İRŞAD

Ərəbcə “nəsihət verən, yol göstərən” deməkdir. Bir mənası da “sufiliyi öyrət­mək hüququna dair sənəd” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

İRSİYYƏT
İRTLƏŞMƏK
OBASTAN VİKİ
İrşad
İrşad (qəzet)
İrşad (qəzet)
"İrşad" qəzeti (az-əbcəd. ایرشاد‎) — Bakıda 1905–1908-ci illərdə çıxan gündəlik ictimai-siyasi, iqtisadi və ədəbi qəzet. Çar Rusiyasının 1905-ci il 17 oktyabr manifesti ziyalılar, qələm adamları arasında ciddi fikir oyanışı yaratdı və xalqa vəd olunan "söz, mətbuat və vicdan azadlığı" ideyası yeni mətbu orqanların yaradılmasına təkan verdi. 1905-ci ilin dekabr ayının ortalarında Azərbaycan mətbuatı tarixində iki qəzet fəaliyyət göstərməyə başladı. Bunlardan birincisi proletar düüşncənin daşıyıcısı olan "İzvestiya soveta Raboçix Deputatov" qəzeti idi. İkincisi isə Əhməd bəy Ağaoğlunun redaktorluğu altında nəşr edilən "İrşad" qəzeti idi. 1905–1908-ci illərdə Bakıda çıxmışdır. Müdir və imtiyaz sahibi Əhməd bəy Ağayev (Ağaoğlu) idi. 1908-ci ildə müvəqqəti redaktoru Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Üzeyir bəy Hacıbəyov "İrşad"-ın ən fəal əməkdaşlarından idi.
İrşad Electronics
İrşad — Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkəsi. Şirkət 2000-ci ildə "I&R Telecom" adı altında Rəşad Qəribov tərəfindən yaradılıb. 2022-ci ildə Bakı, Sumqayıt daxil olmaqla 19 şəhər və rayonda mağazalar şəbəkəsi, ölkə üzrə 700-dən çox dileri mövcuddur. "İrşad" 2000-ci ildə "I&R Telecom" adı altında Bakı şəhərində fəaliyyətə başlayıb. 2003-cü ildən etibarən paytaxtda və regionlarda mağazalarının sayını artıraraq şəbəkəni genişləndirib. 2007-ci ilin sonunda "I&R Telecom" rebrendinq etdi və şirkətin adını dəyişərək "İrşad Telecom" adı altında fəaliyyətini davam etdirməyə başladı. 2018-ci ildən şirkət "İrşad Electronics" adı ilə fəaliyyətini davam etdirir və elektron məhsulların satışına başlayır. 2021-ci il mart ayının birindən etibarən isə "İrşad" adı ilə fəaliyyətini davam etdirir. Hazırda "İrşad" şəbəkəsi Bakı və ətraf kəndlər, Xırdalan, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Göyçay, Lənkəran, İmişli, Quba, Qəbələ, Masallı, Şəmkir, Xaçmaz, Tovuz, Sabirabad, Ağcabədi, Cəlilabad, Yevlax bölgələrində 42-dən artıq mağazası ilə fəaliyyət göstərir.
İrşad Həsənquliyev
İrşad Əliyev
İrşad Nadir oğlu Əliyev (30 iyun 1944, Gürzalılar, Qasım İsmayılov rayonu) — Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı (2012–2014), Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı (1991-1992), Azərbaycan Kommunist Partiyası Goranboy Rayon Partiya Komitəsinin birinci katibi (1991), Azərbaycan Kommunist Partiyası Ucar Rayon Partiya Komitəsinin birinci katibi (1985-1991), Azərbaycan Kommunist Partiyası Balakən Rayon Partiya Komitəsinin birinci katibi (1983-1985). İrşad Əliyev 1944-cü il iyunun 30-da Goranboy rayonu Gürzalılar kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1974-cü ildə Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1961-ci ildə başlamışdır. 1961–1966-cı illərdə bir çox müxtəlif siravi vəzifələrdə çalışmışdır. 1966–1970-ci illərdə rayon kənd texniki təminat birliyində çilingər, "Oraq-Çəkic" kolxozunda mexanik işləmişdir. Ailəlidir, üç övladı var. Bəxtiyar İslamov 1970–1972-ci illərdə Azərbaycan LKGİ Şaumyan rayon komitəsində ikinci katib, 1974–1980-ci illərdə Şaumyan rayon partiya komitəsində təlimatçı, 1980–1982-ci illərdə rayon partiya komitəsində ikinci katib, 1982–1983-cü illərdə Azərbaycan KP MK-də inspektor, 1983–1985-ci illərdə Azərbaycan Kommunist Partiyasının Balakən rayon komitəsinin birinci katibi, 1985–1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Ucar rayon komitəsinin birinci katibi, 1991–1992-ci illərdə Azərbaycan Kommunist Partiyasının Goranboy rayon komitəsinin birinci katibi, sonra isə Goranboy rayon İcra hakimiyyətinin başçısı, 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi, 1992–1994-cü illərdə Azərbaycan Respublikasının Daimi yaşayış yerlərini məcburi tərk etmişlərlə iş üzrə Dövlət Komitəsinin sədri, 1994–2004-cü illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, 2005–2012-ci illərdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, 2012–2014-cü illərdə isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. XI–XII çağrış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əl-İrşad
14-cü hicri əsrin ən görkəmli şiə alim və fəqihlərindən olan Şeyx Mufidin (336–413 hicri) qələmə aldığı "Əl-İrşad" kitabı İmamların (ə) həyatı barəsində mövcud olan ən mötəbər hədis mənbələrindən biri hesab olunur. Əsər 411-ci hicri ilində müəllifin vəfatından iki il öncə, elmi şöhrətinin zirvəsində olduğu bir vaxtda yazılmışdır. Kitabda Əhli-beytin (ə) tarixi və fəzilətləri ilə bağlı rəvayətlər toplanmış və əsər Şeyxin dostlarından birinin istəyi əsasında qələmə alınmışdır. Şeyx Mufid bu əsərində tarixi kitabların üslubuna uyğun olaraq tarixi hadisələri bəyan edir. Bundan əlavə "Əl-İrşad" etiqadi bir kitab da hesab olunur. Belə ki, əsərdə bir çox etiqadi məsələlərə işarə olunmuşdur. Eyni zamanda müəllif hədis kitablarının üslubuna uyğun olaraq mətləbləri sənədi ilə birlikdə zikr etmiş və bu iş əsərin dəyər və etibarını daha da artırmışdır. Qeyd oluna biləcək başqa bir zərif mətləb ondan ibarətdir ki, kitabın yarısı İmam Əlinin (ə) həyatına həsr olunmuşdur ki, bu da Şeyx Mufidin o Həzrətə (ə) verdiyi əhəmiyətdən söz açır.
Əl İrşad

İrşad (MMC)
İrşad — Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkəsi. Şirkət 2000-ci ildə "I&R Telecom" adı altında Rəşad Qəribov tərəfindən yaradılıb. 2022-ci ildə Bakı, Sumqayıt daxil olmaqla 19 şəhər və rayonda mağazalar şəbəkəsi, ölkə üzrə 700-dən çox dileri mövcuddur. "İrşad" 2000-ci ildə "I&R Telecom" adı altında Bakı şəhərində fəaliyyətə başlayıb. 2003-cü ildən etibarən paytaxtda və regionlarda mağazalarının sayını artıraraq şəbəkəni genişləndirib. 2007-ci ilin sonunda "I&R Telecom" rebrendinq etdi və şirkətin adını dəyişərək "İrşad Telecom" adı altında fəaliyyətini davam etdirməyə başladı. 2018-ci ildən şirkət "İrşad Electronics" adı ilə fəaliyyətini davam etdirir və elektron məhsulların satışına başlayır. 2021-ci il mart ayının birindən etibarən isə "İrşad" adı ilə fəaliyyətini davam etdirir. Hazırda "İrşad" şəbəkəsi Bakı və ətraf kəndlər, Xırdalan, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Göyçay, Lənkəran, İmişli, Quba, Qəbələ, Masallı, Şəmkir, Xaçmaz, Tovuz, Sabirabad, Ağcabədi, Cəlilabad, Yevlax bölgələrində 42-dən artıq mağazası ilə fəaliyyət göstərir.

Значение слова в других словарях