Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kamil Xasiyev
Kamil Xasiyev — Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin keçmiş fövqəladə və səlahiyyətli səfiri. == Haqqında == Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 24 noyabr 2010 tarixli sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin digər sərəncamı ilə Kamil Xasiyev Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılıb.
Nadir Xasiyev
Xasıyev Nadir Şənbə oğlu — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019). Nadir Xasıyev 1961-ci ildə 24 dekabr tarixinde Ağsu rayonun Bico kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə İncəsənət İnstitutunun musiqi komediya aktyoru fakültəsini, 1998-ci ildə isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işlədikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub. Sumqayıt teatrında səhnə sənətinin sirlərinə vaqif olan, bir sıra maraqlı obrazları ilə özünə tamaşaçı rəğbəti qazanan N.Xasıyev, işgüzarlığı, gərgin əməyi, məlahətli səsi sayəsində musiqili komediya janrının tələblərinə tez alışmış, tearda aparıcı aktyorlar sırasına yüksəlmişdir. N.Xasıyevin "Subaylarınızdan görəsiniz"də Fəqan, "Qızıl toy"da Azər, "50 yaşında cavan"da Qulu, "O olmasın, bu olsun"da Sərvər, "Nəğməli Könül"də Ramazan, "Hərənin öz ulduzu"nda Əlibala, "Səhnədə məhəbbət"də Rüstəm, "Hələlik"də Mürsəl və başqa surətlər özlərinin orijinallığı, məharətli ifası ilə fərqlənir. 1997-ci ildə "Aparıcı səhnə ustası" kateqoriyasına layiq görülüb. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
San-Xasinto müharibəsi
San-Xasinto müharibəsi (ing. Battle of San Jacinto; isp. Batalla de San Jacinto) - 1836-cı ilin 21 aprel tarixində Texas Respublikası ilə Meksika arasında La porte yaxınlığında baş vermiş müharibə. San-Xasinto müharibəsi cəmi 18 dəqiqə davam etmiş və nəticədə Meksika ordusu məğlub edilmişdir. Müharibədən sonra Texasın Meksikadan ayrılmaq prosesi rəsmən başa çatmışdır. La porte yaxınlığındakı döyüş eyni zamanda Texas İstiqlal müharibəsinin sona çatdırılması ilə də əlamətdardır.
Xasinto Benavente
Xasinto Benavente-i-Martines (isp. Jacinto Benavente Martínez; 12 avqust 1866[…], Mursiya, Mursiya – 14 iyul 1954[…], Malaqa, Əndəlüs) — "98 Nəsli" ispan dramaturqu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1922). İspan dramaturqu Xasinto Benavente-i-Martines Madriddə, tanınmış və imkanlı həkim ailəsində doğulmuşdu. Kiçik yaşlarından teatr mühitində böyümüşdü. Madrid universitetinin hüquq fakültəsində oxusa da, atasının ölümündən sonra (1885) təhsilini yarımçıq buraxıb ədəbi yaradıcılıqla məşğul olmuşdu. Daha sonra isə özünü aktyorluqda sınamaq qərarına gəlmişdi. Onun yeni sənəti ilə səsləşən ilk kitabı "Fantastik teatr" (1892) adlanırdı və qısa dramatik dialoqlardan ibarət idi. "Özgə yuvası" (1894) adlı ilk pyesi uğur qazanmasa da, növbəti səhnə əsəri — "Məşhur adamlar" (1896) Benavente-i-Martinesi Madridin sənət aləminin populyar simalarından birinə çevirmişdi. İspan yazıçıları ölkələrinin ispan-amerikan savaşında itirdiyi nüfuzu qaytarmaq üçün "1898-ci il hərəkatı"nı yaradanda Benavente onun liderlərindən biri olmuşdu. 1899-cu ildən etibarən "Ədəbi həyat" jurnalına rəhbərlik etməsi yaradıcı dairələrdəki rolunu və nüfuzunu daha da artırmışdı.
Xasinto Benavente-i-Martines
Xasinto Benavente-i-Martines (isp. Jacinto Benavente Martínez; 12 avqust 1866[…], Mursiya, Mursiya – 14 iyul 1954[…], Malaqa, Əndəlüs) — "98 Nəsli" ispan dramaturqu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1922). İspan dramaturqu Xasinto Benavente-i-Martines Madriddə, tanınmış və imkanlı həkim ailəsində doğulmuşdu. Kiçik yaşlarından teatr mühitində böyümüşdü. Madrid universitetinin hüquq fakültəsində oxusa da, atasının ölümündən sonra (1885) təhsilini yarımçıq buraxıb ədəbi yaradıcılıqla məşğul olmuşdu. Daha sonra isə özünü aktyorluqda sınamaq qərarına gəlmişdi. Onun yeni sənəti ilə səsləşən ilk kitabı "Fantastik teatr" (1892) adlanırdı və qısa dramatik dialoqlardan ibarət idi. "Özgə yuvası" (1894) adlı ilk pyesi uğur qazanmasa da, növbəti səhnə əsəri — "Məşhur adamlar" (1896) Benavente-i-Martinesi Madridin sənət aləminin populyar simalarından birinə çevirmişdi. İspan yazıçıları ölkələrinin ispan-amerikan savaşında itirdiyi nüfuzu qaytarmaq üçün "1898-ci il hərəkatı"nı yaradanda Benavente onun liderlərindən biri olmuşdu. 1899-cu ildən etibarən "Ədəbi həyat" jurnalına rəhbərlik etməsi yaradıcı dairələrdəki rolunu və nüfuzunu daha da artırmışdı.
Xasiyyət Rüstəmova
Xasiyyət Rüstəmova (özb. Xosiyat Rustamova, 19 mart 1971, Nəməngan və ya Çust rayonu[d], Nəməngan vilayəti) — yazıçı, tərcüməçi, çoxsaylı ssenarilərin müəllifidir, Özbəkistan Respublikasının "Şöhrət ordeni" laureatı. Hazırda "Kitob dunyosi" qəzetinin baş redaktoru və Əlişir Nəvai adına Dil və Ədəbiyyat Universitetində müstəqil tədqiqatçıdır. 2022-ci ildən Dünya Poeziya Hərəkatının (Kolumbiya) Özbəkistandakı koordinatoru. Xasiyyət Rüstəmova 1971-ci il mart ayının 19-da Özbəkistanın Namanqan şəhərində anadan olmuşdur. Ali təhsilini Özbəkistan Milli Universietinin jurnalistika fakültəsində , daha sonra isə 2001–2004-cü illərdə Ali Ədəbiyyat Universitetində almışdır. Xasiyyət Rüstəmova 1993–1997-ci illərdə "Dan ulduzu" qəzetində çalışmışdır. 2015-ci ildən "Kitab dünyası" qəzetinin baş redaktoru vəzifəsini icra etməkdədir. 2021-ci ildə ABŞ-ın Ayova Universitetində Beynəlxalq Yazıçılar Proqramını bitirmişdir. İlk şeirlərini hələ tələbəlik illərindən çap etdirən Xasiyyət Rüstəmovanın şeirləri dövrü mətbuat orqanlarında dərc edilmişdir.
Xaki
Xaki (Sərab) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. Dərviş Xaki (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Xari
[mənbə göstərin] Xari — Tiflis quberniyasının Qori qəzasında dağ adı. Xari-Tiflis quberniyasının Qori qəzasında dağ adı.Şimali Qafqazda Ter əyalətinini Nalçik dairəsində Xari çay (yenə orada), Veden dairəsində Xari-Buzdeçu-Bars dağ, Xari-Qaburtli aşırım, Qazax qəzasında Xarya dağ adları (yenə orada) ilə mənaca eynidir.Türk dillərində kair "sıldırım" sözündəndir.
Xavi
Xavi Hernandez, Xavier Hernández Creus (25 yanvar 1980, Terrassa, Kataloniya) — Xavi kimi tanınan ispan futbolçu. 2008-ci ildə ən yaxşı oyunçu seçilib . O, La Masiyada təhsil almışdır. "Barselona" ilə 8 La Liqa, 2 Kral kuboku və 4 Çempionlar Liqası qazanıb. Futbol həyatına "Barselona" infrastrukturunda başlayan Xavi 18 yaşında "Barselona"nın A komandasına yüksəldi. 1998-ci ildən bu yana "Barselona" heyətində olan Xavi Avro 2008-də Turnirin Ən Yaxşı Oyun Çıxaran Futbolçusu seçilmişdir. Pas faizi, üstün oyun zəkası, texnikası və yaradıcılığı çox yüksəkdir. "Barselona"nın La Liqa çempionluqlarında böyük pay sahibi olmuşdur. 2010 FİFA Dünya Kubokunda göstərdiyi performans ilə İspaniyanın dünya kubokunu qazanmasında böyük rol oynamışdır. 2 yanvar 2011-ci ildə "Levante" ilə liqa matçında "Barselona"nın heyətində 1000-ci dəfə forma geymiş və adını "Barselona" tarixinə yazdırmışdır.
Lasi
Lasi (lat. Latium) — qədim İtaliyada müasir roman dillərinin ilkin vətəni olan region. Romalıların bir xalq kimi formalaşdığı regiondur. Onun ərazisi hal-hazırda müasir İtaliyanın daha böyük inzibati-ərazi quruluşu olan Latsionun bir hissəsidir .
Asi
Asi (عاصی - üsyançı):
Hasi-Bəhbəh
Hasi-Bəhbəh (ərəb. حاسي بحبح‎) — Əlcəzairin şimalında, Cəlfa vilayətinin ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Atlas dağlıq ərazisində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir. Hasi-Bəhbəh ölkənin paytaxtı Əlcəzairdən təxminən 185 kilometr cənubda yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 86,421 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Transsəhra magistralı şəhərdən keçir. Ən yaxın mülki hava limanı Bu-Sadə şəhərində yerləşir.
Hasi-Məsud
Hasi-Məsud (ərəb. حاسي مسعود‎) — Əlcəzairin şərq hissəsində, Uarqla vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir və dairədəki yeganə kommunadır. Əlcəzairdə neft sənayesinin mərkəzlərindən biridir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhranın şimal hissəsində, Hasi-Məsud neft yatağının ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 609 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 152 metrdir. Hasi-Məsud kommunası Ruysat, Əyn-Bəyda, Hasi-Ben-Abdullah, Əl-Həcirə, Mnager, Taybet və Bəl-bURDA kommunaları və İllizi, Tamanrasset və Qardaya vilayətlərinin əraziləri ilə həmsərhəddir . Sahəsi 71,237 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 40 mm-dir).
Mata Xari
Mata Hari (tam adı: Marqareta Qertruda Zelle, nid. Margaretha Geertruida Zelle; 7 avqust 1876[…], Leyvarden – 15 oktyabr 1917[…], Vensen) — Almaniya kəşfiyyatçısı, əslən Hindistandan olan rəqqasə. Birinci Dünya Müharibəsi dövründə Almaniyanın xeyrinə casusluq fəaliyyəti ilə məşğul olmuş və bu səbəbdən Fransız məhkəməsi tərəfindən müharibə vaxtı düşmən lehinə casusluq iddiası ilə güllələnmişdir. == Həyatı == 7 avqust 1876-da dünyaya gələndə, Marqarita Qertruda Zell adı ilə vəftiz edilmişdi.Ailəsi dindarlıq və ticarəti eyni səbətə qoyan Kalvinistlər idi.Papaqçı olan atası başqa bir qadın üçün evi tərk etmişdi.Anasın da qısa müddət sonra öldükdən sonra, həyatın bütün çətinlikləri ilə üz- üzə qalmışdı. 1895-in martında,19 yaşında olarkən Het Nieuwes van den Dag qazetində gördüyü bir elan həyatını dəyişdirəcəkdi. Şotland əsilli Rudolf MacLeo 20 ildir Hollaniya müstəmləkələrindən olan İndoneziyada yaşayırdı və özünə uyğun həyat yoldaşı axtarırdı. Bu vəziyyət o zamanlar çox məşhur idi.Elan yayımlananda MacLeod,ağır xəstəlikdən yenicə xilas olmuş və Amsterdamda sağalmağa çalışırdı.Əslində elan Rudolfun yaxın dostlarının zarafatı idi.Elana 16 nəfər cavab vermişdi,Marqarita bunlardan sonuncusu idi.Elana cavabına qoyduğu şəkil Rudolfun diqqətini cəlb etmişdi.Bir-birlərinə məktublar yazdıqdan qısa müddət sonra evləndilər.Və 1 may 1897-də İndoneziyaya gedən Prenses Amalia adlı gəmi ilə yeni bir həyata yelkən açdılar. Almaniya kəşfiyyatı Birinci dünya müharibəsi ərəfəsində əzəli düşmənləri olan fransızların hərbi sirlərini öyrənmək üçün Avropada böyük şöhrət qazanan Mata Haridən istifadə etmək qərarına gəldi. Birinci Dünya savaşından bir neçə il əvvəl onlar Mata ilə əlaqə quraraq onu özlərinə işləməyə razı sala bildilər. Mata Almaniyanın Löerrach şəhərindəki kəşfiyyat düşərgəsində xüsusi məktəbdə casusluğun sirlərini öyrəndi.
Nasi-qorenq
Nasi-qorenq (indonez. nasi goreng, mənası "qızardılmış düyü"), İndoneziya mətbəxinin həm də Cənub-Şərqi Asiyanın milli yeməyidir. Çox vaxt İndoneziyanın "kulinariya simvolu" olaraq qəbul edilir, Qərb ölkələri də daxil olmaqla bölgədən kənarda da yayılmışdır. Plov növü olub, bitki yağında heyvan və ya bitki mənşəli əzilmiş məhsullarla qızardılmış düyü qarışığıdır. Müxtəlif növləri var. Tarixən əsas kulinariya mərkəzlərindən biri olan Yavada xüsusilə populyardır. İndoneziya və bir sıra digər regional mətbəxlərdə, Nasi-qorenq ilə birlikdə qarnir, adətən, yumurta, bir neçə manqal sate, krupuk (Çipsi), az miqdarda təzə və ya isladılmış tərəvəz və bəzən də digər qəlyanaltılar ilə tamamlanır. Nasi-qorenq, uzun əsrlər boyu Malakka yarımadasında və Malay arxipelaqının əsas taxıl məhsulu kimi becərilən düyünün ənənəvi bişirilməsi üsullarından biridir. Qaynadılmış düyünün bitki yağında qovurulması, həmçinin yeməyin əvəzedilməz tərkib hissəsi olan soya sousunun işlədilməsi təcrübəsinin burada məskunlaşmış çinlilərdən mənimsənildiyi güman edilir. Düyünün bu üsulla bişirilməsi nəinki ona xüsusi dad verir, hətta nəmli, isti havada yeməyin uzun müddət saxlanılmasına şərait yaradır.
Rasi Abdullayev
Rasi Mahmud oğlu Abdullayev (6 iyul 1944, Bakı) — Azərbaycan violonçelçalanı, professor (1999), Azərbaycan Respublikasının xalq artisti (2005). Rasi Abdullayev 6 iyul 1944-cü ildə Bakı şəhərində anadan olmuşdur.1951–1962-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, 1962–1967-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında violonçel ixtisası üzrə professor Sabir Əliyevin sinfində təhsil almışdır. Həmin il o, violonçel ixtisası üzrə konservatoriyada assistent kimi fəaliyyətə başlamışdır. 1968–1969-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında Mstislav Rostropoviçin sinfində violonçel ixtisası üzrə təhsilini davam etdirmişdir. 1973-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının aspirantura-assistentliyini bitirmişdir. 1964–1972-ci illərdə Azərbaycan Dövlət Kamera Orkestrinin, 1970–2010-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində solisti olmuşdur. Rasi Abdullayev Bakı Musiqi Akademiyasında dərs deyir. 1976–1979-cu illərdə Qahirə, 1987–1994-cü illərdə isə Dəməşq konservatoriyalarında pedaqoji fəaliyyət göstərmişdir.
Tasi mədəniyyəti
Tasi mədəniyyəti - Yuxarı Misirdə aşkarlanmış ən qədim arxeoloji mədəniyyət olub, təxminən e.ə. 4500-cü ildə yaranmışdır. Mədəniyyət öz adını dəfn artefaktlarının tapıldığı Nilin şərq sahilində, Asut və Axmim şəhərləri arasındakı Deir-Tasa ərazisindən götürmüşdür. Tasi mədəniyyətinin əsas xarakterik göstəricisi yuxarı hissəsi və içi qara rəngdə olan ketamik qablardır. Ümumiyyətlə bu cür keramik qablar Qədim Misirdə sülalədən əvvəlki dövrün periodizasiyasını verməyə imkan verir. Misiroloq Flinders Pitrinin yaratdığı xüsusi sistemlə sülalədən əvvəlki dövr aid istənilən keramikin təxmini tarixini vermək olar. Bu zaman artefaktın tutacaqlarına istinad edilir. Arxeoloji qazıntılar nəticəsində bu mədəniyyətə aid məzarlıqlar tapılmışdır. Əldə edilən daşlaşmış skeletlər Merimde mədəniyyətinə aid skeletlərə oxşayır. Araşdırmalar göstərir ki, bu dövrün insanları dolixosefal, yəni uzunsov başlı, iri gövdəli olurlar.
Xabi Alonso
Xabier Alonso Olano (25 noyabr 1981[…]) — ispan futbolçu. Xabi Alonso karyerasına doğulduğu Xipuskoa vilayətinin paytaxtı San-Sebastyanın futbol klubu olan Real Sosyedadın əsas komandasında başladı. SD Eibarda icarə əsasında qısa müddət oynadıqdan sonra o, keçmiş klubu Real Sosyedadın baş məşqçisi Con Toşakın təşəbbüsü ilə bu kluba kapitan olaraq geri döndü. Xabi Alonso 2002–2003 mövsümündə Real Sosyedadın La Liqanı ikinci yerdə başa vurmasında əvəzedilməz rolu oldu. O avqust 2004-cü ildə 10,5 milyon funt sterlinqlik müqavilə əsasında Liverpula transfer edildi. O, Liverpuldakı ilk mövsümündə UEFA Çempionlar Liqasının finalında həlledici qol vurdu və UEFA Çempionlar Liqasını qazandı. Sonrakı mövsüm o, FA Kuboku və FA Community Shield kubokunu qazandı. O, 2009–2010 mövsümünün başlanğıcında 30 milyon funt sterlinq-ə yaxın dəyəri olan müqavilə əsasında Real Madridə transfer edilib. O,2003-cü ilin aprelində keçirilmiş İspaniyanın Ekvadora 4–0 qalib gəldiyi oyunda milli yığmada ilk oyununu keçirdi. İspaniya milli futbol komandasında oynadığı müddət ərzində o, Avro 2008, Avro 2012 və 2010 Dünya Kubokunu qazanmaqla yanaşı Avro 2004 və 2006 Dünya Kubokunda ölkəsini təmsil etmişdir.
Xaki (Sərab)
Xaki (fars. خاكي‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,355 nəfər yaşayır (366 ailə).
Xani Çarbağ
Xani Çarbağ vulusvalisi (puşt. خانه چارباغ ولسوالۍ) — Əfqanıstanda, Fəryab vilayətində inzibati–ərzi vahidi. İnzibati mərkəzi Çarbağ kəndidir. Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart 2015–ci ilə olan məlumatına əsasən Xani Çarbağ vulusvalisinin oturaq əhalisinin sayı 23.642 nəfərdir (11.641 nəfəri kişilər, 12.001 nəfəri qadınlar) və tamamiylə kənd yerlərində yaşayır. Əfqanıstanın "Kəndlərin Bərpası və İnkişafı Nazirliyi" (ing. Ministry of Rural Rehabilitation and Development of Afghanistan) ilə "Birləşmiş Millətlərin İnkişaf Proqramı"nın (ing. United Nations Development Programme) birgə layihəsi olan "Ərazi yönümlü milli inkişaf prqoramı"na (ing. National Area-Based Development Programme) uyğun araşdırmaya əsasən 1.056 km² ərazini əhatə edən vulusvalidə, əhali 16 kənddə məskunlaşıb və bu kəndlərdə əhalinin 65%–ni özbəklər, 35%–ni isə türkmənlər təşkil edir.
Xasa Vəliyev
Vəliyeva Xasa Cahangir qızı (1909, Şərur-Dərələyəz qəzası – 2 iyun 1984, İliç rayonu) – əmək qabaqcılı. Sosialist Əməyi Qəhrəmanı (1949). 1909-cu ildə Kəngərli rayonunun Qarabağlar kəndində anadan olub. Əmək fəaliyyətinə başladığı vaxtdan kolxozçu, 1958-ci ildən manqa başçısı işləmişdir. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1984-cü il iyun ayının 2-də vəfat etmişdir. Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi.
Xavi Ernandes
Xavi Hernandez, Xavier Hernández Creus (25 yanvar 1980, Terrassa, Kataloniya) — Xavi kimi tanınan ispan futbolçu. 2008-ci ildə ən yaxşı oyunçu seçilib . O, La Masiyada təhsil almışdır. "Barselona" ilə 8 La Liqa, 2 Kral kuboku və 4 Çempionlar Liqası qazanıb. Futbol həyatına "Barselona" infrastrukturunda başlayan Xavi 18 yaşında "Barselona"nın A komandasına yüksəldi. 1998-ci ildən bu yana "Barselona" heyətində olan Xavi Avro 2008-də Turnirin Ən Yaxşı Oyun Çıxaran Futbolçusu seçilmişdir. Pas faizi, üstün oyun zəkası, texnikası və yaradıcılığı çox yüksəkdir. "Barselona"nın La Liqa çempionluqlarında böyük pay sahibi olmuşdur. 2010 FİFA Dünya Kubokunda göstərdiyi performans ilə İspaniyanın dünya kubokunu qazanmasında böyük rol oynamışdır. 2 yanvar 2011-ci ildə "Levante" ilə liqa matçında "Barselona"nın heyətində 1000-ci dəfə forma geymiş və adını "Barselona" tarixinə yazdırmışdır.
Xavi Hernández
Xavi Hernandez, Xavier Hernández Creus (25 yanvar 1980, Terrassa, Kataloniya) — Xavi kimi tanınan ispan futbolçu. 2008-ci ildə ən yaxşı oyunçu seçilib . O, La Masiyada təhsil almışdır. "Barselona" ilə 8 La Liqa, 2 Kral kuboku və 4 Çempionlar Liqası qazanıb. Futbol həyatına "Barselona" infrastrukturunda başlayan Xavi 18 yaşında "Barselona"nın A komandasına yüksəldi. 1998-ci ildən bu yana "Barselona" heyətində olan Xavi Avro 2008-də Turnirin Ən Yaxşı Oyun Çıxaran Futbolçusu seçilmişdir. Pas faizi, üstün oyun zəkası, texnikası və yaradıcılığı çox yüksəkdir. "Barselona"nın La Liqa çempionluqlarında böyük pay sahibi olmuşdur. 2010 FİFA Dünya Kubokunda göstərdiyi performans ilə İspaniyanın dünya kubokunu qazanmasında böyük rol oynamışdır. 2 yanvar 2011-ci ildə "Levante" ilə liqa matçında "Barselona"nın heyətində 1000-ci dəfə forma geymiş və adını "Barselona" tarixinə yazdırmışdır.
Əhməd Xani
Ehmedê Xanî (kürd. Ehmedê Xanî; 1650[…], Hakkari ili – 1707, Şərqi Bəyazid, Ərzurum vilayəti) — kürd ədəbiyyatçısı, astronom, şair, tarixçi. Əhməd Xaninin "Məm və Zin" epik poeması Azərbaycan dilinə tərcumə olunmuşdur.
Əl-Vasi
Əl-Vasi (ər. الواسع) — Allahın adlarından biri.
Əl-Xasa
Əl-Əhsa, həmçinin Əl-Həsa və ya Əl-Xasa (ərəb. الْأَحْسَاء‎) — Səudiyyə Ərəbistanının Şərq vilayəti ərazisində ərazi. Ərəbistan yarımadasının şimal-şərqində qərarlaşır. İran körfəzi sahillərindən Qətər yarımadası və Əl-Cafura səhrasına qədər uzanır.
Xavi Simons
Xavi Quentin Shay Simons (21 aprel 2003, Amsterdam) — Erediviziya klubu PSV və Hollandiya millisində yarımmüdafiəçi və ya hücumameyilli yarımmüdafiəçi kimi çıxış edən Hollandiyalı peşəkar futbolçudur. Simons 2010-cu ildə Thader -dən Barselonanın akademiyasına qoşulub, və tez bir zamanda İspan klubunun ən yüksək reytinqli gənc oyunçularından birinə çevrildi, İngiltərənin Çelsi klubu, eləcə də İspaniya nəhəngi Real Madrid gənc yaşda onunla müqavilə imzalamağa çalışdı. 2019-cu ilin iyul ayında Simons Barselona ilə yeni müqavilə bağlaya bilmədiyi üçün Fransanın Paris Sen-Jermen komandasına keçdi. 28 iyun 2022-ci ildə Simons Erediviziya klubu PSV ilə 5 illik müqavilə imzaladı. Əvvəlcə onun PSJ ilə müqaviləsini uzadacağı və PSV-yə icarə əsasında qoşulacağı gözlənilsə də, PSV onu transfer etmək istəyəndə vəziyyət dəyişdi. Simons, iyulun 30-da Johan Cruyff Shield- də rəqib Ayaks üzərində 5-3 hesabı ilə qalib gəldikləri matçda klubdakı debütündə qol vurdu. Avqustun 7-də, Erediviziya'nın mövsümdə açılış oyununda Simons, liqaya yeni yüksələn Emmen üzərində 4-1 hesablı qalib gəldikləri matçda hesabı açan Yohan Bakayokoya assist etdi. Simons Hollandiyanın futbol üzrə 15 yaşadək, 16 yaşadək, 17 yaşadək, 19 yaşadək və 21 yaşadək komandalarında çıxış edib. 21 oktyabr 2022-ci ildə Simons karyerasında ilk dəfə Hollandiya milli komandasının ilkin heyətinə qatıldı. Bir neçə həftə sonra o, baş məşqçi Lui van Qal tərəfindən Qətərdə keçiriləcək dünya çempionatına çağırıldı.
Asi Rəhbani
Asi Rəhbani (ərəb. عاصي الرحباني‎; 3 may 1923, Əntilyas, Böyük Livan – 21 iyun 1986, Beyrut) — Livan bəstəkarı. Mənsur və İlyas Rəhbaninin qardaşı idi. Feyruz onun həyat yoldaşı idi. == Həyatı == Asi 4 may 1923-cü ildə Əntilyas kəndində (Livan, Beyrutdan 10 km şimalda) anadan olub. Valideynləri: Hanna Elias Rahbani və Saadi Saab. Böyüdüyü mühit onun ideya, mövzu və kontekst baxımından bədii zövqünə təsir etməkdə əsas rol oynayıb. O, erkən yaşlarından daha çox qərb musiqisindən bəhrələnirdi. İlk musiqi aləti, skripka, sonra isə fortepianonun incəliklərinə yiyələnmişdir.
Asi çayı
Asi (türk. Asi Nehri) və ya Əl-Asi (ərəb. ‏العاصي‎), həmçinin Oront (yun. ‏Ορόντης) — Livan, Suriya və Türkiyədə çay. Uzunluğu 571 km, hövzə sahəsi 22,300 km2 qədərdir. Orta su axını təxminən 80 m3/s təşkil edir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Asi çayı ilə əlaqəli mediafayllar var.
Dərviş Xaki (Bicar)
Dərviş Xaki (fars. درويش خاكي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 126 nəfər yaşayır (27 ailə). Əhalisini kürdlər təşkil edir.
Hasi-Ben-Abdullah
Hasi-Ben-Abdullah (ərəb. حاسي بن عبد الله‎) — Əlcəzairin şərqində, Uarqla vilayətində şəhər və kommuna. Sidi-Huiled dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin qərbində, Böyük Səhranın şimali vahələrindən birinin ərazisində, Uarqla şəhərindən şimal-şərqdə, ölkənin paytaxtı Əlcəzair şəhərindən təxminən 558 kilometr cənub-şərqdə yerləşir. Hasi-Ben-Abdullah kommunası Əyn-Bəda, Sidi-Huiled, Nəqusa, Əl-Həcirə və Haso-Məsud kommunaları ilə həmsərhəddir. Sahəsi 3060 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,1 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,6°C, ən isti ay (iyul) 34°C-dir.
Xaşı
Xaşı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaşı oyk, sadə. Quba r-nunun Qonaqkənd qəsəbə i.ə.v.-də kənd. Cimi çayının sahilində, dağətəyi ərazidədir. Kənd yaxınlığındakı eyniadlı bulağın adı ilə adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 160 nəfər əhali yaşayır.
Kaşı
Kaşı — keramika, daş, metal və hətta şüşə kimi davamlı materiallardan istehsal edilən parça.Kaşılar ümumiyyətlə dam, döşəmə, divar , duş və ya masa zirvələri kimi digər obyektləri örtmək üçün istifadə olunur.
Vaşi
Vaşi (和紙) və ya yapon kağızı – Yaponiyada hazırlanan ənənəvi kağız növü. Kağız kağızağacı (kozo), Wikstroemia sikokiana (qampi) və Edgeworthia chrysantha (mitsumata) bitki növlərindən əllə hazırlanır. Qəlibləmə zamanı ən çox tamezuki və naqaşizuki üsullarından istifadə olunur. Yaponiya kağızla ilk dəfə V əsrin sonlarında Çin və Koreya vasitəsilə tanış olub. Nara dövrü Yaponiyada kağız istehsalının ilk dövrü hesab olunur. Heyan dövrü isə Yaponiyada kağız istehsalının qızıl dövrü kimi tarixə düşmüşdür. Müasirləşmə dövrü olan Meyci dövrünün təlabatını qarşılamaq üçün Yaponiyada kağız Qərb texnologiyası əsasında istehsal olunmağa başlamışdır. Bu cür kağız istehsalı Yaponiyanın bir çox yerində yerinə yetirilsə də, əsas mərkəzlər bu yerlərdir: Toyo və Kavanoe (Ehime prefekturası), İmadate və Obama (Fukui prefekturası), Yame (Fukuoka prefekturası), Adaçi (Fukuşima prefekturası), Mino və Kavay (Gifu prefekturası), İno və Tosa (Koçi prefekturası), Ayabe (Kioto prefekturası), İida (Naqano prefekturası), Yoşino (Nara prefekturası), Oqava (Saytama prefekturası), Misumi və Yakumo (Şimane prefekturası), Saci və Aoya (Tottori prefekturası), Nakatomi (Yamanaşi prefekturası). Vaşi kağızlarının mənşəyi Çin və Koreya ilə bağlıdır. VIII əsrdə aid "Nihon Şoki" xronikalarında qeyd olunur ki, 610-cu ildə Koreyadan Yaponiyaya gəlmiş keşiş Donço piqment, mürəkkəb və kağız hazırlama texnikalarını bilirdi.
Xalı
Xalı — ənənəvi xalça məmulatlarının ölçü etibarilə ən böyük növü olub, çox vaxt dəst halında toxunur. Xalılar əsasən, evin döşəməsinə salındığından xalının boyu otağın ölçüsünə müvafiq olaraq, 4,5 arşından 6, bəzən isə 7 arşına çatırdı. Xalı adətən, dəst halında işləndiyindən o, "miyanə xalılar", yaxud "ortalıq xalılar" adlanmaqla, 2 arşın enində toxunurdu. Bu gün dilimizdə xalı kimi işlənən söz vaxtı ilə dilimizdə və bütün türkdilli xalqların dilində xali, qali və yaxud da qalı formasında rast gəlinir. Böyük xovlu xalçalar Ərəb əlifbalı türk ədəbiyyatında "qalı" kimi yazılmış, müəyyən zaman ərzində "xalı" formasını almışdır. "Qalı" sözü qalmaq sözü ilə də səsləşir ki, bu da xovlu xalçalara xas olan uzunömürlülük, davamlılıq mənasını ifadə edir. Bu gün də indiki İran ərazisində böyük xovlu xalçaları "qali" adlandırırlar.
Xaşıl
xəşil — is. Suda bişirilib yağ və doşabla yeyilən xəmir xörəyi. Qarğa özünü quş bilir, xəşil özünü aş. (Ata. sözü). (2 nəfərlik) 1 stəkan un 3 stəkan qaynadılmış soyuq su 1/3 çay qaşığı duz Bəkməz (doşab) əridilmiş kərə yağı Şəkər tozu Suyu bir qazana töküb üstünə duz töküb qarışdırırıq. ələnmiş unu əlavə edib yaxşı çalırıq. Elə çalmaq lazımdır ki düyür qalmasın. Sonra qazın üstündə vam odda dayanmadan qarışdıra-qarışdıra bişiririk. Yemək getdikcə qatılaşacaq.
Xanı
Xanı (lat. Perca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Xaş
Xaş, Paça və ya sadəcə Ayaq — heyvan ayağını qaynadaraq pişirilən Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biri. Azərbaycan, İran, Bosniya və Herseqovina va Türkiyədə bəzi üsullara görə ayağa əlavə heyvanın başını qatmaqla pişirilən bu yeməyin növünə kəlləpaça və başayaq deyirlər (fars. کله پاچه‎ , türk. Kelle paça, bosn. Pače). Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur. Xaş sözü oğuz türkcəsində olan xaşlamaq (bişirmək, yeməyi qaynatmaq) feilindən gəlir.
XAI
xAI — İlon Mask tərəfindən 2023-cü ilin martında qurulan süni intellekt (Sİ) sahəsində çalışan ABŞ startap şirkəti. 2015-ci ildə Mask Sİ tədqiqat şirkəti OpenAI-də ilk direktorlar şurasına qoşuldu. O OpenAI-yə 1 milyard dollar sərmayə qoydu, lakin 2018-ci ildə Sİ təhlükəsizliyi ilə bağlı fikir ayrılığı nəticəsində idarəçiliyi təhvil almaq üçün verilən uğursuz təklifdən sonra idarə heyətini tərk etdi. 2023-cü ilin aprelində Financial Times bildirdi ki, Mask süni intellekt startapı yaratmağı planlaşdırır və potensial yeni geniş dil modeli üçün minlərlə Nvidia GPU prosessoru satın alıb. xAI 9 mart 2023-cü ildə Nevada ştatında İlon Mask tərəfindən təsis edilib. Şirkətin veb-saytında 2023-cü ilin iyul ayına olan məlumata görə, "xAI-nin məqsədi kainatın əsl mahiyyətini anlamaqdır". Mask 2023-cü il iyulun 12-də xAI-nin yarandığını rəsmən elan etdi. Tarix (7 + 12 + 23 = 42) Duqlas Adamsın "Avtostopçunun Qalaktika bələdçisi" romanına (hansı ki, superkompüter həyat, kainat və hər şeylə bağlı son sualın cavabının 42 olduğunu hesablayır) və şirkətin "kainatı anlamaq" missiyasına istinad edilərək seçilib. Şirkətin baş ofisi Kaliforniyanın San-Fransisko körfəz bölgəsində yerləşir. Layihənin rəhbərlərinin fikrincə, xAI-nin məqsədlərindən biri müasir modellərdə tapılmayan qabaqcıl riyazi mülahizələrə qadir olan süni intellekt yaratmaqdır.
Dəyirman daşı
Dəyirman daşları — Buğda və ya digər taxılların üyüdülməsi üçün, üyüdücülərdə istifadə olunan daşlar.
Erməni xaçı
Erməni xaçı (erm. Հայկական խաչ, [haykakan xaç]) — cücərmiş budaqları, genişləndirilmiş ucları və lent çərçivəsi ilə fərqləndirilən özünəməxsus xaç növü. Buradakı ornament, erməni xristianlığına görə, xaçın həyatverici gücünü və cəza aləti kimi xaçdan fərqini simvollaşdırır. Erməni xaçı xaçkarlarda öz əksini tapmışdır. == Qalereya == widths="130px" == İstinadlar == == Əlavə ədəbiyyat == Шагинян А. H. Армянские хачкары (крестные камни) и их надписи (IX–XIII вв.). Автореф. канд. дис. Ереван, 1970. Рубен Егиазарян.
Favnın başı
“Favnın başı” (it. Testa di fauno) – 1488-1489-cu illərdə Mikelancelo Buonarotti tərəfindən hazırlanmış və hazırda itirilmiş hesab edilən mərmər heykəldir. == Əsər haqqında mənbə məlumatları == Vazarinin verdiyi məlumata görə, bu heykəl Mikelancelo tərəfindən Mediçilərin heykəl bağında, antik “yaşlı, qırışlı, gülümsəyən və qabarıq burunlu favn başı” heykəlinin kopyası kimi hazırlanmışdır.[б] Mikelancelo favnın üzünə bir az daha hissiyyatlılıq vermiş, ağzını tam açıq göstərmişdir ki, bu halda da onun dili və dişləri görünmüşdür. Möhtəşəm Lorenzo əsəri gördüyü zaman sənətkarı tərifləsə də, qocanın bütün dişlərinin yerində olmasına irad tutmuşdur. Bundan sonra gənc Mikelancelo favnın dişlərindən birini sındırmış və diş ətində oyuq yaratmışdır. Həm Vazari, həm də Kondivi qeyd edirlər ki, məhz bu hadisə gənc istedadın Lorenzo Mediçinin yanında yer almasına səbəb olmuşdur. Uilyam Uolles isə qeyd edir ki, bu heykəlin yaradılması zamanı Mikelancelonun artıq on beş yaşı var idi və danışılan tarixçə daha çox gözəl bir əfsanəyə oxşayır. Erika Şilyano ehtimal edir ki, bu heykəlin ümumiyyətlə mövcud olması şübhəlidir, çünki, həmin əsərin mövcud olması haqqında Mikelancelonun bioqraflarına (Kondivi və Vazari) verdiyi məlumatdan başqa bir sübut saxlanmamışdır. Barcello qalereyasında saxlanan “Gülən favn” maskasının Mikelancelonun itirilmiş heykəli olması güman edilir. Bu heykəl heç də, Kondivi və Vazarinin təsvir etdiyi heykəli xatırlatmır, belə ki, onun ağzında cəmi iki dişi var və onların da arasından dili sallanır.
Fəlsəfə daşı
Fəlsəfə daşı (ing. Philosopher's stone) - Əlkimya elminə görə toxunduğu hər bir nəsnəni qızıla çevirə bilən daş. Kimya elminə görə isə hər hansısa bir maddəni qızıla çevirmək mümkün deyil. Bunun təməl səbəbi isə qızılın bir kimyəvi birləşmə yox kimyəvi element olmasıdır. Fəlsəfə daşnının əldə edilə bilməsi üçün orta əsrlərdə bir çox formullar hazırlanmış və sınaqlar həyata keçirilmişdir. Keçirilən sınaqların uğursuzluqla nəticələnməsinə baxmayaraq modern kimya elmi həmin araşdırmalar nəticəsində böyük inkişaf mərhələsi keçmişdir. Əlkimyaçılar keçirilən hər yeni sınağın ardından elmə məlum olmayan yeni-yeni elementlər kəşf etmişdilər. Alman əlkimyaçı Henniq Brandın fəlsəfə daşını tapmaq üçün keçirdiyi təcrübələr zamanı fosfor elementini kəşf etməsi buna misal göstərilə bilər. Fəlsəfə daşını Nikolas Flamelin kəşf etdiyi düşünülür.
Günorta daşı
Günorta daşı — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində, Çalxandağın qərb yamacında hündürlüyü 1500 metrə çatan təbiət abidəsi. == Haqqında == Xalq arasında Günortacı da deyilir. Günorta daşı günortaya qədər kölgəyə bürünmüş olur, düz günorta vaxtı isə kölgə tamamilə çəkilir. Ətrafdakı Çalxanqala, Təzəkənd, Xıncab və Sust kəndlərinin camaatı ta qədimdən ilin bütün fə- sillərində əkin-biçin, sağın və s. təsərrüfat işləri zamanı günortam səhvsiz göstərən günorta daşından "saat" kimi istifadə etmişdir. "Günortac" toponimi "Kitabi Dədə Qorqud" dastamnm qəhrəmanı, Təpəgözün gözünü çıxaran Basatm yurdu kimi xatırlanır. Bu yer isə, ehtimala görə, Təpəgözün məskən saldığı, camaata qan uddurduğu Salaxana (Salaxan) dərə- sindəki mağaranın yaxınlığında olmalıdır. Salaxananın Babək rayonunun dağlıq sahəsində, Qazan yaylağnın qərb ətəklərndə olduğu nəzərə almarsa, Günorta daşının "Kitabi-Dədə Qorqud"da adı çəküən "Günortac"la (prof. M. Seyidov, akad. V. V. Bartolda istinadən onu "Günün doğduğu uca zirvə" hesab edir) bilavastə bağlılığını söyləmək mümkündür.
Kainatın yaşı
Riyazi elm ilə məşğul olan hər kəs Kainatımızın təxminən 13.82 milyard il yaşında olduğunu biləcəklər. Müqayisə edilməsi üçün Günəş sisteminin yaşı 4.6 milyard il, Dünyanın yaşı 4.53 milyard il, canlılığın yaşı 3.9 milyard il, çoxhüceyrəli həyatın yaşı 1 milyard il, ilk onurğalıların yaşı 375 milyon il, ilk primatların yaşı 47 milyon il, ilk insansının yaşı 6 milyon il, ilk insan növünün (Homo sp.) yaşı 2 milyon il, növümüzün yaşı isə 200.000 ildir. Ancaq Kainatın yaşının necə hesablandığı bir çoxlarının bilmədiyi bir mövzudur. Hər nə qədər yenə məşhur səviyyədə fizikayla maraqlanan biri, Kainatın yaşının hesablanmasında “qırmızıya sürüşmə” və ya “Kainatın genişlənmə sürəti” kimi anlayışlara müraciət etmiş olsalar da, bunların riyazi olaraq hesablanmasının necə istifadə edildiyini bir çox adam bilməyəcək. İlk olaraq, Kainatın yaşını hesablaya bilmək üçün Kainatımızın genişlənməkdə olan bir quruluş sahib olduğunu qəbul etməliyik. Bu, əlimizdəki bütün müşahidələrlə uyğun bir iddiadır və Habbl qanunu, qalaktik çoxluqların bir-birindən uzaqlaşmış olmasını birbaşa isbatlamağımızı təmin edir. Ayrıca bu məlumat parçası, Kainatımızın keçmişdə bu günə nisbətən daha kiçik olduğunun göstəricisidir. Bu vacibdir, çünki hesablarımızı buna istinad etmək məcburiyyətindəyik. Kainatın yaşını hesablaya bilmək üçün kainatın görünən genişlənmə sürətinin (bu anda qalaktika çoxluqlarının bir-birindən uzaqlaşma miqdarının) Kainatın tarixi boyunca sabit olduğunu güman edə bilərik. Əlbəttə ki, bu doğru deyil və belə bir fərziyyə hesabımıza bir miqdar səhv qatacaq, ancaq yenə də hesabları asanlaşdırması baxımından faydalı bir fərziyyə olduğunu deyə bilərik.
Kazım Daşı
Kazım Daşı adası — Urmiya gölünün şimal-qərb sahillərinə yaxın ərazidə yerləşən ada. İnzibati cəhətdən isə İrannın Qərbi Azərbaycan ostanı, Urmiya şəhristanı, Ənzəl bəxşı ərazisinə daxildir. Ada məskunlaşma yoxdur. Dəniz səviyyəsindən 1,449 m yüksəklikdə qərarlaşır. Son on illiklər ərzində Urmiya gölünün quruması ilə əlaqədar tam olaraq quruya birləşmişdir. Adada tarixi Göyərçinqala qəsri yerləşir. Bu qala tarixən xalqın əsas pənah yerlərindən olmuş və xalq hücumlar zamanı burada yerləşmişdir. Çingiz xanın (1206–1227) nəvəsi və Elxanilər dövlətinin qurucusu, Hülakü xan (1256–1265) 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədiylə qardaşı Mengü xan (1251–1259) tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edildi. 1258-ci ildə Hülakü xan (1256–1265) Bağdadı fəth edərək Abbasilər xilafətinə son qoydu. O Bağdadın fəthindən əldə edilən qənimətləri Azərbaycana gətirdi.
Kelt xaçı
Kelt xaçı — xristian xaçının kəsişən yerinə bir çevrə əlavə olunması ilə meydana gələr. Kelt Xristianlığın xarakteristika simvoludur, ancaq mənşəyi Xristianlıq əvvəlidir. Çevrə ilə birləşdirilmiş xaçların Xristianlıq əvvəlindən gələn bir çox növü vardır. Sıxlıqla Günəş xaçı olaraq adlandırılan bu cür xaçlara pagan Şimal-qərb Avropada (Skandinav mifologiyasında tanrı Odinin simvoludur.) və ya Pireneler və İber Yarımadasında rast gəlinə bilər. Ancaq Xristian xaçı ilə ortaq bir mənşə ya da əlaqəyə dair bir dəlil yoxdur.
Kür daşı
Kür daşı — Xəzər dənizində Azərbaycana məxsus ada. == Cografiyası == Qızılağac körfəzindən 30,6 km şərqdə yerləşir. Aran iqtisadi rayonunun Neftçala inzibati vahidliyinə aiddir. Uzunluğu 0,18 km təşkil edir. Demək olar ki heç bir daimi canlı məskunlaşması yoxdur. Sahildən 15 km aralıdır. Ada Bakı arxipelaqının ən son cənub qutaracagında yerləşir.
Layın başı
Layın başı (rus. голова пласта, ing. outcrop, head of bed) — bilavasitə səthi açılan və eləcə də cavan çöküntülərlə örtülmüş şaquli, yaxud maili lay və ya təbəqələrin yuxarı hissəsi.
Axis axis
Adi aksis (lat. Axis axis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü. == Yayılması == Aksislər Himalay və Seylonun dağətəyi meşə zonalarında yaşayır. Bu marallara artıq tez-tez Hindistanda da rast gəlinir və onların sayı artmaqdadır. Ermənistan meşələrinə müvəffəqiyyətlə uyğunlaşdırılıb.