Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xovsuz xalça
Xovsuz xalçalar — toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edən xalçalar. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilmişdir, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edərək Alman sənətşünası Q.Rop "Şərq xalçası" kitabının "Qafqaz xalçaları" bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan - kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: palaz, cecim,ladı, kilim, şəddə, vərni, zili, sumax.
Xovsuz xalçalar
Xovsuz xalçalar — toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edən xalçalar. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilmişdir, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edərək Alman sənətşünası Q.Rop "Şərq xalçası" kitabının "Qafqaz xalçaları" bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan - kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: palaz, cecim,ladı, kilim, şəddə, vərni, zili, sumax.
Novruz
Novruz bayramı (tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز‎ (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, kürd. Newroz, krımtat. Navrez) — Qədim İran və Türk mənşəli xalqlara məxsus bayram. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.
Novsud
Novsud — İranın Kirmanşah ostanının Pavə şəhristanının Novsud bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,562 nəfər və 438 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Huramilərdən ibarətdir və Gorani dilinin Hurami dialektində danışırlar.
Sonsuz
Sonsuzluq (riyazi işarəsi: ∞ {\displaystyle \infty } ) — sonu, nəhayəti olmama, nəhayətsizlik. Hər hansı bir məhdudiyyət daşımayan mücərrəd anlayışdır. Hesablanılan, son həddləri olanların əksi kimi riyaziyyatda, fizikada, fəlsəfədə və başqa elmlərdə istifadə olunur.
Hovuz
Hovuz — Üzgüçülük məqsədilə istifadə edilən içərisi su ilə doldurulmuş çuxur. Modern hovuzlar beton divarlarla əhatələnir və hovuzun kənarına kafellər vurulur. Hovuzların dərinliyi və uzunluğu təyinatına görə hesablanır. Hovuzlar həm qapalı, həm də açıq havada ola bilər. Onlar istənilən ölçüdə və formada, yeraltı və ya yerüstü ola bilər. Hovuzların əksəriyyəti daimi qurğulardır, digərləri isə müvəqqəti, yıxıla bilən strukturlardır.
Ovsun
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
Tovuz
Tovuz — Azərbaycan Respublikasının Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsində şəhər, Tovuz rayonunun inzibati mərkəzi. 1947-ci ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Abulbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Abulbəyli kəndinin ərazisindən 276,19 ha (bundan dövlət mülkiyyətində olan 55,92 ha, bələdiyyə mülkiyyətində olan 79,43 ha və xüsusi mülkiyyətdə olan 140,84 ha), Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Öysüzlü kəndinin ərazisindən 213,68 ha (bundan dövlət mülkiyyətində olan 34,01 ha, bələdiyyə mülkiyyətində olan 56,70 ha və xüsusi mülkiyyətdə olan 122,97 ha) və Qazıqulu kəndinin ərazisindən 62,49 ha (bundan dövlət mülkiyyətində olan 5,52 ha, bələdiyyə mülkiyyətində olan 48,43 ha və xüsusi mülkiyyətdə olan 8,54 ha), Bozalqanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bozalqanlı kəndinin ərazisindən 36,73 ha (bundan dövlət mülkiyyətində olan 4,18 ha, bələdiyyə mülkiyyətində olan 19,85 ha və xüsusi mülkiyyətdə olan 12,70 ha), Dondar Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Dondar Quşçu kəndinin ərazisindən 182,74 ha (bundan dövlət mülkiyyətində olan 167,75 ha, bələdiyyə mülkiyyətində olan 11,09 ha və xüsusi mülkiyyətdə olan 3,90 ha) və Düz Cırdaxan kənd inzibati ərazi dairəsi tərkibindəki Düz Cırdaxan kəndinin ərazisindən 28,5 ha (bundan dövlət mülkiyyətində olan 0,53 ha, bələdiyyə mülkiyyətində olan 5,94 ha və xüsusi mülkiyyətdə olan 22,03 ha) torpaq sahələri Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. Şəhərin adı yazılı mənbələrdə ilk dəfə 827-ci il hadisələri ilə əlaqədar çəkilib. Erkən orta əsrlərdə alban qalalarından biri də Tavuş qalası idi. XII-XIV əsr mənbələrində Tavuş, Tavus, Tavuz, Taus, Tauz, Tus kimi qeyd olunmuşdur. Tovuş çayının (Tovuz çayının qolu) sağ sahilində hündür dağın başında Tovusqala adlı qədim abidə mövcuddur. Həmin qalanın xarabalığı indiki Ermənistan ərazisindədir. Qala öz adını çayın adından almışdır. İndiki yaşayış məntəqəsi XIX əsrdə salınmış dəmir yolu stansiyası əsasında formalaşmışdır.
Xonsu
Xonsu - Qədim Misir mifologiyasına görə Ay tanrısıdır. Günəş tanrısı Amunun və Göy ilahəsi Mutun oğludur. Fivan üçlüyünə aid tanrılardan biridir.
Xoruz
Xoruz — ümumi mənada toyuqkimilər dəstəsinə daxil olan quşların erkəyi. Xoruzlar banlamağa, adətən, həmişə 4 aylığından əvvəl başlayır. Ginnesin Rekordlar Kitabına ən uzun banlama 21,07 saniyə kimi düşmüşdür. İkinci ən uzun banlama isə 21,00 saniyədir.
Xovlu
Məhrəba və ya Xovlu — Əmici parça və ya kağızdır. Qurutma və ya silmək üçün istifadə olunur.Birbaşa əlaqə vasitəsi ilə, ümumiyyətlə bir suyunu çəkmək ya da sürtmə hərəkəti istifadə edərək nəmliyi çəkir. Məhrəbanın ixtirası Türkiyənin Bursa şəhəri ilə bağlı idi. Bu şəhər hələ də " türk məhrəbası" istehsalı üçün qeyd edilir.
Xovst
Xost vilayəti (puşt. خوست, fars. خوست‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Mərkəzi Xost şəhəridir. Vilayətin sahəsi 4.152 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 520.2 min nəfər, inzibati mərkəzi Xost şəhəridir. Əhalisinin əksəriyyətini puştunlar təşkil edir. Vilayət əhalisinin 99%-i puştun dilində, vilayətin 2 kəndində təxminən 1000 nəfər əhali dəricə danışır.
Novruz (ad)
Novruz — Azərbaycan kişi adı və təxəllüs. Novruz Rizayev — Cənubi Qazaxıstan Vilayət Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri, Azərbaycan SSR xalq daxili işlər komissarı (22.05.1927 – 10.07.1929), Bakı Şəhər Soveti sədrinin müavini. Novruz Qurbanov — Azərbaycanın Milli Qəhrəmanı. Novruz ağa Oyrot — Elxanlı sərkərdəsi. Novruz Qartal — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2013). Novruz Axundov — Azərbaycan aktyoru və rejissoru. Novruz Ağayev — biblioqraf, tədqiqatçı, şair. Bu təxəllüsü olan tanınmış şəxslər Cabir Novruz — Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi.
Novruz Allahverdi
Allahverdiyev Novruz Muxtar oğlu (Novruz Allahverdi) — texnika elmləri namizədi; kompüter mühəndisliyi üzrə fəlsəfə doktoru, professor, KTO Karatay Universiteti (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürü. Novruz Allahverdi 1948-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində dünyaya gəlmişdir. 1955-1963-cü illərdə Qaradağlı 8 illik məktəbində oxumuş, 1966-cı ildə Ağdam 1 nömrəli orta məktəbi gümüş medalla bitirmişdir. Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Riyazi-həlledici cihazlar və qurğular" (kompüter mühəndisliyi ixtisası) üzrə ali təhsil almış (1966-1971), işləmək üçün institutda saxlanılmışdır. 1976-1979-cu illərdə Moskva Energetika İnstitutunun aspiranturasında oxumuş, "Siqnalların rəqəm işləməsi problemləri üçün çoxmikropressorlu hesablama sisteminin layihələndirilməsi və analizi" mövzusunda dissertasiya müdafiə edərək (1979) texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Bundan sonra Azərbaycan Politexnik İnstitutunun hesablama texnikası kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. Türkiyənin Səlcuq Universitetində dosent (1992-2000), professor (2000-2015) işləmişdir. Hazırda KTO Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürüdür. Novruz Allahverdi 10 kitabın və beynəlxalq miqyasda yüksək səviyyəli elmi jurnallarda (əsasən SCI sistemində olan) yayınlanmış bir çox məqalənin müəllifidir. Onun ümumilikdə 200-ə yaxın elmi məqaləsi yayınlanmışdır.
Novruz Allahverdiyev
Allahverdiyev Novruz Muxtar oğlu (Novruz Allahverdi) — texnika elmləri namizədi; kompüter mühəndisliyi üzrə fəlsəfə doktoru, professor, KTO Karatay Universiteti (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürü. Novruz Allahverdi 1948-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində dünyaya gəlmişdir. 1955-1963-cü illərdə Qaradağlı 8 illik məktəbində oxumuş, 1966-cı ildə Ağdam 1 nömrəli orta məktəbi gümüş medalla bitirmişdir. Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Riyazi-həlledici cihazlar və qurğular" (kompüter mühəndisliyi ixtisası) üzrə ali təhsil almış (1966-1971), işləmək üçün institutda saxlanılmışdır. 1976-1979-cu illərdə Moskva Energetika İnstitutunun aspiranturasında oxumuş, "Siqnalların rəqəm işləməsi problemləri üçün çoxmikropressorlu hesablama sisteminin layihələndirilməsi və analizi" mövzusunda dissertasiya müdafiə edərək (1979) texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Bundan sonra Azərbaycan Politexnik İnstitutunun hesablama texnikası kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. Türkiyənin Səlcuq Universitetində dosent (1992-2000), professor (2000-2015) işləmişdir. Hazırda KTO Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürüdür. Novruz Allahverdi 10 kitabın və beynəlxalq miqyasda yüksək səviyyəli elmi jurnallarda (əsasən SCI sistemində olan) yayınlanmış bir çox məqalənin müəllifidir. Onun ümumilikdə 200-ə yaxın elmi məqaləsi yayınlanmışdır.
Novruz Aslanov
Aslanov Novruz Məmmədqulu oğlu (1913, Saray, Bakı qəzası – oktyabr 1942, Taman yarımadası) — hərbçi, II Dünya müharibəsində alay komandiri. Aslanov Novruz Məmmədqulu oğlu 1913-cü ildə Abşeron rayonunun Saray kəndində doğulmuşdur. O, 1942-ci il aprelin 1-də Azərbaycan Bakı DTK-sı tərəfindən orduya göndərilmişdir. 396-cı Taman atıcı diviziyasının alay komandiri olmuşdur. 1942-ci il oktyabr ayında Kerç uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur. 1942-ci ilin başlanğıcında Taman yarımadası sahilində Sovet qüvvələrinin Azərbaycanda formalaşan 396-cı atıcı diviziyası müdafiə olunurdular. Bu diviziyanın mühasirədə olan bir qrup döyüşçüsü komissar Novruz Aslanovun komandanlığı altında məharətlə mühasirədən çıxaraq Azov dənizi sahilinə çıxmaq istəyən və içi desant qüvvələri ilə dolu olan 7 faşist motorlu qayığını batırmışdır. Bu istiqamətdə sovet ordusunun vəziyyəti çox ağır idi. Son anda alınan qərar əsasında ön xəttdən sovet artilleriya qurğularını geri çəkmək zərurəti yarandıqda bu plan həyata keçirilənədək Novruz Aslanovun başçılıq etdiyi bir sıra qüvvələr faşistlərin sayca qat-qat çox olan ordu birləşmələrinin hücumunun qarşısında durdu. <Правда> qəzetinin 1942-ci il nəşrində qeyd olunan məlumata görə, Aslanov ölümə doğru getdiyini bilirdi.
Novruz Axundov
Novruz Ağa oğlu Axundov (9 may 1938, Naxçıvan) — Azərbaycan aktyoru və rejissoru. Novruz Ağa oğlu Axundov 1938-ci il may ayının 29-da Naxçıvanda doğulub. Anası Qərbi Azərbaycanın Dərələyəz mahalından, atası Şərurdandır. Uşaq ikən ailəsi Bakıya köçüb. Ailə əvvəl Kürdəxanı, sonra Pirşağıda yaşayıb. Novruz Axundov 1955-ci ildə Kürdəxanı orta məktəbini bitirib. 1962-ci ildə İncəsənət İnstitutunun "Kino və dram aktyorluğu" fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun tələbəsi olub. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib. Novruz Axundov "Əhməd haradadır" filmində "Uzunduraz Oqtay" rolunu oynayıb.
Novruz Azərbaycanda
Azərbaycanda Novruz bayramı və ya Azərbaycan Milli Yeni İli — Azərbaycanda baharın və Yeni ilin gəlişinin qeyd edilməsi. Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir. Ədəbiyyatşünas Əzizə Cəfərzadə "Xıdır Nəbi" bayramı haqqında yazırdı: Tədqiqatçı "Unudulmuş əziz günlərimizdən" adlı məqaləsində bu bayramı xüsusi araşdırır, mahiyyəti, mənası haqqında ətraflı məlumat verirdi. Novruz bayramı ərəfəsində qeyd edilən çillə çıxarma bayramı haqqında isə yazırdı: Əzizə Cəfərzadə çillə çıxarmaq bayramının ağrılı-acılı Kiçik çilləyə vida, baharın gəlməsinə, Novruzun yaxınlaşmasına sevinc bayramı olduğunu vurğulayırdı. Bu bayramın daha çox qadınlar arasında və hansısa bir işinin düzəlməsini əhd edənlərin keçirdiyini bildirirdi: XX əsrin 1920-ci illərinə qədər Azərbaycanda Novruz bayramı xalq tərəfindən böyük coşqu ilə qeyd olunurdu. Çar hökuməti bu bayrama Milad bayramı qədər diqqət yetirməsə də, Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçular Bakı əhlinin bu bayramı təmtəraqla qeyd etməsinə böyük yardım edirdilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Novruz iki dəfə təntənəli şəkildə qeyd edilib. Ancaq Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra vəziyyət dəyişdi. 1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da bolşeviklər Novruzun qeyd olunmasına xalqın dəstəyini qazanması üçün icazə verirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da Novruz bayramları əvvəlki təntənə ilə qeyd olunmaqda davam edirdi.
Novruz Ağayev
Ağayev Novruz Ağagül oğlu (1870 (Bakı)—1948 (Bakı)) — biblioqraf, araşdırmaçı, şair N.Ağayev şəxsi mütaliə yolu ilə fars dilini, Yaxın və Orta Şərq xalqlarının tarixi və ədəbiyyatını yaxşı öyrənmişdir. Xüsusilə Məhəmməd Füzuli, Ömər Xəyyam, Əlişir Nəvai kimi klassikləri gözəl bilirdi. O, Bakıdakı "Məcməüş-şüəra" ("Şairlər məclisi") ilə təmasda olmuş, bu məclisin ən görkəmli iştirakçılarından olan Mirzə Abdülxalıq Cənnəti ilə dostluq etmişdir. XX əsrdə Azərbaycan bibliofil və biblioqrafları arasında bir kitab aşiqi kimi tanınan Novruz Ağayev Bakının Saray kəndində doğulmuşdur. Doqquz yaşında olanda ailələri Bakı şəhərinə köçür, o burada bir neçə il mollaxanada oxuyur; ailə vəziyyətlərinin ağırlığına görə gənc Novruz təhsilini yarımçıq qoymalı olur. Bir müddət baqqal, sonra daşyonan şagirdi işləyir. 1905-ci ildən Bakıda, Rusiya şəhərlərində ticarətlə məşğul olur. 1917-1920-ci illər arasında "Musavat" partiyasının üzvü olub siyasi fəaliyyət göstərir. Sovet hakimiyyəti illərində təsərrüfat idarələrində işləmişdir. Hələ cavan vaxtlarından kitab, qəzet, jurnal, əlyazma toplamağa və onları öyrənməyə böyük həvəsi olmuşdur.
Novruz Bayramı
Novruz bayramı (tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز‎ (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, kürd. Newroz, krımtat. Navrez) — Qədim İran və Türk mənşəli xalqlara məxsus bayram. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.
Novruz Cəfərov
Novruz Adil oğlu Cəfərov (d. 13 mart 1953) — Azərbaycan aktyoru. Azərbaycanın əməkdar artisti (2013), Ağdam Dövlət Dram Teatrının baş rejissoru (2017-ci ildən). Novruz Cəfərov 13 mart 1953-cü ildə Şəmkir rayonunun Könüllü kəndində anadan olmuşdur. 1970-ci ildə Könüllü kənd orta məktəbini bitirib. 1971-ci ildə Azərbaycan Dİ institutunun “dram-kino aktyor”- u fakültəsinə qəbul olub. Professorlar; M.Məmmədov, F.Sultanov, Ə.Quliyev və xalq artisti aktyor H.Salayevdən dərs almışdır. 1975-ci ildə Azərbaycan Dİ institutunu bitirib; Şəki DD teatrına təyinat almışdır. 1975- ci ildən -1997-ci ilə qədər, tam 21 il Şəki DD teatrında aktyor işləmişdir. 1997- ci ildən aktyor kimi Gəncə DD teatrında çalışır.
Novruz Gəncəli
Novruz Gəncəli (azərb. Novruz Sadıqov İsmayıl oğlu‎; 12 sentyabr 1921, Maştağa, Bakı qəzası – 19 oktyabr 1995, Bakı) — Azərbaycan sovet yazıçısı. Novruz Gəncəli 12 sentyabr 1921-ci ildə Bakının Maştağa kəndində dəmirçi İsmayıl Zəbihin ailəsində anadan olmuşdur. Səkkiz yaşında olarkən atasını itirən Novruz Gəncəli böyük qardaşı Qulamhüseyn Sadıqovun himayəsində yaşamışdır. Qardaşı Qulamhüseyn Sadıqov və anası H.Z. Tağıyev adına Toxuculuq fabrikində işə düzəlmiş, Novruz Gəncəli isə həmin fabrikin nəznində olan 63 saylı orta məktəbdə ibtidai təhsil almışdır. Bir müddət sonra Qulamhüseyn Sadıqovun təcrübəsi nəzərə alınaraq Gəncədəki fabrikə gönədrilir. O, orada baş mühəndis vəzifəsini icra edir. Beləliklə, Sadıqovlar ailəsi 1929-cu ildə Gəncəyə köçür. Novruz Gəncəli Gəncə şəhər 3 saylı beynəlmiləl orta məktəbində təhsilini davam etdirir. Lakin 1938-ci ildə qardaşı Qulamhüseyn Sadıqov vəfat edir və ailənin bütün qayğıları Novruz Gəncəlinin üzərinə düşür.
Novruz Haxverdiyev
Novruz Əli oğlu Haxverdiyev (25 mart 1996; Alunitdağ, Daşkəsən rayonu, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Novruz Haxverdiyev 25 mart 1996-cı ildə Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində Əli Haxverdiyevin dörduşaqlı ailəsində anadan olmuşdur. 2002-2013-cü illərdə Daşkəsən rayon Alunitdağ qəsəbə tam orta məktəbdə təhsil almışdır. Subay idi. Novruz Haxverdiyev 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Novruz Haxverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Novruz Haxverdiyev 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Novruz Həmzəyev
Novruz Bəkir oğlu Həmzəyev (21 mart 1992; İsmayıllı, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Novruz Həmzəyev 1992-ci il martın 21-də İsmayıllı şəhərində anadan olub. Azərbaycan Ordusunun giziri olan Novruz Həmzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Novruz Həmzəyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Novruz Həmzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Novruz Həmzəyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Novruz Həsənov
Novruz Cumalı oğlu Həsənov (20 fevral 1996, Gədəbəy – 9 noyabr 2020) - Şəhid (2020) Həsənov Novruz Cumalı oğlu 20 fevral 1996-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. 2002-2013-cü illərdə Milli Qəhrəman İlham Əliyev adina 1 sayli Gədəbəy şəhər tam orta məktəbində təhsil almışdir. Həsənov Novruz 6 yaşindan etibaran cüdo va sərbəst güləş idman növləri ilə məşğul olmuşdur. Bir çox yarişlarda qalib gəldiyi üçün 15-dən çox medal, diplom və fəxri fərmanları vardır . 23 sentyabr 2013-cü ildə Bakı Dövlət Iqtisadiyyat və Humanitar kollecinin "Bank işi" ixtisasina daxil olub. 25 iyun 2018-ci ildə Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində təhsilini başa vurmuşdur. 2014-2016-ci illərdə Azərbaycan Respublikasinin Mingəçevir şəhərində N sayli hərbi hissədə "Minaatan" batareyasinda həqiqi hərbi xidmətdə olmuşdur. 27 sentyabr 2020- ci ildə başlayan ikinci vətən müharibəsinə könüllü gedən Novruz qəhərmanlıqlar göstərir, əlbəyaxa döyüşlərdə 6 ermənini məhv edib, lakin ayağından və kürəyindən yaralanıb. Müharibənin qurtarmasına 2 gün qalmış şəhidlik zirvəsinə ucalır.
Mövsüm
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Qovşud
Qovşud — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Kəndin başqa adları Qovşuq, Qovşutlu olmuşdur. Rayon mərkəzində 17 km şimalşərqdə, Kığı və Oxçu çaylarının qovuşduğu Zeyvə qalasının yaxınlığında yerləşir. Toponim qovşud etnonimi əsasında əmələ gəlmişdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kavçut qoyulmuşdur. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kavçut qoyulmuşdur.1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. Türkmənistanda Qovşut, Qovşutbənd, Qovşutyap, Qovşuxanqala , Azərbaycanda Qovşutlu (başqa adı Hüsеynbəyli) (Cəbrayıl r-nu) kənd adları göstərir ki, Qovşut tayfa adıdır. Kənddə 1897-ci ildə 163 nəfər, 1914 - cü ildə 320 nəfər azərbaycanlı yaşamışdır.
Gövüz
Gövüz (az-əbcəd. گؤوۆز‎, fars. گاوخس‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 108 nəfər yaşayır (38 ailə).
Xoşun
Xoşun — (Çin heroqlifi ilə — 旗, pinyin transkripsiyası ilə — qí, palladiya transkripsiya sistemi ilə — tsi, monqol yazısı ilə — ᠬᠣᠰᠢᠭᠤ)- Çinin Daxili Monqolustan Muxtar Rayonunda inzibati ərazi vahidi. Öz inzibati funksiyasına əsasən qəza inzibati ərazi vahidinə uyğundur. Çində həmçinin muxtar qəza şölgüsünə uyğun gələn muxtar xoşunlar da mövcuddur. Müasir dövrdə Çin Xalq Respublikasında 49 xoşun və 3 muxtar xoşun vardır.
Öksüz
Öksüz - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 23 km şimal-qərbdə, Gürcüstan respublikası ilə həmsərhəddə yerləşir. Toponim qədim türk dilində «çay» mənasını bildirən öküz sözü əsasında formalaşmışdır. Bu söz həm də oquz, okus, oqus formasında qeyd edilir. Hidrotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Darik qoyulmuşdur. Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və onlar ayrıca bir xalq kimi təqdim edilir. Kənddə 1886-cı ildə 62 nəfər, 1897-ci ildə 96 nəfər, 1908-ci ildə 153 nəfər, 1914 - cü ildə 176 nəfər azərbaycanlı yaşamışdır.
Mövsüm Hüseynov
Möhsün Hüseynxanlı (tam adı: Mövsüm Turbəndə oğlu Hüseynov; 13 iyun 1958, Laçın, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). Hüseynov Mövsüm Türbəndə oğlu 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olmuşdur. 1980-85-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu bitirib. 1982-1995-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, 1995-1997-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1997-2008-ci illərdə Bakı Bələdiyyə Teatrında çalışıb. 2010-cu ildən bu günədək yenidən Sumqayıt Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirir. 16 oktyabr 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Yük (film, 1995) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Otel otağı (film, 1998) Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Bomba (film, 2005) Heydər Əliyev (film) Vəkil hanı?
Mövsüm Hüseynxanlı
Möhsün Hüseynxanlı (tam adı: Mövsüm Turbəndə oğlu Hüseynov; 13 iyun 1958, Laçın, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). Hüseynov Mövsüm Türbəndə oğlu 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olmuşdur. 1980-85-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu bitirib. 1982-1995-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, 1995-1997-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1997-2008-ci illərdə Bakı Bələdiyyə Teatrında çalışıb. 2010-cu ildən bu günədək yenidən Sumqayıt Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirir. 16 oktyabr 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Yük (film, 1995) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Otel otağı (film, 1998) Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Bomba (film, 2005) Heydər Əliyev (film) Vəkil hanı?
Mövsüm Məmmədov
Mövsüm Şahin oğlu Məmmədov ( 6 iyun 1967, Xankəndi şəhəri ) — polkovnik, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı erməni terrorizminə qarşı mübarizənin fəal iştirakçısı. Mövsüm Məmmədov 1967-ci il 6 iyun Qarabağ Xankəndində anadan olmuşdur. 1984-cü ildə burada təhsilini başa vurur. 1985–1987-ci illərdə hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Şuşada əmək fəaliyyətinə başlayır. 1990-cı ildə həyatını daxili işlər orqanına bağlayır. Mövsüm Şahin oğlu Məmmədov 1992–1993-cü illər erməni işğalçılarına qarşı vuruşmuş, xeyli quldur məhv etmişdi. Xocalı faciəsi zamanı onlarla insanın həyatını xilas etmişdi. 1994-cü ildə Şuşa rayon Polis İdarəsində bölüy komandiri təyin edilmişdir. 1998-ci ildə DİN-nin Polis Akademiyasını hüquq fakultəsini bitirmişdir.Aprel döyüşlərinin və Dəmir yumruq əməliyyatının aktiv iştirakçısı olmuşdur.Polis polkovnikidir, Bakı şəhər Baş Polis İdarəsində işləyir Ailəlidir , üç övladı var.
Mövsüm Poladov
Möhsün (Mövsüm) Musa oğlu Poladov (1 may 1905, Ağköynək, Qazax qəzası – 11 aprel 1966, Bakı) — dövlət xadimi, Uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun keçmiş rektoru. 1905-ci ildə Qazax qəzasının Ağköynək kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan az sonra o, Qazax Müəllimlər Seminariyasına daxil olmuşdur. Bir müddət Gəncədə müəllimlik etdikdən sonra isə Bakıya gəlmişdir. Burada o, Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aparatında işləyərək Zaqafqaziya Pambıqçılar İnstitutunda təhsili davam etdirmişdir. İnstitutu aqronomluq ixtisası üzrə bitirdikdən sonra Möhsün Poladov Azərbaycan SSR Xalq Torpaq Komissarlığında kadrlar şöbəsində işləmiş, kənd təsərrüfatını mexanikləşdirməyə dair rayonlararası məktəbə rəhbərlik etmişdir. 1937-ci ildə Möhsün Poladov Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna direktor təyin edilmişdir. Böyük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanaraq Sovet Ordusu tərkibində Krım cəbhəsində döyüşlərdə iştirak etmiş, "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilmişdir. 1938–1941 və 1953–1954-cü illərdə AKTİ-nin rektoru olmuşdur. Möhsün Poladov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Mövsüm Salamov
Salamov Mövsüm Əsgər oğlu – Azərbaycan SSR əməkdar mədəniyyət işçisi Həbs olunan zaman Az.Dövlət Muzeyinin direktoru 1938-ci ildə repressiyaya məruz qalaraq Sibirə-Kolımaya göndərilmişdir. 1959-cü ildə məşəqqətli sürgün ömrünü başa vuraraq, vətənə qayıdan M.Salamov yenidən fəal həyata başlamış, bir qədər sonra isə “Şirvanşahlar Saray Kompleksi” tarix-memarlıq qoruq-muzeyinə rəhbərlik ona tapşırılmışdır.
Mövsüm Səmədov
Mövsüm Səmədov (4 sentyabr 1966, Quba) — azərbaycanlı həkim, ilahiyyatçı alim, ictimai-siyasi xadim, Azərbaycan İslam Partiyasının 3-cü sədri və lideri (2007-h.h.). Mövsüm Mərdan oğlu Səmədov 1965-ci il sentyabrın 4-də Quba rayonunda Mərdan və Mehparə Səmədovların ailəsində anadan olub. 1972–1982-ci illərdə Quba şəhər 3 saylı tam orta məktəbdə tam orta, 1983–1989-cu illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə profilaktika fakültəsində ali tibb təhsili alıb. 1989–1990-cı illərdə internatura keçmiş və "terapevt" ixtisasına yiyələnmişdir. 1990–1992-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrin sıralarından "tibb xidməti leytenantı" hərbi rütbəsində tərxis edilib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti leytenantıdır. Hərbi xidmətdən sonra Rusiya Federasiyasının Dağıstan Respublikasında həkim, daha sonra isə Quba rayonu Digah kənd ambulatoriyasında 2 il baş həkim kimi çalışıb. 1995–2002-ci illərdə İranın Qum şəhərində yerləşən Qum Elmi Mərkəzində dini təhsil almışdır. M. Səmədov Mehparə Səmədova ilə ailəlidir.
Mövsüm İbrahimov
Mövsüm İbrahimov — 1919-1920-ci illərdə AXC parlamenti mühafizə dəstəsinin podpraporşiki, Hərbi Dəniz Xalq Komissarlığında təsərrüfat komandasının rəisi. Mövsüm İbrahimov 1920-ci ildə yaradılan Gizli Müsavat təşkilatının üzvlərindən idi. O, 1923-cü ildə Gizli Müsavat-ın Bakı komitəsi nəzdində yaradılan hərbi təşkilatın rəhbərlərindən biri olmuşdur. Dadaş Həsənovun təklifi ilə Gizli Müsavat təşkilatı üzvlərinə müsavatçı olduqlarını gizlədərək AK(b)P-nin sıralarına (onu içəridən dağıtmaq üçün) daxil olmaq tövsiyə edilirdi. Bu məqsədlə Mövsüm İbrahimov 1925-ci ildə AK(b)P-yə daxil olmuşdur. Gizli təşkilatın dağdılması əməliyyatı zaman 1927ci- il 27 fevral tarixli qərarla güllələnməyə məhkum edilmişdir. 6 aprel 1927-ci ildə güllələnmişdir.
Mövsüm Şıxıyev