Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Manija Talaş
Manija Talaş (puştu منیژه تلاش) – 2002-ci ildə anadan olmuş əfqan B-girl. Qaçqınlar Olimpiya Komandasının üzvü kimi 2024-cü il Yay Olimpiya Oyunlarında breykinq yarışlarının iştirakçısı olub. == Həyatı == Manija Talaş 2002-ci ildə Əfqanistanın paytaxtı Kabildə anadan olub və böyüyüb[1]. 17 yaşında ilk dəfə "Facebook" sosial şəbəkəsində gördüyü videodan breykdansı ozü üçün kəşf edib:[2] "İlk dəfə internetdə bir kişinin başı üstə firlandığını görən zaman özümə dedim: bax bu mənim həyatda məşğul olmaq istədiyimdir!" Videoda rəqs edən kişi ilə əlaqə yaratdıqdan sonra Kabildəki "Superiors Crew" breydans klubuna qatılır. Burada o, 56 iştirakçi arasında yeganə qadın olur. Mətbuatda Manijanı "Əfqanıstanda breykdans rəqs edən birinci qadın" kimi xarakterizə etmişdirlər. Bundan sonra o, bir çox əfqanların rəqslərə neqativ münasibət bəslədiyindən çoxlu maneələrlə üzləşmişdir[3][4][5]. Ailəsinin müqavimətinə və bəzi hədə-qorxulara baxmayaraq o, breykdansla məşğul olmağa davam edir. Onun klubu iki dəfə insan ölümü ilə nəticələnən terror aktına məruz qalır[3][5][7]. Üçüncü terror aktının qarşısı polis tərəfindən alınır[2].
Talas
Talas (qırğ. Талас) — Qırğızıstanda şəhər, Talas vilayətinin mərkəzi. Mahmud Qaşqaridə Talas şəhərinin Kiçi və Kümi kimi fərqləndirici leksik vahidləri özünü göstərir. 751-ci ildə baş verən Talas döyüşü ilə İslama qovuşur. Talas döyüşündən sonra Türk boyları at belində Anadoluya, Balkan və Avropa ölkələrinə qədər irəliləyirlər. Talas şəhəri yerləşdiyi Talas vadisinin adını daşıyan kiçik bir şəhərdir. Bura Manas Torpağı adlanır. Ehtimal edilir ki, eposun qəhrəmanı bu şəhərdə doğulub və onun qəbiri bu şəhərin yaxınlığındadır. Bu şəhərin mərkəzində, çay kənarında gözoxşayan təbii park yerləşir. 20 km aralıda yerləşən üç şəhərdə Kulan Say, Terek Say və Kurqan Taş şəhərlərində bir neçə qiymətli daş abidələr və petroqlif nümunələri var.
Talan
Talan — kütləvi iğtişaşların bir növü olub dini, etnik və siyasi mənsubiyyətinə görə bir qrupun digər bir qrupun üzərinə hücum edərək insanları öldürülməsi, iş yerlərinin dağıdılması və ya yandırılması, kütləvi davalar, zorakılıq və hədəf alınan etnik qrupa məxsus ibadətxanaların, məktəb və təşkilatların dağıdılması ilə müşayət olunur. Talan mənasında "poqrom" (rus. погром sözünün kökü rus. громить — dağıtmaq, tar-mar etmək, darmadağın etmək, viran etmək sözündəndir) termin kimi ilk əvvələr əsasən Rus imperiyasında yəhudilərə qarşı olan talanları göstərmək üçün işlədilmişdir. İkinci Dünya müharibəsi ərəfəsində yəhudilərə qarşı başlanmış entik zəmində zorakılıqlar talan (poqrom) andlanırdı. Rus dilində 1988-ci ildən Azərbaycanda ermənilərə qarşı olan kütləvi iğtişaşlar da "poqrom" (bax: Sumqayıt poqromu) adlandırılmışdır.
Talaq
Talaq – İslam dininə görə kişi ilə qadın arasında başlanmış nikaha son vermə. Öz arvadına talaq verən kişi, gərək baliğ və aqil olsun, həmçinin kişi gərək öz ixtiyarı ilə talaq versin və əgər arvadına talaq verməyə onu məcbur etsələr, talaq batildir; və həmçinin gərək talaq vermək qəsdi olsun, əgər siğəsini zarafat ilə, yaxud sərxoş halda desə, səhih deyil. Qadın gərək talaq vaxtında heyz və nifas qanından pak olsun və əri o paklıqda onunla yaxınlıq etməmiş olsun. Bu iki şərtin təfsili gələcək məsələlərdə deyiləcək. Heyz və nifas halında qadına talaq vermək üç halda səhihdir: 1) Evlənəndən sonra əri onunla yaxınlıq etməmiş olsun; 2) Hamilə olmağı məlum olsun; əgər məlum olmasa və əri heyz halında təlağını versə və sonra başa düşsə ki, hamilə imiş, talaq batildir, hərçənd yaxşısı odur ki, ona talaq verməklə olsa belə ehtiyata riayət edilsin; 3) Kişi qayib olsa və ya hər hansı səbəbdən hətta qadının gizlənməsinə görə, arvadının heyz və nifas qanından pak olub-olmadığını başa düşə bilməsə; Bu halda vacib ehtiyat budur ki, arvadından ayrıldığı gündən ən azı bir ay keçənə qədər səbir edib sonra ona talaq versin. Əgər qadını heyz halından pak olduğunu bilsə və təlağını versə, sonradan məlum olsa ki, talaq vaxtında heyz halında imiş, onun təlağı fərz olunan hal istisna olmaqla batildir. Əgər onun, heyz halında olduğunu bilsə və təlağını versə, sonradana məlum olsa ki, pak imiş, onun təlağı səhihdir. Əgər bir şəxs arvadının heyz, ya nifas halında olduğunu bilə-bilə ondan ayrı düşsə, məsələn, səfərə çıxsa və ona talaq vermək istəsə, gərək arvadın heyz ya nifas qanından pak olduğuna yəqinlik, ya arxayınlıq hasil edənə kimi səbir etsin və sonra bilsə ki, pak olubdur, ona talaq verə bilər. Əgər arvadından ayrı düşən kişi öz arvadına talaq vermək istəsə, belə ki, arvadının heyz və nifas halında olub-olmamasından xəbər tuta bilsə, hərçənd onun xəbəri qadının heyz adəti üzrə, ya şəriətdə müəyyən olunmuş başqa nişanələrdən olsa belə, əgər ona talaq versə və sonra məlum olsa heyz, ya nifas halında olub, o halda onun təlağı səhih deyil. İstər heyz, ya nifas halında olan, istərsə pak olmuş əyalı ilə yaxınlıq etsə və talaq vermək istəsə, gərək təzədən heyz olub pak olana qədər gözləsin.
Talay
Talış
Talışlar (tal. Tolışon) — Azərbaycan Respublikasının cənub-şərqində, əsasən Lənkəran, Astara, Lerik, Masallı rayonlarında və Bakı, Sumqayıt şəhərləri (sonradan köçmüşlər), eləcə də İranın şimalında, əsasən Gilan ostanının Astara şəhristanı, Fumən şəhristanı, Şəft şəhristanı, Rudbar şəhristanı və az sayda Ərdəbil ostanının Nəmin şəhristanının Ənbəran bəxşində yaşayan xalq.. Talışların əksəriyyəti özlərini "Tolış" adlandırırlar, lakin, onların müəyyən bir qismi özlərinə "Taleş" deyir. Ana dilləri Hind-Avropa dil ailəsinin İran qrupuna aid edilən talış dilidir. Antropologiya baxımından böyük avropoid irqinin Balkan-Qafqaz irqinin Ön Asiya variantına daxildir. Azərbaycan və İrandan sonra ən çox Rusiyada yaşayırlar. 2009-cu ildə keçirilmiş ümumimilli siyahıalmanın nəticələrinə görə Azərbaycanda talışların sayı 112 min nəfər təşkil edir. Lakin, bəzi tədqiqatçılar və yerli əhali hesab edirlər ki, talış dilinin və etnik mədəniyyətinin daşıyıcılarının sayı bu rəqəmdən müəyyən dərəcədə çoxdur. Azərbaycanın Xəzəryanı cənub şərqində, Lənkəran iqtisadi rayonuna daxil olan bölgələrdə, əsasən Astara, Lənkəran, Masallı, Lerik rayonlarında kompakt şəkildə yaşayırlar. Xəzər sahillərinin həm ovalıq hissəsində, həm də onu qərb tərəfdən əhatə edən dağlıq hissəsində məskunlaşıblar.
Tulaş
Tulaş və ya Tolaşt (fars. طولش‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,372 nəfər yaşayır (306 ailə).
Valaş
Valaxş Karen — Sasani generalı, Karen sülaləsinin nümayəndəsi. Məşhur Karen sülaləsindən olub Azər Valaxşın nəvəsi idi. 665-ci ildə Təbəristanı işğal edərək Fərruxzad Bavəndini oldürmüşdü. Fərruxzadın oğlu Söhrab Mazandarana qaçaraq 673-cü ildə Təbəristana qayıtmış və atasının intiqamını almışdı. Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3.
Tala
Tala (meşə) — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə. Tala (Qaraqoyunlu) — Yelizavetpol quberniyasının Qazax qəzasında kənd. Aşağı Tala — Zaqatala rayonunda kənd. Yuxarı Tala — Zaqatala rayonunda kənd. Üçüncü Tala — Zaqatala rayonunun Üçüncü Tala kənd iəd kənd. Uzuntala (Zaqatala) — Zaqatala rayonunda kənd. Tala — Cəlilabad rayonu ərazisində çay. Göytəpə çayının sağ qoludur. Tala — Zaqatala rayonu ərazisində çay. Qanıx çayının sol qoludur.
Hamada Talat
Hamada Talat (1 mart 1981) — Misirli atıcı. Hamada Talat Misiri 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hamada Talat birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 618.2 xal toplayaraq 39-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Kaşbil (Talış)
Kaşbil (fars. كش بيل‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 250 nəfər yaşayır (52 ailə).
Koramar (Talış)
Koramar (az.-əski. کورامار‎, fars. كبودمهر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (13 ailə).
Kuhistan (Talış)
Kuhistan (fars. كوهستان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 181 nəfər yaşayır (38 ailə).
Lemir (Talış)
Lemir (fars. لمير‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 566 nəfər yaşayır (113 ailə).
Maryan (Talış)
Maryan (fars. مريان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (19 ailə).
Maşınxana (Talış)
Maşınxana (fars. ماشين خانه‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 424 nəfər yaşayır (82 ailə).
Məkəş (Talış)
Məkəş (fars. مكش‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 102 nəfər yaşayır (23 ailə).
Nalbənd (Talış)
Nalbənd (fars. نعلبند‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 458 nəfər yaşayır (102 ailə).
Navan (Talış)
Navan (fars. ناوان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 111 nəfər yaşayır (26 ailə).
Palasi (Talış)
Palasi (fars. پلاسي‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,357 nəfər yaşayır (314 ailə).
Peysara (Talış)
Peysara (fars. پي سر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 931 nəfər yaşayır (196 ailə).
Poştə (Talış)
Poştə (fars. پشته‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,149 nəfər yaşayır (259 ailə).
Qoruq (Talış)
Qoruq (fars. قروق‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,160 nəfər yaşayır (274 ailə).
Qənbərməhəllə (Talış)
Qənbərməhəllə (fars. قنبرمحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 867 nəfər yaşayır (196 ailə).
Saragah (Talış)
Saragah (fars. سراگاه‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 847 nəfər yaşayır (193 ailə).
Bense Talas
Talas (Kayseri)
Talas (türk. Talas) — Kayseri ilinin ilçəsi.
Talas abidələri
Talas abidələri - Qədim türklərə məxsus daş-yazı abidələridir. Talas çayı sahilində yerləşdiyinə görə bu cür adlandırılıb. 1896-cı ildə Övliya-ata (Talas)qəza rəisi V.A.Kallur həmin şəhər haqqında tədqiqat əsəri nəşr etdirir. Bu əsərdə o Akçı kəndinin Şərqində 8 km aralı Ayırtan-oy deyilən yerdə Orxon-Yenisey əlifbası ilə yazılmış bir daşın olduğunu göstərir. Bundan sonra daha bir neçə abidə tapılır. Abidələrin tapılmasında V.A.Kallurdan başqa fin arxeoloqları Q.Heykel, K.Münik və O.Donnerin də böyük rolu olub. Abidələrin ilk nəşri Q.Heykelə məxsusdur. Lakin Q.Heykeldən başqa V.V.Radlov, P.M.Melioranski, Y.Nemet, H.N.Orkun, S.Y.Malov və İ.A.Batmanov da abidələri tədqiq etmişlər. 1932–1933-cü illərdə hələlik yeganə olan Talas Çubuğunun tapılması, oxunması və nəşrində M.Y.Masson və S.Y.Malovun xidmətləri olub. Sonralar bu abidəni H.N.Orkun, C.Cumaqulov (S.Y.Malovun tərcüməsində) da nəşr etmişdir.
Talas döyüşü
Talas döyüşü — 751-ci ildə bugünkü Qırğızıstan sərhədləri daxilindəki Talas çayı sahilində, Abbasilər və onların müttəfiqi olan Qarluqlar ilə Çinlilər arasında 5 gün davam edən döyüşdür. Çin ordusunun məğlubiyyəti ilə nəticələnən döyüş həm Çin, həm də Türk, həm də İslam tarixi baxımından mühüm hadisədir. Parçalanan Türkeşlərin Qara Türkeşlər adlanan qrupu 742-ci ildə çinlilərin dəstəyi ilə Tumoçanın komandanlığı altında müstəqilliklərini qoruya bildi. Keş şəhərindəki (indiki Daşkənd) Qara Türkeşlərin sonrakı hökmdarı Bahadur Tudun Çinli komandan Kao Siya Çe tərəfindən 751-ci ildə öldürüldü və bütün mülkü müsadirə edildi. Ardıyca da bütün şəhər çinlilər tərəfindən yağmalandı. Çinli komandanın Bahadur Tudun ilə razılığa gəlməsinə baxmayaraq onu öldürməsindən sonra Bahadur Tudunun oğlu qaçmağı bacardı və ərəblərdən kömək istədi. Bu hadisələrdən bir il əvvəl Əməvi sülaləsi hakimiyyətdən qovulmuşdu və onların yerinə hakimiyyətə Abbasilər gəlmişdi (750). Əbu Həsən 745-ci ildə Əməvilərn Xorasan valisi Nəsr ibn Seyyarı məğlub edərək Xorasandan çıxartmışdı. Türkeş şahzadəsinin kömək istədiyi zaman Xorasanın valisi olan Əbu Oğuz xan digər ərəb sərkərdələri kimi düşünmədi və kömək üçün Ziya ibn Salehi göndərdi. Talas döyüşündə iştirak edən orduların nə qədər şəxsi heyətdən ibarət olması barədə müxtəlif iddialar mövcuddur.
Talas vilayəti
Talas Vilayəti — Qırğızıstanda vilayət.
Talas çayı
Talas çayı (qaz. Талас, qırğ. Талас) — Qırğızıstan və Qazaxıstan ərazisindən axan çay. Çayın uzunluğu 661 km, hövzəsinin sahəsi 52,700 km²-dir. Çayın qidalanmasının əsasını buzlaq və qar suları təşkil edir. Qırğızıstanın Talas silsiləsinin buzlaqlarından başlayan Karakol və Üç-Koşoy çaylarının axması nəticəsində formalaşır. Axarı boyunca Talas çayı çoxlu sayda qol qəbul edir: Urmaral, Qara-Buura, Kumuştak, Kalba, Beş-Taş. Aşağı axınlarda çay Muyunqum qumlarında itir. Çayın sol sahilində Qırğızıstanın Talas vilayətinin inzibati mərkəzi Talas, aşağıda isə Qazaxıstanın Cambul vilayətinin inzibati mərkəzi Taraz yerləşir. Çayda Talas, Temirbek, Jiembet və Uyuk su elektrik stansiyaları vardır.
Atlas
Atlas (coğrafi) – 1)xəritə; 2)albom və ya məcmuə şəklində tərtib edilmiş xəritə; 3)cürbəcür xəritələrin, sxemlərin toplusu; 3)müəyyən sistem üzrə toplanmış xəritələr toplusu; 4)dilçilikdə dil və ya dialektlərin yayılma areallarını əks etdirən xəritələr toplusu; 5)göy cismlərinin xəritə və cədvəllərinin toplusu (astronomik atlas); 6)coğrafi müəyyən sistemlə yığılıb, ümumi proqram əsasında albom və ya kitab şəklində tərtib edilən coğrafi xəritələrin məcmuəsi. Atlasdan müxtəlif sorğu və tədris məqsədilə istifadə olunur. "Atlas" adını ilk dəfə 16 cı əsrdə Herard Merkator tərəfindən gəlmişdir. O, tərtib etdiyi xəritələri toplu halında hazırlayıb və onu "Atlas" adlandırıb və çap olunub. Azərbaycanda nəşr olunmuş atlaslar: "Dünyanın fiziki atlası" (1964), "Dünyanın kiçik atlası" (1975), "Azərbaycanın atlası" (1949, 1963). Azərbaycan Respublikasının müxtəlif istiqamətli yeni atlaslarını Azərbaycan Milli Elmlər Akademiyasının akad. Həsən Əliyev adına Coğrafiya İnstitutu nəşrə hazırlamışdır. == Ədəbiyyat == R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009.
Qalas
Qalas (osman. قلاص, türk. Kalas, alm. Galatz‎, mac. Galac, rum. Galaţi), Rumıniyanın şərqində Boğdan bölgəsində yer alan İbrail şəhəri və Moldova sərhədində yer alan bir şəhərdir. Son resmi rəqəmlərə görə 304.340 nəfərlik əhaliyə sahib şəhərdir, Rumıniyanın 7-ci büyük şəhəridir.
Talkas
Talkas gölü (başq. Талҡаҫ) — Ural dağlarının şərq ətəklərində yerləşən şirinsulu göl. Göl inzibati cəhətdən Başqırdıstanın Baymak rayonu ərazisinə daxildir. Göl şirinsulu olub, tektonik məşəllidir. Talkas gölü iki dağ arasında ensiz sahəni tutur. İrendık silsiləsinin qərb enişində qərarlaşır. Göl Tubinski kəndindən 4 km cənub-şərqdə qərarlaşır. Cənub sahilində qədim yaşayış məntəqəsi olan İsranovo yerləşir. Şimal və cənub sahilləri düzəndir. Bu ərazilər bataqlıqlıqlaşmışdır.
Talsa
Talsa (ing. Tulsa) - ABŞ-nin Oklahoma ştatında yerləşən şəhərdir. Tulsa'nın indi mövcud olduğu ərazi, Lochapoka tərəfindən ilk rəsmi olaraq məskunlaşmadan əvvəl, Kiikaapoi (Kickapoo), Wahzhazhe Ma zha (Osage), Muscogee (Creek) və Caddo tayfaları ölkəsində Hindu ərazisi sayılır. 1836-cı ildə Creek tayfaları. İndiki Cheyenne prospekti ilə 18-ci küçənin kəsişməsində Creek Council Oak Tree altında kiçik bir qəsəbə qurdular. Bu sahə və bu ağac, Baş Tukabahchi və onun kiçik qrupuna, Tallassee, Alabama bölgəsindəki çayın əyilməsini və əvvəlki Creek Council Meşə Ağacının sağ qalanlarını gözyaşlarının izi ilə xatırlatdı. Yeni yaşayış məntəqələrinə Tallasi adını verdilər, bu da Creek dilində "köhnə şəhər" deməkdir və sonradan "Tulsa" oldu. Tulsa ətrafı, ABŞ-nin cənubundan Oklahomaya köçürülən "Beş Sivil Qəbilə" nin üzvləri tərəfindən də yerləşdi. Müasir Tulsa -nın əksəriyyəti, hissələri Cherokee və Osage Nations -da yerləşən Creek Nation -da yerləşir. Vətəndaş Müharibəsi dövründə Oklahoma hələ bir əyalət olmasa da, Tulsa bölgəsi döyüşdən öz payını aldı.
Tapas
Tapas (isp. Tapa) — İspaniya mətbəxində yer alan qəlyanaltı çeşidi. Soyuq və isti növləri mövcüddur. İspaniyanın seçilmiş restoranlarında tapas mürəkkəb bir yeməyə çevrilmişdir. Mərkəzi Amerika ölkələrində bokas kimi tanınır. Meksikada isə buna bənzər yeməklər botana adlanır.
Alas
Alas — Yakutiyada çoxillik donmuş yeraltı süxurların əriməsi və ərazinin enməsi nəticəsində əmələ gələn hamar çökəklikdir. Arktikanın daimi donmuş ərazilərinin ərimə və təkrar yenidən donma prosesi səbəbi ilə çökməsi nəticəsində əmələ gəlir. Alas ərimiş suyun çökəkliyi doldurması nəticəsində əvvəlcə dayaz bir göl kimi inkişaf edir, daha sonra isə göl quruyur və yerini ot bitkiləri tutur. Alaslar örüş kimi istifadə olunur. == Nümunələr == Alas Arktikanın başqa yerlərində tapılan termokarst çökəkliklərindən ona görə fərqlidir ki, buradakı göl müvəqqəti xarakter daşıyır və Yakutiyanın quraqlığı səbəbindən gölün aşağısındakı buz tükəndikdən sonra quruyur. Dünyadakı ən böyük Alas Ust-Aldan ulusunda yerləşən Myuryudur. Alaslar həm də böyük mədəni əhəmiyyətə malikdir. Yakutların ənənəvi Yeni il bayramı olan Ihıax festivalı zamanı yayda 20 000-ə yaxın insan Yakutsk şəhərinin yaxınlığındakı alasa toplaşır. Saxa Respublikasında yerləşən başqa bir alasda digər kiçik bayramlar keçirilir.