Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tahirov Vüsal
Vüsal Abbasov
Vüsal Abdullayev
Vüsal Abdullazadə
Vüsal Allahverdiyev
Vüsal Allahyarov
Vüsal Alıyev
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Vüsal Ağalarov
Vüsal Babayev
Vüsal Cəfərov
Vüsal Dəmirov
Vüsal Güləliyev
Vüsal Hadıyev
Vüsal Həsənov
Vüsal Kazımov
Vüsal Mahmudov
Vüsal Mehrəliyev
Vüsal Akif oğlu Mehrəliyev (15 yanvar 1978) — aktyor və rejissor.Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru(2022), Prezident mükafatçısı(2022) Vüsal Mehrəliyev 15 yanvar 1978-ci ildə İsmayıllıda anadan olmuşdur. Əhməd Cavad adına Bakı Mədəni-Maarif texnikomunun Kino və dram aktyorluğu fakültəsini bitirib. 27 oktyabr 1997-ci ildən Gənc Tamaşaçılar teatrının aktyorudur. Dram və kino aktyoru olaraq bir neçə filmdə, serialda və televiziya tamaşasında rol almışdır. 2016-cı ildən Moskvada B. Şukin adına Teatr İnstitutunda aktyorluq sahəsində təhsilini davam etdirir. 2014-cü ili aprel ayının 14-də Kalmıkiya və Azərbaycan teatrları arasında mədəni və qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsindəki töhfələrinə görə Kalmıkiya Respublikası Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə mükafatlandırılmışdır. 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. 1. Mahmud - («Mahmud və Məryəm» Elçin) 2. Uruz - («Dədəm Qorqud» Ə.Dəmirçizadə) 3.
Vüsal Miriyev
Vüsal Miriyev — II dərəcəli kapitan, "Dağıstan" raket gəmisinin komandiri. Vüsal Miriyev 1978-ci il avqustun 27-də Goranboy rayonunun Səfikürd kəndində anadan olub. V. Miriyev evlidir, 3 övladı var. 1996-cı ildən Rusiya Silahlı Qüvvələrində xidmət edir. Uşakov adına Baltik Hərbi-Dəniz İnstitutunu bitirdikdən sonra Xəzər flotiliyasında xidmətə göndərilib. 2002–2005-ci illərdə raket qayığında komandir köməkçisi, 2005–2010-cu illərdə isə raket qayığının komandiri olub. 2010-cu ildə V. Miriyev "Tatarıstan" keşikçi gəmisinin komandiri, qısa müddət sonra "Dağıstan" raket gəmisinin komandiri təyin edilib. 2013-cü il avqustun 13-də Rusiya və Azərbaycan prezidentləri bu gəmini ziyarət ediblər. 2015-ci il oktyabrın 7-də Rusiyanın Xəzər flotiliyasına məxsus "Dağıstan" gəmisi Xəzər dənizindən Suriyadakı hədəflərə raket atıb.
Rüstəmov Vüsal
Vüsal Orucov
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Vüsal Hacıyev
Vüsal Hacıyev — Azərbaycanlı alim, elmlər doktoru, Azərbaycanda ilk və dünyada nadir sayılan “Təkrar qalxan aorta disseksiyası” əməliyyatının müəllifidir.
Topçu Vüsal
== Vüsal Şahkərimov == Azərbaycanlı hərbçi, İkinci Qarabağ Müharibəsinin simvollarından biridir. Müharibənin gedişində Müdafiə Nazirliyinin mütəmadi olaraq paylaşdığı videodan Sosial Media istifadəçiləri onun şəklini kəsib paylaşdıqdan sonra məşhurlaşmışdı. O Müharibə dövründə və sonrakı dövrlərdə sosial şəbəkələrin Azərbaycan seqmentinin gündəmində qalmışdı. Bu səhnə təsadüfi epizoddan yaranıb. Kadrlar Qubadlının Sarıyataq kəndində döyüş zamanı lentə alınıb. == Həyatı == Vüsal Şahkərimov 29 iyun 2001-ci il tarixində Xaçmaz rayonunun Qusarçay kəndində dünyaya gəlib. Ailəsi Quba rayonunun Cimi kəndindəndir. O, İkinci Qarabağ Müharibəsi başlamazdan 17 ay əvvəl, 29 iyun, 2019-cu il tarixində hərbi xidmətə yola düşüb. Döyüşlərə ilk olaraq Fizuli rayonunda başlayıb. Sonradan onun xidmət etdiyi hərbi hissə Şuşaya köçürülüb.
Vüsal Şahkərimov
== Vüsal Şahkərimov == Azərbaycanlı hərbçi, İkinci Qarabağ Müharibəsinin simvollarından biridir. Müharibənin gedişində Müdafiə Nazirliyinin mütəmadi olaraq paylaşdığı videodan Sosial Media istifadəçiləri onun şəklini kəsib paylaşdıqdan sonra məşhurlaşmışdı. O Müharibə dövründə və sonrakı dövrlərdə sosial şəbəkələrin Azərbaycan seqmentinin gündəmində qalmışdı. Bu səhnə təsadüfi epizoddan yaranıb. Kadrlar Qubadlının Sarıyataq kəndində döyüş zamanı lentə alınıb. == Həyatı == Vüsal Şahkərimov 29 iyun 2001-ci il tarixində Xaçmaz rayonunun Qusarçay kəndində dünyaya gəlib. Ailəsi Quba rayonunun Cimi kəndindəndir. O, İkinci Qarabağ Müharibəsi başlamazdan 17 ay əvvəl, 29 iyun, 2019-cu il tarixində hərbi xidmətə yola düşüb. Döyüşlərə ilk olaraq Fizuli rayonunda başlayıb. Sonradan onun xidmət etdiyi hərbi hissə Şuşaya köçürülüb.
Vüsal Muradov
Vüsal Murtuzəliyev
Murtuzəliyev Vüsal Hasil oğlu (23 aprel 1982, Sumqayıt) — Azərbaycan aktyoru. Vüsal Murtuzəliyev 23 aprel 1982-ci ildə Sumqayıtda anadan olmuşdur. Sumqayıt şəhəri 21 saylı orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişdir. 2007-ci ildə ona böyük uğur gətirən "Cavid ömrü" filmində çəkilmişdir. Bu ekran əsərində o, Ərtoğrul Cavid obrazını yaratmışdır. Vüsal Murtuzəliyev dublyaj sahəsində xüsusi uğurları olan aktyorlardandır. Hazırda Azad Azərbaycan televiziyasında qabaqcıl dublyaj aktyoru kimi çalışmaqda davam edir. Aktrisa Dilarə Əliyevanın qardaşıdır. Cümhuriyyət generalları (film, 2006) Cavid ömrü (film, 2007) Günaydın, mələyim!
Qusul atı
Qusul atı, həmcinin Qusulik və ya Qusul — Dağ şəraitinə uyğunlaşmış ev at cinsi. Bu atlar əsasən Karpat dağları ərazisində və Şərqi Avropa ölkələrində yetişdirilir və dünya genefondu hesab edilir. 1979-ci ildə Qusul atı relikt növ statusu elan edilmiş və qorunma statusu almışdır. Bu ad qusullarla bağlıdır. Ukraynların etnik qrupu olan qusullar əsasən İvano-Frankov, Çernovis vilayətləri və Zakarpat vilayətinin Raxovski rayonu ərazilərində yaşayırlar. Atlar elə də hündür olmurlar. Erkəklərin orta hündürlüyü 139 - 145 sm, dişilər isə 137 - 142 sm olur. Sinəsi geniş və enlidir. İri gözlərə və kiçik qulara sahibdir. Güçlü beli və əzələli boynu vardır.
Vusal Hüseynov
Vusal Yəhya oğlu Hüseynov (10 iyun 2001, Velədi, Lənkəran rayonu – 8 noyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Vusal Hüseynov 10 iyun 2001-ci ildə Lənkəran rayonunun Velədi kəndində anadan olmuşdur. 2007–2016-cı illərdə Lənkəran şəhərinin 8 nömrəli orta məktəbində oxumuşdur. 2016–2018-ci illərdə Lənkəran Texniki Kollecini sürücü-mexanik ixtisası üzrə təhsil almışdır. Vusal Hüseynov 2019-cu ilin oktyabr ayından Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının əsgəri olan Vusal Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vusal Hüseynov 8 noyabr 2020-ci ildə Zəngilan rayonunda yerləşən 811.0 yüksəkliyi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi və əks-hücumun dəf edilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vusal Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vusal Hüseynov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.