TƏLQİN

is. [ ər. ]
1. Hər hansı bir fikri, əqidəni, hissi qəbul etdirmək üçün birinin iradəsinə, psixikasına təsir etmə, beyninə yeritmə.
Tahir … yenə qocanın mənalı-mənalı baxan, təlqin dolu gözlərini, qüvvətlə gurlayan səsini unutmurdu. M.Hüseyn.

□ Təlqin etmək – bir şeyi anladıb inandırmaq, beyninə yeritmək, qəbul etdirmək.
Çox həqiqət mənə təlqin eləyir vicdanım; Yoxdur ondan birini söyləməyə imkanım. A.Səhhət.
Bu dayə pakürəkli, saf bir qadındı və bu saflığı ilə də Səməd bəyə düzlük və doğruluq təlqin eləmişdi. Çəmənzəminli.

2. din. Müsəlmanlarda: meyit dəfn olunandan sonra molla tərəfindən məzar başında oxunan dua.
TƏLİS₃
TƏLQİNEDİCİ

Digər lüğətlərdə

де́ятель изре́живание сгла́женность тало́нный топо́рщиться шкафу́т безоби́дность вкра́пливание демифологизи́роваться одноголо́сие преры́вный та́нтра батрак black humour damned gride parisite riot squad sensualism выдавливать вышитый неприспособленность префект привидеться троцкист