Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
2018 FİFA Dünya Kubokunun təsnifat mərhələsi
Rusiyada keçiriləcək 2018 Dünya Çempionatının final mərhələsinə 32 iştirakçıdan 31-i müəyyənləşdirəcək təsnifat mərhələsi. Çempionatın təşkilatçı komandası final yarışında yerini avtomatik olaraq alır.
ABŞ təsviri incəsənəti
ABŞ təsviri incəsənəti (ing. Visual art of the United States) — ABŞ və ya amerikan rəssamlarının təsviri incəsənəti. Təsviri incəsənətdə Hudzon çayı məktəbi Avropa naturalizm ənənələrində XIX əsr cərəyanı idi. Tomas İkinsin realist rəsmləri artıq geniş şəkildə tanınır. 1913-cü ildə Nyu-York şəhərində keçirilən Avropa modernist sənət sərgisi olan Arsenal şou ictimaiyyəti şok etdi və ABŞ-nin incəsənət səhnəsini dəyişdirdi. Corciya O'Kiff, Marsden Hartli və və başqaları yeni, fərdi üslublarla təcrübələr apardılar. Cekson Pollok və Villem de Kuninqin abstrakt ekspressionizmi və Endi Uorhol və Roy Lixtenşteynin pop-artı kimi başlıca bədii hərəkatlar ABŞ-də geniş inkişaf etmişdir. Modernizmin və sonra postmodernizmin qabarıqlaşması Frank Lloyd Rayt, Filip Conson və Frank Qeri kimi Amerika memarlarına şöhrət gətirdi. Alfred Stiqlitz, Edvard Stayxen və Ansel Adams da daxil olmaqla, böyük fotoqraflarla amerikalılar fotoqrafiyanın müasir sənət mühitində uzun müddət əhəmiyyətli olmuşdur.
Avropa cəmiyyətinin təsisinə dair Roma müqaviləsi
Roma müqaviləsi — 1957-ci ildə Almaniya Federativ Respublikası, Fransa, İtaliya, Belçika, Niderland və Lüksemburq tərəfindən insanların, əmtəənin, xidmət və kapitalın sərbəst hərəkətinə mane olan bütün maneələrin ləğvi barədə bağlanmış beynəlxalq müqavilə.
Avstraliya təsviri sənəti
Avstraliya təsviri sənəti — Avstraliyada və ya Avstraliya haqqında avstraliyalılar tərəfindən bu günə qədər yaradılmış hər hansı bir təsviri sənət nümunəsi. Bunlara aborigen, müstəmləkə, peyzaj, atelye, XX əsrin əvvəllərində Avropa modernizmindən təsirlənmiş rəssamlar, qravüraçılar, fotoqraflar və heykəltəraşlar, müasir incəsənət daxildir. Avstraliyada vizual sənətin uzun tarixi var. Aborigen sənətinin ən azı 30 min il yaşı olduğuna dair dəlillər mövcuddur. Avstraliya həm Qərb, həm də yerli Avstraliya məktəblərindən bir çox tanınmış rəssamları, o cümlədən XIX əsrin axırlarında Heydelberq plenerlərini və antipodlarını, Mərkəzi Avstraliyanın Hermansburq Məktəbindən akvarel rəssamlarını, Qərb Səhra İncəsənət Hərəkatı, ali modernizm və postmodern sənət üzərində işləmiş tanınmış sənətkarları dünyaya gətirmişdir. == Tarixi == Avstraliya İttifaqının yerli əhalisi qədim dövrlərdən həkketmə, bədii oyma, naxışvurma ilə məşğul olmuşdur. XVIII əsrin sonundan etibarən Avropa müstəmləkəçiliyi ilə əlaqədar Avstraliya İttifaqı təsviri sənəti Avropa müstəmləkəçiliyi ilə əlaqədar ingilislərin təsiri ilə formalaşmışdır. XIX əsrin ortalarında xalq həyatını əks etdirən realist qrafika (S. T. Gill), XIX əsrin ikinci yarısı–XX əsrin əvvəllərində isə təsviri sənətin milli simasını təyin edən A.. L. Büvelotun Barbizon məktəbinə yaxın realist rəssamlar qrupu (T. Y. Roberts, A. Striton, F. MakKabbin və başqaları) yaranmışdır. 1930-cu illərin ortalarında kubizm (F. Fayzell), sürrealizm (C. Qlison) və abstraksionizmin təsiri genişləndi.
Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi
Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi — Azərbaycan hökumətinin qərarı ilə Xalq Torpaq Komissarlığının təşəbbüskarlığı ilə yaranmışdır. İlk olaraq, “Kənd Təsərrüfatı və Sənaye İstehsalat” satış sərgisi kimi fəaliyyət göstərmişdir. Sonralar burada nümayiş olunan eksponatlar zənginliyinə görə böyük marağa səbəb olduğundan muzey kimi fəaliyyət göstərməyə başlayıb. 1924-cü ildə fəaliyyətini muzey olaraq davam etdirmişdir. Dünyanın 5 ölkəsində Macarıstan, Bolqarıstan, Çin, Amerika və Azərbaycanda kənd təsərrüfatı muzeyləri vardır. Muzey 2014-cü ildən Yuneskonun nəzdindəki Beynəlxalq Muzeylər Şurasının üzvüdür. Muzey Azərbaycanda kənd təsərrüfatının tarixini və bu gününü əks etdirən eksponatlarla zəngindir. == Muzeyin tarixi == Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi Qida Təhlükəsizliyi İnstitutununi binasının 5-ci mərtəbəsində fəaliyyət göstərir. Muzey 1924-cü ildə yaradılıb. Muzeydə Azərbaycanın kənd təsərrüfatı və kənd sakinlərinin iş və məişət şəraitini əks etdirən 11.000(on bir mindən) çox maraqlı eksponat yerləşdirilib.
Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutu
Azərbaycan Dövlət Aqrar Universiteti — Aqrar sektor üçün yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan dövlət ali təhsil müəssisəsi. == Tarixi == 1920-ci il noyabrın 13-də Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla təsis edilmiş Bakı Politexnik İnstitutunun nəzdində 5 fakültə: neft sənayesi; elektromexaniki; mühəndis-tikinti; kənd təsərrüfatı və iqtisadiyyat fakültələri yaradılmışdır. Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə Azərbaycanda ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmışdır. 1929-cu ilədək fəaliyyət göstərmiş kənd təsərrüfatı fakültəsində tədris prosesini təmin etmək üçün o dövrlərdə Cənubi Qafqaza sürgün edilmiş bir qrup rus və digər əcnəbi alimlər cəlb edilmiş, 1924-cü ildə mütəxəssis hazırlığının birinci buraxılışı olmuşdur. Həmin dövrdə ölkəyə çox sayda kənd təsərrüfatı mütəxəssisi tələb olunduğundan kənd təsərrüfatı institutunun yaradılması zərurəti yaranmışdı. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılmış və bu İnstitut 1931-ci ildə Gəncəyə köçürülmüşdür. Buradakı Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytar İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (AKTİ) tərkibinə birləşdirildi. 1950-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin əmri ilə İnstitutun 30 illik yubileyi keçirilidi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli Fərmanı ilə yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə AKTİ "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. 1980-ci il dekabrın 16-da Heydər Əliyev Gəncəyə gələrək həmin ordeni Sovetlər İttifaqının rəhbərliyi adından kollektivə təqdim etmişdi.
Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu
Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu - Aqrar sahənin iqtisаdiyyаtının öyrənilməsi == Tarixi == Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu Azərbaycan SSR Nazirlər Sovetinin 8 may 1962-ci il tarixli qərarı əsasında təşkil edilmişdir. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu adlanırdı. == Mənbə == İsmət Abasov, "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil" 2011.
Azərbaycan Kənd Təsərrüfatı Akademiyası

Azərbaycan Kənd Təsərrüfatı Bankı
Azərbaycan Kənd Təsərrüfatı Bankı (Азәрбајҹан Кәнд Тәсәррүфаты Банкы) — Azərbaycan SSR-də dövlət kənd təsərrüfatı müəssisələrinə, kolxozlara, kəndli təsərrüfatlarına kredit buraxan və onları maliyyələşdirən dövlət idarəsi. == Tarixi == Azərbaycan Kənd Təsərrüfatı Bankı 1923-cü ilin iyulunda yaradılmışdır. İlk vaxtlarda sənaye-ticarət müəssisələri və kooperasiya təşkilalarının kredit və hesablaşma işləri, habelə pul tədavülü ilə də məşğul olmuşdur. 1925-ci ilin iyulunadək əslində dövlət bankı vəzifəsini yerinə yetirmişdir. Azərbaycan SSR iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı nəzərə alınaraq, 1925-ci ilin iyulunda əsas qəza mərkəzlərində AKTB-nin filialları, kənd rayonlarında isə kredit cəmiyyətləri yaradılmışdır. 1928-ci ildə AKTB "Soyuzkolxozbank"ın Cənubi Qafqaz kontorunun Azərbaycan şöbəsi kimi fəaliyyət göstərirdi. 1930-cu ildə kredit islahatı ilə əlaqədar "Soyuzkolxozbank" ləğv olunmuş, onun vəzifəsi SSRİ Dövlət Bankına həvalə edilmiş, kredit cəmiyyətləri isə onun rayon şöbələrinə çevrilmişdi. 1932-ci ildə SSRİ Kənd Təsərrüfatı Bankının təşkili ilə əlaqədar Azərbaycanda onun respublika kontoru yaradılmışdır. 1959-cu ildə SSRİ Kənd Təsərrüfatı Bankı və onun Azərbaycan respublika kontoru ləğv edilmiş, onların vəzifələri, müvafiq olaraq, SSRİ Tikinti Bankına, SSRİ Dövlət Bankı və onların Azərbaycan respublika kontorlarına həvalə edilmişdir.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi — Azərbaycanda kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən müvafiq icra hakimiyyəti orqanı. == Haqqında == Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə yenidən təşkil edilmişdir. Nazirlik Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu gerçəkləşdirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən, fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanıdır. == Tarixi == 1918-ci il may ayında Azərbaycan Milli Şurası Demokratik Respublikanın ilk hökumətinin tərkibində Əkinçilik və Əmək Nazirliyi, 1918-ci ilin oktyabrında Dövlət Əmlakı və Əkinçilik Nazirliyi və 1920-ci ildə yaradılan Dövlət Torpaq Komissarlığı adları altında 1946-cı ilədək fəaliyyət göstərmişdir. 1946-cı ilin yanvarında Torpaq Komissarlığı Əkinçilik Nazirliyinə, həmin ilin fevralında Kənd Təsərrüfatı Nazirliyinə çevrildi. Nazirlər Sovetinin 15 fevral 1947-ci il tarixli qərarı ilə Texniki Bitkilər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə daxil edildi. Azərbaycan KP MK və Nazirlər Sovetinin 3 dekabr 1985-ci il tarixli 392 nömrəli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyi, Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi, Ət və Süd Sənayesi Nazirliyi, Yeyinti Sənayesi Nazirliyi, Kənd Tikinti Nazirliyi, Pambıqtəmizləmə Sənayesi Nazirliyi, Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatının İstehsalat-Texniki Təminatı Dövlət Komitəsi, Nazirlər Soveti yanında Kənd Təsərrüfatının aqrokimyəvi xidmət üzrə elmi-istehsalat birliyi, Nazirlər Soveti yanında Baş Quşçuluq İdarəsi, Kolxoz və Sovxozlarda tikinti üzrə Baş respublika idarəsi ləğv edilərək onların bazasında Dövlət Aqrar Sənaye Komitəsi yaradıldı. 1992-ci ildə müstəqil Azərbaycanın Kənd Təsərüfatı və Ərzaq Nazirliyi yaradılmış və 1993-cü ilədək fəaliyyətini davam etdirmişdir. 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi yaradılmış və fəaliyyətini davam etdirir. == Əsas vəzifələri == Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlətin siyasətini işləyib hazırlamaq və həyata keçirmək; aqrar bölmədə islahatların aparılmasını təmin etmək, özəl bölmənin inkişafını sürətləndirmək üçün tədbirlər görmək; aqrar bölməyə daxil olan sahələrin inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək və onların həyata keçirilməsi üçün tədbirlər görmək; Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə normativ hüquqi tənzimləməni, o cümlədən iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirmək; aqrar bölmənin inkişafına yönəldilmiş proqramlar hazırlamaq və onların həyata keçirilməsini təmin etmək, aqrar bölmənin sosial-iqtisadi inkişaf konsepsiyasını hazırlamaq; aqrar bölmədə dövlət əmlakının səmərəli istifadə edilməsinə nəzarət etmək və bu sahədə dövlət maraqlarının qorunmasını təmin etmək; aqrar bölmədə beynəlxalq əməkdaşlığı həyata keçirmək; aqrar bölməyə sərmayələrin cəlb edilməsini təmin edən tədbirlər görmək, o cümlədən aidiyyəti dövlət orqanları ilə birlikdə investisiya layihələrinin həyata keçirilməsi üçün tədbirlər görmək; Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi üçün aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər hazırlamaq və onların həyata keçirilməsində iştirak etmək; aqrar bölmədə yerli istehsalçıların dəstəklənməsi üçün tədbirlər görmək, kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları üçün aqroservis, aqrokimyəvi, məsləhət və digər xidmətlərin göstərilməsinə kömək etmək; kənd təsərrüfatı üçün yararlı torpaq sahələrindən səmərəli istifadə edilməsinə və onların keyfiyyətinin yaxşılaşdırılmasına nəzarət etmək; kənd yerlərində infrastrukturun inkişafı və sosial problemlərlə bağlı məsələlərin həllində, o cümlədən müvafiq dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək; Nazirliyin sisteminə daxil olan qurumların işini əlaqələndirmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər Vəzifələri yerinə yetirmək.
Azərbaycan Kənd Təsərrüfatı İnstitutu
Azərbaycan Dövlət Aqrar Universiteti — Aqrar sektor üçün yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan dövlət ali təhsil müəssisəsi. == Tarixi == 1920-ci il noyabrın 13-də Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla təsis edilmiş Bakı Politexnik İnstitutunun nəzdində 5 fakültə: neft sənayesi; elektromexaniki; mühəndis-tikinti; kənd təsərrüfatı və iqtisadiyyat fakültələri yaradılmışdır. Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə Azərbaycanda ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmışdır. 1929-cu ilədək fəaliyyət göstərmiş kənd təsərrüfatı fakültəsində tədris prosesini təmin etmək üçün o dövrlərdə Cənubi Qafqaza sürgün edilmiş bir qrup rus və digər əcnəbi alimlər cəlb edilmiş, 1924-cü ildə mütəxəssis hazırlığının birinci buraxılışı olmuşdur. Həmin dövrdə ölkəyə çox sayda kənd təsərrüfatı mütəxəssisi tələb olunduğundan kənd təsərrüfatı institutunun yaradılması zərurəti yaranmışdı. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılmış və bu İnstitut 1931-ci ildə Gəncəyə köçürülmüşdür. Buradakı Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytar İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (AKTİ) tərkibinə birləşdirildi. 1950-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin əmri ilə İnstitutun 30 illik yubileyi keçirilidi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli Fərmanı ilə yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə AKTİ "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. 1980-ci il dekabrın 16-da Heydər Əliyev Gəncəyə gələrək həmin ordeni Sovetlər İttifaqının rəhbərliyi adından kollektivə təqdim etmişdi.
Azərbaycan Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu
Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu - Aqrar sahənin iqtisаdiyyаtının öyrənilməsi == Tarixi == Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu Azərbaycan SSR Nazirlər Sovetinin 8 may 1962-ci il tarixli qərarı əsasında təşkil edilmişdir. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu adlanırdı. == Mənbə == İsmət Abasov, "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil" 2011.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (qısaldılmış halda — "Azmelsutəsərrüfat" ASC) — "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli, 372 nömrəli Fərmanı ilə yaradılmışdır. 5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub. ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. == Haqqında == Azərbaycanda meliorasiya və su təsərrüfatına rəhbərlik məqsədi ilə 1920-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığı nəzdində su şöbəsi yaradılıb, 1921-ci ildə onun adı dəyişdirilərək su təsərrüfatı şöbəsi adlandırılıb. 1925-ci ildə Azərbaycan SSR Ali İqtisadi Şurası nəzdində Azərbaycan Su Təsərrüfatı idarəsi (Azvodxoz) yaradılmışdır. O, 1941-ci ildən Azərbaycan Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, 1993-cü ildən Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi haqqında" 23 noyabr 2004-cü il tarixli fərmanı ilə komitə ləğv edilərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 23 fevral 2006-cı il tarixli 372 nömrəli fərmanı ilə agentliyin bazasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ("Azmelsutəsərrüfat" ASC) yaradılmışdır. O, meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir. == Fəaliyyəti == "Azmelsutəsərrüfat" ASC öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, digər normativ hüquqi aktlara və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. "Azmelsutəsərrüfat" ASC hüquqi şəxsdir, müstəqil balansa, xəzinə və bank hesablarına malikdir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi
Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi —
Azərbaycan Respublikasının əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi
Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi —
Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mühəndislərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təsis edilməsi haqqında qanun
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təsis edilməsi haqqında qanun - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılmasının əsaslarını təmin edən mühüm hüquqi sənəd. Azarbaycan Milli Şurası tərəfindən 1918 il noyabrın 19-da qəbul edilmişdir. == Qərarın qəbul edilməsi == 1918 il iyun ayının 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da Bakıda yenidən fəaliyyətə başladı. Cümhuriyyət Hökumətinin sədri Fətəli xan Xoyski Şuranın iclasında çıxış edərək bildirdi ki, Müəssislər Məclisini çağırmaq üçün hazırlığa vaxt çatmadığından Hökumət bu işi öz öhdəsinə götürməyi Milli Şuradan xahiş edir. Milli Şuranın 1918 il noyabrın 19-da Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçən iclasında "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında" qanunun layihəsi müzakirə olundu. Şuranın müzakirələr nəticəsində qəbul etdiyi qanunda göstərilirdi ki, hələ 1917 ilin sonlarında Cənubi Qafqazın müsəlman partiyalarından ümumi səsvermə yolu ilə Rusiya Məclisi-müəssisanına seçilmiş 14 nəfər nümayəndənin siyahısı seçkilərdə iştirak etmiş partiyaların qazandıqları səslərə müvafiq olaraq genişləndirilərək 44 nəfərə çatdırılmışdı. Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi Azərbaycanda Məclisi-Müəssisan toplamağın mümkün olmadığını nəzərə alaraq bu məsələnin həllini Zaqafqaziya seymində Azərbaycanı təmsil etməkdə görmüşdü. Zaqafqaziya seymi və Zaqafqaziya Cümhuriyyəti Hökuməti öz fəaliyyətinə xitam verdikdə Seymdəki 44 nəfər müsəlman deputat özlərini Azərbaycan Milli Şurası elan etmiş və Azərbaycanın idarəsini öz üzərinə götürmüşdü. Milli Şuranın qəbul etdiyi Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) təsisi haqqında qanunda göstərilirdi ki, Azərbaycan təkcə azərbaycanlılarla məskun olmadığından, Azərbaycan Milli Şurası ölkədə yaşayan bütün millətləri təmsil edir. Digər tərəfdən, müxtəlif siyasi partiyaların nümayəndələri ilə bərabər, Azərbaycan xalqının müxtəlif təbəqələrinin də Parlamentdə təmsil olunmalarına böyük ehtiyac var.
Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. == Tarixi == === SSRİ dövrü === Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Azərbaycan təsviri incəsənəti
Azərbaycan təsviri sənəti — Azərbaycan xalqının nümayəndələri tərəfindən yaradılmış təsviri sənət nümunələri. == Tarixi == === Qədim dövr === Azərbaycanda təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII–V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın "Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri — piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir. Təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar (relyef təsvirlər), heykəllər mühüm yer tutur. Bunlardan kürə formalı qab (Naxçıvan MR-nın Şahtaxtı kəndi), ikibaşlı maral fiquru (Xocavənd rayonunun Dolanlar kəndi), üzərində 5 fantastik heyvan təsviri cızılmış tunc qab (Gədəbəy), aypara şəklində qızıl yaxalıq (Ziviyə), qızıl cam (Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsi), Qarabağ düzlərindən tapılmış keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə fərqlənir (e.ə. VIII–VII əsrlər).
Azərbaycan təsviri sənəti

Tıs-tıs
Tıs-tıs (lat. Acantholimon) — qərənfilçiçəklilər sırasının plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Fəs
Fəs — kişi baş geyimi. Adı Mərakeşin Fəs şəhərindən götürülmüşdür. Osmanlı İmperiyası və ondan asılı olan ölkələrin şəhər əhalisi və kənd ziyalıları arasında dəbdə olmuşdur. Gənclər, əsasən, qırmızı və ya yaşıl rəngli, yaşlılar isə qara və ya tünd rəngli fəs qoyurdu. Fəs kəsik konus formasında astarlı olur, yuxarı kəsiyə rəngli saplardan 10—15 sm uzunluqda qotaz bənd edilirdi. Mahud və digər qiymətli parçalardan tikilirdi. Əyanlara məxsus fəslərin qotazları qiymztli qaş və muncuqlarla bəzədilirdi. 1826—1925 illərdə qara qotazlı qırmızı fəs Türkiyədə məmur və əsgərlərin rəsmi baş geyimi olmuşdur.
Səs
Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir. İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır. == Səsin sürəti == Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir.
TLS
TLS (ing. Transport Layer Security) — Artıq istifadəsi azalmış Secure Socket Layer-in (SSL) davamçısı olaraq adlandırılan kompüter şəbəkəsi üzərindən rabitə təhlükəsizliyini təmin etmək üçün hazırlanmış bir kriptoqrafik protokoldur.Protokolun bir neçə versiyası e-poçt, mesajlaşma və IP üzərindən səs kimi tətbiqetmələrdə geniş istifadə olunur, lakin HTTPS-in Təhlükəsizlik qatında ən çox istifadə olunan protokol olaraq qalır.TLS protokolu əsasən iki və ya daha çox əlaqə quran kompüter tətbiqi arasında məxfilik və məlumatların bütövlüyünü təmin etməyi hədəfləyir. İnternetin tətbiq qatında işləyir və özü iki qatdan ibarətdir: TLS qeydləri və TLS qarşılıqlı protokollar. TLS, əvvəlcə 1999-cu ildə müəyyən edilmiş, təklif olunan bir IETF standartıdır və mövcud versiyası 2018-ci ilin avqust ayında müəyyən edilmiş TLS 1.3-dür. TLS, Navigator veb brauzerinə HTTPS protokolunu əlavə etmək üçün Netscape Communications tərəfindən hazırlanmış əvvəlki SSL spesifikasiyalarına əsaslanır. == ETS == EFF fondu TLS-i 1.3-ü yüksək qiymətləndirdi və TLS 1.3-də vacib təhlükəsizlik tədbirlərini qəsdən ləğv edən Enterprise Transport Security (ETS) variant protokolundan narahatlığını bildirdi.Bu tamamilə bank sistemləri kimi mülkiyyət şəbəkələrində istifadə üçün nəzərdə tutulmuşdu, mülkiyyət şəbəkələrinə qoşulmuş üçüncü tərəf təşkilatların zərərli proqram təminatının aşkarlanması üçün şəbəkə trafikini izləmək üçün öz şəxsi açarlarından istifadə edə bilməsi və yoxlamaların aparılmasını asanlaşdırması üçün gələcək məxfiliyi dəstəkləmirdi.
TMS
TMS və ya Transfer Matching System — bütün futbolçuların bir klubdan digərinə keçidi sistemi TMS 2006-cı ilin fevralından FİFA-ya üzv 18 ölkədə sınaqdan çıxarılıb. Sonradan bu sistem dünyanın 3600-dən çox klubunda reallaşdırılıb. 2010-cu il oktyabrın 1-dən etibarən bütün futbolçuların bir klubdan digərinə keçidi Transfer Matching System (TMS) adlanan yeni sistem vasitəsilə qeydiyyata alınacaq. TMS sadə onlayn sistem olsa da, futbolçuların bir klubdan digərinə istənilən keçidinə nəhəng təsir gücünə malik olacaq. Ən əsası, bu sistem ayrı-ayrı müqavilələrin şəffaflığını daha da yaxşılaşdıracaq və çirkli pulların yuyulması, gənc futbolçuların hüquqlarının müdafiəsi ilə bağlı problemlərin həllində yardımçı olacaq.
Tos
Tos - İrəvan quberniyasının Eçmiədzin qəzasında, kənd. İrəvan xanlığının Karpibasar mahalında kənd adı [159]. XIX əsrdə Eçmiadzin qəzasında Tos (133, 246), 1590-cı ilə aid türkcə mənbədə Tus kimdir (169, 79). 1728-ci ilə aid mənbədə də Tos çəkilir [170, 47] və onun Abdullah adlı mülkədara məxsus olması qeyd edilir. 1918-ci ildə kəndin əhalisi qovulmuş və kənd dağıdılmışdır. XIX əsrdə Kutais quberniyasının Şaropan qəzasında Tusi, Şimali Qafqazda Tus-Xoroy kənd adları (133, 249) ilə eynidir.
Tus
Tus (fars. توس‎ və ya طوس) — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər. Qədim yunanlar buranı Susia (yun. Σούσια) adlandırırdılar. Tarixi qeydlərə görə e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər şəhəri ələ keçirmişdir. Şəhər 1220-1259-cu illər monqol istilaları zamanı demək olar ki, tamamilə məhv edilmişdir. 808-ci ildə Xorasan iğtişaşlarını yatırmaq üçün yola çıxan xəlifə Harun ər-Rəşid Tus şəhərində xəstələnərək vəfat etmişdir. Tusun ən məşhur sakinləri arasında Firdovsi, Nəsirəddin Tusi, Əl-Qəzəli, Nizamülmülk, Cabir ibn Həyyan, Əsədi Tusi və Əbu Cəfər əl-Tusinin adlarını çəkmək olar. Firdovsinin minillik yubileyi ərəfəsində (1934) Tus şəhərində onun məqbərəsi inşa olunmuşdur.
Tər
Tər — tər vəzləri vasitəsilə duz və üzvi maddələrdən yaranan su məhlulu. Tərin yaranması bir çox bioloji varlıqlarda termotənzimləyici rolunu oynayır. Tər həmçinin, məməlilər arasında sosial-bioloji prosesdə informasiya ötürülməsində əhəmiyyətli rol oynayır. Tərlə feremonlar və bir çox bioloji aktiv maddələr çıxarılır. İnsanda ən çox vəzlər əldədir — bir kvadrat santimetrdə 600 ədəddir. Tər subyektin cinsindən asılı olaraq həm cəlb edə, həm də ikrah hissi yarada bilər. Sağlam və təmiz insanda tər iy vermir. Tərin xüsusi iyi insan bədənində yaşayan bakteriyalar çoxalanda yaranır. == Ədəbiyyat == Ferner S, Koszmagk R, Lehmann A, Heilmann W (1990). "[Reference values of Na(+) and Cl(-) concentrations in adult sweat]".
Təsi
Təsi — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 mart 1995-ci il tarixli, 1008 saylı Qərarı ilə Qobustan rayonunun Bədəlli kənd inzibati ərazi vahidinin Təsi kəndi Yekəxana kənd inzibati ərazi vahidi tərkibinə verilmişdir. == Toponimikası == Yerli məlumata görə, Təsi kəndin əsasını qoymuş şəxsin adıdır. Bəzi mənbələrə görə, təsi monqol tayfalarından birinin adıdır. Monqolustan ərazisində Təsi adlı çay da vardır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 386 nəfər əhali yaşayır.
TVS
TVS tez-tez verilən sualların siyahısı (FAQ) və müəyyən bir mövzuya dair cavablar (suallar və cavablar [Q & A] və ya tez-tez verilən suallar) kimi tanınır. Format tez-tez ümumi sualları təkrar edir, məsələn, ümumi məlumat boşluqlarına aid yeni istifadəçilər tərəfindən göndərilən mesajlar və sorğular vasitəsilə yazılır, veb saytlar, elektron poçt siyahıları və onlayn forumlarda istifadə olunur.TVS məqsədi, tez-tez verilən suallar və ya problemlər barədə məlumat verməkdir. Baxmayaraq ki, bəzən, təqdim olunan sual tez-tez verilən suallardan olmur, lakin format məlumatların təşkili üçün faydalı bir vasitədir və buna görə suallardan ibarət olan mətn tez-tez soruşulan suallar adlandırılır. == Yaranması == Adın yeni olmasına baxmayaraq, TVS formatı özü olduqca köhnədir. Misal üçün, Metyu Hopkins (ing. Matthew Hopkins) 1647-ci ildə "Cadugərlərin kəşfi" adlı əsərini sual-cavab siyahısı olaraq yazmışdı və bunu "Müəyyən Sualların cavablandırılması" kimi təqdim etmişdi. XIII əsrin ikinci yarısında Akvinalı Foma tərəfindən yazılmış "Summa Theologica" xristianlıq haqqında bir sıra sualların cavablarını əks etdirir. Platonun dialoqları hətta daha qədimdir. == İnternetdə == "TVS" 1980-ci illərin əvvəllərində NASA-nın erkən poçt siyahıları texniki məhdudiyyətlərindən irəli gələn İnternet mətninin ənənəsidir. ARPANET-in SPACE poçt siyahısında, arxivlənmiş keçmiş mesajların yeni istifadəçilər tərəfindən FTP (Faylların ötürülmə protokolları) vasitəsilə yükləyəcəyi ehtimal olundu.
Beşdilim tıs-tıs
Beşdilim tıs-tıs (lat. Acantholimon quinquelobum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Cənub-Qərbi Asiyada geniş yayılmışdır. İlk dəfə İranın Xorasan əyalətində təsvir edilmişdir. == Botaniki təsviri == 30- 40 sm diametrində, seyrək və yarımkürəşəkilli yastığa malik alçaq koldur. Yarpaqları yaşıl, üçtilli, kənarları kirpikli və kələ- kötürdür. Xarici çiçəkaltlığı daxili çiçəkaltlığından çox qısadır. Daxili çiçəkaltlıqları kasacıq borucuğuna bərabər və ya bir azca ondan qısadır. Kasacığın büküyünün pərdələri kəsimli və qısalmış damarcıqlar arasında yerləşmişlər. Çiçək saplaqları budaqlı, çılpaq və ya aşağı hissədən qısa tükcüklü olub, yarpaqlardan çox hündürdür.
Bizəoxşar tıs-tıs
Bizəoxşar tıs-tıs (lat. Acantholimon acerosum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Cənub-Qərbi Asiya, İran-Turan coğrafi elementinə daxildir. == Botaniki təsviri == Diametri 15-25 sm olan yastıqvari formalı alçaq koldur. Yarpaqları 3-4 (1,5-5) sm uzunluqda, 1,0-1,5 mm enində olub, xətvari-bizvaridir. Aşağı hissədə yastı, yuxarıda üç hissəli, sərt, qalın, tikanlı olub, kənarları boyunca kirpikciklidir. Çiçək oxu sadə və ya bir yan budaqlı olub, 25 sm uzunluqdadır. Çiçəkləri çiçək qrupunun qalın oxu üzərində, az və ya çox dərəcədə bərabər məsafələrdə paylanmışdır. Sünbülcüklərin uzunluğu 15 mm-ə bərabərdir. Xarici çiçəkaltlıqları bir qədər uzun olub, nadir hallarda daxili çiçəkaltlığına bərabər və ya onlardan qısadır.
Gəvəni tıs-tıs
Gəvəni tıs-tıs (lat. Acantholimon tragacanthinum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Anadolunun şimal-şərqi, İranın şimal-qərbində geniş yayılmışdır. İranın qərbindən təsvir olunmuşdur. == Botaniki təsviri == 10 sm-dək hündürlüyü olub, budaqlanmamış və ya bir-iki budaqlı kolcuqdur. Yarpaqları boz-göyümtül, 1-3 (4) sm uzunluqda, yuxarı yarpaqlardan fərqli olaraq üfüqi yerləşib və ya aşağı yönəlmişlər. Sünbülcükləri 10 mm uzunluqdadır. Kasacığı 8 mm uzunluqda olub, aydın seçilən, qıfşəkillidir. Daxili çiçəkaltlıqları demək olar ki, bir-birinə bərabər olub, kasacıq borusunun 2/3-4/5 hissəsini təşkil edir, neştərşəkilli və ya uzunsov kürəşəkillidir. Xarici çiçəkaltlığı geniş yumurtavari olub, iti və daxili çiçəkaltlıqlarının 1/2-4/5 hissəsini təşkil edir.
Nazikquyruq tıs-tıs
Nazikquyruq tıs-tıs (lat. Acantholimon lepturoides) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqi və Gürcüstan ərazisində təsvir olunmuşdur. == Botaniki təsviri == Yastıqları çox sıx, kürəvari formalı olub, 10-15 (20) sm diametrində alçaq kolcuqdur. Yay yarpaqları açıq göyümtül, hamar, üç hissəli, neştərşəkilli- xətvari və ya xətvari-bizvari, cod, bünövrəsində uzunluğu 12-25 (30) mm və eni 1-2 mm, ucu biz, iynəli, çılpaq olub, kənarları xırda tükcüklüdür. Yaz yarpaqları qısa və bir az enlidir. Çiçək saplaqları yarpaqlardan çox uzun, hündürlüyü 10-20 sm, sadə, bəzən 1-2 yan budaqlı, çılpaq və ya bəzən qısa tükcüklüdür. Çiçəkləri çiçək qrupunda seyrək yerləşir. Sünbüllər arasındakı məsafə onların uzunluğundan çoxdur və ya uzunluğuna görə sünbüllərə bərabərdir. Sünbüllər 10-11 mm olub, bir çiçəklidir.
Nazikçiçək tıs-tıs
Qərənfilli tıs-tıs
Qərənfilli tıs-tıs (lat. Acantholimon caryophyllaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Şərqi Anadolu, İranın şimal-qərbi, Şimali İraq, Cənub-Qərbi Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Yarımkürəşəkilli formalı, seyrək yastığa malik, diametri 20-30 sm olan kolcuqdur. Yarpaqları yaşıl, üçtilli, kənarları kirpikcikli və kələkötürdür. Çiçəkdaşıyıcısı sadə, kələ-kötür, yuxarısı zəif qırışlıdır. Sünbülcüyü az dağınıq və eyni çiçəklidir. Kasacığı qıfvari, büküyü ağ və 5 damarlıdır. Tacı, ləçəkləri parlaq çəhrayıdır. İyul-avqust ayında çiçəkləyir, avqust-sentyabrda toxumları yetişir.
Topalaoxşar tıs-tıs
Topalaoxşar tıs-tıs (lat. Acantholimon festucaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Cənub-Qərbi Asiyada yayılmışdır, İranın şimalından təsvir edilmişdir. == Botaniki təsviri == Sıx, yastıqvari kol, demək olar ki, çılpaqdır. Yaz yarpaqları yastı və ya xətli, bizşəkillidir. Yay yarpaqları yastı üçkünclü, seyrək, ağ nöqtəlidir. Yarpaqları 1,5-2,5 (3) sm uzunluqda olub, göyümtül-açıq, yaşıl rənglidir. Köhnə yarpaqları üfüqi yerləşib, aşağı doğru yönəlmişlər. Çiçək qrupu 10-15 sm uzunluqda olub, 3-7 çiçəkli, kövrək və yuxarı budaqların sonunda yerləşmişdir. Çiçək oxu tükcüklüdür.
Tükcüklü tıs-tıs
Tükcüklü tıs-tıs (lat. Acantholimon puberulum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Cənub Qərbi Asiya, Türkiyədə təbii yayılmışdır. Türkiyə ərazisində təsvir olunmuşdur. == Botaniki təsviri == Yaşıl yarpaqları qısa budaqlıdır. Yarpaqları demək olar ki, oturaq, məxməri tükcüklüdür. Aşağı yarpaqları yastı, qalanları isə az və ya çox dərəcədə nazik və çılpaq olub, bizvaridir. Oxları tükcüklü olub, qısa, nadir hallarda uzunluğu yarpaqların uzunluğuna bərabərdir. Sünbülü qısa olub, 3-5 sünbülcükdən ibarətdir. Çiçəkaltlıqları bütünlüklə və ya əsasən otvaridir.
Zərli tıs-tıs
Zərli tıs-tıs (lat. Acantholimon glumaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Şərqi Anadolu, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqində təsvir edilmişdir. İran-Turan coğrafi elementinə daxildir. == Botaniki təsviri == 15-40 sm diametrində olan kolcuqdur. Yastığı, olduqca sıx yarpaqları ərpsiz, xətli-bizvari və sərtdir. Çiçəkləri son sünbüldə toplanıb, ikicərgəli, 5-11 sünbülcüklüdür. Çiçəkaltlıqları pulcuqvari, xarici geniş-yumurtavari, daxildəki uzun və ağ haşiyəlidir. Kasacığın borusu damar boyu tükcüklü, büküyü ağ olub, qara-bənövşəyi damarlıdır. Tacı iri və parlaq qırmızıdır.
Çiçəkaltlıqlı tıs-tıs
Çiçəkaltlıqlı tıs-tıs (lat. Acantholimon bracteatum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Şərqi Anadolu, İran, Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Diametri 10-15 sm olan yastıqvari formalı alçaq koldur. İran-Turan coğrafi elementinə daxildir. Yastığı olduqca sıxdır. Yarpaqları dağınıq şəkildə olub, iynəvari tikanlıdır. Çiçək oxu 2-3 dəfə yarpaqlardan uzundur. Sünbül 2-5 çiçəklidir. Xarici çiçəkaltlıqları yumurtavari, dəyirmi-pərdəvari, iri olub, çiçəkləri əhatə edirlər.
Bəs-Normandi
Aşağı Normandiya (fr. Basse-Normandie) - Fransanın şimal-qərbində bir bölgədir. Ərazisinin sahəsi 17 589 km² təşkil edir, sahilin uzunluğu 470 kilometrdir. Meşələrin sahəsi 192 000 hektar təşkil edir.
Evdə tək
"Evdə tək" (ing. Home Alone) — 1990-cı ildə çəkilmiş ABŞ istehsalı Milad filmi. Prodüseri Con Hyuz və rejissoru Kris Kolumbus olan filmin baş rollarında Makaley Kalkin, Co Peşi, Deniel Ştern, Con Herd və Ketrin O'Hara çıxış edir. Filmdə hadisələr ailəsi tərəfindən unudulub tək qalan və evini Harri və Marv (Peşi və Ştern) adlı 2 soyğunçudan müdafiə etməli olan 8 yaşlı Kevinin (Kalkin) ətrafında cərəyan edir. Film 1990-cı ilin fevral-may aylarında İllinoys ştatının müxtəlif yerlərində çəkilmişdir. İlk öncə filmi Warner Bros. şirkəti istehsal etməli olsa da, prodüser Hyuz şirkət tərəfindən ayrılan 10 milyon dollarlıq limiti keçdiyinə görə filmin istehsalını 20th Century Fox həyata keçirir. Film 10 noyabr 1990-cı ildə Çikaqoda, 16 noyabr 1990-cı ildə isə bütün ABŞ ərazisində nümayişə çıxmışdır. 476.7 milyon ümumi gəlir ilə film 2011-ci ilədək Dünyasa ən çox gəlir gətirən komediya filmi statusunu daşımışdır. Bundan əlavə müxtəlif nominasiyalarda 2 Qızıl Qlobus və 2 Oskar mükafatı əldə edən film daha sonra Evdə tək 2: Nyu-York sərgüzəştləri filmi ilə davam edən uzunmüddətli və uğurlu franşizanın əsasını qoymuşdur.
Fəs (şəhər)
Fəs — Mərakeşdə şəhər. Fəs əyalətinin inzibati mərkəzidir. == Tarixi == Əsası 789 ildə I İdris dövründə (788—792) qoyulmuşdur. IX–X əsrlərdə (fasilələrla) İdrisilər, XIII—XV əsrlərdə Marinilər dövlətinin paytaxtı olmuşdur. 1911-ci ildə Fransa ordusu Fəsi işğal etdikdən sonra Mərakeş xalqının milli azadlıq mübarizəsinin əsas mərkəzlərindən biri idi. Fəs şəhəri 1956-cı ildə Mərakeş istiqlaliyyət qazandıqdan sonra sürətlə inkişaf etməyə başladı. Fəs həm də ölkənin dini mərkəzidir. 1976-cı ildən YUNESKO xətti ilə Fəsin bərpası üçün tədbirlər görülüb. 2004-cü il siyahıyaalınmasına əsasən şəhər əhalisinin sayı 946 815 nəfər olub.
Fəs şəhəri

Malakatın-Tas
Malakatın-Tas — Kotelnı adasının cənubunda yerləşir. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ust-Lenski Dövlət Təbiət Qoruğuna daxildir. Anju adaları qrupunun ən hündür zurvəsidir. Adanın zirvəsi Böyük Sovet Elsiklopediyasında 374m olaraq göstərilir. Dağ silsiləsi ilə Orto-Tas dağı (256 m) ilə birləşir.
Teş
Teş (fr. Têche) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38500. Kommunanın 2012-ci il üçün əhalisi 581 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 162 ilə 411 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 27 km qərbdə yerləşir.
Varen-syur-Teş
Varen-sür-Teş (fr. Varennes-sur-Tèche) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Jalinyi-syur-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03299. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 139 nəfər (15-64 yaş arasında) arasında 109 nəfər iqtisadi cəhətdən, 30 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,4%, 1999-cu ildə 58,6%). Fəal olan 109 nəfərdən 99 nəfəri (56 kişi və 43 qadın), 10 nəfəri işsizdir (5 kişi və 5 qadın). 30 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 10 nəfər - təqaüdçü, 15 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Varen-sür-Teş

AES
Atom elektrik stansiyası — bir və ya daha çox nüvə reaktorunun yanacaq olaraq radioaktiv maddələri istifadə edərək elektrik enerjisi hasil etdiyi təsisat. Radioaktiv maddələr istifadə edildiyinə görə digər elektrik stansiyalarından fərqli olaraq AES-lərdə daha güclü təhlükəsizlik tədbirləri həyata keçirilir.
Beş
Beş — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Dörddən sonra, altıdan əvvəl gəlir. == Ümumi məlumat == Saylar sırasında beşin məxsusi yeri və icra rolu vardır. Beş sayı sol əlin çeçələ, adsız, orta, şəhadət barmaqlarından sonra say saymaq vəzifəsini üzərinə alan baş barmaqla bağlıdır. Sözsüz ki, bu, məsələnin görünən tərəfidir. Burada görünməyən tərəf fərqli-fərqli mədəniyyətlər əhatəsində simvollaşan sakral-sehr koduna daxildir. Məsələ belədir ki, bəzi yerlərdə və bəzi hallarda barmaqları beş sayını göstərən əlin özü elə "beş" adı daşıyır. Xalqımızın təsəvvüründə beşin say olaraq həm müstəqim, həm də məcazi mənası vardır. Misal üçün, "Beş barmağın beşi də bir deyil", "Dünya beş gündür, beşi də qara", "Beş günlük dünyadı da", "Beş kişidən biri" və s. deyimlər, "Xəmsə" adı ilə beş saylı əsərlərin yazılması bu sıraya daxildir.
Keş
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
SES
Su elektrik stansiyası (SES) — suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə edən elektrik stansiyası. Su elektrik stansiyasının bəndləri və su anbarlarının konstruksiyaları adətən çayların üzərində tikilir. Elektrik enerjisinin effektiv istehsalı üçün SES-in yerləşməsinin iki əsas amili mövcuddur: SES-in bütün ilboyu daimi su ilə təmin olunması; çayın mümkün qədər daha meylli, kanyonvari relyef formasına malik olması. == İş prinsipi == Su elektrik stansiyasının iş prinsipi kifayət qədər sadədir. Hidrotexniki konstruksiyalar zənciri hidroturbinin ucunda hərəkət edən suyu lazımlı təzyiqə çatdırır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorları ötürülür. Suyun lazımlı təzyiqi bənd konstruksiyası vasitəsilə və müəyyən yerlərdə çayın konsentrasiyası və ya derivasiyası nəticəsində yaranır. Bəzi hallarda suyun lazımlı təzyiqinin alınması üçün bənd və derivasiyadan birgə istifadə edirlər. Bütün energetika avadanlıqları bilavasitə su elektrik stansiyasının binasında yerləşir. Bina, təyinatından asılı olaraq, müəyyən bölmələrə malikdir. Maşın zalında su cərəyanını bilavasitə elektrik enerjisinə çevirən hidravlik-aqreqatlar yerləşir.
TED
TED (ing. Technology Entertainment Design; Texnologiya, Əyləncə; Dizayn) - 1984-cü ildən keçirilən illik konfransları ilə tanınan,şəxsi qeyri-kommersiya fondudur.İntellektual konfransın məqsədi unikal ideyaları paylaşmaqdan ibarətdir.İdeyaların mövzuları fərqlidir:elm,incəsənət,dizayn,mədəniyyət,biznes,qlobal problemlər,texnologiyalar və əyləncələr. Bu günə qədər TED səhnəsində ABŞ-nin keçmiş prezidenti Bill Klinton, Nobel mükafatıçısı Ceyms Vatson, Microsoft-dan Bill Qeyts, Google-dan Erik Şmidt, Vikipedianın qurucusu Cimmi Ueyls kimi spikerlər çıxış etmişdir.Konfransın kuratoru və daimi aparıcısı Kris Andersondur. == Tarix == Konfrans ilk dəfə 1984-cü ildə baş tutmuşdur. Ilk TED konfransında yenicə buraxılmış "Macintosh" kompüteri, "Sony" istehsalı olan kompakt-disk təqdim olunmuş, süni intellekt və s. bu kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar olumuşdur. 1990-cı ildən etibarən TED konfransı hər il keçirilir.2001-ci ildən isə TED konfransının keçirilmə hüquqları "Sapling Foundation"-na və bu fondun qurucusu Kris Andersona məxsusdur. == TED Talks == TED konfransında keçirilən hər bir çıxış TED Talk adlanır. iPhone və Android qurğularında rəsmi və qeyri-rəsmi "TED" proqramlar mövcuddur. Hazırda onlayn rejimdə 15 milyonluq auditoriya tərəfindən 100 milyondan çox baxılan 400 video vardır.
TeV
Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir. Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur. Vahid 1912-ci ildə təklif edilmişdir, 1930-cu ildən istifadə olunur.Fizikada, kimyada və səhiyyədə istifadə olunur. == eV enerji vahidi kimi == Elektron x volt potensiala malik yerdən (x+1) volt potensiala malik yerə hərəkət etdikdə (və ya sürətləndikdə) elektronun qazandığı potensial enerji 1 elektron volt olur.1 elektron volt= 1.602 176 565(35) × 10−19 coulVahid çox kiçik olduğundan onun daha yüksək dərəcələrindən istifadə edilir: keV — (kilo yunan khilioi — min) — 103 elektron volt MeV — (meqa yunan megas — böyük) — 106 elektron volt GeV — (giqa yunan gigas — giqant) — 109 elektron volt TeV — (tera yunan teras — monstr) — 1012 elektron volt == eV/c2 kütlə vahidi kimi == Elektron volt vahidi enerji ilə yanaşı kütlə üçün də işlənir. Bu A. Eynşteynin (A. Einstein) E =mc2 formulundan alınır. Bu formulaya görə enerji kütlə ilə işıq sürəti kvadratının hasilinə bərabərdir. E = m ∗ c 2 {\displaystyle E=m*c^{2}} Buradan m = E / c 2 {\displaystyle m=E/c^{2}} Beləliklə 1 eV/c2 = 1.782 661 845(39) × 10−36 kg Məsələn, protonun kütləsi 938.272 046(21) MeV/c2 və ya 1.672 621 777(74)×10−27 kgBəzən fizikaya aid ədəbiyyatda kütləni elektron volt ilə ifadə edəndə vahidin c2 hissəsi nəzərə alınmır. Belə ki, protonun kütləsi 938.272 046(21) MeV kimi də yazıla bilir.
Tej
Tej-alkoqollu içkidir. == Haqqında == Efiopiya xalqlarının hazırladığı içkidir. Qeyşu ağacının budaqları və yarpaqlarından hazırlanır ki, bal və acılıq verən ədviyyatlar əlavə edilir.Bu içkinin şirin, zəif alkoqollu əvəzləyicisi Berz adlanır.Tej həmçinin ev içkisidir. Bunu Efiopiya toylarında istifadə edirlər.
Tel
Tel — alının üstünə düşən saçlar. Bəzi subkulturaların bildiricisi olar bilər, məsələn, emoların və ya qanuni oğru ideologiyası ilə gedən insanların.
Teo
Teo (belar. Юрый Вашчук) — 24 yanvar 1983-də anadan olan Belaruslu müğənni. Teo Cheesecake mahnısı ilə Belarusu 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.
Test
Test (ing. test sözündən) — yoxlama, sınaq. == Haqqında == Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi.Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur. Test Tapşırığı – didaktik və texnoloji baxımdan keyfiyyətli, effektli olan yoxlama materialıdır.
Tex
Dığ və ya Tex (erm. Տեղ — Teğ) — Ermənistanın Gorus rayonunda və Sünik mərzının kənd. Kənd Qondarma Dağlıq Qarabağ Respublikası ilə Ermənistan Respublikasını birləşdirən "Həyat yolu" adlanan ərazidə yerləşir. Kənd Gorus şəhərindən 8 km şərqdə, Laçın şəhərindən 12 km cənub-qərbdə yerləşir. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Kəndin digər adı "Dığ" olmuşdur. Toponim fars dilində "kənd, qışlaq" mənasında işlənən dex (> tex) sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Burada 1926-cı ildə 7 nəfər azərbaycanlı yaşamışdır. 1926–1929-cu illərdə onlar kənddən sıxışdırılıb çıxarlımışdır.
Teü
Teü (fr. Théus, oks. Teüs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Şorj kantonuna daxildir. INSEE kodu — 05171. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 189 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 108 nəfərin (15-64 yaş arasında) 88 nəfəri iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 81.5%, 1999-cu ildə 71.7%). Fəal 88 nəfərdən 78 nəfəri (47 kişi və 31 qadın), 10 nəfəri işsizdir (3 kişi və 7 qadın).
İES
İstilik elektrik stansiyası (İES) ― üzvi yanacağın (neft, qaz, daş kömür, biokütlə və s.) enerjisini elektrik enerjisinə çevirən elektrik stansiyadır. == İstilik elektrik stansiyaların tipləri == İES-lər aşağıdakı amillərə görə bir-birindən fərqlənirlər. === Buraxılan enerjiyə görə === Bu əlamətə görə İES-lər kondensasiyalı elektrik stansiyası (KES) və istilik elektrik mərkəzlərinə (İEM) ayrılırlar. KES-lərdə kondensasiyalı turbinlər qoyulur və ancaq elektrik enerjisi istehsal edirlər. KES-lərdən fərqli olaraq İEM-lər tələbatçıları həm elektrik enerjisi, həm də ki, istilik enerjisi (buxar və isti su) ilə təmin edirlər. Belə stansiyalarda təzyiqə görə tənzimləmə ayrımı olan kondensasiyalı turbinlər və yaxud da əks təzyiqli turbinlər qoyulur. İstilik tələbatına görə İEM-lər sənaye tipli, istiləşdirmə tipli və sənaye-istiləşdirmə tipli istilik elektrik mərkəzlərinə ayrılırlar. İES-lərdə istehsal olunan elektrik enerjisinin təxminən 2/3 hissəsi KES-lərdə və 1/3 hissəsi isə İEM-lərdə hasil edilir. === İES-lərdə qoyulan turbinlərin tiplərinə görə === Bu əlamətə görə İES-lər buxar turbinli, qaz turbinli və buxar-qaz turbinli stansiyalara ayrılırlar. Buxar turbinli stansiyalardakı turbinlərin gücü 150 (160), 200 (210), 300, 500, 800 və 1200 MVt olur.
Bas (səs tipi)
Bas ( it. basso "aşağı") - səsin müvafiq tessiturasına malik olan ən aşağı kişi səsi. Böyük səs dərinliyi və dolğunluğu ilə fərqlənir. Qədim dövrlərdən bizim dövrümüzə qədər bas səsləri bəstəkarlar tərəfindən istifadə edilir. Xor və nəğmələr üçün bir çox kompozisiyalarda bas partiyası əsasdır. Həmçinin operada bir çox bas partiyaları ifa olunurdu. Baslar dərin bas profundo və melodik bas kantantasına bölünür. Bas diapazonu E-F (böyük oktavanın Mi-si, Fa-sı)-dan e1-g1-ə (Mi, Fa, Fa #, birinci oktavanın Sol-u), keçid notları: a-cis (Kiçik oktavanın La-sı - birinci aktavanın Do-diez-i). == Növlər == Yüksək bas, melodik bas (kantante), F2 (böyük oktavanın Fa-sı) ilə F4 (1-ci oktavanın Fa-sı) və bəzən F4, F#4, G4, Ab4 (Fa-diez, Sol və Birinci oktavanın la-bemolu) iş diapazonuna malikdir. Bu, bəzən bariton tembrini xatırladan yüngül, parlaq səsdir.