Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Axtalı
Axtalı - Yelizavetpol quberniyasının Zəngəzur qəzasında kənd adı. == Tarixi == Axtalı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan rayonunda) kənd adı. 1828-1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də oturmuşdular. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1940-cı ildə kənd ermənicə Dzorastan adlandırılmış.
Xaltalı eyrenis
Xaltalı eyrenis (lat. Eirenis collaris) — Eyrenis cinsinə aid ilan növü. Bədəninin uzunluğu 40 sm, quyruğu isə bədənindən 4–5 dəfə kiçikdir. Yuxarı hissəsi hissəsi boz-zeytunu, qəhvəyi-box və ya parlaq-qara rənglər vardır. Daşlı və qilli yarımsəhralarda yayılmışdır. Onlar 1500–1600 m yüksəkliklərə qədər yayıla bilir. Hörümçəklər, böçəklər və Cücülərlə qidalanır. Yumurta qoymaqla çoxalır. 4–8 arası yumurta qoyur. Əsasən 5 yumurta (17x19) qoyması ilə seçilir.
Xaltalı iquanlar
Xaltalı iquanlar (lat. Crotaphytidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Xanalı (Şuşa)
Xanalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Kəndin əsl adı Xanalılar olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Araz çayı sahilində yerləşən Xələfli kəndindən köçüb gəlmiş xanalılar nəslinə mənsub ailələr salmışlar. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Xataylı (Urmiya)
Xataylı (fars. خطايلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 512 nəfər yaşayır (127 ailə).
İsmayıl Çatalı
İsmayıl Çatalı — Dunay deltasında, mənsəbdən 80 km aralıda yerləşən burun. Rumıniya ərazisində yerləşir və burun yaxınlığından Dunayın Kiliyski və Tulçinski adlı qolları başlayır. Sulin kanalında su sərfiyyatınıl artırmaqdan ötəri 1904-cü ildə İsmayıl Çatalı yaxınlığında daçba inşa edilmişdir. 1990–2001-ci illər hesablamalarına görə Kiliyski qolunda su sərfiyyatı 28 % azalaraq Dunay suyunun cəmi 54 % daşıyır.
Atalı (Xudafərin)
Atalı (fars. عطالو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (19 ailə).
Soylu Atalı
Soylu Atalı (Talıblı Zülfüqar Qara oğlu; 13 yanvar 1966, Kəpənəkçi, Bolnisi rayonu) — Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü, ruhaniyyatçı, publisist. Soylu Atalı 13 yanvar 1966-cı ildə Gürcüstan SSR-nin (indiki Gürcüstan Respublikası) Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulmuşdur. 1983-cü ildə Kəpənəkçi 1 saylı orta məktəbi bitirmiş və Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. Bir il axşam şöbəsində təhsil aldıqdan sonra 1984-cü ildə sovet ordu sıralarına çağırılmış və 1986-cı ildə hərbi xidməti başa vuraraq institutda təhsilini əyani şöbədə davam etdirmişdir. 1991-ci ildə "Mülki və sənaye binalarının tikintisi" ixtisası üzrə təhsilini başa vurmuşdur. 1990-cı ilin fevralında Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda tələbələrlə görüş keçirən Asif Ata ilə tanış olmuş və onun ruhani mübarizəsinə qoşulmuşdur. Asif Atadan "Soylu" adını almış, sonrakı fəaliyyəti və yaradıcılığı bu ad altında getmişdiar. Mütləqə İnam Ocağının Asif Atadan sonrakı fəaliyyəti (5 iyun 1997-ci ildən bu günədək) əsasən Soylu Atalının adı ilə bağlıdır. Ocağın bütün tədbirlərinin aparıcılığı, Asif Ata tərəfindən ideya kimi verilmiş Ocaq Bayramlarının gerçəkləşdirilməsi, Ruhani Beşikbaşı Mərasimlərinin (toy ənənəsi) və Ölügötürmə (yas) Kurallarının nəzəri olaraq (kitab halında) işlənilməsi və bu ideyaların həyata keçməsi, Ata irsinin sistemləşdirilməsi, Ocaq-türk əlifbasının təbliği Soylu Atalının inadı sayəsində baş tutmuşdur. O, Asif Atanın Azərbaycanın siyasi xilası kimi düşündüyü "Uluyurd Hərəkatı"nın nəzəri prinsiplərini işləyib ərsəyə gətirmişdir.
Natali Harrovell
Natali Harrovell (9 fevral 1990 – 10 dekabr 2019) — 2017-ci ildə ilk dəfə Qadınlar Super Liqasının Grand Finalında oynamış İngilis regbi liqasının oyunçusu idi. Harrovell Featherstone Rovers-də oynamış və "qadın klub komandasının əsas üzvü" olaraq qəbul edilmişdir", İngiltərə Reqbi Liqası üçün də 3 qapaq keçirdi. O, virusla xəstəxanaya yerləşdirilib və 2019-cu ilin dekabrında dünyasını dəyişib. Rugby league star killed by virus had already wrapped her kids' Christmas gifts Arxivləşdirilib 2019-12-14 at the Wayback Machine (Mirror Co.uk Gazetesi) Rodger, James. "England rugby league star dies aged 29". birminghammail. Dec 11, 2019. İstifadə tarixi: Dec 16, 2019.
Natali Harrowell
Natali Harrovell (9 fevral 1990 – 10 dekabr 2019) — 2017-ci ildə ilk dəfə Qadınlar Super Liqasının Grand Finalında oynamış İngilis regbi liqasının oyunçusu idi. Harrovell Featherstone Rovers-də oynamış və "qadın klub komandasının əsas üzvü" olaraq qəbul edilmişdir", İngiltərə Reqbi Liqası üçün də 3 qapaq keçirdi. O, virusla xəstəxanaya yerləşdirilib və 2019-cu ilin dekabrında dünyasını dəyişib. Rugby league star killed by virus had already wrapped her kids' Christmas gifts Arxivləşdirilib 2019-12-14 at the Wayback Machine (Mirror Co.uk Gazetesi) Rodger, James. "England rugby league star dies aged 29". birminghammail. Dec 11, 2019. İstifadə tarixi: Dec 16, 2019.
Natali Kol
Natali Kol (ing. Natalie Maria Cole; d, 6 fevral 1950, Los-Anceles — ö, 31 dekabr 2015, Amerikalı jazz ifaçısı, müğənnisi, bəstəkarı və aktrisa. Məşhur caz ifaçısı Net Kinq Kol-un qızı. Sehrbazlığın musiqi kamilliyi ilə gələn bir növü də mövcuddur. Bu, anadangəlmə sərbəstlik, tanrı tərəfindən verilmiş bilikdir. Yaradıcılığının çiçəklənən dövrünü yaşayan Natali Koulun kamil sənətkarlığı özünü onun "Ask a Woman who Knows" adlı albomunda bütünlüklə ğöstərmişdir. Bu albom ən əvvəl üç il ərzində onun üçün (Verve Records) - son dərəcə vacib debüt olmuşdur. Koulun heç bir qüvvə sərf etmədən həmişəki emosionallıqla cazla pop musiqisini birləşdirmiş olduğu toplu 2002-ci ildə onun mahnılarına yeni səs vermişdir. "Unforgettable With Love" orijinal albomun prodüseri Tommi Li Puma tərəfindən diggəttlə seçilən bu toplu 1991-ci ildə milyon tirajlarla satılmış və çox sayda "Gremmi" mükafatına layiq görülmüşdür. (Onun atası, əfsanəvi musiqiçi Nat "King" Cola həsr edilmişdir).
Natali Portman
Natali Portman (ivr. ‏נטלי פורטמן‏‎; 9 iyun 1981[…], Qüds) israilli və amerikalı aktrisa. 1994-cü ildə "Leon" filmində ilk rolunu alıb, lakin ona dünya şöhrətini Star Wars prequel trilogy filmində oynadığı Padme Amidala obrazı gətirib. Məşhur Amerika aktrisası Natali Portman 1981-ci il iyun ayının 9-da Qüdsdə, Avner Herşlaq və Şelli Stivensin ailəsində anadan olub. Atası ixtisasca endokrinoloqdur, hazırda qızına agentlik edən anası isə evdar qadın idi. Aktrisanın ana tərəfi Rusiya və Avstriyadan, ata tərəfi isə Rumıniya və Polşadan gəlmiş yəhudilərdir. Səhnə ləqəbi olan "Portman" Natalinin ana nənəsinin qızlıq soyadıdır. Aktrisanın 3 yaşı olanda ailəsi İsraildən Amerikaya köçüb. Əvvəlcə Vaşinqtonda yaşayan ailə 1988-ci ildə Konnektikuta yerləşir, 1999-cu ildə isə Nyu-York ştatının Lonq-Aylend şəhərində məskunlaşır. Ona doğma olan ivrit və ingilis dillərindən başqa, fransız, alman, yapon və ərəb dillərini öyrənir.
Natali Pronina
Natali Aleksandrovna Pronina-Rəcəbli (12 avqust 1987; Bakı, Azərbaycan) – Azərbaycanı təmsil edən üzgüçü, 2012-ci il XIV Yay Paralimpiya Oyunlarının qalibi. Natali Pronina 1987-ci il avqustun 12-də Bakı şəhərində anadan olub. Ailəlidir və bir oğlu var. Natali Filina Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 1:20.20 dəqiqə nəticə göstərdi və 44-cü pillənin sahibi olub. Daha sonra gözündə müəyyən problemlər yaranan, nəticədə görmə qabiliyətini qismən itirən Natali Pronina, Paralimpiya Oyunlarında mübarizə aparmağa başladı. Natali Pronina 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. XIV Yay Paralimpiya Oyunlarında Natali Pronina altı turnirdə mübarizə apardı. Avqustun 30-da 400 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu. Bu turnirdə mübarizə aparan Natali Pronina, Azərbaycanın idman tarixinə Paralimpiya Oyunlarında debüt edən birinci üzgüçü oldu.
Natali Qolda
Natali Qolda (28 dekabr 1981) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Natali Qolda, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Natali Qolda, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Natali Qule
Natali Qule — Fransa senatoru.
Natali Sokolevskaya
Natali Viktorovna Sokolevskaya (belar. Натали Викторовна Соколевская; 13 sentyabr 1993, Qomel) — Belarus kino aktrisası. 2015 Miss Azərbaycan milli gözəllik müsabiqəsinin birincisi. Natali Sokolevskaya 13 sentyabr 1993-cü ildə Belarus Respublikasının Qomel şəhərində anadan olub. 2015-ci ildə İstanbulda Sədri Alışıq Mədəniyyət Mərkəzində aktrisalıq dərsləri alıb və 2016-cı ildə Azərbaycanda aktrisalığa başlayıb. AİD musiqi kliplərində çəkilib. Türkiyədə aktrisalıq karyerası ilk dəfə bir GSM reklamına çəkilməsiylə başlayıb. Natali Sokolevskaya həmçinin Jet Cəmiyyəti teleserialında qonaq oyunçu olaraq çəkilib. Hazırda Kanal D televiziya kanalında dram-intriqa janrında yayımlanan Hizmetçiler adlı serialda çəkilir.
Natali buxtası
Natali buxtası — Kamçatka diyasının şimal-şərq sahillərində yerləşən buxta, Olyutorski rayonu ərazisinə daxildir. Burun Berinq dənizində Savvatiya və Vısoki burunları arasınada yerləşir. "Natali buxtası" termini adətən hazırda tərk edilmiş Natalinski qəsəbəsi anlatmaq məqsədilə işlədilir. Belə ki bu qəsəbə buxtanın cənub-qərb sahillərində yerləşir. Yaxınlıqda Müqəddəs Pyotr və Müqəddəs Pavl buxtaları vardır. Bu üç buxtaya girişdə yerləşən qayalı ada vardır. Boqoslov adası yerli əhəmiyyətli zoioloji təbiət abidəsidir. Natali buxtasına Vatına çayı tökülür. Buxta ətrafında maksimal hündürlük 809 metrdir. Natali dağı buxtanın cənub-qərbində yerləşir.
Natali İmbrulya
Natali Ceyn Imbrulya (4 fevral 1975, Sidney) Avstraliyalı müğənni-bəstəkar, model və aktrisadır. 1990-cı illərin əvvəllərində Avstraliyanın "Qonşular" serialında Bet Brennan rolunu ifa edib. Serialdan ayrıldıqdan üç il sonra, Ednaswap qrupunun "Torn" mahnısını yenidәn ifa edәrәk müğənnilik karyerasına başlayıb. Sonrakı albomu, Left of the Middle (1997), dünya miqyasında 7 milyon nüsxə satıldı. İmbruliyanın sonrakı beş albomu bütün dünyada 3 milyon nüsxə ilә satıldı və ümumilikdә səkkiz ARIA Mükafatı, iki Brit Awards Mükafatı, bir Billboard Musiqi Mükafatı qazanıb, hәmçinin üç Grammy mükafarına namizədliyi irәli sürülüb. İmbruliya, 2003-cü ildə istehsal olunan Johnny English və 2009-cu ildə Qışda bağlıdır filmi də daxil olmaqla bir neçə filmdə çәkilib. L'Oreal, Gap və Kailis kimi bir neçə marka üçün modellik edib. İmbruliya, 4 fevral 1975-ci ildə Avstraliyanın Sidney şəhərində Maksin və Elliot Imbruglia'nın dörd qızından ikincisi olaraq anadan olmuşdur. Atası İtalyan əsilli (beş yaşında ailəsi ilə birlikdə Avstraliyaya köçən, әslәn Liparidən olan Siciliyalı), anası isə İrlandiyalı və İngilis əsillidir. Imbruliya Müqәddәs Peters Katolik Kolleci (əvvəllər Mater Dei olaraq adlandırıldı) məktəbdə tәhsil alıb.
Natali Şnayder
Natali Şnayder (25 may 1968) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. Natali Şnayder Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Natali Şnayder Olimpiadanın qalibi olub.
Şaan Natali
Şahan Natali (Haqop der Haqobyan) (erm. Շահան Նաթալի; 14 iyul 1884 – 18 aprel 1983, Vatertaun[d], Massaçusets, ABŞ) — erməni yazıçısı, "Nemezis əməliyyatı"nın təşkilatçılarından və rəhbərlərindən biri. 1884-cü ildə Osmanlı imperiyasında (Elazığ ilində) anadan olmuşdur. Boston universitetində təhsil almışdır. Şahan Natali daşnakların Osmanlı və Azərbaycan rəhbərliyində olmuş, və ermənilər tərəfindən erməni soyqırımının təşkilində günahlandırdıqları şəxslərin qətli məqsədilə keçirilmiş "Nemezis əməliyyatı"nın ilhamvericilərindən və rəhbərlərindən biri olmuşdur. Şahan Natali əməliyyatın maddi təminatı ilə məşğul olan xüsusi fonda rəhpərlik edirdi. 1920-ci ildə Natalinin Daşnaksütunla münasibətləri korlanır və o, partiyanı tərk edir, bir sıra antidaşnak qazetlərinin redaktoru vəzifədində çalışır. Şahan Natali "erməni məsələsi"nə dair bir sıra əsərlərin müəllifidir "Türklər və biz", "Ankaradan Bakıyacan türkçülük" "Yeni əlavə: "Necə" və "Niyə" Aleksondropol müqaviləsi" (1955 il). 1970–1980-ci illərdə Şaan Natali erməni terror dəstələrinin fəaliyyətini təqdir etmiş, və onlara bəraət qazandırmağa çalışmışdır. 1983-cü ildə Massaçusets ştatının (ABŞ) Vottertaun şəhərində vəfat etmişdir.
Şahan Natali
Şahan Natali (Haqop der Haqobyan) (erm. Շահան Նաթալի; 14 iyul 1884 – 18 aprel 1983, Vatertaun[d], Massaçusets, ABŞ) — erməni yazıçısı, "Nemezis əməliyyatı"nın təşkilatçılarından və rəhbərlərindən biri. 1884-cü ildə Osmanlı imperiyasında (Elazığ ilində) anadan olmuşdur. Boston universitetində təhsil almışdır. Şahan Natali daşnakların Osmanlı və Azərbaycan rəhbərliyində olmuş, və ermənilər tərəfindən erməni soyqırımının təşkilində günahlandırdıqları şəxslərin qətli məqsədilə keçirilmiş "Nemezis əməliyyatı"nın ilhamvericilərindən və rəhbərlərindən biri olmuşdur. Şahan Natali əməliyyatın maddi təminatı ilə məşğul olan xüsusi fonda rəhpərlik edirdi. 1920-ci ildə Natalinin Daşnaksütunla münasibətləri korlanır və o, partiyanı tərk edir, bir sıra antidaşnak qazetlərinin redaktoru vəzifədində çalışır. Şahan Natali "erməni məsələsi"nə dair bir sıra əsərlərin müəllifidir "Türklər və biz", "Ankaradan Bakıyacan türkçülük" "Yeni əlavə: "Necə" və "Niyə" Aleksondropol müqaviləsi" (1955 il). 1970–1980-ci illərdə Şaan Natali erməni terror dəstələrinin fəaliyyətini təqdir etmiş, və onlara bəraət qazandırmağa çalışmışdır. 1983-cü ildə Massaçusets ştatının (ABŞ) Vottertaun şəhərində vəfat etmişdir.
Natali Luazo
Natali Luazo (fr. Nathalie Loiseau; 1 iyun 1964[…], Nöyi-sür-Sen) — Fransa diplomatı və siyasətçisi, Fransa Xarici İşlər naziri yanında Avropa işləri üzrə məsul nazir (2017–2019). Natalie Dükulombye adı ilə anadan olmuşdur. O, Siyasi Araşdırmalar İnstitutunu və Milli Şərq Dilləri və Sivilizasiyaları İnstitutunu bitirmiş, orada Çin dilini öyrənmişdir. 1986–1988-ci illərdə Fransa Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat İdarəsində işləmişdir. 1993–1995-ci illərdə xarici işlər naziri Alen Jüppenin müşaviri, 2002–2005-ci illərdə Fransanın İndoneziya, Seneqal və Mərakeşdəki səfirliklərinin katibi, həmçinin ABŞ-dakı səfirliyin mətbuat katibi olmuşdur. Bundan əlavə, o, Xarici və Avropa İşləri Nazirliyinin Modernləşdirmə İdarəsinin Baş İdarəsində İnsan Resursları üzrə Direktor vəzifəsində çalışmışdır. 2012-ci ildə Loran Fabius yeni Xarici İşlər naziri olmuş və Luazo Xarici İşlər Nazirliyində karyerasını dayandırmışdır. Elə həmin il Milli İdarəçilik Məktəbinin direktoru təyin edilmişdir. O, bu vəzifədə məqsədini gələcək dövlət qulluğu kadrlarının daha çox şaxələndirilməsinə nail olmaq olduğunu bəyan etmişdir.
Gavalı
Gavalı (lat. Prunus) — gülçiçəyikimilər fəsiləsinin prunoideae yarımfəsiləsinə aid bitki cinsi. Dəfnəgilənar (lat. Laurocerasus Duham.) Dərman dəfnəgilənarı və ya Aptek dəfnəgilənarı (lat. Laurocerasus officinalis M. Roem.) Şaftalı lat. Persica Adi şaftalı (P. vulgaris) Qansun şaftalısı (P. kansuensis) Davud şaftalısı (P. dawidiana) Potanin şaftalısı (P. potanini) Qəribə şaftalısı (P. mira). === Quru qara gavalı === Quru qara gavalının bağırsaqları işlədici təsiri məlumdur. Tərkibində olan zəngin kalium və maqneziuma görə, ateroskleroz, hipertoniya, böyrək, qaraciyər, və revmatizm xəstəliyi olanlara məsləhətdir. Güclü antioksidant xüsusiyyətlərə malikdir. Sümükləri möhkəmləndirir.
Havalı
Havalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zərnəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Havalı kəndi Araz çayının sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş Hava (Həvva adının yerli tələffüz forması) adlı bir qadının övladları bina etdiyi üçün belə adlandırılmışdır. Oykonimi Azərbaycan toponimiyasında "yaxşı iqlimli" mənasında işlənən yelli topokomponentinin sinonimi kimi də qəbul etmək olar. 1993-cü ilin oktyabr ayında Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Qaralı
Yaşayış məntəqələri Azərbaycanda Qaralı (Sabirabad) — Sabirabad rayonunda kənd. Oxşar toponimlər Birinci Qaralı — Neftçala rayonunda kənd. İkinci Qaralı — Neftçala rayonunda kənd. İranda Qaralı (Bukan) — Qaralı (Meşkinşəhr) — Qaralılar — Beyləqan rayonunda kənd.
Axtala
Aşağı Axtala — Ermənistan Respublikasının Loru mərzində şəhər. Yuxarı Axtala — Ermənistan Respublikasının Loru mərzində kənd. Axtala (selav) — Tiflis quberniyasının Borçalı qəzasında, Allahverdi rayonunda selav. Axtala (mədən) — Tiflis quberniyasının Borçalı qəzasında, Allahverdi rayonunda mədən yeri. Axtala (çay) — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, Allahverdi rayonu ərazisində çay. Axtala monastır kompleksi — Loru mahalında, Allahverdi rayonu ərazisində erməni-gürcü monastırı və qalası.
Axtaçı
Sabirabad rayonu Axtaçı — Sabirabad rayonunun Şəhriyar kənd inzibati ərazi dairəsində kənd. Axtaçı Muğan — Sabirabad rayonunun Güdəcühür kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Axtaçı — Sabirabad rayonunun Qasımbəyli kənd inzibati ərazi dairəsində kənd. Digər Axtaçı Şirvan — Axtaçı (Kürdəmir) — Kürdəmir rayonunda kənd. Axtaçı Qarabucaq — Kürdəmir rayonunun Axtaçı kənd inzibati ərazi dairəsində kənd.
Babalı
Babalı (Cəlilabad) — Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Babalı (Çaldıran) — Bəbəli — Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Baftalı
Baftalı — Azərbaycanın qədim xalq rəqslərindən biri. Qədimdə saray xanımlarının geyindikləri bahalı parçalar, qadın geyimlərinin yaxalıqları, məhz, qızılı-ipək bafta ilə bəzədilərdi. Rəqsin melodiyasını Üzeyir Hacıbəyli özünün "Arşın mal alan" musiqili komediyasında istifadə etmişdir. Burada Əsgərin evlənmək istədiyini öyrənən Cahan xalanın; sözləri ilə oxuduğu mahnı bu rəqsin musiqisi ilə səsləndirilmişdir.
Baltalı
Baltalı — Azərbaycan Respublikasının Şəki rayonunun Baltalı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kiş çayının sağ sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsini XIX əsrdə Gürcüstanın indiki Laqodexi rayonundakı Balta kəndindən köçüb gəlmiş ailələr salmışlar. Baltalı qədim türk tayfalarından birinin adıdır. Qədim zamanlarda türk ellərinə yadellilərin hucumu zamanı hər bir kənd müxtəlif silahlarla silahlanırdı. Sonralar kəndlər döyüş zamanı yerinə yetirdikləri funksiyalarına görə adlandırılırdı. Məs.: balta > baltalı/baltaçı; sapan > sapancı/sabançı/ sabance/sabuncu; yay > yaylı/yayçı; qılınc > kılıclı/qılınclı; top > topcu və s. Başqırdıstanda Baltaçayevski, Starobaltacevo, Tatarıstanda Baltask, Odessa vilayətində Balta və s. qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Şəkinin 6–7 km-ində yerləşir.
Canalı
Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Canallı oyk, sadə. Qazax r-nunun Əzizbəyli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır.
Danalı
Danalı (Əcəbşir)
Paşalı
Birinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. İkinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Paşalı rayonu — indi Ermənistan adlanan respublikada rayon. Axtarma-Paşalı palçıq vulkanı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. Paşalı (Dərələyəz) — İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.
Qayalı
Kəndlər Qayalı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qayalı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qayalı (Şörəyel) — Ermənistan Respublikasının Şörəyel mahalında kənd. Qayalı (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonun ərazisində kənd. Bələdiyyələr Qayalı bələdiyyəsi — Digər Qayalı (Kəkildağ) düşərgəsi Qayalı dağlar — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi.
Saatlı
Saatlı — Azərbaycan Respublikasında şəhər. Saatlı rayonunun inzibati mərkəzi. Araz çayının sağ sahilində yerləşir. Saatlı kəndi Bakı quberniyasının Cavad qəzasına aid idi. 25 may 1943-cü il tarixli Fərmanla Sabirabad rayonundan mərkəzi Saatlı olan yeni rayon ayrılmışdır. Saatlı kəndi 24 sentyabr 1947-ci ildə şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmişdir. 1971-ci ildə şəhər statusu almışdır. "Qafqaz təqvimi "nin məlumatına görə, 1910 — cu ildə Bakı quberniyasının Cavad qəzasının Saatlı kəndində 1908-ci ildə 307 nəfər, 1912-ci ildə isə 323 nəfər yaşayırdı. "Qafqaz təqvimi" nin məlumatına görə, Saatlı əhalisinin sayı 1915-ci ilə qədər 235 nəfərə düşüb. Əhalisi azərbaycanlılardan ibarətdir.
Saralı
Sarılı Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd. Saralixaştab kəndi dağlıq ərazidədir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeydə alınmışdır. Oykonimin birinci komponenti sarallı tayfasının adinı, ikinci komponenti isə bu tayfaya məxsus qışlağın adını əks etdirir. Mənbələrdə bu tayfanın adı sarıalılı kimi qeyd olunmuşdur. Sarıalılı orta əsrlərda Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasina daxil olan Ağqaya, Almalıq, Girmik, Şordərə, Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi (Mehralı), Xoştanak və Bayşam adlı yaşayış məntəqələri olmuşdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Nyu-Orlean baltalı qatili
Nyu-Orlean baltalı qatili (ing. Axeman of New Orleans) — Amerika Birləşmiş Ştatlarının Luiziana ştatının Nyu-Orlean şəhərində 1918–1919-cu il tarixlərində balta ilə silsilə cinayətlər törətmiş naməlum şəxs. Dövrün mətbuat oraqanlarında və başda qəzetlərdə baş vermiş cinayətlər haqqında ardıcıl yazılar çıxmışdır və Nyu-Orlean baltalı qatili başda Luiziana ştatı olmaqla, ətraf ərazilərdə yaşayan əhalinin ciddi narahatlığına səbəb olmuşdur. Aparılan bütün araşdırmalara baxmayaraq, cinayətləri törədən şəxs heç bir zaman həbs oluna bilməmişdir.
Dəlilər (Saatlı)
Dəllər — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 952-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Dəllər kəndi Nərimanov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Dəllər kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Talış Əlimirzəbəyli olmuşdur. == Əhalisi == Əhalisinin sayı 1935 nəfərdir.
Dəşt mahalı
Dəşt mahalı — Urmiya xanlığına bağlı məntəqələrdən biri. == Tarixi == Dəşt mahalının ərazisi əsasən dağlıq və təpəliklərdən ibarətdir. O, cənubdan Mərgəvər, şərqdən Urmiya gölü, şimaldan Bərrə, Rövzə mahalı, qərbdən Mirşeyxi və Zərinə çayları ilə həmsərhəddir. Mahalın dərələrindən və düzənliklərindən bir sıra çaylar, çeşmələr axır. XVIII və XIX əsrlərdə mahal bəyləri Bərdəsur kəndindəki qalada yaşayırdılar. Dəştin dağlarında bir neçə tayfa, o cümlədən Hərgi adlı kürd əşirəti yaşam sürürdü. Onlar qışda Amadi vadisinə köçürdülər.
Dəştivənd mahalı
Dəştivənd mahalı — Talış xanlığının mahallarından biri. Mahal cənubdan Uluf mahalı, şərqdən Xəzər dənizi, qərbdən Səfidəşt mahalı, şimaldan isə Salyan sultanlığı ilə həmsərhəd idi. Mahalın ərazisi indiki Boradigah kəndindən Göytəpə çayına kimi uzanırdı. "Cəvahirnameyi-Lənkəran" əsərində Dəştivənd mahalı ilə Ərkivan mahalının eyni mahal olduğu bildirilir. Talış xanlığındakı mahallardan ən böyüyü olan Ərkivan, xanlığın şimalında yerləşib, qərb hissəsi dağlıq, şərq hissəsi isə düzənlik olan bir mahal olmuşdur. Dəştivənd mahalında türk kəndlərinin sayı talış kəndlərinin sayından çox idi. Mirzə Əhməd Mirzə Xudaverdi oğluna görə, türklər bu əraziyə yeni gəlmişdi və xeyli çoxalmışdılar. Əhalinin mütləq əksəriyyəti şiə olan mahalda yaşayanların əsas məşğuliyyəti ipəkçilik idi. Bu tarixi mahalın ərazisi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun qeydlərinə əsasən hazırda qismən Cəlilabad, qismən də Masallı və Salyan rayonları tərkibindədir.
Hatari
Hatari (azərb. "Qənim"‎) — İslandiyanın Reykyavik şəhərində qurulmuş satirik texno və pank rok qrupu. Qrup Klemens Hanniqan, Mattias Haraldsson və Eynar Stefanssondan təşkil olunmuşdur. 2015-ci ildən fəaliyyətdə olan qrupun indiyədək bir mini-albomu və bir neçə sinqlları buraxılmışdır. Hatari canlı ifalarına və BDSM üslubunda geyimlərinə görə tanınır. Qrupun üzvləri Hatarini "anti-kapitalist BDSM texno incəsənət qrupu" kimi təsvir edir və qrupun əsas hədəfinin kapitalizmi məhv etmək olduğunu iddia edirlər. Hatari qrupu "Hatrið mun sigra" (azərb. Nifrət qalib gələcək‎) mahnısı ilə İslandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 10-cu yeri qazanmışdır. == Tarixi == Hatari qrupu Klemens Hanniqan və Mattias Haraldsson tərəfindən 2015-ci ildə qurulmuş, daha sonra isə qrupa Eynar Stefansson da qoşulmuşdur. İslandiyalılar ilk dəfə Hatari ilə 2016-cı ildə İslandiya Hava Yolları festivalında tanış olmuşdur.