Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bayramzadə Zəkəriya Əfəndi
Bayramzadə Zəkəriya Əfəndi (1514, Ankara – 11 iyul 1593, Konstantinopol) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. == Həyatı == 1514-cü ildə Ankarada dünyaya gəlmişdir. Atası əslən Ankaradan olan Bayram Əfəndidir. İlk təhsilini burada aldıqdan sonra İstanbula gələrək Sahn-ı Səman müdərrisi Ərəbzadə Əbdülbaki Əfəndidən və Malul Əmir Əfəndidən dərslər aldı. 1543-cü ildə Əmir Əfəndi ikinci dəfə Misir qazısı seçildi və tələbəsi Zəkəriya Əfəndi də onunla birlikdə Qahirəyə getdi. Əmir Əfəndinin Anadolu qazısı seçilməsinin ardından təhsilini bitirdi. İlk rəsmi vəzifəsi isə Bursadakı Həmzə bəy mədrəsəsində müdərrislik oldu. O illərdə Bursa qazısı olan Qaraçələbizadənin tövsiyəsilə I Süleymanın Naxçıvan Səfərinə (1553–1555) qatıldı. Səfərin ardından Bursada müdərrisliyə davam etdi. 13 dekabr 1565-ci illərdə Atik Əli Paşa mədrəsəsinə imtahan verərək müdərrisliyə qəbul edildi.
Katolikos III Zəkəriyyə
Katolikos III Zəkəriyyə - Albanların LX katolikosu. == Katolikosluğu == Kürsüyə çıxma tarixi bəlli deyil. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos II Zəkəriyya
Katolikos II Zəkəriyyə — Albaniyanın XV katolikosu. Onun dövründə Sünik (Zəngəzur) kilsəsi erməni kilsəsinə tabe olmaqdan qurtulub və Alban kilsəsinə birləşdirilmişdir. Moisey Kalankatlı II Zəkəriyyə haqqında yazır: "Bu müqəddəs insan on yeddi il kürsüdə oturub. O, böyük şəhər Bərdə üçün zəmanət verdi və öz duaları ilə çoxunu əsirlikdən qurtardı. Ermənilərin razılığı olmadan o, Vartanes adlı keşişi Sünikin yepiskopu təyin etdi" Mxitar Qoş isə onu "müqəddəs və nöqsansız ər" kimi təqdim edir.
Katolikos II Zəkəriyyə
Katolikos II Zəkəriyyə — Albaniyanın XV katolikosu. Onun dövründə Sünik (Zəngəzur) kilsəsi erməni kilsəsinə tabe olmaqdan qurtulub və Alban kilsəsinə birləşdirilmişdir. Moisey Kalankatlı II Zəkəriyyə haqqında yazır: "Bu müqəddəs insan on yeddi il kürsüdə oturub. O, böyük şəhər Bərdə üçün zəmanət verdi və öz duaları ilə çoxunu əsirlikdən qurtardı. Ermənilərin razılığı olmadan o, Vartanes adlı keşişi Sünikin yepiskopu təyin etdi" Mxitar Qoş isə onu "müqəddəs və nöqsansız ər" kimi təqdim edir.
Katolikos I Zəkəriyyə
Katolikos I Zəkəriyyə — Alban katolikoslarından biri.Mxitar Qoşun katolikoslar siyahısında adı 9-cu yerdə çəkilir.
Muhamməd Zəkəriyyə Qoneym
Muhamməd Zəkəriyyə Qoneym (Zəxariyyə; 1905 — 2 yanvar 1959) — Misir mütəxəssisi və arxeoloq. == Bioqrafiya == Muhamməd Qoneym 1934-cü ildə Qahirə Universitetini bitirmiş, burada 1924-1929-cu illərdə bu kafedranın ilk rəhbəri olan Rusiya Misiroloq V.S. Golenişçev tərəfindən qurulmuş Misirologiya şöbəsində təhsil almışdır. Universitetini bitirdikdən sonra Muhamməd Qoneym Saqqara'daki Eski Müqəddəslər Bölməsinin kuratoru olaraq çalışmış, sonra isə 1939-cu ildə Saqqara Antik Bölümü Baş Müfəttişi vəzifəsini aldı. Antik dövrlər şöbəsinin müfəttişi olaraq alim , həmçinin Asuan, Edfu (Idfu), Fivan nekropolu Luksorda , bir müddət Cənubi Misir üçün bu vəzifədə işləmişdir. 9 mart 1951-ci ildə Məhəmməd Goneim yenidən Sakkara'ya müfəttiş olaraq köçürüldü. Bu vəziyyətdə alim Sakkarın nekropolisindəki qazıntılarda fəal iştirak etdi və Memphis yaxınlığındakı Unis məbədini öyrəndi. 27 sentyabr 1951 Saqqara qazıntılarına qayıdıb və 29 yanvar 1952-ci ildə onu dünya şöhrətinə gətirən bir kəşf etdi: orada səhra qumları ilə örtülü olan tam olmayan piramidin qalıqlarını tapdı. Bu piramidanın qazıntıları bir neçə il davam etdi və 1954-cü il mayın 31-də Goneim baqajlı alabaster lahitinin aşkar edildiyi məzar otağına girdi.Gəmilərdən möhürlərdə olan yazıları təhlil edərək və üçüncü sülalənin firavunlarının yarımçıq piramida və məzarı ilə müqayisə edilərək, Qoneym sübut etdi ki, Horusun qulağında dağılan piramidin adı, ehtimal ki, Djoser-Sekhemhetin məlum olmayan varisinə aiddir. Beləliklə, Goneim tərəfindən aşkar edilən Djoser piramidasından sonra Misirdəki ikinci ən qədim sayılır. 1959-cu ildə Muhamməd Zəkəriyyə Qoneym, qədim qaçaqların qaçaqmalçılığı ilə təqsirli bilinərək özünü Nil çayına atdı .
Məhəmməd Zəkəriyya Keçəçi
Əmir Şəmsəddin Məhəmməd Zəkəriyya Keçəçi (Təbriz – 1513, Təbriz) — dövlət xadimi. == Həyatı == Təbrizin Keçəçilər ailəsindən olub Ağqoyunlu vəziri kimi fəaliyyət göstərmişdir. 1501-ci Şah İsmayılın tərəfinə keçərək onu Əlvəndə hücum etməyə təşviq etmişdi. Təbrizin alınmasından sonra Səfəvilər dövlətinin ilk vəziri təyin olunmuşdur.
Məhəmməd ibn Zəkəriyə əl-Razi
Zəkəriyə əl-Razi (fars. زکریای رازی‎; Əbu Bəkr Məhəmmdə ibn Zəkəriyə ər-Razi — 866, Rey – 15 oktyabr 925, Rey) — fars tibb və kimya elm adamı. Rey şəhərində anadan olub. Əsərlərini ərəbcə yazıb. İranda vəfat edib. Əbureyhan Biruni onun 184 kitab yazdığını qeyd edir.
Zəkəriyazadə Yəhya Əfəndi
Zəkəriyazadə Yəhya Əfəndi (oktyabr 1561, Ankara – 27 fevral 1644) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam. == Həyatı == III Murad dönəmində şeyxülislam olan Bayramzadə Zəkəriya Əfəndinin oğlu olaraq 1561-ci ilin oktyabr ayında İstanbulda dünyaya gəlmişdir. Mükəmməl mədrəsə təhsili aldıqdan sonra 1586-cı ildə atası ilə birlikdə həccə getdi. 1587-ci ildə Atik Əli Paşa, 1590-cı ildə Hasəki Sultan, 1593-cü ildə Şahzadəbaşı, 1594-cü ildə Üsküdar Atik Validə Sultan mədrəsələrində müdərris olaraq fəaliyyət göstərmişdir. 1596-cı ildə Hələb, 1597-ci ildə isə Şam şəhərinin qazısı təyin olundu. Bu vəzifədə ikən Cığalızadə Yusif Sənan Paşanın hamiliyini qəbul edərək Misir qazılığına yüksəlmişdir. 1600-cü ildə İstanbula geri qayıdan Yəhya Əfəndi bir müddət Bursa və Ədirnədə qazı olaraq çalışdı. Daha sonra 20 may 1604 tarixində İstanbul qazısı seçilsə də, rəqiblərinin apardığı əks-siyasət səbəbilə bu vəzifədə 4 aydan çox qala bilmədi. 1605-ci ilin yanvar ayında əvvəlcə Anadolu, 5 ay sonra isə Rumeli başqazısı seçildi. Ancaq dönəmin güclü vəzirlərindən olan Dərviş Mehmed Paşanın təsiri ilə 1606-cı ildə vəzifəsindən ayrıldı.
Zəkəriyya
== Zəkəriyya peyğəmbər == Qur`ani-Kərimin dörd surəsində Zəkəriyyanın (ə) adı zikr olubdur. Həmin surələr "Ali-İmran", "Ənam", "Məryəm" və "Ənbiya" surələridir. "Ənam" surəsində yalnız o Həzrətin başqa peyğəmbərlərin adları arasında gətirilib. Lakin qalan üç surədə Zəkəriyyanın (ə) bəzi əhvalatı haqqında da ayələr nazil olubdur. "Ali-İmran" surəsində İmranın qızı və İsanın (ə) anası Məryəmi öz öhdəsinə götürməsi, Allahdan övlad istəməsi, Yəhyanın dünyaya gəlməsini mələklər ona müjdə verməsi və buna aid başqa məsələlər belə zikr olubdur: "Zəkəriyya Məryəmin himayədarlığını öz üzərinə götürdü. Zəkəriyya mehraba Məryəmin yanına getdiyi zaman onun yanında naz-nemətli ruzilərin olduğunu görürdü. Ona deyirdi: -"Ey Məryəm, bu ruzi sənin üçün haradandır?" Məryəm deyirdi: -"Allah tərəfindəndir. Allah istədiyi hər kəsə hesabsız ruzi verir." Burada Zəkəriyya Pərvərdigarını çağırıb dedi: -"Pərvərdigara, mənə öz tərəfindən pak bir övlad bağışla. Sən duaları eşidənsən (istəkləri qəbul edənsən)." Allahın mələkləri ona mehrabda namaz qıldığı zaman səslədilər: -"Allah sənə Yəhya adında övlad müjdəsini verir və o, Allah kəlməsini təsdiqləyəndir (yəni İsanı). Layiqlilərdən olan peyğəmbər, dözümlü və ağadır." Zəkəriyya (təəccüblə) dedi: -"Pərvərdigara!
Zəkəriyya Mehdizadə
Zəkəriyya Məmməd oğlu Mehdizadə (24 mart 1913, Cəbrayıl ‒ 18 noyabr 1990, Bakı) ― azərbaycanlı psixoloq-alim, professor. == Həyatı == Zəkəriyya Məmməd oğlu Mehdizadə 24 mart 1913-cü ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində dünyaya gəlib. İlk təhsilini 1920–1924-cü illərdə kəndlərindəki ibtidai məktəbdə alıb. Təhsilini 1926–30-cu illərdə Cəbrayıl qəzasının Qaryagin (indiki Füzuli) şəhərindəki II dərəcəli məktəbdə (doqquzillik) davam etdirib. 1930–1931-ci illərdə Xızı rayonunda natamam orta məktəbdə müəllim işləyib. 1932–1936-cı illərdə V.İ.Lenin adına APİ-nin Fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsində təhsil alıb. 1936-cı ildə Azərbaycan XMK tərəfindən Cəbrayıl rayonuna riyaziyyat müəllimi göndərilən Zəkəriyya Mehdizadə 1936–1942-ci illərdə Cəbrayıl rayonunda müəllim, M.Qorki adına orta məktəbdə direktor müavini (dərs hissə müdiri), direktor, rayon Xalq Maarif Şöbəsində inspektor və müdir vəzifələrində çalışıb. 1926-cı ildə ÜİLKGİ-nin, 1931-ci ildə Ümumittifaq Həmkarlar İttifaqları Şurasının, 1940-cı ildə isə Sov.İKP-nin üzvü seçilib. 1942–1944-cü illərdə Cəbrayıl rayon Partiya Komitəsininin Təbliğat və Təşviqat şöbəsinin müdiri, 1944–46-cı illərdə isə rayon partiya komitəsinin II katibi vəzifələrində çalışıb. 1946–1947-ci illərdə Bakı şəhər Xalq Maarif şöbəsində metodist və 1 saylı məktəbdə riyaziyyat müəllimi işləyib.
Zəkəriyya peyğəmbər
== Zəkəriyya peyğəmbər == Qur`ani-Kərimin dörd surəsində Zəkəriyyanın (ə) adı zikr olubdur. Həmin surələr "Ali-İmran", "Ənam", "Məryəm" və "Ənbiya" surələridir. "Ənam" surəsində yalnız o Həzrətin başqa peyğəmbərlərin adları arasında gətirilib. Lakin qalan üç surədə Zəkəriyyanın (ə) bəzi əhvalatı haqqında da ayələr nazil olubdur. "Ali-İmran" surəsində İmranın qızı və İsanın (ə) anası Məryəmi öz öhdəsinə götürməsi, Allahdan övlad istəməsi, Yəhyanın dünyaya gəlməsini mələklər ona müjdə verməsi və buna aid başqa məsələlər belə zikr olubdur: "Zəkəriyya Məryəmin himayədarlığını öz üzərinə götürdü. Zəkəriyya mehraba Məryəmin yanına getdiyi zaman onun yanında naz-nemətli ruzilərin olduğunu görürdü. Ona deyirdi: -"Ey Məryəm, bu ruzi sənin üçün haradandır?" Məryəm deyirdi: -"Allah tərəfindəndir. Allah istədiyi hər kəsə hesabsız ruzi verir." Burada Zəkəriyya Pərvərdigarını çağırıb dedi: -"Pərvərdigara, mənə öz tərəfindən pak bir övlad bağışla. Sən duaları eşidənsən (istəkləri qəbul edənsən)." Allahın mələkləri ona mehrabda namaz qıldığı zaman səslədilər: -"Allah sənə Yəhya adında övlad müjdəsini verir və o, Allah kəlməsini təsdiqləyəndir (yəni İsanı). Layiqlilərdən olan peyğəmbər, dözümlü və ağadır." Zəkəriyya (təəccüblə) dedi: -"Pərvərdigara!
Zəkəriyyə
== Zəkəriyya peyğəmbər == Qur`ani-Kərimin dörd surəsində Zəkəriyyanın (ə) adı zikr olubdur. Həmin surələr "Ali-İmran", "Ənam", "Məryəm" və "Ənbiya" surələridir. "Ənam" surəsində yalnız o Həzrətin başqa peyğəmbərlərin adları arasında gətirilib. Lakin qalan üç surədə Zəkəriyyanın (ə) bəzi əhvalatı haqqında da ayələr nazil olubdur. "Ali-İmran" surəsində İmranın qızı və İsanın (ə) anası Məryəmi öz öhdəsinə götürməsi, Allahdan övlad istəməsi, Yəhyanın dünyaya gəlməsini mələklər ona müjdə verməsi və buna aid başqa məsələlər belə zikr olubdur: "Zəkəriyya Məryəmin himayədarlığını öz üzərinə götürdü. Zəkəriyya mehraba Məryəmin yanına getdiyi zaman onun yanında naz-nemətli ruzilərin olduğunu görürdü. Ona deyirdi: -"Ey Məryəm, bu ruzi sənin üçün haradandır?" Məryəm deyirdi: -"Allah tərəfindəndir. Allah istədiyi hər kəsə hesabsız ruzi verir." Burada Zəkəriyya Pərvərdigarını çağırıb dedi: -"Pərvərdigara, mənə öz tərəfindən pak bir övlad bağışla. Sən duaları eşidənsən (istəkləri qəbul edənsən)." Allahın mələkləri ona mehrabda namaz qıldığı zaman səslədilər: -"Allah sənə Yəhya adında övlad müjdəsini verir və o, Allah kəlməsini təsdiqləyəndir (yəni İsanı). Layiqlilərdən olan peyğəmbər, dözümlü və ağadır." Zəkəriyya (təəccüblə) dedi: -"Pərvərdigara!
Zəkəriyyə (Xəzər xaqanı)
Zəkəriyyə — Kiril və Metodiusun Xəzər xaqanlığı ərazisində səfərləri dövründə Xəzər xaqanı kimi mənbələrdə adı çəkilir. Kiril və Metodius ölkədə olduqları dövründə İudaizmi qəbul etdiyi iddia edilir. == Ədəbiyyat == Иванов С. А. ''Древнеармянское житие Стефана Сурожского и хазары'' // Хазары . — М. — Иерусалим, 2005. ISBN 5-93273-196-6 Kevin Alan Brook. ''The Jews of Khazaria<nowiki>. 2nd ed. Rowman & Littlefield Publishers, Inc, 2006.
Zəkəriyyə Balaxlinski
Zəkəriyyə Ramazan oğlu Balaxlinski və ya Zaxar Roman oğlu Balaxinski (7 iyun 1898, Zaqatala – 3 iyul 1938, Bakı) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi. Azərbaycan SSR xalq yerli sənaye komissarı (1937), ZSFSR xalq fəhlə-kəndli müfəttişliyi komissarının müavini, Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurasının sədri kimi vəzifələrdə çalışmış, Zaqatala qəzasının rəhbərlərindən və burada kommunizmin qurucularından olmuşdur. Siyasi repressiyaya uğramışdır. == Həyatı == Zəkəriyyə Ramazan oğlu Balaxlinski 1898-ci ildə Zaqatala mahalının Caro-Muxax nahiyəsinin Tala kəndində, kəndli ailəsində anadan olmuşdur. Zaqatala sənət məktəbini bitirmişdir.1914-cü ildə Bakıya gəldikdən sonra mexaniki zavodda çilingər işləmiş və inqilabi fəaliyyətə qoşularaq 1917-ci ilin mart ayında bolşeviklər partiyasına daxil olmuşdur. 1918-ci ilin mart qırğınları zamanı müsavatçılara qarşı vuruşmuş, Bakı Kommunası qurulduqdan sonra Fəhlə-Kəndli Qırmızı Ordusunda səfərbərliyə alınmışdır. Kommunanın süqutundan sonra Bakıda qalaraq gizli partiya işi aparmış, Mir Bəşir Qasımov və digər bolşeviklərlə birlikdə baş dəmiryol emalatxanasında kommunist özəyini yaratmışdır.1919-cu ilin may ayında partiya tərəfindən Nuxa qəzasına göndərilən Zəkəriyyə Balaxlinski burada gənclər arasında təşviqat və təbliğat işləri görmüş, 1919-cu ilin ortalarına yaxın Zaqatala mahalının Qax, Balakən və Əliabad nahiyələrində partiya özəklərinin yaradılmasına rəhbərlik etmişdir. Gizli çağırılan Zaqatala partiya konfransında o, bolşeviklərin mahal komitəsinə sədr seçilmişdir.Zəkəriyyə Balaxlinski Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Zaqatala Qəza İnqilab Komitəsinin sədri təyin edilmişdir. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi 1920-ci ilin sentyabr ayında onu Moskvaya, Şərq Zəhmətkeşlərinin Kommunist Universitetinə təhsil almağa göndərmiş və o, 1921-ci ilin may ayınadək burada oxumuşdur. Təhsilini başa vurduqdan sonra Azərbaycan K(b)P Zaqatala Qəza Komitəsinin məsul katibi, Bakı Xalq Təsərrüfatı Şurasının sədri, Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurası sədrinin müavini, sonra isə sədri, ZSFSR xalq fəhlə-kəndli müfəttişliyi komissarının müavini və Azərbaycan SSR xalq yerli sənaye komissarı vəzifələrində çalışmışdır.
Zəkəriyyə Mehman
Məmmədov Zəkəriyyə Məhəmməd oğlu (Zəkəriyyə Mehman) — Azərbaycanın məşhur yaradıcı aşıqı. == Həyatı == Zəkəriyyə Mehman (Zəkəriyyə Məhəmməd oğlu Məmmədov) 1938-ci il 27 martda Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Ustadı Aşıq Göyçə olmuşdur. Aşıq Zəkəriyyə Mehman 1999-cu ildə Aslanbəyli kəndində vəfat edib. Aslanbəyli kəndində dəfn olunmuşdur. == Yaradıcılıq fəaliyyəti == Yaradıcı aşığın mindən artıq qoşma, gəraylı, təcnis, cığalı təcnis, müxəmməs və divaniləri və beş dastanı var.
Zəkəriyyə Məmmədov
Zəkəriyyə Məhərrəm oğlu Məmmədov (29 iyun 1937, Ordubad – 21 iyul 2020) — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru. == Həyatı == Zəkəriyyə Məhərrəm oğlu Məmmədov 1937-ci ildə Ordubad rayonunda anadan olmuşdur. Anası Məmmədova Səkinə Zəkərya qızı evdar qadın olub. Atası Məmmədov Məhərrəm Böyük Vətən müharibəsində həlak olub. 1964-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. 1960-cı ildən AMEA Zoologiya İnstitutunda işləyir. 1965-ci ildə "Entomologiya" ixtisası üzrə AMEA Zoologiya İnstitutunun əyani aspirantı olmuş, 1969-cu ildə "Naxçıvan MR şəraitində meyvə bitkiləri zərərvericilərinn parazitləri" mövzusunda namizədlik dissertasiyasını (Bakı), 1994-cü ildə isə "Azərbaycanda meyvə bitkilərinə zərərverən pucuqluqanadlıların parazitləri və onlardan bioloji mübarizədə istifadə olunma yolları" mövzusunda doktorluq dissertasiyasını (Bakı) müdafiə etmişdir. 1968–1971-ci illərdə "Bioloji mübarizə" laboratoriyasında kiçik elmi işçi, 1971–2006-cı illərdə həmin laboratoriyada böyük elmi işçi olmuş, 2006–2007-ci illərdə "Faydalı həşəratların introduksiyası və bioloji mübarizənin nəzəri əsasları" laboratoriyasının müdiri, 2007-ci ilin sentyabr ayından Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləyib. Hal-hazırda laboratoriyada baş elmi işçi kimi fəaliyyət göstərir. 2020-ci il iyul ayının 21-i dünyasını dəyişmişdir.
Zəkəriyyə Paliaşvili
Zaxari Paliaşvili (gürc. ზაქარია ფალიაშვილი; 16 avqust 1871, Kutaisi – 6 oktyabr 1933[…], Tiflis) — gürcü əsilli bəstəkar. Gürcüstan Filarmoniya Birliyinin qurucusu, Tiflis Dövlət Konservatoriyasının rəhbəri. == Həyatı == Zaxari Paliaşvili 16 avqust 1871-ci ildə Kutaisi şəhərində anadan olmuşdur. Atasının adı Pitr İvanes dze Paliaşvili, anasının adı isə Mariya Pavles asuli Mesarkişilidir. O, on səkkiz uşaqlı ailənin üçüncü uşağı olmuşdur. Tiflisdəki Gürcü Katolik Kilsəsində işləməyə başlaması ilə Covanni Palestrina, Orlanda de Lassus, İohann Sebastyan Bax,Georq Fridrix Hendel, Volfqanq Amadey Motsart kimi sənətkarların fəaliyyəti ilə tanış olmuş və musiqi biliklərini genişləndirmək üçün fürsət qazanmışdır.1886-cı ildə onun təşəbbüsü və tanınmış ictimai xadim Lado Aqniaşvilinin də dəstəyi ilə Gürcüstan Etnoqrafiya xorunun ilk tamaşası baş tutdu. Zaxari Paliaşvili 1891-ci ildə F.F. Parizekin "valtorn" məktəbinə daxil olmuşdur. Perizekin 1897-ci ildə məktəbdən çıxmasından sonra A.İ. Moskonun rəhbərliyi altında təhsilini davam etdirdi. 1895-ci ildə "valtorn" məktəbini bitirdi.
Zəkəriyyə Xiromanov
Xiromanov Zəkəriyyə Əbdülhəmid oğlu (22 noyabr 1899, Dağıstan - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1918-ci ildə Temirxan-Şura realnı məktəbini bitirmişdi. Parlamentin 1919-ci il sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün ġtutqart (Almaniya) İnstitutuna göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə il yarım qaldığı göstərilirdi. Sonrakı taleyi haqqında məlumat aşkar olunmamışdır.
Zəkəriyyə bəy Aslanov
Zəkəriyyə bəy Mirzə Mehdiqulu bəy oğlu Aslanov (1858, Şuşa – 1938, Bakı) — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, pedaqoq. == Həyatı == Zəkəriyyə bəy Mirzə Mehdiqulu bəy oğlu 1858-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa şəhər məktəbini bitirmiş və Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olmuşdu. Seminariyanı tamamladiqdan sonra Şuşa qəzasının Gülablı və Ağdam Zemstvo məktəbində müəllim işləmişdi. Sonradan Bakı şəhərinə köçmüş, 1912–1915-ci illərdə 4-cü rus-müsəlman məktəbində dərs demişdi. Zəkəriyyə bəy 1906–1907-ci illərdə çağrılan Qafqaz müəllımləri qurultayında iştirak etmişdi. Zəkəriyyə bəy Aslanov həm də xeyriyyəçiliklə məşğul idi. Maarifçi-demokratik səciyyəli "Dəbistan" jurnalı maddi çətinliklə üzləşəndə onun nəşrini davam etdirmək üçün ona köməklik göstərənlər arasında Z. Aslanov da vardı. Zəkəriyyə bəy Aslanov həvəskar aktyor idi. Müəllim işlədiyi dönəmdə Azərbaycan teatr sənətinin təbliğatçılarından birinə çevrilmişdi.
Zəkəriyyə Əlizadə
Əlizadə Zəkəriyyə Mabud oğlu — geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru (1972–2014). == Həyatı == Zəkəriyyə Əlizadə 2 fevral 1936-cı ildə Azərbaycan SSR-nin Şəki Nuxa (Şəki) şəhərində anadan olmuşdur. Şəki şəhər 10 saylı orta məktəbində orta təhsil almış, sonra isə Azərbaycan Sənaye İnstitutunda daş mühəndisi-geoloq ixtisasına yiyələnmişdir. Litologiya, geokimya ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 55 elmi əsərin, 3 monoqrafiyanın müəllifidir. Xarici ölkələrdə 10-dan çox elmi əsəri çapdan çıxmışdır. 4 müəlliflik şəhadətnaməsi və patent almışdır. 1972-ci ildən 1995-ci ilədək Azərbaycan EA-nın Fizika institutunun nəzdində yaradılmış Şəki Zona elmi bazasının direktoru, 1995-ci ildə müəssisə Şəki Regional Elmi Mərkəzinə çevrildikdən sonra isə həmin müəssisənin direktoru olmuşdur. Z. Əlizadənin öz xahişi ilə tuduğu vəzifədən azad olunması barədə AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixdə keçirilmiş iclasında qərar qəbul olunmuşdur. == Əsas elmi nailiyyətləri == Qərbi Azərbaycanın ağcaqil çoküntülərində qələvi torpaq elementlərindən Ba və Sr, dəmir qrupu elementlərindən isə Mn, V, Cr, Ni, və Ti-nin ayrı-ayrı litoloji tərkibə malik çöküntülərdə miqdarı spektral analiz üsulu ilə öyrənilməsi, onların yayılma qanunauyğunluqları müəyyənləşdirilməsi, müvafiq geokimyəvi xətlərin tərtib edilməsi.
Zəkəriyyə əl-Qəzvini
Zəkəriyyə ibn Məhəmməd ibn Mahmud əl-Qəzvini (1203-1283) — İran tarixçisi və coğrafiyaşünası. == Həyatı == Zəkəriyyə ibn Məhəmməd ibn Mahmud 1203-cü ildə Qəzvin şəhərində anadan olmuşdu. Onun “Asar əl-bilad və əxbar əl-ibad” (“Ölkələrdəki abidələr və allah bəndələri haqqında xəbərlər”) əsərində (1275-1276- cı ildə tamamlanmışdır) Azərbaycanın şəhərləri, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvaninin həyat və fəaliyyətinə dair məlumatlar da vardır. Azərbaycan alimi Əbdürrəşid Bakuvi özünün “Abidələrin” xülasəsi və qüdrətli hökmdarların möcüzələri” (“Kitab təlxis əl-asar va acayib əl-malik əl-qəhhar”) əsərini yazarkən Zəkəriyyə əl-Qəzvininin bu coğrafi əsərinə istinad etmişdir. Zəkəriyyə əl-Qəzvini 1283-cü ildə vəfat edib.
Zəkəriyyə əl-Ənsari
Zəkəriyyə əl-Ənsari (1420 – 1520, Qahirə) — Misir tarixçisi, alimi. == Həyatı == === Adı və nəsəbi === O, Zeynuddin Zəkəriyya ibnu Muhəmməd ibnu Zəkəriyya əl Ənsari əs Süneyki əl Əzhəri əş Şafidir. Künyəsi Əbu Yəhyadır. Misirdəki Süneykə deyilən bölgəyə nisbət edilir. === Doğuluşu, təhsili və vəfatı === İmam, Hicri 823 və ya 824-cü ildə Süneykədə anadan olmuşdur. Bəziləri də hicri 826-cı ildə doğulduğunu deyir. Süneykədə kiçik yaşda Quranı əzbərləyir, fiqhi elmlərə sahib olur. Sonra 841-ci ildə Əzhar Universitetinə daxil olur. Orada bir çox mətnləri əzbərləyir. Bundan başqa Zəkəriyya əl Ənsari bir çox alim və məşəyixdən dərs alır.
Zəkəriyə Ağnəzərov
Zəkəriyə Ağnəzərov (başq. Зекерия Шарафутдинович Акназаров ; 22 avqust 1924, Zilair kantonu[d], Başqırd MSSR – 2 aprel 2000, Ufa) — Sovet dövlət xadimi və partiya lideri. Başqırd Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin sədri (1962–1986). == Bioqrafiyası == Başqırd Muxtar Sovet Sosialist Respublikasının Zilayir kantonundakı Yamaşevo fermasında (indi Başqırdıstanın Baymak rayonunda fəaliyyət göstərməyən bir kənd) kəndli Şərəfətdin Ağnəzərovun ailəsində ilk uşaq olaraq dünyaya gəlir. 1940-cı ildə Temyasov Pedaqoji məktəbini bitirib. 1941–1942-ci illərdə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Baymak rayonundakı Murzeevskaya ibtidai məktəbində müəllim işləyir. 22 avqust 1942-ci ildə orduya çağırılır. Ufada xidmət edir, ancaq cəbhəyə göndərilmir. 1946-cı ildən Baymak rayon Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının ikinci katibi olur. Müharibədən sonra K. A. Timiryazev adına Başqırd Dövlət Pedaqoji İnstitutunu 1950-ci ildə bitirir.
Şəmsəddin Zəkəriyyə Keçəçi Təbrizi
Əmir Şəmsəddin Məhəmməd Zəkəriyya Keçəçi (Təbriz – 1513, Təbriz) — dövlət xadimi. == Həyatı == Təbrizin Keçəçilər ailəsindən olub Ağqoyunlu vəziri kimi fəaliyyət göstərmişdir. 1501-ci Şah İsmayılın tərəfinə keçərək onu Əlvəndə hücum etməyə təşviq etmişdi. Təbrizin alınmasından sonra Səfəvilər dövlətinin ilk vəziri təyin olunmuşdur.
Ləkər
Ləkər — Azərbaycan Respublikasının Lerik rayonunun Bürsülüm inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 206 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi həmin rayondakı Şiləvar kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimi ləkər/ləgər (dağ ətəyində çökəklik) və ya lüəkər (yarğanlı yer) sözləri ilə əlaqələndirirlər. Kəndin adı ərazidən axan eyniadlı çayın adından götürülmüşdür.
Təkər
Təkər (və ya çarx) — çevrəvi formaya malik olub mərkəzində deşik olan oxda bərkidilimiş lövhədir. Təkəri yalnız hər hansı bir oxa keçirdikdən sonra ondan hərəkətli bir hissə alınır. Təkərlərin uzunmüddətliyi onların yağlanması, oxda oturtma dəqiqliyi və sürtünməsindən asılıdır. Maşınlarda təkərlər əsasən nəqliyyat üçün tətbiq olunurlar. Müxtəlif mexanizmlərdə, qurğularda hərəkəti ötürən və nizama salan çarxşəkilli hissə. Dəzgahın çarxı. Dişli çarx. – Çarxlar hərlənir, xam pambığın çiyidini bir tərəfə çıxarır, mahlıcını bir tərəfə qalaqlayırdı. Ə. Vəliyev. 3.
Şəkər
Şəkər — bir çoxu qida olaraq istifadə olunan, şirin dad verən, kimyəvi olaraq qısa zəncirli, suda həll olunan bir sıra karbohidrata verilən ümumi addır. Müasir dövrdə ən çox yayılmış qida məhsuludur[mənbə göstərin]. Şəkər əksər bitkinin toxumalarında mövcud olsa da sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda var. Dünya üzrə 94–97 milyon ton şəkər istehsalının (xam şəkər hesablandıqda) 56–60 milyon ton şəkər qamışının, 36–38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. == Tarixi == Qədim Yunanıstanın və Romanın əhalisi şəkəri (saxarozanı) tanımırdı. O zamanlar şirin qida məhsulu kimi baldan istifadə olunurdu. Şəkər qamışından şəkər istehsalının vətəni Hindistan sayılır. "Şəkər" sözünün özü də "sarkara" sözündən götürülmüşdür. Orta əsrlərdə və yeni dövrün əvvəllərində şəkər qamışı bitkisi Hindistandan Araviyaya, Suriyaya, Misirə və Kipr adasına köçürüldü.
"Zəfər" ordeni
"Zəfər" ordeni — Azərbaycan Respublikasının 2-ci yüksək təltifi. Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Zəfər" ordeninin statutu Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər Azərbaycan Respublikasının "Zəfər" ordeni ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyəti, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.Maddə 2. Təltif edən orqan Azərbaycan Respublikasının "Zəfər" ordeni ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3. Taxılma qaydası Azərbaycan Respublikasının "Zəfər" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, "Heydər Əliyev" ordenindən sonra taxılır. == Təsviri == Ordenin təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Ordenin ümumi təsviri Azərbaycan Respublikasının "Zəfər" ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan hazırlanmış, sol və sağ tərəflərinə iki əyri qılınc, uclarına kiçik kürəciklər bərkidilmiş ayparadan, guşələri pilləvari olan səkkizguşəli altlıqdan və aypara ilə altlığın üzərinə yerləşdirilmiş, uclarına kiçik kürəciklər bərkidilmiş ikitərəfli hamar şüalı səkkizguşəli ulduz formalı, diametri 42 mm olan lövhədən ibarətdir.Maddə 2.
Cırıltılı Təkər
Squeaky Wheel, Rusiyada rus dilində yayımlanan hərbi radiostansiyadır. Radiostansiyanın 2000-ci ildə yayıma başlayan stansiya olduğu təxmin edilir.
Mənəvi zərər
İqtisadiyyatda mənəvi zərər(moral hazard) şirkətin və ya şəxsin ziyandan sığortalandığı üçün risk almağa daha çox meyilli olmasından yaranan bir risk növüdür. Məsələn, şəxsin maşını sığortalandıqda o, daha az ehtiyatlı davranır çünki dəymiş ziyanı sığorta şirkəti ödəyəcək. Mənəvi zərər tərəflər arasında informasiya natamamlığı olanda yaranır. Bu, risk alan(sığortalanan) tərəf öz niyyətləri haqqında məlumatı ziyanı ödəyən(sığortalayan) tərəfə tam və dəqiq şəkildə vermədikdə baş verir. == Tarixi == Dembe və Bodenin araşdırmasına əsasən bu terminin tarixi XVII əsrə uzanır və XIX əsrdə ingilis sığorta şirkətləri tərəfindən geniş istifadə olunurdu. Həmin dövrdə bu termin mənfi mənada istifadə edilirdi və fırıldaqçılığı ifadə edirdi. İndiki dövrdə isə iqtisadçılar bu termini risklərin tam dəyərləndirilə bilinməməsindən ortaya çıxan səmərəsizlikləri təsvir etmək üçün istifadə edirlər. == İstinadlar == == Xarici keçidlər == Dewan, Shaila. "Moral Hazard: A Tempest-Tossed Idea". The New York Times.
Qəhvəyi şəkər
Qəhvəyi şəkər,patoka (melassa) olması səbəbiylə fərqli qəhvəyi rəng ilə saxaroza şəkəri məhsuludur.Qəhvəyi şəkər saflaşdırılmamış və ya qismən saflaşdırılmış yumşaq şəkər ki şəkər kristalları və qalıq melassa məzmunundan ibarətdir və ya saflaşdırılmış ağ şəkərə melassa əlavə olunması ilə istehsal olunur. == Xarici keçidlər == New Scientist. I'm Sweet Enough 21 January 2006.
Təkər bazası
Təkər bazası, təkər məsafəsi, təkər bucağı, təkər aralığı, təkər boşluğu, ox boşluğu, ox aralığı ox bazası, ox bucağı, ox məsafəsi kimi adlarla da adlandırılan ön təkər mərkəzi və arxa təkər mərkəzi arasındakı məsafəyə verilən addır. Təkər bazası sürətlənmə ilə təcillənmə və yavaşlama ilə əyləcləmə zamanı nəqliyyat vasitəsinin aktiv güc ötürülməsinə təsir edən əsas dəyişənlərdən biridir. Təkər bazası nəqliyyat vasitəsinin gövdə formasına və quruluşuna görə seçilir. Böyük (uzun) təkər bazası (ox) məsafəsi nəqliyyat vasitəsinin sabitliyinə və sürücülük xüsusiyyətlərinə müsbət təsir edən bir amildir. Böyük (uzun) təkər bazası (ox) məsafəsi sürücünün yüksək rahatlığını təmin edir. Böyük (uzun) ox (ox) məsafəsi nəqliyyat vasitəsinin sərnişin kabinəsinin geniş olmasına görə oxlara düşən yükün təsirini minimallaşdırır. Kiçik (qısa) təkər bazası (ox) məsafəsi, nəqliyyat vasitəsinin sallanma meylini azaldır və yumşaq nəmləndirmə ilə asqı quraşdırmağı daha asanlaşdırır. Kiçik dönmə diametrləri olan nəqliyyat vasitələrinin təkərləri daha asan dönə bilir. 1-ci sinif nəqliyyat vasitələri: təkər bazası 3.20 metrdən aşağı (təkər bazası) olan nəqliyyat vasitələri. (motosiklet, avtomobil, pikap yük maşını, mikroavtobus, torpaq yollarda hərəkət etmək üçün xüsusi olaraq nəzərdə tutulan nəqliyyat vasitəsi və s.) 2-ci sinif nəqliyyat vasitələri: təkər bazası (ox bazası) 3.20 metr və daha çox olan istənilən 2 oxlu nəqliyyat vasitəsi.
Yan zərər
Yan zərər, əlavə zərər, təsadüfi zərər və ya digər zərər – hər hansısa bir fəaliyyətin nəticəsində və ya təsadüfi nəticəsi olaraq hər hansısa ölüm, xəsarət və ya digər zərərlərə verilən addır. Əvvəlcə hərbi əməliyyatlar baxımından istifadə edilmiş, hal-hazırda isə qeyri-hərbi kontekstlərdə də istifadə olunur. 1970-ci illərdə dəqiqliklə idarə olunan sursatların inkişafından bəri, hərbi qüvvələr müntəzəm olaraq yan zərərləri minimuma endirmək üçün böyük səylər göstərdiklərini iddia edirlər. “Yan zərər” termininin istifadəsini tənqid edənlər bunun müharibə zamanı öldürülən və ya yaralanan əsgərlərdən əlavə olan qeyri-hərbi itkilərin qarşısının alına bilinməməsinə görə istifadə olunan evfemizm kimi görürlər.
Zəfər Abbasov
Zəfər Duman oğlu Abbasov (2 iyul 1971, Çobankənd, Gədəbəy rayonu) — Azərbaycan alimi, şairi, riyaziyyat üzrə fəlsəfə doktoru, pedaqoq, Qarabağ Müharibəsi veteranı. == Həyatı == Zəfər Abbasov 2 iyul 1971-ci ildə, Azərbaycan Respublikasının Gədəbəy rayonunun dilbər güşələrindən biri olan Çobankənd kəndində anadan olmuşdur. 1978–1988-ci illər Çobankənd kənd orta məktəbində oxumuş, orta təhsil almışdır.1989–1994-cü illər M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini əla qiymətlərlə başa vurmuşdur. 1992-ci ildə, tələbə ikən Azərbaycan Respublikasının Müdafiə Nazirinin 078 saylı 16.03.1992-ci il döyüş əmrinə əsasən " Tələbələrdən" ibarət yaradılmış könüllü tağımın tərkibində " N" saylı Gədəbəy özünümüdafiə taborunun şəxsi heyyəti ilə birlikdə Gədəbəyin Ermənistanla sərhəd məntəqələrində gedən ağır döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. 2002–2006-cı illər müsabiqə yolu ilə Gəncə Dövlət Universitetinin Riyazi-analiz kafedrasında müəllim təyin olunmuşdur. 2006–2014-cü illər Gəncə Dövlət Universitetində Riyazi-analiz kafedrsında baş müəllim kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2008-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda dissertant qəbul olnmuş, 2012-ci ildə Riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi müdafiə etmişdir. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə riyazi analiz kafedrası üzrə Dosent elmi adı verilmişdir.
Zəfər Günü
Zəfər Günü — ölkələrin tarixindəki əhəmiyyətli döyüşlərdə və ya müharibələrdə qazanılan qələbələri anmaq üçün müxtəlif ölkələrdə fərqli dövlət bayramlarına və xüsusi günlərə verilən addır.
Zəfər Hüseynov
Zəfər Hüseynov- Azərbaycanlı riyaziyyatçı alim, təhsil işçisi,"Əməkdar müəllim". == Həyatı və təhsili == Hüseynov Zəfər Qafar oğlu 1953-cü il sentyabr ayının 28-də Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1970-ci ildə Şuşa şəhər 4 saylı orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1975-ci ildə universitetdə təhsilini başa vurmuşdur == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1975-ci ildə Xankəndi Pedaqoji İnstitutunda müəllim vəzifəsində işə başlamış, eyni zamanda Şuşa şəhər 4 saylı orta məktəbidə riyaziyyat müəllimi işləmişdir. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1988–1989-cu illərdə Gəncə Dövlət Universitetində dosent, 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa fakültəsinin dekan müavini, ADPU-nun Şuşa filialı yarandıqdan sonra, əvvəlcə Tədris və elmi işlər üzrə direktor müavini, 1991-ci ildən isə filialın direktoru vəzifələrində işləmişdir. Z. Hüseynov 1994‒2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində dosent, 2002-ci ildən isə Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin dekanı vəzifəsində işləmiş, 05.01.2022-ci il tarixindən isə rektorun müşaviri vəzifəsinə təyin olunmuşdur. 90-dan çox elmi məqalənin, dərs vəsaiti və metodiki vəsaitin müəllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycanda təhsilin inkişafındakı xidmətlərimə görə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. == Elmi əsərləri == Word 7.0 mətn redaktoru ilə işin əsasları ADPU-nun nəşri, 2001(dərs vəsaiti).
Zəfər Murtuzov
Murtuzov Zəfər Nəbi oğlu - Azərbaycan rejissoru. == Həyatı == Zəfər Murtuzov 1952-ci ildə Cəlilabad rayonunda anadan olub. 1971-1975-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1977-ci ildə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti kimi fəaliyyətə başlayıb, sonralar bir sıra filmlərin ikinci rejissoru olub. == Şəxsi həyatı == Ailəlidir. bir qızı və bir oğlu var. Həyat yoldaşı Sevda xanım Şəkidəndir. "Həm ziyarət,Həm ticarət" filmindəki Mustafa müəllimin qonaqlıq səhnəsi Sevda xanımın atası İsgəndər doktorgildə çəkilib. == Mükafatları == 1 avqust 2018-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə, "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Zəfər Muzeyi
Zəfər Muzeyi — Azərbaycan Respublikası Prezidentinin 03 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində yaradılması nəzərdə tutulan abidə-kompleks.
Zəfər Məmmədov
Zəfər Məmmədov (tam adı: Zəfər Nadir oğlu Məmmədov) — Azərbaycan biznesmeni, sahibkarı, hüquqşünası, memarı, "Zaferoğlu inşaat" şirkətinin qurucusu. == Bioqrafiya == Zəfər Məmmədov 30 may 1982-ci ildə Azərbaycan SSR-in Gəncə şəhərində anadan olub. 1988-ci ildə Mirzə Ələkbər Sabir adına Gəncə şəhər 5 saylı orta məktəbə daxil olub. 1999-cu ildə Gəncə şəhəri 18 saylı orta məktəbi bitirib. 1999-cu ildə Odlar Yurdu Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 2003-cü ildə oranı bitirib. 2003–2005-ci illərdə həmin universitetdə mülki hüquq ixtisası üzrə magistr təhsili alıb. 2005–2006-cı illərdə hərbi xidmətdə olub. 2006-cı ilin sonlarında "Gəmiqaya-ZMH" adlı daşınmaz əmlak agentliyini yaradıb və oranın rəhbəri olub. 2007-ci ildə inşaat şirkətinin yaradıcısı və 50 % səhmdarı olub. 2010-cu ildə "Zaferoğlu" inşaat şirkətini yaradıb və o vaxtdan oranın rəhbəridir.
Zəfər Nemətov
Zəfər Əlipaşa oğlu Nemətov (5 iyun 1917, Bakı – 19 noyabr 1971, Bakı) — Azərbaycanın görkəmli rejissoru, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi. == Həyatı == 6 iyun 1917-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Teatr Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Moskva və Sankt-Peterburq şəhərlərində rejissor təcrübəsi keçmişdir. 1943-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, 1954-cü ildən baş rejissor vəzifələrində çalışmışdır. Bu teatrın Azərbaycan və rus bölmələrində "Qaraca qız, "Polad necə bərkidi", "Qarlar kraliçası", "Tamahkar", "Yaşar", "Bir saat xəlifəlik", "Anacan", "Qırmızı şeytan balaları", "Romeo və Cülyetta", "Müfəttiş", "Polad üzük", "Zorən təbib", "Zoluşka" və s. tamaşalara quruluş vermişdir. Gənc rejissorlar üçün "Rejissor sənəti haqqında" (Mehdi Məmmədovla birlikdə) və "Əliağa Ağayev" (Tofiq Kazımovla birlikdə) kitablarının müəllifidir. 1960–1971-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmışdır. Milli mədəniyyət tarixində əhəmiyyətli yer tutmuş bir sıra tədbirlər, o cümlədən 1968-ci ildə Azərbaycanda ilk dəfə keçirilmiş ASSİTEJ-in festivalı onun təşəbbüsü və gərgin əməyi sayəsində keçirilmişdir.
Zəfər Partiyası
Zəfər Partiyası — Ümid Özdağ tərəfindən 26 avqust 2021-ci ildə əsası qoyulan siyasi partiya. == Tarixi == === Zəmin === Ümid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan xaric edilmişdir. 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir.. Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir: 2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasının 26 avqustda rəsmi olaraq qurulduğunu elan etdi.
Zəfər Qaratay
Zəfər Qaratay (krımtat. Zafer Qaratay,türk. Zafer Karatay) – Əslən Krım tatarı olan Türkiyə jurnalisti, Krım Tatar xalqının Məclis təmsilçisi,Krım Tatar milli hərəkatının aktiv üzvü, Tatar Yazarlar Birliyinin, Türkiyə Jurnalistlər Cəmiyyətinin üzvü. == Həyatı == Zəfər Qaratay 27 sentyabr 1958-ci ildə Türkiyənin Ankara şəhəri yaxınlığındakı Krım tatarları tərəfindən qurulan Gunalan kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Türkiyənin paytaxtında tamamlamışdır. 1980-ci ildə Ankara Dövlət Memarlıq və Mühəndislik Akademiyasından ( Gazi Universiteti , Mühəndislik və memarlıq fakültəsi) məzun olmuşdur. 1985-ci ildə Ankara Universiteti dil,tarix və coğrafiya fakültəsinə qəbul olunmuşdur. 1980-1982-ci illər arasında Türkiyə Səhiyyə və Sosial Yardım Nazirliyində və 1984-1986-cı illərdə Sanaye və Ticarət Nazirliyi Keyfiyyət və Standartlar Bölümündə çalışmışdır.2006-cı ildən İstanbul Televiziyası müdürüdür. 1985-ci ilində Türkiyə dövlət televiziya kanalının rejissor köməkçisi TRT imtahanlarını vermiş və 1986-cı ilin oktyabrından rejissor kimi fəaliyyətə başlamışdır. 1986-1989-cu illərdə musiqi, əyləncə və təhsil proqramları hazırlamışdır.
Zəfər Quliyev
Zəfər Hüseyn oğlu Quliyev – Tanınmış siyasi ekspert, analitik və publisist, ölkənin aparıcı politoloqlarından biri, fəlsəfə elmləri namizədi, dosentdir. == Həyatı == Zəfər Quliyev 14 iyul 1951-ci ildə Gəncədə anadan olub. Ata tərəfi Tovuz rayonundandır. Ən kiçik yaşlarından Bakıda yaşayır və işləyir.1968-ci ildə Bakıdakı 189 saylı orta məktəbi bitirib. Həmin ildə Politexnik İnstitutuna (hazırda Texniki Akademiya) daxil olub. Ancaq bir il oxuduqdan sonra öz istəyi ilə bu ali məktəbi tərk edib, çünki artıq ciddi və ehtiraslı şəkildə humanitar elmlərlə - ələlxüsus da ədəbiyyat və fəlsəfə ilə maraqlanırdı. 1971-1973-cü illərdə Sovet ordusu sıralarında Gürcüstanda hərbi xidmət keçib. Serjant və tank komandiri olub. “Qvardiya” və “Sovet Ordusu Əlaçısı” döş nişanları ilə təltif olunub. 1974-cü ildə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna (hazırda Slavyan Universiteti) daxil olub.
Zəfər Surxayzadə
Zəfər Şəmsəddin oğlu Surxayzadə (5 avqust 2001, Baltalı, Şəki rayonu – 10 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zəfər Surxayzadə 5 avqust 2001-ci ildə Şəkidə anadan olmuşdur. Orta təhsilini 2007–2018-ci ildə Şəki şəhəri Baltalı kənd tam orta məktəbində almışdır. Subay idi. == Hərbi xidməti == 9 oktyabr 2019-cu iilədə müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Əsasən Cəbhənin Füzuli istiqamətində hərbi xidmət keçmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Zəfər Surxayzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. Zəfər Surxayzadə noyabrın 9-da Şuşanın azad edilməsi zamanı qəhrəmancasına həlak olmuşdur. 10 noyabr 2020-ci ildə doğulduğu kənddə torpağa tapşırılmışdır. == Təltifləri == (15.
Zəfər Yusibov
Zəfər Qəzənfər oğlu Yusibov (1982, Şəki rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının polkovniki, "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, İkinci Qarabağ müharibəsi qazisi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Zəfər Yusibov 1982-ci ildə Şəki rayonunun Çayqaraqoyunlu kəndində anadan olub. 1988-1999-cu illərdə Çayqaraqoyunlu kənd tam orta məktəbində təhsil alıb. 1999-2003-cü illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. Ailəlidir. 2 övladı var. == Hərbi xidməti == Zəfər Yusibov 2003-cü ildən Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında xidmət edir. Kapitan Zəfər Yusibov Azərbaycan Prezidenti İlham Əliyevin 11 mart 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Polkovnik Zəfər Yusibov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin Komandiridir. Zəfər Yusibov müxtəlif illərdə Türkiyə Respublikasında keçdiyi peşə və ixtisasartırma kurslarında iştirak edib: -Komando kursu, -Komando ixtisas kursu, -Snayper kursu, -Girovların Təyyarədə,Qatarda, Avtobusda,yaşayış məntəqəsində azad olunması üzrə kursu,(2 dəfə) -Su altı axtarma və zərərsizləşdirmə kursu, -İngilis dili kursu, -Quru qoşunlarının akademiyası (indiki milli müdafiə universiteti).
Zəfər bayrağı
Zəfər bayrağı və ya Qələbə bayrağı (rus. Знамя Победы) — 1945-ci il, mayın 1-i günü Qızıl Ordu əsgərləri tərəfindən Berlindəki Reyxstaq binası üzərinə qaldırılan, 188x82 sm ölçülü, üzərində oraq, çəkic və qırmızı ulduz emblemləri olan bayraq. Aleksey Berest, Meliton Kantariya və Mixayıl Yegorov adlı üç Sovet əsgəri tərəfindən göylərə ucaldılan bayraq, II Dünya Müharibəsində Sovet İttifaqının Nasist Almaniyası üzərində qələbə çalmasının rəsmi simvoludur. İndiki keçmiş SSRİ ölkələri və Rusiyada hələ də rəsmi tədbirlərdə, xüsusən Qələbə Günü təntənələrində və Moskva Qələbə Günü Parad Mərasimlərində istifadə edilir. Eyni zamanda 1996-cı ildən bəri Belarus və 2009-cu ildən bəri Dnestryanın (Dnestryanı Moldov Respublikası) rəsmi simvollarından biridir. Orijinal bayraq Moskvadakı Mərkəzi Silahlı Qüvvələr Muzeyində nümayiş etdirilir. == Haqqında == Qələbə Bayrağının üzərində kiril əlifbası ilə yazılıb; "150.Tüfəng, II.Кutuzov sinfi, İdrissa bölüyü, 79.Tüfəng Korpusu, 3.Zərbə Ordusu 1.Belarus Cəbhəsi" Sovet bayrağının oraqsız və çəkicsiz olan bir variantı var idi, prezident Boris Yeltsin 1996-cı il aprel ayının 5-də milli bayrağa bu emblemleri verdi. Prezident Vladimir Putin də zəfər bayrağını rus ordusunun rəsmi bayrağı kimi qəbul etdi. Bu bayraq Reyxstaqda qaldırılan bayraqdan sonra adlandırıldı, lakin bu da "qələbə bayrağı" adlanır. Bu gün bu variant artıq rəsmi rəmz deyil.
Zəfər burnu
Zəfər burnu (türk. Zafer Burnu), Andreas burnu (yun. Ακρωτήριο Αποστόλου Ανδρέα) — Kipr adasının nucqar şimal-şərq nöqtəsi. Karpaz yarımadasının qutaracağında yerləşir. Burun Həvari Andreyin şərəfinə adılandırılmışdır. 1974-cü ildən Şimali Kipr Türk Respublikasının de-fakto ərazisidir. İnzibati baxımından İskele rayonu ərazisinə daxildir. Suriyanın Əl-Laziqiyyə şəhəri ilə arasında məsafə 109 km-dir.Burun yaxınlığında Həvarrai Andrey məbədi yerləşir. Məbəd UNESCO tərəfindfən qorunur.
Zəfər sancağı
Zəfər bayrağı və ya Qələbə bayrağı (rus. Знамя Победы) — 1945-ci il, mayın 1-i günü Qızıl Ordu əsgərləri tərəfindən Berlindəki Reyxstaq binası üzərinə qaldırılan, 188x82 sm ölçülü, üzərində oraq, çəkic və qırmızı ulduz emblemləri olan bayraq. Aleksey Berest, Meliton Kantariya və Mixayıl Yegorov adlı üç Sovet əsgəri tərəfindən göylərə ucaldılan bayraq, II Dünya Müharibəsində Sovet İttifaqının Nasist Almaniyası üzərində qələbə çalmasının rəsmi simvoludur. İndiki keçmiş SSRİ ölkələri və Rusiyada hələ də rəsmi tədbirlərdə, xüsusən Qələbə Günü təntənələrində və Moskva Qələbə Günü Parad Mərasimlərində istifadə edilir. Eyni zamanda 1996-cı ildən bəri Belarus və 2009-cu ildən bəri Dnestryanın (Dnestryanı Moldov Respublikası) rəsmi simvollarından biridir. Orijinal bayraq Moskvadakı Mərkəzi Silahlı Qüvvələr Muzeyində nümayiş etdirilir. == Haqqında == Qələbə Bayrağının üzərində kiril əlifbası ilə yazılıb; "150.Tüfəng, II.Кutuzov sinfi, İdrissa bölüyü, 79.Tüfəng Korpusu, 3.Zərbə Ordusu 1.Belarus Cəbhəsi" Sovet bayrağının oraqsız və çəkicsiz olan bir variantı var idi, prezident Boris Yeltsin 1996-cı il aprel ayının 5-də milli bayrağa bu emblemleri verdi. Prezident Vladimir Putin də zəfər bayrağını rus ordusunun rəsmi bayrağı kimi qəbul etdi. Bu bayraq Reyxstaqda qaldırılan bayraqdan sonra adlandırıldı, lakin bu da "qələbə bayrağı" adlanır. Bu gün bu variant artıq rəsmi rəmz deyil.
Zəfər tağı
Zəfər tağı — böyük təntənəni əks etdirən arxitektura abidəsi. Zəfər Tağı şəhərə girişdə, küçənin sonunda, körpü başlanğıcında, böyük küçələrdə qaliblər şərəfinə və ya hansısa bir vacib hadisə şərəfinə ucaldılır. Bəzi ölkələrdə, kral xatirəsi üçün də Zəfər Tağı tikilir. Məsələn, Paris Zəfər tağı.
Peker
Pekər, Peker — ad, soyad.
Pekər
Pekər, Peker — ad, soyad.
Hakan Peker
Hakan Peker (5 fevral 1961, İstanbul) — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Ən yaxşı mahnıları sırasında "Bir Efsane" mahnısını göstərmək olar. == Həyatı == Sənət həyatına Seyyal Taner və Deniz Erkanatın yanında rəqqas olaraq başlayan Hakan Peker 1981-ci ildə Türkiyə Rəqs Çempionatında birinci yeri tutdu. TRT 1 kanalının əyləncə proqramlarında və müxtəlif yerli və xarici konsert təşkilatlarında iştirak etdi. 1989-cu ilin aprel tarixində ilk albomu işıq üzü gördü. "Bir Efsane" adını daşıyan albomla eyni adı daşıyan çıxış mahnısı hit oldu. 1990-cı ildə çıxardığı "Şüşədən Şüşəyə" (Camdan Cama) adlı albomu sənətçiyə istədiyi müvəffəqiyyəti qazandıraraq onu məşhurlaşdırdı. "Şüşədən Şüşəyə" mahnısı eyni il Sinan Özen tərəfindən də səsləndirilmişdi. Bu albomların ardından müxtəlif albomlar çıxarmış və Türkiyədə məşhur olmuşdur.
Rəcəb Pekər
Mehmet Rəcəb Pekər (5 fevral 1889, Konstantinopol – 2 aprel 1950, İstanbul) — Türk hərbçi və siyasət adamı. 1931–1936 illəri arasında Cümhuriyyət Xalq Partiyası Ümumi katibi qismində, Atatürk və İnönünün yanında rejimin "üçüncü adamı" olaraq seçildi Faşist İtaliya və Nazı Almaniyasına yaxın bir siyasəti müdafiə etdi. 7 Avqust 1946–10 Sentyabr 1947 tarixləri arasında baş nazirlik etdi.Milliyəti ləzgi.
Sedat Peker
Rəis Sedat Pekər (türk. Reis Sedat Peker; 1 dekabr 1970, Adapazarı[d]) — Türk mafiya lideri. 2021-ci ildən başlayaraq türk siyasətçilərini və hökumətlə əlaqəli insanların təsdiqlənməmiş, qeyri-qanuni hərəkətlərini əvvəlcə öz "YouTube" kanalı, sonra da Tvitter vasitəsilə ifşa etməyə başlayıb. O, özünü türkçü və turançı kimi təqdim etmişdir.
Sedat Pekər
Rəis Sedat Pekər (türk. Reis Sedat Peker; 1 dekabr 1970, Adapazarı[d]) — Türk mafiya lideri. 2021-ci ildən başlayaraq türk siyasətçilərini və hökumətlə əlaqəli insanların təsdiqlənməmiş, qeyri-qanuni hərəkətlərini əvvəlcə öz "YouTube" kanalı, sonra da Tvitter vasitəsilə ifşa etməyə başlayıb. O, özünü türkçü və turançı kimi təqdim etmişdir.
Zener diodu
Stabiitron- (zeyner(zener) diod) p-n diodun xüsusi bir tipidir. Stabilitronun xüsusiyyətləri: -Düz qoşulma halında normal bir diod kimi çalışır -Əks qoşulma halında, müəyyən gərginlikdən sonra keçirici olur. Bu gərginlik stabilitronun diapazon gərginliyi, və ya daha qısa olaraq stabilitron gərginliyi adlanır. - Əksinə gərginlik aradan qalxanda, stabilitron normal halına dönür. -Dövrələrdə, əks istiqamətdə işləyəcək şəkildə istifadə edilir. -Bir stabilitron stabilitron gərginliyi ilə başa düşülür. Məsələn: "30v luq stabilitron" dedikdə,30v luq əks gərginlikdə işləməyə başlayan stabilitron anlamına gəlir. -Silisium tərkiblidir. Stabilitron, əks istiqamətdə işləməsi zamanı yarana bilən hədsiz cərəyana görə sıradan çıxa bilər. Bu vəziyyətin qarşısını almaq üçün dövrəsinə daim ardıcıl bir qoruyucu müqavimət bağlanılır.