkəzi cəbhədə 13-cü ordu tərkibində, 62-ci artilleriya alayında batalyon komandiri vəzifəsində döyüş əməliyyatında başlamışdır.Milliyətcə saxurdur. Baş leytenant S. Kazımov Desna, Dnepr və Pripyat çaylarının keçilməsi əməliyyatlarında fərqlənmişdir. 1943-cü ilin 22–23 sentyabrında Dnepr çayını keçərkən sərrast atəş ilə düşmənin atəş nöqtələrini məhv edərək alayın Dneprin sağ sahilinə keçməsini və hücüm əməliyyatının Çerniqov və Qomel istiqamətlərində genişlənməsini təmin etmiş və 1943-cü ilin 16 oktyabrında Sovet İttifaqı Qəhrəmanı adı almışdır. Müharibədən sonrakı dövrdə Azərbaycanda Daxili İşlər Nazirliyi sistemində işləmiş və general-mayor rütbəsində nazir müavini vəzifəsinə yüksəlmişdir. 1978-ci il 29 iyunda iş yerində Azərbaycan SSR daxili işlər naziri Arif Heydərovla güllələnib. Qatil Şuşa həbsxanasının təsəfüratt hissəsinin rəisi kapitan Ziya Muradov 29 iyunda Bakıya gələrək, mülki geyimdə Daxili İşlər Nazirliyinin binasına daxil olur. Nazirin qəbul otağına gələrək, nazirin böyük referenti podpolkovnik Səfixanovu Makarov tipli tapanca ilə öldürür və otağa daxil olaraq nazir Arif Heydərovu və onun müavini general Salahəddin Kazımovu qətlə yetirir. Daha sonra Z. Muradov özünü öldürür.
Səbahəddin Şimşir
Səbahəddin Şimşir (türk. Sebahattin Şimşir; 9 fevral 1966, Balıkəsir ili) — Türkiyə tarixçisi, Azərbaycan siyasi mühacirət tarixinin araşdırıcısı, tərcüməçi, tarix elmləri doktoru, professor. Səbahəddin Şimşir 9 fevral 1966-cı ildə Türkiyə Cümhuriyyətinin Balıkesir bölgəsinin Kayapa ilçəsinə bağlı İvrindi məhəlləsində anadan olmuşdur. Kayapa ibtidai məktəbini, Bandırma Şəhid Süleyman bəy orta məktəbini, Balıkesir Muharrem Hasbi Koray Liseyini bitirmişdir. 1990-cı ildə Ege Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölümündən məzun olmuşdur. Təhsilini bitirdikdən sonra Ege Universitetinin Tarix bölümündə müəllim kimi çalışmağa başlamışıdr. Magistratura və doktorantura təhsilini Ege Universiteti Sosial Elmlər İnstitutunda (Sosyal Bilimlər Enstitüsü) tamamlamışdır. 2001-ci ildə de Balıkesir Universiteti Atatürk İlkeləri ve İnkılab Tarixi bölümündə müəllim kimi fəaliyyətə başlamışdır. 2002-ci ildə Balıkesir Universitetinin Tarix bölümündə Türk dünyası tarixi ixtisası üzrə dosent əvəzi, daha sonra dosent adını almışdır. 2004–2008-ci illərdə Qazaxıstanın Almatı şəhərindəki Abay Dövlət Pedaqoji Universitetində bölüm başkanı kimi fəaliyyət göstərmişdir.
Səbahəddin Əli
Səbahəddin Əli (25 fevral 1907[…] – 2 aprel 1948[…], Kırklareli) — Türkiyə şairi və yazıçısı. Səbahəddin Əli (1907–1948) hekayə və roman yazarı kimi tanınır. Hazırda Bolqarıstan ərazisində qalan Eğridere qəsəbəsində əsgər ailəsində anadan olub. Atası ilə Çanaqqala döyüşü zamanı Edremitə köçür. Burada 1918–1921-ci illərdə ibtidai təhsil alır. Atası yunan işğalı dövrü burada ticarətlə məşgul olur. Gənc yaşında içinə düşdüyü bu Anadolu kənd və qəsəbələri ilk romanı Kuyucaklı Yusif üçün qaynaq olur. 1922-ci ildə Balıkesir Müəllim Məktəbinə girir. Burada şeir və hekayələr yazır. Sinif yoldaşları ilə bir sinif qəzeti çıxarırlar.
Seracəddin
Seracəddin (fars. سراج‌الدین‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 30 ailədə 74 nəfəri kişilər və 73 nəfəri qadınlar olmaqla cəmi 147 nəfərdir. Kəndin əhalisini ərəblər təşkil edir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Şəhabəddin
Şəhabəddin — kişi adı. Şeyx Şəhabəddin Mahmud Əhəri — təsəvvüf alimi, "Şəhabilik" təriqətinin banisi. Xədim Şəhabəddin Paşa — Osmanlı sultanı II Murad və Fateh Sultan Mehmed dönəmlərində vəzir. Şəhabəddin Abdulla Mirvarid — şair, musiqiçi, katib. Şəhabəddin Mərcani Şəhabəddin Əhməd bəy Ramazanoğlu Digər Şəhabəddin (Qürvə) Şəhabəddin (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Molla Şəhabəddin (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd.
Şərafəddin
Şərafəddin — ad. Şərafəddin Salahov — 20 Yanvar Şəhidi. Şərafəddin İlkin Şərafəddin İzmir Şərafəddin Kılıç — auditor, mühasib və siyasətçi; Şərafəddin Can Atalay — hüquqşünas və siyasətçi; Şərafəddin Elçi — Türkiyə Böyük Millət Məclisinin XVI və XXIV çağırış deputatı.