QUZU

Müxtəlif mənaları içərisində “kiçik, balaca” anlamları da var. İndi də nəfəslik (форточка) yerinə bəzən “quzupəncərə” deyirlər. Quzulamaq həm də “balala­maq” (qoyun, keçi, cüyür...) mənasında işlədilir. Ehtimal ki, elə quzu “bala” de­mək­dir. O, toğluya, toğlu şişəyə, şişək öyəcə, öyəc qaradişə, o da azmana, so­nuncu isə dizmana çevrilir. Deməli, quzudan dizmana qədər 7 yaş dövrü mövcuddur. Buzov və quzu “övlad” (bala) anlamı ilə bağlıdır, qohum sözlərdir. Boğaz (hamilə) sözü buzağ kimi olub, “qarnında balası olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QUZEY
QUZUGÖRƏN
OBASTAN VİKİ
Quzu plaunu
Tunahan Quzu
Tunahan Quzu(türk. Tunahan Kuzu; 5 iyun 1981, İstanbul) — Türk əsilli Niderland siyasətçisi == Həyatı == 1981-ci ildə İstanbulda anadan olmuşdur Kiçik yaşında Niderlandın köçüb və orada böyümüşdür. 2001-ci ildən 2006-ci ilə qədər Erasmus Universitetində idarəçilik ixtisası üzrə oxumuşdur.
Quzu orakulu
Quzu orakulu — demotik Misir dilində papirus üzərində yazılmış və Roma imperatoru Avqustun hakimiyyətinin otuz üçüncü ilinə (e.ə. 27–b.e. 14-cü illər) aid edilən qədim Misir peyğəmbərlik mətni. Burada bir quzu danışır və Pasenhor adlı bir adama peyğəmbərlik verir. Quzu alt-üst olmuş və xaosa çevrilmiş dünyanı təsvir edir: məbədlər bərbad vəziyyətdədir, hökmdar artıq hökm olunana çevrilib və midiyalılar (burada Misirdə farsların hakimiyyəti nəzərdə tutulur) Misiri dağıtmağa gəliblər. O, həmçinin qeyd edir ki, yunanlar (burada Misirdə Ptolemeylər hakimiyyəti nəzərdə tutulur) Ağ tacı (Yuxarı Misiri təmsil edir) tutacaqlar. Hekayə üslub, ton və mövzu baxımından Neferti peyğəmbərliyi kimi Orta Misir padşahlığının peyğəmbərlik mətnləri ilə müqayisə edilir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Gozzoli, Roberto B. (2006). The Writings of History in Ancient Egypt during the First Millennium BC (ca. 1070–180 BC): Trends and Perspectives.
Huperziya quzu plaunu
Quzu (film, 1967)
== Məzmun == Kinolentdə dövlətli, lakin xəsis mülkədarı aldadıb bir quzuya görə ondan üç dəfə pul alan hiyləgər kəndlinin əməllərindən danışılır. == Film haqqında == Film Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır.
Quzu (film, 2014)
Quzu (türk. Kuzu) — Kutluğ Ataman tərəfindən idarə olunan 2014-ci ildə işıq üzü görmüş uzun metrajlı bir Türk filmi. == İstehsal == Filmin çəkilişi Kutluğ Atamanın məmləkəti Doğanköy şəhər mərkəzində və Ərzincanda Kemah şəhərinə bağlı Sazlıpınar kəndlərinə aparıldı. Kutluğ Atamanın yazdığı ve idarə etdiyi 87 dəqiqəlik film, Türk və Alman dillərində nəşr olundu. Kutluğ Ataman Berlin Beynəlxalq Film Festivalında qazandığı mükafatı göstərərək "Bu mükafatı Ərzincana ərmağan edirəm" dedi. == Aktyorlar == Nəsrin Cavadzadə — "Mədinə" qəhrəmanının rolunu Cahid Gök — "İsmail" qəhrəmanının rolunu Nursel Köse — "Safiyə" qəhrəmanının rolunu Mərt Taştan — "Mərt" qəhrəmanının rolunu Əməl Göksu — "Şövqət" qəhrəmanının rolunu Nəcməttin Çobanoğlu — "Necmettin Ağa" qəhrəmanının rolunu Sıla Cantürk — "Vicdan" qəhrəmanının rolunu Taner Birsel — "Adnan Bəy" qəhrəmanının rolunu Şərif Səzər — "Leyla" qəhrəmanının rolunu Güven Kıraç — Qəsəbənin muxtarı rolunu == Mükafatlar == 64.
Ludmila Quzun
Ludmila Quzun (26 iyun 1961 – 16 aprel 2021) — Moldovalı siyasətçi. O, Moldova Parlamentində Unqeni dairəsini təmsil edən millət vəkili olmuşdur. == Həyatı və fəaliyyəti == Quzun 26 İyun 1961-ci ildə Moldovanın Faleşti rayonunda anadan olmuşdur. Moldova Demokratik Partiyasını təmsil edərək, 24 fevral 2019-cu ildə Moldova Parlamentinə deputat olaraq daxil oldu və 16 aprel 2021-ci il tarixdə ölümünə qədər vəzifəni icra etdi. Quzun 7 aprel 2021-ci il tarixindən etibarən COVID-19 diqnozu ilə xəstəxanada müalicə almış, 16 aprel 2021-ci il tarixində isə vəfat etmişdir.
Quzugötürən
Quzugüdən
Quzugüdən (Sərdarabad)
Quzugüdən (Sərdarabad)
Quzugüdən — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km cənub-şərqdə Araz çayının yaxınlığında yerləşir. Kəndin ilkin, qədim adı Quzukutan olmuşdur. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Kəndin adı Quzugüdənli formasında qeyd edilir və göstərilir ki, "Kəndin əhalisi mürsəlli camaatındandır". Erməni mənbələrində kəndin adı Ğuzigedən, Ğuzigedan, Kuzikutan formalarında, Qafqazın 5 verstlik xəritəsində Kuzikuden formasında qeyd edilmişdir. == Toponimi == Toponim əfşar türk tayfasından olan quzugüdənli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19. IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Ayqeşad qoyulmuşdur.
Quzugüdən (İğdır)
Quzugüdən — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == 1928-ci ildən bu adı daşıyır. == Əhalisi == 1886-cı ilo məlumatına görə kənddə 218 nəfər azərbaycan türkü yaşayırdı. == Coğrafiyası == İğdır mərkəzindən 16 km uzaqlıqdadır.
Quzuların səssizliyi (film)
Quzuların səssizliyi (ing. The Silence of the Lambs) — 1991-ci ildə istehsal edilmiş ABŞ filmidir. Film Tomas Harrisin "Quzuların səssizliyi" (1988) əsəri əsasında çəkilmiş və 5 kateqoriya üzrə "Oskar" mükafatına layiq görülmüşdür. "Quzuların səssizliyi" filmi 2011-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. == Məzmun == Naməlum qatil ABŞ-nin qərb istiqamətində yaşayan əhali sırasında qadınları öldürür və onların dərisini çıxardır. Bu səbəbdən onun axtarışına çıxmış FTB həmkarları ona "Buffalo Bill" ləqəbini vermişlər. Lakin qatili tapmaq FTB həmkarları üçün çətinlik törədir. Bu səbəbdən onlar keçmiş psixiatr və monyak olan Həkim Hannibal Lekterə müraciət edirlər. Görüş zamanı onun yanına FTB akademiyasının gənc həmkarı Klarisanı göndərirlər... == Çəkiliş == Filmin çəkilişi ABŞ-nin Pensilvaniya ştatının ikinci ən böyük şəhəri Pitsburqda baş tutmuşdur.
Quzuların səssizliyi (film, 1991)
Quzuların səssizliyi (ing. The Silence of the Lambs) — 1991-ci ildə istehsal edilmiş ABŞ filmidir. Film Tomas Harrisin "Quzuların səssizliyi" (1988) əsəri əsasında çəkilmiş və 5 kateqoriya üzrə "Oskar" mükafatına layiq görülmüşdür. "Quzuların səssizliyi" filmi 2011-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. == Məzmun == Naməlum qatil ABŞ-nin qərb istiqamətində yaşayan əhali sırasında qadınları öldürür və onların dərisini çıxardır. Bu səbəbdən onun axtarışına çıxmış FTB həmkarları ona "Buffalo Bill" ləqəbini vermişlər. Lakin qatili tapmaq FTB həmkarları üçün çətinlik törədir. Bu səbəbdən onlar keçmiş psixiatr və monyak olan Həkim Hannibal Lekterə müraciət edirlər. Görüş zamanı onun yanına FTB akademiyasının gənc həmkarı Klarisanı göndərirlər... == Çəkiliş == Filmin çəkilişi ABŞ-nin Pensilvaniya ştatının ikinci ən böyük şəhəri Pitsburqda baş tutmuşdur.
Quzumkənd
Quzumkənd (əvvəlki adı: Kert, daha əvvəl: Quzumkənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Quzumkənd kənd inzibati ərazi dairəsində kənd, Quzumkənd kənd inzibati ərazi dairəsinin mərkəzi. == Toponimikası == Oykonim quzum, yəni payızlıq əkin yeri, və kənd sözlərindən düzəlib, "payızlıq əkin yeri olan kənd" mənasını daşıyır. XIX əsrin əvvəllərində ermənilərin orada yerləşdirilməsindən sonra, Kert adlanmışdı. Kert isə hind-Avropa dillərində "şəhər", "qala", "kənd", "tikili", deməkdir. 20-ci əsrin əvvəlinə aid rusdilli xəritədə kəndin adı Kuzumkend kimi göstərilir. Azərbaycan SSR-nin 1977-cu il üçün tərtib olunmuş inzibati-ərazi bölgüsündə kəndin adı Kert kimi qeyd olunur. 1992-ci ilin sonunda kəndin tarixi adı özünə qaytarılmışdır. == Tarixi == 20-ci əsrin əvvəlinə aid rusdilli xəritədə kəndin adı Kuzumkend kimi göstərilir. Sovet vaxtında Azərbaycan SSR-nin 1977-cu il üçün tərtib olunmuş inzibati-ərazi bölgüsündə kənd o vaxt mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Martuni rayonunun Kert kənd Sovetinin tərkibində və Kert kənd Sovetinin mərkəzi kimi göstərilir. 2 sentyabr 1991-ci il tarixində DQMV və Şaumyan rayonu Xalq Deputatları Sovetləri birgə sessiyasında DQMV və Şaumyan rayonunun ərazisində qondarma separatçı "Dağlıq Qarabağ respublikasının" "müstəqilliyinin" elan olunmasına dair deklarasiya qəbul etmişlər.
Quzuqulağı
Turşəng və ya quzuqulağı (lat. Oxalis) — turşəngkimilər fəsiləsinə aid çoxillik bitki cinsi. Cinsə daxil olan növlər otlar və ya yarımkollardır. İri, yaxud xırda yarpaqları saplaqlıdır. Meyvəsi yanlardan sıxılmış toxumcadır. Şimal yarımkürəsinin mülayim yerlərində 2—3 növü yayılıb. Azərbaycanda 1 növü — hündür turşəng (Oxyria elatior) məlumdur. Tərəvəz bitkisi kimi becərilir. Yarpaqlarınla oksalat turşusu, dəmir, tannidlər var. Oxalis deppei – soğanaqlı, hündürlü 20-25 sm.
Quzuçu Oğlan (Məlikan)
Quzuçu Oğlan (fars. قربان كندي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 353 nəfər yaşayır (93 ailə).
Tanrı quzusu
Tanrı quzusu və ya Aqnus Dei (lat. Agnus Dei, yun. Ἀμνὸς τοῦ Θεοῦ) — İsanın simvolik adlarından biri. == Təsviri == Bu, Məsihin özünü bir quzu kimi kəsilməyə verməsi ilə bağlıdır. Bu təsvir aqrar mədəniyyətlərdə geniş yayılmış, sürüdə doğulan ilk quzunu tanrılara qurban vermək ayininə gedib çıxır. Quzu üzüyolalıq, müqavimət göstərməmək, məsumluq və təvazökarlıq simvoludur. Məhz bu keyfiyyətlər xristian etik idealını təşkil edirdi. Tanrı quzusu obrazının variantlarından biri də sinəsindən qan axan quzu idi ki, bu da Məsihin əzabını və kəffarə qurbanını simvolikləşdirirdi. Başqa bir bədii versiyada üzərində xaç təsvir edilmiş bir bayraq olan zəfər quzusu idi. Quzunun başına müqəddəslik halosu çəkilmişdi.
Tanrı quzusu (Surbaran)
Tanrı quzusu (lat. Agnus Dei, isp. Cordero de Dios) — Barokko dövrü ispan rəssamı Fransisko de Surbaran tərəfindən işlənmiş rəsm əsəridir. Surbaran, 1653–1640-cı illərdə əsərin bir-birindən çox az fərqlənən altı versiyasını işləmişdir. Hazırda onlardan üçünün yeri məlumdur. Məlum olan əsərlər Prado muzeyi, San-Dieqo İncəsənət Muzeyi və Salvador Plandiuranın kolleksiyasında saxlanılır. Dini mövzulu əsərin mövzusu Bibliyanın "Həvarilərin işləri" (8:32) hissəsindən götürülmüşdür: "Kəsilməyə aparılan qoyun kimi, Qırxanların qabağında dilsiz quzu kimi ağzını açmadı. " == Prado versiyası == Əsərin daha bitkin və yaxşı saxlanmış versiyası Madriddəki Prado muzeyinin kolleksiyasına daxil olmaqla daimi ekspoziyadadır. 38×62 sm ölçüyə malik olan əsər, icra texnikası və təkmilliyinə görə ispan barokkosunun ən incə və vacib nümunələrindən biri hesab edilir. == Plandiuranın koleksiyasındakı versiyası == Həm də "Ayaqları bağlanmış qoyun" adı ilə tanınan ikinci versiya, Salvador Plandiuranın Barselonada saxlanan kolleksiyasına daxildir.
Quzucaq
Quzucaq-i Ülya (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. Quzucaq-i Süfla (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Quzucaq-i Süfla (Mahnişan)
Quzucaq-i Süfla (fars. قوزيجاق سفلي‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (29 ailə).
Quzucaq-i Ülya (Mahnişan)
Quzucaq-i Ülya (fars. قوزيجاق عليا‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 119 nəfər yaşayır (27 ailə).

Digər lüğətlərdə