Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağıl
Ağıl və ya zəka — doğru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidinə deyilir. Məntiq də ağlın əsas hissəsidir. İnsan yaşa dolduqca ağlı da inkişaf edir. Dərrakə isə bir hadisəni dərk etməyi, qavramağı mühakimə etməyi və açıqlamağı təmin edir. Ümumiyyətlə, 12 yaşa qədər sürətlə inkişaf edən dərrakə qabiliyyəti 20 yaşa qədər davam edir və sonra sabit qalır. Dərrakə insanın hər vəziyyətdə qabiliyyətini üzə çıxartmaya da bilər. Məsələn, gözəl şeir yazan adam bəsit riyazi məsələni həll etməkdə çətinlik çəkir. Çünki dərrakə özünü psixoloji hadisələr, idrak, yadda saxlama qabiliyyəti, meyillər və s. ilə əlaqədar fərqli şəkildə göstərir. Ağıl hisslər, emosional proseslər, anlayış, yaddaş, istəklər, fərdi xüsusiyyətlər və motivlər, həmçinin şüursuzluqla müəyyən edilir.
Ağıl Dəryası
"Ağıl dəryası" — ANS telekanalında 11-ci sinif şagirdləri arasında keçirilən intellektual yarışma "Ağıl dəryası" hazırda altı mövsümdür ki, davam edir. Ümumilikdə isə mövsümlər tədris ilinə uyğun olaraq bu cür qeyd edilir: I Mövsüm 2009-2010 II Mövsüm 2010-2011 III Mövsüm 2011-2012 IV Mövsüm 2012-2013 V Mövsüm 2013-2014 VI Mövsüm 2014-2015 "Ağıl dəryası" verilişinin altı mövsümdür ki, layihə rəhbəri Elçin Bayramovdur. Hər oyunda 9 iştirakçı iştirak edir. Bu 9 iştirakçı arasında qalib olan iştirakçı yarımfinal mərhələsinə vəsiqə qazanır. Yarımfinalların da qalibləri finalda üz-üzə gəlirlər. Finalda qalib gələn şəxs isə xaricdə təhsil almaq hüququ əldə edir. Həmçinin bu mərhələdə (finalda) Riyaziyyat fənnindən də imtahan keçirilir və imtahan nəticələri birbaşa ümumi nəticələrə təsir göstərir. İştirakçılara 10 sual test üsulunda verilir və bu suallara daha çox düzgün cavab verən 6 iştirakçı 2-ci tura keçir. Suallar Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya, fizika, kimya fənnləri üzrə olur. 9 və 10-cu suallar ingilis dili və milli musiqilərlə bağlı olur və bu turdan sonra ilk 6-lığa düşən oyunçular tam bəlli olmazsa, ( 2 və ya daha çox iştirakçının xalı eyni olarsa ) əlavə sual turu keçirilir və burada test üsulu ilə verilən sualı düzgün cavablandıran iştirakçı və ya iştirakçılar növbəti tura keçir.
Ağıl dişi
Ağıl dişi, üçüncü azı dişi və ya molar diş — insan dişlərinin hər kvadrantında olan üç azı dişindən biri. Bu üçünün arasında ən arxada olan dişdir. Adətən 17–25 yaş aralığında çıxır. Əksər yetkinlərin hər kvadrantda bir olmaqla dörd ağıl dişi olur. Dörddən az və ya daha çox ola bilər, məsələn, əlavə dişlərə fövqəladə dişlər deyilir. Ağıl dişi çıxmadıqda, inkişaf prosesində olan digər dişlərə də təsir edir. Beləliklə, bu baş verəndə və ya verməmişdən öncə çəkilir. Rəsmi olaraq üçüncü azı kimi tanınsa da, ümumi istifadə ağıl dişidir. Çünki demək olar ki, 12–13 yaşlarında digər dişlər bir-birinin ardınca çıxaraq öz sürmələrini tamamladıqları halda, ağıl dişi çox gec çıxır. Adətən 17–25 yaş arasında qaldığı üçün xalq arasında ağıl dişləri kimi tanınır.
Ağıl fəlsəfəsi
İdrak fəlsəfəsi — mövzusu ağlın təbiəti, o cümlədən ağlın fiziki reallıq ilə nisbəti olan fəlsəfi fənn. XIX əsrdə Artur Şopenhauer ağlı "Kainatın əngəli" adlandırmış, onun insan biliyinin ən qaranlıq hissəsi olduğunu vurğulamışdır. Ağıl fəlsəfəsi XX əsrdə ən populyar mövzulardan birinə çevrilmişdir. Bu mövzu haqqında hər il çoxlu ədəbiyyat nümunələri nəşr olunurdu. Müasir ABŞ filosofu Riçard Rorti bildirmişdir ki, təfəkkür fəlsəfəsi indiki dövrdə əlverişli olan tək fəlsəfi fənndir. Ağıl fəlsəfəsi antik dövrə qədər gedib çıxır. Platon və Aristotel dualizmin ilk mütəfəkkirlərindəndir, çünki onlar düşünürdülər ki, ağıl materiyadan ayrı bir ontoloji reallıqdır. Monizm ənənəsinin kökündə başqa bir qədim yunan filosofu olan Parmenid dayanır. O, iddia edirdi ki, varlıq və ağıl birdir. Dualizm Qərb fəlsəfəsinə 17-ci əsrdə Rene Dekart sayəsində daxil oldu.
Sosial ağıl
Sosial intellekt — özünü və başqalarını tanıma qabiliyyəti, cisimləri və ya səsləri bilmək qabiliyyəti kimi humanitar şərtlərin əvəzsiz bir hissəsidir və bir çox cəhətdən araşdırılmağa dəyər. Sosioloq Ross Hanivillə görə, sosial intellekt sosial inancları, münasibətləri və mürəkkəb sosial dəyişikliyi idarə etmək qabiliyyətini inkişaf etdirən özünün və sosial şüurun kollektiv bir ölçüsüdür. Psixoloq Nikolas Hamfrey insan olaraq kim olduğumuzu müəyyən etmənin kəmiyyət ağlından başqa ictimai ağıl olduğunu irəli sürmüşdür. Edvard Torndayk 1920-ci ildə ictimai ağıl anlayışını böyük kişilər və qadınları, gənc kişilər və qızları, insan münasibətlərində müdrik olmağı anlamaq və idarə etmək bacarığı olaraq izah etdi. Bu Hovard Gardnerin çoxsaylı intellekt nəzəriyyəsində təsvir olunan insanlararası ağıla bərabərdir və zehin nəzəriyyəsi ilə sıx əlaqəlidir. Bəzi müəlliflər sosial intellekt tərifini yalnız sosial-psixoloji reklam və marketinq strategiyalarına baxaraq sosial vəziyyət haqqında məlumatlı olmaq şəklində bildirmişdilər. Şon Folenoya görə sosial intellekt, fərdin ətraf mühiti ən yaxşı şəkildə başa düşmək və uğurlu sosial davranışa müvafiq reaksiya vermək bacarığıdır. Sosial intellektin qabiliyyət, şifahi və qeyri-şifahi işarələri oxumaq, məlumatdan istifadə etmək, insanları məlumatlandırmaq kimi bir çox fərqli komponentə sahib olduğu müşahidə edilmişdir. Sosial qarşılıqlı əlaqələrdə bacarıqlı olan şəxslərin emosiyalarına nəzarət etmərində də müvəffəq olduqları müəyyənləşdirilmişdir. Bundan əlavə, empatiya sosial zəka quruluşunun tərkib hissəsi olaraq ortaya çıxır.
Uçan ağıl
Uçan ağıl — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri rayonun Sirab kəndindən şimalda yerləşir. Uçan ağıl 2015-2017-ci illərdə Vəli Baxşəliyev və Katrin Marronun rəhbərliyi ilə beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası tərəfindən arxeoloji qazıntılarla öyrənilmişdir. Uçan ağıl yaşayış yerinin yerüstü materialları boyalı qablar və samanlı keramika nümunələrindən ibarətdir. Tapıntılar arasında Kür-Araz mədəniyyətinə aid keramika parçalarına da rast gəlinmişdir. Tapıntılar arasında Duzdağdan məlum olan daş baltalara bənzər bir ədəd əmək alətinin aşkar olunması da diqqətəlayiqdir. Yaşayış yerində üç yerdə qazıntı aparılmışdır. Birinci sahənin ölçüsü 5x5 m, ikinci sahənin ölçüsü 5x5 m, üçüncü sahənin ölçüsü 5x10 m olmuşdur. Qazıntılar mədəni təbəqənin relyefdən asılı olaraq 0, 20-1, 20 sm arasında qaldığını göstərir. Uçan ağıl yaşayış yerinin tədqiqi zamanı saman qarışığı olan qırmızı rəngli keramika nümunələri, o cümlədən boyalı qabların parçaları aşkar olunmuşdur.
Ağıl dişləri
Ağıl dişi, üçüncü azı dişi və ya molar diş — insan dişlərinin hər kvadrantında olan üç azı dişindən biri. Bu üçünün arasında ən arxada olan dişdir. Adətən 17–25 yaş aralığında çıxır. Əksər yetkinlərin hər kvadrantda bir olmaqla dörd ağıl dişi olur. Dörddən az və ya daha çox ola bilər, məsələn, əlavə dişlərə fövqəladə dişlər deyilir. Ağıl dişi çıxmadıqda, inkişaf prosesində olan digər dişlərə də təsir edir. Beləliklə, bu baş verəndə və ya verməmişdən öncə çəkilir. Rəsmi olaraq üçüncü azı kimi tanınsa da, ümumi istifadə ağıl dişidir. Çünki demək olar ki, 12–13 yaşlarında digər dişlər bir-birinin ardınca çıxaraq öz sürmələrini tamamladıqları halda, ağıl dişi çox gec çıxır. Adətən 17–25 yaş arasında qaldığı üçün xalq arasında ağıl dişləri kimi tanınır.
Ağıl oyunları (film)
Ağıl oyunları (ing. A Beautiful Mind — "Əla ağıl" ("dərrakə")) — iqtisadiyyat üzrə Nobel Mükafatı laureatı Con Forbs Neşin həyatından bəhs edən Silviya Nazarın eyni adlı kitabı əsasında hazırlanan Ron Hovardın bioqrafik drama filmi. Kitab 1998-ci ildə Pulitser mükafatına namizəd göstərilmişdir. Filmin ssenarisini Akiva Qoldsman yazmışdır. Filmdə baş rolu Rassel Krou oynamışdır, ondan başqa filmdə Cennifer Konnelli, Ed Harris, Kristofer Plammer və Pol Bettani çəkilmişdilər. Film dörd Oskar (Ən yaxşı film, Uyğunlaşdırılmış ssenari, Rejissorluq, İkinci planda qadın rolu — Cennifer Konnelli), Qızıl qlobus mükafatı (xüsusilə, Rassel Krou Ən yaxşı aktyor nominasiyasında qalib gəldi) və bir neçə BAFTA mükafatını qazandı. Filmin premyerası 21 dekabr 2001-ci ildə ABŞ-də baş tutdu. Film tənqidçilər tərəfindən rəğbətlə qarşılandı və dünyada 300 milyon dollardan çox gəlir əldə etdi. Hekayə gənc dahi Con Neşin ilk illərindən başlayır. Onda hallusinasiyalarla müşayiət olunan paranoik şizofreniya inkişafına başlayır və işi, arvadı və dostları ilə olan vəziyyəti təhlükəli vəziyyətə çatana qədər şiddətlənir.
Ağıl dəryası (veriliş, 2009)
"Ağıl dəryası" — ANS telekanalında 11-ci sinif şagirdləri arasında keçirilən intellektual yarışma "Ağıl dəryası" hazırda altı mövsümdür ki, davam edir. Ümumilikdə isə mövsümlər tədris ilinə uyğun olaraq bu cür qeyd edilir: I Mövsüm 2009-2010 II Mövsüm 2010-2011 III Mövsüm 2011-2012 IV Mövsüm 2012-2013 V Mövsüm 2013-2014 VI Mövsüm 2014-2015 "Ağıl dəryası" verilişinin altı mövsümdür ki, layihə rəhbəri Elçin Bayramovdur. Hər oyunda 9 iştirakçı iştirak edir. Bu 9 iştirakçı arasında qalib olan iştirakçı yarımfinal mərhələsinə vəsiqə qazanır. Yarımfinalların da qalibləri finalda üz-üzə gəlirlər. Finalda qalib gələn şəxs isə xaricdə təhsil almaq hüququ əldə edir. Həmçinin bu mərhələdə (finalda) Riyaziyyat fənnindən də imtahan keçirilir və imtahan nəticələri birbaşa ümumi nəticələrə təsir göstərir. İştirakçılara 10 sual test üsulunda verilir və bu suallara daha çox düzgün cavab verən 6 iştirakçı 2-ci tura keçir. Suallar Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya, fizika, kimya fənnləri üzrə olur. 9 və 10-cu suallar ingilis dili və milli musiqilərlə bağlı olur və bu turdan sonra ilk 6-lığa düşən oyunçular tam bəlli olmazsa, ( 2 və ya daha çox iştirakçının xalı eyni olarsa ) əlavə sual turu keçirilir və burada test üsulu ilə verilən sualı düzgün cavablandıran iştirakçı və ya iştirakçılar növbəti tura keçir.
Ağıl oyunları (film, 2001)
Ağıl oyunları (ing. A Beautiful Mind — "Əla ağıl" ("dərrakə")) — iqtisadiyyat üzrə Nobel Mükafatı laureatı Con Forbs Neşin həyatından bəhs edən Silviya Nazarın eyni adlı kitabı əsasında hazırlanan Ron Hovardın bioqrafik drama filmi. Kitab 1998-ci ildə Pulitser mükafatına namizəd göstərilmişdir. Filmin ssenarisini Akiva Qoldsman yazmışdır. Filmdə baş rolu Rassel Krou oynamışdır, ondan başqa filmdə Cennifer Konnelli, Ed Harris, Kristofer Plammer və Pol Bettani çəkilmişdilər. Film dörd Oskar (Ən yaxşı film, Uyğunlaşdırılmış ssenari, Rejissorluq, İkinci planda qadın rolu — Cennifer Konnelli), Qızıl qlobus mükafatı (xüsusilə, Rassel Krou Ən yaxşı aktyor nominasiyasında qalib gəldi) və bir neçə BAFTA mükafatını qazandı. Filmin premyerası 21 dekabr 2001-ci ildə ABŞ-də baş tutdu. Film tənqidçilər tərəfindən rəğbətlə qarşılandı və dünyada 300 milyon dollardan çox gəlir əldə etdi. Hekayə gənc dahi Con Neşin ilk illərindən başlayır. Onda hallusinasiyalarla müşayiət olunan paranoik şizofreniya inkişafına başlayır və işi, arvadı və dostları ilə olan vəziyyəti təhlükəli vəziyyətə çatana qədər şiddətlənir.
Uçan ağıl yaşayış yeri
Uçan ağıl — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri rayonun Sirab kəndindən şimalda yerləşir. Uçan ağıl 2015-2017-ci illərdə Vəli Baxşəliyev və Katrin Marronun rəhbərliyi ilə beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası tərəfindən arxeoloji qazıntılarla öyrənilmişdir. Uçan ağıl yaşayış yerinin yerüstü materialları boyalı qablar və samanlı keramika nümunələrindən ibarətdir. Tapıntılar arasında Kür-Araz mədəniyyətinə aid keramika parçalarına da rast gəlinmişdir. Tapıntılar arasında Duzdağdan məlum olan daş baltalara bənzər bir ədəd əmək alətinin aşkar olunması da diqqətəlayiqdir. Yaşayış yerində üç yerdə qazıntı aparılmışdır. Birinci sahənin ölçüsü 5x5 m, ikinci sahənin ölçüsü 5x5 m, üçüncü sahənin ölçüsü 5x10 m olmuşdur. Qazıntılar mədəni təbəqənin relyefdən asılı olaraq 0, 20-1, 20 sm arasında qaldığını göstərir. Uçan ağıl yaşayış yerinin tədqiqi zamanı saman qarışığı olan qırmızı rəngli keramika nümunələri, o cümlədən boyalı qabların parçaları aşkar olunmuşdur.
Ahıl
Qocalıq — orqanizmin nəslin davam etdirilməsi qabiliyyətini itirməsindən ölümə qədər olan insan həyatı dövrü.
Ağal
Ağız
Ağız — İnsan orqanlarından biri. Ağız boşluğunun sərhədləri: Üstdə : Damaq (Paltum) olur. Palatum, iki qisimdir; Qabaqda Sərt damaq (palatum vəziyyət) arxada yumşaq damaq (paltum molle) olur. Sərt damaq, maksillanın alt parçası olub ağız boşluğunu burun boşluğundan ayırar. Yumşaq damaq, os palatini (palatinal sümük) tərəfindən yaradılan zəif ağız mukozasıdır. Kiçik dil (uvula palatina) yumşaq damağın arxa kənarından arxaya doğru sallanar. Qabaqda: Dodaqlar (labia toris) olur. Dodaqlar, üst dodaq (labyum superior) və alt dodaq (labium inferior) olmaq üzrə iki dənədir. Dodaqların çevrələdiği yarığa "ağız yarığı (rima oris) deyilir. Altda: Ağız döşəməsi olur.
Nağıl
Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrıdır. Nağıllar xalq nağılları və müəllif nağılları olmaqla iki qrupa bölünür. Müəllif nağıllarından fərqli olaraq xalq nağıllarının yazıldığı tarix və müəllifi bəlli olmur. Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağıllar əsasən, qaravəlli adlandırılan girişlə başlayır. Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn, "Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm" Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Məsələn, "Qız nə qız, görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu sərv…", "dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi", "Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, diz qabırğada…" və s.
Ağı
Ağı — şifahi xalq şerində yas mərasimi ilə bağlı qüssə, dərd, kədər ifadə edən poetik forma. Ağı faciəli, sarsıntılı hadisələrlə, əsasən, ölümlə bağlı söylənir. Vaxtı ilə qədim türklərdə, eləcə də bu ailəyə daxil olan azərbaycanlılarda meyit yanında ağıları, əsasən qopuz adlı musiqi alətinin müşayiətilə oxumuşlar. Ə.Haqverdiyev yazıe: "Qədim Azərbaycanda ölən böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən günü camaatı bir yerə toplayardılar. Bu toplantıya "yuğ" deyərdilər (ağlamaq - yuğlamaq sözündəndir). Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş "yuğçular" isə ikisimli qopuz çalıb oynayardılar. Yuğçu əvvəlcə mərhum qəhrəmanın igidliklərini danışıb onu tərifləyərdi. Sonra isə qədim havalara keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplaşanlar da hönkür-hönkür ağlayardı".
Kərmək
Dəvəayağı (lat. Limonium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Vərdək
Vərdək vilayəti, Vərdəg və ya Məydən-Vərdək (puşt. وردګ, dəri وردک) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 8.938 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 540.1 min nəfər, inzibati mərkəzi Meydanşəhr şəhəridir. Əhalisinin 70%-ni puştunlar, 20%-ni həzaralar və 10%-ni digər xalqların nümayəndələri (kuçilər, taciklər, qızılbaşlar və s.) təşkil edir. Vilayətdə puştunların böyük Vardak tayfası məskunlaşıb. Bu tayfa Mayar, Mirxel (və ya Mirel) və Nuri qəbilələrindən ibarətdir. Bu tayfaya mənsub insanlar Hisai-Əvvəli Behsud və Mərkəzi Behsud rayonlarında əhalinin əksəriyyətini təşkil etməklə yanaşı digər rayonlarda da yaşayırlar. Həmçinin vilayətdə puştunlarına Qılzay (Xəlci) İttifaqına daxil olan Hotak və Xaroti tayfaları da yaşayırlar. Qızılbaşlar Əfqanıstana Səfəvilər və Əfşarlar imperiyası zamanı Azərbaycandan köçürülmüşlər. Yüksək savadlılığı ilə seçilir və dövlət idarəsi orqanlarında çalışırlar.
Anıl Piyancı
Anıl Piyancı (17 iyul 1990, Qarşıyaxa, İzmir ili) Anıl Piyancı 17 iyul 1990 İzmir, Karşıyakada doğulan rep sənətkarıdır. Anadolu Universitetində beynəlxalq münasibətlərini oxuyan musiqi karyerasına çox gənc yaşda başlamış və bir çox proyektdə yer almışdır. 2007-ci ildə Yeşil Oda adlı bir studio qurmuşdur. Hal-hazırda da işlərini bu studioda davam etdirir. Rep vokalistliyindən başqa prodüser də olan olan sənətkarın Yeşil Oda studiosu nəzdində bir çox yeraltı sənətkarın albomlarında imzası vardır. Piyancı rep və hip-hop tərzindəki musiqilərə olan marağını kiçik yaşda kəşf etmiş, bu sahədə istedadlı olduğunu düşünərək ilk sözlərini 13–14 yaşlarında yazmağa başlamışdır. 14 yaşında ilk səsyazmasını edən rap sənətkarı eyni zamanda hip-hopun başqa bir qolu olan qrafitti sənəti ilə də illərlə məşğul olmuşdur. Bu dövrdən sonra özünü tamamilə musiqiyə həsr etməyə qərar vermiş, yeraltı rep dünyasında ulduzu parıldayan və fanları qısa müddətdə artan rep sənətkarlarında olmağı bacarmışdır. Bir çox təşkilatda yer alaraq adını eşitdirən Piyancı rep dünyasının vacib adlarıyla birlikdə işləyib MC-lik etmişdir. 2006-cı ildən bu tərəfə albom işlərini davam etdirməkdə və çıxartdığı albomların videolarını internetdə yayımlamaqdadır.
Anıl Yüksel
Anil Yüksel (19 may 1990-cı ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən və Türkiyə Davis Kuboku komandasının üzvü olan Türkiyəli tennis oyunçusudur. 10 oktyabr 2016-cı ildə o, Dünya ATP reytinqində 494-cü sırada qərarlaşaraq rekorduna imza atmışdır.
Aqıl (Miyanə)
Aqıl (fars. عاقل‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (5 ailə). Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kələboz kəndistanında, Miyanə şəhərindən 35 km cənub-qərbdədir.
Atıl-batıl
Atıl-batıl (lat. Zosima) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Pichleria Stapf & Wettst. Yovşanyarpaq atıl-batıl (Zosima absinthiifolia (Vent.) Link) Zosima gilliana Rech.f. & Riedl Zosima korovinii Pimenov Zosima radians Boiss. & Hohen.
Ağır atletika
Ağır atletika — ağır atletika və ya ağırlığın qaldırılması Olimpiya oyunları proqramına daxil edilmiş idman növüdür. Yarışlar zamanı atletlər növbə ilə ştanqın üstünə quraşdırılmış ağırlığı yerdən qaldıraraq başları üzərində müəyyən müddət saxlayırlar. Ağır atletlər boksçular kimi çəki kateqoriyalarına ayrılırlar. Ağır çəki kateqoriyasından olan çempionlar 250 kq-a qədər ağırlığı olan ştanqı qaldırmaq qabiliyyətindədirlər. Ağır atletika Olimpiya Oyunlarına ilk dəfə 1896-cı ildə daxil edilmişdir. Ancaq o vaxtlar yarışlar başqa qaydalar üzrə keçirilmişdir. Qalib gəlmək üçün idmançı ştanqı bir, sonra isə iki əli ilə qaldırmalı idi. Maraqlısı budur ki, çıxış edənlərin hamısı eyni çəkidə yarışmışdı. İllər keçəndən sonra qanunlar indiki hala salınıb. Ağırlıqların qaldırılması idmanın digər növlərində çıxış edən idmançıların (məsələn, üzgüçülərin və ya futbolçuların) hazırlıq-məşq proqramına daxildir.
Ağır mayelər
Ağır maye — yüksək sıxlığa və nisbətən aşağı özlülüyə malik məhlul və ya maye kimyəvi maddə. Kövrək və əzilmiş süxurlardan ağır mineralları və üzvi qalıqları (sporlar, tozcuqlar, mikrofauna) ayırmaq üçün istifadə edilir. Ən çox istifadə edilənləri Tüle mayesi (xüsusi çəkisi 3,19), bromoform (xüsusi çəkisi 2,9), Suşin mayesi (xüsusi çəkisi 3,45) və başqalarıdır. Otaq temperaturunda ən ağır maye civədir. Lakin temperaturdan asılı olmayaraq ən ağır maye ərimə nöqtəsində ikən (3033°C/5491.4°F) Osmiumdur (nadir metal). Osmium sıxlığı 22,59 g·sm-3 olmaqla, civədən 1,65 dəfə ağırdır.
Ağır metallar
Ağır metallar - xüsusi çəkisi 4,5 q/sm3-dən artıq olan kimyəvi elementlər. 40-dan artıq - qurğuşun, kadmium, civə, sink, molibden, manqan, nikel, , kobalt, mis, vanadium, qalay və başqaları. Ağır metalların tərkibində insan həyat üçün vacib olan metallar (sink, dəmir, manqan, mis) və orqanizm üçün toksik maddələr (kadmium, civə, qurğuşun, nikel, xrom, arsen) var. Lakin həyat üçün vacib ağır metalların konsentrasiya artıq olduqda onlar insan üçün təhlükəli olurlar. İnsan sağlamlığına təhlükəliyə görə ağır metallar 3 qrupa bölünür: I sinif - arsen, kadmium, civə, berillium, selen, qurğuşun, sink II sinif - kobalt, xrom, mis, molibden, nikel, stibium. III sinif - vanadium, barium, volfram, manqan, stronsium Ağır metallar ətraf mühitə çirkab suları, sənaye müəssisələrinin və avtonəqliyyatın qazşəkilli tullantıları kimi daxil olur.
Ağır minerallar
Ağır minerallar — xüsusi çəkisi 2,75-2,85-dən yüksək olan minerallardır. Qırıntı süxurların kiçik bir hissəsini təşkil edirlər; böyük müxtəlifliklə fərqlənirlər. Ağır mineral assosiasiyaları qırıntı süxurlarda, karbonatlı süxurların və duzların həll olmayan qalıqlarında, başqa çökmə süxurların və müasir çökmələrin tərkibinə daxil olan müxtəlif ağır mineral kompleksləridir. Ağir mineral assosiasiyaları daşınma mənbələrinin tərkibini (terrigen minerallar), daşınma mənbələrinin uzaqlığını (terrigen mineralların azalması), çöküntütoplanma mühitinin geokimyəvi şəraiti (singenetik və diagenetik minerallar) və çökmələrin litifikasiya dövründə minerallarda baş verən törəmə dəyişilmələrinin intensivliyini (epigenetik minerallar) səciyyələndirirlər. Ağır mineralların azalması təkcə daşınma mənbəyinin uzaqlığı ilə deyil, habelə onların kompleksinin postsedimentasion dəyişilmələrilə də izah edilə bilər. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ağır pulemyot
Ağır pulemyot və ya iriçaplı pulemyot – orta böyüklükdə olan pulemyotlardan bu pulemyotlar bir çox xüsusiyyətlərinə görə fərqlənirlər. Ağır pulemyotları iki əsas sinifə bölmək mümkündür: Birincisi, Birinci dünya müharibəsi zamanı istifadə edilmiş və çəkiləri olduqca çox olduğu üçün ağır pulemyotlar olaraq adlandırılmış silahlardır. İkincisi isə, standartlardan kənar olan texnikalara, binalara, təyyarələrə və yüngül zirehli avtomobillərə quraşdırılan, uzun mənzilli və çox böyük dağıdıcı gücə sahib olan şəkildə konstruksiya edilən iriçaplı pulemyotlardır.
Ağır su
Ağır su — adi hidrogeni onun ağır izotopu olan deyterium (D) ilə əvəz etdikdə alınan su növü. Adi suda təxminən 0,016% D2O olur. Ağır suyu ilk dəfə 1932-ci ildə E. Uoşberi və H. Yuri adi sularda kəşf etmişlər. Onu 1933-cü ildə Amerika Birləşmiş Ştatlarında, 1934-cü ildə SSRİ-də almışlar. D2O xassəsinə görə adi sudan fərqlənir: sıxlığı 1100 kq/m3-dur, 101.43 C-də qaynayır, +3.813 C-də donur. Maddələrin çoxu ağır suda pis həll olur və adətən reaksiyalar ağır suda zəif gedir. Adi su ilə müqayisədə reaksiyalar 4–6 dəfə zəifləyir. Ağır suyu sənayedə adi sudan elektroliz, fraksiyalı distillə üsulları ilə alırlar. Ağır su nüvə mühərriklərində neytron yavaşıdıcısı kimi və ya deytron mənbəyi kimi istifadə olunur. Sənayedə kənd təsərrüfatında və məişətdə suyun mühüm və çoxsahəli tətbiqi vardır.
Ağır sənaye
Ağır sənaye böyük və əsasən mexaniki və struktur komponentlərin istehsal olunduğu bir sənaye qrupudur. Ümumiyyətlə mədən, metallurgiya, maşınqayırma, energetika, müdafiə sənayesi və kimya sənayesi kimi sahələri əhatə edir.
Ağır tank
Ağır tankın ümumiyyətlə yüngül siniflərdən daha qalın bir zirehi və daha böyük bir silahı var, lakin daha az hərəkətli və çevik olmayan; daha yüksək istehsal və istifadə xərcləri olan bir tank sinifidir. Sinifin mənşəyi Birinci Dünya Müharibəsi və ilk tanklara əsaslanır; piyada ilə yaxından işləmək və həm artilleriya, həm də ilk tank əleyhinə silahlara qarşı durmaq üçün hazırlanan ilk tanklar neytral zonada yaşamaq üçün kifayət qədər zirehə sahib idi. Yüngül tanklar təqdim edildikdə daha böyük dizaynlar ağır tanklar kimi tanınmağa başladı. Oxşar bir "hücum" rolu İkinci Dünya Müharibəsində də istifadə edilmişdir. Tankların başqa tanklar ilə mübarizə aparması adi hala gəldikdən sonra, ağır tanklar çox güclü tank əleyhinə silahlarla, əsas etibarilə toplarla təchiz olunmağa başlanıldılar. İkinci Dünya Müharibəsinin sonunda həm ağır istehkamlara, həm də digər tanklara qarşı ağır tanklar istifadə edilmişdir. Hücumlaraa rəhbərlik etmək üçün istifadə edildiklərində "hücum tankları" kimi də tanınırdılar. Onlar ümumiyyətlə xüsusi ağır tank bölmələrində təşkil olunurdular. Əsas döyüş tankı sinifinin ortaya çıxmasından sonra bir neçə yeni model istisna olmaqla ağır tank istehsalı başa çatdı. 1960-cı illərdə artıq ağır tankların dövrü başa çatmışdı.
Aqil
Aqil — kişi adı. Aqil Məcidov — Aqil Məlikov — Aqil Məmmədov Aqil Məmmədov (hərbçi) — Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı. Aqil Məmmədov (siyasətçi) — deputat, sabiq icra başçısı. Aqil Məmmədov (futbolçu, 1972) — Azərbaycan futbolçusu. Aqil Məmmədov (futbolçu, 1989) — Azərbaycan futbolçusu. Aqil Abbas — Aqil Musayev — Aqil Həsənov — Aqil Salyayev — Aqil Mirzəliyev — Aqil Quliyev Aqil Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Birinci Qarabağ müharibəsi iştirakçısı. Aqil Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı. Aqil M. Quliyev — Azərbaycan aktyoru, rejissoru, ssenari müəllifi və klipmeykeri.
Bərmək mahalı
Bərmək mahalı — Quba xanlığında mahal. İndiki Xızı rayonu. Adını burada yaşayan Bərmək tayfasından və ya Bərmək – bər məhsul, mak – kahin və ya Qubadakı Bərmək mahalı Harunərrəşidin vəziri Cəfər Bərməkinin qəbiləsi aldığı Xızı-Bərmək mahalı Xəzər dənizi, Bakı kəndləri və Sumqayıt çayı hüdudlarında böyük bir sahə tutur. Alim-səyyah F.F.Simonoviç 1796-cı ildə Xızı-Bərmək mahalında 24 kəndin adını göstərir. A.Bakıxanovun “Gülüstani irəm” əsərinin adını xüsusilə çəkmək lazımdır. Onun əsərində Quba xanlığının “Xızı bərmək” mahalı haqqında dəyərli məlumatlar verilir. "Bərmək" qədim fars dilində "başçı", "rəis", "lider", "rəhbər" kimi mənalara gəlir. Sanskritcədə "pramukha" ( प्रमुख ) kimi səsləndirilən bu söz ərəblər tərəfindən "bərmək" kimi tələffüz edilib. Urdu dilində پرمکھ ("pramukh", "prəmuk") yazılır. Әrəb dilində saitlər yazı zamanı qeyd edilmədiyi üçün bu söz әrәb hәrflәriylә yazıldığda saitlərin dəyişməsi, beləliklə "pərməkeh" → "bərmək" kimi oxunması da mümkündür.
Aqil Abbas
Aqil Məhəmməd oğlu Abbas (1 aprel 1953, Boyat, Ağcabədi rayonu) — azərbaycanlı dövlət xadimi, yazıçı, jurnalist, Azərbaycan Milli Məclisinin III, IV, V və VI çağırış üzvü. Aqil Məhəmməd oğlu Abbasov 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolanı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1970–1976). Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976–1977) kimi başlayıb, "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri (1977–1987), "Sovet kəndi" qəzetinin xüsusi müxbiri (1987–1990) işləyib. Hazırda "Ədalət" (1990-cı ildən), "Boz qurd" (1993-cü ildən) qəzetlərinin baş redaktorudur. Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edir. "Qiyamət gecəsi" və "Qapqara uzun saçlar" povestlərinin müəllifidir (2003).
Aqil Abbasov
Aqil Məhəmməd oğlu Abbas (1 aprel 1953, Boyat, Ağcabədi rayonu) — azərbaycanlı dövlət xadimi, yazıçı, jurnalist, Azərbaycan Milli Məclisinin III, IV, V və VI çağırış üzvü. Aqil Məhəmməd oğlu Abbasov 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolanı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1970–1976). Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976–1977) kimi başlayıb, "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri (1977–1987), "Sovet kəndi" qəzetinin xüsusi müxbiri (1987–1990) işləyib. Hazırda "Ədalət" (1990-cı ildən), "Boz qurd" (1993-cü ildən) qəzetlərinin baş redaktorudur. Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edir. "Qiyamət gecəsi" və "Qapqara uzun saçlar" povestlərinin müəllifidir (2003).
Aqil Acalov
Aqil Ağacanov
Aqil Ağacanov — aktyor, "Bizim Cəbiş müəllim" filmindəki Makedon rolu ilə daha çox tanınır. Aqil Ağacanov 22 avqust 1949-cu ildə Bakının Sabunçu rayonunun Pirşağı kəndində dünyaya göz açmışdır. Bakı şəhəri 112 saylı orta məktəbi 8 illik sistemlə bitirmiş, lakin sonra gecə məktəbində Ramana müəllimlərindən təhsil almışdır. Orta təhsilini bitirdikdən sonra 1969-cu ildə hərbi xidmətə yola düşmüşdür. Uzun müddətdir ki, aşpaz, xüsusilə də kababçı kimi fəaliyyət göstərir və bütün Bakı kəndlərində onu elə kababçı Aqil kimi tanıyırlar. Ailəlidir, ikisi qız, biri oğlan olmaqla üç övladı və iki nəvəsi vardır. Aqil Ağacanovun oynadığı Makedon rolu "Bizim Cəbiş müəllim" filmindəki maraqlı obrazlardan biridir. Onu filmə təsadüfən çəkirlər. Belə ki, Aqillə bulvarda təsadüfən nərd oynayan rejissor Həsən Seyidbəyli nərddə uduzduqdan sonra sözünü tutaraq, Aqili Makedon roluna sınaqlara çağırır. Çünki oyuna başlamazdan öncə Aqil Ağacanov Həsən Seyidbəyli ilə mərc kəsir ki, əgər rejissor uduzsa, onu kinoya çəkəcək və belə də olur.
Aqil Bağırov
Aqil Fazil oğlu Bağırov (1 may 1995, Muğanlı, Ağstafa rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Aqil Bağırov 1995-ci il mayın 1-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. 2002–2013-cü illərdə F. Kərimov adına Muğanlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Aqil Bağırov 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Aqil Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Aqil Bağırov oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Muğanlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Bağırov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Aqil Dadaşov
Aqil İsax oğlu Dadaşov — Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, "Ülfət" qəzetinin baş redaktoru. Aqil Dadaşov 1955-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1978-ci ildən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirmişdir. Evlidir. İki övladı var. Aqil Dadaşov əmək fəaliyyətinə "Bakı" və "Baku" axşam qəzetləri redaksiyasında başlamışdır. 1991-ci ildən 1992-ci ilə kimi Azərbaycan Həmkarlar İttifaqları Şurasının (indiki AHİK) "Ülfət" qəzetinin məsul katibi, baş redaktorun müavini vəzifələrində işləmişdir. 1992-ci ildən qəzetin baş redaktorudur. Aqil Dadaşov 1998-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini seçilmişdir. Həmçinin, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
Aqil Hacıyev
Aqil Cəfər Xəndan oğlu Hacıyev (10 avqust 1947, Şuşa, Dağlıq Qarabağ – 14 fevral 2019, Bakı) — klassik rus ədəbiyyatı kafedrasının müdiri (1984), professor (1984). Aqil Hacıyev 10 avqust 1947-ci ildə Şuşa şəhərində Azərbaycan ədəbiyyatşünası, tənqidçisi, şair və tərcüməçi, filologiya elmləri doktoru, professor Cəfər Xəndanın ailəsində anadan olmuşdur. Hacıyev 1954–1965-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1965–1970-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Aqil Hacıyev 1970–1973-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin aspirantı olmuşdur. Belə ki, MDU-nin Rus ədəbiyyatı tarixi kafedrasına məqsədli aspiranturaya göndərilmişdir. O, 1973-cü ildə "A.S.Puşkinin "Ərzuruma səyahət əsəri" və "XIX əsrin 20–30-cu illərinin rus oçerki" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 1981-ci ildə isə dosent elmi adını almışdır. Hacıyev 1982-ci ildə "Tiflisdə "XX əsr rus ədəbiyatında Şərq" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 1984-cü ildə professor elmi adını alıb. Aqil Hacıyev 1973–1976-cı illərdə Bakı Dövlət Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının çalışıb.
Aqil Hüseynov
Aqil Habil oğlu Hüseynov (9 may 1995; Əhmədli, Beyləqan rayonu, Azərbaycan — 7 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Aqil Hüseynov 9 may 1995-ci ildə Beyləqan rayonunun Əhmədli kəndində Habil Hüseynovun ailəsində anadan olmuşdur. 2001–2012-ci illərdə orta təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı. Aqil Hüseynov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Aqil Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində rabitəçi olaraq iştirak etmişdir. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovla birgə vuruşmuşdur. Aqil Hüseynov 7 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Aqil Həsənov
Aqil Nofəl oğlu Həsənov (6 yanvar 1996, Pirəmsən, Dəvəçi rayonu – 29 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Aqil Həsənov 1996-cı il yanvarın 6-də Şabran rayonunun Pirəmsən kəndində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Aqil Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Aqil Həsənov sentyabrın 29-da şəhid olub. Şabran rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Aqil Kəngərli
Aqil Kəngərli (tam adı:Cəfərov Aqil Abbas oğlu, 1 sentyabr 1972, Göyçay) — azərbaycanlı jurnalist, yazıçı, tarixçi-şair, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. İraq-Türkmən Yazarlar Birliyinin və Türkiyənin Avrasiya Sanat Kültür və Ədəbiyyat Dərnəyinin (ASKED) üzvüdür. "Qızıl qələm", " Həsən bəy Zərdabi", "Xəmsə" , "Xalqın nüfuzlu ziyalısı", "Vicdanlı qələm" və. s. diplom və fəxri fərmanlarla təltif olunub. 1972-ci il sentyabrın 1-də Göyçay şəhərində anadan olub. Valideynləri 1949-cu ildə Qərbi Azərbaycanın Dərələyəz və Vedibasar mahallarından deportasiya olunub. Aqil Kəngərli 1989-cu ildə Göyçay şəhəri 7 nömrəli orta məktəbi bitirmiş, əmək fəaliyyətinə 1989-cu ildə kitabxana işçisi kimi başlamışdır. 1995-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsini biblioqraf ixtisası üzrə, 2002-ci ildə isə Azərbaycan Müəllimlər İnstitutunu tarix müəllimi ixtisası üzrə bitirmişdir. 1996–1997-ci illərdə DİN Daxili Qoşunlarında hərbi xidmətdə olmuşdur.
Aqil Mirzəliyev
Aqil Mehman oğlu Mirzəliyev (27 avqust 1999, İsmayıllı rayonu – 23 oktyabr 2020, Tuğ, Xocavənd rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Aqil Mirzəliyev 1999-cu il avqust ayının 27-də İsmayıllı rayonunda anadan olmuşdur. 2005-2016-cı illərdə İsmayıllı rayonunda İsrail Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil almışdır. Məktəb illərində intellektual səviyyəsi ilə daim seçilən Aqil dəfələrlə respublika fənn olimpiadalarında, bilik və intellektual yarışlarda çempion olmuşdur. 2016-cı ildə orta məktəbi əla qiymətlərlə başa vurmuş və qəbul imtahanında 613 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olunmuşdur. 2020-ci ildə universitetdən məzun olmuş, daha sonra isə hərbi xidmətə yollanmışdır. Aqil Mirzəliyev hərbi xidmətinə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində başlamış və 2020-ci il sentyabr ayının 27-dən başlayan 2-ci İkinci Qarabağ müharibəsində fəal iştirak etmişdir. O, Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə şücaət göstərmişdir. Aqil Mirzəliyev 20 oktaybr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və oktyabr ayının 23-ü Şəhidlər Xiyabanında dəfn edilmişdir. 2022-ci ildə İsmayıllıda Aqil Mirzəliyevin ad günündə şəhidin adına küçə verilib.
Aqil Musayev
Aqil Musayev (3 noyabr 1973, Qazax rayonu – 5 oktyabr 1994, Gəncə) — Qarabağ müharibəsinin iştirakçısıdır. 5 oktyabr 1994-cü ildə Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən, qəhrəmancasına həlak oldu. Aqil Musayev 5 oktyabr 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin cənab Heydər Əliyevin 215 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Aqil Musayev 3 noyabr 1973-cü ildə Azərbaycanın Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-ci ildə birinci sinfə getmiş, 1991-ci ildə onuncu sinfi bitirmişdir. Sonra təhsilini Qazax şəhərindəki 117 saylı texniki-peşə məktəbində davam etdirmişdir. Sürücü peşəsinə yiyələnmişdir. 1993-cü il mayın 18-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Bir müddət təlim-məşq toplanışlarında iştirak etmişdir. Az müddətdə əsgər və zabit heyətinin hörmətini qazanmışdır.
Aqil Məcidov
Aqil Aydın oğlu Məcidov (3 aprel 1998, Tovuz rayonu – 28 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Aqil Məcidov 1998-ci il aprelin 3-də Tovuz şəhərində anadan olub. 2005-2016-cı illərdə A. Puşkin adına tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. Aqil Məcidov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Aqil Məcidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqil Məcidov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Tovuzda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Məcidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Nivola-Vermel
Nivola-Vermel (fr. Nivolas-Vermelle) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalyo-Syud kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38276. Kommunanın 1999-cu il üçün əhalisi 1823 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Quido Verbek
Quido Herman Fridolin Verbek (nid. Guido Herman Fridolin Verbeck; 28 yanvar 1830, Zeyst[d], Utrext – 10 may 1898, Tokio[d]) – Yaponiyada fəaliyyət göstərmiş holland missioner. Meyci hökumətinin məsləhətçilərindən biri olmuşdur. Quido Verbek 1830-cu ildə Niderlandda doğulmuşdur. O, 1859-cu ildə Holland Reformist Kilsəsi tərəfindən Yaponiyaya göndərilmişdir. Yaponiyada dini fəaliyyətlər ilə yanaşı ingilis dili, sosial elmlər və Qərb texnologiyasını tədris etməklə məşğul olmuşdur. İto Hirobumi, Okubo Toşimiçi, Okuma Şiqenobu, Soecima Taneomi kimi tələbələri Meyci hökumətinin əhəmiyyətli şəxsləri olmuşdur. 1869-cu ildə Okumanın məsləhəti ilə Tokioya getmiş və müasir Tokio Universitetinin sələfi olan tədris müəssisəsində köməkçi başçı vəzifəsinə təyin olunmuşdur. O, yeni hökumətin etibarlı məsləhətçilərindən biri olmuşdur. Verbekin məsləhətləri əsasında Yaponiyada prefektura sistemi qurulmuş (1871), Qərb dünyasına İvakura missiyası göndərilmiş (1871), təhsil haqqında qanun (1872) və hərbi xidmət haqqında sərəncam (1873) qəbul edilmişdir.
Vərdək vilayəti
Vərdək vilayəti, Vərdəg və ya Məydən-Vərdək (puşt. وردګ, dəri وردک) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 8.938 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 540.1 min nəfər, inzibati mərkəzi Meydanşəhr şəhəridir. Əhalisinin 70%-ni puştunlar, 20%-ni həzaralar və 10%-ni digər xalqların nümayəndələri (kuçilər, taciklər, qızılbaşlar və s.) təşkil edir. Vilayətdə puştunların böyük Vardak tayfası məskunlaşıb. Bu tayfa Mayar, Mirxel (və ya Mirel) və Nuri qəbilələrindən ibarətdir. Bu tayfaya mənsub insanlar Hisai-Əvvəli Behsud və Mərkəzi Behsud rayonlarında əhalinin əksəriyyətini təşkil etməklə yanaşı digər rayonlarda da yaşayırlar. Həmçinin vilayətdə puştunlarına Qılzay (Xəlci) İttifaqına daxil olan Hotak və Xaroti tayfaları da yaşayırlar. Qızılbaşlar Əfqanıstana Səfəvilər və Əfşarlar imperiyası zamanı Azərbaycandan köçürülmüşlər. Yüksək savadlılığı ilə seçilir və dövlət idarəsi orqanlarında çalışırlar.
Vərçək (Sərdəşt)
Vərçək (fars. ورچك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 314 nəfər yaşayır (54 ailə).
Yermek Omirtay
Vəzmək (Mahnişan)
Vəzmək (fars. وزمك‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (42 ailə).
Ərmək (Hurand)
Ərmək (fars. ارمك‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (27 ailə).
Cermuk
Cermuk, Quşçu — Ermənistan Respublikasında Arpaçayın (Araz hövzəsi) yuxarı axınında, 2100 m yüksəklikdə yerləşən şəhər. 1961-ci ildən respublika tabeli şəhərdir. İrəvan şəhərindən 173 km məsafədədir. Balneoloji və kurort şəhəridir. 1873-cü ilin kameral sayımına əsasən İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Arpaçayın yuxarı axarında, sağ sahilində, "İstisu" adlanan mineral bulaqların yaxınlığında yerləşən və dövlət xəzinəsinə məxsus İstisu kəndində 19 evdə 56 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla toplam 114 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdılar.
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Feşmək
Feşmək — karameləoxşar Azərbaycan şirniyyatı Tərkibinə un, şəkər tozu, kərə yağı, sirkə, cövhər, rəngli yeyinti boyaları daxildir. Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Seçmək
Seçmək (ing. choose) – qrafik istifadəçi interfeysində: komandanın çalışdırılmasına səbəb olmaq və ya parametri seçmək. Bu prosedur bir neçə hərəkətdən ibarət ola bilər; məsələn, dialoq boksunda parametrin seçilməsi bir hərəkətlə yerinə yetirilir, ancaq menyudan komandanın seçilməsinə ən azı iki hərəkət lazımdır (öncə ekrana menyunun komandalarının siyahısını çıxarmaq, sonra isə lazım olan komandanı seçmək). Çox zaman bu terminin əvəzinə, onun ingilis sinonimi olan "select" terminindən istifadə olunur, ancaq "choose" daha münasib variantdır, çünki "select" başqa spesifik anlamda işlədilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Yermak
Yermak Timofeyeviç (1532/1534/1542 – 6 avqust 1585, Sibir xanlığı) —Kazak atamanı. Ural tacirləri və sənayeçiləri Stroqanovların vəsaiti hesabına onun başçılığı ilə kazakların Sibir xanlığına işğalçı yürüşlər təşkil edilmişdir. 1581-ci ildə Yermak Sibir xanlığının işğalına başladı. 1582-ci ilin payızında kazaklar hücumla Sibir xanlığının əsas istehkamı — paytaxtı Kaşlıkı tutdular və qarət etdilər. Sibir xanı Küçüm xan müqaviməti davam etdirdi. 1585-ci ildə başda Kuçum olmaqla tatarların kazaklara gözlənilməz gecə hücumu zamanı Yermak öldürüldü. Атаман Ермак Йармак (Ермак) Кольцо Сибири. Ермак, освоение Сибири Сказ о казаке-разбойнике Arxivləşdirilib 2007-10-27 at the Wayback Machine Ермак — человек — ледокол Кто же ты, Ермак Аленин? Arxivləşdirilib 2010-01-06 at the Wayback Machine Казаки. Походы Ермака (фигурки) Arxivləşdirilib 2011-12-27 at the Wayback Machine Савельев Е. П. Кто был Ермак и его сподвижники.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt linza və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi.
Yemək
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Bernar Verlak
Bernar Verlak (fr. Bernard Verlhac) - Fransız Karikaturist və jurnalist. Charlie Hebdo jurnalının əməkdaşı. 2015-ci il 7 yanvar tarixində "Charlie Hebdo" dərgisinə edilən silahlı hücum zamanı öldürülüb.
Gerçək rejim
Gerçək rejim (en. real mode) – IBM-uyumlu və Intel 80x86 mikroprosessorlar ailəsinin bazasında olan başqa kompüterlərin “doğma”, yəni susqunluqla qəbul olunmuş iş rejimi; yalnız MS-DOS’da işləyir. Gerçək rejim yalnız mikroprosessora və onun yaddaşla işləmə üsuluna aiddir, ancaq bu rejim istifadəçiyə təktapşırıqlı iş rejimi (verilmiş anda yalnız bir proqram işləyir) vermək baxımından da xarakterizə oluna bilər. Gerçək rejim Intel 80286, 80386 və i486 mikroprosessorları üçün hazırlanmış bir araya sığışmayan iki rejimdən biridir. Daha universal qorunmuş rejimdən [protected mode] fərqli olaraq, gerçək rejim çoxtapşırıqlı rejimin iki vacib komponenti – yaddaşın idarəolunması və onun qorunması üçün imkanlar təklif etmir (OS/2 əməliyyat sistemində bu imkanlar var). Gerçək zaman canlandırması (en. real-time animation) – kompüter animasiyasında: görüntünün kadrlarının öncə hesablanıb yazıldığı, sonra isə rəvan hərəkət illüziyası almaq üçün daha yüksək sürətlə virtual zamanda yerinə yetirildiyi multiplikasiyadan fərqli olaraq, imitasiya olunan obyekt real şəraitdə hansı sürətlə hərəkət edə bilərsə, ekrandakı görüntülərin də həmin sürətlə yenilənməsi. Gerçək zamanlı əməliyyat sistemi (en. real-time operating system (RTOS)– idarəedici avadanlıqlar, yaxud maşınlar üçün işlənib hazırlanmış, yaxud optimallaşdırılmış əməliyyat sistemi. Gerçək zamanlı proqramlaşdırma (en.
Aqil Məlikov
Aqil Niyaz oğlu Məlikov (6 aprel 1986, Alpan, Quba rayonu – 27 sentyabr 2020, Qaraxanbəyli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. Aqil Məlikov 1986-cı il aprelin 6-da Quba rayonunun Alpan kəndində anadan olub. 1993-2004-cü illərdə Alpan kənd tam orta məktəbində təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Süleyman adında bir oğlu, Xədicə adında isə bir qızı yadigar qaldı. Aqil Məlikov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun kapitanı olan Aqil Məlikov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqil Məlikov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.
Aqil Qasımov
Aqil Qadir oğlu Qasımov (24 dekabr 1973, Zeynəddin, Naxçıvan rayonu) — Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində "Dendrologiya Bağı" publik hüquqi şəxs, Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi şöbəsinin, şöbə müdiri. Aqil Qadir oğlu Qasımov 24 dekabr 1973-cü ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Babək rayon Zəynəddin kəndində ziyalı ailəsində anadan olmuşdur. 1981–1991-ci illərdə həmin kəndin S. Nadirli adına tam orta məktəbini oxumuşdur. 1991–1996-cı illərdə akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin Kənd təsərrüfatı fakültəsinin aqronom ixtisasına daxil olmuş və alim-aqronom ixtisasını bitirmişdir. 1996–2001-ci illərdə Babək rayon Kərimbəyli kəndinin şərab zavodunda mikrobioloq vəzifəsində işləmişdir. 2001–2003-cü illərdə Naxçıvan meyvəçilik sort-sınaq məntəqəsində baş məsləhətçi aqronom işləmişdir. 2003–2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitunun Zooloji tədqiqatlar şöbəsinin onurğasızlar laboratoriyasında böyük elmi işçi vəzifəsində çalişmışdır. 2004–2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitunun disertantı olmuş, "Naxçıvan Muxtar Respublikasında çəyirdəkli meyvə ağaclarına zərərverən cücülər və onların entomofaqları" mövzusunda müdafiə etdiyi üçün ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 2013-ü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən entomologiya ixtisası üzrə dosent elmi adına layiq görülmüşdür. 1.
Aqil Quliyev
Aqil Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Birinci Qarabağ müharibəsi iştirakçısı. Aqil Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı. Aqil M. Quliyev — Azərbaycan aktyoru, rejissoru, ssenari müəllifi və klipmeykeri.
Aqil Şahmuradov
Aqil Şahmuradov (3 oktyabr 1965, Quba rayonu) — tarix elmləri namizədi. Şahmuradov Aqil Şövkət oğlu 1988–1993-cü illərdə T. Q. Şevçenko adına Kiyev Dövlət Universitetində təhsil almış və tarixçi ixtisasına yiyələnmişdir. 1994–1998-ci illərdə BDU-nun aspirantura pilləsində təhsil almış, 2000-ci ildə "XIX əsrin II yarısı – XX əsrin əvvələrində rusların Azərbaycanda sahibkarlıq fəaliyyəti" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Aqil müəllim 1993-cü ildən pedaqoji fəaliyyət göstərir. Bakı Avrasiya Universitetində dakan müavuni, dekan, prorektor vəzifələrində çalışmış, hal-hazırda universitetin Beynəlxalq münasibətlər və regionşünaslıq kafedrasının müdiridir. Respublikada ilk dəfə nəşr olunmuş "Diplomatiya: ensiklopedik lüğət" kitabının müəlliflərindən biri və məsul katibdir. XIX–XX əsr Azərbaycan və Slavyan ölkələri tarixinin müxtəlif aspektlərinə aid bir sıra məqalələrin müəlifidir. Slavyan ölkələri tarixi üzrə təhsilin bakalvr və magistr pillələri üçün fənn proqramları, metodik göstəriş hazırlamışdır. Bununla yanaşı Bakı Avrasiya Unversitetinin təsis etdiyi "Dünyaya baxış" jurnalının məsul katibidir.
Aqil Şirinov
Aqil Muxtar oğlu Şirinov (28 sentyabr 1979, Kəlbəcər) — Azərbaycan İlahiyyat İnstitutunun rektoru; İlahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov 1979-cu il sentyabr ayının 28-də Kəlbəcər şəhərində anadan olub. 1985-ci ildə Kəlbəcər şəhər 3 saylı orta məktəbinə daxil olub, 1996-cı ildə Kəlbəcər rayon 12 saylı orta məktəbi bitirib. 1996-cı ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olub, 2001-ci ildə qeyd olunan fakültədən "ilahiyyatçı" və "ərəb dili müəllimi" ixtisasları üzrə məzun olmuşdur. 2001-ci ildə Türkiyə Respublikası Mərmərə Universiteti Sosial Elmlər İnstitutunun magistratura bölməsinə daxil olmuş, 2003-cü ildə "İslam Məzhəbləri Tarixi mənbələrində ifrat meylli məzhəblər və görüşləri (İslam Mezhepleri Tarihi Literatüründe Aşırı Fırkalar ve Görüşleri)" adlı elmi iş mövzusunu müdafiə edərək magistr dərəcəsinə layiq görülüb. 2003-cü ildə eyni institutun doktorantura şöbəsinə daxil olub, 2007-ci ildə "Nəsirəddin Tusinin varlıq və tanrı anlayışı (Nasiruddin Tusi’de Varlık ve Uluhiyyet)" adlı dissertasiya mövzusunu müdafiə edərək ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2008-ci ildən etibarən Bakı Dövlət Universitetin İlahiyyat fakültəsinin "İslam elmləri" kafedrasının saathesabı müəllimi, 2011-ci ildən müəllimi, 2016-cı ildən etibarən isə baş müəllimi vəzifəsində çalışıb. Aqil Şirinov Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsində Fəlsəfə, İslam Məzhəbləri Tarixi, Din sosiologiyası və Din psixologiyası fənlərini tədris edib. Habelə 2015–2017-ci illər ərzində Bakı Dövlət Universitetin Tarix, Folologiya, Jurnalistika, Kitabxanaçılıq və informasiya fakültələrində ümumi fəlsəfə və məntiq, İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsində ingiliscə ümumi fəlsəfə dərslərini aparıb. Aqil Şirinov 2016–2020-ci illər ərzində Qafqaz Müsəlmanları İdarəsinin "Fətva və moizə" şöbəsinin müdiri vəzifəsində də çalışmışdır. Hal-hazırda Aqil Şirinov Qafqaz Müsəlmanları İdarəsinin elmi-dini şurasının üzvüdür.
Aqil Əliyev
Aqil Əlirza oğlu Əliyev (10 dekabr 1926, Naxçıvan – 7 mart 2006, Bakı) — Azərbaycan iqtisadçısı, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor. Aqil Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi Naxçıvan şəhərində bitirdikdən sonra, 1946-cı ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 1951-ci ildə oranı bitirmişdir. Sonra 1953-cü ilə qədər Azərbaycan SSRİ EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. İqtisad elminə böyük marağı olduğundan 1953-cü ilin may ayından Azərbaycan Tibb İnstitutunun "Siyasi iqtisad" kafedrasında işləməyə başlamışdır. 1970-ci ildə iqtisad elmləri namizədi, 1973-cü ildə dosent, 1979-cu ildə professor elmi adlarına layiq görülmüşdür, 1983-cü ildən iqtisad elmləri doktorudur. Professor A. Ə. Əliyev yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında xidmətlərinə görə 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, bir neçə orden və medallarla, "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunmuşdur. A. Ə. ƏIiyevin rəhbərliyi altında bu illər ərzində kafedrada görülən işlər sayəsində böyük inkişafın təməli qoyulmuşdur. ATU-nun "Siyasi iqtisad" kafedrası uzun illər "Ən yaxşı kafedra" fəxri adına layiq görülmüş, kollektivin işi əsl nümunə məktəbinə çevrilmişdir. Aqil Əliyev həyat səviyyəsi, istehlak, sosial sahələrin iqtisadiyyatı problemlərinə dair sanballı elmi araşdırmaları, kitabları ilə tanınan, uzun illər respublikamızın ali təhsil sistemində məhsuldar və səmərəli fəaliyyət göstərən görkəmli iqtisadçı alimlərdəndir.
Aqil Ələkbərov
Aqil Əsədov
Aqil Məhiyəddin oğlu Əsədov (2 noyabr 1976, Başlıbel, Kəlbəcər rayonu) — iqtisad elmləri doktoru, dosent Aqil Əsədov 02 noyabr 1976-cı il tarixdə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub. 1982-ci ildə Başlıbel kənd orta məktəbinə qəbul olunaraq 1993-cü ildə həmin məktəbi bitirib. 1997-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) "Mühəndis biznesi və menecment" fakültəsini bitirərək "Mühəndis iqtisadiyyatı və idarəetmə" ixtisası üzrə bakalavr dərəcəsi alıb. 1997–1999-cu illərdə AzTU-nun magistraturasında təhsilini davam etdirərək, "İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (nəqliyyat)" ixtisası üzrə magistr dərəcəsi alıb. 2008–2018-ci illərdə Azərbaycan Universiteti, UNEC, Bakı Biznes və Kooperasiya Universitetlərində pedaqoji fəaliyyət göstərib. 2005–2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Mərkəzinin (indiki İqtisadiyyat nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu) "Analitik təhlil" şöbəsində aparıcı mütəxəssis, aparıcı elmi işçi və şöbə müdiri vəzifəsinin icraçısı işləyib. 2008-ci ilin sentyabr ayından Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük elmi işçi, 2009-cu ildən 2018-ci ilin iyul ayınadək İnstitutun "Xidmət sahələrinin inkişaf problemləri" şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011–2014-cü illərdə İnstitutun "Gənc alim və mütəxəssislər Şurası"nın sədri, İnstitut Elmi Şurasının, Dissertasiya Şurasının üzvü və yerli həmkarlar təşkilatının büro üzvü olub. 05 iyul 2018 – 08 sentyabr 2021-ci illər ərzində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində "Təbliğat, informasiya və analitik təhlil" şöbəsinin müdiri vəzifəsində çalışıb. 09 sentyabr 2021 – 26 sentyabr 2022-ci illər ərzində Azərbaycan Universitetinin və Bakı Avrasiya Universitetinin dosenti işləyib.