Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zəlimxan
Zəlimxan — Azərbaycan Respublikasının Ağstafa rayonunun Zəlimxan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Zəlimxan kəndi Aşağı Kəsəmən kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Zəlimxan kənd inzibati-ərazi vahidi yaradılmışdır. Əhalisi 1163 nəfərdir.
Zəlimxan (ad)
Zəlimxan — Azərbaycanlı adı. Zəlimxan Yaqub — Azərbaycanın xalq şairi Zəlimxan Məmmədli — Haqq Ədalət Partiyası Ali Məclisinin sədri Zəlimxan Əhmədov — Zəlimxan Yandarbiyev Digər Zəlimxan — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd.
Zəlimxan Məmmədli
Zəlimxan Adil oğlu Məmmədli və ya Zəlimxan Adil oğlu Məmmədov (17 iyul 1957, Kosalı, Qardabani rayonu) — Haqq Ədalət Partiyası Ali Məclisinin sabiq sədri, Borçalı İctimai Cəmiyyətinin sabiq sədri, Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədri, Azərbaycan Sambo Federasiyasının sabiq prezidenti, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Xalq Cəbhəsinin sabiq sədr müavini. Zəlimxan Məmmədli 17 iyul 1957-ci il tarixində Gürcüstan Sovet Sosialist Respublikasının Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildə isə Qərb Universitetinin Beynəlxalq siyasət və iqtisadiyyat fakültəsini bitirmişdir. 1982-ci ildən etibarən 6 saylı şəhər poliklinikasında həkim-stomatoloq olaraq çalışır. Ailəlidir, 2 qızı və 1 oğlu var. 1998-ci ildə ABŞ-nin Beynəlxalq Elm, Təhsil, İncəsənət və Sənaye Akademiyasının üzvü seçilmişdir. 2017-ci ildə Gürcüstanın Cumber Lejava adına Beynəlxalq Akademiyasının akademiki seçilmişdir. Zəlimxan Məmmədli "Vraç pokarivşiy Kafkaz miloserdiem" – "Qafqazı xeyirxahlıqla fəth etmiş həkim"(rus dilində), "İdman böyük diplomatiyadır", "Borçalı dastanı", "İnsan" kitablarının müəllifi, "Başkeçid qolunu saldı boynuma" kitabının həmmüəllifi, prof. Camal Mustafayevin "Fəlsəfi tarixi araşdırmalar" kitabının redaktorudur.
Zəlimxan Məmmədov

Zəlimxan Yandarbiyev
Zəlimxan Əbdülmüslüm oğlu Yandarbiyev (çeç. Яндарбин Абдулмуслиман-кIант Зелимхан Yandarbin Abdulmusliman-khant Zelimxan, rus. Зелимхан Абдулмуслимович Яндарбиев; 12 sentyabr 1952 – 13 fevral 2004, Doha) — Çeçenistan İçkeriya Respublikasının 1996-1997-ci illərdəki prezidenti, yazıçı. Yandarbiyev 2004-cü ildə Qətər Respublikasının paytaxtı Doha şəhərində sui-qəsd nəticəsində öldürülmüşdür. Əvvəlcə ədəbiyyatşünas alim, şair və uşaq ədəbiyyatı yazarı Yandarbiyev Sovet İttifaqı dağılmağa başladıqda çeçen millətçi hərəkatının lideri oldu. 1989-cu ilin iyulunda Qafqaz etnik qruplarının "Rus imperializminə" qarşı birliyini təbliğ edən dünyəvi demokratik bir partiya olan Bart (Birlik) Partiyasını qurdu. 1990-cı ilin mayında müstəqil Çeçenistana bağlı olan ilk çeçen siyasi partiyası olan Vaynax Demokratik Partiyasını (VDP) qurdu və rəhbərlik etdi. VDP Çeçenistanın Rusiya Sovet Federativ Sosialist Respublikasından müstəqilliyini elan etməsindən sonra parçalanana qədər həm çeçen, həm də inquşları təmsil edirdi. 1990-cı ilin noyabrında Cövhər Dudayevin rəhbərlik etdiyi və Sovet dövründəki rəhbərliyi devirən Çeçen Xalqının Ümummilli Konqresinin sədr müavini oldu. Dudayevlə birlikdə inquş liderlər ilə Çeçen-İnquş respublikasını ikiyə bölən müqavilə imzaladı.
Zəlimxan Yaqub
Zəlimxan Yaqub (azərb. Zəlimxan Yusif oğlu Yaqubov‎; 21 yanvar 1950, Kəpənəkçi, Bolnisi rayonu – 9 yanvar 2016, Bakı) — Azərbaycanın xalq şairi (2005), ictimai xadim. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı (2000–2005) Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir. 1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb. 1995–2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur. İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib. 1983-cü ildən AYB-nın üzvü olub. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. 1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.
Zəlimxan Yaqubov

Zəlimxan bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zəlimxan Əhmədov
Zəlimxan Əhmədov (1970, Urus-Martan – 2001, Qroznı) — 1994-2002-ci illərdə (ölümünə qədər) Çeçenistan Respublikasında birinci və ikinci müharibələrin fəal iştirakçısı. İkinci Çeçen müharibəsi illərində Qroznı camaatının əmiri. O, yüzlərlə adam öldürülməsi üçün məsuliyyət daşıyır, o cümlədən 18 2002-ci ilin aprel ayında qətlə çeçen polis. Zəlimxan Əhmədov 1975-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Urus-Martan şəhərində anadan olmuşdur. Əhmədovlar nəslinin ən kiçiyi idi. Birinci Çeçenistan müharibəsi başlayandan sonra o, çeçen separatçılarına qoşulur və qardaşı Ramzanın komandanlığı altında Urus-Martan Cəbhəsinin tərkibində döyüşür. Müharibələrarası dövrdə Əhmədov qardaşları Urus-Martan şəhərini nəzarətə götürürlər. Onlar şəhərinin meri Zərqan Malsaqov ilə yanaşı, şəhər kadısını vəzifəsindən azad edirlər. İkinci Çeçen müharibəsi zamanı, qardaşının ölümündən sonra, Qroznı camaatı başçılıq edir. Burada rus qoşunları ilə mübarizə aparır..
Zəlimxan Hüseynov
Zəlimxan Teci oğlu Hüseynov (13 iyul 1981; Xasavyurt, Rusiya SFSR) — 1999–2001-ci illərdə Rusiyanı, 2008–2013-cü illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi, 2009-cu il Avropa Çempionatının qalibi. Zəlimxan Hüseynov 1999-cu ilin fevralında Rusiya Çempionatının qalibi olub. Həmin ilin aprelində Belarusda baş tutan Avropa Çempionatında mübarizə aparsa da, turniri 16 idmançı sırasında 15-ci pillədə başa vurdu. İyunda isə Zəlimxan Hüseynov Riqa şəhərində (Latviya) baş tutan gənclər arasında Dünya Çempionatının qızıl medalına sahib oldu. Daha sonra Zəlimxan Hüseynov 2000-ci ildə Rusiya Çempionatını gümüş medalla başa vurdu. 2001-ci ildə isə Zəlimxan Hüseynov gənclər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. Noyabrda isə o, Dünya Çempionatlarında debüt elədi və turniri 33 idmançı sırasında 8-ci pillədə başa vurdu. Həmin illərdə Rusiya yığmasının lideri Afina Olimpiadasının qalibi Mavlet Batirov idi və Zəlimxan Hüseynov nüfuzlu beynəlxal turnirlərdə mübarizə apara bilmirdi. 2008-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Zəlimxan Hüseynovu Azərbaycan yığmasına dəvət elədi. Nəticədə Zəlimxan Hüseynov həmin dəvəti qəbul elədi və 2008-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı.
Zəlimxan dastanı (film, 2007)
Səlimxan Bayramov
Zərimxan Həsənli
Telimxan
Telim xan Teymur xan oğlu Türkman (1757, Mərağey[d], Mərkəzi ostanı – 1830, Savə, Mərkəzi ostanı) — el şairi. Telim xan 1742-ci ildə Savə vilayətinin Mərağey kəndində anadan olmuşdur. 14-15 yaşlarında şeir yazmağa başlamışdır. Çox gözəl şeirlər yazdığı və mükəmməl aşıqlığından dolayı onun "Haqq aşığı" olduğuna inanılmışdır. Telim xan gənclik illərində əmisi qızı Mehri xanıma aşiq olmuş, onun ardınca Şiraza getmiş, orada yeddi il qalaraq yəhər-səmər işləriylə, sərraclıqla məşğul olmuşdur. O, nakam bir eşq yaşamış, çox sevdiyi Mehri xanıma qovuşa biməmışdir. Amma son nəfəsinə qədər Mehri xanımı sevmişdir. Telim xan bir şerində 60 yaşına, başqa bir şerində isə 90 yaşına çatdığına işarə etmişdir. Onun doxsan yaşında öldüyü qəbul edilsə də, şair hicri-qəməri 1245-ci ildə, yəni miladi 1829-cu ildə vəfat edib. Telim xanın oğullarından biri Qulamhüseyn bəydir.
Elimxan Cəfərov
Elimxan Cəfərov Süleyman oğlu — Azərbaycan alimi, biologiya elmlər doktoru == Həyatı == 9 aprel 1955-ci ildə Ermənistan SSR Kalinino rayonunun Soyuqbulaq kəndində ziyalı ailəsində anadan olmuşdur. 1972-ci ildə orta məktəbi qızıl medal ilə, 1977-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir. O, 1981-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Bioloji Tədqiqatlar Elmi Mərkəzində elmi fəaliyyətə başlamış və həmin ildə də təcrübəçi – tədqiqatçı qismində SSRİ EA-nın Kimyəvi-fizika İnstituna (Moskva ş.) ezam edilmişdir. Ezamiyyət müddəti bitdikdən sonra E. Cəfərov həmin İnstitutun əyani aspiranturasına daxil olmuş və 1986-cı ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək namizədlik dissertasiyası müdafiə etmişdir. E. Cəfərov aspiranturanı bitirdikdən sonra öz elmi fəaliyyətini Azərbaycan SSR EA-nın Fizika İnstitunun " Fiziki – kimyəvi biologiya" sektorunda kiçik elmi işçi kimi davam etdirmişdir. İşlədiyi sektorun Azərbaycan EA-nın Botanika İnstitunun tabeliyinə verilməsi ilə əlaqədar olaraq, 1988-ci ildən həmin İnstitutun "Radiobiologiya və radiokimya" şöbəsində əvvəlcə böyük, sonra isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən "Radiobiologiya və radiokimya" şöbəsi yeni yaradılmış Radiasiya Problemləri İnstitutunun strukturuna daxil edilmiş və E. Cəfərov həmin tarixdən İnstitutun aparıcı elmi işçisi olmuşdur. Elmxan Cəfərov 1 mart 2003-cü il tarixindən etibarən İnstitutun "Radiobiologiya" laboratoriyasının rəhbəri vəzifəsində çalışır. == Əsas elmi fəaliyyəti == E. Cəfərovun rəhbərlik etdiyi laboratoriya kiçik dozalı radiasiyanın bioloji təsir mexanizminin araşdırılması ilə məşğul olur. Onun elmi işlərinin nəticələri bir çox nüfuzlu beynəlxalq konfranslarda dinlənilmiş və beynəlxalq jurnallarda çap edilmişdir.
Qədimxan (Bicar)
Qədimxan (fars. قديم خان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 170 nəfər yaşayır (39 ailə). Əhalisini kürdlər təşkil edir.
Rəhimxan (Bukan)
Rəhimxan (fars. رحيمخان‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.738 nəfər yaşayır (311 ailə).
Tələmxan (Həştrud)
Tələmxan (fars. تلم خان‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 244 nəfər yaşayır (52 ailə).
Sona Vəlixan
Sona xanım İbrahim qızı Vəlixan (19 iyun 1883, Qazax – 4 aprel 1982, Bakı) — göz həkimi, əməkdar elm xadimi, professor, Azərbaycan Tibb İnstitutunun kafedra müdiri, Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri. İlk oftalmoloq qadın (1933), İlk Tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadını olmuşdur. Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə "Endoftalmitin patoloji anatomiyasına dair" məqaləsi Nobel Komitəsinin diqqətini özünə cəlb edib və onun Nobel mükafatına namizədliyi qeydiyyata alınıb. İkinci dünya müharibəsinin başlanması səbəbindən onun elmi işi müvəffəqiyyət qazanmayıb. Qırmızı ulduz ordeni, Tibb əlaçısı döş nişanı, eləcə də 2 medalla təltif olunmuşdur. İbrahim Rəhimovun qızıdır. Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın olmuşdur. 1923–1939-cu illərdə S. Vəlixan Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışmış, 1939–1971-ci illərdə isə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuşdur. 1946–1960-cı illərdə S. İ. Vəlixan Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutmuşdur. Sona Vəlixan 60-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.
Vəlixan Qarayev
Vəlixan Qarayev (tam adı: Qarayev Vəlixan Novruz oğlu; 8 iyun 1960) — tibb elmləri doktoru. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi" publik hüquqi şəxsin "Şamaxı Müalicə Diaqnostika Mərkəzi" publik hüquqi şəxsində Direktor vəzifəsində çalışır. Vəlixan Qarayev 8 iyun 1960-cı ildə anadan olmuşdur. 1985-ci ildə N. Nərmanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. 1985–1986-cı illərdə Saratov Tibb İnstitutunun "Cərrahiyyə" kafedrasında internaturanı həkim cərrah ixtisası üzrə bitirmişdir. 1987-ci ildən 1996-cı ilədək Kazan şəhərində 7 saylı klinik şəhər xəstəxanasının cərrahiyyə şöbəsində — Həkimləri Təkmilləşdirmə Akademiyasının "Ümumi və təcili cərrahiyyə" kafedrasının bazasında cərrah vəzifəsində çalışmışdır. 1996-cı ildən 2000-ci ilədək RF FSX-nın Nijni Novqorod şəhəri Hərbi Tibbi İnstitutunun "Cərrahi xəstəliklər" kafedrasında müəllim işləmişdir. 2000-ci ildən 2011-ci ilədək Kazan şəhərində 7 saylı klinik şəhər xəstəxanasının cərrahiyyə şöbəsində — Həkimləri Təkmilləşdirmə Akademiyasının "Ümumi və təcili cərrahiyyə" kafedrasının bazasında həkim-cərrah kimi çalışıb və şöbə müdiri vəzifəsini əvəz edib. Mütəmadi olaraq Həkimləri Təkmilləşdirmə Akademiyasının "Ümumi və təcili cərrahiyyə" kafedrası ilə elmi-praktik əməkdaşlıq edib. 2011-ci ildən 2012-ci ilədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şamaxı Müalicə Diaqnostika Mərkəzi cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.
Zəlilan (Sulduz)
Zəlilan (fars. ذليلان‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 224 nəfər yaşayır (40 ailə).
Əlimran Şirvanski
Dəmirov (Şirvanski) Əlimran Müslüm oğlu — rejissor, aktyor, Azərbaycan SSR-in əməkdar mədəniyyət işçisi (1978). 1918 ildən Bakı teatr truppalarında həvəskar aktyor kimi çıxış etmiş, dram dərnəklərinə rəhbərlik etmişdir. 1924-cü ildə Ə. Bayramov adına qadınlar klubunda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" tamaşasında rejissor köməkçisi, həmçinin Vəli rolunun ifaçısı olmuşdur. 1939-1948-ci illərdə Azərbaycan Musiqili Komediya Teatrında aktyor və rejissor vəzifələrində çalışarkən Üseyir bəy Hacıbəyovun bir sıra əsərlərinin quruluşunu vermiş və bu tamaşalarda aktyor kimi iştirak etmişdir. Qoçu Əsgər, Həsənqulu bəy, Rza bəy və s. yadda qalan obrazlar yaratmışdır. Əli İmran Şirvanski Fəhlə-Gənclər Dram Dərnəyinin rəhbəri idi.
Əlixan Binnətoğlu
Əlixan Bukeyxanov
Əlixan Bökeyxan(qaz. Әлихан Бөкейхан; 5 mart 1866, 1869, 1870 və ya 1866 – 27 sentyabr 1937 və ya 1937, Moskva, SSRİ) — qazax ictimai xadimi, müəllimi, jurnalisti, etnoqrafı. Qaynaqlar onun nəslinin Çingiz xanın nəvəsi Cuçi xana bağlı olduğunu yazırlar. Bökey xanın nəslindəndir.. Onun doğum tarixi 1866-cı il, 1869-cu il, 1870-ci il kimi göstərilir. Rusya İmperyasının inzibati ərazi bölgülərinə görə Əlixan Nurmuhammed oğlu Bökeyxan Semey vilayəti Qarqaralı qəzasının Toqırauın nahiyəsində doğulmuşdur. Nurmuhammed xan oğlu Əlixanın təhsil alması üçün ayrıca müəllimlər tutur. Sonra isə Karqaralıdakı qazax uşaqları üçün açılmış məktəbə göndərir. 1879–1886-cı illərdə bu məktəbdə oxuyan Əlixan təhsildəki başarısı ilə diqqəti cəlb edir. Bölgənin o dövürkü general-qubernatoru Gerasim Kolpakovskinin köməyi ilə Omsk Texniki Məktəbinə daxil olan Əlixan Bökeyxan 1890-cı ildə məktəb bitirib Sankt-Peterburqa gedir.
Əlixan Bökeyxan

Elmixan Məmmədov
Elmixan Məmmədov (9 yanvar 1994-cü ildə Tovuzda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Turan Tovuz klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-17 milli futbol komandasında çıxış etmişdir. == Bioqrafiyası == Elmixan Məmmədov 1994-cü ildə Tovuz şəhərində anadan olmuşdur. O, Turan Tovuz klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının məzunu olmuşdur. == Klub karyerası == Elmixan Məmmədov öz peşəkar futbolçu karyerasına 2010-cu ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Turan Tovuz klubunda başlamışdır. O, Tovuz təmsilçisi ilə birlikdə Premyer Liqada üç mövsüm iştirak etdi. 2013–14 mövsümünün sonunda toplanılan xallar əsasında klub Birinci Diviziona endi, lakin digərlərindən fərqli olaraq, Elmixan klubu tərk etmədi. === Çempionat === Mövsümlər üzrə Azərbaycan çempionatında statistikası aşağıdakı kimidir: === Кубок === Mövsümlər üzrə Azərbaycan Kubokunda statistikası aşağıdakı kimidir: == Milli karyerası == 2010-cu ildə Elmixan Azərbaycan U-17 millisi ilə Moldova Futbol Federasiyası Kuboku turnirində iştirak etmək üçün milliyə dəvət almışdır.
Keliman dağları
Keliman dağları, Kaliman (rum. Munţii Călimani) — Rumıniyanın şimalinda dağ massivi. Massiv Şərqi Karpatlarda, Bukovina və Transilvaniya tarixi bölgələrinin sərhəddində yerləşir. Keliman massivi geoloji baxımdan Keliman-Xarqit dağlarına aiddir. == Ümumi məlumat == Keliman dağlarında ən yüksək zirvə Petrosa pikidir (2102 m). Digər yüksək zirvələr: Reşiç (2021 m), Bistrisiorul (1990 m), Stuniorul (1885 m). Ən yüksək zirvə olan Petrosa böyük vulkanik kraterlə əhatə olunub. Kraterin diametri 10 km-dir. Krateri Petrosadan Valya Neqare çayı ayırır. Kraterin daxilində bir neçə kiçik çuxur var (Pietricelui, Vârful Haitei, Negoiul Românesc).
Zerixan (Urmiya)
Zerixan (fars. ‎‎‎زري خان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.