Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əmir Ərşad
Əmir Ərşad (tam adı:Sam xan Rüstəm xan oğlu Hacıəlili; 1866 – 1922, Salmas, Qərbi Azərbaycan ostanı) — sərkərdə. == Həyatı == Sam xan Rüstəm xan oğlu XIX yüzilin sonlarında Qaradağ vilayətinin Üzümdil mahalının Ovxara kəndində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyasi almışdı. Atası Rüstəm xan Qaradağın böyük maliklərindən, Hacıəlili elinin başçısı idi. Onun vəfatından sonra elə böyük oğlu Məhəmmədhüseyn xan Sərdar Əşair rəhbərlik etdi. Əmir Ərşad da onun sərkərdəsi idi. Cənubi Azərbaycan valisi Nizamülmülk qardaşları Təbrizə çağırıb hökumətə xidmət etməyə dəvət edir. Onlara şan-şöhrətli ləqəblər verib Qaradağa yola salır. Əmir Ərşad Qaradağın dağınıq xanlarını birləşdirməyə çalışırdı. İpə-sapa yatmayan Hacı Rəhim xan Çələbiyanlı ilə dəfələrlə vuruşub, onu Qaradağdan kənarlaşdırmağa müvəffəq olmuşdu.
Ərşad Hüseynov
Ərşad Hüsü oğlu Hüseynov (7 avqust 1968, Mayis, Laçın rayonu) — Digesta hüquq firmasının direktoru. == Həyatı == Ərşad Hüseynov 7 avqust 1968-ci ildə Laçın rayonunun Mayıs kəndində anadan olmuşdur. 1987-ci ildə Mişni kənd orta məktəbini gümüş medalla bitirmiş və Rusiya Federasiyasının Qorki (indiki Nijniy Novqorod) şəhərində Politexnik İnstitutun avtomobil fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. Daha sonra Sovet ordusu sıralarında xidmət etmişdir. Ordu sıralarından qayıtdıqdan sonra öz xahişi ilə Qorki Politexnik İnstitutundan çıxmış və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. Həmin fakültəni 1996-cı ildə fərqlənmə diplomu ilə bitirmişdir. Hüquqşünas kimi əmək fəaliyyətinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında hüquq məsləhətçisi olaraq başlamışdır. Əsas işi ilə yanaşı Odlar Yurdu Universitetinin, daha sonra isə Qərb Universitetinin hüquq fakültəsində dərs də keçmişdir. 1998-ci ildə "Digesta" hüquq firmasını təsis etmişdir. Bu firma həm hüquq xidmətlərinin göstərilməsi, həm də hüquq ədəbiyyatının çapı ilə məşğul olur.
Ərşad Saleh
Ərşad Saleh (türk. Erşat Salihi) — İraq siyasətçisi, 2011–ci ildən İraq Türkman Cəbhəsi Partiyasının başçısı. == Həyatı == Ərşad Saleh 1959-cu ildə İraqda, Kərkük şəhərinin Musalla məhəlləsində anadan olmuşdur. İlk və orta təhsilini Kərkük şəhərində almışdır.1978-ci ildə Bağdad Universitetinin fizika-riyaziyyat fakültəsini bitimişdir. Orta məktəb illərindən başlayaraq Türkman Milli Hərəkatlarına qoşulan Ərşad Saleh, universitet illərində hərəkatın qabaqcıllarından olmuşdur. Bu fəaliyyətinə görə 1979-cu ildə Türkman Milli Hərəkatına qoşulma (türkçülük) bəhanəsi ilə Baas partiyası tərəfindən həbs edilmiş və 10 il həbs cəzasına məhkum edilmişdir. 9 il Əbu Qərib Həbsxanasında xüsusi siyasi dustaqların saxlanıldığı bölmədə məhkum olaraq saxlanılan Ərşad Salehin qardaşı Səddam Hüseyn rejimi tərəfindən edam edilmiş və ailəsi də Kərkükdən İraqın cənubundakı vilayətlərə sürgün edilmişdir. İraqda rejimin devrilməsindən sonra 2003-cü ildə Kərkükdə İraq Türkman Cəbhəsinin Musalla Bürosu vəzifəsinə gətirilən Ərşad Saleh, 2004-cü ildə İraq Türkman Cəbhəsi Suriya Cəbhəsi nümayəndəsi kimi çıxış etmişdir. Suriyada da 4 il xidmət edən Ərşad Saleh, 2008 - ci ildə İraq Türkman Cəbhəsinin Qurultayı ilə birlikdə Kərkük Vilayət Sədri vəzifəsini aparmağa başlamışdır. 7 mart 2010 - cu ildə İraqda keçirilən seçkilərdə Kərkükdən millət vəkili seçilmişdir və may 2011 - ci ildən etibarən İraq Türkman Cəbhəsinin yeni sədri kimi vəzifəsini davam etdirmişdir.
Ərşad Əzimzadə
Ərşad Əzimzadə — Yazıçı-jurnalist, təbii üsullarla müalicə üzrə mütəxəssis, "Ana Təbiət" Natural Gigiyena mərkəzinin rəhbəri. == Həyatı == Ərşad Mütəllim oğlu Əzimzadə 1935-ci ildə (1934) Zəngilan rayonunun Seyidlər kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Uzun illər "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Bakinski raboçi" və "Azərbaycan" qəzetlərinin müxbiri vəzifəsində çalışıb. Düz 30 il (1965–1995) 8 ağır xəstəlikdən (Artrit, Şəkərli diabet, mədə, ürək-damar, böyrək problemləri və s.) əzab çəkib, 40 yaşında (1976) iş qabiliyyətini tamam itirərək, 1-ci qrup əlil kimi pensiyaya çıxıb. 60 yaşına çatdıqdan sonra Ümümdünya Natural Gigiyena hərəkatı karifeylərinin (Herbert Şelton, Katsudzo Nişi, Pol Breqq, Norman Uoker, Laynus Polinq, Abram Zalmanov, Uilyam Beyts və s.) əsərlərini oxuyaraq, qısa müddətdə özünü təbii üsullarla müalicə edib, sağlamlığını qaytarıb və məşhur "Möcüzəsiz möcüzə" kitabını yazıb. == Yaradıcılığı == Bir neçə bədii və elmi-publisistik əsərin müəllifidir. Hazırda sağlamlıq problemləri ilə bağlı yeni əsərlər üzərində çalışır. Görkəmli maarifpərvər alim və ictimai xadim Həsən bəy Zərdabinin maarifləndirmə işini davam etdirən Ə. Əzimzadə əhalinin səhiyyə mədəniyyətini, xüsusilə də qida mədəniyyətini yüksəltmək üçün var gücü ilə çalışır, respublikada Sağlam Həyat Tərzi haqqında Qanun qəbul olunması uğrunda mübarizə aparır. == Kitabları == Arandan gələn adam.
Qızılca Ərşad (Çaroymaq)
Qızılca Ərşad (fars. قزلجه ارشد‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (19 ailə).
İrşad
İrşad (qəzet)
Fərşad Əhmədzadə
Fərşad Əhmədzadə (23 sentyabr 1992, Urmiya) — əslən azərbaycanlı olan İran futbolçusu. Müxtəlif vaxtlarda Traktor Sazi və Persepolis futbol klublarının heyətində çıxış edib. 2012-ci ildə İranın 22 yaşlılardan ibarət milli komandasına çağırılıb. == Kariyerası == Fərşad Əhmədzadə öz karyerasına Tehranın Parseh futbol klubunda başlayıb. 2011–2012-ci il Azadegan liqasında 18 oyunda 2 qol vurub. 2012-ci ilin avqust ayında Persepolis klubu ilə beş illik müqabilə imzalayarıq klubun heyətində çıxış etməyə başlayır. Persepolisin heyətində ilk oyununu 19 dekabr 2012-ci ildə Hazfi kuboku uğrunda klubun Malavan klubunu 6-0 udduğu oyunda edib. Persepolisin heyətində çıxış etdiyi dövrdə iki dəfə İran milli futbol çempionatının və İran Superkubokunun qalibi olub. 2013-cü ilin yayında Əhmədzadə Təbrizin Traktor Sazi futbol klubunda çıxış etməyə başlayır. Bu klubda da çıxış etdiyi vaxt Hazfi kubokunun qalibi olur.
Kəsəmənli Rəşad
Rəşad Nüsrət oğlu Kəsəmənli (20 iyul 1975, Bakı) — Azərbaycanlı aktyor. == Həyatı == Kəsəmənli Rəşad (Reşat) Nüsrət oğlu 1975-ci il iyulun 20-i Bakı şəhərində anadan olub. Əslən Qazaxın (Ağstafanın) Qıraq Kəsəmən kəndindəndir. 1982-ci ildə 95 saylı orta məktəbə daxil olub və 2 il sonra 173 saylı orta məktəbdə təhsilini davam etdirib. 10 yaşından 14 yaşına kimi aktyorluq dərnəyinə gedib. 1992-ci ildə orta təhsilini bitirib, Təfəkkür Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. Bir il təhsil aldıqdan sonra könüllü olaraq ordu sıralarına yazılıb. 1995-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra isə yarım qalan hüquq təhsilini davam etdirməyib. Sənədlərini uşaqlıqdan həvəsində olduğu ADMİU aktyorluq fakültəsinə verib və yüksək balla qabiliyyət imtahanından keçib. Aktyor sənəti müəllimi Azərpaşa Nemətov olub.
Rəşad Səfərəliyev
Rəşad Səfərəliyev (tam adı: Rəşad Fərman oğlu Səfərəliyev; 2 oktyabr 2001; Xaçmaz, Azərbaycan — 27 sentyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Səfərəliyev 2001-ci il oktyabrın 2-də Xaçmaz rayonunda anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Rəşad Səfərəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Rəşad Səfərəliyev sentyabrın 27-də şəhid olub. Xaçmaz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Səfərəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Rəşad Tağıyev
Rəşad Ənvər oğlu Tağıyev (1981, Neftçala rayonu) — Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı. == Həyat və fəaliyyəti == Rəşad Ənvər oğlu Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "Hüquqşünaslıq" ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində "Korporativ hüquq" üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. 2003–2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 2007–2013-cü illərdə "Ata Konsaltinq" MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və "Konsaltinq-AZ" MMC-də baş direktorun müavini kimi fəaliyyət göstərib.2013–2015-ci illərdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015–2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb. Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Təhsil nazirinin 2020-ci il 11 dekabr tarixli əmri ilə vəzifəsindən azad edilərək Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub"Dövlət qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi medalı" ilə təltif olunub.Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 sentyabr tarixli sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. === Ailəsi === Ailəlidir, iki övladı var.
Rəşad Təhməzov
Rəşad Qərib oğlu Təhməzov (12 yanvar 2002; Ərəbşalbaş, Qobustan rayonu, Azərbaycan — 29 sentyabr 2020; Gülüstan, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Təhməzov 2002-ci ilin yanvar ayının 12-də Qobustan rayonunda dünyaya gəlib. Xəzər rayonu, Qala qəsəbəsi 92 saylı tam orta məktəbdə təhsil almışdır. 28 mart 2020-ci ildə hərbi xidmətə çağırılıb. 2020-ci il yanvarin 24-də həqiqi hərbi xidmətə yola düşən Rəşad Goranboy rayonunda, N saylı hərbi hissədə xidmət keçib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rəşad Təhməzov Goranboy, Tərtər, Murovdağ və Suqovuşan istiqamətlərində döyüşüb. O, sentyabrın 29-da Goranboy rayonu, Gülüstan kəndi istiqamətində hərbi əməliyyatlar zamanı digər növ partlayışlarla və qəlpələrlə törədilmiş zədələnmə nəticəsində şəhid olub. Qobustanda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Rəşad Xəlifə
Rəşad Xəlifə (19 noyabr 1935 – 31 yanvar 1990, Tuson, Arizona) ― misirli biokimyaçı və Qurançı.
Rəşad Yusibov
Rəşad Nazim oğlu Yusibov (19 avqust 1996; Şəmkir, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Rəşad Yusibov 19 avqust 1996-cı ildə Şəmkir şəhərində anadan olmuşdur. 2002-ci ildə Şəmkir şəhəri C. Rüstəmov adına tam orta məktəbin birinci sinfində təhsil almış, 2013-cü ildə həmin məktəbi bitirmişdir. == Hərbi xidməti == Rəşad Yusibov 2014-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmağa başlamışdır. 2016-cı ildə hərbi xidmətini başa vurmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Yusibov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olmuşdur. Həmin ilin 19 dekabr tarixində doğulduğu Şəmkir şəhərində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Yusibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Yusibov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Rəşad Yusibov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Rəşad Zeynallı
Rəşad Zeynallı (tam adı: Rəşad Qiyas oğlu Zeynallı; 21 aprel 1998; Bakı, Azərbaycan — 8 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Zeynallı 1998-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə İ. Əfəndiyev adına Elitar Gimnaziyada, 2008-2015-ci illərdə isə P. Nəzərov adına 60 nömrəli tam orta məкtəbdə təhsil alıb. 2015-2018-ci illərdə Azərbaycan Texniki Universitetində (AZTU) “Cihazqayırma mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb. Subay idi. Zeynallı Rəşad Qiyas oğlu ailəsinin,dostlarının,onu tanıyanların həyatında gözəl əməlləri,qüsursuz əxlaqi ilə yaddaşlarında iz qoyub getdi. Rəşad hər bir valideynin arzu etdiyi gözəl bir övlad,sədaqətli dost,onu tanıyan ətrafı üçün xoş rəftar,alicənab,mehriban,saf,təmiz birisi olaraq xatirələrə həkk oldu.Bu gün Rəşadı istər orta məktəb,istər universitet müəllim kollektivi fəxirlə yad edir,onunla qürur duyurlar. Qürur verici haldır ki,Rəşad hərbi xidmətdə olduğu müddətdə dəfələrlə hərbi hissə tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.Bu gün hərbi hissə komandirləri,əsgər yoldaşları Rəşadın gözəl əxlaqı dəyərlərə malik igid,cəsur,vətənə sədaqətli bir əsgər kimi xatırlayırlar.Rəşad əsgər yoldaşlarının xatirəsində,hər zaman məsləhət ala biləcəyimiz biri,çox gözəl dost,mehriban,mərhəmətli,tikəsini hamı ilə bölüşən,kimsənin haqqına girməyən,yersiz zarafatları sevməyən,gözəl təşkilatcılığı malik biri kimi yaddaşlarına həkk olub. ŞƏHİD ATASI ZEYNALLI QİYASIN OĞLU RƏŞADLA BAĞLI SON XATİRƏSİ: Hərbi xidmətdə olarkən Rəşadın tərxis olunma əmri verilmişdi,xidmətini başa vurub evə gəlməyinə saylı günlər qalmışdı.Rəşada xəbər vermədən getmişdik onun görüşünə,bizim gəlişimiz onun üçün gözlənilməz və sevincli oldu. Evə qayıdarkən mülkü geyimdə gəlməyi istədiyini eşitdiyim üçün bəyəndiyi geyimləridə alıb aparmışdım.Bu bizim Rəşadla sonuncu görüşümüz imiş...görüşüb ayrıldıq,maşına oturanda bizi geri çağırdı bir-bir hamımızla yenidən görüşdü.Məni qucaqlayıb bərk-bərk özünə sıxdı,boynumdan öpdü,heç vaxt belə etməmişdi,sanki mənimlə sonuncu dəfə görüşdüyünü hiss edirmiş.....
Rəşad Zeyniyev
Rəşad Ələkbər oğlu Zeyniyev (13 sentyabr 2001, Cəlilabad rayonu – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Zeyniyev 13 sentyabr 2001-ci il tarixində Cəlilabad rayonunda anadan olub. Rayonun Petrovka kəndinin 5 saylı tam orta məktəbində təhsil alıb. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur. 8 il ərzində güləş idman növü ilə məşğul olub. Ailədə 3 övladdan son beşik olub. == Ailəsi == Subay idi. Atası — Zeyniyev Ələkbər Poladxan oğlu Anası — Zeyniyeva Təranə Tərlan qızı == Hərbi xidməti == 2019-cu ilin oktyabr ayında Cəlilabad rayon hərbi komissarlığından hərbi xidmətə yollanıb. 28 sentyabr 2020-ci il tarixindən etibarən İkinci Qarabağ müharibəsində iştirak edib. Füzuli rayonu və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə böyük şücayət göstərib.
Rəşad İlyasov
Rəşad İlyasov — Azərbaycan musiqiçisi, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == Rəşad İlyasov 1974-cü il noyabrın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildən 20 nömrəli orta məktəbdə təhsil almağa başlayıb. Valideynləri musiqiçi olmasa da (atası İlyasov Mirzə Rüstəm oğlu — mühəndis, anası Eyvazova Zərifə Alxas qızı Azərbaycan Dövlət Teleradio şirkətində jurnalist kimi çalışıblar), Rəşadda hələ uşaqlıqdan musiqiyə böyük həvəs olub. Belə bir həvəsin əsas səbəblərindən biri də Rəşadın gözünü açandan daima ətrafında sənətçiləri görməsi olub. Onun xalası — Şəfiqə Eyvazova Azərbaycanın xalq artisti, kaman ustası, dayısı Yasəf Eyvazov isə ud ifaçısıdır. Beləliklə Rəşad orta məktəbdə oxumaqla bərabər 16 nömrəli musiqi məktəbinin fortepiano sinfində təhsil almağa başlayıb. Lakin 1990-cı ildən gənc musiqiçi yeni seçim edir: o, kanon alətində ifa etməyə başlayır. Artıq 90-cı illərdən Rəşad Zeynəb Xanlarova, Nisə Qasımova kimi sənətçilərlə çalışmaşa başlayır. O, "Ümid" ansamblının üzvü olur.
Rəşad İsmayılov
Rəşad İsmayılov ( Rəşad Fail oğlu İsmayılov; 7 iyun 1974, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri (2018—2022). == Həyat və fəaliyyəti == Rəşad İsmayılov iyunun 7-si 1974-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. 1981–1991-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsinin məzunudur. Daha sonra Həyat Qeyri-Hökumət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin rəisi olub. ==== Təhsili ==== 1981–1991 — M. Rəhim adına 7 saylı orta məktəb, Bakı şəhəri, Səbail rayonu 1991–1996 — M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universiteti Fakültə — Hüquq , İxtisası — Hüquqşünas. Fərqlənmə ilə bitirmişdir. 2001–2003 — Azərbaycan Dövlət İqtisad Universiteti Fakültə — Maliyyə Kredit, İxtisas — İqtisadçı. === Təkmilləşdirmə Kursları === 2003 — İtaliya, Turin şəhəri, BMT-nin Xətti ilə "İctimai Sərmayənin Mərkəzləşdirilməsi və Yoxsulluğun Aradan Qaldırılması" seminar proqramı.
Rəşad İzbırak
Rəşad İzbırak - Cümhuriyyət vaxtının coğrafiyaçılarından olub, müasir coğrafiyanın qurucularındandır. == Həyatı == Rəşad İzbırak 1911-ci ildə Harputda anadan olub. Uşaqlığı və gəncliyi isə Kayseridə keçib. Kayseri liseyini bitirdikdən sonra İstanbul Universitetinin Coğrafiya fakültəsinə daxil olub. 1934-cü ildə məzun olub. 1935-ci ildə ixtisasını artırmaq üçün Almaniya Berlin Universitetinə göndərilib. Burada prof.Norbert Krebsin yanında doktorant olub və ‘’Geomorphologische Studien im Westlichen Bayerischen Walde’’ adlı tezisi üzrə 1939-cu ildə müdafiə edib. 1944-cü ildə dosent 1953-cü ildə isə professor olub. Həmin ildə Dil və Tarix Coğrafiya fakültəsinin fiziki coğrafiya kafedrasına dekan seçilir. 1981-ci ildə təqaüdə çıxır və 1988-ci ildə vəfat edir.
Rəşad Şiriyev
Rəşad Rasim oğlu Şiriyev (5 dekabr 2001; Bürsülüm, Lerik rayonu, Azərbaycan — 7 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Şiriyev 5 dekabr 2001-ci ildə Lerik rayonunun Bürsülüm kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Rəşad Şiriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Talışın və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 7 oktyabr 2020-ci ildə səhər saatlarında Talış-Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Şiriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Şiriyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Şiriyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Rəşad Şiriyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Rəşad Şolan
Rəşad Fərhad oğlu Şolan (Məmmədov Rəşad Fərhad oğlu; 27 iyun 1980, İmişli rayonu) — cərrah-uroloq, transplantoloq, Amerika Uroloqlar Assosiasiyasının və Avropa Uroloqlar Assosiasiyasının araşdırmaçı üzvü, "Böyrək Transplantasiyası üzrə Mütəxəssislər Assosiasiyası"nın İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin böyrək transplantasiyası üzrə baş mütəxəssisi (2019-2021), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqan transplantasiyası üzrə mütəxəssis eksperti, Respublika Diaqnostika Mərkəzinin "Böyrək xəstəlikləri və transplantologiya" şöbəsinin müdiri, AMEA A.Qarayev adına Fiziologiya İnstitutunun "İmmunofiziologiya və eksperimental transplantologiya" laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru. == Həyatı == Rəşad Şolan 27 iyun 1980-ci ildə Azərbaycan SSR-in İmişli şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. 1987-1993-cü illərdə Bakı şəhəri 264 saylı orta məktəbdə təhsil almış, 1993-cü ildə isə müsabiqə yolu ilə akademik Azad Mirzəcanzadənin fəxri rəhbərliyi altında Həbibbəy Mahmudbəyov adına Texniki-Humanitar Litseyə qəbul olunmuşdur. 1997-ci ildə təhsilini başa çatdırmış, elə həmin ildə Azərbaycan Tibb Universitetinin birinci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2000-ci ildə "Xroniki pielonefrit və qlomerulonefrit xəstələrində sidiyin mikroflorasının öyrənilməsi" mövzusunda ilk elmi-araşdırma işini aparmış və müəllifi olduğu elmi iş Tələbə Elmi Cəmiyyətinin (TEC) konqres materiallarında çap olunmuşdur. 2002-ci ildə birinci müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri seçilmişdir. 2003-cü ildə "İvanisseviçin əməliyyatı zamanı mini-çıxışdan istifadə" mövzusunda tələbə elmi işi ilin ən yaxşı tələbə işi nominasiyasına layiq görülmüşdür. 2003-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Türkiyə Cümhuriyyətinin Ege Universitetinin "Urologiya" kafedrasında urologiya üzrə rezidenturaya qəbul olunmuşdur. 2003-2009-cu illərdə Ege Universitetinin "Urologiya" kafedrasının assistenti olmuşdur.
Rəşad Şəfiyev
Rəşad Vaqif oğlu Şəfiyev (13 oktyabr 1991; Gəncə, Azərbaycan — 28 oktyabr 2020; Bərdə, Azərbaycan) — Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Şəfiyev 13 oktyabr 1991-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1997-2010-cu illərdə Molla Pənah Vaqif adına 8 nömrəli orta məktəbdə orta təhsil almışdır. Ailəli idi. 2 övladı var. == Hərbi xidməti == Rəşad Şəfiyev 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 2019-cu ilin iyul ayından Fövqəladə Hallar Nazirliyinin «N» saylı hərbi hissəsində xidmətə başlamışdır. Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əsgəri olan Rəşad Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı axtarış-xilasetmə çalışmalarında iştirak etmişdir. 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması zamanı axtarış-xilasetmə əməliyyatlarında iştirak etmişdir. 27 oktyabr 2020-ci il tarixində Bərdənin raket atəşinə tutulmasından sonra oradakı axtarış-xilasetmə əməliyyatlarına qatılmışdır.
Rəşad Əhmədov
Rəşad Əhmədov (5 yanvar 1981, Yevlax) — Azərbaycanı təmsil edən taekvondoçu. == Həyatı == Rəşad Əhmədov 1981-ci il yanvarın 5-də Yevlax şəhərində anadan olub. == Karyerası == Rəşad Əhmədov 2001-ci ildə Niderlandda baş tutan hərbçilər arasında Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Bir il sonra Birləşmiş Ştatlarda baş tutan hərbçilər arasında Dünya Çempionatında isə Rəşad Əhmədov bürünc medala sahib oldu. 2002-ci ilin mayında Rəşad Əhmədov birinci ciddi uğuruna imza atdı. Samsun şəhərində Avropa Çempionatının final görüşündə məğlub olaraq turniri gümüş medalla başa vurdu. Bir il sonra isə Rəşad Əhmədov Almaniyanın Qarmiş-Partenxirhen şəhərində Dünya Çempionatının bürünc medalına sahib oldu. Həmin il Fransanın Paris şəhərində Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu. Bununla da Rəşad Əhmədov Azərbaycan idmanında bu idman növü üzrə olimpiya lisenziyasına sahib olan birinci azərbaycanlı olaraq tarixə düşdü. Afina Olimpiadasından əvvəl Rəşad Əhmədov 2004-cü ilin mayında Norveçin Lillehammer şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.
Rəşad Əhmədzadə
Rəşad Rüfət oğlu Əhmədzadə (3 aprel 1963, Bakı) — Kukla teatrının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017). == Həyatı == Rəşad Əhmədzadə 3 aprel 1963-cü ildə Bakı şəhərində anadan olub. 172 saylı orta məktəbdə oxuyub (1970–1980). 1980-ci ilin dekabr ayında Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya teatrında fəaliyyətə başlayan Rəşad Əhmədzadə hərbi xidmətdən (1981–1983) sonra yenə Musiqili Komediya teatrına qayıdaraq 1996-cı ilə qədər burada səhnə maşinisti, texnik-radist , işıqçı, butaforçu, inzibatçı, bədii quruluş hissə müdiri və direktor müavini vəzifələrində çalışıb. 1989–1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 1996-ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında direktor müavini vəzifəsində çalışıb. 2010-cu ilin aprel ayından Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru təyin olunmuşdur. 2011-ci ildən "UNİMA" Azərbaycan Milli Mərkəzinin Prezidentidir. 9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.2017-ci ildə-2018-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının direktoru vəzifəsini müvəqqəti icra edib.
Rəşad Əliyev
Rəşad Əmiralı oğlu Əliyev (17 aprel 1991, Salyan rayonu – 5 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Əliyev 1991-ci il aprelin 17-də Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. Orta təhsilini Ərəbqardaşbəyli kənd məktəbində almışdır. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Hərbi məktəbi bitirdikdən sonra 1 il təlim keçmişdir. Ailəli idi. Zəhra adında bir qızı və Tunar adında bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Naxçıvan MR-nın Culfa rayonunda N saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Rəşad Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Əliyev noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub.
Rəşad Ələkbərov
Rəşad Ələkbərov (azərb. Ələkbərov Rəşad İlqar oğlu;‎15 sentyabr 1997, Gəncə – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı == Ələkbərov Rəşad İlqar oğlu 1997-ci il 15 sentyabrda, Gəncə şəhərində anadan olmuşdur. Əslən Gədəbəy rayonundandır Gəncə şəhəri 44 saylı orta məktəbi bitirmişdir. === Ailəsi === Anası Nailə Ələkbərova Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. “Gəncə” alayının tərkibində 1992-1993-cü illərdə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Birinci Qarabağ müharibəsi veteranıdır. Dayısı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, ehtiyatda olan zabit Faiq Ələkbərlidir == Hərbi xidməti == 2016-ci iyulundan 2018-ci ilin yanvarınadək Ağcabədi, Füzuli, Beyləqan rayonlarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Hadrut, Daşaltı və Şuşanın işğaldan azad olunmasında iştirak edib. Şuşa işğaldan azad olduqdan sonra ordumuzun Şuşa-Laçın istiqamətində irəliləyişi zamanı noyabrın 9-da şəhid olub. Gəncənin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Elşad
Elşad — kişi adı. Elşad Abbaszadə — Kiçik çavuş. Şəhid. Elşad Bayramov — Şəhid.Elşad MəmmədovElşad Məmmədov (icra başçısı) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra hakimiyyətinin başçısı. Elşad Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı.Elşad Mirbəşir — Siyasi elmlər namizədi Elşad Tahirov — Azərbaycan futbolçusu Elşad Şabanov — Elşad Ələsgərov — Elşad Fərəcullayev Elşad QuliyevElşad Quliyev — Azərbaycan SSR elm və incəsənət xadimi. Elşad Quliyev (baş məşqçi) — keçmiş Azərbaycan futbolçusu, baş məşqçi. Elşad Quliyev (polkovnik-leytenant) — Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı.
Ərsak
Arsak (erm. Արցախ) və ya Orxistena (yun. Ὀρχιστηνή) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, Cəbrayıl və Şuşa rayonlarının ərazisini əhatə etmişdir. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır.
Ərsax
Arsak (erm. Արցախ) və ya Orxistena (yun. Ὀρχιστηνή) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, Cəbrayıl və Şuşa rayonlarının ərazisini əhatə etmişdir. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır.
Bəxtiyar Ersay
Bəxtiyar Ersay (8 fevral 1969, Çemişgezek[d], Tuncəli ili) — Türkiyə həbi xadimi, general-polkovnik, Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı Azərbaycan Müdafiə Nazirinin müşaviri. == Həyatı == Bəxtiyar Ersay haqda məlumatlar çox azdır. Yalnız onun əslən Türkiyənin Tunceli bölgəsinin Çemisgezek mahalından olduğu bildirilir. Ersay ilk hərbi təhsilini İşıklar hərbi liseyində alıb. Daha sonra isə Türkiyə Quru Qoşunları Hərbi Məktəbinə qəbul olub. Hərbi məktəbi artilleriya üzrə başa vurub və leytenant rütbəsi alıb. O, kapitan rütbəsində hərbi akademiyanı bitirib. Hərbi ataşşe olaraq Tunisdə xidmət etdiyi illərdə də diqqət mərkəzində olub.Müəmmar Qəddafinin ölümü ilə Liviya və Tünisdə başlayan qarmaqarışıq hadisələr zamanı minlərlə türk vətəndaşının bu ölkədən sağ-salamat təxliyəsini təmin edən əməliyyatın başında general Ersay dayanıb. Bəxtiyar Ersay Türkiyədə Balyoz hadisələri zamanı həbs edilib, barəsində 16 il həbs qərarı çıxarılıb. Dövlət çevrilişində ittiham edilsə də, cəmi 31 ay həbsdə yatıb.
Elşad Abbaszadə
Elşad Raquf oğlu Abbaszadə (14 iyul 1993 Tərtər, Azərbaycan – 25 mart 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Elşad Abbaszadə 14 iyul 1993-cü ildə Tərtər rayonunun Kəngərli kəndində anadan olub. == Hərbi xidməti == Kiçik çavuş Elşad Abbaszadə 2016-cı ildə, martın 25-i Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Elə martın 25-i isə Elşad Abbaszadə doğulduğu Tərtər rayonunun Kəngərli kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Abbaszadə uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elşad Abbaszadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi. Elşad Abbaszadə haqqında maraqlı məqam isə onun şəhid olmasından 7 gün sonra, aprelin 2-sində Azərbaycan-Ermənistan təmas xəttində 24 ildən sonra tarixinin ən qanlı atışmalarından biri, Aprel döyüşlərinin başlamasıdır.
Elşad Abdullayev
Elşad Abdullayev (25 sentyabr 1954, Kürdəmir rayonu) — Hüquq elmləri doktoru, professor, Azərbaycanda Gülərgeyt kimi adlanan Gülər Əhmədova olayının əsas təşkilatçısı. == Həyatı == Elşad Abdullayev 1954-cü il sentyabrın 25-də Kürdəmir rayonunda anadan olub. 1961-ci ildə 1 saylı orta ümumtəhsil məktəbinə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə BDU-nun Hüquq fakültəsinə qəbul olub, 1979-cu ildə isə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 1985-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının dosenti olmuşdur. 2000-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının professoru olmuşdur. 23 aprel 2004-cü ildə RTA-nın ümumi iclasında Rusiya Dövlət Təhsil Akademiyasının üzvü seçilmişdir. 2005-ci ildə AR Təhsil Nazirinin sərəncamı ilə "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
Elşad Allahverdiyev
Elşad Əhəd oğlu Allahverdiyev (1973) — azərbaycanlı sərbəst güləşçisi. Elşad Zaməddin oğlu Allahverdiyev (1997-2020) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.
Elşad Ağayev
Elşad Ağayev — Qarabağ müharibəsinin iştirakçısı olub. Beyləqan istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra göstərdiyi şücaətə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. == Həyatı == Elşad Ağayev 1967-ci ilin bu günü Masallı rayon Hişkədərə kəndində anadan olub. 1973-1984-cü illər arasında Masallı rayonu Hişkədərə kənd tam orta məktəbində təhsil alıb. 1985-ci ilin noyabr ayında hərbi xidmətə çağırılıb. Gürcüstanda rabitə kəşfiyyat kursunu təhsildə və xidmətdə nümunəvi başa vuraraq fəxri fərmanla təltif olunaraq həmin hərbi hissədə saxlanılıb. Ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirməklə bərabər Bakı baş tikinti idarəsinin 4 saylı tikinti quraşdırma zavodunda işləyib. == Döyüş yolu == 1992-ci ilin mart ayında zavod rəhbərliyinə ərizə ilə müraciət edərək könüllü olaraq Milli ordu sıralarına qatılır. Həmin ilin yaya aylarında Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsi əməliyyatlarında iştirak edir.
Elşad Baloğlanlı
Elşad Elşən oğlu Baloğlanlı (18 yanvar 2002, Günəşli, Biləsuvar rayonu – 18 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşad Baloğlanlı 18 yanvar 2002-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur. == Hərbi xidməti == Elşad Baloğlanlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Elşad Baloğlanlı 18 noyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Baloğlanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Baloğlanlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşad Bayramov
Elşad Bayramov — Quba rayonunun Alpan kəndinin ilk şəhidi. == Həyatı == Elşad Bayramov 1971-ci ilin 29 aprelində anadan olmuşdur. 1988-ci ildə kənd orta məktəbini bitirmiş, bir müddət Sabir adına sovxozda fəhlə işləmişdir. 1989–1992-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş və 1992-ci iin iyul ayında Milli orduya yazılmışdır. Elşad şərəfli döyüş yolu keçmişdir. Torpaqlarımızın erməni qəsbkarlarından qorunmasında fədakarlıq göstərmişdir, amma onun bu döyüş yolu çox qısa olmuşdur. 1992-ci ilin sentyabrın 17-də Ağdərə rayonunun Çaldıran kəndi uğrunda gedən ağır döyüşdə şəhid olmuşdur. Cəbhə yoldaşlarından, Xucbala kənd sakini Sərvər Bağırov Elşadın şəhid olduğu anı xatırlayarkən deyir: "Heç ölməli oğul deyildi. O hamıya ürək dirək verirdi. Sentyabrın 17-də səhər saat 5 radələrində gördük ki, Çaldıran kəndi tərəfdən üstümüzə bir dəstə adam gəlir.
Elşad Fərəcullayev
Elşad İsa oğlu Fərəcullayev — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşad Fərəcullayev 3 yanvar 1984-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1990-1999-cu illərdə 17 nömrəli orta məktəbdə təhsil almışdır. == Hərbi xidməti == Elşad Fərəcullayev 2002-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2014-2018-ci illərdə MAHHX HQ kimi xidmətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi illərində === Azərbaycan Ordusunun əsgəri olan Elşad Fərəcullayev 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdır. Elşad Fərəcullayev 8 noyabr 2020-ci ildə Xankəndi döyüşləri zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Fərəcullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Fərəcullayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Fərəcullayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşad Hüseynov
Elşad Hüseynov (8 oktyabr 1968, Xıl, Masallı rayonu – 15 iyun 1992, Fərrux, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == 1960-ci il 8 oktyabr Masallı rayonunun Xıl kəndində anadan olmuşdur. 1978-ci ildə burada məktəbi bitirib sovxozda işləyir. 1979–1981-ci illərdə Batumidə hərbi xidmətdə olmuşdur. Daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür. == Döyüşlərdə iştirakı == Elşad Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşdu. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı. 15 iyun 1992-ci il döyüşçülərimiz Fərrux kəndini düşməndən azad etməli idilər. Elşad döyüşün qızğın yerində idi, mövqeyini dəyişmək istəyərkən düşmən gülləsinə tuş gəldi.
Elşad Həsənov
Elşad Həsənov (hüquqşünas)
Elşad Mahmudov
Elşad Suliddin oğlu Mahmudov (12 iyul 1997; Gəncə, Azərbaycan — 6 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşad Mahmudov 12 iyul 1997-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2014-cü ildə Gəncə şəhər 7 nömrəli tam orta məktəbi bitirmişdir. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)-da "mühasibat uçotu və audit" ixtisası üzrə təhsil almışdır. == Hərbi xidməti == Elşad Mahmudov 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə xidmət etmişdir. Elşad Mahmudov 27 sentyabr 2020-ci il tarixində İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elşad Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elşad Mahmudov 6 noyabr 2020-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 7 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Elşad Mirbəşir
Elşad Mirbəşiroğlu (27 iyul 1977, Topalhəsənli, Xanlar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, sədr müavini, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü, siyasi elmlər doktoru, alim, politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə" kafedrasında professor. == Həyatı == Elşad Mirbəşir oğlu 27 iyul 1977-ci ildə Göygöl (Xanlar) rayonunun, Topalhəsənli kəndində müəllim ailəsində anadan olub. 1984-cü ildə Göygöl şəhəri Səməd Vurğun adına 3 saylı orta məktəbin I sinfinə getmiş, 1994-cü ildə həmin məktəbi bitirmişdir. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmidir. 1998–2000-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2005-ci illərdə Politologiya və sosiologiya kafedrasında dissertant olmuşdur. 10 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Siyasi münaqişələrin həllində üçüncü tərəfin iştirakı" mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı ilə siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə kafedrasına elmlər doktoru proqramı üzrə doktorant qəbul olunmuşdur. 2011-ci ildə Vyana Diplomatik Akademiyasında (Avstriya) elmi-tədqiqat işləri ilə məşğul olmuş və mühazirələr oxumuşdur. 2018-ci ildə "Müasir siyasi münaqişələrin nəzəri aspektləri və həlli texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və Siyasi elmlər doktoru elmi dərəcəsi almışdır.Elşad Mirbəşir evlidir, iki övladı var.
Elşad Mirbəşiroğlu
Elşad Mirbəşiroğlu (27 iyul 1977, Topalhəsənli, Xanlar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, sədr müavini, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü, siyasi elmlər doktoru, alim, politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə" kafedrasında professor. == Həyatı == Elşad Mirbəşir oğlu 27 iyul 1977-ci ildə Göygöl (Xanlar) rayonunun, Topalhəsənli kəndində müəllim ailəsində anadan olub. 1984-cü ildə Göygöl şəhəri Səməd Vurğun adına 3 saylı orta məktəbin I sinfinə getmiş, 1994-cü ildə həmin məktəbi bitirmişdir. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmidir. 1998–2000-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2005-ci illərdə Politologiya və sosiologiya kafedrasında dissertant olmuşdur. 10 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Siyasi münaqişələrin həllində üçüncü tərəfin iştirakı" mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı ilə siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə kafedrasına elmlər doktoru proqramı üzrə doktorant qəbul olunmuşdur. 2011-ci ildə Vyana Diplomatik Akademiyasında (Avstriya) elmi-tədqiqat işləri ilə məşğul olmuş və mühazirələr oxumuşdur. 2018-ci ildə "Müasir siyasi münaqişələrin nəzəri aspektləri və həlli texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və Siyasi elmlər doktoru elmi dərəcəsi almışdır.Elşad Mirbəşir evlidir, iki övladı var.
Elşad Miri
Elşad Miri — ilahiyyatçı, "Dəvət" və ayda iki dəfə çap olunan "Oxu" adlı dini-ictimai jurnalların təsisçisi və baş redaktorudur. == Həyatı == Elşad Miri 1979-cu ilin avqust ayının 30-da Yevlax şəhərində anadan olub. 1985-1992-ci illər arasında həmin şəhərin Nizami Gəncəvi adına 7 saylı məktəbində təhsil alıb.1992-1993-cü illərdə Ağdaş rayonunun Səməd Vurğun adına 1 saylı orta məktəbində təhsilini davam etdirib. Bu illər ərzində (1991-1993) orta məktəblə yanaşı, Qəbələ rayonunun "Ərəb dili və şəriət" məktəbi kursunu müvəffəqiyyətlə bitirib.Daha sonra imtahanla Sumqayıt Özəl Türk İlahiyyat Kollecinə qəbul olub. 1997-ci ildə oradan məzun olub. Həmin il qəbul olduğu 5 illik Qafqaz Universitetinin ilahiyyat fakültəsini 4 ilə bitirərək (2001) Xəzər Universitetinin dini elmlər üzrə magistraturasına daxil olub. Fərqlənmə diplomu ilə məzun olandan sonra, həmin təhsil ocağında 2 il dinlər tarixi, müqayisəli dinlər tarixi kimi fənləri tədris edib. Daha sonra Qərb Universitetində 2 il müntəzəm olaraq Dinlər tarixi, İslam hüququ, İslamda ailə hüququ kimi fənləri tədris edib. Daha sonra 6 ay elmi araşdırmalar üçün Böyük Britaniyada səfərdə olub. Həmin illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışıb.
Elşad Məmmədov
Elşad Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Elşad Məmmədov (baş əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, 2020-ci il iyulunda Tovuz istiqamətində baş verən döyüşlərin şəhidi. Elşad Məmmədov (gizir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi.
Elşad Nağıyev
Elşad Nağıyev (azərb. Elşad Arif oğlu Nağıyev‎; d.11 avqust 1963, Culfa r., NMR – ö. 8 sentyabr 1994) — şəhid polkovnik-leytenant. == Həyatı == Elşad Arif oğlu Nağıyev 1963-cü il avqust ayının 11-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olmuşdur. 1980-ci ildə Culfa şəhərində orta məktəbi bitirmişdir.Ailelidir iki övladi var. == Fəaliyyəti == === Hərbi fəaliyyəti === Ukraynanın Donetsk şəhərində Ali Hərbi məktəbi zabit kimi bitirib, Sovet ordusunda hərbi xidmətə başlamışdır. Bir neçə ay Ukraynada qulluq etdikdən sonra Sovet qoşunlarının tərkibində Əfqanıstana göndərilən Elşad Nağıyev 1986-cı ilin mart ayında oradan qayıtmışdır. Bundan sonra 271-ci taburda bölük komandirinin siyasi işlər üzrə müavini, 342-ci alayda bölük komandirinin müavini, 329-cu, 34-cü, 370-ci alaylarda komandir müavini işləmiş, 1990-1993-cü illərdə Ali Hərbi Siyasi Akademiyada təhsil almışdır. 1992-ci ildən Azərbaycan Milli Ordusunun 754 nömrəli hərbi hissəsində komandir kimi çalışan Elşad Nağıyevin Milli Ordumuzun formalaşmasında çox böyük xidmətləri olmuşdur. O, Ordubad rayonunun “Soyuq” adlanan sərhəd ərazilərinin erməni təcavüzündən qorunmasında böyük rol oynamışdır.