ELMİRA
ELŞƏN
OBASTAN VİKİ
Elşad
Elşad — kişi adı. Elşad Abbaszadə — Kiçik çavuş. Şəhid. Elşad Bayramov — Şəhid.Elşad MəmmədovElşad Məmmədov (icra başçısı) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra hakimiyyətinin başçısı. Elşad Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı.Elşad Mirbəşir — Siyasi elmlər namizədi Elşad Tahirov — Azərbaycan futbolçusu Elşad Şabanov — Elşad Ələsgərov — Elşad Fərəcullayev Elşad QuliyevElşad Quliyev — Azərbaycan SSR elm və incəsənət xadimi. Elşad Quliyev (baş məşqçi) — keçmiş Azərbaycan futbolçusu, baş məşqçi. Elşad Quliyev (polkovnik-leytenant) — Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı.
Elşad Abbaszadə
Elşad Raquf oğlu Abbaszadə (14 iyul 1993 Tərtər, Azərbaycan – 25 mart 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Elşad Abbaszadə 14 iyul 1993-cü ildə Tərtər rayonunun Kəngərli kəndində anadan olub. == Hərbi xidməti == Kiçik çavuş Elşad Abbaszadə 2016-cı ildə, martın 25-i Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Elə martın 25-i isə Elşad Abbaszadə doğulduğu Tərtər rayonunun Kəngərli kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Abbaszadə uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elşad Abbaszadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi. Elşad Abbaszadə haqqında maraqlı məqam isə onun şəhid olmasından 7 gün sonra, aprelin 2-sində Azərbaycan-Ermənistan təmas xəttində 24 ildən sonra tarixinin ən qanlı atışmalarından biri, Aprel döyüşlərinin başlamasıdır.
Elşad Abdullayev
Elşad Abdullayev (25 sentyabr 1954, Kürdəmir rayonu) — Hüquq elmləri doktoru, professor, Azərbaycanda Gülərgeyt kimi adlanan Gülər Əhmədova olayının əsas təşkilatçısı. == Həyatı == Elşad Abdullayev 1954-cü il sentyabrın 25-də Kürdəmir rayonunda anadan olub. 1961-ci ildə 1 saylı orta ümumtəhsil məktəbinə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə BDU-nun Hüquq fakültəsinə qəbul olub, 1979-cu ildə isə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 1985-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının dosenti olmuşdur. 2000-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının professoru olmuşdur. 23 aprel 2004-cü ildə RTA-nın ümumi iclasında Rusiya Dövlət Təhsil Akademiyasının üzvü seçilmişdir. 2005-ci ildə AR Təhsil Nazirinin sərəncamı ilə "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
Elşad Allahverdiyev
Elşad Əhəd oğlu Allahverdiyev (1973) — azərbaycanlı sərbəst güləşçisi. Elşad Zaməddin oğlu Allahverdiyev (1997-2020) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.
Elşad Ağayev
Elşad Ağayev — Qarabağ müharibəsinin iştirakçısı olub. Beyləqan istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra göstərdiyi şücaətə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. == Həyatı == Elşad Ağayev 1967-ci ilin bu günü Masallı rayon Hişkədərə kəndində anadan olub. 1973-1984-cü illər arasında Masallı rayonu Hişkədərə kənd tam orta məktəbində təhsil alıb. 1985-ci ilin noyabr ayında hərbi xidmətə çağırılıb. Gürcüstanda rabitə kəşfiyyat kursunu təhsildə və xidmətdə nümunəvi başa vuraraq fəxri fərmanla təltif olunaraq həmin hərbi hissədə saxlanılıb. Ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirməklə bərabər Bakı baş tikinti idarəsinin 4 saylı tikinti quraşdırma zavodunda işləyib. == Döyüş yolu == 1992-ci ilin mart ayında zavod rəhbərliyinə ərizə ilə müraciət edərək könüllü olaraq Milli ordu sıralarına qatılır. Həmin ilin yaya aylarında Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsi əməliyyatlarında iştirak edir.
Elşad Baloğlanlı
Elşad Elşən oğlu Baloğlanlı (18 yanvar 2002, Günəşli, Biləsuvar rayonu – 18 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşad Baloğlanlı 18 yanvar 2002-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur. == Hərbi xidməti == Elşad Baloğlanlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Elşad Baloğlanlı 18 noyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Baloğlanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Baloğlanlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşad Bayramov
Elşad Bayramov — Quba rayonunun Alpan kəndinin ilk şəhidi. == Həyatı == Elşad Bayramov 1971-ci ilin 29 aprelində anadan olmuşdur. 1988-ci ildə kənd orta məktəbini bitirmiş, bir müddət Sabir adına sovxozda fəhlə işləmişdir. 1989–1992-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş və 1992-ci iin iyul ayında Milli orduya yazılmışdır. Elşad şərəfli döyüş yolu keçmişdir. Torpaqlarımızın erməni qəsbkarlarından qorunmasında fədakarlıq göstərmişdir, amma onun bu döyüş yolu çox qısa olmuşdur. 1992-ci ilin sentyabrın 17-də Ağdərə rayonunun Çaldıran kəndi uğrunda gedən ağır döyüşdə şəhid olmuşdur. Cəbhə yoldaşlarından, Xucbala kənd sakini Sərvər Bağırov Elşadın şəhid olduğu anı xatırlayarkən deyir: "Heç ölməli oğul deyildi. O hamıya ürək dirək verirdi. Sentyabrın 17-də səhər saat 5 radələrində gördük ki, Çaldıran kəndi tərəfdən üstümüzə bir dəstə adam gəlir.
Elşad Fərəcullayev
Elşad İsa oğlu Fərəcullayev — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşad Fərəcullayev 3 yanvar 1984-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1990-1999-cu illərdə 17 nömrəli orta məktəbdə təhsil almışdır. == Hərbi xidməti == Elşad Fərəcullayev 2002-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2014-2018-ci illərdə MAHHX HQ kimi xidmətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi illərində === Azərbaycan Ordusunun əsgəri olan Elşad Fərəcullayev 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdır. Elşad Fərəcullayev 8 noyabr 2020-ci ildə Xankəndi döyüşləri zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Fərəcullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Fərəcullayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Fərəcullayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşad Hüseynov
Elşad Hüseynov (8 oktyabr 1968, Xıl, Masallı rayonu – 15 iyun 1992, Fərrux, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == 1960-ci il 8 oktyabr Masallı rayonunun Xıl kəndində anadan olmuşdur. 1978-ci ildə burada məktəbi bitirib sovxozda işləyir. 1979–1981-ci illərdə Batumidə hərbi xidmətdə olmuşdur. Daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür. == Döyüşlərdə iştirakı == Elşad Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşdu. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı. 15 iyun 1992-ci il döyüşçülərimiz Fərrux kəndini düşməndən azad etməli idilər. Elşad döyüşün qızğın yerində idi, mövqeyini dəyişmək istəyərkən düşmən gülləsinə tuş gəldi.
Elşad Həsənov
Elşad Həsənov (hüquqşünas)
Elşad Mahmudov
Elşad Suliddin oğlu Mahmudov (12 iyul 1997; Gəncə, Azərbaycan — 6 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşad Mahmudov 12 iyul 1997-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2014-cü ildə Gəncə şəhər 7 nömrəli tam orta məktəbi bitirmişdir. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)-da "mühasibat uçotu və audit" ixtisası üzrə təhsil almışdır. == Hərbi xidməti == Elşad Mahmudov 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə xidmət etmişdir. Elşad Mahmudov 27 sentyabr 2020-ci il tarixində İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elşad Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elşad Mahmudov 6 noyabr 2020-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 7 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Elşad Mirbəşir
Elşad Mirbəşiroğlu (27 iyul 1977, Topalhəsənli, Xanlar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, sədr müavini, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü, siyasi elmlər doktoru, alim, politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə" kafedrasında professor. == Həyatı == Elşad Mirbəşir oğlu 27 iyul 1977-ci ildə Göygöl (Xanlar) rayonunun, Topalhəsənli kəndində müəllim ailəsində anadan olub. 1984-cü ildə Göygöl şəhəri Səməd Vurğun adına 3 saylı orta məktəbin I sinfinə getmiş, 1994-cü ildə həmin məktəbi bitirmişdir. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmidir. 1998–2000-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2005-ci illərdə Politologiya və sosiologiya kafedrasında dissertant olmuşdur. 10 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Siyasi münaqişələrin həllində üçüncü tərəfin iştirakı" mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı ilə siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə kafedrasına elmlər doktoru proqramı üzrə doktorant qəbul olunmuşdur. 2011-ci ildə Vyana Diplomatik Akademiyasında (Avstriya) elmi-tədqiqat işləri ilə məşğul olmuş və mühazirələr oxumuşdur. 2018-ci ildə "Müasir siyasi münaqişələrin nəzəri aspektləri və həlli texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və Siyasi elmlər doktoru elmi dərəcəsi almışdır.Elşad Mirbəşir evlidir, iki övladı var.
Elşad Mirbəşiroğlu

Elşad Miri
Elşad Miri — ilahiyyatçı, "Dəvət" və ayda iki dəfə çap olunan "Oxu" adlı dini-ictimai jurnalların təsisçisi və baş redaktorudur. == Həyatı == Elşad Miri 1979-cu ilin avqust ayının 30-da Yevlax şəhərində anadan olub. 1985-1992-ci illər arasında həmin şəhərin Nizami Gəncəvi adına 7 saylı məktəbində təhsil alıb.1992-1993-cü illərdə Ağdaş rayonunun Səməd Vurğun adına 1 saylı orta məktəbində təhsilini davam etdirib. Bu illər ərzində (1991-1993) orta məktəblə yanaşı, Qəbələ rayonunun "Ərəb dili və şəriət" məktəbi kursunu müvəffəqiyyətlə bitirib.Daha sonra imtahanla Sumqayıt Özəl Türk İlahiyyat Kollecinə qəbul olub. 1997-ci ildə oradan məzun olub. Həmin il qəbul olduğu 5 illik Qafqaz Universitetinin ilahiyyat fakültəsini 4 ilə bitirərək (2001) Xəzər Universitetinin dini elmlər üzrə magistraturasına daxil olub. Fərqlənmə diplomu ilə məzun olandan sonra, həmin təhsil ocağında 2 il dinlər tarixi, müqayisəli dinlər tarixi kimi fənləri tədris edib. Daha sonra Qərb Universitetində 2 il müntəzəm olaraq Dinlər tarixi, İslam hüququ, İslamda ailə hüququ kimi fənləri tədris edib. Daha sonra 6 ay elmi araşdırmalar üçün Böyük Britaniyada səfərdə olub. Həmin illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışıb.
Elşad Məmmədov
Elşad Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Elşad Məmmədov (baş əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, 2020-ci il iyulunda Tovuz istiqamətində baş verən döyüşlərin şəhidi. Elşad Məmmədov (gizir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi.
Elşad Nağıyev
Elşad Nağıyev (azərb. Elşad Arif oğlu Nağıyev‎; d.11 avqust 1963, Culfa r., NMR – ö. 8 sentyabr 1994) — şəhid polkovnik-leytenant. == Həyatı == Elşad Arif oğlu Nağıyev 1963-cü il avqust ayının 11-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olmuşdur. 1980-ci ildə Culfa şəhərində orta məktəbi bitirmişdir.Ailelidir iki övladi var. == Fəaliyyəti == === Hərbi fəaliyyəti === Ukraynanın Donetsk şəhərində Ali Hərbi məktəbi zabit kimi bitirib, Sovet ordusunda hərbi xidmətə başlamışdır. Bir neçə ay Ukraynada qulluq etdikdən sonra Sovet qoşunlarının tərkibində Əfqanıstana göndərilən Elşad Nağıyev 1986-cı ilin mart ayında oradan qayıtmışdır. Bundan sonra 271-ci taburda bölük komandirinin siyasi işlər üzrə müavini, 342-ci alayda bölük komandirinin müavini, 329-cu, 34-cü, 370-ci alaylarda komandir müavini işləmiş, 1990-1993-cü illərdə Ali Hərbi Siyasi Akademiyada təhsil almışdır. 1992-ci ildən Azərbaycan Milli Ordusunun 754 nömrəli hərbi hissəsində komandir kimi çalışan Elşad Nağıyevin Milli Ordumuzun formalaşmasında çox böyük xidmətləri olmuşdur. O, Ordubad rayonunun “Soyuq” adlanan sərhəd ərazilərinin erməni təcavüzündən qorunmasında böyük rol oynamışdır.
Elşad Nəsirov
Elşad Nəsirov (siyasətçi) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti. Elşad Nəsirov (hüquqşünas) — Azərbaycan hüquqşünası.
Elşad Qadaşev
Elşad Eldar oğlu Qadaşev (1 may 1968, Bakı) — SSRİ və Azərbaycan basketbolçusu. == Uğurları == 1989-cu ildə keçirilmiş Avropa çempionatında SSRİ yığmasının heyətində bürünc medal qazanmışdır. 1993 və 1994-cü illərdə Latviya çempionu olmuşdur. 1992 Yay Olimpiya Oyunlarında MDB yığmasının heyətində yer almışdır.
Elşad Qoca
Elşad Qoca — yazıçı, publisist, tərcüməçi və tədqiqatçı jurnalist. == Həyatı == Elşad Qoca oğlu İsayev 1959-cu ilin may ayının 2-də Qərbi Azərbaycanın (indiki Ermənistan, Noyemberyan) İncəsu rayonunun Yuxarı Körpülü kəndində müəllim ailəsində doğulub. 1976–1977-ci illərdə Yuxarı Körpülü kəndində fəhlə işləyib. 1966–1976-cı illərdə Yuxarı Körpülü kənd orta məktəbində oxumuşdur. 1977–1982-ci illərdə indiki Bakı Dövlət Universitetinin (keçmiş ADU) jurnalistika fakültəsini bitirib. 1982–1984-cü illərdə leytenant rütbəsində sovetlər birliyinin Sibir və Ural Hərbi Dairələrində vzvod komandiri, rota komandirinin müavini vəzifələrində hərbi xidmət keçib. Bir müddət həmin dairələrin "Boyevoye Znamya" və "Sovetskiy voin" qəzetləri ilə hərbi müxbir kimi yaxından əməkdaşlıq edib. Uzun illər dövlət təhlükəsizliyi orqanlarında xidmət edib. Azərbaycan Vətən müharibəsi veteranıdır. == Jurnalist fəaliyyəti == Əmək fəaliyyətinə "Kənd həyatı" jurnalında (1984–88-ci illər) müxbir kimi başlayıb.
Elşad Quliyev
Elşad Heybət oğlu Quliyev (23 yanvar 1941, Astarxanbazar – 27 may 2008, Bakı) — professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü. == Həyatı == Elşad Quliyev 23 yanvar 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. ADU-nun Filologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edəndən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyib. 1966-cı ildə dublyaj şöbəsində tərcüməçi, sonra isə televiziya proqramları baş redaktoru olub. 1972-ci ildə Televiziya Komitə sədrinin birinci müavini təyin edilib. 1983-cü ildən 1990-cı ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb.1992-ci ildə yenidən Azərbaycan Dövlət Teleradio Şirkətinə sədr təyin olunub. 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycanda ilk müstəqil televiziya kanalı olan BMTİ-nin baş direktoru işləyib. 1990–2008-ci illərdə həm də Bilik Maarifçilik Cəmiyyətinin sədri olub. Ayrı-ayrı illərdə kütləvi informasiya vasitələri sahəsində xidmətlərinə görə orden və medallarla təltif edilib.Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1989), tarix elmləri namizədi (1991), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, professoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü olmuşdur.
Elşad Qurbanov
Qurbanov Elşad Məcnun oğlu (2 yanvar 1951, Urud, Sisian rayonu) — Azərbaycan alimi, biologiya elmləri doktoru, akademik, AMEA-nın müxbir üzvü (30.06.2014). == Həyatı == Elşad Qurbanov 2 yanvar 1951-ci ildə Zəngəzur mahalının Qarakilsə (Sisyan) rayonunun Urud kəndində anadan olub. O, 1968–ci ildə Şahbuz rayonunun Aşağı Qışlaq kənd orta məktəbini, 1973-cü ildə isə fərqlənmə diplomu ilə Bakı şəhəri 8 nömrəli tibb məktəbini bitirmişdir. Qurbanov 1972–1980–ci illərdə Bakının Nərimanov və Yasamal rayonlarının sanitar–epidemioloji stansiyalarında sanitar–həkim köməkçisi vəzifəsində çalışmışdır.Elşad Qurbanov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin botanika ixtisasını bitirib. 1979–1982-ci illərdə AMEA-nın Botanika İnstitutunun aspiranturasında əyani təhsil alan Qurbanov 1984-cü ildə "Naxçıvançay hövzəsinin florası, bitkiliyi və onun fitomeliorativ əhəmiyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 2004-cü ildə isə "Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır. O, həmin ildən BDU-nun professorudur. == Elmi fəaliyyəti == Onun elmi fəaliyyəti əsasən Azərbaycanın flora biomüxtəlifliyi və bitki örtüyünün öyrənilməsi ilə əlaqədardır. “Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)” adlı doktorluq işində o, bir çox bitki növlərinin yeni yayılma areallarını müəyyənləşdirməklə Azərbaycan elminə böyük töhfələr vermişdir. Qurbanov Azərbaycan ərazisi üçün ilk dəfə olaraq “Psevdomakki” və “Səhra” bitkilik tiplərini müəyyən etmiş, onların fitosenoloji xüsusiyyətlərini araşdırmış, həmçinin ərazi üçün onlarca növün yeni yayılma areallarını elmə gətirmişdir. Atropatan florasına aid olan 2 595 bitkinin Azərbaycan və latın dillərində adlarını qeyd edən Qurbanov 6 mindən çox herbari nümunəsi toplayaraq herbari fonduna vermişdir.E.M. Qurbanov 128-i xaricdə dərc edilmiş 397 elmi əsərin (16 kitab, 381 məqalə), 60-dan artıq tədris proqramı və metodik göstərişin, 13 müəlliflik şəhadətnaməsi və patentin müəllifi və 15 kitabın elmi redaktorudur.
Elşad Rəhimov
Elşad Rəhimov (11 oktyabr 1974, Bakı) — Azərbaycan kino xadimi, montaj rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2016). == Həyatı == Rəhimov Elşad İbrahimxəlil oğlu 11 oktyabr 1974-cü il Bakı şəhərində anadan olmuşdur. 1981–1989-cu illərdə Bakı şəhəri 20 saylı məktəb. 1994–1999 AzTV. 1999–2001 ABA TV. 2001–2002 Rast production. 2002–2005 Space TV. 2005–2007 A.S.V.A Profi studiya. 2007–2009"Bizim Kino prodüser mərkəzi" 2009-cu ildən Azərbaycanfilm kinostudiyasında çalışır. 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Zəvvar ORT rus (2001) Bir anın həqiqəti (film, 2003) Qraf Krestovski NTV rus (2004) Bomba (film, 2005) İnterpapa (film, 2006) Hökmdarın taleyi (film, 2008) Cavad xan (film, 2009) Ölüm növbəsi (film, 2009) Kuklalar (film, 2009) Yaddaş (film, 2010) Əlavə təsir (film, 2010) İlahi məxluq (film, 2011) Dolu (film, 2012) Xoca (film, 2012) Dərvişin qeydləri (film, 2013) Qisas almadan ölmə (film, 2014) Axırıncı dayanacaq (film, 2014) Əlvida, Şmidt!
Elşad Tahirov
Elşad Tahirov — Azərbaycan futbolçusu == Həyatı == Elşad Tahirov 22 yanvar 1973-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1989-1990, 2001-2002, 2005-2007-ci illərdə Xəzər FK (Lənkəran), 1990-1992-ci illərdə Neftçi PFK (Bakı), 1992-1995-ci illərdə Saxalin FK (Saxalin), 1995-1999-cı illərdə Viləş FK (Masallı), 1999-2001-ci illərdə Xəzər Universiteti FK (Bakı), 2004-2005-ci illərdə “Şəmkir” FK (Şəmkir), 2007-2008-ci illərdə isə Masallı FK (Masallı) kimi klublarda peşakar futbolla məşğul olmuşdur. Peşəkar məşqçilik karyerasına 2008-ci ildə Xəzər FK (Lənkəran) klubunda qapıçı-məşqçisi olaraq başlamışdır. 2010-2011-ci illərdə 16 yaşadək oğlanlardan ibarət milli komandanın, 2011-2013-cü illərdə 17 yaşadək oğlanlardan ibarət milli komandanın, 2013-2014-cü illərdə 15 yaşadək oğlanlardan ibarət milli komandanın, 2013-2014-cü illərdə yenidən Xəzər FK-nın (Lənkəran) məşqçisi olmuşdur. 2014-cü ildən etibarən 16 yaşadək oğlanlardan ibarət milli komandanın qapıçı məşqçi funksiyasını yerinə yetirir. 2009-cu ilin iyun ayında “C” kateqoriyalı məşqçi lisenziyasına yiyələnmiş, noyabr ayından etibarən isə “B” kateqoriyalı məşqçi lisenziyanın sahibidir. == Ailəsi == 1993-cü ilde aile heyati qurub. ailəsində 3 uşaq var. bir oğlu iki qızı var. Kiçik oglu TAHIRLI TAHIRdir.
Elşad Xose
Elşad Xose (tam adı: Elşad Əliyev; d. 25 sentyabr 1979, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan repçisi.Elşad Xose müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Dəyirman, Elçin Cəfərov, Elmira Ələkbərzadə, Elnarə Xəlilova, Faiq Ağayev, Günay İbrahimli, Manana Caparidze, Miri Yusif, Natavan Həbibi, Röya, Samirə Allahverdiyeva, Zülfiyyə Xanbabayeva və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === 1979-cu il sentyabr ayının 25-də Bakıda dünyaya gəlmişdir. Özünə "Xose" təxəllüsünü məktəb vaxtı götürüb. Gənc yaşlarında "Odlar Yurdu" KVN komandasının heyətində çıxış edib. === Populyarlıq qazanması === 1999-cu ildə 106 FM radio stansiyasında aparıcı işləyib. Radioda işləyən dövrdə özünün ilk treki olan "Allah" mahnısını yazdırıb.2000-ci ildə "Jizn ne menyaetsa" ilk musiqi albomunu buraxıb. Həmin ildə Şövkət Ələkbərova ilə virtual duet yaradıb, "Qəmgin mahnı" ilə Azərbaycan musiqi səhnəsində uğur qazanmışdır. O, bu mahnını studioda 20 dəqiqəyə yazmışdır. Klipin prezentasiyası 2000-ci il mayın 27-də Bakının "Tunnel" disko klubunda keçirilib.
Elşad Yəhyayev
Elşad Yəhyayev — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 may 1966-cı ildə Şəki şəhərində doğulmuşdur. 1973-cü ildə Şəkidəki 12 saylı məktəbə getmişdi. 1977-ci ildə ailələri ilə Bakıya köçürlər. 1983-cü ildə Xətai rayonundakı 56 saylı orta məktəbi bitirir. 1984–1986-cı illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olur. 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə dönür. Bu zaman artıq Qarabağ müharibəsi başlamışdı. == Döyüşlərdə iştirakı == Elşad könüllü olaraq DİN-ə müraciət edir və onu "N" saylı hissəyə taqım komandiri təyin edirlər.
Elşad Abdullayev (hüquqşünas)
Elşad Abdullayev (25 sentyabr 1954, Kürdəmir rayonu) — Hüquq elmləri doktoru, professor, Azərbaycanda Gülərgeyt kimi adlanan Gülər Əhmədova olayının əsas təşkilatçısı. == Həyatı == Elşad Abdullayev 1954-cü il sentyabrın 25-də Kürdəmir rayonunda anadan olub. 1961-ci ildə 1 saylı orta ümumtəhsil məktəbinə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə BDU-nun Hüquq fakültəsinə qəbul olub, 1979-cu ildə isə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 1985-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının dosenti olmuşdur. 2000-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının professoru olmuşdur. 23 aprel 2004-cü ildə RTA-nın ümumi iclasında Rusiya Dövlət Təhsil Akademiyasının üzvü seçilmişdir. 2005-ci ildə AR Təhsil Nazirinin sərəncamı ilə "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
Elşad Həsənov (hüquqşünas)
Elşad Eldar oğlu Həsənov (27 sentyabr 1976, Bakı, Azərbaycan SSR) — Yasamal rayonu İcra Hakimiyyətinin başçısı (2019), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı (2015–2019). == Həyatı == 27 senytbar 1976-cı ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. 1992-ci ildə Bakı şəhər Nəsimi rayonu 23 saylı orta məktəbi qızıl medalla bitirib.1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub və 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb.İngilis və rus dillərini bilir. === Ailəsi === Ailəlidir, iki övladı var. == Fəaliyyəti == Azərbaycan Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış deputat seçilib. Partiya mənsubiyyəti yoxdur.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il sərəncamı ilə Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Elşad Həsənov (mayor)
Elşad Paşa oğlu Həsənov (13 iyun 1981; Göyçə mahalı, Ermənistan SSR — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşad Həsənov 13 iyun 1981-ci ildə Göyçə mahalında anadan olmuşdur. Aksana Həsənova ilə ailəli idi, 2 övladı var. == Hərbi xidməti == Elşad Həsənov 1999-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində kursant olaraq, 2002-ci ildən zabit olaraq xidmət edirdi. Azərbaycan Ordusunun mayoru olan Elşad Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elşad Həsənov 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. 16 dekabr 2020-ci ildə nəşi tapıldığı ərazidən gətirilmiş və II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Elşad Həsənov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Həsənov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşad Həsənov (siyasətçi)
Elşad Eldar oğlu Həsənov (27 sentyabr 1976, Bakı, Azərbaycan SSR) — Yasamal rayonu İcra Hakimiyyətinin başçısı (2019), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı (2015–2019). == Həyatı == 27 senytbar 1976-cı ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. 1992-ci ildə Bakı şəhər Nəsimi rayonu 23 saylı orta məktəbi qızıl medalla bitirib.1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub və 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb.İngilis və rus dillərini bilir. === Ailəsi === Ailəlidir, iki övladı var. == Fəaliyyəti == Azərbaycan Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış deputat seçilib. Partiya mənsubiyyəti yoxdur.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il sərəncamı ilə Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Elşad Mirbəşir oğlu
Elşad Mirbəşiroğlu (27 iyul 1977, Topalhəsənli, Xanlar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, sədr müavini, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü, siyasi elmlər doktoru, alim, politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə" kafedrasında professor. == Həyatı == Elşad Mirbəşir oğlu 27 iyul 1977-ci ildə Göygöl (Xanlar) rayonunun, Topalhəsənli kəndində müəllim ailəsində anadan olub. 1984-cü ildə Göygöl şəhəri Səməd Vurğun adına 3 saylı orta məktəbin I sinfinə getmiş, 1994-cü ildə həmin məktəbi bitirmişdir. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmidir. 1998–2000-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2005-ci illərdə Politologiya və sosiologiya kafedrasında dissertant olmuşdur. 10 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Siyasi münaqişələrin həllində üçüncü tərəfin iştirakı" mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı ilə siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə kafedrasına elmlər doktoru proqramı üzrə doktorant qəbul olunmuşdur. 2011-ci ildə Vyana Diplomatik Akademiyasında (Avstriya) elmi-tədqiqat işləri ilə məşğul olmuş və mühazirələr oxumuşdur. 2018-ci ildə "Müasir siyasi münaqişələrin nəzəri aspektləri və həlli texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və Siyasi elmlər doktoru elmi dərəcəsi almışdır.Elşad Mirbəşir evlidir, iki övladı var.
Elşad Məmmədov (baş əsgər)
Elşad Dönməz oğlu Məmmədov (1996; Ağdam, Tovuz rayonu, Azərbaycan — 12 iyul 2020; Tovuz rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, 2020-ci il iyulunda Tovuz istiqamətində baş verən döyüşlərin şəhidi. == Həyatı == Elşad Məmmədov 1996-cı ildə Tovuz rayonunun Ağdam kəndində anadan olub. Ailəli və bir oğul atası idi. Xalası oğlu Elburus Yusifov 2020-ci ildə Vətən müharibəsi zamanı şəhid olmuşdur. == Hərbi xidməti == Hərbi xidməti başa vurduqdan sonra ailəsinin etirazına baymayaraq, orduda müddətdəna artıq hərbi qulluqçu kimi xidmət etmək qərarına gəlmişdi. Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri olan Elşad Məmmədov 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub. Tovuz döyüşlərinin şəhidi Elşad Məmmədov iyulun 13-də doğulduğu Tovuz rayonunda dəfn olundu.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Məmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Elşad Məmmədov (gizir)
Elşad Əvəz oğlu Məmmədov (2 iyul 1990; Beyləqan rayonu, Azərbaycan SSR — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əslən Ağdamın Mərzili kəndindən olan Elşad Məmmədov 1990-cı il iyulun 2-də Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. == Hərbi xidməti == Elşad Məmmədov 2010-cu ildə hərbi xidməti başa vurduqdan sonra Murov zirvəsinə təyin olunur və 6 il MAXE olaraq arxa cəbhədə xidmət edir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun giziri olan Elşad Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşad Məmmədov oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elşad Məmmədov (milli qəhrəman)
Elşad Məmmədov (14 fevral 1975, Haçaqaya, Xanlar rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == Elşad Məmmədov 14 fevral 1975-ci ildə Göygöl rayonunun Haçaqaya kəndində anadan olmuşdur. 1990-cı ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Elşad Ağdərədə gedən qanlı döyüşlərdə iştirak etmişdir. 1995-ci il 13-17 mart hadisələri zamanı dövlətçiliyimizə xəyanət edən silahlı dəstənin zərərsizləşdirilməsi zamanı o qardaş gülləsinə tuş gəldi. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Elşad Eldar oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Göygöl rayonunun Qırıxlı kəndində dəfn edilmişdir. Haçaqaya kənd orta məktəbi qəhrəmanımız Elşad Məmmədovun adını daşıyır.
Elşad Məmmədov (əsgər,1990)
Elşad Əvəz oğlu Məmmədov (2 iyul 1990; Beyləqan rayonu, Azərbaycan SSR — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əslən Ağdamın Mərzili kəndindən olan Elşad Məmmədov 1990-cı il iyulun 2-də Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. == Hərbi xidməti == Elşad Məmmədov 2010-cu ildə hərbi xidməti başa vurduqdan sonra Murov zirvəsinə təyin olunur və 6 il MAXE olaraq arxa cəbhədə xidmət edir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun giziri olan Elşad Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşad Məmmədov oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Значение слова в других словарях

миньо́н насто́лько перега́живаться припроси́ть све́дущий соображе́ние хорео́граф намагни́ченный подчища́ть прима́ночный просфо́рка скевня фигура cherry-blossom naos Old Style referee relator self-assumed synchronous teratogenesis truelove knot взлохмачивать изжёванный лампочка