Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xoca
Xoca — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanının Xoca bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,700 nəfər və 981 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Bu şəhər, dövrünün görkəmli din xadimlərindən olan, əslən Naxçıvandan olub sonralar Zəncana köçən, daha sonra həyatını indiki Xocada başa vuran Xoca Məhəmməd Xoşnam ilə əlaqədar olaraq "Xoca" adını daşıyır.
Bayram xoca
Bayram xoca (v. 1380) — Qaraqoyunlu tayfa ittifaqının başçısı. == Həyatı == Qaraqoyunlu sülaləsinin banisi Baharlı oymağından olan Bayram xoca olmuşdur. O, tayfa başçısı Qara Mənsurun oğlu idi. Monqol Elxanlılar dövlətinin varisi Cəlairilər sülaləsinin Ərciş hakimi idi. Baranlı oymağının rəisi olmuş Bayram xoca Cəlairi Sultan Üveysin Təbriz sarayında nüfuzlu əmirlərdən biri sayılırdı. Bayram xocanın 1380-ci ildə ölümündən sonra Qaraqoyunlu sülaləsi qardaşı övladlarından davam etmişdir.
Haleluya xoru
Məsih (HWV 56) – Georq Fridrix Hendel tərəfindən 1741-ci ildə yazılmış, üç hissəli ingilis dilli oratoriyadır. Bu məqalə oratoriyanın ikinci hissəsi və onun musiqisinin Çarlz Cennens tərəfindən yazılmış mətnlə uyğunlaşdırılması haqqındadır. Birinci hissədə Məsih haqqında peyğəmbərlik, çobanların müjdələnməsi və Məsihin yer üzərində əməlləri göstərilir. İkinci hissədə yeddi səhnədə İsanın əziyyətləri təsvir olunur. Oratoriyanın ən uzun səhnəsi olan “O, xor görüldü” səhnəsindən sonra İsanın ölümü, dirilməsi, yerə enməsi, İncillərin bu haqqda məlumatları səsləndirilir. Bu hissəyə həmçinin “Haleluya” xoru ilə başa çatan “Tanrının triumfu” hissəsi daxildir. Üçüncü hissədə isə Pavelin İsanın dirilməsini öyrənməsi və İsanın Cənnətdəki mövqeyindən bəhs olunur. == Məsih oratoriyası == Oratoriyanın librettosu Çarlz Cennens tərəfindən yazılmış, əsasən Kral Ceymsin Bibliyasının Əhdi-Ətiq hissəsinə, bəzi psalmlarda isə Ümumi İbadət Kitabına istinad edilmişdir. Mətni şərh edərkən Cennes qeyd edir: “...Mətnin subyekti digər bütün subyektlərdən üstündür. Mətnin subyekti Məsihdir...” Digər mənbələrlə əhatə olunması baxımından Məsih, Hendelin digər oratoriyalarından fərqlənir, bunun yerinə oratoriyada xristian Məsih təsvir olunur: === Struktur və qavram === Oratoriyanın strukturu liturgik il əsasında təşkil olunub; Birinci hissədə Advent, Milad və İsanın həyatı, ikinci hissədə Lent, Pasxa, Yüksəliş və Pentekost, üçüncü hissəədə kilsə ilinin tamamlanması, Məsihin dirilməsi və Cənnətdəki mövqeyi təsvir olunur.
Komiklər xoru
Komiklər xoru — qədim dövrlərdə xüsusi mənsəb sahibləri tərəfindən təşkil edilən və geniş nüfuz qazanan xor. == Haqqında == Komiklər xoru dramatik tamaşada o qədər müstəqil əhəmiyyətə malik olmuşdur ki, onun təşkili və maddi cəhətdən təminatı, mühüm ictimai bir vəzifə olmaq etibarilə, yüksək səlahiyyətli şəxs olan dioqquz arxontdan birinə tapşırılırdı. İbtidai xoru təşkil etmək ictimai vəzifəsi "Liturgiya" adlanırdı ki, buraya da təşkilatçı və varlı haminin öz eli və əhalisinin qonaqlıq xərclərini ödəmək və s. daxil idi. Xoreqik liturgiyanın təşkili tapşırılan müəyyən yüksək şəxsiyyətlərlə yanaşı, ikinci bir şəxs də diqqəti cəlb edir ki, bu da dramatik yarışın keçirilməsinə cavabdeh olan Arxont — Arxont şahdır. Yarışda antaqonist müəllif və xoreqləri də müəyyən edən və seçən odur. Xorun hamisinə - onu seçən, ona pul verən, "xoreqə" gəlincə - o lirik aqona (difiramb), ya dramatik aqona (faciə, komediya, satira, dram) rəhbərlik etməli idi. Birinci halda, yarış üçün xoreq də, xorun bütün üzvləri də filalar (əyalət, nəsil, qəbilə, tayfalar) üzrə seçilir və onların qələbəsi filanın qələbəsi hesab olunurdu. Burada xorun qəbiləvi səciyyəsi hələ də özünü mühafizə edib saxlayırdı. "Xoreq" kəlməsinə gəlincə, sözün özü də göstərir ki, əvvələn, "xoreq" xorun idarəçisi - aparıcısı olmuş, yalnız müəyyən dövrdən sonra onun təminatçısına çevrilmişdir.
Niyazi Xoca
Niyazi Xoca, Hacı Niyazi Xoca — (uyğ. خوجا نىياز ھاجى) Şərqi Türkistan İslam Respublikasının birinci prezidenti. Şərqi Türkistan İstiqlaliyyət hərəkatı liderlərindən biri olmuş, Sintszyanda əvvəl Çin qubernatoru Szin Şurenə, ardınca hərbi rəis huey Ma Çunqa qarşı Kumul xanlığında bir neçə üsyana rəhbərlik etmişdir. Çin Xalq Respublikasının hazır ki, Sintszyan-Uyğur Muxtar Rayonu ərazisində 1933-cü ilin noyabrından 1934-cü ildəki süqutuna qədər Şərqi Türkistan İslam Respublikasının ilk və yeganə prezidenti olmuşdur. Niyazi Xoca 1889-cu ildə Kumulun Taraat kəndində anadan olmuşdur. Uşaq ikən valideynləri tərəfindən təhsil almaq üçün Xanlıq mədrəsəsinə göndərilmişdir. Orada o, Kumul xanının nəvəsi ilə birlikdə təhsil almışdır. 17 yaşında atası oğlunu Kumul xanının yanında hərbi xidmətdən yayındırmaq üçün evləndirmişdi. 1907-ci ildə o, şahzadə Şamaxsuta və Çin məmurlarına qarşı dekxan (kiçik torpaq sahibləri) üsyanı da iştirak etmişdir. Hakimiyyət nümayəndələri Niyazi Xocanı ələ keçirmək üçün onun atasını girov kimi saxlamaqdan belə çəkinməmişdilər.
Osman Xoca
Osman Xoca (1878–1968) — Özbək xalqının vətənpərvər oğlu, Şərqi Buxara Milli Hökumətinin qurucularından biri, Türküstan maarifçilərin öncüllərindən və Azərbaycanın ilk siyasi mühacir jurnalı olan "Yeni Qafqasiya"nın sahibi. Rusiya Türküstanın işğalını başa çatdıranda, yəni 1878-ci ildə Fərqanə vadisinin Oş qəsəbəsində yaşayan Xocanın ailəsində doğulan uşağa Osman adını qoyurlar. İndi həmin bölgə Qırğızıstan Respublikasına daxildir. Türküstanda özlərini peyğəmbərimiz Məhəmməd Əlsyhissəlamın nəslindən sayanlar xoca adlandırılır. Xalq da onlara həmişə hörmət və ehtiramla yanaşır. Osman da belə bir hörmət və nüfuz sahibi olan ailədə dünyaya göz açdı. Onun uşaqlığı kəskin ziddiyyətlərlə dolu bir dövrə təsadüf etdi. Bir tərəfdə köhnə qurluşu, yaşam tərzini, təhsilini və s. yaşatmaq istəyənlər dururdusa, o biri tərəfdə isə dəyişikliklərin tərəfdarı olan, Avropada gördüklərini vətənlərində tətbiq etmək istəyən, Rusiyanın Türküstanı idarə etmək üçün açdığı məktəblərdə oxuyanlar və Rusyanın idarələrində işləyənlər dayanırdılar. Dəyişiklik istəyənlər cədidçilər adlandırılırdı.
Qala Xoca
Qala Xoca- İranın Xuzistan ostanının şəhərlərindən və Əndika şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 801 nəfər və 179 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyari elinin Şəhəni oymağından ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Xacu körpüsü
Xacu körpüsü (fars. پل خواجو‎) - XVII əsrə aid memarlıq abidəsi. Xacu köprüsü Səfəvi şahı II Abbasın əmri ilə 1650-ci ildə inşa edilmişdir. Körpü Xacu məhəlləsini Zayəndə çayı boyunca Zərdüşt məhəlləsi ilə birləşdirir. Diqqətə layiq daş bünövrəsi, eksteryerdə parlaq rəngli kafel işləri və interyerdə XVII əsrə aid orijinal rəsmlərlə yanaşı, bu körpü üç funksiyanı yerinə yetirməsi ilə diqqəti çəkir: keçid, bənd və istirahət yeri. Körpü ilk əvvəl gömrük yoxlama məntqəsi rolunu oynayırdı.Belə ki, burada karvanlar yoxlanılır və keçid rüsumları alınırdı. Digər bir funksiyası isə Xacu körpüsü şəhəri qorumaq üçün hərbi baza kimi istifadə edilməsi idi. Körpünün yan divarları işğalçılara atəş açmaq üçün münasib yer idi. Xacu körpüsü, bu funksiyaları ilə yanaşı, xüsusi dizaynına görə şəhər məkanının formalaşması üçün tikilmiş ideal strukturlardan biri idi. Ümumilikdə 1030 günə inşa edilən körpünün yerində əvvəllər Teymurilər zamanında inşa edilmiş Həsən bəy körpüsü varidi.
Xoca (dəqiqləşdirmə)
Xoca – İranın Şərqi Azərbaycan ostanında şəhər. Xoca (film, 2012) – 2012-ci ildə çəkilmiş Azərbaycan filmi.
Xoca Nəzməddin
Xoca Nəzməddin (19 iyul 1894, Dəkkə, Benqal prezidentliyi[d], Britaniya Hindistanı – 22 oktyabr 1964, Dəkkə, Şərqi Pakistan, Pakistan) — Pakistanın Dəkkədan baş naziri olaraq ölkəyə başçılıq edən ilk lideri (1951-53), ikinci general qubernatoru olduğu (1948-51) qeyd olunur. 1894-cü ildə Benqalda bir aristokrat Nəvab ailəsində anadan olmuş, məzun olmasını təmin etmək üçün Kembric Universitetində təhsil almadan əvvəl Aligarx Müsəlman Universitetində təhsil almışdır. Geri qayıtdıqdan sonra, siyasi karyerasını Məhəmməd Əli Cinnənin başçılığı ilə ayrı-ayrı müsəlman vətəni Pakistana gətirmədən əvvəl Bengalda təhsil səbəblərinə diqqət yetirdiyi Müsəlman Birliyi platformasında başladı. 1943-1945-ci illərdə Benqalın baş naziri vəzifəsini icra etdi, daha sonra 1947-ci ildən 1948-ci ilə qədər Cinnahın ölümündən sonra general-qubernator kimi yüksəldikdən sonra baş nazir oldu. 1951-ci ildə, Liaquat Ali Xanın öldürüldüyünə görə Pakistanın baş naziri olaraq hökumətin nəzarətini əlinə aldı və general Muborak vəzifəsini Sir Malik Qulam'a verdi. Baş nazir olaraq, hökuməti daxili və xarici cəbhələrdə təsirli bir şəkildə idarə etmək üçün mübarizə apardı və beləliklə də cəmi iki il işlədi. Cəbhədə, ölkədə qanun və qaydanı qorumaq üçün mübarizə apardı və hərbi iğtişaşlar və dini iğtişaşlar və durğunluq səbəbiylə Lahorda hərbi vəziyyət tətbiq etmələrini əmr etdi. O, doğma benqal dilində populist dil hərəkəti ilə də qarşılaşdı və nəticədə Şərqi Pakistan hökumətinin bağlanmasına səbəb oldu. ABŞ, Sovet İttifaqı, Əfqanıstan və Hindistanla xarici əlaqələr, respublikaçılıq və sosializm evdə populyarlıq qazandı. Nəhayət, o, özünün təyin etdiyi general-qubernator Sir Malik Qulam tərəfindən diplomat Məhəmməd Əli Buğranın xeyrinə vəzifəsindən getməyə məcbur oldu və 1954-cü ildə keçirilmiş seçkilərdəki məğlubiyyətini etiraf etdi.
Xızır xoca
Xızır xoca xan — Moğolustan hakimi, Cığatay xanı, hakimiyyət illəri 1389-1399; Tuğluq Teymur xanın oğlu. Qardaşı İlyas xocanın öldürülməsindən sonra ulusbəyi Əmir Qəmərəddin Duqlat Tuğluq Teymur xanın bütün övladlarının qılıncdan keçirilməsini gərəkli bildi. Əmir Xudadad ulu xanın kiçik oğlu Xızır xocanı qaçırıb, Bədəxşanda gizlətdi. Bəzi qaynaqlara görə Əmir Xudadad onu Moğolustanın xanı elan etdi.Əmir Xudadad əmisi Əmir Qəmərəddin Duqlata qarşı çıxıb, mərkəzi Qaşqara köçürdü.Xanlığı faktiki olaraq Əmir Xudadadın anası Mirək ağa idarə edirdi. 1377-ci ildə Əmir Teymur Qaşqara yürüş etdi. Əmir Xudadad Xızır xoca oğlanı da götürüb qaçdı. Əmir Teymur Mirək ağanı əsir götürüb sarayına döndü. Mirək ağa 1390-cı ilə qədər, yəni vəfatına qədər orda yaşadı. Əmir Teymur 1390-cı ildə Əmir Qəmərəddin Duqlatı döyüşdə məğlub etdi. Əmir Qəmərəddin Duqlat İrtış ətrafına qaçdı.
İlyas xoca
İlyas xoca (XIV əsr – 1368, Moğolustan) — Moğolustan hakimi, Cığatay xanı, hakimiyyət illəri 1363–1390; Tuğluq Teymur xanın oğlu. Moğolustana qayıdan Tuğluq Teymur xanı Mavəraünnəhrdə onun oğlu İlyas xoca əvəz etdi. Tuğluq Teymur 1363-cü ildə oğlu İlyas xocanı Cığatay xanlığından asılı olan Şərqi Cığatayın xanı etmişdir. İki ay Gərmsirdə qalıb yaralarını sağaldan Əmir Teymur Bəlx dağlarına çəkilib silahdaşlarını başına yığdı. Bu dövrdə onun dəstəsində üç yüzdən artıq döyüşçü var idi. Mavəraünnəhr uğrunda İlyas xocaya qarşı mübarizə aparmaq üçün o yenidən qayını Hüseynlə birləşdi. 365-ci ildə indiki Daşkənd yaxınlığında tarixə Cəngi Loy adı ilə daxil olmuş bir döyüş baş verdi. İlyas xocanın qoşunu ilə Teymur və Hüseynin birləşmiş dəstələri qarşı-qarşıya gəldilər, Döyüşdən qabaq leysan yağışı yağmışdı. Atlar zarıyır, süvarilər müvazinətini itirib palçığa yıxılırdılar. ölümün gözünə dik baxmağa alışmış Teymur irəli atılaraq öz dəstəsini düşmənin içərilərinə doğru aparırdı.
Ənvər Xoca
Ənvər Xəlil Xoca (alb. Enver Halil Hoxha; 16 oktyabr 1908, Girokastra[d] – 11 aprel 1985[…], Tirana) — alban siyasi xadimi, Albaniya Sosialist Xalq Respublikasnın 1944–1985-ci illərdə faktiki rəhbəri, Albaniya Əmək Partiyasının Birinci Katibi (1941–1985), Albaniya Nazirlər Şurasının Sədri (1946–1954), Albaniyanın xarici işlər naziri (1946–1953) və Albaniya Silahlı Qüvvələrinın Ali Baş Komandanı (1944–1985). Albaniyanın Xalq Qəhrəmanı. Ə.Xoca marksizmin "stalinizm-xocaizm" cərəyanının yaradıcısıdır. Cərəyan marksizm-leninizmin sovet "təftişçiliyi" ilə mübarizə aparırdı.
Xoca filmi
Xoca — 2012-ci ildə çəkilmiş film. “Xoca” filmi faktlar əsasında lentə alınıb. Filmin rejissoru və ssenari müəllifi Vahid Mustafayevdir. Baş prodüser Mir Şahin, prodüser Eyyub Danişvər, bəstəkar Yaşar Baxış, səs rejissoru Məsud Behnam, operator Afşin Əlizadə, montaj edən isə Elşad Rəhimovdur. Filmdə hadisələr Bakıda və Xocalıda paralel şəkildə baş verir. 2013-cü ildə musavat.com və minval.az saytları "Xoca" filmində 2010-cu ildə lentə alınmış "Brest qalası" filmindəki bir neçə epizodun eynilə təkrarlandığı iddia edib və bu barədə araşdırma videomaterial yayımlayıb. Filmin baş prodüseri Mirşahin Ağayev isə bu iddiaları təkzib edib. Təkzibdən sonra musavat.com və minval.az saytları yeni bir açıqlama yayaraq iddialarını yenidən təkrar ediblər. ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mais Məmmədov mövzu ilə bağlı açıqlamasında həm “Brest qalası”, həm də “Xoca” filmini dəfələrlə izlədiyini, “Xoca” filminin çəkilişlərində iştirak etdiyini söyləyərək, ortada heç bir plagiatlığın olmadığını bildirib. Daha sonra filmin rejissoru Vahid Mustafayev də plagiat iddiası ilə bağlı açıqlama verərək iddiaları təkzib edib.
Mahmud xoca Behbudi
Mahmud xoca Behbudi(1875-1919) — Özbəkistan ziyalısı, Cədidizmin öndərlərindən. == Həyatı == Rusiya İmperiyasının ən son işğal etdiyi bölgələr Türküstanın Səmərqənd və Buxara bölgələri oldu. Yeni işğal altına düşən bölgələrin əhalisi Rusiyanın qanun-qaydalarına heç də asanlıqla tabe olmaq istəmirdi. Əsarətə qarşı sərt və qəti mübarizə aparanların sayı az olsa da, əhalinin böyük bir qismi gizli müxalifətdə idi. Xalqı əsarətdən qurtarmaq istəyənlər isə fərqli mübarizə yolları seçmişdilər. Kimisi açıq silahlı müqavimət təklif edirdisə, kimisi orta əsir idarəçiliyini geri qaytarmaq istəyir, xalqın döyüş ruhunu özünə qaytarmağa çalışır, islam dinindəki cihadı təbliğ edirdi. Ziyalıların bir qismi isə xalqı maarifləndirməyi, sonra azadlıq mübarizəsinə qaldırmağı düşünürdü. Mahmud xoca Behbudi dindar bir ailədə doğulsa da, soykökü Əhməd Yəsəviyə bağlansa da o cihadın deyil, maarifçiliyin tərəfdarlarından idi. Müfti ailəsində doğulan, necə deyərlər Yəsəvi dərvişlərinin arasında böyüyən Mahmud gələcəyin ən öndə gedən maarifçilərindən- cədidçilərindən olmuş, həyatını da əqidəsi yolunda qurban vermişdir. 1875-ci il yanvarın 20-də Səmərqənd yaxınlığındakı Baxşıtəpə kəndində anadan olan Mahmud ilk təhsilini evdə atasından almışdır.
Xoca (film, 2012)
Xoca — 2012-ci ildə çəkilmiş film. “Xoca” filmi faktlar əsasında lentə alınıb. Filmin rejissoru və ssenari müəllifi Vahid Mustafayevdir. Baş prodüser Mir Şahin, prodüser Eyyub Danişvər, bəstəkar Yaşar Baxış, səs rejissoru Məsud Behnam, operator Afşin Əlizadə, montaj edən isə Elşad Rəhimovdur. Filmdə hadisələr Bakıda və Xocalıda paralel şəkildə baş verir. 2013-cü ildə musavat.com və minval.az saytları "Xoca" filmində 2010-cu ildə lentə alınmış "Brest qalası" filmindəki bir neçə epizodun eynilə təkrarlandığı iddia edib və bu barədə araşdırma videomaterial yayımlayıb. Filmin baş prodüseri Mirşahin Ağayev isə bu iddiaları təkzib edib. Təkzibdən sonra musavat.com və minval.az saytları yeni bir açıqlama yayaraq iddialarını yenidən təkrar ediblər. ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mais Məmmədov mövzu ilə bağlı açıqlamasında həm “Brest qalası”, həm də “Xoca” filmini dəfələrlə izlədiyini, “Xoca” filminin çəkilişlərində iştirak etdiyini söyləyərək, ortada heç bir plagiatlığın olmadığını bildirib. Daha sonra filmin rejissoru Vahid Mustafayev də plagiat iddiası ilə bağlı açıqlama verərək iddiaları təkzib edib.
Avroviziya Xoru 2023
Avroviziya Xoru 2023 — Avropa Yayım Birliyi (EBU) və İnterkutur fondunun əməkdaşlığı ilə təşkil olunacaq sayca üçüncü Avroviziya Xoru Müsabiqəsi. Tədbir 2021-ci il buraxılışının Koronavirus pandemiyası məhdudiyyətləri səbəbilə ləğv edilməsində sonra, yenidən Latviyada keçiriləcək. == Müsabiqə == Avropa Yayım Birliyi 4 oktyabr 2022-ci il tarixində, Avroviziya Xor Müsabiqəsinin 2023-cü il üçün planlaşdırılan altı böyük layihədən biri olacağını bildirərək, növbəti buraxılışın yarışmanın ana vətəni hesab edilən Latviyada keçiriləcəyini açıqlamışdır. Ölkə bununla da, beynəlxalq yarışmaya artıq ikinci dəfə ev sahibliyi etmiş olacaq və müsabiqənin bütün yaradıcı təşkilat işləri, növbəti aylarda müəyyənləşəcək. EBU TV Musiqi qrupunun hazırkı rəhbəri və eyni zamanda Avroviziya Xoru Müsabiqəsinin yaradıcısı hesab edilən, icraçı prodüser Yeva Rozentale, yarışmanın 2023-cü ilin payız aylarında keçiriləcəyini elan etmişdir. 2023-cü ilin fevral ayına qədər, hələki 4 ölkə yarışmada iştirak edəcəyini açıqlayıb. Bunlardan Litva, qonşu ölkənin qarşılayacağı tədbirdə ilk dəfə iştirak edəcəyini rəsmən təsdiqləyərkən, İsveçrə isə müsabiqədə iştirakdan imtina etmişdir. == Digər ölkələr == İsveçrə - İsveçrənin fransızdilli milli yayımçısı RTS, qərarlaşdırılmış büdcə planlarında, müsabiqədə iştirakı nəzərdə tutmadıqlarını elan edərək, yarışmadan imtina ediblər. Ölkə ilk və sonuncu dəfə 2019-cu il buraxılışında təmsil olunub. Şotlandiya - Şotlandiya milli yayımçısı BBC Alba, müsabiqədə iştirak edəcəklərini istisna etməyib və yanvar ayının sonunda iştirakla bağlı yekun qərarı elan edəcəklərini açıqlayıb.
Xoca Geri (Talış)
Xoca Geri (fars. خواجه گري‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 668 nəfər yaşayır (143 ailə).
Xoca Məhəmməd Xoşnam
Xacə Məhəmməd Xoşnam və ya Xoca Məhəmməd Xoşnam - XI əsrdə Azərbaycanda yaşamış təsəvvüf alimi. Əxi Fərəc Zəncaninin müridlərindən olmuşdur. Xacə Məhəmməd Xoşnam Naxçıvanda dünyaya gəlmişdir. Naxçıvandan Zəncana köçmüş və sonra Xoca məntəqəsinə (onun adına Xoca Xoşnam adlandırlıb) getmişdir. Xocada vəfat etmişdir və türbəsi də bu şəhərdədir.
Xoca Mərcanlı bulağı
Xoca Mərcanlı bulağı — Şuşanın Xoca Mərcanlı məhəlləsində Xoca Mərcanlı məscidinin yanında yerləşir. Bulaq XVIII əsrdə tikilib. 1992-ci ilin 8 may tarixində Şuşa işğal edildikdən sonra bulaq baxımsız qalıb. Nəticədə bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşüb. Bulaq, 2001-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Əsası XVIII əsrdə qoyulan Şuşa 17 məhəllədən ibarətdir. Hər məhəllənin özünün məscidi, bulağı və hamamı olub. Bu məhəllələrdən biri olan Xoca Mərcanlı məhəlləsinin də tarixi şəhərin tarixi ilə üst üstə düşür. Xoca Mərcanlı məhəlləsi Şuşanın mərkəzində yerləşən yuxarı məhəllələrdən biridir. Məhəllə salındığı dövrdə burada məscidlə yanaşı bulaq da tikilib.
Xoca Mərcanlı məhəlləsi
Xoca Mərcanlı məhəlləsi və ya Xoca Mircanlı — Şuşanın 19-cu əsrin ortalarında salınmış yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur.
Xoca Mərcanlı məscidi
Xoca Mərcanlı məscidi — XVIII əsrdə Şuşanın Xoca Mərcanlı məhəlləsində tikilmişdir. Məscid 2001-ci ildən 1574 sayı ilə YUNESKO-nun ehtiyat abidələr siyahısına daxil edilibdir. Ermənilər Şuşanı işğal etdikdən sonra abidə məhv edilib. Hal-hazırda məscidin xarabalıqları qalmaqdadır.
Xoca Qiyas (Miyanə)
Xoca Qiyas (fars. خواجه غیاث‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 564 nəfər yaşayır (135 ailə).
Xoca Sadəttin Əfəndi
Xoca Sadəttin Əfəndi (1536[…], Konstantinopol – 1599[…], Konstantinopol) — Osmanlı tarixçisi, müdərrisi və şeyxülislamı. 1536-cı ildə İstanbulda dünyaya gəlmişdir. Babası Şah İsmayılın müridlərindən olan, ancaq Çaldıran döyüşündən sonra Sultan Səlim tərəfindən İstanbula aparılan İsfahanlı Hafiz Məhəmməd, atası isə Sultan Səlimin ən yaxın adamlarından Həsən Can Çələbidir. Atasının saraya yaxınlığı səbəbilə kiçik yaşlarında mükəmməl saray təhsili aldı. Sahn-ı səman müdərrisi Qaramani Mehmed Əfəndidən və dövrün digər məşhur alimlərindən dərslər aldı. Daha sonra şeyxülislam Əbussuud Əfəndi tərəfindən məzun oldu və 1556-cı ildə İstanbuldakı Murad Paşa mədrəsəsinə müdərris təyin edildi. 1564-cü ilin mayında Bursadakı İldırım Bəyazid mədrəsəsinə, 1571-ci ildə isə Sahn-ı səman mədrəsəsinə nəql edilmişdir. 1573-cü ilin mayında Şahzadə Muradın müəllimi İbrahim Əfəndinin vəfatı ilə şahzadə müəllimi təyin edildi və Manisaya göndərildi. Bu vəzifə Sadəttin Əfəndinin həyatında dönüm nöqtəsi oldu və elm sahəsində olduğu qədər dövlət idarəsində nüfuzu artdı. Bundan sonra Xoca və ya Xoca Əfəndi olaraq məşhurlaşdı.
Xoca Sinan Paşa
Xoca Sinan Paşa (d. 1440 - ö. 1486 Gəlibolu) - Fateh Sultan Mehmed səltənətində 1476-1477 illəri arasında sədrəzəmlik etmiş Osmanlı dövlət adamıdır. İstanbulun ilk qazısı Xıdır Bəyin oğlu olub, təhsildən sonra Ədirnədə bir mədrəsəyə və yenə orada Darü'l-hədis mədrəsəsinə müdərris olmuşdur. Fateh Sultan Mehmed, vəzirlik verdiyi Sinan Paşanı özünə müəllim təyin etmiş və 1476 da vəzifədən alınan Gədik Əhməd Paşanın yerinə sədrəzəm təyin etmişdir. Bir ilə yaxın bu vəzifədə qaldıqdan sonra bilinməyən bir səbəblə vəzifədən alınaraq həbs edildi. İstanbul alimlərinin reaksiyası səbəbilə padşah Sinan Paşanı həbsdən çıxararaq Sivrihisar qazılığını verdi. Fatehin ölümünə qədər Sivrihisarda qaldı və II. Bəyazid padşah olduqda vəzirliyə qaytarıldı. Gəlibolu sancağına təyin olunub, 1486-ci ildə vəfat etmişdir.
Oxçu
Oxçu (Qafan) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Oxçu (Marağa) — İranda kənd.
Aralıq Oxçu
Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Oxçu çayı ilə Pirdavdan (Pircavidan) çayının qovuşduğu yerdə, Oxçu kəndinin yanında yerləşmişdir. Kənd iki çayın (Oxçu və Pirdavdan) çayının arasında salındığı üçün Aralıq Oxçu adlandırılmışdır və «Oxçu çayının arasında yerləşən kənd» deməkdir. Toponimin I tərəfi «iki yerin arası» mənasında işlənən aralıq sözündən,ll tərəfi türk mənşəli oxçu etnonimindən ibarətdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 148 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar erməni təcavüzü nəticəsində deportasiya olunmuş, kənd ləğv edilmişdir.
Oxçu (Marağa)
Oxçu (fars. ‎‎‎اوخچي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 290 nəfər yaşayır (60 ailə).
Oxçu (Qafan)
Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Rayon mərkəzindən 32 km şimalda, Oxçu çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim "Kitabi-Dədə Qorqud" dastanlarının XII — sonuncu boyunda adı çəkilən oğuz qəhrəmanı Ənsə Qoca oğlu Oxçu şəxs adı ilə bağlı əmələ gələn oxçu etnonimindən yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə tqponimdir. Oxçu adlı türk tayfasının adını əks etdirir. XIX əsrdə Qars əyalətinin Ərdahan dairəsində Oxçi, həmin əyalətin Qars dairəsində Oxçi və Oxçioğlu,Cənubi Azərbaycanda Oxçu və Oxçular kənd adları ilə mənşəcə eynidir. Orta əsrlərdə Anadolunun şərqində bir mahal Oxçi adlanırdı. 1588-ci ilə aid mənbədə Bərdə nahiyəsində Oxçulu adlı elin yaşadığı qeyd olunmuşdur.
Oxçu qalası
Oxçu qalası (erməni mənbələrində "Baqaberd") — Qafan rayonunda Oxçuçay və Kığı çaylarının qovuşan yerində Novruzyurd adlı hündür bir təpəliyin üstündədir. Bu qala Zəngəzurun iki zirvəsini — Xustub və Gəzbel dağ zirvələrini bir-birindən ayıran hərbi-strateji baxımdan çox əhəmiyyətli bir mövqedə yerləşmişdir Qalanın inşa olunma tarixi VI–VII əsrlərə aid edilir. Oxçu qalası Zəngəzurdakı beş Babək qalasından biridir. Böyük Azərbaycan sərkərdəsinin son döyüşlərindən birinin bu qalada baş verdiyi söylənilir. Qalanın tədqiqi göstərir ki, bu, istehkam xarakterli tikili olmuşdur. Son vaxtlara kimi Oxçu qalasının 17 bürcü qalmaqda idi. Ümumiyyətlə, qalanın 26–27 bürcü olduğu güman edilir. Qalanın iki tərəfi sıldırım, digər iki tərəfi isə ikiqat hasar divarları vasitəsilə ətraf ərazilərdən ayrılır. Oxçu qalası vulkanik yonulmamış daşlarla, əhəng məhsulu vasitəsilə tikilmişdir. Bu qala ilə üzbəüz Oxçu çayının digər sahilində başqa bir (çox güman ki, keşikçi) qalanın qalıqları vardır.
Qoçu Nəcəfqulu
Qoçu Nəcəfqulu (v. 29 may 1920) — Bakı qoçusu. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında yaratdığı Qoçu Nəcəfqulunun prototipi. 1918-ci ildə ermənilər Bakıya hücum edən zaman öz vəsaiti hesabına aldığı silah-sursatı camaata paylayaraq müdafiə dəstələri yaradıb. Daşnaklarla mübarizədə göstərdiyi igidliyə görə türk ordusunun generalı Nuru Paşa, onu ordenlə təltif edib. Bakı tarixində bir çox qanlı hadisələr onun əli ilə törədilmişdi. Sovet hakimiyyətinin ilk günlərində Əli Bayramovun qətlini araşdıran məhkəmənin hökmü ilə güllələnmişdi. Bakı tarixində bir çox qanlı hadisələr onun əli ilə törədilmişdi. Sovet hakimiyyətinin ilk günlərində Əli Bayramovun qətlini araşdıran məhkəmənin hökmü ilə güllələnmişdi. Özü ilə gəzdirdiyi keçisi olub.
Oxçu Şabadini
Oxçu Şabadini — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 4 km şimalda, Oxçuçayın sahilində yerləşirdi. Toponim türkmənşəli "oxçu" etnonimi ilə, türk dilində "uçurum, yamac, dağın döşü", "iki dağarası çökəklikdə yüksəklik" mənasında işlənən "çap" (→şab) sözündən və monqol dilində "maldar köçərinin təsərrüfatı" mənasında işlənən "adin" sözündən əmələ gəlmişdir. Kənddə 1831-ci ildə 65 nəfər, 1873-cü ildə 371 nəfər, 1886-cı ildə 582 nəfər, 1897-ci ildə 433 nəfər, 1904-cü ildə 789 nəfər, 1914-cü ildə 516 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Xalqların böyük köçü
Xalqların böyük köçü — IV əsrdə hun tayfaları tərəfindən Altayda başlayıb və Avropaya tərəf yayılaraq 300 ildən çox davam edən yürüş tarixdə "Xalqların böyük köçü" adı ilə formalaşmış və tarixdə mühüm iz qoymuşdur. Yürüşün son akkordları VII əsrdə Elbada, xorvatlar və serblərin müasir Bosniya və Dalmasiyada məskunlaşması ilə nəticələnir. Böyük Hun İmperiyası dağıldıqdan sonra hun tayfaları Qərbə doğru hərəkət edib,İdil Volqa və Ural çayları ətrafındakı torpaqları ələ keçirdilər. Onların Qərbə doğru əziyyətli hərəkəti yox idi. Şimaldan, qərbdən və Baltikyanı ərazilərdən böyük qüvvə ilə cənuba və şərqə axışan qədim german tayfaları öz yollarında daha da güclü, köçəri türklərin axınına rast gəldilər. Bu iki cərəyan toqquşdu, qarışdı və güclü bir axının tərkibi oldu. Bu kütlə Avropanın içərilərinə daxil oldu və Roma imperiyasını məhv etməyə başladı, bir müddət sonra bu proseslərə slavyan tayfaları da cəlb olundular. Qərbi qsiun-nu-nun nəsilləri olan tarixi hunlar Aral dənizinin şimalındakı çölləri tərk etdilər və Avropaya üz tutdular. Təqribən 374-cü ildə, Cordanesin də dediyi kimi, hunlar Bulamerin rəhbərliyi altında Don çayını keçdilər, Terek və Kuban ərazilərində yaşayan alanları məğlub edərək özlərinə tabe etdilər. Dneprdən qərbdə hunlar ostqotlara hücum etdilər.