YAQUB

ardınca, iz ilə gedən; dabanbasdı (qədim yəhudi "Yakov" adının ərəb forması).
YAHYA
YAQUBALI
OBASTAN VİKİ
Həlimə Yaqub
Həlimə bin Yaqub (Cavi: حاليمه بنت ياچوب) (23 avqust 1954, Sinqapur) Malay mənşəli Sinqapur siyasətçisi. Həlimə Yaqub, 13 sentyabr 2017-ci il tarixindən Asiya ölkəsi Sinqapurun səkkizinci prezidenti kimi dövlət başçısı vəzifəsinə seçilmişdir. 2001-ci ildən bəri siyasətdə olan Həlimə Yaqub 2013-cü ildən bəri Sinqapurda parlamentin sədri vəzifəsini icra etmişdir. 7 avqust 2017-ci ildə qarşıdakı prezident seçkilərində iştirak etmək üçün vəzifəsindən istefa vermiş, 23 sentyabr 2017-ci il tarixində keçiriləcək seçkilərdəki namizədliyini açıqlamışdır. 2017-ci il prezident seçkiləri namizədləri arasında yeganə müvafiq namizəd olduğu elan edildikdən sonra seçkilərə ehtiyac olmadan 11 sentyabr 2017-ci il tarixində ölkənin yeni prezidenti elan edilmişdir.
Mail Yaqub
Mail Yaqub — Azərbaycan filosofu, sosioloq, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru. == Həyatı == 10 iyun 1979-cu ildə Azərbaycanın Cəlilabad rayonunda anadan olmuşdur. Xəzər Universitetinin və Tehran Universitetinin məzunudur. Fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur. 2011-ci ildə "Nitsşenin "Əxlaq geneologiyası" əsərinin təhlili və tənqidi" mövzusunda doktorluq dissertasiya işini müdafiə etmişdir. 2009-cu ildə "Din fəlsəfəsi", 2012-ci ildə "Metafizika düşüncələri" kitabları Bakıda işıq üzü görmüşdür. 2008-ci ildən Xəzər Universitetinin Fəlsəfə departamantində "Müasir Avropa fəlsəfəsi", "Əxlaq fəlsəfəsi", "Fəlsəfəyə giriş" və "Din fəlsəfəsi" fənnlərini tədris edir. Ailəlidir. 2 övladı var.
Musa Yaqub
Yaqubov Müsavat Səfiməmməd oğlu (Musa Yaqub; 10 may 1937, Buynuz, İsmayıllı rayonu – 7 may 2021, Buynuz, İsmayıllı rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Milli Məclisin deputatı (1995–2000), Azərbaycan Respublikasının Xalq şairi (2019). Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957–1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958–1967) işləmişdir. ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1967–1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olmuşdur. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1974–1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olmuşdur (1978-?). Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlamışdır. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak etmişdir. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olmuşdur (1979—?).
Yaqub
Yaqub (ən tezi e.ə. 2006 və ən geci e.ə. 1791, Kənan – ən tezi e.ə. 1920 və ən geci e.ə. 1644, Qədim Misir) — Quranda adı çəkilən İslam peyğəmbərlərindən biri. 12 oğlu olmuşdur.
Yaqub (ad)
Yaqub — ad. Yəqub — peyğəmbər.
Yaqub (peyğəmbər)
Yaqub (ən tezi e.ə. 2006 və ən geci e.ə. 1791, Kənan – ən tezi e.ə. 1920 və ən geci e.ə. 1644, Qədim Misir) — Quranda adı çəkilən İslam peyğəmbərlərindən biri. 12 oğlu olmuşdur.
Yaqub Abdullayev
Yaqub Hidayət oğlu Abdullayev — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Azotlu birləşmələr" laboratoriyasının sabiq müdiri, kimya üzrə elmlər doktoru, professor. Yaqub Hidayət oğlu Abdullayev 1939-cu il aprelin 28-də Füzuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1946-1953-cü illərdə Füzuli rayonundakı B.Sərdarov adına yeddiillik məktəbdə, 1953-1957-ci illərdə Pedaqoji texnikumda təhsilini başa vurduqdan sonra təyinat üzrə İmişli rayonunda Qızılkənd yeddiillik məktəbinin müəllimi işləmişdir. 1957-1959-cu illərdə ordu sıralarında xidmət etdikdən sonra Azərbaycan Elmlər Akademiyası (EA) Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) Təcrübə-Sənaye zavodunda operator, 1960-64-cü illərdə isə “Monomerlər kimyası” laboratoriyasında baş texnik vəzifəsində fəaliyyət göstərmişdir. 1961-67-ci illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsinin axşam şöbəsində ali təhsil alan Y.H.Abdullayev 1964-67-ci illərdə mühəndis, 1967-75-ci illərdə kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1967-71-ci illərdə Azərbaycan EA NKPİ-nin qiyabi aspiranturasında təhsil almışdır. 1975-84-cü illərdə NKPİ-nin “Azotlu birləşmələr” laboratoriyasında baş elmi işçi, 1984-2012-ci illərdə həmin laboratoriyanın müdiri vəzifəsində çalışmışdır. Y.H.Abdullayev 1972-ci ildə “Tsikloheksan karbohidrogenləri ilə zəngin olan benzin fraksiyalarının oksidləşdirici ammonoliz reaksiyasının tədqiqi” mövzusunda namizədlik, 1991-ci ildə isə “Aromatik nitrillərin, onların amin- və amid törəmələrinin alınma üsullarının işlənib hazırlanması və onların əsasında yeni oliqomer məhsulların sintezi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək “Neft kimyası” ixtisası üzrə müvafiq elmi dərəcələrə yiyələnmişdir. 1998-ci ildə həmin ixtisas üzrə professor elmi adı almışdır.
Yaqub Babayev
Yaqub Məhərrəm oğlu Babayev (tam adı: Babayev Yaqub Məhərrəm oğlu) — Azərbaycan ədəbiyyatşünası, pedaqoq, filologiya elmləri doktoru, professor (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü. Yaqub Məhərrəm oğlu Babayev 12 oktyabr 1958-ci ildə Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində müəllim ailəsində anadan olmuşdur. Dəyəqarabulaq kənd səkkizillik məktəbini bitirmiş (1965-1973), Rüstəm Əliyev (indiki Miskinli) kənd orta məktəbində orta təhsilini tamamlamışdır (1973-1975). 1976-1980-ci illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universiteti) Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ali məktəbi bitirdikdən sonra təyinatla göndərildiyi İsmayıllı rayonunun Qalacıq və Qələyə kənd məktəbində (1980-1985) ixtisası üzrə müəllim işləmişdir. 1981-1983-cü illərdə ordu sıralarında xidmət etmişdir. V.İ. lenin adına ADPİ-nin (indiki ADPU-nun) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əyani aspiranturasını bitirmişdir (1985-1988). “Azərbaycan uşaq nəsrinin inkişafı tarixindən (1905-1920)” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdır (1989). Yaqub Babayevin əmək fəaliyyəti 1990-cı ildən etibarən ADPU ilə bağlıdır. O, həmin universitetin “Folklorşünaslıq” laboratoriyasında kiçik elmi işçi (1990-1992) və baş elmi işçi (1992-1994) vəzifələrində çalışmış, Azərbaycan ədəbiyyatı tarxı kafedrasında müəllim (1994-1998) işləmişdir.
Yaqub Budaqov
Yaqub Qurban oğlu Budaqov (d. 22 dekabr 1927, Babək rayonu, ZSFSR, SSRİ — ö. 2 oktyabr 1993, Naxçıvan, Naxçıvan MR, Azərbaycan) — həkim-nevropatoloq, tibb elmləri namizədi və Azərbaycan Respublikasının əməkdar həkimi. Yaqub Budaqov 1927-ci ildə Babək rayonunun Sovetabad kəndində (indiki Xətai küçəsi) anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Tibb İnstitunun (İndiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsini bitirmişdir. 1964-cü ildə tibb elmlər namizədi və Azərbaycan Respublikasının əməkdar həkimi olmuşdur. 1957-ci və 1993-cü illər arasında, Naxçıvan Respublika Xəstəxanasında nevropotologiya şöbəsinin müdiri, eyni zamanda Naxçıvan MR-ın Səhiyyə Nazirliyinin baş nevropatoloqu vəzifəsində işləmişdir. 1993-cü ilin oktyabr ayının 2-də Naxçıvan şəhərində 65 yaşında vəfat etmişdir. 1994-cü ildə Naxçıvan MR Psixonevroloji Dispanserinə Yaqub Budaqovun adı verilmişdir.
Yaqub Eyyubov
Yaqub Abdulla oğlu Eyyubov (24 oktyabr 1945, Mingəçevir) — Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini (2003-cü ildən). Yaqub Eyyubov 24 oktyabr 1945-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. ixtisası — inşaat mühəndisidir, texnika elmləri doktoru, professordur. 1994-cü ildə Beynəlxalq Mühəndis Akademiyasının akademiki seçilmişdir. Əmək fəalliyyətinə 1964-cü ildə leyt. Şmidt adına zavodda tornaçı kimi başlamışdır. 1963–1964-cü illərdə Azərbaycan Politexnik İnstitutunun tələbəsi olmuşdur. 1964–1967-ci illərdə ordu sıralarında qulluq etmişdir. 1968–1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunun tələbəsi olmuşdur. 1970–1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin komsomol komitəsinin katibi, 1972–1974-cü illərdə həmin institututda baş laborant, institutun aspirantı, 1973–1974-cü illərdə institut partiya komitəsi katibinin müavini olmuşdur.
Yaqub Hacıyev
Yaqub Hacıyev (9 may 1929, Şamxor – 19 iyul 2009) — akademik, baytarlıq elmləri doktoru (1968), professor (1972), AMEA-nın həqiqi üzvü (2001). Yaqub Hacıyev 9 may 1929-cu ildə Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olmuşdur. 1949-cu ildə Leninqrad Baytarlıq İnstitutuna köçürülərək, 1951-ci ildə burada ali təhsilini uğurla başa vurmuşdur. O, 1957-ci ildə Moskvada Konstantin Skryabin adına Ümumittifaq Helmintologiya İnstitutunun aspiranturasını bitirmişdir. Yaqub Hacıyev əmək fəaliyyətinə Zaqatala Kənd Təsərrüfatı Texnikumunda müəllim kimi başlamış, 1951–1952-ci illərdə Şəmkir Rayonu Mərkəzi Baytarlıq Müalicəxanasında baytar həkimi işləmişdir. O, 1952–1956-cı illərdə Azərbaycan Elmi Tədqiqat Baytarlıq Təcrübə Stansiyasının Naxçıvan dayaq məntəqəsində kiçik elmi işçi, 1956–1958-ci illərdə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun Naxçıvan Kənd Təsərrüfatı Zona təcrübə stansiyasında baytarlıq şöbəsinin müdiri, 1958–1959-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin respublika baytarlıq laboratoriyasında baş baytar vəzifələrində çalışmışdır. Yaqub Hacıyevin elmi fəaliyyəti 1959-cu ildən etibarən Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutu ilə bağlı olmuşdur. O, 1959–1968-ci illərdə bu institutda müxtəlif vəzifələrdə çalışmış, 1968-ci ildən ömrünün sonuna qədər burada laboratoriya müdiri işləmişdir. Yaqub Hacıyev 1957-ci ildə namizədlik və 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1972-ci ildə professor elmi adını almışdır.
Yaqub Hüseynov
Yaqub Valeh oğlu Hüseynov (13 avqust 1971, Bakı) — Azərbaycanlı sahibkar, sərmayəçi, developer və xeyriyyəçi. O, ”Bridge Group” şirkətinin təsisçisidir. Bu təsisat həm yerli, həm də beynəlxalq bazarlarda inşaat, otelçilik və restoran, logistika, mülkiyyətin idarə edilməsi və kənd təsərrüfatı kimi sahələri əhatə edən şirkətlər qrupudur. Yaqub Hüseynov Bakıda anadan olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. O, Wharton Business School-da Strateji Düşüncə və Liderlik proqramını, eləcə də Harvard Business School-da Strategiyanın həyata keçirilməsi proqramını başa vurub. Fəaliyyətini memarlıq-layihələndirmə və inşaat sahəsində başlayan Yaqub Hüseynov məqsədyönlü, yaradıcı və etibarlı peşəkar kimi nüfuz qazanıb. Bu günə qədər bir çox beynəlxalq peşəkar assosiasiyaların mühüm və fəal üzvü kimi fəaliyyətini davam etdirməkdədir. 1998-ci ildə "Global Interiors Group" şirkətini təsis edib. Bu şirkət Azərbaycan bazarında qısa bir zamanda aparıcı memarlıq və tikinti şirkətlərinin siyhısında yer alıb. 2007-ci ildə Bakıda ilk kommersiya daşınmaz əmlak mərkəzlərindən biri - "Bridge Plaza" inşa edilmişdir.
Yaqub Həsənzadə
Yaqub Həsənzadə (Yaqub Dadaş oğlu Həsənzadə; 1906, İran, Cənubi Azərbaycan, Sərab ş. — 16 aprel 1975 Bakı) — sovet partiya və dövlət xadimi, Azərbaycan SSR Ali Məhkəməsinin üzvü, İkinci Dünya müharibəsinin iştirakçısı. Yaqub Həsənzadə Dadaş oğlu, 1906-cı ildə İranın Sərab şəhərində anadan olub. 1912-ci ildə valideynləri və böyük qardaşı Həmidullah Həsənzadə ilə birlikdə Bakıya köçüb. 16 yaşında, anasının vəfatından və atasının Səraba qayıtmasından sonra Yaqub Həsənzadə müstəqil həyata başlayaraq 1923-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdindəki Sovet Partiya Məktəbində oxuyur və parlaq bir məzun olduqdan sonra rəhbər işlərə göndərilir. Tanınmış şair, Böyük Britaniyanın "10 ən yaxşı xarici şairi" adına layiq görülmüş Nigar Həsənzadənin babasıdır. Yaqub Həsənzadə 1975-ci ildə Bakı şəhərində vəfat etmiş və Yasamal qəbiristanlığında dəfn olunmuşdur. Yaqub Həsənzadə bir sıra keçmiş qəza və dairə (Qazax, Laçın, Salyan, Naxçıvan 1926–1931) komsomol komitələrinin katibi vəzifəsində işləyir. 1931–1934-cü illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin katibi, Noraşen rayonu partiya komitəsinin katibi, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Şuşa rayon Komitəsinin məsul katibi, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Komitəsi MK-nın üzvü, Azərbaycan K(b)P Naxçıvan və Dağlıq Qarabağ Vilayət Komitələrinin plenum və büro üzvü seçilmişdir. Sonradan Azərbaycan Mərkəzi Nəzarət Komissiyasının qərarı ilə Yaqub Həsənzadə 1937-ci ilin əvvəlinə qədər işlədiyi Azərbaycan SSR Ali Məhkəməsinin üzvü kimi işə göndərilir.
Yaqub Kalqay
Əmir Hüseyn Yaqub Kalqay (1 yanvar 1887, Bağçasaray, Tavriya quberniyası[d] – 18 iyun 1955) – Türk siyasətçi və Türkiyə Böyük Millət Məclisinin VIII çağırış deputatı. Yaqub Kalqay 1 yanvar 1887-ci ildə Krımın Bağçasaray şəhərində dünyaya gəlmişdir. İlk təhsilini Mülkiyə məktəbində almışdır. İstanbul Şehremaneti Elm Heyəti mühəndisliyi, Samsun Sivas Dəmir Yolu İnşaat mühəndisliyi, Canik Sanjesi Yolu və Körpülər Baş mühəndisliyi, Mülki Dəmir Yolları və Limanları Hərbi Nəzarət Ümumi müdirliyi, Dəmiryol İnşaat Baş məsləhət və İnşaat və İstismar müdirliyi, Samsun Sivas Dəmiryol İnşaat və İstismar müfəttişi, Kayseri, İzmir Əməliyyatı Müfəttiş, Filyoz Zonquldağ Dəmiryol İnşaat müdirliyi, Nafifa Dəmiryolları İnşaat Elm Heyəti baş mühəndisliyində və.s kimi qurumlarda çalışmışdır. Türkiyə Böyük Millət Məclisinin VIII çağırış deputatı olmuşdur.
Yaqub Mahmudov
Yaqub Mikayıl oğlu Mahmudov (digər adı: Yaqub Mahmudlu; 10 fevral 1939, Baş Göynük, Şəki rayonu) — tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycanın və Dağıstanın əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, AMEA-nın müşaviri. Yaqub Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1966-cı ildə "Ağqoyunlu dövlətinin Venesiya ilə qarşılıqlı əlaqələri (XV əsrin 60–70-ci illəri)" mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə isə M. V. Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında "Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, 1966–1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, 1968–1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim, dosent və 1981–2004-cü illərdə isə BDU-nun Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini və dekan işləyib. 1986–1990-cı illərdə onun təşəbbüsü ilə Respublika Tarix Liseyi yaradılıb, Tarix fakültəsində yeni ixtisaslar – "tarixçi‐arxivşünas", "tarixçi‐şərqşünas", "çinşünas", "tarixçi‐arxeoloq", "tarixçi‐etnoqraf", "beynəlxalq münasibətlər", "sosiologiya", "psixologiya", "etnopsixologiya", "etnososiologiya" və "sosial psixologiya" ixtisasları açılıb, "Azərbaycanın maddi‐mədəniyyət tarixi", "Dünya azərbaycanlıları: tarixi‐demoqrafiya" elmi‐tədqiqat laboratoriyaları, "Tarixi tədqiqatlarda elektron‐hesablama maşınları və riyazi üsulların tətbiqi" tədris laboratoriyası yaradılıb, qədim türk dili və folklorunun tədrisinə başlanılıb. 1991-ci ildən BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir və həmin kafedranın formalaşması onun adı ilə bağlıdır. Yaqub Mahmudov Azərbaycan Respublikasının yeni təhsil sisteminin yaradılması işində, o cümlədən qəbul proqramlarının tərtibində və təkmilləşdirilməsində, test bankının yaradılmasında, fənlər üzrə metodiki vəsaitlərin hazırlanmasında fəal iştirak edib. 1991–1992‐ci illərdə Təhsil Konsepsiyası və Təhsil Qanununu hazırlayan ekspert‐işçi qrupuna rəhbərlik edib. 1992–1993-cü illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyasının (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası) sədr müavini və "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb.
Yaqub Mehdiyev
Mehdiyev Yaqub Ağa oğlu (26 mart 1948 – 29 mart 2013) — monumentalçı rəssam. Yaqub Mehdiyev 1948-ci il 26 martda Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirmiş, elə həmin il Moskva Ali Rəssamlıq Akademiyasının Monumental Dekorativ Rəngkarlıq fakültəsinə daxil olmuşdur. 1972-ci ildə Moskva Ali Rəssamlıq Akademiyasını bitirmişdir. 1975-ci ilədək Moskva Bədii Fondunda monumentalçı-rəssam vəzifəsində çalışmışdır. Y. Mehdiyevin yaradıcılıq stajı 1966-cı ildən başlamışdır. 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Azərbaycanda və xaricdə nümayiş olunan sərgilərdə fəal iştirak etmişdir. Onun mozaika və rəngkarlıq əsərləri İtaliya, Fransa, İngiltərə, İsrail, İspaniya, İsveç, Avstriya, Kanada, Almaniya, İsveçrə, Rusiya, Ukrayna, Estoniya, Türkiyə, ABŞ, İran, Misir, BƏƏ, Yaponiya və digər dünya ölkələrinin muzeylərində və şəxsi kolleksiyalarında qorunur. 1991-ci ildə rəssamın "Sevgililər" adlı mozaik əsəri Turqut Özalın ailəsinə hədiyyə edilmişdir.
Yaqub Məmmədov
Yaqub Cavad oğlu Məmmədov (3 mart 1941, Əliismayıllı, Gədəbəy rayonu) — azərbaycanlı alim və sabiq siyasətçi; tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1989), Azərbaycan Ali Sovetinin sədri (1992), Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı (1992); millət vəkili. Yaqub Məmmədov 1941-ci il mart ayının 3-də Gədəbəy rayonunun Əli-İsmayıllı kəndində anadan olub. 1966-cı ildən Azərbaycan Tibb Universitetinin patoloji fiziologiya kafedrasında azərbaycan və rus bölmələrində praktik məşğələlər aparır və mühazirələr oxuyurur. "Ürəyin öyrənilməsi" üzrə Beynəlxalq Cəmiyyətin, Beynəlxalq Patofizioloqlar və Limfoloqlar cəmiyyətinin, həmçinin "Ekstremal və terminal vəziyyətlər" Beynəlxalq elmi komissiyasının üzvüdür. Azərbaycanda siyasi təlatümlərin hökm sürdüyü bir vaxtda Azərbaycan Tibb Universitetinin o vaxtkı rektoru olan Yaqub Məmmədov parlamentin mart ayının 5-də Dağlıq Qarabağda etnik Azərbaycanlılara qarşı baş vermiş Xocalı soyqırımı ilə əlaqədar keçirilmiş növbədənkənar iclasında Azərbaycan Milli Məclisinin sədri seçilir. O, Azərbaycanın Qarabağ regionu üzrə parlamentdəki nümayəndəsi və eyni zamanda da parlamentin sədri olan Elmira Qafarovanın istefasından sonra bu vəzifəyə təyin edilmişdir. Mart ayının 6-da prezident Ayaz Mütəllibov istefaya getməyə məcbur edilmiş və o vaxtkı Azərbaycan konstitusiyasına əsasən, parlamentin sədri olan Yaqub Məmmədov yeni seçkilərə qədər prezidentlik vəzifəsinin və səlahiyyətlərinin icrasını öz üzərinə götürmüşdür. Məmmədov Azərbaycan prezidentinin vəzifələrini icra edərkən İranın vasitəçiliyi ilə sülh danışıqlarına başlamaq üçün Tehranda Levon Ter-Petrosyanla görüşmüşdür. Mayın 8-də Ter-Petrosyan və Məmmədov arasında Tehran Kommünikesi imzalandığı zaman erməni qüvvələri Şuşanı tutmuşdurlar. Məmmədov vermiş olduğu müsahibələr zamanı hər zaman Şuşanın itirilməsinə görə məsuliyyət daşıdığını inkar etmişdir.
Yaqub Nuriyev
Yaqub Nuriyev (azərb. Yaqub Qayubqulu oğlu Nuriyev‎; d.10 iyul 1953, Zəngəzur mahalının Sisyan rayonu) — Azərbaycanın əməkdar jurnalisti. Yaqub Nuriyev 1953-cü il iyul ayının 10-da Zəngəzur mahalının Sisyan rayonunda anadan olub. 1970-ci ildə Sofulu kənd orta məktəbini bitirərək ali təhsil almaq üçün Bakıya gəlib. Azərbaycan Politexnik İnstitutunun axşam şöbəsində təhsil almaqla bərabər Yeni Bakı Neftayırma zavodunda çilingər işləyib. O vaxtlar zavodun çoxtirajlı “Neftayıran” qəzetində idman mövzusunda çıxışlar edib. 1988-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib və o vaxtdan həmin ali təhsil ocağının “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası” kafedrasının baş müəllimidir. 1974-cü ildən respublika mətbuatı, xüsusilə “İdman”, “Azərbaycan gəncləri”, “Bakı” qəzetləri və Azərbaycan radiosu ilə əməkdaşlığa başlayıb. Radioda müxbirlikdən şöbə müdiri vəzifəsinədək yüksəlib və 2009-cu il oktyabrın 1-dək həmin təşkilatda çalışıb. 6 dəfə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, habelə Azərbaycan İdman Jurnalistlər Assosiyasiyasının mükafatları ilə təltif olunub, dəfələrlə ilin ən yaxşı idman jurnalisti seçilib.
Yaqub Nəcəfov
Yaqub Məhəmməd oğlu Nəcəfov (7 iyul 2000; Culfa, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Yaqub Nəcəfov 2000-ci il iyulun 7-də Culfa şəhərində anadan olub. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. Quru Qoşunlar Fakültəsinin IV kurs Kursantı idi. 2020-ci ilin sentyabrda İkinci Qarabağ müharibəsinin başlaması ilə bağlı "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollandı.Şəhadətindən sonra leytenant hərbi rütbəsi verilib. Subay idi. Azərbaycan Ordusunun kiçik leytenantı olan Yaqub Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yaqub Nəcəfov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Culfa şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaqub Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Yaqub Nəsirli
Yaqub Nəsirli (8 noyabr 1899 – 11 noyabr 1958) — Azərbaycan əsilli türkmən şairi. Yaqub Nəsirli 8 noyabr 1899-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1925-ci ildən Türkmənistanda çap olunurdu. 1941-ci ildə "Şeirlər" adlı toplusu nəşr edilmişdi. 1941-ci ildə cəbhədə "Leytenant oğlu" adlı poema yazmışdı. 1942-ci ildə "İgidlik" adlı əsər ərsəyə gətirdi. 1943-cü ildə "Düşməni vur" adlı toplusu dərc olundu. Yaqub Nəsirli "Arslan" adlı pyesin müəllifidir. Onun qələmindən xeyli hekayə, uşaqlar üçün yazılar çıxmışdı. O, Səməd Vurğunu, V. Mayakovskini, S. Marşakı və Cambulu türkmən dilinə tərcümə etmişdi.
Yaqub Quliyev
Yaqub Allahqulu oğlu Quliyev- Sovet Ordusunun general-mayoru, İkinci Dünya müharibəsi iştirakçısı Yaqub Allahqulu oğlu Quliyev 1900-cu il yanvarın 25-də füsunkar Qarabağın Şuşa şəhərində dünyaya gəlib. Milliyətcə azərbaycanlıdır. 1942-ci ilin dekabr ayında altmış birinci süvari diviziyasının ön döyüş xəttində qəhrəmanlıqla vuruşan general-mayor Yaqub Quliyev Stalinqrad ətrafı döyüşlərin birində ölümcül yaralandı. Həlak olandan sonra Lenin ordeni ilə təltif olundu. Hər iki generalımızın - Həzi Aslanovun 55-ci Əlahiddə Tank alayı və süvari korpus komandirinin müavini Yaqub Allahqulu oğlu Quliyevin 222-ci süvari alayı faşist feldmarşalı Manşteynin tank ordusunun darmadağın edilməsində qeyri-adi döyüş məharəti göstərmişlər. Bu döyüşlərdəki əvəzsiz komandirlik rəşadətinə görə general-mayor Yaqub Quliyev Lenin ordeninə, Həzi Aslanov isə Sovet İttifaqı Qəhrəmanı kimi şərəfli ada layiq görüldü. "Qarabağın görkəmli şəxsiyyətləri:Yaqub Quliyev (1900-1942)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013.
Yaqub Qurbanov
Yaqub Ziyəddin oğlu Qurbanov — Azərbaycan Respublikasının baş terapevti, Azərbaycan Tibb Universitetinin "Terapevtik və pediatrik propedevtika" kafedrasının professoru, kardioloq. Yaqub Qurbanov 1970-ci ildə ATU-nun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin ildən Elmi Şuranın qərarı ilə professor T. Ə. Əliyevin rəhbərlik etdiyi "Fakültə terapiyası" kafedrasına kliniki ordinator vəzifəsinə təyin edilmişdir. 1973-cü ildən isə "I Daxili xəstəliklərin propedevtikası" kafedrasına müsabiqə ilə assistent secilmiş, sonradan dosent, professor, 1992-ci il tarixdən 11. VII.2013-cü il tarixə kimi "I Daxili xəstəliklərin propedevtikası" kafedrasının müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Tibb Universitetinin Elmi Şurasının 24 iyun 2013-cü il tarixli 10 saylı qərarına əsasən "I Daxili xəstəliklərin propedevtikası", "II Daxili xəstəliklərin propedevtikası" və "Uşaq xəstəliklərinin propedevtikası" kafedraları birləşdirilərək onların bazasında "Terapevtik və pediatrik propedevtika" kafedrası yaradılmış və müsabiqə yolu ilə 8. X.2013-cü il tarixdən kafedrada professor vəzifəsinə seçilmişdir. 1983-cü ildə "Ürəyin işemik xəstəliyinin (ÜİX) inkişafı və onun gedişində litium mikroelementinin rolu" mövzusunda namizədlik dissertasiyası, 1995-ci ildə isə "Ürəyin limfadrenajının tənzimlənməsi və onun ÜİX-nin patogenezi və müalicəsindəki əhəmiyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2010-cu ildə Respublikanın "Əməkdar həkimi" fəxri adına layiq görülmüşdür. Rəhbərliyi altında 2 nəfər tibb üzrə fəlsəfə elmləri doktoru adı almış və hal-hazırda 5 nəfər fəlsəfə elmləri doktoru, 1 nəfər isə doktorluq dissertasiyası üzərində çalışır. 214 elmi işin, o cümlədən 9 ədədi dərs vəsaiti və dərslik, 13 metodik tövsiyənin müəllifidir.
Yaqub Piriyev
Yaqub Maksim oğlu Piriyev (XX əsr) — Bakı Mühəndislik Universitetinin rektoru (2023). O bundan əvvəl Elm və Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri, Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin dekanı vəzifələrində çalışıb.
Yaqub Abqari
Yaqub Abqari (erm. Յաղուբ Էփքարիոս) və ya Listralı yepiskop Akop Abqari (erm. Հակոբ եպիսկոպոս Լյուստրացի Աբգարիոս; 1781, Beyrut – 1845, Beyrut) — erməni patriarx. 1781-ci ildə Kiçik Asiyanın Filomelion şəhərində (indiki Akşehir) anadan olmuşdur. 1823-cü ildə Yerusəlimdə xaric olunduqdan sonra protestantlığı qəbul etmiş və Livana köçərək Beyrutda məskunlaşmışdır. Beyrut divarının qapılarından birinə onun şərəfinə "Bab Yaqub" adı verilmişdir. Onun dörd övladı var idi, onlardan ən məşhurları İsgəndər Abqari və Yühənnas Abqaridir. 1845-ci ildə Beyrutda vəfat etmişdir.
Yaqub Qədimov
Yaqub Bala oğlu Qədimov (20 aprel 1917, Bakı — 1983, Bakı) ― texnika üzrə elmlər doktoru (1962), professor (1962), AMEA-nın müxbir üzvü(1968). Yaqub Qədimov 20 aprel 1917-ci ildə Bakı şəhərində anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. Yaqub Qədimov 1941-1942-ci illərdə "Azneft"də mühəndis, 1942-1943-cü illərdə sovet ordu sıralarında zabit, 1943-1945-ci illərdə "Azneft"də mühəndis kimi fəaliyyət göstərib. O, 1945-1964-cü illərdə AMEA Energetika İnstitutunda aspirant, elmi işçi, laboratoriya müdiri olub. 1964-cü ildən isə Azərbaycan Texniki Universitetində kafedra müdiri vəzifəsində çalışıb. Yaqub Qədimov 1948-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1962-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1962-ci ildə professor elmi adını alıb. 1968-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib. Alimin 200-dən artıq elmi işin, monoqrafiyanın və ixtiranın müəllifidir. Yaqub Qədimovun elmi yaradıcılığının əsas istiqaməti əsasən neft sənayesində texnoloji pro­seslə­rin avtomatlaşdırlmış idarəetmə sistemlərinin işlənməsinə həsr olunub.
Ella Yaqubova
Ella İsmayıl qızı Yaqubova (30 dekabr 1946, Kirovabad) — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (2018), Mingəçevir Dövlət Dram Teatrının aparıcı aktrisası, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü (1989). == Həyatı == Yaqubova Ella İsmayıl qızı 1946-cı il Dekabrın 30-da Gəncə şəhərində anadan olub. İbtidai təhsilini Gəncə şəhərində, orta məktəbi isə Bakı şəhərində 44 saylı orta məktəbi bitirib. 1963-cü ildə Bakı Mədəni Maarif Texnikumuna daxil olub, 1966-cı ildə oranı bitirdikdən sonra Gəncə Dövlət Dram Teatrına göndərilib həmin teatrda müxtəlif dram əsərlərində iştirak etib. 1968-ci ildə təyinatla Mingəçevir Dövlət Dram Teatrına göndərilib. 300-dən artıq obrazlar ifa edib. Mingəçevir Dövlət Dram Teatrında ifa etdiyi rollar: Almaz "Almaz" (Cəfər Cabbarlı) Sara "Solğun çiçəklər"(Cəfər Cabbarlı) Gültəkin "Aydın" (Cəfər Cabbarlı) Tanya "Yaşar" (Cəfər Cabbarlı) Sona "Hacı Qara"(Mirzə Fətəli Axundov) Həcər xanım "Eşq və İntiqam"(Süleyman Sani Axundov) Fəxrundə "Bayramın birinci günü"(Nazim Hikmət) Sara bəyim "Vətən dərdi"(Nazim Hikmət) Ana "Ana" (Hüseyn Cavid) Nənə "Nənəmin kələyi" (Əli Əmirli) Ana "İki yetimin taleyi"(Əli Əmirli) Nurcahan "Nənənin Kələyi"(Əhməd Orucoğlu) və.s əsərlərdə baş rolların və birinci dərəcəli obrazların ifaçısı olub. 40-ildən artıq Mingəçevir Dövlət Dram Teatrında fəaliyyət göstərən aktrisa hal-hazırda Mingəcevir Dövlət Dram Teatrında yaranmış "Ümid" gənc aktyorlar studiyasında müəllim kimi fəaliyyət göstərərək Azərbaycan teatrı haqqında anlayış, səhnə danışığı, səhnə texnikası, səhnə hərəkəti və Azərbaycan teatrı haqqında tədris, maarif və mədəniyyət dərslərini keçir. Region televiziya kanalı olan "El" kanalında fəaliyyət göstərir. Azərbaycan istehsalı olan "Xoca" filmində "Sultan" xanım obrazında və "Həyat varsa" teleserialında çəkilib.
Eltun Yaqublu
Eltun Sofik oğlu Yaqublu (19 avqust 1992, Bakı) — Səbail klubunun kapitanı və müdafiəçisi .
Elxan Yaqubov
Eyyub Yaqubov
Eyyub Zəkəriyyə oğlu Yaqubov (26 aprel 1965, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti (2018). == Həyatı == Eyyub Yaqubov 26 aprel 1965-ci ildə Bakının Bayıl qəsəbəsində anadan olmuşdur. İlk təhsilini 49 saylı orta məktəbdə almışdır. Musiqiyə olan böyük maraq onun eyni zamanda 3 saylı musiqi məktəbində oxumağı ilə əks olunur. 8 illik təhsilini orta məktəbdə bitirdikdə, 1980-ci ildə o Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinfinə daxil olur. Texnikumda oxumaqla yanaşı o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında pianoçu işləyirdi. Bu ansambl ilə o, Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edirdi. Hələ məktəbli olaraq 3 saylı musiqi məktəbinin 7-ci sinif şagirdi Azərbaycan pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutmuşdur. Əlibaba Məmmədovun ansamblında işləyərək, klassik musiqi ilə yanaşı Eyyub xalq musiqisini də öyrənirdi. Dostları və tanışları əhatəsində olaraq o hərdən mahnılar da oxuyurdu.
Fevzi Yaqubov
Fevzi Yaqubov (krımtat. Fevzi Yaqub oğlu Yaqubov, Февзи Якъуб огълу Якъубов; 10 noyabr 1937 – 23 avqust 2019, Krım) — Texniki elmlər doktoru, professor, Krım Mühəndis-Pedaqoji Universitetinin rektoru (1993–2016). Ukrayna qəhrəmanı (2004), Krım Respublikasının fəxri vətəndaşı (2018). == Bioqrafiyası == 10 noyabr 1937-ci ildə Krım Muxtar Sovet Sosialist Respublikasının Çernomorsk rayonunda anadan olmuşdur. Miliyyətcə Krım tatarıdır. == Təhsil == Daşkənd Politexnik İnstitutunun mühəndis-mexanik, "Maşınqayırma texnologiyası" fakültəsini bitirmişdir (1956–1961), . 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Doktorluq dissertasiyası "Kontakt proseslərinin termodinamikasının təhlili əsasında metal kəsici alətlərin davamlılığının artırılması yolları" olur. Texniki elmlər doktoru (1984), professor (1985). Krım Elmlər Akademiyasının üzvüdür (1994).
Fərman Yaqublu
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Fəxrəddin Yaqubov
Fəxrəddin Yaqub oğlu Yaqubov (9 iyul 1962, Yusifbəyli, Qubadlı rayonu – 22 noyabr 2020, Laçın rayonu) — Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Təcili Tibbi Yardım Stansiyasının sürücüsü. == Həyatı == Fəxrəddin Yaqubov 1962-ci il iyulun 9-da Qubadlı rayonunun Yusifbəyli kəndində anadan olub. Ailəli idi, bir oğlu bir qızı yadigar qaldı. === Təhsili === 1969–1979-cu illərdə Qubadlı rayon Çay Tumas kənd tam orta məktəbində təhsil alıb. 1979–1980-ci illərdə Bakıda 12 saylı Peşə məktəbində "soyuducu təmirçisi" ixtisası üzrə təhsilini davam etdirmişdir. === Hərbi xidməti === Fəxrəddin Yaqubov 1980–1982-ci illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. === Fəaliyyəti və ölümü === Bir müddət Bakı şəhərində sərnişin daşıma nəqliyyatında işləyən Yaqubov 15 ildən artıq Xətai rayonunda 7 nömrəli Təcili Tibbi Yardım Stansiyasında çalışırdı. 2020-ci ilin fevralından Azərbaycanda da aşkar olunmağa başlayan Koronavirus pandemiyası zamanı Yaqubov Təcili Tibbi Yardım (TTY) Stansiyasının sürücüsü kimi koronavirus xəstələrini xəstəxanaya çatdırmışdır. Fəxrəddin Yaqubov 2020-ci il sentyabrın 28-dən İkinci Qarabağ müharibəsində könüllü olaraq çalışmağa başlamışdır. Fəxrəddin Yaqubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlər zamanı ölən və yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını döyüş meydanından çıxran Təcili Tibbi Yardım (TTY) avtomobilinin sürücüsü olub.
Gərd-i Yaqub (Soyuqbulaq)
Gərd-i Yaqub (fars. گرديعقوب‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (62 ailə).
Hacı Əlisəfa Yaqubov
Hacı Əlisəfa Yaqubov (1938, Xızı – 24 may 2016, Xızı rayonu) — Sosialist Əməyi qəhrəmanı, iki dəfə Azərbaycan Ali Sovetinin deputatı seçilmiş, hazırda Prezident təqaüdçüsü == Həyatı == Hacı Əlisəfa Yaqubov 1938-ci ildə anadan olmuşdur. Əslən Xızının Gimçi kəndindəndir.
Hikmət Yaqubov
Yaqubov Hikmət Əlisgəndər oğlu (Masallı rayonu) — Əməkdar mədəniyyət işcisi. == Həyatı == Hikmət Əlisgəndər oğlu Yaqubov 1972-ci il avqustun 4-ü Masallı rayonunun Birinci Yeddioymaq kəndində dünyaya gəlib. 1979–1989-cu illərdə Kalinovka kənd orta məktəbində oxuyub. 1989–1994-cü illərdə Ə. Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 2005-ci ildə daxil olduğu Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət idarəetməsi fakültəsini 2008 ci-ildə fərqlənmə diplomu ilə bitirib. == Fəaliyyəti == 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. Rejissor assistenti vəzifəsindən baş rejissor vəzifəsinə qədər pillə-pillə yüksəlib. Televiziya karyerası müharibə dövrünə təsadüf edən Hikmət Yaqubov Televiziyanın Hərbi Proqramlar və Salnamə Redaksıyasında olduğu illərdə qaynar döyüşlərin getdiyi bölgələrdən, Ağdam, Füzuli, Goranboy rayonlarından xüsusi reportajlar və bir sıra verlişlər hazırlayıb. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev barədə çəkilən "Böyük Ömrün Anları" adlı üç hissəli sənədli filmin rejissoru olub. Gənc rejissor bundan sonra 1996-cı ildə "Azərbaycan", 1998-ci ildə isə nəhəng Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında lentə alınan "Üç Dəniz Əfsanəsi" sənədli filmlərinə quruluş verib.
Hümbət Yaqubov
Həsən Yaqubov
Həsən Hüseyn oğlu Yaqubov - əsgər, İkinci Vətən müharibəsi şəhidi == Həyatı == Həsən Hüseyn oğlu Yaqubov 1990-cı ilin 13 aprelində Beyləqan rayonu Şəfəq qəsəbəsində anadan olub. == Hərbi xidməti == Həsən Yaqubov Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində sürücü kimi iştirak edib. Həsən Yaqubov 2021-ci il yanvarın 12-də Xocalı rayonunda avto qəza nəticəsində şəhid olub . Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Yaqubov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Kitab əl-buldan (əl-Yaqubi)
Kitab əl–buldan (ərəb. كتاب البلدان‎; azərb. Ölkələr haqqında kitab‎; ing. Book of Countries) — IX əsr ərəb tarixçisi və coğrafiyyaşünas–səyyahı Əbül–Abbas Əhməd ibn Əbu Yaqub ibn Cəfər Vəhb ibn Vadih əl–Katib əl–Abbasi əl–Yaqubi tərəfindən yazılması hicri təqvimlə təqribən 278–ci (miladi 891–ci) və ya 292–ci (miladi 905–ci) ildə sona çatdırılmış ümumi coğrafiya əsəri. Abbasilər xilafətinin məmurları üçün nəzərdə tutulmuşdu. == Əlyazmaları == Akademik İ. Y. Kraçkovskinin qeydlərinə əsasən əsərin iki əlyazması məlumdur: birincisi Sankt-Peterburq Dövlət Universitetinin professoru A. O. Muxlinski (rus. Антон Осипович Мухлинский; d. 1808 – ö. 1877) tərəfindən Misirdə aşkarlanmışdır və Münhendə Bavariya Dövlət Kitabxanasında (alm. Bayerische Staatsbibliothek‎) saxlanılır, ikincisi isə alman ərəbşünas F. Kern (alm.
Mahirə Yaqubova
Mahirə Mehdi qızı Yaqubova (4 dekabr 1954, Bakı) — azərbaycanlı aktrisa, pedaqoq, Azərbaycan Respublikasının əməkdar artisti (2002), Azərbaycan Respublikasının əməkdar müəllimi (2023). == Həyatı == Mahirə Yaqubova 1954-cü il dekabr ayının 4-də Bakıda anadan olmuşdur. Suraxanı rayonundakı 101 saylı orta məktəbdə oxuyub. Səkkizinci sinifdən sonra məktəbəqədər pedaqoji məktəbdə təhsil alıb. İlk dəfə səhnəyə də burada çıxıb. Əbdürrəhim bəy Haqverdiyevin "Bomba" novellası əsasında səhnələşdirilən tamaşada Feyzulla rolunu oynayıb (məktəbdə yalnız qızlar təhsil alırdı). 1974-cü ildə müvəffəqiyyətlə imtahan verərək M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub və buranı fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində Anarın "Adamın adamı" əsərində (quruluşçu rejissor Ədalət Ziyadxanov) At Balaxanım, Lope de Veqanın "Sevilya ulduzu" əsəri əsasında hazırlanan diplom tamaşasında isə Natella obrazlarını uğurla ifa edib. 1979-cu ildən bu günə kimi Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, son illər isə dosent vəzifəsində çalışır. Bir çox elmi məqalələrin, metodik göstərişlərin, dərsliklərlə bağlı proqramların müəllifidir.
Mayis Yaqubov
Mir Teymur Yaqubov
Mir Teymur Mir Ələkbər oğlu Yaqubov (24 oktyabr (6 noyabr) 1904, Bakı, Rusiya imperiyası – 13 fevral 1970, Bakı, SSRİ) — Azərbaycan-sovet partiya və dövlət xadimi, general-leytenant (1945), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1953–1954), Azərbaycan SSR daxili i̇şlər komissarı və naziri (1941–1950), Azərbaycan SSR Ali Sovetinin ilk sədri (1938–1941). Mir Teymur Mir Ələkbər oğlu Yaqubov 24 oktyabr (6 noyabr) 1904-cü ildə Bakı şəhərində dənizçi ailəsində anadan olmuşdur. Onun atası matrosluqdan kapitan rütbəsinədək yüksəlmişdir. Bununla belə, ailənin imkansızlığı səbəbindən Mir Teymur yalnız ibtidai təhsil ala bilmişdir. 1916-cı ildə dördillik Bakı rus-tatar məktəbini bitirmiş, 1919-cu ilin may ayından 1920-ci ilin iyun ayınadək Əliyev qardaşlarının bankında kassir kimi çalışmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Mir Teymur Yaqubov Bakı Sovetində işləmiş, 1920-ci ilin iyun ayından 1925-ci ilin sentyabr ayınadək burada kommunal təsərrüfatı idarəsinin böyük nəzarətçisi, 1925-ci ilin sentyabrından 1926-cı ilin avqustunadək təşkilat şöbəsinin məsul katibi olmuşdur. Həmin illərdə o, paralel təhsil almış, 1926-cı ildə fəhlə fakültəsinin axşam şöbəsini bitirmişdir. Eyni zamanda 1923-cü ildən Rusiya Kommunist Gənclər İttifaqının üzvü, 1925-ci ilin aprel ayından Rusiya Kommunist (bolşeviklər) Partiyası üzvlüyünə namizəd, 1927-ci ilin sentyabrından isə partiyanın üzvü olmuşdur. Mir Teymur Yaqubov fəhlə fakültəsini bitirdikdən sonra, 1926-cı ildə təhsilini davam etdirmək məqsədilə Moskvadakı Yerquruluşu İnstitutunda oxumağa göndərilmiş və buranı 1930-cu ildə mühəndis ixtisası üzrə bitirmişdir. Təhsildə nailiyyətlərinə görə aspiranturada saxlanılmış, eyni zamanda Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasına ezam edilmişdir.
Mir Yaqub Mehdiyev
Mir Yaqub Mir Əbdüləziz oğlu Mehdiyev (mühacirətdə: Mir Yaqub Mehdier; 24 sentyabr 1891, Xırdalan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 7 noyabr 1949, İstanbul, Türkiyə) — Azərbaycan dövlət xadimi, AXC Parlamenti millət vəkili, AXC-nin Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin üzvü, "İttihad" partiyasının qurucularından biri, Bakı Şəhər Bələdiyyə Rəisinin müavini. Mir Yaqub Mehdiyev 1891-ci ildə Bakının Xırdalan qəsəbəsində anadan olub. O, 1909-cu ildə Aleksandropol Kommersiya Məktəbini bitirdikdən sonra təhsilini Peterburq Politexnik İnstitutunun İqtisadiyyat fakültəsində davam etdirib. Mehdiyev 1913-cü ildə qısa müddətli məzuniyyət götürərək çar üsul idarəsinin müsəlman xalqlarına etdiyi təzyiqlərə etiraz əlaməti olaraq, Kiyevdə gizli şəkildə fəaliyyət göstərən rusiyalı müsəlman tələbələrinin yığıncağında iştirak edir. Məhz bu səbəbdən həbs olunur, vaxtında Peterburqa qayıda bilmir və institutdan xaric edilir. Lakin az sonra instituta bərpa edilir və 1915-ci ildə buradan məzun olur. İnstitutu bitirdikdən sonra isə təhsilini davam etdirmək məqsədilə Almaniyaya gedir. O, Almaniyanın Bonn şəhərindəki universitetdə ali təhsil alır. Mir Yaqub Mehdiyev kiçik yaşlarından ərəb, fars və rus dillərini öyrənib. Mir Yaqub Mehdiyev İttihad Partiyasının qurucularından biridir.
Mirteymur Yaqubov
Mir Teymur Mir Ələkbər oğlu Yaqubov (24 oktyabr (6 noyabr) 1904, Bakı, Rusiya imperiyası – 13 fevral 1970, Bakı, SSRİ) — Azərbaycan-sovet partiya və dövlət xadimi, general-leytenant (1945), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1953–1954), Azərbaycan SSR daxili i̇şlər komissarı və naziri (1941–1950), Azərbaycan SSR Ali Sovetinin ilk sədri (1938–1941). Mir Teymur Mir Ələkbər oğlu Yaqubov 24 oktyabr (6 noyabr) 1904-cü ildə Bakı şəhərində dənizçi ailəsində anadan olmuşdur. Onun atası matrosluqdan kapitan rütbəsinədək yüksəlmişdir. Bununla belə, ailənin imkansızlığı səbəbindən Mir Teymur yalnız ibtidai təhsil ala bilmişdir. 1916-cı ildə dördillik Bakı rus-tatar məktəbini bitirmiş, 1919-cu ilin may ayından 1920-ci ilin iyun ayınadək Əliyev qardaşlarının bankında kassir kimi çalışmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Mir Teymur Yaqubov Bakı Sovetində işləmiş, 1920-ci ilin iyun ayından 1925-ci ilin sentyabr ayınadək burada kommunal təsərrüfatı idarəsinin böyük nəzarətçisi, 1925-ci ilin sentyabrından 1926-cı ilin avqustunadək təşkilat şöbəsinin məsul katibi olmuşdur. Həmin illərdə o, paralel təhsil almış, 1926-cı ildə fəhlə fakültəsinin axşam şöbəsini bitirmişdir. Eyni zamanda 1923-cü ildən Rusiya Kommunist Gənclər İttifaqının üzvü, 1925-ci ilin aprel ayından Rusiya Kommunist (bolşeviklər) Partiyası üzvlüyünə namizəd, 1927-ci ilin sentyabrından isə partiyanın üzvü olmuşdur. Mir Teymur Yaqubov fəhlə fakültəsini bitirdikdən sonra, 1926-cı ildə təhsilini davam etdirmək məqsədilə Moskvadakı Yerquruluşu İnstitutunda oxumağa göndərilmiş və buranı 1930-cu ildə mühəndis ixtisası üzrə bitirmişdir. Təhsildə nailiyyətlərinə görə aspiranturada saxlanılmış, eyni zamanda Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasına ezam edilmişdir.
Molla Yaqub (Sərab)
Molla Yaqub (fars. ملايعقوب‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 193 nəfər yaşayır (46 ailə).
Muhitdin Qara-Yaqubov
Muhitdin Qara-Yaqubov (özb. Muhitdin Qoriyoqubov 1 may 1896 - 2 fevral 1957, Daşkənd) - Özbək və SSRİ teatr xadimi, müğənni (bariton), Özbək peşəkar xalq və klassik musiqi teatrının qurucularından biri. Türkistan MSSR-nin xalq müğənnilərindən birincisidir. Özbəkistan SSR xalq artistidir (1936). Muhitdin Qara-Yaqubov 1918-ci ildə Həmzə Həkimzadə Niyazi ilə birlikdə "Müsəlman gənclərin dram truppası" nın yaradılmasında iştirak etmişdir. Səhnə fəaliyyətinə Qara-Yaqubov 1919-cu ildə Fərqanə Xalq Nəfəs Alətləri Orkestrının yaradılması ilə başladı və 1919-1921-ci illərdə Türkistan cəbhəsindəki Qırmızı Ordu hissələrində çıxış etmişdir. "Siyasi truppa" nın çıxışlarında Həmzə Həkimzadə dramatik aktyor kimi iştirakçı olurdu. Muhitdin Qara-Yaqubov 1922-1924-cü illərdə Dövlət Teatr Sənəti İnstitutunun - QİTİS-in vokal şöbəsində oxuyub. 1925-ci ildə Muhitdin Parisdəki Ümumdünya Sərgisində və Berlindəki Şubert zalında Özbək xalq mahnılarını ifa edib. O, 1926-cı ildə konsert və etnoqrafik ansamblını yaradıb.
Musa Yaqubov
Yaqubov Müsavat Səfiməmməd oğlu (Musa Yaqub; 10 may 1937, Buynuz, İsmayıllı rayonu – 7 may 2021, Buynuz, İsmayıllı rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Milli Məclisin deputatı (1995–2000), Azərbaycan Respublikasının Xalq şairi (2019). Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957–1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958–1967) işləmişdir. ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1967–1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olmuşdur. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1974–1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olmuşdur (1978-?). Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlamışdır. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak etmişdir. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olmuşdur (1979—?).
Məmməd Yaqubov
Məmməd Haqverdi oğlu Yaqubov (2 fevral 1941, Culfa rayonu, Milax)— azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor. Məmməd Haqverdi oğlu Yaqubov 1941-ci il fevralın 2-də Culfa rayonunun Milax kəndində anadan olub. 1957-ci ildə Naxçıvan şəhər 1 nömrəli orta məktəbi bitirib. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. 1965-ci ildən BDU-da çalışır. 1966-cı ildə «Bir sinif inteqro-diferensial tənliklərin həllərinin davamı və dayanıqlığı haqqında» mövzusunda fizika-riyaziyyat elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1992-ci ildə isə «Paylanmış parametrli sistemlərdə optimal sürüşgən rejimlər və optimallıq üçün zəruri şərtlər» mövzusunda fizika-riyaziyyat elmləri doktoru dissertasiyasını müdafiə etmişdir. Məmməd Yaqubov 1996-cı ildən indiyədək BDU-nun mexanika-riyaziyyat fakültəsinin idarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiridir. 100-dən artıq elmi məqalənin müəllifidir. Bir sıra beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etib.

Digər lüğətlərdə