Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bove
Bove (fr. Beauvais, pikard Bieuvais, lat. Bellovacum, Bratuspantium, Caesaromagus) — Fransanın şimalında şəhər, region — O-de-Frans, Uaza departamentinin paytaxtı. Amyen şəhərindən 62 km cənub-qərbdə və Paris şəhərindən 78 şimalda, Teren və Avelon çaylarının birləşməsində yerləşir. 2014-cü ilə görə əhalinin sayı — 54 738 nəfər. == Tarixi == Qədim dövrlərdə Bellovak tayfasının paytaxtı idi. 52-ci ildə Yuli Sezarın fəthindən sonra Sezaqromaus adını aldı. Sonradan yenidən "Bellovaclar şəhəri" adlandırıldı (Civitas de Bellovacis). IX əsrdən etibarən Fransadakı ən güclülərdən biri olan (1013-cü ildən bəri Fransanın həmyaşıdları) olan Noyon yepiskoplarına çevrilən Beauvais-in Sayları qeyd edildi. 1346-cı ildə mühasirəyə alınan şəhər İngilislərə qarşı cəsarətlə özünü müdafiə etdi; Jan Lipyerin qəhrəman fədakarlığı ilə xilas oldu .
Love?
Love? — Cennifer Lopezin yeddinci studio albomudur.
Bove (rayon)
Bove (fr. Beauvais) — Fransanın Pikardiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Uaza. Suprefektura — Bove. Rayonun əhalisi 2010-cu ildə 224.044 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 107 nəf / km². Rayon —sahəsi 2100 km².
Erkin Love
Erkin Osmanlı (18 fevral 1989, Bakı) — Erkin Love səhnə ləqəbi ilə də tanınan Azərbaycan müğənnisi, bəstəkar-şairi, yazıçısı və aktyoru. O, müğənni fəaliyyətinə 17 yaşı olarkən 2006-ci ildə başlamış və Lider TV-də yayımlanan Akademiya musiqili realiti şousunun və Eurovision Mahnı Müsabiqəsinin milli seçim turlarının finalçısı kimi məşhurdur. == Akademiya Realiti Şousu və İlk Məşhurluq == 2006-ci ilin Sentyabr ayında Erkin uğurla Brilliant Dadaşovanın Akademiya realiti şousunun hər üç seçim mərhələlərini adlayaraq yarışmanın final mərhələlərinə vəsiqə qazanmışdır. Baxmayaraq ki, Erkin Azərbaycanda olduqca az sayda sevilən rok musiqisini təmsil edirdi və qeyri-adi avropasayağı görünüşünə görə ilk öncədən autsayder kimi qələmə verilən Erkin sonradan yarışmanın ən populyar iştirakçısına çevirildi və yalnız finala bir həftə qalmış yarışmanı 5-ci yerdə bitirərək tərk etdi. Onun çıxışları qısa zamanda böyük səs-küyə səbəb olmuşdur və yarışmadan sonra İzzət Bağırov və Röya kimi sənətçilər rok janrında mahnılar yazdırmışdılar. == Akademiya-dan sonrakı illər və Eurovision Milli Seçim Turları == Akademiya şousundan sonra öz yaradıcılığına gedən Erkin özü haqda yenidən 2008 Eurovision Mahnı Müsabiqəsinin ilk milli seçim turlarında bildirmişdir. Seçim turlarını ilk beşlikdə bitirən Erkin, sonradan birdə 2011-ci ildə və 2014-cü ildə milli seçim turlarında iştirak etmişdir. 2014-cü ildə o Ukraynanın paytaxtı Kiyevdə keçirilən Böyük Səhnə yarışmasının finalçısı olmuşdur. 2012-ci ildə Erkin Moskvada yaşayan Azərbaycanlı-Yəhudi müğənni və bəstəkar-şair Safaellə birgə Baku Jazz Center-də konsert verərək ilk dəfə öz mahnılarını kütlə qarşısında ifa etmişdir. == Digər fəaliyyətləri == Musiqi və yazıçılıqdan başqa Erkin bir ara reklam sahəsində Bakının öndəgedən şirkətləri ilə çalışmışdır və müxtəlif brendlər üçün adlar, sloqanlar və TV çarxlar yaratmışdır.
Hove boğazı
Hove boğazı (ing. Howe Sound - Vankuverdən şimal-qərbdə fyordlarla əhatələmişdir. Boğaza qiriş Corciya boğazı vastəsi ilə olur. Boğaz üçkünc formaya malik olub, cənub - şərqi qurtaracağında Corciya boğazı ilə birləşir. Boğazın uzunluğu 42 km təşkil edir. Burada çoxlu sayda adalar vardır. Onlardan cəmi 3-ü nisbətən iridir. Boğazın materik sahilləri sıldırımlıdır. Şərq sahillərində vulkan məşəlli süxurlar geniş yayılmışdır. Burada 20 dəniz mili gücündə küləklər əsir.
Love Berry
Love Berry (ラブベリー, Rabu Berii) – Tokuma Shoten nəşriyyatı tərəfindən Tokioda nəşr olunan Yaponiya dəb jurnalı. Jurnal yeniyetməliyə yenicə daxil olmuş və ya yeniyetməliyin orta yaşlarında olan qızlar üçün nəzərdə tutulub. Jurnal üçün işləyən modellər "LoveBerrina" adlandırılır. Jurnal çox vaxt qısaca LB kimi tanınır. == Tarixi == "Love Berry" jurnalının ilk buraxılışı 1 dekabr 2001-ci ildə işıq üzü görmüşdür və aylıq olaraq Tokioda yayımlanırdı. 5 dekabr 2011-ci ildə rəsmi saytda jurnalın artıq nəşr olunmayacağı açıqlanmışdır. Jurnalın son buraxılışı 1 fevral 2012-ci ildə nəşr olunmuşdur. 25 dekabr 2015-ci ildə yenidən yayımlanmağa başlamışdır.
Love Kills
Love Kills — (Azərbaycanca: Sevgi Öldürür) Belçikanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Love Live!
Love Live! (ラブライブ! Rabu Raibu!) School Idol Project — ASCII Media Works, Dengeki G's Magazine, musiqi yazı lenti Lantis və Sunrise animasiya studiyası tərəfindən birgə istehsal olunan bir multimediya layihəsi. Layihə, məktəblərini bağlamaqdan qurtarmaq üçün bir məktəb aydol qrupu yaradan bir qrup xəyali tələbə ətrafında gedir. Layihə, əvvəlcə Dengeki G's Magazine-in 2010-cu ilin avqust sayında yayımlandı və musiqi CD-lərində, anime musiqi videolarında, iki manqa adaptasiyası və videooyunlarında istehsalına davam edildi. Daha sonra Sunrise tərəfindən istehsal olunan və rejissoru Takahiko Kyogoku olan 13 seriyalı anime televiziya serialının ilk mövsümü 2013-cü ilin yanvarından martına, ikinci mövsümüde 2014-cü ilin aprelinden iyuna qədər yayımlandı. Love Live! School Idol Movie adlı bir anime filmi də 2015-ci ilin iyun ayında nümayiş olundu. Yeni bir aydol qrupuna odaklanan bir serial olan Love Live! Sunshine!!, 2015-ci ildə elan edildi və manga seriyası May 2016-da, anime televiziya seriyası 2016-cı ildə başladı.
Nove Zamki
Nove Zamki (slovak. Nové Zámky, alm. Neuhäusel‎, mac. Érsekújvár, türk. Uyvar) — Slovakiyanın cənub-qərbində, Nitra çayının sahilində yerləşir. Əhalisi 42 min nəfərə yaxındır. Nove Zamki 1573—1581-ci illər arasında, Osmanlı İmperiyasına qarşı inşa edilmişdi və o zamanki Avropanın ən müasir qəsri hesab edilirdi.Tədricən qəsr ətrafında şəhər inkişaf etməyə başladı. Osmanlı İmeriyası qəsrə 10 dəfə hücum etmişdi, lakin qələbə qazana bilməmişdi. Yalnız 1663-cü ildə türklər qəsri ələ keçirə bilmişdilər. Bunun səbəbi də qəsr kommendantı Adam Forqahın türk qoşunlarının gücünü hesablamaması səhvi nəticəsində baş vermişdi.
Rove burnu
Rove burnu — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Barkley körfəzi sahillərindən cənub-şərqdə yerləşən burundur. Burun buzlaqlardan azaddır. Burun 1821–22-ci illərdə Yeni Plimutdan Livinqston adasına doğru hərəkətə başlayan, dənizçilərdən ibarət Qreys gəmisinin kapitanı olan Henri Rovenin adını daşıyır. Burun Nedelya burnundan 4.6 km şimal-şərqdə, Bilyar burnundan 3 km şimal-şərqdə, Esseks burnundan 14.64 km cənub-şərqdə, Şirreff burnundan 15.93 km cənub-qərbdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. L. L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L. L. Ivanov.
Unborn Love
Unborn Love (azərb. Gələcək sevgi‎) – C. C. Catch və İspan ifaçısı Xuan Martinez tərəfindən 2010-cu ildə ifa edilmiş mahnıdır. Mahnı sözlərini C. C. Catch və Xuan Martinez yazmışdır. Mahnının ilk çıxış tarixi 1 sentyabr 2010 tarixində rəqəmsal paylaşdırma sayəsində baş tutmuşdur.
Şove mağarası
Şove mağarası Cənubi Fransada yerləşir və təsadüfən 18 dekabr 1994-cü ildə kəşf edilmişdir. Karbon testləri nəticəsində məlum olmuşdur ki, dünyada tapılan ən qədim rəsmlər bu mağarada yerləşir. Mağarada mağara ayısı, mamont və tüklü kərgədan kimi nəsli kəsilmiş canlıların kəllə sümükləri tapılmışdır. 2014-cü ildə UNESCO tərəfindən Dünya Mirası Siyahısına daxil edilmişdir. Fransanın cənubunda Ardeş çayının vadisində qayaüstü rəsmlərlə zəngin olan Şove mağarası yerləşir. Mağara 1994-cü ildə üç speleoloq tərəfindən kəşf edilib. Onlardan birinin soy adı məhz Şovedir. 2014-cü ildən ümumidünya irs siyahısına daxil edilmişdir. Mağarada yerləşən zalların və qalereyaların ümumi uzunluğu 800 metr, hündürlüyü isə 18 metr təşkil edir. Mağarada 435 müxtəlif heyvanların təsviri aşkar edilib.
Daniele Bove
Daniele Bove (23 mart 1907[…], Nevşatel[d] – 8 aprel 1992[…], Roma[…]) — İtaliya farmakoloq və fizioloqu, Nobel mükafatı laureatı (1957). İsveçrədə gəlmədir. Cenevrə Un-tini bitirmiş (1929), Paster İnstitunda kimya terapiya laboratoriyasında (1929–1947) işləmişdir. 1947 ildən İtaliya vətəndaşı idi. Ali Sağlamlıq İn-tunda kimya terapiya şöbəsinə rəhbərlik etmiş (1947–1964), Sassari Un-tinin farmakologiya prof.-u (1964–1969), Romada Milli Tədqiqatlar Şurasının psixobiologiya və psixofarmakologiya laboratoriyasının direktoru (1969–1975) və eyni zamanda Roma Un-tinin psixobiologiya prof.u olmuşdur (1971 ildən). Əsas əsərləri maddələrin kimyəvi quruluşu və farmakoloji təsiri arasındakı asılığın öyrənilməsinə həsr edilmişdir. Sulfanilamid preparatlarının antibakterial təsir mexanizmini ilk aşkarlayanlardan biridir. Kurareyəbənzər və antihistamin birləşmələrin təsirini müəyyənləşdirərək, onların quruluş qanunauyğunluqlarını təyin etmişdir.
Dark wave
Dark wave və ya darkwave (ingilis dilindən tərcümədə: qaranlıq dalğa)1970-ci illərin sonlarında yeni dalğa və post-punk hərəkatından yaranan musiqi janrıdır. Qaranlıq dalğa(dark wave) janrı kompozisiyaları əsasən kiçik açar tonallığa və introvert lirikaya əsaslanır və bu janra aid musiqilər özlüyündə qaranlıq, romantik və kədərli kimi emosiyalar ehtiva edir. Ümumi xüsusiyyətlərinə görə elektrik və akustik gitara, skripka və piano kimi musiqi alətlərinin, həmçinin sintezatorlar, samplerlər və drum maşınları kimi elektron alətlərin istifadəsi daxildir. 1980-ci illərdə qaranlıq dalğa musiqisi ilə paralel olaraq dinləyiciləri tərəfindən wavers və ya dark wavers adlanan subkultura yaradıldı xüsusilə də Avropada dark waves(qaranlıq dalğalar) subkulturası geniş yayılmışdır. Almaniya kimi bəzi ölkələrdə bu subkultura qotik rok həvəskarlarını da öz daxilinə alırdı.
Z-Wave
"Z-Wave" — əsasən yaşayış və kommersiya binalarının avtomatlaşdırılması üçün istifadə edilən simsiz rabitə protokolu. Bu cihazdan cihaza əlaqə yaratmaq üçün aşağı enerjili radio dalğalarından istifadə edən şəbəkədir. Ağıllı işıqlar, təhlükəsizlik sistemləri, termostatlar, sensorlar, ağıllı qapı kilidləri və qaraj qapısı açıcıları kimi ağıllı ev cihazlarını simsiz idarə etməyə imkan verir. "Z-Wave" markası və texnologiyası "Silicon Labs"ə məxsusdur. Bu texnologiya ilə məşğul olan 300-dən çox şirkət "Z-Wave" Alliance" daxilində toplanır. Yaşayış məntəqəsi, kommersiya sahəsi, MDU və tikinti bazarlarına yönəlmiş digər protokollar və sistemlər kimi "Z-Wave" sistemi də smartfondan, planşetdən və ya kompüterdən, lokal olaraq "Z-Wave" şlüzlü ağıllı dinamik, simsiz klaviatura və ya divara quraşdırılmış panel vasitəsilə, həmçinin həm maraq nöqtəsi, həm də nəzarətçi kimi xidmət edən mərkəzi idarəetmə cihazı ilə idarə oluna bilər. "Z-Wave" ittifaqın bir hissəsi olan müxtəlif istehsalçıların ev idarəetmə sistemləri arasında tətbiq səviyyəsinin qarşılıqlı işləməsini təmin edir. Birlikdə işləyə bilən "Z-Wave" məhsullarının sayı artmaqdadır. 2017-ci ildə 1,700-dən çox, 2019-cu ilə qədər 2,600-dən çox və 2022-ci ildə 4,000-dən çox idi. "Z-Wave"in tətbiq səviyyəsində qarşılıqlı fəaliyyət göstərməsi cihazların məlumat paylaşa bilməsini təmin edir, bütün "Z-Wave" aparat və proqram təminatının birlikdə işləməsinə imkan verir.
Love + Fear
Love + Fear — Uels müğənnisi Marina Diamandisin dördüncü studiya albomu. 26 aprel 2019-cu ildə Atlantic Records tərəfindən buraxılıb.
Unlimited Love
Unlimited Love — ABŞ rok qrupu Red Hot Chili Peppers-in on ikinci studiya albomu. 1 aprel 2022-ci ildə Warner Records tərəfindən buraxılıb.
Everything Is Love
Everything Is Love – ABŞ müğənnisi Beyonse və ABŞ repçisi Jay-Z-nin 16 iyun 2018-ci ildə birgə hazırladığı albomdur.
Gravity of Love
Gravity of Love (azərb. Cazibə sevgisi‎) ― Enigma musiqi layihəsi adından 1999-cu ildə çıxarılmış sinql. Mahnı Enigma musiqi layihəsi adından çıxarılan The Screen Behind the Mirror albomuna daxil olan iki sinqldan birincsidir. Mahnının vokal hissəsi Böyük Britaniya Olive musiqi qrupunun solisti Ruth-Ann Boyle tərəfindən ifa edilib. Mahnıda həmçinin məşhur alman bəstəkarı Carl Orffun Carmina Burana əsərinin elementlərindən istifadə edilib. Mahnının klipi də olduqca uğurlu alınmışdır. Klipdə orta əsr Avropa ball maskaradlarından biri təsvir edilmişdir. Klip Avstriyanın Vyana şəhəri yaxınlığındakı məşhur saraylardan birində çəkilmişdir. Klipin rejissoru Thomas Jobdur.
I Love Mama
I Love Mama (アイラブママ, Ay Rabu Mama) – 2008-2014-cü illərdə Yaponiyada nəşr olunmuş qyaru dəbi və həyat tərzi jurnalı. Inforest nəşriyyatı tərəfindən aylıq olaraq nəşr olunurdu. Jurnalın orijinal adı "Mama Nuts x Ageha" idi, çünki əslində iki qyaru jurnalının xüsusi buraxılışı kimi fəaliyyətə başlamışdır: hosteslər üçün nəzərdə tutulmuş "Koakuma Ageha" jurnalı və tünd dəri dəbi sevərlər üçün nəzərdə tutulmuş "Happie Nuts" jurnalı. "I Love Mama" jurnalı Yaponiyada unikal dəb jurnallarından biri hesab olunur, çünki qyaru-mama (hamiləlikdən sonra qyaru qalan qadınlar) dəbindən bəhs edir. Jurnalda qyaru-mamalar üçün evdarlıq, valideynlik, mədb məsləhətləri haqqında məlumatlar verilir. 2008-ci ildə yaranmasından sonra Yaponiyada ən çox satılan qyaru-mama jurnalı olmuşdur. Qərb dünyasında da jurnala maraq yaranmış, Amazon və eBay platformalarından satışları baş tutmuşdur. == Tarixi == "I Love Mama" jurnalının ilk sayı 2008-ci ilin sentyabrında işıq üzü görmüşdür və orijinal adı "Mama Nuts x Ageha" idi. Bu jurnal "Koakuma Ageha" və "Happie Nuts" jurnallarının ortaq və xüsusi buraxılışı idi və qyaru-mama ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdu. "Mama Nuts x Ageha" ilk jurnal idi ki, tamamilə qyaru-mama dəbinə həsr olunmuşdu.
Kinetics & One Love
Ceremi "Kinetics" Dussolliet və Tim "One Love" Sommers — Nyu-Yorkdan olan hip-hop qrupu və mahnı-müəllifləri. Onlar 2010-cu ildə mahnı müəllifi kimi debütünü BoB-un "Airplanes" sinqlına nəqərat yazmaqla etdilər. R. A. the Rugged Man, Wu-Tang Killa Bees-dən Remedi üçün, Termanology and the Unknown Prophets, Neon Hitch, Melani Martines və Vinter Qordon ilə əməkdaşlıq etdilər.
Kisutske Nove Mesto
Kisutske Nove Mesto (slovak. Kysucké Nové Mesto, alm. Kischützneustadt/Oberneustad‎, mac. Kiszucaújhely) — Slovakiyanın şimali-şərqində şəhər. Əhalisi 16 min nəfərdir. Şəhər Kisutsa çayının sahilində və Kisutse Beskid dağlarının yamaclarında yerləşir. == Tarix == Kisutske Nove Mesto ilk dəfə olaraq IV Belanın 1244-cü il məktubunda Yesenin adı ilə qeyd olunur. Kral bu əraziləri Monqol-tatar istilasından xilas etdiyi üçün zadəgan nəslindən olan Buqomirə hədiyyə verir. Kisutske azad şəhər hüquqlarını 1325-ci ildə əldə edir. XIX əsrə qədər Kisutske əkinçilik və sənətkarlıqla məşğul olan kiçik bir qəsəbə idi.
La La Love
La la love — Kiprin 2012 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. 65 xalla 16-cı olub.
Love In Rewind
Da Da Dam — Bosniya və Herseqovinanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Dino Merlin ifa etdiyi mahnıdır.
Love Me Back
Love Me Back (Azərbaycanca: Sən də Məni Sev) — Türkiyə 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Can Bonomo ifa etdiyi mahnıdır. 7-ci yeri tutdu.