Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xufu
Xeops (Xufu və ya Xnum-Xufu – "Xnum, o məni qoruyur"; Herodota görə Χέωψ, Manefona görə Σοῦφις ; e. ə. XXVII əsr – e.ə. 2566) — IV sülalədən Misir fironu. O, Manefona görə 66 il, Turin papirusuna görə 23 il padşahlıq etmişdir. == Həyatı == Xeops Sneferunun oğlu və varisi idi. Xeops Memfis yaxınlığındakı Giza nekropolunda 146,6 m hündürlükdə Xeops ehramının inşaatçısıdır. Herodotun Misirdə yayılan hekayələr əsasında yazdıqlarına görə, o, piramidanın tikintisinə 30 il sərf etmişdir. Xeops öz hakimiyyətinin məqsədi olaraq ehramın tikintisini sonlandırmağı qarşısına qoymuş, misirlilərə ağır işlər vermiş, məbədləri bağlamış və hətta pul qarşılığında öz qızını satmışdır. Müasir alimlərə görə, növbəti dövrlərdə yaşamış Şimali Misir sakinləri ehramın böyüklüyündən heyrətlənərək bunun haqqında əfsanələr uydurmuşdular.
Avarayr düzü
Avarayr düzü — İranda, Maku şəhəri yaxınlığında yerləşir. 451-ci il mayın 26-da hunlarla ittifaqda olan Sasani qoşunları Avarayr çölündə Vardan Mamikonyanın başçılıq etdiyi üsyançıları məğlub etdilər.
Brauner xulu
Brauner xulu (lat. Benthophiloides brauneri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin benthophiloides cinsinə aid heyvan növü. == Yayılması == Qara, Azov və Xəzər dənizlərində yayılıb. Sonuncuda iki dəfə bir fərd tapılmışdır: 1910-cu ildə Panov tərəfindən Abşeron yaxınlığında və Rəhimov tərəfindən 1973-cü ildə Orta Xəzərin şərq sahilində Jiland burnunun cənub hissəsində. == Morfoloji əlamətləri == Bədəni lövhəvari, burnu gödək, başı bir qədər enlənmişdir. Başın hündürlüyü enindən təqribən 1,5 dəfə azdır. Rəngi qonurumtul, bədənində üç iri tünd qonur xal vardır:I başın ön yanından kəllənin yarısına qədər gedir, Bəzən isə olmur;II birinci bel üzgəcinin əsasından keçib döş üzgəclərinin əsasının arxa hissəsinə qədər enir ; III xaı ikinci bel üzgəcinin arxa yarısından keçir və quyruq gövdəsi üzrə bədənin arxa tərəfinə qədər enir. Bədənin uzunluğu 6-7 sm olur. == Yaşayış yeri və həyat tərzi == Sahildən 0,5-1,5, bəzən isə 5,5 m dərinlikdə, palçıqlı-qumlu yerlərdə, daşların dibində yaşayırlar. Suyun həm yavaş axan, həm də durğun yerlərində də mövcud ola bilərlər.Həşəratların yumurtaları, xərçəngkimilər və molyusklarla qidalanırlar.
Ceyrançöl düzü
Ceyrançöl düzü — Eldar çölü düzü ilə Kürçayı arasında yerləşərək Qazangöl rayonundan Mingəçevir su anbarına qədər uzanır. == Ümumi məlumat == Ceyrançöl düzünün sahəsi 0,9 km²-dir. Relyefi onun tektonikası ilə sıx əlaqədar şəraitdə formalaşmışdır. Düzün mərkəzində yerləşən Ceyrançöl dağı digər dağlardan fərqli olaraq, gümbəzvari quruluşa malikdir. O, hər tərəfə tədriclə enərək düzənliklərlə birləşir və qalxanvari səth əmələ gətirir. Ceyrançöl düzünün mərkəzindən keçən Qanlı qobu və onun inkişaf etməkdə olan qolları Çeyrançöl düzünü kəsir. Ceyrançöl rayonu yağıntısının az (Samuxda 265 mm), orta illik, yay və qış temperaturunun yüksək olması ilə əvvəlki rayonlardan fərqlənir. Burada boz-qonur və açıq şabalıdı torpaqlar geniş yayılmışdır. Bu torpaqlar humusun azlığı, karbonatın çoxluğu ilə bir-birindən fərqlənir. Rütubət nisbətən çox olan sahələrdə torpaq örtüyü tamamilə şoranlaşmış və səthdə ağ örtük əmələ gətirmişdir.
Culfa düzü
Culfa düzü- Culfa rayonunda maili düzənlik.Arazboyu düzənliklərdən biri. == Ümumi məlumat == Düzənliyin hündürlüyü 700 metrdən (Araz çayı sahilində) 1000 metrə qədərdir.Əlincəçayın aşağı axınının sol sahilindən başlayaraq şərqdə Yaycı düzünədək,şimalda Darıdağın ətəklərinədək geniş bir ərazini tutur.Gülüstan düzü də adlanır.Culfa düzünün şimal və şimal-şərq hissəsində sel çöküntüləri,cənub və cənub-qərbində isə çay çöküntüləri üstünlük təşkil edir.Otlaq kimi istifadə olunan Culfa düzünə Arazdan su çıxarılmış və əkin sahələri genişləndirilmişdir.Culfa şəhəri Culfa düzündədir.Culfa düzündəki qədim yaşayış yerlərində və nekropollarda aparılmış arxeoloji qazıntıların nəticələri bu ərazidə eradan əvvəl 3-cü minillikdən başlayaraq son orta əsrlərə qədər fasiləsiz həyat olduğunu göstərir.
Cıdır düzü
Cıdır düzü — Şuşa şəhəri yaxınlığında yerləşən, tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını, bir çox yarışları keçirdiyi ərazi. == Cıdır düzündə keçirilən yarışlar və ədəbi məclislər == Cıdır düzü ("yarış meydanı") qədim Şuşanın əsas aktiv istirahət yeri idi. Xanın həyətinin ayrıca zorxanası olmasına baxmayaraq, şuşalıların əksəriyyəti, xüsusən də gənclər hava yaxşı olanda Cıdır düzündə görüşməyə üstünlük verirdilər. Meydançanın adının özü ona işarə edir ki, burada insanlar əvvəllər yarış və covqan oyunları, eləcə də qaçış oyunları keçirirdilər. Yeri gəlmişkən, yarışlar təkcə atlarda deyil, dəvələrdə də təşkil olunurdu. At həvəskarı olan İbrahimxəlil xanın hakimiyyəti dövründə yarışlar onun malikanəsində və Cıdır düzündə keçirilirdi. Qaliblərə qarşı comərdcəsinə davranış sərgiləyib, dəyərli hədiyyələr verilirdi. Gənclər at belində yarışmaya daha böyük maraq göstərirdilər. "Baharbəndi" adlı oyunu ən məşhur oyunlardan idi. Atlı, atını sürərkən calpağını, silahını, xəncərini, qılıncını, çuxasını götürüb xüsusi yerə qoyurdu.
Dərinlik xulu
== Morfoloji əlamətləri == Dərinlik xulu— (lat. Neogobius bathybius) Xəzərin endemik növlərindəndir. Başı, demək olar ki, üstdən basıq deyil. Ancaq eni adətən hündürlüyündən çoxdur. İkinci bel üzgəcinin hündürlüyü arxa tərəfdə bir qədər azalır. Rostrumu azca sivriləşmişdir. Başının hündürlüyü enindən xeyli azdır. Qarın üzgəcləri anusa qədər çatmır, onun uzunluğu bədəninin uzunluğuna 7 dəfədən artıq yerləşir. Bel üzgəcinin qurtaracağında heç bir ləkə yoxdur. Bədəni yarımşəffafdır.
Dəstə düzü
Dəstə düzü — Ordubad rayonu ərazisində düzənlik. == Ümumi məlumat == Arazboyu düzənliklərdən biridir. Cənub-şərqdə Dəstə kəndindən başlayaraq Azadkənd kəndinin şimal kənarınadək 6 kilometr məsafədə uzanır. Zəif maili düzənlikdir. Vənənd və Düylün kəndlərinin gətirmə konuslarından təşkil olunmuşdur. == Bitki örtüyü == Bitki örtüyü əsasən gəvən, yovşan, gəngiz və s. ibarətdir. == Torpaq örtüyü == Dəstə düzündə yayılmış boz və çəmən-boz torpaqlarının xeyli hissəsinə Gilançaydan və Arazdan su çıxarılması burada bağçılığın və meyvəçiliyin inkişafına təkan vermişdir.
Ergi düzü
Ergi düzü — Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi yaxınlığında qeydə alınan oroqrafik obyektlərdən biri. == Toponimikası == Ergi düzü toponiminin mənası haqqında müxtəlif fikir və mülahizələr var. Əslində Erki (Ərki) olmalıdır. Ərk sözü İran və Türk dillərində "iç qala", "möhkəm hasar" anlamındadır. Düz coğrafi termini mənfi relyef forması bildirir. Düz termini "düzənlik" mənasındadır. Bu düzənliyin səthi müvəqqəti axarlı dərələrin prolyuvi çöküntüləri ilə örtülmüş və qobu yarğan şəbəkəsi ilə zəif parçalanmışdır. Ergi düzənliyindən qış otlaqları kimi istifadə edilir.
Haramı düzü
Haramı düzü — Füzuli rayonunu və Beyləqan rayonunun böyük bir sahəni əhatə edən ərazi. == Toponimikası == Toponim 2 sözdən ibarətdir. Düz coğrafi termini mənfi relyef forması ifadə edir. Oronimiyada enişi, yoxuşu, təpəsi, çuxuru olmayan,ümumi fondan çox da kənara çıxmayan hamar relyef səthinə düz deyilir. Oronimin tərkibindəki haram sözü ərəbcə "qadağan edilmiş", "yasaq olunmuş", "toxunulmaz", "haram mala əl uzadan", "yolkəsən", "quldur", "qaçaq","soyğunçu" mənalarındadır. Ərazi vaxtilə bu düzlərdə məskən salmış qaçaq-quldurlara (Azərbaycanın bəzi zonalarında onlar haramı adlanır)görə belə adlandırılmışdır. Bəzi araşdırıcılar isə oronimin tərkibində olan haramı sözünü İran dillərindəki hor/har ("isti") komponenti ilə əlaqələndirir.Bu yerlər xüsusilə yay aylarında çox isti olur. Şamaxı rayonu ərazisində, Udulu kəndinin cənub-qərbində Haramı dağı, Quba rayonu ərazisində Qudyal çayının sahilində yerləşən Haramtala dağı toponimləri də bu qəbildən olan coğrafi adlardandır. == İstinadlar == == Xarici keçidlər == armenianvandalism.
Kaspiosoma xulu
Kaspiosoma xulu (lat. Caspiosoma caspium) — Eyni adlı cinsinin nümayəndəsidir. == Morfoloji əlamətləri == Başı yuxarıdan basıqdır. Hündürlüyü təqribən 1,5 dəfə enindən azdır. İri fərdlərdə alının eni adətən gözün diametrindən xeyli böyük olur. Bədəni bel tərəfdən xırda-boz və ya qonur xallarla örtülüdür. Bəzi yerlərdə onlar birləşərək iri köndələn zolaqlar (sarıqlar) əmələ gətirir. Onlardan iki iri zolaq daha səciyyəvidir. İrəli əyilmiş bu zolaqlardan birinci bel üzgəcinin arxa hissəsini əhatə edir, o biri isə ikinci bel üzgəcinin yarısını tutur. Uzunluğu 5 sm-ə qədər olur.
Mil düzü
Mil düzü — Kür-Araz ovalığının cənub qərb hissəsində, Kür və Araz çaylarının qovuşduğu yerdə, Kür çayının sağ sahili ilə Araz çayının sol sahili arasını əhatə edən ərazi. Hal-hazırda Mil düzündə böyük miqyasda suvarma və meliorasiya işləri aparılır. Bunun nəticəsində də ərazinin torpaqlarında müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklərin hansı istiqamətdə getməsini müəyyənləşdirmək məqsədi ilə Mil düzü şəraitində tədqiqat işləri davam etməkdədir. == Hidrogeoloji şərait == Mil düzündə qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi bilavasitə torpaqlarda öz əksini tapır. Heç də həmişə qrunt sularının səviyyəsinin qalxması torpaqların şoranlaşmasına səbəb olmur. Bu, torpaqların litoloji tərkibindən, kapillyar qaldırma qabiliyyətindən, struktura­sın­dan asılıdır. Belə ki, düzənlik ərazilərdə dayanıqlı aqroir­riqasiya landşaftlarının formalaşma­sın­da və biomüxtəlifliyin qorunmasında qrunt sularının minerallaşma dərəcəsinin və yerləş­mə dərinliyinin rolu çoxdur. Bu zaman qrunt sularının kritik səviyyəsi mühüm əhəmiyyət kəsb edir. Ayrı-ayrı aqrolandşaftlarda qranulometrik tərkibdən asılı olaraq qrunt sularının kritik səviyyəsi müxtəlif ola bilər.
Muğan düzü
Muğan düzü — Araz çayının və Talış dağları silsiləsinin şimal hissəsində Savalan dağının ətrafından Xəzər dənizinə kimi uzanır. == Etimologiyası == Muğan adı zərdüştlükdə "atəşpərəstlər" mənasını verən "mūγàn" sözündən yaranıb. Şimal hissəsinin qədim adı Alan düzü olmuşdur. Bu ad alanlarla bağlıdır. == Coğrafi yerləri == Bu yaşıl gözəl düzənliyin bir çox görməli yerləri var: - Araz çayının sahili - Şahrak gölü - Muğanda böyük kənd təsərrüfatı və Heyvandarlıq kompleksləri - Oltan mağarası (Parsabad) - Qız qalası - Xudafərin körpüsü - Xərmən, Nadir təpələri - Aslandüzdə qədim məzarlıq == Ümumi məlumatlar == Muğan düzü Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Düzün cənub-qərb davamı Cənubi Azərbaycan ərazisindədir. Tarixən Araz çayı Muğan düzündən axaraq bilavasitə Xəzər dənizinə tökülürdü. 1896-cı ildə Araz öz sağ sahilini yuyub Muğan düzünün bir hissəsini basmışdır.
Müşkür düzü
Müşkür düzü — Quba və Xaçmaz inzibati rayonlarının ərazisindəki yerin adı, etnonimik oronim. Bu coğrafi ad eramızın əvvəllərində Qafqaz Albaniyasının şimal-şərqində yaşamış maskut xalq adının təhrif formasıdır. Sonuncu dəfə bu oroqrafik obyekt adı "Maskut" yazılış formasında XVI əsr ingilis səyyahı, taciri və diplomatı Antoni Cenkinsonun Azərbaycanda olması haqda yazdığı yol qeydlərində rast gəlinirYalnız XVII əsrin ortalarında Azərbaycanda olmuş Hollandiya dənizçisi Yan Streys "müşkür" oronimini "muskar" kimi yazmışdır. Deməli, təxminən bir əsr müddətində "muskat" sözü "müskür" və "müşkür" formasına çevrilmişdir. XVII əsrin sonlarında isə toponimin adı artıq "muskur" kimi çəkilir. Çox qəribədir ki, "maskut" etnonimi özünün ilkin formasında müasir Xaçmaz və Quba inzibati rayonları arasında mövcud olan "Maskatar düzü" oronimində indiyədək saxlanmışdır. Oronim "maskut" (Maskat) və ləzgi dilindəki "ar" şəkilçisindən ibarət olub "Maskut düzü" mənasını daşıyır.
Nonultimus xulu
Noniltimus xulu - (lat. Mesogobius nonultimus) — Qamçılı xullar cinsinin nümayəndəsidir. == Morfoloji əlamətləri == Bədəni qamətli və uzunsovdur. Başı pazşəkillidir. Qəlsəmə qapaqları, döş üzgəclərinin əsası, qarın əmziyinin önündə boğazı və qarnının ortası çılpaqdır. Belində və böyürlərində aydın olmayan tünd zolaqlar vardır. Bunların forması və rəngi fərdi, yaş və coğrafi dəyişikliyə məruz qalır. == Yayılması == Xəzər dənizində, o sıradan Azərbaycan sahillərində yayılmışdır. == Yaşayış yeri və həyat tərzi == Duzlu su balığıdır. Heç vaxt şirin sulara keçmir.
Nordman xulu
Nordman xulu (lat. Neogobius ratan) — Ponticola cinsinin bir nümayəndəsidir. == Yayılması == Qara, Azov və Xəzər dənizlərində yayılmışdır. Xəzərdə 3 yarımnöv: Gebel xulu - Neogobius ratan goebeli (Kessler), Boqdanov xulu - Neogobius ratan bogdanowi (Kessler), Türkmən xulu -Neogobius ratan turkmenicus (Rahimov) yaşayır. == Morfoloji əlamətləri == Başı böyürlərdən sıxılmışdır. Eni demək olar ki,hündürlüyünə bərabərdir. Üst dodağı kənarlarda enlənməmişdir. İkinci bel üzgəcinin xüsusən ortası hündürdür. Quyruq gövdəsi gödəkdir və yanlardan çox sıxılmışdır. Bədənin ən az hündürlüyü quyruq gövdəsinin uzunluğundan ya bir qədər çoxdu, ya da ona bərabərdir.
Ordubad düzü
Ordubad düzü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində düzənlik. == Ümumi məlumat == Arazboyu düzənliklərdən biri. Arazın sol sahilindədir. Şimalda Aşağı Əylis kəndinədək davam edir. Cənub-şərqdən başlayaraq şimal-qərb istiqamətində Dəstə kəndinədək 9 kilometr məsafədə uzanır. Səthi parçalanmış maili düzənlikdir. Əylisçay, Ordubadçay, Gənzəçay çaylarının gətirmə konuslarından təşkil olunmuşdur. Qərb hissəsi Yuxarı Əylis kəndindən başlayaraq Araz çayına qədər struktur sel çöküntüləri ilə örtülmüşdür. Ordubad düzünün şimal hissəsində Ordubad şəhəri ətrafında, həmçinin Yuxarı Əylisdən cənuba doğru əkinçilik üçün yararlı dağ-qəhvəyi torpaqlar, şərqində isə dar zolaq şəklində dağ-açıq şabalıdı torpaqlar yayılmışdır.
Pak buzu
Pak buzu - Dəniz buzunun bir növüdür. Pak buzu Şimal Buzlu Okeanının mərkəzi hissəsində çoxillik buzun parçalanması və yenidən donub birləşməsi nəticəsində əmələ gələn, dreyf edən və qalınlığı 3–5 m olan buzdur.
Qafqaz xulu
Qafqaz xulu (lat. Knipowitschia caucasica) — Knipoviç xulları cinsinin nümayəndəsidir. Qara dəniz, Azov dənizi, Xəzər dənizi sahillərində dərinliyi 2 m olan sularda yaşayır. Erkəklər kürünü müdafiə etmək üçün ərazidə qalır. Bu növ uzunluğu 5 sm təşkil edir == Morfoloji əlamətləri == Bədəni gödəlmişdir. Gözləri yanlara yönəlmişdir. Qapaq sümüyünün üstündəki kanal bu cinsin başqa növlərinə nisbətən zəif inkişaf etmiş, bəzən isə olmur. Bədəni sıx piqmentləşdir. Dişilər erkəklərdən daha açıq rəngdədir. Birinci bel üzgəcində çoxsaylı tünd xallar var.
Qarabağ düzü
Qarabağ düzü — Kür çayının sağ sahilində, Kiçik Qafqaz dağları ilə Kür çayı arasında yerləşən ərazi. Beyləqan, Ağcabədi, Ağdam Bərdə rayonlarının ərazilərini əhatə edir. Məsuldar torpaqları olan düzdə pambıq, taxıl əkilir.
Qarabağlar düzü
Qarabağlar düzü — Kəngərli rayonu ərazisində cənub-qərbə enən maili düzənlik. Naxçıvan dağarası çökəkliyinin Arazboyu düzənliklərindən biri. Qarabağlar kəndindən başlayaraq cənub-qərb istiqamətində genişlənir və Qıvraq qəsəbəsinədək davam edir. Cənubda Xok kəndinədək uzanır. Düzün zəif parçalanmış səthi Pleystosenin qitə molassından (allüvial-prolüvial, delüvial, delüvial-prolüvial əmələgəlmələr) təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb hissəsində, Xoy antiklinalından şimalda yerləşir.
Qarayazı düzü
Qarayazı düzü və ya Qarayazı çölü — Azərbaycanın Qazax rayonu Qazangöl düzü ilə ərazisində Kür çayı arasında yerləşən düz. == Ümumi məlumat == === Toponimikası === Qarayazı düzünün adı "çöl, geniş düzənlik" mənasını verən qədim türk sözü "yazı" və Azərbaycan dilindən olan "qara" sözünün birləşməsindən əmələ gəlib. Azərbaycan ərazisində "yazı" hissəcikli toponimlərə daha çox rast gəlinir. Məsələn: Ağyazı, Ağcayazı və digərləri === Coğrafiyası === Sahəsi 421 km² olub, qərbdə Gürcüstan Respublikası ərazisinədək davam edir. Qarayazı düzü qərbdə enli (12–16 km) olub, şərq istiqamətində tədricən daralaraq (1–2 km) paz şəklində Kür çayı ilə Ortaqaş-Quyruqençi tirəsi arasına daxil olur. Şimal-şərq maili hissədə yarğan və qobulara rast gəlmək olur. Buradakı yeraltı sular çox dərində deyildir. Onlar qarasu bulaqları şəklində üzə çıxır. Bu sular yüksək debitli olub, təsərrüfatın müəyyən sahələrində (əkinçilikdə, maldarlıqda) istifadə oluna bilər. Əsasən şabalıdı torpaqlar üzərində inkişaf etmiş quru çöl bitkiləri (taxıl, müxtəlif ot və yovşan quruplaşması) hakimdir.
Qaraçoban düzü
Qaraçoban düzü - Şərur rayonu ərazisində düzənlikdir. == Relyefi == Qaraçoban düzü Şərur rayonu ərazisində, Sədərək kəndinin cənub-qərbində, Bozağıl, Qaradaş, Düz, Həsənqulubağ dağlarının arasında maili düzənlikdir ki, onun da mütləq yüksəkliyi 950-1000 metrdir. Səthi Bağırsaqdərə və bir sıra digər dərələr vasitəsilə zəif parçalanmışdır. Daimi axına malik olmayan Bağırsaqdərə çayı Qaraçoban düzünün şimal-şərqində iki qola ayrılır. Ərazidən qış və yay otlağı kimi istifadə olunur. Qaraçoban maili düzənliyi (800–1200 m) əsasən allüvial-prolüvial çöküntülərindən təşkil olunmuşdur. Onun səthi Cəhənnəm dərəsi, Bağırsaq dərəsi və bir sıra başqa quru dərələr vasitəsilə parçalanmışdır. Suayrıcları hamar və genişdir, çox zəif parçalanmışdır. Maili düzənliyin mərkəz hissəsində yerləşən Bağırsaq dərəsindən keçən sellər Sədərək düzündəki əkinlərə ciddi zərər verir. Qaraçoban maili düzənliyində inkişaf etmiş boz torpaqların tərkibində çoxlu çay daşı vardır.
Qumluq xulu
Qumluq xulu (lat. Neogobius fluviatilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. Xəzər dənizində çox geniş yayılmışdır. Balığın bədəni yanlarından az sıxılmış, başı yastı,başın ön hissəsi uzunsov formadadır. Qumluq xulun bədəni qonur və ya boz-sarımtıl rəngdə olur. Uzunluğu 10-16 sm-ə qədər olur. Cinsi yetişkənliyə 2 yaşında çatır. May-iyul aylarında əsasən Şimali Xəzərdə çoxalır. Məhsuldarlığı 350-1025 ədəd kürüdən ibarətdir.Həvəskar balıqçılar tərəfindən ovlanır.
Salyan düzü
Salyan düzü — Kür çayının sağ sahilində Muğan düzü ilə Xəzər dənizi arasındakı ərazidə yerləşir. Xüsusilə Qızılağac körfəzinin sahil boyu əraziləri bataqlıqlaşmışdır. Ərazisindən Bakı-Astara dəmir yolu keçir. Quruçöl-yarımsəhra iqliminə sahibdir. Cənub-şərqi bataqlıq fauna və florası ilə zəngindir. Qızılağac Milli Parkının ərazisinin bir hissəsini əhatə edir.
Abzu
Abzu (şum. 𒀊𒍪 abzu, akkad. apsû, q.yun. Ἀπασών); həmçinin Enqurra (şum. engur, akkad. engurru) — Şumer–Akkad mifologiyasında Yeri əhatə edən şirin suların dünya okeanı. Bu, Babil kosmoqonik dastanı olan "Enuma eliş"də Abzu yerin və göyün yarandığı xaos kimi təqdim olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Абзу / В. К. Афанасьева // Мифы народов мира : Энцикл. в 2 т. / гл.
Arzu
Arzu — qadın və kişi adı. Həmçinin təxəllüs kimi də istifadə edilir. Bu adı olan tanınmış şəxslərQadınlar Arzu Abdullayeva — Azərbaycan hüquq müdafiəçisi. Arzu Bağırova — Azərbaycan ictimai xadimi Arzu Zeynalova — azərbaycanlı jurnalist, "Neft Kadrları Uğrunda" qəzetinin redaktor müavini. Arzu Şuşanova — azərbaycan aktyoru. Arzu Soltan — Azərbaycanlı jurnalist, ssenari müəllifi. Arzu Okay — Türkiyə kino aktrisası və porno ulduzu Arzu Hüseynova — Arzu ŞirinovaKişilər Arzu Rəhimov — Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant. Arzu Rzayev — Azərbaycanın estrada müğənnisi. Arzu Səmədbəyli — Millət vəkili (2005-2010). Arzu Poladov — Dekorçu.
Xünc
Xünc – İranın Fars ostanının şəhərlərindən və Xünc şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,012 nəfər və 3,362 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Xızı
Xızı şəhəri — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Xızı kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Xızı kənd Soveti ləğv edilərək, Xızı şəhər tipli qəsəbəsi mərkəz olmaqla Xızı qəsəbə Soveti yaradılmışdır.Xızı Quba – Xaçmaz turizm regionunda yerləşən və əsas hissəsi meşə ilə əhatəli olan rayonun şərq tərəfi Xəzər sahilidir. Azərbaycanın dağ rayonları içərisində Bakıya ən yaxın olanı Xızıdır. Xızının Bakı ilə məsafəsi 70 km-dir. İqlimi mülayim, havası qurudur. Böyük Qafqaz silsiləsinin dağ ətəyi cənub yamacından Samur – Dəvəçi ovalığına kimi uzanan çoxtəpəli yaylada yerləşir. Xızı rayonunda yerləşən lay-lay dağlar nəhəng əqiq – sardoniks illüziyasını yaradır. Dağlar yüksək deyildir, ən yüksək nöqtələr dəniz səviyyəsindən 958 metr yüksəklik Saraku dağının və 2203 metr yüksəklik Dübrar dağının payına düşür. Bir neçə hissədə dağın bir yamacı qış otlağı kimi, digəri isə yay otlağı kimi istifadə olunur. Geoloji süxurların müxtəlif laylarının təpələrdə üzə çıxması rənginə görə özünəməxsus landşaft yaradır.
Xəzz
Xəzz — Xəzərlərdə ölkənin müsəlman toplumunun başçısına verilən titul. İqamətgahı əhalisi müsəlmanlardan ibarət olan Xəzəran şəhərində idi.
Hüzn
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Arzu (Xaçmaz)
Arzu Qəsəbəsi — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == 1963-cü ilə qədər Quba rayonunun tərkibində olmuşdur. Həmin ildən Xaçmaz rayonuna birləşdirilmişdir. == Əhalisi == 2009-cu il siyahıyaalınmasına görə əhalinin sayı 1249 nəfərdir. == Təhsil == 2 mərtəbəli və 220 yerlik məktəb tikildi. == Səhiyyə == Qəsəbədə səhiyyə ocağı yoxdur.
Arzu Bağırova
Arzu Bağırova (11 dekabr 1980, Sumqayıt) — ictimai xadim, iş adamı. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri, müxtəlif mövzularda maarifləndirmə ilə bağlı bir çox sosial tədbirlərin təşkilatçısı, layihə rəhbəri. == Həyatı == Bağırova Arzu Zakir qızı 11 dekabr 1980 tarixində Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilinə Sumqayıtda başlamış, Masallı rayonunun Bədəlan kəndində bitirmişdir. Taras Şevçenko adına Kiyev Milli Universitetində Hüquq ixtisası üzrə bakalavr təhsilini bitirdikdən sonra həmin universitetdə Dövlət İdarəçiliyi ixtisası üzrə magistr dərəcəsi almışdır.Evlidir. 4 övladı, 2 nəvəsi var. == Fəaliyyəti == Arzu Bağırova 2005-ci ildən özəl sektorda fəaliyyət göstərir. Hazırda Gözəl Yaşam Mərkəzinin təsisçisidir. Arzu Bağırova şəhid, qazi ailələrinə, o cümlədən fiziki imkanları məhdud şəxslər, tənha, yaşlı, aztəminatlı ailələrə göstərdiyi aktiv fəaliyyəti ilə tanınır. O, onlarla gənc yazarın ilk kitablarını nəşr etməsinə və onlarla gənc rəssamların ilk sərgilərini, yaradıcılıq gecələrinin təşkil olunmasına öz töhfəsini vermişdir.
Arzu Fərzəliyev
Arzu Fərzəliyev (28 mart 1958, Naxçıvan) — Azərbaycanlı müğənni, əməkdar artist == Həyatı == Fərzəliyev Arzu İsmayıl oğlu 28 mart 1958-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1980-cı ildə Naxçıvan Dövlət Pedaqoji institutunu bitirmişdir. Ailəlidir, 3 oğlu 5 nəvəsi var. == Fəaliyyəti == 1977-ci ildə Qafqaz İnstitutları arasında keçirilən Suxumi 77 festivalının qalibi, 1978-ci ildə Bakıda keçirilən "Qızıl Payız" musiqi festivalının qalibi olmuşdur. Naxçıvanda keçirilən mahnı televiziya müsabiqəsinin 7 dəfə qalibi olmuşdur. 1983-cü ildən Naxçıvan şəhərində mədəniyyət evində fəaliyyətə başlamışdır, 1985-ci ildə SSRİ mədəniyyəti xidmətinə görə əlaç döş nişanı ilə təltif olunmuşdur. 1984-cü ildə mədəniyyət evinin bədii rəhbəri, 1988-ci ildən 2017-ci ilədək Naxçıvan mədəniyyət evinin direktoru vəzifəsində çalışmışdır. 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2018-ci ildən Naxçıvan Dövlət Filarmoniyasında bədii quruluş hissə müdürü vəzifəsində çalışır. Naxçıvanda və Bakıda keçirilən konsert proqramlarında çıxış etmişdir.
Arzu Fətullayev
Arzu Fətullayev Qarabala oğlu (15 sentyabr 1973, Anzov, Yardımlı rayonu – 5 yanvar 1993) — Vətən müharibəsi şəhidi. == Həyatı == 1973-cü ilin 15 sentyabr tarixində Yardımlı rayonunun Anzov kəndində doğulmuşdur.1980-ci ildə Anzov kənd ibtidai məktəbinin 1-ci sinfinə daxil olmuşdur. Orta təhsilini isə 1990-cı ildə Hamarkənd məktəbində başa vurmuşdur. == Hərbi xidməti == 1992-ci il iyunun 1-də hərbi xidmətə çağırılır.1992-ci il avqustun axırlarında Ağdərədə gedən döyüşlərdə iştirak edir.1993-cü il yanvarın 4-dən 5-nə keçən gecə ermənilər qərargaha hücum edirlər. Arzu və yoldaşları səhər saat 6-ya qədər vuruşur. Nəticədə 26 əsgər təslim olmadan, əsir düşmədən şəhid olurlar.
Arzu Hüseynov
Hüseynov Arzu Sadıq oğlu (1962, Bakı) — azərbaycanlı aktyor. == Həyatı == Arzu Hüseynov 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Nərimanov rayonu, 45 saylı orta məktəbi bitirmiş, 1981–1983-cü illərdə əsgəri xidmətdə olmuşdur. 1985–1987-ci illərdə teatrda, kinostudiyada və televiziyada texniki işlərdə çalışsa da, çəkilən film və televiziya verilişlərinin bəzilərində epizodik rollarda iştirak etmişdir. 1987-ci ildə İncəsənət universitetinin rejissorluq fakültəsinə daxil olmuş və eyni zamanda Dövlət Gənclər Teatrına rejissor assistenti vəzifəsinə qəbul edilmiş, bir neçə tamaşada aktyor kimi iştirak etmişdir. 1993-cü ildə universiteti bitirmiş, İravan-Azərbaycan teatrında, Bakı Bələdiyyə teatrında və Speys telekanalında aktyor kimi çalışmışdır. 2002-ci ildə Əməkdar Artist fəxri adına layiq görülüb. Hazırda Bəkı mədəniyyət idarəsinin nəzdindəki Satira teatrında fəaliyyətini davam etdirir. Aktyor Sadıq Hüseynovun oğludur. == Filmoqrafiya == Qanun naminə (film, 1968) Mən ki gözəl deyildim (film, 1968) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Hər şey yaxşılığa doğru (film, 1997) Kənddən gələn var (film, 1997) Nə gözəldir bu dünya...
Arzu Hüseynova
Arzu Doğru qızı Hüseynova — İqtisad elmləri doktoru(2016), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda direktor müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) İqtisad elmləri üzrə ekspert şurasının üzvü (2018-ci ildən) == Həyatı == Arzu Hüseynova 21 iyul 1966-cı ildə Bakıda anadan olmuşdur. O, Bakı şəhərində 80 saylı orta məktəbdə oxumuş (1973–1983), M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) "İstehsal proseslərinin avtomatlaşdırılması" fakültəsində (1983–1988) təhsil almışdır. Ali təhsilini "Tətbiqi riyaziyyat" ixtisası üzrə almış Arzu Hüseynova 1988–2001-ci illərdə müxtəlif təşkilatlarda aparıcı vəzifələrdə, 2001–2004-cü illərdə isə Dövlət Elm və Texnika Komitəsi nəzdində yaradılan Elmi-Tədqiqat, Təcrübi-Konstruktor İşlərinin və Müdafiə Olunmuş Dissertasiyaların Dövlət Qeydiyyatı Mərkəzində (DQM) baş mütəxəssis vəzifəsində işləmişdir. Arzu Hüseynova 2005-ci ildə DQM-ə direktor müavini təyin edilmişdir. AR-nın Nazirlər Kabinetinin 22 avqust 2008-ci il 197 saylı qərarı ilə DQM-in adı dəyişdirilərək Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzi (EİM) adlandırılmışdır. O, 2014-cü ilin aprel ayının 1-nə kimi EİM-də direktorun 1-ci müavini vəzifəsində çalışıb. Hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi|Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda direktor müavini və Azəbaycan Dövlət İqtisad Unversitetinin "Rəqəmsal iqtisadiyyatı və İKT" kafedrasının professoru vəzifələrində işləyir. Arzu Hüseynova "Elmi problemlərin araşdırılmasının informasiya təminatı sistemi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 27 iyun 2007-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almış, 5 oktyabr 2010-cu il tarixində ona iqtisadiyyatın riyazi və instrumental üsulları ixtisası üzrə dosent adı verilmişdir. 2016-cı ilin yanvarında "Azərbaycanda innovasiya potensialının idarə edilməsi mexanizminin təkminləşdirilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 25 noyabr 2016-cı ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır. Hüseynova A. Elmi tədqiqat fəaliyyəti ilə yanaşı, davamlı olaraq elmi-pedoqoji fəaliyyətlə də məşğul olur.
Arzu Nağıyev
Arzu Nəsib oğlu Nağıyev (27 iyul 1963, Baş Layısqı, Azərbaycan SSR) — Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Arzu Nağıyev 1963-cü il iyulun 27-də Tovuz rayonununda anadan olmuşdur. 1980-ci ildə Tovuz rayonu Yusif Sadıxov adına Bozalqanlı kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1985-ci ildə Serqo Ordjonikidze adına Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili fakültəsini mühəndis iqtisadçı ixtisası üzrə bitirmişdir. 1991-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali kurslarını qırmızı diplomla tamamlamışdır. Təhlükəsizlik orqanlarının ehtiyatda olan zabiti və Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 5 bədii, 2 sənədli kitabın müəllifidir. === Ailəsi === Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1985–1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazriliyinin 4 saylı trestində iqtisadçı, baş iqtisadçı işləmiş, 1987–1989-cu illərdə Azərbaycan LKGİ Nərimanov rayon komitəsinin təlimatçısı, şöbə müdiri olmuş, 1991–2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi qulluq keçmiş, əməliyyat müvəkkili–şöbə rəisi vəzifələrində çalışmışdır.
Arzu Nehrəmli
Arzu Nehrəmli (azərb. Arzu Kazım qızı Vəliyeva‎; d. 27 oktyabr 1970, Babək r., NMR) — şair, nasir, publisist. Tarix elmləri üzrə fəlsəfə doktoru. Azərbaycan Yazıçılar Birliyinin (2000-ci ildən) üzvü və Azərbaycan Jurnalistlər Birliyinin (2015-ci ildən) üzvü. == Həyatı == === Təhsili === 27 oktyabr 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının, Babək rayonunun Nehrəm kəndində qulluqçu ailəsində anadan olub. Nehrəm kənd orta məktəbini əla qiymətlərlə bitirib. Bakalavr, magistratura və doktorantura təhsilini Bakı Dövlət Universitetində (BDU) alıb. Uşaq yaşlarından idmanla məşğul olur. Naxçıvan Muxtar Respublikasının qadınlardan ibarət yığma basketbol və yüngül atletika komandalarının, eləcə də BDU-nun basketbol komandasının heyətində oynayıb.
Arzu Okay
Arzu Okay — Türkiyə kino aktrisasıdır. Hazırda Fransada yaşayır ve həyat yoldaşından boşanmışdır. Arzu Okayın keçmiş həyat yoldaşından bir qız övladı vardır.
Arzu Poladov
Arzu Poladov (13 fevral 1966, Bakı) — Dekorçu. İcraçı rəssam. == Həyatı == Arzu Poladov 1966-cı il, fevralın 13-də Bakıda, Stepan Razin adına qəsəbədə anadan olub. 1973-cü ildə 96 nömrəli orta məktəbin 1-ci sinfinə gedib. Artıq 3-cü sinifdən rəsm çəkmək meyli artıb. Daha 2 il sonra rəssam olacağına qərar verir. 1979-cu ildən Razin qəsəbəsində olan pionerlər evində rəsm dərnəyinə üzv olur. Hər şəy də əslində buradan başlayır – dərnəyə əslen Balaxanı qəsəbəsindən olan Xəyyam müəllim başçılıq edirdi. Onun yüksək professionallığı, anadangəlmə rəssam dünyagörüşü əslində Arzu üçün böyük bir kəşf idi. Və həmin andan Arzu Əzim Əzimzadə adına rəssamlıq məktəbinə ciddi hazırlaşır.
Arzu Qeybullayeva
Arzu Qeybullayeva, Arzu Qeybulla (azərb. Qeybullayeva Arzu Qeybulla qızı‎; d. 1 avqust 1983, Bakı, Azərbaycan SSR, SSRİ) — jurnalist. Regional məsələlər üzrə təhlilçi, bloqçu və sosial media üzrə təlimçidir; Münaqişələrin Transformasiyası üzrə "Imagine" mərkəzinin həmsədrlərindən biri, münaqişələrin həllində xalq diplomatiyası məsələləri ilə məşğuldur. == Həyatı == Arzu Qeybullayeva 1 avqust 1983-cü ildə Bakıda anadan olub. 1999–2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxumuşdur.Ankara Bilkənt Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təhsil alıb. 2005-ci ildə İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetindən Qlobal Siyasət üzrə magistr təhsili alıb. Milli Demokratiya İnstitutunun proqramında çalışıb.. Türkiyə ermənilərinin İstanbulda nəşr etdirdikləri "Aqos" qəzetində yazar olaraq çalışmışdır.Müxtəlif vaxtlarda Milli Demokratiya İnstitutunda, Berlində yerləşən Avrasiya Stabillik Təşəbbüsü Mərkəzində çalışıb.İngilis, Azərbaycan, Türk və Rus dillərini bilir. == Ailəsi == Arzu Qeybullayeva professor Qeybulla Qeybullayevin qızıdır.
Arzu Rzayev
Arzu Rzayev – Azərbaycanın estrada müğənnisi. == Həyatı == Musiqiyə istrumentalist kimi gələn müğənni peşəkar səhnəyə 1985-ci ildən çıxıb. Elə həmin illərdə Almaz Ələsgərova ilə ilk dueti olan musiqisi Səid Rüstəmova məxsus "Dedim-dedi" mahnısını ifa edilib. Mügənninin "Canım", "Bakı yurdum" və s. kimi albomları hal-hazırda da sevə-sevə dinlənilməkdədir. == Filmoqrafiya == Yurd yeri (film, 1994) Yurd yeri (film, 1997) Qış nağılı.
Arzu Rəhimov
Arzu Yusif oğlu Rəhimov (1 oktyabr 1964, Naxçıvan) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (2012–2023), Dövlət Miqrasiya Xidmətinin rəisi (2007–2012), Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargah rəisi (2006–2007). == Həyatı == Arzu Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olmuşdur. Arzu Rəhimov 1982-ci ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun Məktəbinə qəbul olmuşdur və 1986-cı ildə oradan məzun olmuşdur. == Fəaliyyəti == Arzu Rəhimov 1986–1989-cu illərdə Sovet Ordusunun sıralarında bir sıra vəzifələrdə xidmət eləmişdir. 1992-ci ildə isə Azərbaycan Ordusunun sıralarında xidmət eləməyə başlamışdır. 1992–2004-cü illərdə Sərhəd Qoşunlarının sıralarında baş zabit, Hərbi Hissə Komandiri və digər vəzifələrdə xidmət eləmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 6 aprel 2004-cü il tarixli 160 nömrəli Sərəncamına əsasən Arzu Rəhimov Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini təyin edilmişdir. 2004-cü il iyulun 30-da isə Arzu Rəhimova Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi vermilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il tarixli 742 nömrəli Sərəncamına əsasən Arzu Rəhimov Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilmişdir və Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi təyin edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 30 aprel 2007-ci il tarixli 2130 nömrəli Sərəncamına əsasən Arzu Rəhimov Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi vəzifəsindən azad edilmişdir və Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmişdir.
Arzu Sadıqov
Arzu Həmid oğlu Sadıqov (1 mart 1963, Bakı – 12 may 1994) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrinin Mayoru. == Həyatı == 29 fevral 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1992-1994-cü illərdə N saylı Xüsusi Təyinatlı Alay komandirinin döyüş üzrə müavini rütbəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında, Füzuli şəhərinin müdafiəsində iştirak edib. 1994-cü il may ayının 11-də şəhid olmuşdur. == Təltifləri == Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 1994-cü il tarixli 157 nömrəli fərmanı ilə ölümündən sonra Azərbaycan bayrağı ordeni ilə təltif olunmuşdur.
Arzu Soltan
Arzu Soltan (tam adı:Arzu Əli qızı Həsənli) — Azərbaycanlı jurnalist, ssenari müəllifi.[mənbə göstərin] == Həyatı == Arzu Soltan 1971-ci il fevralın 2-də Bakıda anadan olub. 1988-ci ildə Bakıdakı 250 saylı orta məktəbi medalla bitirib. 1995-ci ildə isə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1988-ci ildən Azərbaycan mətbuatında çalışır. "İnşaatçı", "Ordu", "Azadlıq" qəzetlərində və "Olaylar" informasiya agentliyində müxbir, şöbə müdiri, redaktor vəzifələrində işləyib. 1989-cu ildə 18 yaşında ikən SSRİ Jurnalistlər İttifaqının üzvlüyünə qəbul edilib. 2000-ci ildə İsveçdə, 2003-cü ildə ABŞ-də, 2004-cü ildə Polşada jurnalistlər üçün keçirilən kursların iştirakçısı olub. Beynəlxalq Jurnalistlər Federasiyasının (Brüssel) Cənubi Qafqazda gender məsələləri üzrə regional koordinatorudur. Azərbaycanda, Gürcüstanda, Monqolustanda bir sıra təlimlərin aparıcısı olub. "Azərbaycanda qadın mətbuatı" adlı tədqiqat işi, "Cənubi Qafqazda gender situasiyası" mövzusunda çıxışı Azərbaycanda və xaricdə bir sıra mətbuat orqanlarında nəşr olunub.
Arzu Səmədbəyli
Səmədbəyli Arzu Həbib oğlu (10 may 1962, Zərkənd, Basarkeçər rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, (2005–2010) Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) qurucu üzvü kimi fəaliyət göstərir. == Həyatı == Arzu Səmədbəyli 1962-ci il mayın 10-da Ermənistan SSR-nin Basarkeçər rayonunun Zərkənd kəndində anadan olub. 1979-cu ildə Zərkənd orta məktəbini qızıl medalla bitirib.1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olmuş, 1984-cü ildə sənaye və mülki tikinti fakültəsini bitirmişdir.1984-cü ildən Azərbaycan Üzümçülük və Şərabçılıq Komitəsində mühəndis, böyük mühəndis, aparıcı mühəndis, birinci dərəcəli mühəndis işləyib. === Ailəsi === Arzu Səmədbəyli ailəlidir. 2 övladı var. Atası Həbib Səmədov 3 noyabr 2011-ci ildə, anası Nabat xanım isə 21 iyun 2015-ci ildə Bakı şəhərində vəfat ediblər. Siyasətçi Aqil Səmədbəylinin qardaşıdır. Siyasətçi Hafiz Hacıyevin uzaq qohumudur. == Siyasi fəaliyyəti == Arzu Səmədbəyli 1991-ci ildən Azərbaycan Xalq Cəbhəsinin şöbə müdiri, 1992-ci ildən Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikası müdafiə nazirinin baş referenti, 1993–1995-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin, 1995–2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının İnformasiya və mətbuat mərkəzinin direktoru, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.1998-ci ildə Əbülfəz Elçibəyin sədrlik etdiyi Bütöv Azərbaycan Birliyində (BAB) sədrin təşkilat məsələləri üzrə müavini təyin edilmişdir (Əbülfəz Elçibəyin sərəncamı ilə). 2000-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki bölünmə zamanı Mirmahmud Mirəlioğlu liderliyindəki klassiklər qanadında fəaliyyət göstərməyə başladı.
Arzu Zeynalov
Arzu Zeynalov (6 mart 1999, Arşalinsk rayonu[d], Aqmola vilayəti – 2 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zeynalov Arzu Rövşən oğlu 1999 -cu il martın 6-da Qazaxıstan Respublikasının Arşalinskiy rayonundun Qırmızı Göl kəndində anadan olub. 2005-ci ildə Daşkəsən rayon Mədənçilər qəsəbəsindəki Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. == Hərbi xidməti == 04.04.2017-ci il tarixində Arzu Zeynalov həqiqi hərbi xidmətə yollanmış,2018-ci ilin oktyabr ayında isə hərbi xidmətini bitirmişdir. 2020-ci ilin iyun ayından etibarən MAHHXHQ əsgər kimi yenidən xidmətə başlayıb. 2020-ci il oktyabrın 2-də Kəlbəcər rayonu istiqamətində şərti adı “Ağdağ” döyüş mövqeyi istiqamətində aparılan hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olub. Arzu Zeynalov 2020-ci il noyabrın 24-də Daşkəsən rayonundakı Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Arzu Zeynalov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Arzu Zeynalov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Arzu Zeynalov ölümündən sonra"Vətən uğrunda" medalı ilə təltif ediliib.
Arzu İsgəndərov
Arzu Seymur oğlu İsgəndərov (27 oktyabr 1988, Zəyəm, Şamxor rayonu – 13 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Arzu İsgəndərov 1988-ci il oktyabrın 27-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində anadan olub. 1994–2002-ci illərdə Zəyəm qəsəbə tam orta məktəbində, 2003–2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006–2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Aylin və Arzum adlı iki qızı yadigar qaldı. == Hərbi xidməti == Arzu İsgəndərov 2010-cu ildə Təlim Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2010–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində taqım komandiri, 2011–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsində bölmə rəisi, 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində bölmə rəisi, 2015–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində bölmə rəisi, 2015–2018-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində bölmə rəisi vəzifələri üzrə xidmət edib. 2020-ci ilin avqust ayından isə Bakı korpusuna AİS rəisi vəzifəsinə təyinat alıb. Arzu İsgəndərov 2016-cı ilin 2–5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.