Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yaqut
Yaqut (lat. rubens, rubinus — qırmızı) — dəyərli mineral daş. Oksidlər sinfinə aiddir. Qədim dövrlərdə ləl, yaxont adlanırdı. Kimyəvi tərkibi: Al2O3 == Texnikada == Texnikada mexaniki saatlarda (əsasən qol və cib saatlarında) yastıq kimi istifadə olunub. İlk lazer qurğularında lezonans maddəsi kimi istifadə olunub.
Nuri Yamut
Mehmet Nuri Yamut (1890, Saloniki – 5 iyun 1961, İstanbul), Türk Silahlı Qüvvələrinin 6-cı Ordusu. Baş Qərargah rəisidir . == Hərbi xidməti == 1908-ci ildə Hərbi Akademiyanı leytenant rütbəsi ilə bitirmişdir. Manastır 6. Korpus 50. Alay 3. Eskadronda olarkən 1912-ci ildə tutuldu. Əsirlikdən qayıdaraq 1913-cü ildə Hərbi Akademiyaya daxil oldu. 1 il oxuduqdan sonra təhsilini tərk edib Ordu sıralarına girdi. Balkan müharibəsinə və Birinci Dünya Müharibəsinə qatıldı.
Yakut Vikipediyası
Yakutca Vikipediya — Vikipediyanın yakut dilində olan bölməsidir.
Yakut dili
Saxa (Yakut) dili — saxaların xalq dili. Rusiya Federasiyasının Saxa Respublikasının rəsmi dövlət dilidir. Türk dillərinə daxildir.
Yakut inəyi
Yakut inəyi (saxa ынах) — Saxa Respublikası ərazisində yayılmış mal-qara cinsidir. Alçaq böyü və az çəkisi ilə fərqlənir. İbtidai öküzdən törəyən Monqol mal-qara qrupundan çıxmışdır. == Təsviri == Cins Uzaq Şimalın sərt şəraitində ətlik və südlük istiqamətli maldarlığın Yakut mədəniyyətinin əsasını təşkil etmişdir. 1929-cu ildə məhsuldarlığı artırmaq üçün, gətirilən xolmoqorsk və simmental cinsləri tərəfindən cinsin kütləvi assimilyasiyasına başlanıldı. Hal-hazırda, mal-qara sürüləri yalnız Even-Bıtantay uluslarında, fərdi kəndli, kolxoz təsərrüfatlarında və Novosibirsk Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutununda qorunub saxlanılmışdır. Şimal-şərqi Asiyanın Yakut kolonizasiyasının 6-7 əsrləri ərzində Mərkəzi Yakutiyadan gələn cins heyvandarlıq sahəsi şimal və şimal-şərq istiqamətlərində geniş yayılaraq Yana, İndigirka və Kolıma çaylarının aşağı hövzələrinə çatır. Hal-hazırda inkişaf etmiş heyvandarlıq mərkəzləri zəngin yay otlaqları ilə məşhur olan Mərkəzi Saxa ovalığıdır. Yakut inəkləri son dərəcə yüksək dözümlülük xüsusiyyətləri ilə xarakterizə olunur. Xüsusilə qışın -40 °C temperaturda sağ qalması nümunələrinə rast gəlinir.
Yakut üsyanları
Yakut üsyanları - 1921-1928-ci illərdə Yakutiyada baş vermiş üsyanlar silsiləsi. Üsyanlara Yakutiyanın müxtəlif bölgələrində 1921-1923-cü illərdə bolşeviklər və Ağ ordu arasında, 1924-1925-ci illərdə Yakutiya MSSR-nin səlahiyyətliləri və Tunqus üsyançıları adlanan birliklər, 1927-1928-ci illərdə BDSİ (Birləşdirilmiş Dövlət Siyasi İdarəsi) və konfederalistlər olaraq adlandırılan (həmçinin ksenofoblar kimi də bilinən) qrup arasında baş tutan silahlı toqquşmalar daxildir.. == Üsyanların səbəbləri == 1921-1923-cü illərdə baş tutan Yakut üsyanı Rusiya vətəndaş müharibəsi ərzində aparılan döyüş əməliyyatlarından biri idi.Tunquska antibolşevik üsyanı Tunqus xalqının müstəqilliyini hədəfləmişdi.Konfederalist hərəkat Yakutiyanın RSFSR-nin tərkibindən ayrılaraq, daha sonra qurulacaq SSRİ-yə suveren bir respublika kimi daxil olmağı tələb edirdi. Onlar öz qanunlarını və məhkəmələrini, Yakut təbii sərvətlərinin SSRİ tərəfindən istismarının dayandırılmasını və SSRİ-dən müstəqil bir hökumətin qurulmasını tələb etdilər. == Üsyanların gedişatı == === 1921-1923 === Üsyan 1921-ci ildə Ayano-Mayski rayonunda başlayıb. Üsyana yakut G.V. Efimov rəhbərlik edirdi, kornet Mixail Korobeynikovun rəhbərliyində olan Ağ Qvardiya da ona qoşulmuşdu. Qiyamları Yakut Vilayət İdarəetməsi təşkil edirdi, Yakut üsyan ordusu da yaradılmışdı. İdarəetmə 1922-ci ildə Vladivostoku idarə edən Merkulov qardaşlardan kömək istəsələr də, buna nail ola bilmədilər.Daha sonra Merkulovlar Mixail Diterixskə əvəzlənildi. Onunla birlikdə general leytinant Anatoli Pepelyaev və general mayor E.K. Vişnevski 1922-ci ilin yayına qədər birliklər formalaşdırdılar. Bu birliklər eyni ilin payızında Ayan limanındakı "Müdafiəçi" və "Batareya" gəmilərinə gəlib çıxdılar.Pepelyaevin bölüyü quruya çatdıqdan sonra Yakutska getdi.
Yakut üsyanı
Yakut üsyanı — Rusiya Vətəndaş müharibəsinin son epizodu sayılır. Hərbi əməliyyatlar 1921-ci ilin sentyabr ayından 1923-cü ilin iyun ayına qədər davam edib və hadisələr Uzaq Şərq vilayətinin Ayano-Mayski rayonunda baş verib. == Tarixi == Üsyanın başladığı ərazilər o dövrdə Yakutiyanın ərazisi olsa da hazırda Xabarovsk vilayətinin şimalını əhatə edib. 1922-ci ilin mart ayında üsyançılar Çurapçedə müvəqqəti yakut xalr idarəetməsi təsis etdilər. 23 mart tarixində Yaxut Xalq Ordusu Korobeynikovun rəhbərliyi ilə böyük şəhər olan Yakutsku ələ keçirdilər. Qırmız ordu qarnizonunun əsgərlərinin yarısını öldürüb yarısını isə əsir götürməklə yanaşı 6 pulemyotu da ələ keçirdilər. Aprel ayında üsyançılar Vladivostokda yerləşən Müvəqqəti Priamur hökumətindən (Sovet tarixşünaslığında "Qara bufer" adını alıb) kömək istəmək üçün əlaqə qurdular. 27 aprel tarixində Sovet İttifaqı Yakut MSSR yaradıldığını elan edib, üsyanın yatırılması üçün ekspedisiya göndərdidi. 1922-ci ilin yayında ağlar Yakutskdan çıxarıldılar və Oxotsk, Ayan kimi liman şəhərlərini ələ keçirərək Sakit okean sahilinə çəkilib, yenidən Vladivostokdan kömək istədilər. 30 avqustda "Sibir könüllü dəstəsi"nin 750 könüllüsünü döyüş üçün təchiz olunaraq general Anatoli Pepelyaevin rəhbərliyi ilə Vladivostokdan Sakit okean donanması ilə üsyançıların köməyinə gəldi.
Yaqut Abdullayeva
Yaqut Babakişi qızı Abdullayeva — muğam və Azərbaycan xalq mahnılarının ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti. == Həyatı == Yaqut Abdullayeva 1953-cü ildə Cəbrayıl şəhərinin Yarəhmədli məhəlləsində anadan olmuşdur. == Fəaliyyəti == Yaqut Abdullayeva 1978-ci ildən, yəni Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən vaxtdan həmin təhsil müəssisəinin Vokal kafedrasında çalışır. Tələbələrə muğam və xalq mahnıları fənnindən dərs deyir. Yaqut Abdullayevanın televiziyadakı ilk çıxışından sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı onu dəvət etmiş və 1982-ci ildə o Opera və Balet Teatrında fəaliyyətə başlamışdır. Burada o uğurlu fəaliyyət göstərmiş, "Leyli və Məcnun"da Leyli obrazını yaratmış, "Şah İsmayıl"da Ərəbzənginin, "Gəlin qayası"nda Sənəmin partiyalarını böyük məharətlə ifa etmişdir. Azərbaycan Televiziyasının "Qızıl fondu"nda bir neçə solo-konsertinin, radio fondunda isə yüzlərlə xalq mahnısının, təsnif və muğamın lent yazıları var. Yaqut Abdullayeva bir sıra xarici ölkələrdə — Almaniya, Polşa, Macarıstan, Bolqarıstan, Türkiyədə çıxışlar edib. == Yaqut Abdullayeva haqqında fikirlər == Tofiq Hacıyev:"Yaqut xanımın "Qaragilə"sini dinlədikcə mən bir tərəfdən Təbrizi, böyük Şəhriyarı xatırıma gətirirəm, Təbrizin dolanbac küçələrini yadıma salıram, bir tərəfdən də sovet dövründə Araz boyu uzanıb bizi cənubumuzdan ayıran tikanlı məftillər, bu gün cəhənnəm uçurumuna düşmüş Xudafərin yadıma düşür. Axı Cəbrayıldan Təbrizə gedən yol Xudafərindən, Diridağından, Aşıq Qurbaninin məzarına baxa-baxa keçir." Xalq şairi Xəlil Rza Ulutürk:"Gözəl müğənnimiz Yaqutun səsində, nəfəsində, zənguləsində Azərbaycan yanğıları alovlanır.
Yaqut Dilbazi
Dilbazi Yaqut Paşa qızı (Yaqut Dilbazi; 1910, Qazax – 1994, Bakı) — azərbaycanlı yazıçı. == Həyatı == Yaqut Dilbazi Daş Salahlı məktəbindən sonra Ali Pedaqoji İnstitutun aspiranturasını bitirib. XX əsrin 30-40-cı illər Azərbaycan ziyalılarının həyatından bəhs edən "Məhəbbət qocalmır", "Ağ yasəmənlər" povestlərinin müəllifi kimi tanınır. Bu iki povestdə sovetləşmədən sonra kənd və şəhərlərdə ilk məktəb, təlim-tərbiyə və mədəniyyət ocaqlarının təşəkkül tapmasından, eyni zamanda о çağın ziyalılarının, xüsusilə qadın və qızların fəaliyyətindən söz açılır. Müəllimlərin həyatından bəhs edən "Ağ yasəmənlər" povestində isə hadisələr müharibədən sonrakı illərə təsadüf edir. Müharibə dövründə əri Mirzağa Quluzadə hərbi xidmətə çağırılanda bir müddət yeddi aylıq oğlu Vəfanı və anasını da özü ilə götürüb Qazağın Aslanbəyli kəndinə - nənəsi Sayalı xanımın doğma elinə qohumlarıgilə getmiş, müharibə illərində bir neçə il bu kənddə müəllimə işləmişdi. Oradan da Tiflisə - hərbi qərargahda işləyən ərinin yanına getmişdi. Bakıya müharibədən sonra qayıtmışdılar. Bundan sonra 25 il Azərbaycanın ali məktəblərində Azərbaycan dilini tədris etmişdir. Onun "Məhəbbət qocalmır" povesti 1978-ci ildə, "Ağ yasəmənlər" isə 1984-cü ildə "Yazıçı" nəşriyyatı tərəfindən böyük tirajla nəşr olunmuşdur.
Yaqut Həməvi
Yaqut əl-Həməvi (1178, Konstantinopol – 20 avqust 1229, Hələb) — yunan əsilli ərəb coğrafiyaşünası, səyyahı. Yaqut əl-Həməvi Qafqaz və Azərbaycan tarixi üzrə qiymətli mənbələrdən biri olan "Mucəm əl-buldan" əsərinin müəllifidir. == Həyatı == Yaqut əl-Həməvi əslən türk оlsa da, Suriya tacirlərindən birinin qulu оlduğu dövrdə müsəlman dinini qəbul etmişdir. Tacirin vəfatından Bağdada köçərək kitab üzü köçürmək və kitab alveri etməklə məşğul оlmuşdur. ХIII əsrin I yarısında ərəblərin əldə etdikləri məlumatları tоplamaqla "Cоğrafi lüğət" kitabını yazmışdır.Yaqut Aralıq dənizinin şərqində yerləşən ölkələri, Iranı, Оrta Asiyanı gəzmiş və Mərv şəhərində yaşamışdır. Yunan və müsəlman ölkələrinin məlumatlarına əsaslanmaqla cоğrafi lüğətlər tərtib etməklə məşğul оlmuşdur. == Mənbə == И. Ю. Крачковский. "Путeшeствиe Ибн-Фадлана на Волгу", Издатeльство АН СССР. 1939 г. Крачковский И. Ю. Избранныe сочинeния, т.4 Москва-Лeнинград 1957 Бартольд В. В. Сочинeния, т.т.1-6 Москва 1963-68. Yâkūt el-Hamevî (yazar Casim Avcı), sayfa 288–291.
Yaqut Paşayeva
Yaqut Nəriman qızı Paşazadə (19 sentyabr 1973, Mirbəşir) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti, DOM müstəqil teatrının aktrisası, ADMİU-nun "Dram teatrı və kino aktyoru" fakültəsində aktyor sənəti üzrə baş müəllimi == Həyatı == Yaqut Paşazadə 29 sentyabr 1973-cü ildə Tərtər şəhərində anadan olub. 1990-cı ildə Tərtər rayon 6 saylı orta məktəbi bitirmişdir. 1991–1996-cı illərdə ADMİU-nun "Dram Teatrı və Kino aktyoru" fakültəsinin məzunu olmuşdur. Kursun rəhbərləri Həsənağa Turabov və Vaqif İbrahimoğlu olmuşdur. 1993-cü ildən 2018-ci ilə kimi YUĞ Dövlət Teatrında ali dərəcəli aktrisa kimi çalışıb. Hazırda DOM müstəqil teatrında fəaliyyət göstərib.Türkiyə, Qazaxıstan, Misir, Norveç, Başqırdıstan,Türkiyə Rusiya, İran, Finlandiya və digər ölkələrdə keçirilən teatr festivallarında olmuşdur. 2013-cü ildə Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.1999-cu ildə ailə həyatı qurmuşdur. == İş təcrübəsi == 2006-cı ildə Türkiyə, Gürcüstan, Azərbaycan teatrları araısnda "Açıq Cəmiyyət İnstitutu-Azərbaycan" təşkilatının keçirdiyi "Mən, Sən, Biz…" teatr layihəsində koordinator (aktyor sənəti üzrə) və aktrisa; 2007-ci ildə Norveç Krallığının Kirkenes şəhərində keçirilən SAMOVAAR teatrının beynəlxalq teatr layihəsində Azərbaycanı yeganə təmsil edən aktrisa; 2007-ci ilin fevralında "Yeni Dalğa" Yazarlar Birliyinin keçirdiyi "Terrorizmə qarşı" layihəsində koordinator; 2007-ci ilin fevral-iyul aylarında "Çətin tərbiyə olunun uşaqlar" koloniyasında teatr məşğələlri-treninqlər keçirmiş və tamaşalar hazırlamışdır; 2007-ci ilin mart ayında Britaniya Şurasının dəstəyi ilə keçirilən "Forum Teatr" layihəsində aktyor sənəti üzrə keçirilən məşğələlərin aparıcısı və tamaşa quruluşunda məsləhətçi; 2007-ci ildə ATƏT və Azərbaycan DİN ilə birgə keçirilən "İnsan alverinə qarşı" layihəsində treninqlərin aparıcısı olumşdur. 2011-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyoru" fakültəsində aktyor sənəti üzrə baş müəllimi çalışır. dOM Teatrı "Culture and Management Lab" (Gürcüstan), Cənubi Qafqaz Əməkdaşlıq Təşkilatı (İsveçrə) dəstəyi ilə "Əlilliyi olan insanlar üçün İcma Teatrı" layihəsində treninq üzrə müəllim kimi çalışıb == Azərbaycan Dövlət Yuğ Teatrında ifa etdiyi tamaşalar == Aktrisa çılğın səhnə tembrinə malikdir.
Yaqut Paşazadə

Yaqut Sadıqova
Yaqut Hüseyn qızı Sadıqova — Azərbaycanın "Əməkdar müəllimi" (2012), "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Sadıqova Yaqut Hüseyn qızı 1964-cü ildə Laçın şəhərində anadan olub. 1981-ci ildə Laçın şəhər 1№-li orta məktəbi əla qiymətlərlə bitirib. Ali təhsilli riyaziyyat müəllimidir. == Fəaliyyəti == Əmək fəaliyyətinə uşaqlarla iş aparan təlimatçı kimi başlamış, sonrakı dövrlərdə müəllim, təlim-tərbiyə işləri üzrə direktor müavini, metodist, inspektor və 1998–2002-ci illərdə 179 saylı məktəbdə direktor vəzifələrində çalışıb. 2002-ci ildən 2014-cü ilə qədər 83№-li məktəb-liseydə direktor vəzifəsində çalışıb. 2014-cü il Avqustun 18-dən Yasamal rayonu 13 №-li tam orta məktəbin direktoru vəzifəsində çalışır. == Mükafatları == İşlədiyi müddətdə dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon təhsil şöbəsi, BŞTİ və Təhsil Nazirliyi tərəfindən fəxri fərman və I dərəcəli diplomlarla təltif olunub. Respublika üzrə keçirilən Pedaqoji mühazirələr müsabiqəsində "İnnovasiya elementləri və onun tərbiyə təcrübəsi" mövzusunda çıxış edərək I yerə layiq görülmüş və Təhsil Naziri tərəfindən I dərəcəli diplomla təltif olunub. Bakı şəhəri üzrə keçirilən "İlin ən yaxşı məktəbi" və "İlin ən yaxşı direktoru" müsabiqələrində iştirak etmiş, I dərəcəli diplomla təltif olunub.
Yaqut Məmmədova (jurnalist)
Yaqut Əfrasiyab qızı Məmmədova (təxəllüsü Tapdıqqızı; d.1982, Lənkəran, Azərbaycan SSR) — azərbaycanlı jurnalist, "Tərəqqi" medalı laureatı (2020), "Azad Azərbaycan" telekanalının "ATV Səhər" redaksiyasının baş redaktoru, "ATV Qərargah" və "Qarabağ gündəliyi" layihələrinin rəhbəri və aparıcısı. == Həyatı və fəaliyyəti == 1988-1999-cu illərdə Lənkəran şəhər 1 nömrəli orta məktəbdə təhsil almış, 1999-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində Lider televiziyasında ştatdankənar müxbir kimi fəaliyyətə başlamış və 2005-ci ildən "Lider TV"-nin İctimai-siyasi, sosial problemlər və informasiya analitik proqramlar xidmətinin "Səda" informasiya qrupunun müxbiri, daha sonra "Səda-Səhər" informasiya verilişinin aparıcısı və redaktoru olmuşdur. 2010-cu ildə Lider televiziyasının İctimai-siyasi, sosial problemlər və informasiya analitik proqramlar xidmətinin yaradıcı prodüseri vəzifəsinə təyin olunaraq bir sıra layihələrə rəhbərlik etmişdir. Lider televiziyasının arxivində qorunan Heydər Əliyevə həsr edilmiş "Aşılmayan Sədd" və prezident İlham Əliyevin ilk prezidentlik dövründə fəaliyyətindən bəhs edən "Yüksəliş" sənədli filmlərinin müəllifidir. 2012–2015-ci illərdə "New Baku Post" qəzetinin Sosial Xəbərlər Bölməsinə rəhbərlik etmişdir. 2015–2018-ci illərdə CBC telekanalında Xəbər departamentinin prodüseri vəzifəsində çalışmış, eyni zamanda, 2016-cı ildə aprel döyüşləri zamanı hadisələrin işıqlandırılması üçün Müdafiə Nazirliyi tərəfindən yaradılan media qrupuna daxil edilərək bir neçə dəfə cəbhə bölgəsinə ezam olunmuşdur. 2018-ci ilin yanvarında Cocuq Mərcanlıdan "Böyük Qayıdışın başlanğıcı" sənədli filmini hazırlamışdır. 2018-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının İctimai–siyasi və Xəbərlər departamentinin "ATV Səhər" redaksiyasının baş redaktoru vəzifəsində çalışır. Bundan başqa, ATV televiziyasında yayımlanan "ATV Qərargah" layihəsinin müəllifi və aparıcısıdır.
Yaqut əl-Həməvi
Yaqut əl-Həməvi (1178, Konstantinopol – 20 avqust 1229, Hələb) — yunan əsilli ərəb coğrafiyaşünası, səyyahı. Yaqut əl-Həməvi Qafqaz və Azərbaycan tarixi üzrə qiymətli mənbələrdən biri olan "Mucəm əl-buldan" əsərinin müəllifidir. == Həyatı == Yaqut əl-Həməvi əslən türk оlsa da, Suriya tacirlərindən birinin qulu оlduğu dövrdə müsəlman dinini qəbul etmişdir. Tacirin vəfatından Bağdada köçərək kitab üzü köçürmək və kitab alveri etməklə məşğul оlmuşdur. ХIII əsrin I yarısında ərəblərin əldə etdikləri məlumatları tоplamaqla "Cоğrafi lüğət" kitabını yazmışdır.Yaqut Aralıq dənizinin şərqində yerləşən ölkələri, Iranı, Оrta Asiyanı gəzmiş və Mərv şəhərində yaşamışdır. Yunan və müsəlman ölkələrinin məlumatlarına əsaslanmaqla cоğrafi lüğətlər tərtib etməklə məşğul оlmuşdur. == Mənbə == И. Ю. Крачковский. "Путeшeствиe Ибн-Фадлана на Волгу", Издатeльство АН СССР. 1939 г. Крачковский И. Ю. Избранныe сочинeния, т.4 Москва-Лeнинград 1957 Бартольд В. В. Сочинeния, т.т.1-6 Москва 1963-68. Yâkūt el-Hamevî (yazar Casim Avcı), sayfa 288–291.
Harut və Marut
Harut və Marut (ərəb. هاروت وماروتعدل‎) — Quranda adları çəkilən mələklər. Rəvayətə görə Harut və Marut sehrlə məşğul olur və insanlara sehrin sirrlərini öyrədirdilər. == Etimologiyası == Harut və Marut adları Ərəbcə olmadığı irəli sürülür. Bu adların hansı dildən gəlməsi ilə bağlı fərqli fikirlər irəli sürülmüşdür. Bəzilərinə görə bu adlar Süryanicə, Ermənicə, Hindcə, Əcəmcə və Musəvicə olduğunu deyilsə, də əsas görüş bu adların Sami dilindən gəlməsidir. Bir sıra tədqiqatçılar bu adların ilk dəfə Zərdüştün kitabı olan Avestada HaurVatat və Ameratat şəkildə keçdiyini qeyd edirlər. Ümumiyyətlə İslam dinində bəhs olunan Harut və Marut adları İslamdan əvvəlki din və mədəniyyətlərdə də rastlanılır. Bunlara Şumer, Akkat, Zərdüştlük və Hinduizmi göstərə bilərik. == Qurani-Kərimdə == Qurani-Kərimin Bəqərə surəsində bəhs olunan Harut və Marut adları keçmişdən günümüzə qədər mübahisəli bir mövzu olmuşdur.
Aykut
Aykut — ad. Aykut Kocaman — Türkiyə futbolçusu və futbol baş məşqçisi. Aykut Oray – Türk teatr, kino və serial aktyorudur. Aykut Erçetin — Türkiyə futbolçusu Aykut Barka — Türkiyəli geoloq.Soyadİmren Aykut — Türkiyə iqtisadçısı və dövlət xadimi.
Bamut
Bamut (Çeçen. Bummat) kəndi Çeçenistan Respublikasının Açxoy-Martan rayonunda yerləşir. Bamut kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. == Coğrafiya == Kənd Fortanqa çayının sahilində, Açxoy-Martan rayonunun regional mərkəzindən 8 km cənub-qərbdə və Qroznı şəhərindən 50 km məsafədə yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimalda Assinovskaya və Yeni Şaroy kəndi, şimal-qərbdə Nesterovskaya kəndi, cənub-qərbdə Arştı kəndi, cənub-şərqdə Köhnə Açxoy, Yandi və Şalaşi kəndləri, şərqdə Katır-Yurt kəndidir. == Tarix == Fortanqa sahillərində yerləşən bu dağətəyi kənd nə vaxt qurulduğu haqqında dəqiq məlumat yoxdur. Rus tarixi sənədlərində tapılan istinadlar arasında birincisi, general Ermolovun Orstxoy-Martan və Bamutun yandırılması barədə məruzəsidir. Bu, 1818-ci ildə baş verdiyindən, kəndin ən az iki əsr yaşı olduğu bildirilir. Yalnız burada, iki əsrlik tarixində Bamut çox qısa bir müddət ərzində sakit bir dövr sürdü. Beləliklə, 1864-cü ildə Qafqaz müharibəsində yenidən praktik olaraq məhv edildi və bütün sakinlər Türkiyəyə köçürüldü.
Calut
Calut (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunda eyniadlı inzibati ərazi vahidinin mərkəzi. Calut monastırı — Oğuz rayonunun Calut kəndində yerləşən V–VI əsrlərə aid alban monastır. Calut (sərkərdə) — Qurani Kərimə görə Həzrət Davud peyğəmbər (s) tərəfindən sapandla öldürülmüş fələstinli nəhəng sərkərdə.
Haput
Haput — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hal hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi. == Toponimikası == Haput kəndi Quba rayonunun Əlik i.ə.v.-də kənd.
Rahat
Rahat (şəhər) — İsrailin cənubunda yerləşən bir şəhər. Rahat Əliyev — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri. Rahat Xan (d.1940) — Banqladeşli jurnalist.
Sahur
Sahur (ərəb. سحور‎‎ / saḥūr) — oruc tutmadan öncə, səhər açılmamışdan yeyilən yemək. Məhəmməd peyğəmbər "Sahurda oyanın, sahurda bərəkət vardır" deyə buyurmuşdur. Sahur kəliməsi ərəb dilindədir. Sahurun azərbaycan dilindəki əsl adı obaşdanlıqdır.
Salut
Salut (alm. salut‎) — hörmətlə Salamlamaq bir jest və ya hərəkətdi. Əsas hərbi silahlarda istfadə olunur. Salut (kənd) — Ermənistanda kənd.
Yafət
Yafət və ya Yafəs (ivr. ‏יָפֶֿתֿ,יֶפֶֿתֿ‏‎ ; yun. Ἰάφεθ; lat. Iafeth və ya Iapetus ; ərəb. يافث‎) — İbrahimi ənənəyə görə Nuhun oğlanlarından biridir. Ərəbdilli mənbələrdə adı, adətən Yafəs ibn Nuh şəklində qeyd edilir. == Doğulması haqqında fikirlər == Yafəs daha çox Nuhun ən kiçik övladı kimi yad edilsə də, bəzən onun ən böyük övlad olduğu da qeyd edilir. Yaradılış 5:32[5:32] və 9:18[9:18]-də Nuhun övladları ardıcıllıqla Sam, Ham və Yafəs şəklində qeyd edilir. Lakin onuncu fəsildə bu sıralama sondan əvvələ doğru təqdim edilir. Yaradılış 10:21–də[10:21] Yafəs və onun qardaşının təxmini yaşları qeyd edilmiş, müxtəlif tərcümələrin olması isə bu məsələdə qarışıqlıq yaratmışdır.
Yahoo
Yahoo — internet portalı. Yahoo! (inc. yahu) - İnternetdə ən populyar axtarış sistemlərindən birinə sahib olan və Yahoo! Directory portalı vasitəsilə bir sıra xidmətlər göstərən şirkət. Portala ən “yaşlı” və ən populyar elektron poçt xidmətlərindən olan Yahoo! Mail də daxildir. Yahoo! şirkətinin əsası 1994-cü ildə Stenford Universitetinin aspirantları Devid Faylo (David Filo) və Cerri Yanq (Jerry Yang) tərəfindən qoyulub. Baş ofisi ABŞ-də, Kaliforniya ştatının Sanniveyl (Sunnyvale) şəhərində yerləşir.
Yahoo!

Yahve
Yahve (ivr. ‏יַהְוֶה/𐤉𐤄𐤅𐤄‏‎, jahˈwe; mənası – "rəbb") — iudaizm və xristianlıqda tanrının çoxsaylı adlarından biri, Cənubi İsrail və Yəhudi çarlıqlarında milli tanrı. Onun dəqiq mənşəyi mübahisəli bir mövzudur, lakin onun mənşəyi erkən dəmir dövrünə, hətta tunc dövrünə qədər gedib çatır. Onun adı Kənan xalqının dininin baş tanrısı olan Elin adından törəmiş ola bilər, ancaq Yahvenin adının ən erkən münasib sadalanması Qədim Misir mətnlərindədir. Bu mətnlərdə Transiordaniyanın cənubunda yaşayan Şasu köçəri tayfasıdır.Ən qədim dini ədəbiyyat nümunələrində Yahve tipik bir Yaxın Şərq "döyüşçü tanrısı"dır, hansı ki, müqəddəs ordusunu İsrailin düşmənlərinə qarşı yürüdür. O, daha sonra İsrail və Yəhudi çarlıqlarının əsas tanrısına çevrilir. Vaxt keçdikcə saray və Yərusəlim məbədi Yahveni bütün kainatın hər bir ilah və ilahənin hər bir müsbət keyfiyyətini daşıyan tanrısı elan edir. Babiloniya sürgününün (e.ə. VI əsr) sonunda özgə tanrıların varlığı inkar edilir və Yahve bütün kainatın qurucusu, bütün dünyanın yeganə tanrısı hesab edilir.