Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Araz tıs-tısı
Araz tıs-tısı (lat. Acantholimon araxanum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == İran-Turan coğrafi elementinə daxildir. Cənubi Qafqaz, Cənub-Qərbi Asiya, Anadolunun cənub-şərqi, İranın şimal-qərbi, Qərbi Azərbaycan ostanının Xoy şəhristanı və Araz çayı ətrafında yayılmışdır. == Botaniki təsviri == 20-35 sm diametrində yastığı seyrək və yarımkürəşəkilli, alçaq koldur. Yaz yarpaqları qısa, yastı, 2 mm enindədir. Yay yarpaqları göyümtül-açıq yaşıl, yastı, üçtilli, xətti-bizşəkilli, sərt, 3-5 (5,5) sm uzunluqda və 1-1,5 sm enində, iti, kənarları narın kirpikli, kələ-kötürdür. Çiçək daşıyıcısı 15-20 sm hündürlükdə olub, yarpaqdan uzun, çılpaq, yuxarı hissəsi kəskin qıvrım, kövrək, adətən 1-2 yan budaqlı, bəzən isə sadədir. Çiçəkləri sünbül çiçək qrupunda yerləşmiş, sünbülcükləri 11-14 mm uzunluqda olub, birçiçəklidir. Çiçəkaltlığı çılpaq, xaricdəki 5-9 mm uzunluqda, üçbucaqlı, daxildəkilərdən qısa, yaxud onlara bərabər, sivriləşmiş, ensiz, pərdəvari haşiyələnmişdir.
Fomin tıs-tısı
Fomin tıs-tısı (lat. Acantholimon fominii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması: == Qafqaz dağları ərazisində təbii halda geniş yayılmışdır. == Botaniki təsviri == Təbiətdə alçaq kolcuqdur. Yastıqcıqları möhkəm, yarımşarşəkilli, diametri 10-20 sm-dir. Yay yarpaqları intensiv göyümtül, hamar, üç hissəli, xətvari-lansetvari, çox cod, uzunluğu 1-2 (3) sm və eni 1-1,5 mm, çılpaq, ucu biz, kənarları xırda tükcüklüdür. Yaz yarpaqları çox qısa və bir qədər enlidir. Çiçək saplaqları 4-10 dəfə yarpaqlardan uzun, hündürlüyü 10-18 sm, nazik, yuxarı hissəsi çox dalğalı, sadə və ya az budaqlı, qısa tükcüklü və ya təxminən çılpaq ola bilir. Çiçəkləri çiçək qrupunda seyrək yerləşmişdir. Sünbüllər arasındakı məsafə onların uzunluğundan bir az çoxdur və ya sünbüllərin uzunluğuna bərabərdir.
Fyodorov tıs-tısı
Fyodorov tıs-tısı (lat. Acantholimon fedorovii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqazda geniş yayılmışdır. == Botaniki təsviri == Kiçik kolcuqdur. Budaqları əsasa qədər köhnə yarpaqlarla örtülüdür. Yarpaqların hamısı demək olar ki, üfüqi, oturaq olub, göyümtül, çılpaq, kənarları boyunca hamar və ya aşağı hissəsində az və ya çox dərəcədə qısa, nadir hallarda kirpikciklidir. Yarpaqların əsası tükcüklüdür. Çiçəkaltlıqları kasacığın borucuğundan qısa, çılpaq və parlaqdır. Xarici çiçəkaltlığı 3 mm uzunluqda olub, yuxarıdan dəyirmi, küt və ya bir qədər itiləşmişdir. Daxili çiçəkaltlıqları 4 mm uzunluqda olub, yuxarı hissədə dəyirmi, küt, azacıq itiləşmişdir.
Hohenaker tıs-tısı
Hohenaker tıs-tısı (lat. Acantholimon hohenackeri) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Talış (Zuvand), Cənub-Qərbi Asiya, Cənub-Şərqi Anadolu və İranda təbii halda yayılmışdır. İran-Turan coğrafi elementinə daxildir. Talışdan təsvir edilmişdir. == Botaniki təsviri == Diametri 25-35 sm olan, yastıqvari formalı kolcuqdur. Yastığı sıx, yarpaqları çoxsaylı, ərpli nöqtələr hesabına göyümtül və bizvari-xətlidir. Çiçəkləri son sünbüldə toplanıb, ikicərgəli, 7-9 sünbülcüklüdür. Sünbülcüyü tək çiçəklidir. Çiçəkaltlıqları qırmızımtıl, daxildəkilər qırmızı haşiyəlidir.
Kalver tıs-tısı
Kalver tıs-tısı (lat. Acantholimon calvertii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Türkiyədə təbii halda yayılmışdır. Türkiyənin şimal-şərqindən təsvir olunmuşdur. == Botaniki təsviri == Yastıqları incə budaqlı olub, yaşıldır. Yarpaqları çox ensiz, uzun, xətli olub, yastılaşmış formada və kənarları boyunca nahamardır. Çiçək qrupu bir qədər yarpaqlardan uzun, çiçək qrupunun oxu tükcüklüdür. Sünbülcükləri 5-7-dir. Kasacığın borucuğu demək olar ki, çılpaq və ya zəif tükcüklü olub, büküyü qırmızımtıldır. Çiçəkyanlıqları çılpaqdır.
Karelin tıs-tısı
Karelin tıs-tısı (lat. Acantholimon karelinii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Cənub-Qərbi Asiya, Anadolunun şimal-şərqi, İranda yayılmışdır. Naxçıvan MR ərazisindən toplanan nümunələrə əsasən təsvir olunmuşdur. == Botaniki təsviri == 8-20 sm hündürlüyündə, 30-35 sm diametrində, seyrək yastığı olan kolcuqdur. Xarici çiçəkaltlığı daxili çiçəkaltlığından bir qədər qısadır. Daxili çiçəkaltlıqları kasacığın yarısının uzunluğundan bir qədər artıqdır. Kasacıq büküyünün pərdələri iti və ya azacıq iti sonluqludur. Onların mərkəzi boyunca paylanmış damarcıqları kasacığın büküyünün kənarına çatır və ya ondan uzundur. Çiçək saplaqları süpürgəvari-sünbülcüklü və yarpaqlardan xeyli hündürdür.
Manakyan tıs-tısı
Manakyan tıs-tısı (lat. Acantholimon manakyanii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Cənub-Qərbi Asiya və İranda təbii halda yayılmışdır. İran-Turan coğrafi elementinə daxildir. == Botaniki təsviri == 10–20 sm hündürlüyündə, seyrək yastığı olan, alçaq koldur. Yarpaqları 3–5 (2–6) sm uzunluqdadır. Çiçəkləri süpürgəvari çiçək qrupunda yerləşmişlər. Kasacığı 8–9 (10) mm uzunluqda olub, bir qədər qıfşəkillidir. Daxili çiçəkaltlıqları demək olar ki, bir-birinə bərabər olub, kasacığın (1/2) 2/3 hissəsini təşkil etməklə, uzunsov və ya kürəşəkilli, iti ucludur. Xarici çiçəkaltlıqları daxili çiçəkaltlıqlarının 1/2–2/3 hissəsinə bərabər olub, oval formalıdır.
Səhənd tıs-tısı
Səhənd tıs-tısı (lat. Acantholimon sahendicum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == İran İslam Respublikası Təbriz şəhərinin cənubunda, Səhənd dağında, Şimal-qərbində, Qafqaz, Cənub-Qərbi Asiyada təsvir edilmişdir. == Botaniki təsviri == Yastıqvari formalı, 15-30 sm diametrində olan kolcuqdur. Yastığı boş və kiçikdir. Yarpaqları yaşıl, yastı, üçtilli, xətli-bizvari və kənarları kələ-kötürdür. Çiçəkləri son sünbüldə toplanıb, ikicərgəli, 2-7 sünbülcüklüdür. Sünbülcüyü tək çiçəklidir. Kasacığı qıfvari, büküyü ağ və çılpaq damarlıdır. Tacı parlaq çəhrayıdır.
Taxtacan tıs-tısı
Taxtacan tıs-tısı (lat. Acantholimon takhtajanii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Şimal-Qərbi Asiya, Türkiyənin Ərzurum əyaləti, Şimal-Şərqi Anadoluda təbii halda yayılmışdır. == Botaniki təsviri == Sıx, yarımkürəşəkilli yastığa malik, diametri 15-40 sm olan alçaq koldur. Budaqları sıx yerləşmişdir. Sərt yarpaqları 1-2 (1,5-2,5) mm enində, 1-3 (1,5-4) sm uzunluqda olub, bozumtul-yaşıl rəngli, çılpaq, yastılaşmış üç hissəli və xətvari şəkillidir. Çiçək qrupu 8-15 sm uzunluqda olub, oxu demək olar ki, düz və ya bir qədər əyilmişdir. Çiçəkaltlıqları qırmızımtıl və çılpaqdır. Xarici çiçəkaltlıqları yumurtavari, itiuclu, ensiz haşiyəli olub, daxili çiçəkaltlıqların (1/2) 2/3-3/4 hissəsinə bərabərdir. Daxili çiçəkaltlıqları bir-birinə bərabərdir.
Trautvetter tıs-tısı
Trautvetter tıs-tısı (lat. Acantholimon trautvetteri) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Naxçıvan MR-dan toplanan materiallara əsasən təsvir edilmişdir. İran-Turan coğrafi elementinə daxildir. == Botaniki təsviri == 20-30 sm diametrində, yarımkürəşəkilli olan alçaq koldur. Çiçək saplağı çılpaqdır. Yarpaqları xətli, üçkənarlı, qabarıq (yastıqdan bir balaca yuxarı qalxır), 3-4 sm uzunluqdadır. May-iyun ayında çiçəkləyir, iyun-iyulda toxumları yetişir. == Ekologiyası == Kserofitdir. Quru yamaclarda bitir.
Vedi tıs-tısı
Vedi tıs-tısı (lat. Acantholimon vedicum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqində geniş yayılmışdır. == Botaniki təsviri == 25 sm diametrində, sıx yastığa bənzər kolcuqdur. Yarpaqları 2-3 sm uzunluqda, 1 mm enində olub, sərt, bizvari, çılpaq, aşağı tərəfdən kənarları boyunca seyrək və qısa kirpikcikli, çox hallarda bənövşəyi ucluqludur. Çiçək saplaqları sadə, kövrək və kələ-kötür olub, təxminən 15 sm uzunluqda və ya çox hallarda yarpaqlardan hündürdür. Sünbülcüklərin uzunluğu 10-11 mm olub, kifayət qədər uzunsünbül çiçək qrupunda toplanmışlar. Çiçəkaltlığı çılpaqdır. Xarici çiçəkaltlığı 7-9 mm uzunluqda olub, daxili çiçəkaltlığından uzun, nadir hallarda isə ona bərabər olur. Xarici çiçəkaltlığı adətən kasacığın uzunluğunun yarısına bərabər, uzunsov-neştərşəkilli, əsasından başlayaraq tədricən itiləşir, nadir hallarda isə ikiyə bölünmüş ucluqla qurtarır.
Şamaxı tıs-tısı
Şamaxı tıs-tısı (lat. Acantholimon schemachense) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Azərbaycanda təbii halda geniş yayılmışdır. == Botaniki təsviri == Alçaq koldur. Yastıqcığı çox möhkəm, yarımşarşəkilli, diametri 15-35 sm-dir. Yay yarpaqları açıq göyümtül, çoxsaylı, əhəngli nöqtəli, hamar, üçhissəli, cod, qısa, uzunluğu 5-7 (bəzən 10-15) mm, eni təxminən 1 mm, ucu biz, çılpaq, kənarları xırda tükcüklü, sıx oturandır. Yaz yarpaqları bir az qısa və enlidir. Çiçək saplaqları qısa, təx¬minən yarpaqlardan uzun deyil, əsasən sadə, bəzən az budaqlı, hündürlüyü 2-2,5 sm, çox qısa tükcüklüdür. Çiçəkləri seyrək 1-5 (6) sünbüllərdə yerləşir. Sünbüllərin uzunluğu (9) 10–12 mm, birçiçəklidir.
Tıs-tıs
Tıs-tıs (lat. Acantholimon) — qərənfilçiçəklilər sırasının plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Beşdilim tıs-tıs
Beşdilim tıs-tıs (lat. Acantholimon quinquelobum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Cənub-Qərbi Asiyada geniş yayılmışdır. İlk dəfə İranın Xorasan əyalətində təsvir edilmişdir. == Botaniki təsviri == 30- 40 sm diametrində, seyrək və yarımkürəşəkilli yastığa malik alçaq koldur. Yarpaqları yaşıl, üçtilli, kənarları kirpikli və kələ- kötürdür. Xarici çiçəkaltlığı daxili çiçəkaltlığından çox qısadır. Daxili çiçəkaltlıqları kasacıq borucuğuna bərabər və ya bir azca ondan qısadır. Kasacığın büküyünün pərdələri kəsimli və qısalmış damarcıqlar arasında yerləşmişlər. Çiçək saplaqları budaqlı, çılpaq və ya aşağı hissədən qısa tükcüklü olub, yarpaqlardan çox hündürdür.
Bizəoxşar tıs-tıs
Bizəoxşar tıs-tıs (lat. Acantholimon acerosum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Cənub-Qərbi Asiya, İran-Turan coğrafi elementinə daxildir. == Botaniki təsviri == Diametri 15-25 sm olan yastıqvari formalı alçaq koldur. Yarpaqları 3-4 (1,5-5) sm uzunluqda, 1,0-1,5 mm enində olub, xətvari-bizvaridir. Aşağı hissədə yastı, yuxarıda üç hissəli, sərt, qalın, tikanlı olub, kənarları boyunca kirpikciklidir. Çiçək oxu sadə və ya bir yan budaqlı olub, 25 sm uzunluqdadır. Çiçəkləri çiçək qrupunun qalın oxu üzərində, az və ya çox dərəcədə bərabər məsafələrdə paylanmışdır. Sünbülcüklərin uzunluğu 15 mm-ə bərabərdir. Xarici çiçəkaltlıqları bir qədər uzun olub, nadir hallarda daxili çiçəkaltlığına bərabər və ya onlardan qısadır.
Gəvəni tıs-tıs
Gəvəni tıs-tıs (lat. Acantholimon tragacanthinum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Anadolunun şimal-şərqi, İranın şimal-qərbində geniş yayılmışdır. İranın qərbindən təsvir olunmuşdur. == Botaniki təsviri == 10 sm-dək hündürlüyü olub, budaqlanmamış və ya bir-iki budaqlı kolcuqdur. Yarpaqları boz-göyümtül, 1-3 (4) sm uzunluqda, yuxarı yarpaqlardan fərqli olaraq üfüqi yerləşib və ya aşağı yönəlmişlər. Sünbülcükləri 10 mm uzunluqdadır. Kasacığı 8 mm uzunluqda olub, aydın seçilən, qıfşəkillidir. Daxili çiçəkaltlıqları demək olar ki, bir-birinə bərabər olub, kasacıq borusunun 2/3-4/5 hissəsini təşkil edir, neştərşəkilli və ya uzunsov kürəşəkillidir. Xarici çiçəkaltlığı geniş yumurtavari olub, iti və daxili çiçəkaltlıqlarının 1/2-4/5 hissəsini təşkil edir.
Nazikquyruq tıs-tıs
Nazikquyruq tıs-tıs (lat. Acantholimon lepturoides) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqi və Gürcüstan ərazisində təsvir olunmuşdur. == Botaniki təsviri == Yastıqları çox sıx, kürəvari formalı olub, 10-15 (20) sm diametrində alçaq kolcuqdur. Yay yarpaqları açıq göyümtül, hamar, üç hissəli, neştərşəkilli- xətvari və ya xətvari-bizvari, cod, bünövrəsində uzunluğu 12-25 (30) mm və eni 1-2 mm, ucu biz, iynəli, çılpaq olub, kənarları xırda tükcüklüdür. Yaz yarpaqları qısa və bir az enlidir. Çiçək saplaqları yarpaqlardan çox uzun, hündürlüyü 10-20 sm, sadə, bəzən 1-2 yan budaqlı, çılpaq və ya bəzən qısa tükcüklüdür. Çiçəkləri çiçək qrupunda seyrək yerləşir. Sünbüllər arasındakı məsafə onların uzunluğundan çoxdur və ya uzunluğuna görə sünbüllərə bərabərdir. Sünbüllər 10-11 mm olub, bir çiçəklidir.
Nazikçiçək tıs-tıs
Qərənfilli tıs-tıs
Qərənfilli tıs-tıs (lat. Acantholimon caryophyllaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Şərqi Anadolu, İranın şimal-qərbi, Şimali İraq, Cənub-Qərbi Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Yarımkürəşəkilli formalı, seyrək yastığa malik, diametri 20-30 sm olan kolcuqdur. Yarpaqları yaşıl, üçtilli, kənarları kirpikcikli və kələkötürdür. Çiçəkdaşıyıcısı sadə, kələ-kötür, yuxarısı zəif qırışlıdır. Sünbülcüyü az dağınıq və eyni çiçəklidir. Kasacığı qıfvari, büküyü ağ və 5 damarlıdır. Tacı, ləçəkləri parlaq çəhrayıdır. İyul-avqust ayında çiçəkləyir, avqust-sentyabrda toxumları yetişir.
Topalaoxşar tıs-tıs
Topalaoxşar tıs-tıs (lat. Acantholimon festucaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Cənub-Qərbi Asiyada yayılmışdır, İranın şimalından təsvir edilmişdir. == Botaniki təsviri == Sıx, yastıqvari kol, demək olar ki, çılpaqdır. Yaz yarpaqları yastı və ya xətli, bizşəkillidir. Yay yarpaqları yastı üçkünclü, seyrək, ağ nöqtəlidir. Yarpaqları 1,5-2,5 (3) sm uzunluqda olub, göyümtül-açıq, yaşıl rənglidir. Köhnə yarpaqları üfüqi yerləşib, aşağı doğru yönəlmişlər. Çiçək qrupu 10-15 sm uzunluqda olub, 3-7 çiçəkli, kövrək və yuxarı budaqların sonunda yerləşmişdir. Çiçək oxu tükcüklüdür.
Tükcüklü tıs-tıs
Tükcüklü tıs-tıs (lat. Acantholimon puberulum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Cənub Qərbi Asiya, Türkiyədə təbii yayılmışdır. Türkiyə ərazisində təsvir olunmuşdur. == Botaniki təsviri == Yaşıl yarpaqları qısa budaqlıdır. Yarpaqları demək olar ki, oturaq, məxməri tükcüklüdür. Aşağı yarpaqları yastı, qalanları isə az və ya çox dərəcədə nazik və çılpaq olub, bizvaridir. Oxları tükcüklü olub, qısa, nadir hallarda uzunluğu yarpaqların uzunluğuna bərabərdir. Sünbülü qısa olub, 3-5 sünbülcükdən ibarətdir. Çiçəkaltlıqları bütünlüklə və ya əsasən otvaridir.
Zərli tıs-tıs
Zərli tıs-tıs (lat. Acantholimon glumaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Şərqi Anadolu, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqində təsvir edilmişdir. İran-Turan coğrafi elementinə daxildir. == Botaniki təsviri == 15-40 sm diametrində olan kolcuqdur. Yastığı, olduqca sıx yarpaqları ərpsiz, xətli-bizvari və sərtdir. Çiçəkləri son sünbüldə toplanıb, ikicərgəli, 5-11 sünbülcüklüdür. Çiçəkaltlıqları pulcuqvari, xarici geniş-yumurtavari, daxildəki uzun və ağ haşiyəlidir. Kasacığın borusu damar boyu tükcüklü, büküyü ağ olub, qara-bənövşəyi damarlıdır. Tacı iri və parlaq qırmızıdır.
Çiçəkaltlıqlı tıs-tıs
Çiçəkaltlıqlı tıs-tıs (lat. Acantholimon bracteatum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Şərqi Anadolu, İran, Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Diametri 10-15 sm olan yastıqvari formalı alçaq koldur. İran-Turan coğrafi elementinə daxildir. Yastığı olduqca sıxdır. Yarpaqları dağınıq şəkildə olub, iynəvari tikanlıdır. Çiçək oxu 2-3 dəfə yarpaqlardan uzundur. Sünbül 2-5 çiçəklidir. Xarici çiçəkaltlıqları yumurtavari, dəyirmi-pərdəvari, iri olub, çiçəkləri əhatə edirlər.
Dişi
Dişi — daşınamayan artıma hüceyrəsi (yumurta) çıxaran fərdlərə deyilir. == Simvol == Ümumiyyətlə Veneranın simvolu (♀) dişilər üçün istifadə edilir.
Kişi
Kişi — erkək insandır. "Kişi" sözü yetkinlik yaşına çatmış insanlar barəsində işlənilir, bu sözun tayı az yaşlı uşaqlara və ya yeniyetmələrə oğlan deyilir. Leonardo da Vinçinin "Vitruvius İnsanı" bir kişinin nisbətini göstərməktədir == Kişilik yaşı == Kişilik erkək insanın bir baliğ mərhələyə qədəm qoymasıdır. Müxtəlif sünnət əsaslı icmalar bu mərhələyə keçmək üçün xüsusi mərasimlər qururlar. Modern icmalarda qanun bu mərhələni təyin edir. Bu baliğ mərhələsinə yetən oğlan bundan sonra kişi adlanır və qanun baxımından öz işlərinin məsulu və cavab vericisidir.
Pişi
Pişi və ya baursaq – Mərkəzi Asiya, Monqolustan, Orta Şərq, türk mətbəxində qızartma xəmir yeməyi. Qırğız, qazax, türk kimi müxtəlif növləri var. == Hazırlanması == Pişinin hazırlanmasında un, su, duz və mayadan istifadə olunur. Lakin şəkər, bal, mürəbbə, yağdan da istifadə oluna bilər. Bütün ərzaqlarla hazırlanan xəmir mayalanmaya buraxılır və kündələr hazırlanır. Kündələr qızğın yayda qızardıldıqdan sonra servis edilir. Qars vilayətində saçaqlı pendirlə birlikdə süfrəyə verilir. == Rekordlar == Dünyada ən böyük pişi 20 aprel 2014-cü ildə Rusiyanın Ufa şəhərində hazırlanmışdır. Pişinin hazırlanmasında 1006 yumurtadan, 25 kiloqram şəkərdən, 70 kiloqram undan, 50 kiloqram baldan istifadə olunmuşdur, çəkisi isə 179 kiloqram idi.
Tibi
Tibi (isp. Tibi) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vals-d-Alkoy ərazisinin 70,38 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1745 nəfərə çatmışdır.
Tiksi
Tiksi (saxa Тиксии) — Saxa Respublikasının Bulun ulusunun mərkəzi olan, şəhər tipli qəsəbə. Rusiyanın ən ucqar şimal ərazisində yerləşən dördüncü yaşayış mənyəqəsidir (Dikson, Xatanqa, Dikson). == Coğrafiya == Şəhər qütb en dairəsi daxilində, Lena deltası yaxınlığında, Laptevlər dənizinin Tiksi buxtasında yerləşir. == Tarixi == Şimal dəniz yolu üzərində dayanacaq məntəqəsi kimi 1933-ci ildə əsası qoyulmuşdur. Bir il öncə isə Tiksinin yaxınlığında 1932-ci ildə Qütb stansiyası istifdəyə veilmişdir. 1957-ci ildə Qütb qeokosmofizik abservatoriya istifadəyə verilir. 1939-ci ildə yaşayış məntəqəsinə şəhər tipli qəsəbə statusu verilir. 1941—1944-ci illərdə burada SSRİ-nin daxili konvoy məntəqəsi rolunu oynayırdı. Halbu ki, bu ərəfələr ərazidə almanların sualtıqayıqları və torpedo katerləri yerləşirdi (gizli baza). == Nəqliyyat == Gəmiçilik Gəmiçilik üçün cəmi 3 aydan az müddətdə yararlı olur.
Tiri
Tiri — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
Tiski
Tiksi (saxa Тиксии) — Saxa Respublikasının Bulun ulusunun mərkəzi olan, şəhər tipli qəsəbə. Rusiyanın ən ucqar şimal ərazisində yerləşən dördüncü yaşayış mənyəqəsidir (Dikson, Xatanqa, Dikson). == Coğrafiya == Şəhər qütb en dairəsi daxilində, Lena deltası yaxınlığında, Laptevlər dənizinin Tiksi buxtasında yerləşir. == Tarixi == Şimal dəniz yolu üzərində dayanacaq məntəqəsi kimi 1933-ci ildə əsası qoyulmuşdur. Bir il öncə isə Tiksinin yaxınlığında 1932-ci ildə Qütb stansiyası istifdəyə veilmişdir. 1957-ci ildə Qütb qeokosmofizik abservatoriya istifadəyə verilir. 1939-ci ildə yaşayış məntəqəsinə şəhər tipli qəsəbə statusu verilir. 1941—1944-ci illərdə burada SSRİ-nin daxili konvoy məntəqəsi rolunu oynayırdı. Halbu ki, bu ərəfələr ərazidə almanların sualtıqayıqları və torpedo katerləri yerləşirdi (gizli baza). == Nəqliyyat == Gəmiçilik Gəmiçilik üçün cəmi 3 aydan az müddətdə yararlı olur.
Tiso
Tiso — Linyphiidae fəsiləsinə aid hörümcək cinsi.
Tivi
Tivi (Ordubad)
Tsısi
Tsısi, Tsı Si (29 noyabr 1835, Pekin – 15 noyabr 1908) — Tzin Çin imperiyasının Böyük imperatriçası,1861-ci ildən 1908-ci ilə qədər bütün ali hakimiyyəti öz əlində cəmləşdirmişdir.
Təsi
Təsi — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 mart 1995-ci il tarixli, 1008 saylı Qərarı ilə Qobustan rayonunun Bədəlli kənd inzibati ərazi vahidinin Təsi kəndi Yekəxana kənd inzibati ərazi vahidi tərkibinə verilmişdir. == Toponimikası == Yerli məlumata görə, Təsi kəndin əsasını qoymuş şəxsin adıdır. Bəzi mənbələrə görə, təsi monqol tayfalarından birinin adıdır. Monqolustan ərazisində Təsi adlı çay da vardır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 386 nəfər əhali yaşayır.
Vişi
Vişi- Fransanın mərkəzi hissəsində,Alye departamentində kurort şəhəri.Əhalisi 58 min (1975) nəfərdir.Fransız dilində "isti kənd" deməkdir.Bu ad şəhərin ətrafındakı isti sulu bulaqlarla əlaqədardır.
Taişi
Taişi (çin. 太师) ― Böyük Ustad və ya Böyük Təlimçi kimi tərcümə edilən çin titulu. Bu titul Çinin Çjou sülaləsidə ən yüksək üç mülki vəzifələrdən biri idi. Digər ikisi müvafiq olaraq Böyük Tərbiyəçi (Taifu - 太傅) və Böyük Qoruyucu (Taibao - 太保) idi. Bu üç titul birlikdə Sanqonq kimi tanınırdı. Bu üç titulun adları və vəzifələri sonrakı sülalələrdə dəyişdi. Böyük Təlimçi adı Han sülaləsinin sonrakı dövrlərində, xüsusən də o zamankı çenhsian Dun Çjo tərəfindən istifadə olunmağa davam etmişdidi. O, həmçinin Şimali Yuan sülaləsində Börçigin nəslinin bir hissəsi olmayan güclü zadəganlar üçün bir titul kimi istifadə edilmişdir. Məsələn, Esen Taişi. Rütbə Dayviet dövlətində təqlid edilmişdi.
EISA
EISA (Extended Industry Standard Architecture - genişləndirilmiş sənaye standartı arxitekturası) – IBM-uyumlu kompüterlər üçün şin; 1988-ci ildə hesablama texnikası istehsalı sahəsində 9 aparıcı şirkət (“Doqquzlar qrupu”): AST Research, Compaq, Epson, Hewlett-Packard, NEC, Olivetti, Tandy, Wyse və Zenith şirkəti tərəfindən IBM şirkətinin MCA (Micro Channel Architecture) şininə cavab olaraq işlənib hazırlanıb. EISA şini ISA (Industry Standard Architecture) şininin imkanlarını 32 mərtəbəyədək genişləndirir və şinə birdən artıq CPU qoşmağa imkan verir. ISA ilə müqayisədə ünvan fəzası 4 Gb-dək artırılıb. EISA şini ISA şininin üstçoxluğu olduğundan ona, MCA-dan fərqli olaraq, ISA-nın 8- və 16-mərtəbəli versiyaları ilə işləmək üçün nəzərdə tutulmuş əski lövhələr qoşmaq olar. MCA şini EISA şinindən daha mükəmməl olmasına baxmayaraq, bir çox istehsalçılar EISA-nı qəbul etdilər, çünki MCA şini qapalıdır və onun bütün hüquqları IBM şirkətinə məxsus idi. Sonda IBM özü də EISA şinindən istifadə edən bir neçə maşın istehsal etdi. EISA baha olduğundan fərdi kompüterlərdə geniş yayıla bilmədi, ancaq serverlərdə geniş tətbiq olundu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 257 s.
Gığı
Gığı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. == Tarixi == Gığı kəndi rayon mərkəzindən 35 km şimal-qərbdə, Kığı çayının sahilində yerləşir. Burada azərbaycanlılarla bağlı X əsrə aid tarixi abidə indi də durur. Mənbədə Kiğı kimidir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Kığı kəngərlərin Sofulu tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdən biridir. Ona görə də digər adı Kiçik Sofulu. Əsli Kiqi. XIX əsrdə Şimali Qafqazda Kuban əyalətində Kukovoy-Kurqan və Kükü-Oba-Daq, Batum əyalətinin Batum dairəsində Kukuti (kənd adı) Tiflis quberniyasında Kükü gölü, Naxçıvanda (Şahbuz r-nunda) Kükü kəndi, Quba qəzasında Kükü dağı, Zəngəzur qəzasında Kükülü dağı toponimləri ilə mə’naca eynidir. Abşeron yarımadasında (Qobustanda) bir palçıq vulkanı Gigidağ adlanır.