Wirecard
Wirecard AG, mərkəzi Almaniyada olan, qlobal bir maliyyə xidmətləri və texnologiya firmasıdır. Firma, dünya səviyyəsində 7.000-dən çox təşkilati müştərisinə ödəmə əməliyyatları, kart ixracı və risklərin idarə edilməsi xidmətləri təklif edir. İnternet üzərindən ödəmə edilən yeni xidməti "Wirecard" ilə, PayPal və Western Union. ilə rəqabət etməkdədir. Wirecard Bank AG Almaniya Bankçılıq Lisenziyası ilə fəaliyyət göstərir və Visa, MasterCard ilə JCB-nin əsas üzvüdür. Wirecard AG-nin səhmləri, Frankfurt Fond Birjasında əməliyyat etməkdədir.
Wirecard AG, 2006 maliyyə ili konsolidasiya illik gəlirlərini 81,94 milyon avro olaraq bildirmişdir. Bu rəqəm 55,5 milyon avro olan bir əvvəlki ilə aid təxmini rəqəmlə müqayisədə, təxminən 47% bir böyüməyi göstərirdi. Vergi və faiz əvvəli müəssisə gəlirləri, 2006-ci ildə təxminən 90% artaraq, 2005 maliyyə ilindəki 9,8 milyon avro dəyərindən, 2006-ci ildə 18,56 milyon avroya yüksəlmişdir (Annual Report 2006).
Wirecard AG, 18 Sentyabr 2006-ci ildən bu yana, Deutsche Börse (Almaniya Birjası) TecDAX indeksinə kote edilmişdir və DAX-a bağlı ən böyük 30 alman texnologiya şirkətinin arasında iştirak etməkdədir.