Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zeyid
Zeyid — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Buduq bələdiyyəsinin tərkibindədir. Zeyid kəndi qədim tarixə malik yaşayış məskənidir. Bu kənd VII əsrin ikinci yarısına kimi "Şəhərgah"adlandırılmışdır və Qaraçayın sol sahilində Qəbələ-Xınalıq-Şamaxı karvan yolunun üzərində yerləşmişdir. Tarixi mənbələrdən məlum olduğuna görə "Peyğənbər salavatullah"ın sağlığında cənnətlik vəd edilən on iki əshabəsindən biri Zeyd İbn əs-Sabah islam dinini yaymaq üçünşimala gəldiyi məlumdur. Çox böyük ehtimalla kəndin sonrakı adı onun adı ilə bağlıdır. Kənd XII əsrin ortalarına kimi Qaraçayın sol sahilində olmuşdur. "Babadilim" baba ilə bağlı əhvalatdan sonra kənd həmin yerdən 5 km məsafədə digər yerə köçmüşdür. Akademik Məşədixanım Nemətin "Azərbaycan pirləri" kitabında göstərir ki, "Babadilim" babanın diri tarixi 1000–1100-cü illərə təsadüf edir. Deməli kəndin köç etməsi məhz XII əsrə təsadüf edir.
Zahid
Zahid — kişi adı. Zahid Oruc — Azərbaycan siyasətçisi Zahid Quliyev (dilçi) — Dilçilik elimləri doktoru, professor. Zahid Zairli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Zahid Avşar Eloğlu — İdman ustası Zahid bəy Şıxəlibəyov — ADR orusunun podporuçiki.
Nazim Zahid
Qacar Zeyid
Qəcər-Zeyid — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alekseyevka bələdiyyəsinin tərkibindədir. Kənd Qaraçayın sahilində, Qusar maili düzənliyində yerləşir. Qəcər Zeyid variantında da qeydə alınmışdır. XIX əsrin ortalarında rayonun dağlıq zonasında yerləşən Zeyid kəndindən çıxmış ailələr həmin kəndə məxsus qışlaqlarda iki yeni məntəqə salmışdılar. Həmin məntəqələri fərqləndirmək üçün biri Qacar kəndi yaxınlığında yerləşdiyinə görə Qacar Zeyid, digəri isə Ağbil kəndi yaxınlığında yerləşdiyinə görə Ağbil Zeyid adlandırılmışdı. Oykonim "Qacar kəndi yaxınlığındakı Zeyid kəndi" mənasındadır. Kəndin əsas gəlir mənbəyinin əsasını meyvəçilik 90% (xüsusəndə alma yetişdiriciliyi) tutur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 873 nəfər əhali yaşayır.
Qaracik Zeyid
Qaracik Zeyd — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Xaçmaz rayonunun Qaracik-Zeyid kəndi məskulaşma tarixi XVIII əsrə təsadüf edən qədim kəndlərdən biridir. Kənddə ilk məskunlaşma Naxçıvanın Qaraçuq mahalından gəlmə əhali tərəfindən olmuşdur. Daha sonra bu ərazidə 1874-cü ildə Quba rayonunun dağlıq Zeyid kəndindən bir qrup əhali məskunlaşmışdır. Bu səbəbdən də kənd Qaracik-Zeyid kimi adlandırılmışdır.
Qənimət Zahid
Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı, "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti. Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib.
Rindü-zahid
Rindü-zahid - Məhəmməd Füzuli tərəfindən, fars dilində yazılmış tərbiyyəvi xarakterli, nəsrlə yazılmış iki baxışın dialoqudur. Füzulinin “Rindü-zahid” əsəri gənclərin və yeniyetmələrin peşə seçmələri, elm və təhsilə yiyələnmələri, tərbiyə məsələləri baxımından diqqəti çox cəlb edir. Əsər fars dilində ata və oğlunun mükaliməsi şəklində nəsrlə yazılmış irihəcmli bir hekayədir. Hər bir mükalimənin nəticəsi kiçikhəcmli şeirlə yekunlaşır. Əsəri diqqətlə oxuduqda gözümüz qarşısında dolğun pedaqoji mənzərə canlanır. Tarixin bütün dövrlərində və bu gün də cəmiyyət qarşısında duran gənclərin tərbiyəsi, elm, savad qazanması, peşəyə yiyələnməsi və gələcəyini müəyyən etməsi diqqət mərkəzində olmuşdur. “Rindü-zahid” əsəri də tamamilə bu məsələyə həsr olunmuşdur. Əsərdəki maraqlı cəhətlərdən biri budur ki, şair bütün bu tərbiyə məsələləri fonunda dövrünün eybəcərliklərini, adi adamların ağır vəziyyətdə yaşamasını, dövlət məmurlarının öz vəzifələrindən istifadə edərək çoxlu sərvət toplamalarını, xalqı soymalarını çox ustalıqla ifşa edir. Əsərin həm mükalimə üslubunda yazılması, həm də peşə-sənət seçiminə, tərbiyə məsələlərinə həsr olunması bədii bir priyomdur. Şair bu üsuldan istifadə edərək öz tənqidlərini bildirir, həm də özünü köhnəpərəst, mühafizəkar, qatı dindarlardan, yüksək rütbəli məmurlardan mühafizə edir.
Zahid Abdullayev
Zahid Dünyamalıyev
Zahid Dünyamalıyev (27 mart 1944, Naxçıvan – 10 avqust 2009, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini (1993–2005), polis general-leytenantı (2002). Dünyamalıyev Zahid Vəli oğlu 1944-cü il martın 27-də Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət Universitetini, 1989-cu ildə isə Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamış və 1972-ci ilə qədər həmin institutda çalışmışdır. 1972–1977-ci illərdə Azərbaycan Elmi Tədqiqat Neft və Kimya Proseslərinin Avtomatlaşdırılması İnstitutunda böyük mühəndis vəzifəsində işləmişdir. 1977-ci ildə daxili işlər orqanlarına işə göndərilmişdir. 1977–1983-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyi Əməliyyat, Statistik İnformasiya İdarəsinin rəis müavini, 1983–1987-ci illərdə həmin idarənin rəisi, 1987–1990-cı illərdə Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tədris Mərkəzinin rəisi, 1993-cü ilin mart ayından Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi rəisinin müavini, 1993-cü ilin iyul ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin rəisi, 1993–2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini, 2001–2005-ci illərdə isə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini vəzifələrində çalışmışdır. Qarabağ hadisələrində fəal iştirak etmiş, Toğana-Murovdağ yolunun çəkiliş üzrə qərargah rəisi olmuşdur. 2002-ci ildə "polis general-leytenantı" rütbəsi verilmiş, 2004-cü ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Zahid Dünyamalıyev 2009-cu il avqustun 10-da Bakı şəhərində vəfat etmişdir.
Zahid Məmmədov
Zahid Məmmədov (iqtisadçı) — iqtisad elmləri doktoru, professor Zahid Məmmədov (coğrafiyaçı) — coğrafiya elmləri doktoru, professor.
Zahid Oruc
Zahid Oruc (tam adı: Orucov Zahid Məhərrəm oğlu; 1 fevral 1972, Əliismayıllı, Gədəbəy rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı; Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri (2019), Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü. Zahid Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurub. 1999–2000-ci illərdə "Ana Vətən" qəzetinin baş redaktoru olub. Ehtiyatda olan zabitdir. Rus, türk və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. 1994-cü ildə Azərbaycan Texniki Universiteti əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra AMEA Fizika İnstitutunda elmi işçi kimi çalışıb. Həmçinin, Azərbaycan Texniki Universitetinin 10 nəfər əlaçı tələbə komitəsinin üzvlərindən biri və bu ali təhsil ocağının elmi şurasının 5 il üzvü olub.
Zahid Orucov
Zahid Oruc (tam adı: Orucov Zahid Məhərrəm oğlu; 1 fevral 1972, Əliismayıllı, Gədəbəy rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı; Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri (2019), Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü. Zahid Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurub. 1999–2000-ci illərdə "Ana Vətən" qəzetinin baş redaktoru olub. Ehtiyatda olan zabitdir. Rus, türk və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. 1994-cü ildə Azərbaycan Texniki Universiteti əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra AMEA Fizika İnstitutunda elmi işçi kimi çalışıb. Həmçinin, Azərbaycan Texniki Universitetinin 10 nəfər əlaçı tələbə komitəsinin üzvlərindən biri və bu ali təhsil ocağının elmi şurasının 5 il üzvü olub.
Zahid Qaralov
Zahid İbrahim oğlu Qaralov (10 iyul 1934, Ormeşən, Başkeçid rayonu – 7 yanvar 2015, Berlin) — Azərbaycan ictimai-siyasi xadimi, pedaqoq, Yeni Azərbaycan Partiyası yaradıcılarından biri, Azərbaycan SSR Əməkdar müəllimi, pedaqoji elmlər doktoru, professor. 1934-cü il iyul ayının 10-da qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonunun Ormeşən kəndində Türkiyədə ruhanilər məktəbində təhsil almış Molla İbrahimin ailəsində dünyaya göz açmışdır. Zahid müəllimin atası Qaraloğlu Molla İbrahim heç bir günahı olmadan 1937-ci illərin represiya qurbanlarından biri olduğuna görə, anası Fatma ana və böyük qardaşları Rza, Ziyəddin, Nəsrəddinin himayəsində böyümüşdür. Onun uşaqlıq illəri hamı kimi II Dünya müharibəsinə təsədüf olunduğundan çox çətinliklə keçmişdir. Bu çətinliklərə baxmayaraq Zahid müəllim 1947-ci ildə Ormeşən 7 illik məktəbini; 1950-ci ildə Qızılkilsə kənd orta məktəbinini yaxşı qimətlərlə bitirərək, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyət fakültəsinə qəbul olmuşdur. Oranı müvəffəqiyyətlə bitirdikdən sonra, Zahid müəllim 1956-ci il avqust ayının 15-də bir başa Ormeşən 8-illik məktəbinə direktor təyin olunmuşdur. 1956-cı ildə Gürcüstan müəllimlərinin I qurultayına nümayəndə seçilib. ’’Əməkdə fədakarlığa görə” medalı ilə təltif edilib. 1959-cu il Başkeçid Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib. Dmanisi Rayon Partiya Komitəsinin plenum üzvü və büro üzvü olmuşdur.
Zahid Qocayev
Zahid Qocayev (Qocayev Zahid Adıgözəl oğlu; 8 avqust 1951. Bərdə rayonu, Azərbaycan SSR, SSRİ) — Texnika elmləri doktoru, professor. Ümumrusiya Elmi‑Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutu direktorunun innovasiya və tətbiq fəaliyyəti üzrə müavini. Qocayev Zahid Adıgözəl oğlu 1951-ci il avqustun 8-də Azərbaycan SSR-nin Bərdə rayonunda anadan olub. N.E.Bauman adına Moskva Dövlət Texniki Məktəbinin aspiranturasını bitirdikdən və 1979-cu ildə namizədlik dissertasiyası müdafiə etdikdən sonra Elmi Avto-Traktor İnstitutunda (EATİ) işləyib. 1982-ci ildən mobil maşınların yüklənməsi və möhkəmliyi nəzəriyyəsi, hesablama metodları və proqram təminatının yaradılması və mobil maşınların möhkəmliliyi sahəsində kompüter hesablamalarının hazırlanmasında çoxmeyarlı optimallaşdırmanın tətbiqi və eksperimental məlumatların emalı üzərində işləyib. Konstruksiyaların struktur elementlərinin yüksəlməsinin statistik tədqiqat metodlarını, traktor və yük maşınlarının hədd rejimlərini modelləşdirməyi öyrənən Z.Qocayev 1994-cü ildə EATİ-də doktorluq dissertasiyası müdafiə edib. Z.Qocayev avtotraktor texnikasının hesablama-eksperimental tədqiqatları sahəsində aparıcı mütəxəssislərdən biridir. Bu sahədə onu Elmi-Tədqiqat İnstitutunun işgüzar, məqsədyönlü rəhbəri, təcrübəli müəllim və bütöv elmi istiqamətin yaradıcısı kimi tanıyırlar. 2000-ci ildə Z.Qocayev Rusiya Federasiyası Prezidentindən təşəkkürnamə alıb.
Zahid Quliyev
Zahid Quliyev (müğənni)
Zahid Sarıtorpaq
Zahid Sarıtorpaq (Zahid Lətif oğlu Məmmədov; 11 may 1957, Şamaxı rayonu) — şair, yazıçı və tərcüməçi. İlk şeiri 11 yaşında Şamaxıda çıxan "Yeni Şirvan" qəzetində çap olub. 1981–1987-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Şeirləri "Ulduz", "Azərbaycan", "Ədəbiyyat və incəsənət" və digər ədəbi orqanlarda çap olunub. "Üfürülmüş çırağın ruhu", "Tək işığın haləsi" və İranın Tehran şəhərindəki "Yaşmaq" kitab evinin təşəbüsüylə "Avaz" nəşriyyatında Azərbaycan dilində çıxmış "Qürbət qaysaqları" (şeirlər) və "Kül" (nəsr) kitablarının müəllifidir. Müxtəlif illərdə nəşr olunmuş "Dərdin sarı çəpkəni", "Quşların intiharına ağlamayın" nəsr kitablarının, eləcə də, "Əlifba bayramında qətl", "Dərdin sarı çəpkəni", "Kül", "Qarğa marşrutu", "Quşların intiharına ağlamayın", "Köhnə mücrüyə elegiya", "Qiyamət Qaziləri" romanlarının və "Qaranquş səsli sevgili" povestinin müəllifidir. Zahid Sarıtorpağın tərcüməsində ingilis klassiki Con Miltonun "İtirilmiş cənnət" və "Qaytarılmış cənnət" epopeyaları toplu halında çıxıb. Artür Rembonun şeirlər toplusu, Fransua Moriakın seçilmiş əsərləri ("Keçmiş zamanların yeniyetməsi", "Sevgi səhrası" romanları) kitabı, Nikolay Qoqolun "Şinel", Lev Tolstoyun "İvan İliçin ölümü", "İnsanı yaşadan nədir?", "Saxta kupon" kitabları, Fyodor Dostoyevskinin "Gülməli adamın yuxusu" kitabı, "Bobok", "Milad yolkasındakı oğlan" hekayələri, "Ölü evdən qeydlər" povesti, Anton Çexovun "6 nömrəli palata" kitabı və həmin əsərin müəllifi haqqında görkəmli rus rəssamı Konstantin Korovinin yazdığı xatirələri, Yuri Trifonovun seçilmiş əsərləri ("Qoca" romanı və hekayələr) kitabı, Aleksandr Soljenitsının üç cildlik "QULAQ Arxipelağı" əsəri, Vsevolod Meyerholdun seçilmiş əsərləri kitabı, Mixail Prişvinin, Sergey Mixalkovun, Aqnya Bartonun yeniyetmələr üçün seçilmiş əsərləri kitabları nəşr olunub. Eləcə də çağdaş Ukrayna şairlərinin əsərlərindən ibarət "Kişi, qadın və çətir" adlı şeirlər kitabı (Salam Sarvan və Mahir Qarayevlə müştərək), Dmitri Çistyakın "Şüşə ulduz" şeirlər kitabı (Salam Sarvanla müştərək), eləcə də Höte, Valter Skott, Ceyms Coys, Marsel Prust, Ejen İonesko, Con Steynbek, Boris Pasternak və bir sıra başqa dahilərin əsərlərindən nümunələr Azərbaycan dilində işıq üzü görüb. Onlarla kitabın bədii və texniki redaktorudur.
Zahid Sədməliyev
Zahid Xəlil
Zahid Xəlil (doğum adıyla: Zahid Abdulla oğlu Xəlilov; 20 mart 1942, Yevlax) — Azərbaycan yazıçısı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor, 91-lərin üzvü. Zahid Xəlil 1942-ci il mart ayının 20-də Yevlax şəhərində anadan olub. 1948-1958-ci illərdə Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1959-1965-ci illərdə ADU-nun (indiki BDU) Filologiya fakültəsinin Jurnalistika şöbəsində qiyabi təhsil alıb. Əmək fəaliyyətinə Yevlax Tütün Fermentləmə zavodunda texnik kimi işə başlayıb. 1965-1966-cı illərdə Yevlax şəhər mədəniyyət evinin müdiri, "Qələbə" adlı rayonlararası qəzetin redaksiyasında ədəbi işçi, "Mübarizə" adlı Yevlax rayon qəzetində məsul katib, "Mübarizə" adlı Goranboy rayon qəzetində ədəbi işçi, məsul katib vəzifələrində işləyib. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda nəşr olunan "Gənc müəllim" qəzetinin redaktoru təyin olunub. 1969-1970-ci illərdə universitetdə partiya komitəsinin katibi seçilib. 1970-ci ildə "Ədəbiyyat tarixi" kafedrasında baş müəllim, 1980-ci ildə "Ədəbiyyat və onun tədrisi" kafedrasında dosent işləyib. 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Zahid Xəlilov
Zahid İsmayıl oğlu Xəlilov (14 yanvar 1911, Saraçlı, Borçalı qəzası – 4 fevral 1974, Bakı) — Sovet və Azərbaycan SSR dövlət xadimi, görkəmli riyaziyyatçı-alim, akademik, 1962–1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti olmuşdur. Zahid Xəlilov 14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Ekatrinenfeld nahiyəsinin (indiki Bolnisi rayonu) Saraçlı kəndində anadan olmuşdur. Milliyyətcə qarapapaq (tərəkəmə) türküdür. Orta məktəbi və Türk Pedoqoji Texnikumunu Tiflisdə bitirdikdən sonra 1929-cu ildə Bakıda Azərbaycan Dövlət Universitetinin riyaziyyat şöbəsinə daxil olmuş, 1930–1934-cü illərdə Universitet bağlandığına görə ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda başa vuraraq yenidən Tiflisə qayıtmış və Dəmir yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda işləmişdir. 1937-ci ildə Tiflisdə Riyaziyyat İnstitutunun aspiranturasına daxil olmuş, 1940-cı il aprelin 22-də Tbilisi Dövlət Universitetində məşhur riyaziyyatçı, professor S. Berqmanın rəhbərliyi altında "Kleb məsələsi və onun ümumiləşməsi" mövzusunda dissertasiya müdafiə edərək Qafqaz türkləri arasında ikinci (İbrahim İbrahimovdan sonra) fizika-riyaziyyat elmləri namizədi — alimlik dərəcəsi alan şəxsdir (opponentləri — Musxelişvili, Vekua). 1940-cı ildə onu Bakıya Azərbaycan Dövlət Universitetinə dəvət etmişlər. Beləliklə, o, ömrünü həmişəlik Azərbaycan və onun elmi ilə bağlamışdır. 1942-ci ildən SSRİ EA-nın Azərbaycan filialına keçmiş, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıqda isə onu fizika və riyaziyyat sektorlarının rəhbəri təyin etmişlər. Z. Xəlilov 1946-cı ildə "Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi" mövzusunda dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru olmuşdur. Artıq 1950-ci illərin əvvəllərindən başlayaraq Z. Xəlilovun elmi əsərləri Moskva, Leninqrad, Kiyev, Tbilisi kimi elmi mərkəzlərdə, eləcə də Amerika Birləşmiş Ştatlarında çap olunaraq ona şöhrəti gətirmişdir.
Zahid Zairli
Zahid Kərimov
Kərimov Zahid Hacıbala oğlu (13 yanvar 1937, Bakı – 1 sentyabr 2011) — Görkəmli sovet və Azərbaycan alimi. Professor, texnika elmləri doktoru . Azərbaycan Respublikasının əməkdar elm xadimi . Zahid Kərimov 13 yanvar 1937-ci ildə Bakı şəhərində anadan olub. 1959-cu ildə Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) fərqlənmə diplomu ilə bitirib. 1959–1960 — AZ. SSR EA Energetika institutu, Mühəndis. 1960–2011 — Əzizbəyov adına Neft və Kimya institutu (AZİNKİ)-də fəaliyyət 1960–1961 — AZİNKİ-nin "Nəzəri mexanika kafedrası". Assistent. 1961–1964 – AZİNKİ-də Aspirant. 1965–1965 — AZİNKİ-nin "Nəzəri mexanika kafedrası".
Zahid Əziz
Xəlilov Zahid Əziz oğlu (5 iyul 1963, Ellərkənd, Amasiya rayonu) — şair, publisist, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993), "Araz" ali ədəbi mükafatı (1997) və "Qızıl qələm" mükafatı laureatı (2003). 1963-cü il iyulun 5-də Ermənistanın Amasiya rayonunun Ellərkənd kəndində anadan olmuşdur. Orta məktəbi Güllücə kəndində bitirmişdir (1980). N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır (1980- 1985). Jurnalistika üzrə xüsusi kursda ixtisaslaşmışdır (1981-1983). Əmək fəaliyyətinə 1985-ci ildə orta məktəbdə müəllim kimi başlamışdır. Eyni zamanda şeirləri və publisistik yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Amasiya rayonundakı "Ağbaba ədəbi birliyinin" üzvü olmuşdur. Ədəbi yaradıcılığa erkən başlamışdır. İlk şeiri Amasiya rayonunda çıxan "Əmək" (1981) və ADPU-da nəşr olunan "Gənc müəllim" qəzetlərində çap olunmuşdur (1982).
Zahid Şöyübov
Zahid Hamil oğlu Şöyübov (22 oktyabr, 1924, Yevlax rayonu, Ərəbbəsrə kəndi — 2006, Yevlax rayonu, Xaldan kəndi) ― Prezident təqaüdçüsü, Azərbaycan SSR Əməkdar müəllimi (1960), SSRİ Xalq müəllimi (1981), "Qırmızı əmək bayrağı", "Şöhrət" (1999) ordeni laureatı. Zahid Şöyübov 22 oktyabr 1924-cü ildə Yevlax rayonunun Ərəbbəsrə kəndində anadan olub. Zahid Şöyübov 1942-ci ildə sovet ordusunda hərbi xidmətdə olub. Belə ki, o, 416-cı Azərbaycan diviziyasının 1368-ci polkunun tərkibində Şimali Qafqazda hitlerçilərlə aparılan döyüşlərin iştirakçısı olub. Taqanroq və Ukrayna torpaqlarındakı Mariopol şəhəri uğrunda gedən döyüşlərdə iştirak edib. Həmçinin, Almaniya uğrunda gedən döyüşlərdə də cəsur döyüşçü kimi fərqlənərək bir sıra orden və medallarla təltif olunub. O, 1946-cı ildə ordudan tərxis olunub. Zahid Şöyübov ordudan tərxis olunduqdan sonra yaşadığı kəndə qayıdıb. O, 1949-cu ildə Şəki pedaqoji məktəbini bitirib. Şəki pedaqoji məktəbini bitirən vaxtdan Xaldan kənd orta məktəbinə təyinat alıb.
Zahid Mərdanov
Zahid Mərdanov (9 avqust 2000) — Azərbaycan Premyer Liqasında "Şamaxı"nın müdafiəçisi kimi çıxış edən azərbaycanlı futbolçu. == Klub karyerası == Mərdanov 11 may 2019-cu ildə Azərbaycan Premyer Liqasında "Sabah"ın "Zirə" ilə oyununda debüt edib.
Şeyx Zahid
Şeyx Zahid Gilani (fars. تاج الدين ابراهيم زاهد گيلاني‎; Tacəddin İbrahim Zahid Gilani, 1216, Lahican, Gilan ostanı – 1301, Lənkəran) – sufi Zahidiyyə təriqətinin banisi, islam alimi, mürşid. == Həyatı == Tam adı Tâcəddîn İbrahim Zahid Gilanî olan Şeyx Zahid Gilani 1218-ci ildə Lənkəranın Siyavurd (indiki Siyavar) kəndində doğulmuşdu. Dövrünün görkəmli alimi olmuş, bir neçə dil bilirdi. Öz müridləri ilə sufizmi yayan Şeyx Zahidin Siyavurd, Güstaşfi və Hiləkaranda zaviyələri olmuşdu. Şeyxin Həlyəkəran və Siyavrudda iki xatunu var idi. Şeyx Səfi təzkirəsində bu barədə belə bir qeyd varː Əvvəl Şeyx Zahidə çox hörmət edən Şirvanşah III Axsitan sonralar onun nüfuzunun artması və müridlərinin sayının çoxalmasından çəkinərək, onun imkanlarını məhdudlaşdırmağa başlamışdı. Bu barədə də "Şeyx Səfi təzkirəsi"ndən ətraflı məlumat alırıqː Mənbədə verilən məlumatdan məlum olur ki, şirvanşahlar hətta Şeyxə qarşı sui-qəsd təşəbbüsü göstərmiş, lakin istəklərinə nail ola bilməmişdilər. Şeyx Zahid Gilani 1301-ci ildə vəfat etmiş və Siyavurdda dəfn olunmuşdur. Siyavurdu su basdığına görə Şah İsmayıl Xətainin babası və Şeyx Zahidin yeznəsi (qızının əri) Şah Səfiəddin onun qəbrini oradan Hiləkərana köçürülmüşdü.