TRUE-LOVE

n sevgili, canan; sevimli, istəkli

TRUE-HEARTED
TRUFFLE
OBASTAN VİKİ
True
True — L'Arc~en~Ciel qrupunun albomu. Bu qrupun barabançı sakura ilə yazdığı son albomu olub. Albom Oricon çartının birinci yerinə çatıb və satılan nüsxələrin sayı bir millionu ötdüyünə görə RIAJ (Recording Industry Association of Japan) tərəfindən sertifikatlaşdırılıb.
Love?
Love? — Cennifer Lopezin yeddinci studio albomudur.
Is It True?
"Is It True?" (ing. Doğrudurmu?) 2009 Avroviziya Mahnı Müsabiqəsində İslandiyanı təmsil edən Yohannanın oxuduğu mahnıdır. Mahnının sözləri və musiqisi Óskar Páll Sveinssona aiddir.12 may 2009-cu ildə keçirilmiş I yarımfinalda 174 xalla birinci olmuşdur və finala keçmişdir. Finalda isə 217 xalla ikinci olmuşdur. Bu nəticə 1999-cu ildən bəri İslandiyanın əldə etdiyi ən yaxşı nəticə idi.
True Fantasy EP
True Fantasy – Vugarixx-in ilk EP albomu. Albom 13 noyabr 2015 – ci ildə təqdim olunmuşdur. Payız aurasında olan və 300 nüsxədən ibarət xüsusi disk şəklində çıxarılan bu albomdan yalnız 50-si satışda olub. Digər 250 albom isə yaxın insanlara hədiyyə olunmuşdur. Albomdakı mahnıların hazırlanması zamanı Flora Kərimova, Qədir Rüstəmov və Rafiq Babayev-in unudulmaz səs və əsərləri, həmçinin Bəxt Üzüyü, Təhminə filmlərindəki dialoqlardan istifadə olunmuşdur. Albomdan çıxarılmış ilk sinql olan Bir Axşam mahnısı 10 iyul 2015 – ci ildə dinləyicilərə təqdim edilmişdir. Daha sonra 28 sentyabr Bəxt Üzüyü, 30 oktyabr Sən Getdin, 30 noyabr isə Təhminə və Zaur adlı təqdim olunan sinqllar dinləyicilərin böyük marağına sahib olmuşdur. Albomdakı mahnılar 2015-ci ilin iyun ayından, noyabr ayına kimi hazırlanıb. Mahnıların əksəriyyəti FL Studio, bəziləri isə Ableton proqramı vasitəsi ilə işlənilib. Mahnıların səs uzlaşması zamanı Vüsal Həsən tərəfindən bəzi göstərişlər verilib.Mahnılar hazır olduqdan sonra ilk albomunun üz qabığında illüstrasiya olmasını istəyən Vugarixx, bunun üçün Cavid İlham adlı yerli rəssamla görüşür və onlar ideaları birlikdə müzakirə edirlər.
Erkin Love
Erkin Osmanlı (18 fevral 1989, Bakı) — Erkin Love səhnə ləqəbi ilə də tanınan Azərbaycan müğənnisi, bəstəkar-şairi, yazıçısı və aktyoru. O, müğənni fəaliyyətinə 17 yaşı olarkən 2006-ci ildə başlamış və Lider TV-də yayımlanan Akademiya musiqili realiti şousunun və Eurovision Mahnı Müsabiqəsinin milli seçim turlarının finalçısı kimi məşhurdur. == Akademiya Realiti Şousu və İlk Məşhurluq == 2006-ci ilin Sentyabr ayında Erkin uğurla Brilliant Dadaşovanın Akademiya realiti şousunun hər üç seçim mərhələlərini adlayaraq yarışmanın final mərhələlərinə vəsiqə qazanmışdır. Baxmayaraq ki, Erkin Azərbaycanda olduqca az sayda sevilən rok musiqisini təmsil edirdi və qeyri-adi avropasayağı görünüşünə görə ilk öncədən autsayder kimi qələmə verilən Erkin sonradan yarışmanın ən populyar iştirakçısına çevirildi və yalnız finala bir həftə qalmış yarışmanı 5-ci yerdə bitirərək tərk etdi. Onun çıxışları qısa zamanda böyük səs-küyə səbəb olmuşdur və yarışmadan sonra İzzət Bağırov və Röya kimi sənətçilər rok janrında mahnılar yazdırmışdılar. == Akademiya-dan sonrakı illər və Eurovision Milli Seçim Turları == Akademiya şousundan sonra öz yaradıcılığına gedən Erkin özü haqda yenidən 2008 Eurovision Mahnı Müsabiqəsinin ilk milli seçim turlarında bildirmişdir. Seçim turlarını ilk beşlikdə bitirən Erkin, sonradan birdə 2011-ci ildə və 2014-cü ildə milli seçim turlarında iştirak etmişdir. 2014-cü ildə o Ukraynanın paytaxtı Kiyevdə keçirilən Böyük Səhnə yarışmasının finalçısı olmuşdur.2012-ci ildə Erkin Moskvada yaşayan Azərbaycanlı-Yəhudi müğənni və bəstəkar-şair Safaellə birgə Baku Jazz Center-də konsert verərək ilk dəfə öz mahnılarını kütlə qarşısında ifa etmişdir. == Digər fəaliyyətləri == Musiqi və yazıçılıqdan başqa Erkin bir ara reklam sahəsində Bakının öndəgedən şirkətləri ilə çalışmışdır və müxtəlif brendlər üçün adlar, sloqanlar və TV çarxlar yaratmışdır.2014-cü ildə o, Dilarə Kazımova və onun həyat yoldaşının çəkildiyi və Erkinin eyni adlı şerinin əsasında çəkilən I Found You adlı qısa filmini təqdim etmişdir.
Love Berry
Love Berry (ラブベリー, Rabu Berii) – Tokuma Shoten nəşriyyatı tərəfindən Tokioda nəşr olunan Yaponiya dəb jurnalı. Jurnal yeniyetməliyə yenicə daxil olmuş və ya yeniyetməliyin orta yaşlarında olan qızlar üçün nəzərdə tutulub. Jurnal üçün işləyən modellər "LoveBerrina" adlandırılır. Jurnal çox vaxt qısaca LB kimi tanınır. == Tarixi == "Love Berry" jurnalının ilk buraxılışı 1 dekabr 2001-ci ildə işıq üzü görmüşdür və aylıq olaraq Tokioda yayımlanırdı. 5 dekabr 2011-ci ildə rəsmi saytda jurnalın artıq nəşr olunmayacağı açıqlanmışdır. Jurnalın son buraxılışı 1 fevral 2012-ci ildə nəşr olunmuşdur. 25 dekabr 2015-ci ildə yenidən yayımlanmağa başlamışdır.
Love Kills
Love Kills — (Azərbaycanca: Sevgi Öldürür) Belçikanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Love Live!
Love Live! (ラブライブ! Rabu Raibu!) School Idol Project — ASCII Media Works, Dengeki G's Magazine, musiqi yazı lenti Lantis və Sunrise animasiya studiyası tərəfindən birgə istehsal olunan bir multimediya layihəsi. Layihə, məktəblərini bağlamaqdan qurtarmaq üçün bir məktəb aydol qrupu yaradan bir qrup xəyali tələbə ətrafında gedir. Layihə, əvvəlcə Dengeki G's Magazine-in 2010-cu ilin avqust sayında yayımlandı və musiqi CD-lərində, anime musiqi videolarında, iki manqa adaptasiyası və videooyunlarında istehsalına davam edildi. Daha sonra Sunrise tərəfindən istehsal olunan və rejissoru Takahiko Kyogoku olan 13 seriyalı anime televiziya serialının ilk mövsümü 2013-cü ilin yanvarından martına, ikinci mövsümüde 2014-cü ilin aprelinden iyuna qədər yayımlandı. Love Live! School Idol Movie adlı bir anime filmi də 2015-ci ilin iyun ayında nümayiş olundu. Yeni bir aydol qrupuna odaklanan bir serial olan Love Live! Sunshine!!, 2015-ci ildə elan edildi və manga seriyası May 2016-da, anime televiziya seriyası 2016-cı ildə başladı.
Unborn Love
Unborn Love (azərb. Gələcək sevgi‎) – C. C. Catch və İspan ifaçısı Xuan Martinez tərəfindən 2010-cu ildə ifa edilmiş mahnıdır. Mahnı sözlərini C. C. Catch və Xuan Martinez yazmışdır. Mahnının ilk çıxış tarixi 1 sentyabr 2010 tarixində rəqəmsal paylaşdırma sayəsində baş tutmuşdur.
True Blue (Madonna albom)
True Blue Madonnanın üçüncü studiya albomu. 30 iyun 1986 ildə Sire Records tərəfindən nəşr olundu.Madonna, bu albomda Stefen Bray və Patrik Leonard ilə işləmişdir və bütün mahnıların yazmaqında əməkdaşlıq etmişdir.
Boys (Summertime Love)
Boys (Summertime Love) (azərb. Oğlanlar (yay sevgisi)‎) — 1987-ci ildə İtaliya müğənnisi Sabrina Salerno tərəfindən ifa edilmişdir. Bu mahnı ilk dəfə Böyük Britaniya hit-paradında göstərilmiş və üçüncü pilləyə yüksəlmişdir. Fransa və İsveçrə hit-paradında isə ilk pillədə mövqe tutmuşdur. "Boys" mahnısının remiks formaları Fransada 1995-ci ildə "Boys '95", 2003-cü ildə isə "Boys Boys Boys (The Dance Remixes)" adı ilə göstərilmişdir. == Klipi == Mahnının klipi İtaliyanın Venesiya kommunasının Yezolo şəhərində yerləşən Florida hotelində olan hovuzun ətrafında çəkilmişdir. 1988-ci ildə Sabrina Salerno "Super Channel" kanalının "Music Box" proqramında Nino Firetto ilə müsahibəsində etiraf etmişdir ki, həmin şəhvanə dəniz paltarını məşhur jurnallarında göstərilməsi üçün geyinmişdir. Onun sözlərinə görə, İtalyan jurnalları daha çox bu xarakterli kliplərə önəm verir. Mahnının klipinə Böyük Britaniyada qadağa qoyulması səbəbindən hit-paradda 3-cü mövqe tutmuşdur. == İstehsalı == Bu mahnı Sabrina Salernonun ifa etdiyi üçüncü mahnıdır.
Everything Is Love
Everything Is Love – ABŞ müğənnisi Beyonse və ABŞ repçisi Jay-Z-nin 16 iyun 2018-ci ildə birgə hazırladığı albomdur.
Gravity of Love
Gravity of Love ( azərb. Cazibə sevgisi‎) ― Enigma musiqi layihəsi adından 1999-cu ildə çıxarılmış sinql. Mahnı Enigma musiqi layihəsi adından çıxarılan The Screen Behind the Mirror albomuna daxil olan iki sinqldan birincsidir. Mahnının vokal hissəsi Böyük Britaniya Olive musiqi qrupunun solisti Ruth-Ann Boyle tərəfindən ifa edilib. Mahnıda həmçinin məşhur alman bəstəkarı Carl Orffun Carmina Burana əsərinin elementlərindən istifadə edilib. Mahnının klipi də olduqca uğurlu alınmışdır. Klipdə orta əsr Avropa ball maskaradlarından biri təsvir edilmişdir. Klip Avstriyanın Vyana şəhəri yaxınlığındakı məşhur saraylardan birində çəkilmişdir. Klipin rejissoru Thomas Jobdur.
I Love Mama
I Love Mama (アイラブママ, Ay Rabu Mama) – 2008-2014-cü illərdə Yaponiyada nəşr olunmuş qyaru dəbi və həyat tərzi jurnalı. Inforest nəşriyyatı tərəfindən aylıq olaraq nəşr olunurdu.Jurnalın orijinal adı "Mama Nuts x Ageha" idi, çünki əslində iki qyaru jurnalının xüsusi buraxılışı kimi fəaliyyətə başlamışdır: hosteslər üçün nəzərdə tutulmuş "Koakuma Ageha" jurnalı və tünd dəri dəbi sevərlər üçün nəzərdə tutulmuş "Happie Nuts" jurnalı."I Love Mama" jurnalı Yaponiyada unikal dəb jurnallarından biri hesab olunur, çünki qyaru-mama (hamiləlikdən sonra qyaru qalan qadınlar) dəbindən bəhs edir. Jurnalda qyaru-mamalar üçün evdarlıq, valideynlik, mədb məsləhətləri haqqında məlumatlar verilir.2008-ci ildə yaranmasından sonra Yaponiyada ən çox satılan qyaru-mama jurnalı olmuşdur. Qərb dünyasında da jurnala maraq yaranmış, Amazon və eBay platformalarından satışları baş tutmuşdur. == Tarixi == "I Love Mama" jurnalının ilk sayı 2008-ci ilin sentyabrında işıq üzü görmüşdür və orijinal adı "Mama Nuts x Ageha" idi. Bu jurnal "Koakuma Ageha" və "Happie Nuts" jurnallarının ortaq və xüsusi buraxılışı idi və qyaru-mama ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdu. "Mama Nuts x Ageha" ilk jurnal idi ki, tamamilə qyaru-mama dəbinə həsr olunmuşdu. Jurnal yarandıqdan sonra Yaponiyada çox böyük populyarlıq əldə etmişdir. İlk üç gündə 150 min nüsxəsi, daha sonra isə əlavə 30 min nüsxəsi satılmışdır. 2009-cu ilin aprelində jurnalın adı "I Love Mama" olmuş və aylıq nəşr olunmağa başlamışdır.
Kinetics & One Love
Ceremi "Kinetics" Dussolliet və Tim "One Love" Sommers — Nyu-Yorkdan olan hip-hop qrupu və mahnı-müəllifləri. Onlar 2010-cu ildə mahnı müəllifi kimi debütünü BoB-un "Airplanes" sinqlına nəqərat yazmaqla etdilər. R. A. the Rugged Man, Wu-Tang Killa Bees-dən Remedi üçün, Termanology and the Unknown Prophets, Neon Hitch, Melani Martines və Vinter Qordon ilə əməkdaşlıq etdilər.
La La Love
La la love — Kiprin 2012 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. 65 xalla 16-cı olub.
Love In Rewind
Da Da Dam — Bosniya və Herseqovinanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Dino Merlin ifa etdiyi mahnıdır.
Love Me Back
Love Me Back (Azərbaycanca: Sən də Məni Sev) — Türkiyə 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Can Bonomo ifa etdiyi mahnıdır. 7-ci yeri tutdu.
Love Me Tender
Love Me Tender – Elvis Presli tərəfindən Love Me Tender albomundan çıxarılan sinql. Mahnının musiqisi George R. Poulton və W.W. Fosdickin müəllifi olduğu Amerikan vətəndaş müharibəsinə həsr edilmiş Aura Lee (və ya "Aura Lea") mahnısına uyğunlaşdırılmışdır. Aura Lee mahnısı 1861-ci ildə çıxmış və elə həmmin dövrdən də xalq tərəfindən çox sevilmişdir. Elvis Presley mahnını ilk dəfə 1956 – cı il 9 sentyabrda The Ed Sullivan Show – da ifa etmiş, qısa müddət sonra mahnı sinqı şəklində satışa çıxarılmış, bir ay sonra isə Love Me Tender filmi çəkilmişdir. Sinqlın çıxarıldığı gün RCA Records şirkəti daha bir milyon sifariş almış və mahnı görünməmiş uğur qazanmışdır. Love Me Tender filmini çəkən 20th Century Fox şirkəti əvvəlcə filmi "The Reno Brothers" adlandırmaq istəsədə, sonra mahnının qazandığı böyük uğuru görüb filmi "Love Me Tender" adlandırmışdır. Elvis Preslidən sonra mahnı 1967-ci ildə Riçard Chamberlain və 1967-ci ildə Percy Sledge tərəfindən də ifa edilmişdir.
One Day Love
One Day Love — 1971-ci ildəki Avroviziya Mahnı Müsabiqəsinin mahnısı.
Only Love Survives
Only Love Survives — (Azərbaycanca: Yalnız Sevgi Xilas Edir) İrlandiyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Rhythm Of Love
Rhythm Of Love — Belarusun 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısıdır.
Soldier of Love
Soldier of Love – ingilis R&B və soul qrupu Sadenin çıxardığı sinql. Sinqlın dünya təqdimatı 8 dekabr, 2009-cu il tarixində keçirilib. Mahnı Sadenin on illik fasilədən sonra səbirsizliklə gözlənilən və 8 fevral 2010-cu ildə təqdimatı keçirilən onuncu studio albomu Soldier of Lovedan olan ilk sinqldır. Mahnının Billboard Hot 100-də debütü 54-cü yerdə olub. Mahnı Sade Adu və qrupun digər üzvləri tərəfindən birgə yazılıb. Sinql Billboard R&B chartsda dekabrın doqquzunda 45-ci yerdə debüt edib. Bir neçə gün sonra isə Şadenin rəsmi web saytında ictimaiyyətə təqdim edilib. Mahnı həmçinin ABŞ teleserialı Lostun sonuncu, altıncı sezonunda soundtrack kimi istifadə edilib. Mahnının klipinin rejissoru Britaniya rejissoru Sophie Mullerdir. Klipdə səhrada rəqs edən və hərbi yürüş keçirən əsgərlər təsvir olunub.
Somebody to Love
Queen qrupunun "A Day at the Races" albomundan mahnısı.Freddi tərəfindən yazılıb.Əvvədən bu mahnı "Bohemian Rhapsody"-yə yaxın stildə yazılmağa planlaşdırılmışdı.Lakin bu mahnı eyni süjetə malikdir və Bohemian Rhapsody-dən daha zəif hesab olunur.Mahnıda eynı zamanda Brayan,Rodjer və Freddidən ibarət xor da iştirak edir.Həmçinin mahnıya Meyin gitara solosu da əlavə edilmişdir. Mahnının mövzusu belədir ki nəql edən Allahdan ona elə birin tapmasını xahiş edir ki onu sevsin.Nəql edən çox işləyir,həmişə yorulur,onun arxasınca gülürlər amma deyir ki bir vaxt bu vəziyyətdən çıxacaq. Kaver versiyalar Bu mahnını müxtəlif vaxtlarda Corc Maykl, Enn Xatauey,Brittani Mörfi,G4 qrupu və s ifa etmişdirlər. Mahnıya klip çəkilmişdir.
Straight Into Love
Straight Into Love — (Azərbaycanca: Düz Sevginin İçinə) Sloveniyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.