Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ramiz Əskər
Ramiz Əskər — azərbaycanlı şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Jurnalistlər Birliyinin (1980) üzvü. == Həyatı == Ramiz Əskər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir (1978). Azərbaycan radiosunda redaktor (1978-1983), türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan "Azərbaycan bu gün" jurnalının baş redaktoru (1983-1984), kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan "Odlar yurdu" qəzetinin baş redaktoru (1984-1991), "Hürriyyət" qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-1993), Xarıci Turizm Şurasının idarə rəisi (1993-1994), "XXI əsr" qəzetınin baş redaktoru (1994-1996), "Yeni Forum" jurnalının (Ankara) Bakı təmsilçisi (1993-1997) olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. 2003-ci ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri olmuşdur. 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiridir. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur. Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülmüşdür.
İmam Əskəri
İmam Əskəri, (tam adı: Əbul Məhəmməd Həsən ibn Əli əl-Əskəri; ən geci 3 dekabr 844, Mədinə, Abbasilər – ən tezi 25 dekabr 873 və ən geci 4 yanvar 874, Səmərra, Abbasilər) - Cəfəri şiələrinə görə 13-cü məsum, 11-ci imam və xəlifə. == Künyə və ləqəbləri == Künyəsi: Əbu Muhəmməd (Məhəmmədin atası) Ləqəbləri: İbni-Riza (Rizanın oğlu), Zəki, Hadi, Əskəri. == Ədəbiyyat == Qurani Kərim Mehdi Pişvayi, "İmam Həsən Əskəri əleyhissəlamın həyatı", Tərcüməçi: Mais Ağaverdiyev, "Moce-elm", 2003, 22 səh. Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine Əllamə Kuleyni, "Əl Kafi", c.
Cəfər əl-Əskəri
Cəfər əl-Əskəri (tam adı: Cəfər Mustafa İbn Əbdürrəhman əl-Əskəri, digər adı: Cəfər paşa d. 1887, Bağdad - ö. 30 oktyabr 1936, Bağdad) — İraqlı zabit və dövlət adamı. == Həyatı == Birinci dünya müharibəsi sırasında və savaşdan sonra, milliyətçi Ərəb hərəkatlarında önəmli rol oynamış, 1921-ci ildə qurulan İraq krallığının ən başdan bəri dəstək olmuş və xidmət etmişdir. Bağdad və İstanbulda təhsil alan Cəfər əl-Əskəri, 1909-cu ildə Osmanlı ordusunda vəzifə aldı. Bacarıqlı, dil sarıdan bilgili və istedadlı bir şəxs kimi diplomatiya meydanında uğur qazandı. Birinci dünya müharibəsi sırasında, 1915-ci iltdə, Osmanlı ordusuna qatılmaq üzrə Sirenaykaya (Berka) getdi. Orada yaralandı, İngilislərə əsir düşərək Qahirəyə götürüldü. Osmanlıların, Suriyadakı Ərəb milliyətçilərinə basqı uyğulaması görə, İngilislərin də dəstəyiylə Osmanlılara baş qaldıran Məkkə əmiri Hüseyn bin Əliyə qatıldı. 1916-cı ildə Hüseyinin ordusunu təşkilatlandıraraq başına keçdi.
Fəxrəddin Əskərov
== Ümumi məlumatlar == Əskərov Fəxrəddin Bəhmən oğlu, 30 iyun 1937-ci ildə Gəncə Şəhərində anadan olub. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfat İnsititutunun baytarlıq fakültəsini bitirib və “Baytar həkimi” ixtisasını almışdır. 1959-1961-ci illərdə Göyçay rayonunun “Bolqarıstan” kolxozunda Qızıl-Ağac baytarlıq məntəqəsində baytar həkimi işləyib. 1961-1962-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda əvvəl baş laborant, sonra isə kiçik elmi işçi işləyib. Respublikada iri buynuzlu heyvanlar arasında paratüberkulez xəstəliyinin olmasını sübut etmiş və bu bakteriyanın kulturasını almışdır.1962-1965-ci illərdə Azərbaycan EA-nın əyani aspirantı olmuşdur. Aspsiranturanı qurtardıqdan sonra əvvəlcə kiçik elmi işçi, sonra 1969-cu ildə müsabiqə əsasında baş elmi işçi vəzifəsinə keçmiş, 1962-1965-ci illərdə Azərbaycan Elmlər Akademiyasının “Fiziologiya” ixtisası üzrə əyani aspirantı olub. 1966-cı ildə Elmlər Akademiyasının birləşmiş elmi şurasında «Показатели белкового обмена у овец при применении некоторых физиологических активных веществ” adlı dissertasiya müdafiə edərək, biologiya elməri namizədi adını almışdı. 1974-cü ildən bu gunə kimi “Funksional sitokimya” laboratoriyasının (2016-cı ildən “Hüceyrənin morfofunksional plastikliyi”) rəhbəridir. 1971-1973 cü illərdə (akademik Həsənovun təşəbüsü ilə) SSRİ Elmlər Akademiyasının və Tibb Elmləri Akademiyasının 6 elmi tədqiqat İnstitutuna ezam olundum və müassir morfositokimyəvi metodları mənimsəmişdir. 1991-ci ildə Ukrayna Elmlər akademiyasının A.A.Boqomolets adına Fiziologiya İnstitutunda “Qida və su motivasiyası zamanı hippotlamus nüvələrində adaptiv kompensator reaksiyaların morfokimyəvi dəyişikliklərinin qanunauyğunluqları” mövzusunda , “İnsan vı heyvan fiziologiyası” ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmiş və biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
Hacıbaba Əskərov
Hacıbaba Əskərov — Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağır atletika üzrə beynəlxalq kateqoriyaya layiq görülən ilk azərbaycanlı hakim (1965), == Həyatı == Hacıbaba Məşədi Həsən oğlu Əskərov 22 sentyabr 1917-ci ildə Gəncə şəhərində anadan olub. 1925–1932-ci illərdə Gəncənin 7 illik məktəbində oxuyub. Daha sonra Bakı Neft Texnikumuna qəbul olunub və onu 1936-cı ildə bitirib. 1936–1937-ci illərdə Tərtər rayon Kənd Təsərrüfatı Texnikumunda rəsmxət və bədən tərbiyəsi müəllimi işləyib. 1937-ci ildə ADBTİ-yə daxil olan Hacıbaba Əskərovun ağır atletika istedadı ortaya çıxıb. O, dəfələrlə Azərbaycan çempionu və rekordçusu olub, böyük bacarıq və qabiliyyəti ilə fərqlənib. Əskərov 1941-ci ildə institutu bitirərək ali təhsil diplomu əldə edib. İkinci Dünya müharibəsinə könüllü yollanan və Kursk, Oryol, Pskov və başqa şəhərlərin faşistlərdən azad edilməsində iştirak edib, böyük şücaət nümayiş etdirib. Məhz bu əzmkarlıq, qorxmazlığına görə Hacıya Qafqazda şücaəti ilə fərqlənən insanlara verilən "Abrek" ləqəbi verilib. Nevel şəhərin yaxınlığındakı döyüşdə ağır yaralandığı üçün ordudan tərxis edilən Hacıbaba Əskərov, ayaqlarının iflic olması ilə əlaqədar bir müddət sərbəst hərəkət edə bilməyib.
Höccət Əskərov
Əskərov Höccət Mİrabdulla oğlu - Lerik rayonu Partiya Komitəsinin birinci katibi H.Əskərov 4 il Ali Partiya Məktəbini oxuyub və muxtəlif məsuliyyətli vəzifələrdə çalışmışdır.Belə ki H.Əskərov uzun müddət Lerik rayon Partiya Komitəsinin ikinci katibi, Rayon İcrayə Komitəsinin Sədri, Maliyyə Şöbəsinin müdiri , Mingəçevir SES - in tikintisində işə nəzarət etmək üçün ora Partiya İcraçısı kimi ezam olunmuşdur. H. Əskərov ömrünun sonuna qədər Maliyyə Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Onun butun gördüyü işlər Dövlət tərəfindən yüksək qiymətləındirilib == Ailəsi == Ailəsi 4 oğlu 1 qzdan ibarət idi. 1.Əskərov Əyyar Höccət oğlu 2.Əskərov Vaqif Höccət oğlu 3.Əskərov Rakif Höccət oğlu 4.Əskərov Tahir Höccət oğlu 5.Əskərova Cahan Höccət qızı. Əskərov Höccət Mİrabdulla oğlu 1974 cu ildə vəfat etmişdir.
Həsən əl-Əskəri
İmam Əskəri, (tam adı: Əbul Məhəmməd Həsən ibn Əli əl-Əskəri; ən geci 3 dekabr 844, Mədinə, Abbasilər – ən tezi 25 dekabr 873 və ən geci 4 yanvar 874, Səmərra, Abbasilər) - Cəfəri şiələrinə görə 13-cü məsum, 11-ci imam və xəlifə. == Künyə və ləqəbləri == Künyəsi: Əbu Muhəmməd (Məhəmmədin atası) Ləqəbləri: İbni-Riza (Rizanın oğlu), Zəki, Hadi, Əskəri. == Ədəbiyyat == Qurani Kərim Mehdi Pişvayi, "İmam Həsən Əskəri əleyhissəlamın həyatı", Tərcüməçi: Mais Ağaverdiyev, "Moce-elm", 2003, 22 səh. Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine Əllamə Kuleyni, "Əl Kafi", c.
Mirzə Kazım Qazi Əskərzadə
Mirzə Kazım Qazi Əskərzadə (Təbriz 1823-1892 İrəvan) - “Müttəle” “Əkinçi” qəzetinin İrəvan müxbiri olmuşMirzə Kazım Qazi Əsgərzadə miladi tarixi ilə 1823-cü ildə Təbrizin "Alan Bərağuş" məhəlləsindədünyaya göz açmışdı. Ənənəvi təhsil aldıqdan sonra İrəvan konsulluğunda katib kimi çalışmağa başlamışdı. Mirzə Kazımın mədəniyyətə, elmə hədsiz marağı onu dövlət işindən uzaqlaşdırdı. Yeni təlim, tərbiyənin alovlu və fəal təbliğatçısı olan Qazi Əsgərzadə İrəvanda bir mədrəsənin bünövrəsini qoydu və orada tədrisə başladı. Adı çəkilən şəxs bir neçə dərsliyin, o cümlədən "Hesab elmi", "Sərf və Nəhv", "Bəlağət elmi"nin və s. müəllifidir. Mirzə Kazım 1892-ci ildə İrəvanda vəfat etmişdir. == Mənbə == İrəvan müsəlman sakinli vilayət olmuşdur. Müəllif, Sərdariniya Səməd. Nəşriyyat, Zərdabi LTD MMC. Nəşr yeri, Bakı.
Musa Əskərov
Musa Əlifağa oğlu Əsgərov (17 fevral 1997, Sabirabad, Cəlilabad rayonu – 28 sentyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Musa Əsgərov 1997-ci il fevralın 17-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. 2003–2011-ci illərdə N. Məmmədov adına Sabirabad kənd tam orta məktəbində, 2011–2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2014–2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM)də ali təhsil alıb Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Musa Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Musa Əsgərov sentyabrın 28-də Cəbrayıl rayonu Cəfərabad kəndində kəşfiyyatta olarkən düşmən tərəfindən pusquya düşürülərək şəhid olub onun nəşi 4 gün düşmənin nəzarət etdiyi ərazidə qalıb 02.10.2020 tarixində Azərbaycan Silahlı Qüvvələrin Cəbrayıl uğrunda gedən döyüşlərdə onun nəşi döyüş meydanından götürülərək ailəsinə təhvil verilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Əsgərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Əsgərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Musa Əsgərov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. == Təltifləri == (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.12.2020) — "İgidliyə görə" medalı (ölümündən sonra) (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2021) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) (05.11.2021) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) == Xatirəsi == Musa Əsgərov şəhid olduqdan sonra yenicə dünyaya gələn qardaşı oğluna Musa adı verilib.
Vazeh Əskərov
Vazeh Eldəniz oğlu Əskərov (15 oktyabr 1978, Bakı) — Strasburq Universitetinin doktoru, dosent, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən 2023, iyul Azərbaycan-Fransız Universitetinin icraçı direktoru (2016-2023).Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru (2014–2015). Azərbaycan Dillər Universitetinin rektor müşaviri (2013–2014). Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın İdarə Heyətinin üzvü seçilib (5 mart 2021-ci il). Azərbaycan Fransa Məzunlar Assosiyasiyasının presidenti və təsisçisi - AAAF (2020) Azərbaycan Savat Döyüş Sənətləri Federasiyasinın vitse-prezidenti (2019) Fransadakı Azərbaycanlı Tələbələr Assosiyasıyasının prezidenti - ASEAF (2005-2012) 13 iyul 2023-cü il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi həvalə olunub. == Həyatı == Vazeh Əskərov 1978-ci ilin 15 oktyabr tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1985–1995-ci illərdə orta məktəbdə təhsil almışdır. 1999–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Bakı şəhəri 89 saylı və 101 saylı məktəbdə təhsil almışdır. 1995–1999-cu illlərdə Azərbaycan Dillər Universitetində fransız-ingilis dilləri üzrə bakalavr təhsili alıb. 2003-cü ildə Fransanın Robert Schuman Universitetinə qəbul olunaraq Strasburq şəhərinə getmişdir.
Xəqani Əskərov
Xaqani Səfa oğlu Əsgərov (27 avqust 1995; Xaçmaz rayonu, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xaqani Əsgərov 1995-ci il avqustun 27-də Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Xaqani Əsgərov 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xaqani Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Əsgərov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Əsgərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
İmam Həsən Əskəri
İmam Əskəri, (tam adı: Əbul Məhəmməd Həsən ibn Əli əl-Əskəri; ən geci 3 dekabr 844, Mədinə, Abbasilər – ən tezi 25 dekabr 873 və ən geci 4 yanvar 874, Səmərra, Abbasilər) - Cəfəri şiələrinə görə 13-cü məsum, 11-ci imam və xəlifə. == Künyə və ləqəbləri == Künyəsi: Əbu Muhəmməd (Məhəmmədin atası) Ləqəbləri: İbni-Riza (Rizanın oğlu), Zəki, Hadi, Əskəri. == Ədəbiyyat == Qurani Kərim Mehdi Pişvayi, "İmam Həsən Əskəri əleyhissəlamın həyatı", Tərcüməçi: Mais Ağaverdiyev, "Moce-elm", 2003, 22 səh. Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine Əllamə Kuleyni, "Əl Kafi", c.
İsmayıl Əskərov
İsmayıl Nəsrulla oğlu Əsgərov (15 noyabr 1914, Ordubad, Naxçıvan qəzası – 17 fevral 2003, Bakı) — Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini. == Həyatı == 1914-cü ildə Ordubad şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə Ordubad İpəkəyirici fabrikində fohlə kimi başlamışdır. 1933-cü ildə Azərbaycan Meşə Təsərrüfatı Texnikumunu bitirərək Ordubad rayon İK-də təlimatçı, daha sonra Azərbaycan LKGİ Ordubad rayon komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri işləmiş, 1938-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, sonra həmin institutun aspiranturasını, daha sonra Moskvada Sov İKP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. Bakı Partiya Komitəsi təbliğat-təşviqat şöbəsinin müdir müavini, Azərbaycan LKGİ MK-nın təbliğat-təşviqat üzrə katibi, Azərbaycan LKGİ MK-nın birinci katibi, 1950–1952-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri, 1952-ci ildə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi, 1955-ci ildə Azərbaycan KP MK Ticarət-Maliyyə və Plan şöbəsinin müdir müavini, 1956-cı ildə Azərbaycan SSR Kənd Təsərrüfatı nazirinin müavini, 1957-ci ildə Azərbaycan KP MK Partiya komissiyasının sədri, 1974–1981-ci illərdə Azərbaycan KP MK-da təşkilat-partiya işi şöbəsinin müdiri, 1981-ci ildən Azərbaycan KP MK yanında Partiya komissiyasının sədri,1984–1990-cı illərdə V. İ. Lenin adına muzeyin direktoru vəzifələrində çalışmışdır. "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir. II, V çağırış Azərbaycan SSR Ali Sovetinin, IV çağırış SSRİ Ali Sovetinin və IV çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. 1990-cı ildən respublika əhəmiyyətli təqaüdçüdür.
Əskərabad (Astara, İran)
Əskərabad (fars. عسكراباد‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (3 ailə).
Əskərov Xəqani
Xaqani Səfa oğlu Əsgərov (27 avqust 1995; Xaçmaz rayonu, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xaqani Əsgərov 1995-ci il avqustun 27-də Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Xaqani Əsgərov 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xaqani Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Əsgərov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Əsgərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əzimcan Əskərov
Əzimcan Əskərov (özb. Azimjon Asqarov, Азимжон Асқаров; 17 may 1951, Bazar-Korqon[d], Qırğızıstan SSR, SSRİ – 25 iyul 2020, Bişkek) — polis zorakılığını araşdırmaq üçün 2002-ci ildə "Vozdux" qrupunun əsasını qoymuş özbək əsilli qırğızıstanlı siyasi fəal. Əsasən milliyətcə özbək olan əhaliyə yönəlmiş 2010-cu il Cənubi Qırğızıstan etnik toqquşmalarında Əskərov vəhşiliyi sənədləşdirməyə çalışmışdır.O, bunun ardınca həbs edildi və kütləvi narahatlıq yaratma, etnik nifrətə təhrik etmə və qətldə iştirak etmə maddələri ilə ittiham edildi. Beynəlxalq insan hüquqları qruplarının qanunsuzluqlar — iddiaya görə işgəncə vermə və məhkəmə zalında şahidlərə polis tərəfindən hədə-qorxu gəlinməsi səbəbindən məhkəmə prosesinə etiraz etməsindən sonra Əskərova ömürlük həbz cəzası verildi. 2010-cu ilin noyabrında həbsi nəticəsində Əskərovun səhhətinin sürətli şəkildə pisləşdiyi bildirildi. "Human Rights Watch", "Reporters Without Borders", "People In Need", "Committee to Protect Journalists" və "Amnesty International" daxil olmaqla, çox sayda təşkilat onu müdafiə etdi və "Amnesty International" onun vicdan məhbusu olduğunu bildirdi.ABŞ 2015-ci ildə 2014 İnsan Hüquqları Müdafiəçisi Mükafatını Əskərova verdi. Qırğızıstan hökuməti bu qərara etiraz etdi və ABŞ və Qırğızıstan arasında əməkdaşlıq haqqında imzalanan 1993-cü il razılaşmasını ləğv etdi. 2016-cı ilin 12 iyulun Qırğızıstan Ali Məhkəməsi Əskərovun ömürlük həbsini ləğv etdi və işə yenidən baxılması üçün Çui Vilayət məhkəməsinə göndərdi. O, 24 yanvar 2017-ci ildə yenidən ömürlük həbsə məhkum edildi. 2017-ci ildə Qırğızıstan Cinayət Məcəlləsindəki dəyişikliklərdən sonra, hansı ki 2019-cu ildə qüvvəyə minmişdi, Əskərovun vəkilləri onun məhbusluğuna yenidən baxılması üçün müraciət etdi.
Məskər
Məskər (ərəb. معسكر‎) və ya Maskara (fr. Mascara) — Əlcəzairin şimal-qərbində, eyniadlı vilayətin inzibati mərkəzi olan şəhər. Xobra çayı üzərində yerləşir. Maskara inzibati, ticarət və kommersiya mərkəzidir. Dəri məmulatları, taxıl, zeytun yağı və şərab istehsal olunur. == Tarixi == Maskara şəhərinin əsası 1701 -ci ildə qoyulmuşdur. Burada Osmanlı imperiyasının hərbi qarnizonu olmuşdur. Şəhərin adı ərəb dilində "hərbi düşərgə" mənasını verir. İndiki ad ərəb dilindəki adı fransız dilinə uyğunlaşdırılmış variantıdır.
Əsgər
Əsgər — ən kiçik hərbi rütbə. Əsgər sözü latınca, exercitus - ordu sözündən yaranmışdır və bütün türkdilli xalqlarda eynilə işlənir. == Haqqında == Əsgər orduda vəzifəsi olan, xüsusi qanunlarla silahlı qüvvələrə qatılan şəxsdir. Əsgərlik insanlıq tarixindəki ən qədim sənətlərdən biridir. Əsgərlərin vəzifələri ölkəsinin torpağını xarici və daxili təhdidlərdən qorumaqdır. Əsgərlər asılı vəzifələrinin yanında - ehtiyyaca bağlı olaraq - əməliyyat axtarış, tibbi yardım, yanğın söndürmə, əsayişin qorunması kimi çox geniş yayılmış vəzifələri yerinə yetirirlər.
Əsgər Məmmədov (əsgər)
Əsgər Zaur oğlu Məmmədov (25 mart 2002; Edişə, Cəlilabad rayonu, Azərbaycan — 23 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əsgər Məmmədov 25 mart 2002-ci ildə Cəlilabad rayonunun Edişə kəndində Zaur Məmmədovun ailəsində anadan olmuşdur. 2008–2019-cu illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Əsgər Məmmədov 10 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Əsgər Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əsgər Məmmədov 23 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Cəlilabad rayonunda dəfn edilmişdir.
Əsgər Məmmədov (əsgər, 1972)
Əsgər İsmayıl oğlu Məmmədov (8 yanvar 1972, Bərdə rayonu, İmirli – 26 aprel 1994, Ağdam)— Birinci Qarabağ döyüşlərində şəhidi olmuşdu. == Həyatı == Əsgər Məmmədov 1972-ci il 08 yanvar tarixində, Bərdə rayonunun İmirli (Əmirli) kəndində anadan olub. 1979-cu ildə ilk təhsilini imirli kəndində almışdı. 1989-cu ildə təhsilini bitirmişdi. == Hərbi xidməti == 1990-cı ildə həqiqi hərbi xidmətə gedib. Moskvada Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. 26 aprel 1994-cü ildə Ağdam Atçılıq Zavodu yaxınlığında bir neçə gün davam edən döyüşlərdə şəhid olub.
Bayraqdar əsgər
Bayraqdar - mənası:Bayraq tutan, bayraq daşıyan adam. Tarix boyu döyüşlərdə ordunun ön hissəsində həmin ordunun rəmzi sayılan Döyüş Bayrağını daşıyan əsgərlər mövcud olub. Müasir dövrdədə bayraqdar əsgər hərbi birləşmənin və ya qurumun Döyüş Bayrağını daşıyır. Bayraqdar əsgər fəal,çevik və cəsur əsgərlərdən təyin olunur.O,hər zaman bayrağı göz bəbəyi kimi qorumalıdır. == Bayrağın daşınma qaydası == Farağat vəziyyətində - bu zaman bayraqdar əsgər bayrağın tutacağından sol əl ilə yuxarıdan sağ əl ilə aşağıdan tutaraq bayrağı sinəsindən qolları bükülmüş qədər məsafədə aralı tutur. Səfərli kalona vəziyyətində - komanda verilən zaman müxtəlif birləşmələrin (bölük, dəstə, briqada və s.)bayraqdarları müəyyən olumuş məsafədə (bölük bayraqdarı - 4 addım, dəstə bayraqdarı - 8 addım və s.)addımlayaraq çıxır.Bu zaman bayraqdar bayrağı sağ əl ilə aşağıdan sol əl ilə yuxarıdan özünün sağ tərəfində tutaraq irəliləyir. Diqqət !!! mərkəzə vəziyyətində - zamanı isə Bayraqdar bayrağı sol əlin köməyi ilə onun tutacağını sağ qolun dirsəkdən bükülmüş vəziyyətinə uyğun önə uzadır və sol əl yana sıxılır.Əgər əsgər addımlamağ vəziyyətində məs: farağat,diqqət !!! sağa verilibsə,bu zaman bayraqdar əsgər sadəcə komanda verilmiş tərəfə(sağa vəya sola)baxır. Azad (komanda) - komandası zamanı isə bayrağın tutacağının aşağı hissəsi sağ ayağın pəncəsinə biləşdirilir və bayrağın yuxarı hissəsi isə sağ qolun tam açılması ilə önə uzadılır.
Baş əsgər
Baş əsgər — Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara verilən rütbədir. Belə ki, bu rütbələr MAXE hərbi qulluqçular və müddətli hərbi qulluqçulara verilir. Əsasən hərbi xidmətdə şücaəti, idarəçiliyi və fədakarlığı ilə yoldaşlarından seçilən hərbi qulluqçulara verilir. Bu rütbə ilə təltif olunmuş hərbi qulluqçular kiçik komandir heyəti kateqoriyasına aiddirlər.
Kəskər döyüşü
Kəskər döyüşü 634-cü ildə kəskər bölgəsində Sasanilərlə Ərəblər arasında gedən döyüşlərdən biridir.
Məhəmmədiyyə (Məskər)
Məhəmmədiyyə (ərəb. المحمدية‎) — Əlcəzairdə Məskər vilayətində şəhər və kommuna. Məhəmmədiyyə Məskər şəhərinin şimalında və Məstağanəm şəhərinin cənubunda yerləşir. Şəhərdə elektrotexnika və elektronika istehsalı üçün maşınqayırma zavodu var. Məhəmmədiyə Fransanın müstəmləkəsi olduğu dövrdə Perreqo adı ilə Roma dövrünə aid Kastra-Nova şəhərinin xarabalıqları üzərində qurulmuşdur.
Naməlum əsgər
Naməlum əsgər — hərbi münaqişə zamanı həlak olmuş şəxsiyyəti bilinməyən əsgər. Adətən hərbi qulluqçuların üzərində onların kimliyini təsdiq etmək və ya bildirmək üçün boyunbağı olur. Bu boyunbağında onun adı, təvəllüdü, cinsi, qan qrupu qeyd olunur. == Naməlum əsgər məzarı == Naməlum əsagərin dəfn olunduğu məzardır. Naməlum əsgərlərin xatirəsin əbədiləşdirmək üçün bir çox ölkələrdə həmçinin Azərbaycanda memorial tiklilər vardır.
Pelin Əsmər
Pelin Əsmər (1972, İstanbul) — Türkiyəli rejisor, prodüser və ssenarist. Boğaziçi Universitetinin İncəsənət və Ədəbiyyat fakültəsinin, Sosiologiya bölumunun məzunu olub. == Bioqrafiya == Pelin Əsmər 1972-ci ildə İstanbulda anadan olub. Atası əslən Türkiyənin Antaka şəhərindəndir. Boğaziçi Universiteinin məzunudur. Boğaziçi Universitetini bitirdikdən sonra Yavus Özkanın "Z1 Film Atölyesi"ndə bir il kino fakültəsində oxuyub.1995-ci ildən başlayaraq Türkiyədə və xaricdə rejissor köməkçisi olaraq uzun və sənədli filmlər çəkmişdir. Rejissor köməkçisi kimi çəkilişində iştirak etdiyi filmlər arasında "Cumhuriyet " (rejissor: Ziya Öztan), "Gönlümdeki Köşk" (rejissor: Elisabeth Rygard) və "Deliyürek" (rejissor: Osman Sınav) kimi filmlər var, bunlardan əlavə çoxlu sayda kommersiya filmləri çəkib.Pelin xanım həm də "Kadir Has Universiteti"nin Radio, Televiziya və Kino şöbəsində sənədli film haqqında mühazirələr oxuyub. == Karyerası == Pelin xanım karyerasına 1998-ci ildə Ziya Öztənin çəkdiyi "Cümhuriyyət" filmində rejissor köməkçisi olaraq başlayıb.2001-ci ildə daha iki filmdə rejisor köməkşisi olaraq çalışıb. 2002-ci ildə müstəqil olaraq çəkdiyi ilk film olan "Kolleksiyaçı" filmini ərsəyə gətirib. Pelin xanım bu filmi kolleksiyaçı olan əmisi Mithat Əsmərdən ilhamlanaraq ərsəyə gətirir.2005-ci ildə Pelin xanımın ilk səs küylu və ona uğur gətirən "Oyun" adlı sənədli filmi əsrsəyə gəlir.
Ramiz Əsgər
Ramiz Əskər — azərbaycanlı şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Jurnalistlər Birliyinin (1980) üzvü. == Həyatı == Ramiz Əskər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir (1978). Azərbaycan radiosunda redaktor (1978-1983), türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan "Azərbaycan bu gün" jurnalının baş redaktoru (1983-1984), kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan "Odlar yurdu" qəzetinin baş redaktoru (1984-1991), "Hürriyyət" qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-1993), Xarıci Turizm Şurasının idarə rəisi (1993-1994), "XXI əsr" qəzetınin baş redaktoru (1994-1996), "Yeni Forum" jurnalının (Ankara) Bakı təmsilçisi (1993-1997) olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. 2003-ci ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri olmuşdur. 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiridir. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur. Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülmüşdür.
İgid əsgər
"İgid əsgər" — 1995-ci il Şəmistan Əlizamanlının albomundan olan mahnı. Mahnının sözləri və musiqisi Şahin Musaoğluya aiddir.2016-cı ilin may ayında ATV telekanalında İlqar Mikayıloğlunun aparıcısı olduğu "Xeyirə qarşı" verilişində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki "Oyuq" teatr-studiyasının balaca istedadı 5 yaşlı Nuray Rəhmanın "İgid əsgər" ifası internetdə izlənilmə rekordu qırmışdır.
Əli Əsgər
Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının sədri, professor.[mənbə göstərin] == Ailəsi == Ailəlidir, bir övladı var. == Təhsili və pedaqoji fəaliyyəti == 1986-1993-cü illər ərzində Azərbaycan Texniki Universitetinin Radio Texnika fakültəsində həm bakalavr, həm də magistr dərəcələrində təhsilini tamamlamışdır. Məzun olduğu dövrdə ölkədəki vəziyyəti diqqətə alaraq hüquq təhsili almağa qərar verərək, 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakülətsinə daxil olub. 1998-2000-ci illər ərzində isə Türkiyənin nüfuzlu universitetlərindən olan Mərmərə Universitetinin Sosial Elmlər İnstitutundan Ümumi Hüquq üzrə magistr dərəcəsi alıb. 2007-ci ildə isə Ankara Universitetində doktorantura təhsilini tamamlamış və "Post Sosialist Ölkələrdə Siyasi Rejim Dəyişikləri" adlı dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. == Elmi fəaliyyəti == Doktorantura təhsilini tamamladıqdan sonra Azərbaycanda fəaliyyət göstərən bir qəzetin Türkiyə təmsilcisi olmuşdur. Əli Əsgərin fərqli QHT-lərdə Qafqaz, Rus-Slavyan, Orta Asiya və Türk dünyası ilə bağlı araşdırmaları mövcuddur. Eyni zamanda professor erməni vandalizmin gerçəkliyini Türk dünyasına çatdırılması üçün müxtəlif fəaliyyətlər göstərmiş, təbliğatlar aparmışdır. 2021-ci ildə professor adına layiq görülən Əli Əsgər halhazırda Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının müdiridir.[1] == Mükafatlar == Dünyada mövcud olan konstitusiyaların türkcəyə tərcümə etməsi səbəbi ilə Əli Əsgərə 2019-cu ildə Hüquq Ensiklopediyası Özəl Mükafatı verilmişdir.
Əsgər (dəqiqləşdirmə)
Əsgər — ən kiçik hərbi rütbə.
Əsgər (qəzet)
"Əsgər" qəzeti — Azərbaycanda çap olunan ilk hərbi qəzetlərdən biri, Respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi dövrdə yaradılan qəzet. == Tarixi == Daxili Qoşunların mətbuat orqanı olan "Əsgər" qəzetinin ilk sayı 1992-ci ilin dekabr ayının 16-da dərc olunmuşdur. Qəzet odlu səngərlərdə yayılan ilk mətbu orqanlardan biri kimi döyüşçülərimizin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynamışdır. "Əsgər" qəzeti yarandığı gündən bu günədək Daxili Qoşunların döyüş və xidmət yolunun, şəxsi heyətin təlim-tərbiyəsinin işıqlandırılması, ümumilikdə qoşunların fəaliyyəti barədə ölkə ictimaiyyətinin məlumatlandırılması istiqamətində öz missiyasını uğurla yerinə yetirir. "Əsgər" qəzetinin ilk Baş redaktoru Rəfael Rzayev, Baş redaktorun müavini Təranə Məmmədova, məsul katibi Eldəniz Abbasov olmuşdur.
Əsgər (rütbə)
Əsgər — Azərbaycan Silahlı Qüvvələrində və dünyanın bir çox ölkələrində sıravi rütbəsi. Ondan aşağı hərbi məktəblərin müdavimləri götürülür. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə matros rütbəsidir. Hərbi məktəblərin dinləyiciləri müdavim adlanır. Tədris dövründə onlara sıravi heyətin, məktəbi bitirdikdə isə ilk zabit rütbəsi leytenant verilir.
Əsgər Abbasov
Abbasov Əsgər Məmmədismayıl oğlu (28 aprel 1916 – 9 fevral 1970) — teatr rəssamı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1964). == Həyatı == Əsgər Abbasov 28 aprel 1916-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1933-cü ildən Azərbaqycan Milli Dram Teatrında dekorçu rəssam kimi çalışmağa başlamışdır. 1933-1936-cı illərdə Bakı Rəssaqmlıq Məktəbində təhsil almışdır. Təhsil aldığı müddət ərzində əmək fəaliyyətinə də ara verməmişdir. 1945-1949 və 1956-1969-cu illərdə Azərbaycan Musiqili Komediya Teatrında baş rəssam işləmişdir. == Yaradacılığı == Əsgər Abbasov Azərbaycan Milli Dram Teatrında işlədiyi dövrdə Mir Cəlalın "Mirzə Xəyal", Mixail Lermontovun "İki qardaş", K.Simonovun "Bizim şəhərli oğlan", Kondrat Krapivanın "Son gülən", S.Rəhmanın "Toy" pyeslərinin tamaşalarının quruluşçu rejissoru olmuşdur. Habelə, Səməd Vurğunun "Fərhad və Şirin" pyesində və Sabit Rəhmanın "Xoşbəxtlər" komediyasında geyim eskizlərinin müəllifi olmuşdur.Əsgər Abbasovun yaradıcılığının parlaq dövrü Musiqili Komediya Teatrına təsadüf edir. O, S.Ələsgərovun "Ulduz" (1957), Ü.Hacıbəyovun "Arşın mal alan" (1959) və "O olmasın, bu olsun" (1964), "Məşədi İbad", Z.Hacıbəyovun "Aşıq Qərib", S.Rüstəmov "Durna" (1965), Ş.Qurbanov və S.Ələsgərovun "Özümüz bilərik", M.Əlizadə və F.Əmirovun "Gözün aydın", İmre Kalmanın "Silva" (1960) və "Bayadera" tamaşalarının quruluşçu rəssamı olmuşdur. == Vəfatı == Əsgər Abbasov 9 fevral 1970-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Əsgər Abdullayev
Əsgər Abdullayev (futbolçu)
Əsgər Akayev
Askar Akayev (10 noyabr 1944, Qızıl Bayraq[d], Çuy vilayəti) — Qırğızıstan Respublikasının 1-ci Prezidenti (1990–2005).
Əsgər Cəlilov
Əsgər Xəlil oğlu Cəlilov — Azərbaycanlı şəhid. == Həyatı == Cəlilov Əsgər Xəlil oğlu 1936-cı ildə Gədəbəy rayonunun Mutudərə kəndində kolxozçu ailəsində anadan olmuşdur. Uşaqlıq illərini yoxsulluq içərisində keçirmişdir. Yaşının yetkinlik çağlarında kolxozda fəhləlik etmişdir. 1981-ci ildən Gədəbəy rayon rabitə qovşağının İsalı poçt şöbəsində poçtalyon işləmişdir. İşlədiyi müddətdə əhalinin dərin hörmətini qazanmışdır. == Hərbi xidməti == 1990-cı il 20 yanvar hadisələrindən on gün sonra xidməti vəzifəsini yerinə yetirərkən erməni quldurları tərəfindən faciəli surətdə 5 nəfər rabitə işçisi ilə birlikdə qətlə yetirilmişdir. == İrsi == Gədəbəy rayon qəbiristanlığında dəfn olunub. == İstinadlar == http://www.gedebey-ih.gov.az/page/77.html.
Əsgər Fərhadi
Əsgər Fərhadi (fars. اصغر فرهادی‎, d. 1 yanvar 1972-ci il, Xomeynişəhr, İsfahan, İran) - İranlı senarist və rejissor. Teatr məzunudur.
Əsgər Fərəci
Əsgər Fədayəli oğlu Fərəci — 1937-ci ildə Kəbudər Ahəng şəhərində anadan olmuş azərbaycanlı şair. O, azərbaycan və fars dillərində şeirlər yazıb. 2004-ci ildə Kəbudər Ahəng şəhərində vəfat edib.
Əsgər Gorani
Əsgər ağa Gorani (Əsgər ağa Haqvеrdi bəy oğlu Gorani; 3 may 1857, Yelizavetpol, Tiflis quberniyası – 9 mart 1910, Yelizavetpol) — yazıçı, aktyor, tеatrşünas, tərcüməçi və jurnalistdir. == Həyatı == Əsgər ağa Haqvеrdi bəy oğlu 3 may 1857-ci ildə Goran-Boyəhmədli kəndində anadan olmuşdur. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği bəyin nəvəsidir. Bakı şəhər gimnaziyasını qızıl mеdalla bitirib. Sonra Moskvada Pеtrovski-Razumovski adına Kənd Təsərrüfat Akadеmiyasına daxil olub. Akadеmiyanı bitirəndən sonra vətənə dönüb. Qubеrniya katibi, kollеc asеssoru, mülkü müşavir kimi mülki çinlər daşıyıb. Yеlizavеtpol (Gəncə) qubеrniyası qəza hakiminin köməkçisi, Tiflis dairə məhkəməsinin prokuror nəzarət orqanlarında prokuror yoldaşı, bеş il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi, Yеlizavеtpolda (Gəncədə) Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib. Gəncədə öz hеsabına qız məktəbi açıb. === Ailəsi === Əsgər ağa Əzət xanım Tağıbəyova ilə ailə həyatı qurub.
Erker
Erker — köhnə türk evlərində yerdəki mərtəbənin üstündəki birinci və ya sonrakı mərtəbələrdə çölə çıxan qəfəsli otaq hissəsidir. Çölə çıxdığına görə altdan dəstəklənməyən erker, çökməyə qarşı binanın fasadında yerləşdirilmiş dayaqlar tərəfindən dəstəklənmişdir. Türk memarlığının əsasən ağac materiallara əsaslandığı dövrlərdə geniş şəkildə istifadə edilmiş və şəhərlərdəki türk məhəllələrində iz buraxmış bu üslub, daş və dəmir-beton konstruksiyaların geniş yayıldığı dövrlərdən etibarən yaddan çıxmışdır.
Leşkər
Leşkər — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Ləşkər oyk., sadə. Gədəbəy r-nunun Kiçik Qaramurad i.ə.v.-də kənd. Orta dağlıq qurşaqdadır. Leşkər variantmda da qeydə alınmışdır. Yaşayış məntəqəsini vaxtilə Qazax mahalından gəlmiş ailələr xalq arasında Leş- kar adlanan yerdə salmışdılar. Ləşkər İran dillərində “qoşun, ordu”, “düşərgə” mənalarında işlənir. Yerli əhalinin məlumatma görə, vaxtilə İran şahının qoşunu bir müddət burada düşərgə saldığına görə həmin yerə bu ad verilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 670 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Şəkər
Şəkər — bir çoxu qida olaraq istifadə olunan, şirin dad verən, kimyəvi olaraq qısa zəncirli, suda həll olunan bir sıra karbohidrata verilən ümumi addır. Müasir dövrdə ən çox yayılmış qida məhsuludur[mənbə göstərin]. Şəkər əksər bitkinin toxumalarında mövcud olsa da sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda var. Dünya üzrə 94–97 milyon ton şəkər istehsalının (xam şəkər hesablandıqda) 56–60 milyon ton şəkər qamışının, 36–38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. == Tarixi == Qədim Yunanıstanın və Romanın əhalisi şəkəri (saxarozanı) tanımırdı. O zamanlar şirin qida məhsulu kimi baldan istifadə olunurdu. Şəkər qamışından şəkər istehsalının vətəni Hindistan sayılır. "Şəkər" sözünün özü də "sarkara" sözündən götürülmüşdür. Orta əsrlərdə və yeni dövrün əvvəllərində şəkər qamışı bitkisi Hindistandan Araviyaya, Suriyaya, Misirə və Kipr adasına köçürüldü.
Ester Asebo
Ester Asebo (isp. Esther Acebo; 19 yanvar 1983, Madrid) — İspan aktrisa, aparıcı və müxbir. Aktrisa olaraq Los encantados (2016) və La casa de papel-də (2017) yer alaraq dünya üzrə məşhurluq qazandı. == Karyerası == 2017-ci ildə yayımlanmağa başlayan İspaniya istehsalı olan televiziya serialı "La casa de papel"də rol almışdır.
Ester Barruques
Ester Barruques (16 may 1980) — Andorralı atıcı. Ester Barruques Andorranı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ester Barruques birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 396.9 xal toplayaraq 50-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Ester Düflo
Ester Düflo (fr. Esther Duflo, 25 oktyabr 1972, Paris) — fransız iqtisadçı, Massaçusets Texnologiya İnstitutunun professoru (ABŞ). "İqtisadiyyat üzrə Nobel mükafatı" qlobal yoxsulluqla mübarizəyə eksperimental yanaşmaya görə laureatı. ABŞ Milli Elmlər Akademiyasının üzvü (2017), Britaniya Akademiyasının Müxbir Üzvü (2016) == Həyatı == Atası — riyaziyyat professoru Mişel Düflo, anası — Violen Düflo həkim-pediatr. Orta məktəbdə rus dilini öyrənirdi. 1991-ci ilin avqustunda 18 yaşlı Duflo, dostları ilə birlikdə Moskva küçələrində Fövqəladə Komitə əleyhinə çıxanlar arasında idi. 1993-cü ildə 10 ay Moskvada Fransız dilini öyrətdi və magistr tezisi üzərində çalışdı. Eyni zamanda, Rusiya Bankı ilə əlaqəli bir Fransız iqtisadçısının və Amerika iqtisadi müşaviri Jeffrey Sachs'ın elmi köməkçisi olaraq çalışdı. 1994-cü ildə Sovet İttifaqında ilk beşillik planın tarixinə dair bir dissertasiya ilə Ali Normal Məktəbində tarix və iqtisadiyyat üzrə magistr dərəcəsini aldı. 1999-cu ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsini almışdır.
Ester Eksposito
Ester Eksposito (isp. Ester Expósito; 26 yanvar 2000, Madrid) — ispaniyalı aktrisa və model. == Bioqrafiya == Eksposito 26 yanvar 2000-ci ildə Madrid şəhərində anadan olmuşdur. Aktrisalığa olan marağı gənc vaxtında yarandı. 16 yaşında məktəbi bitirdikdən sonra aktrisalıq təhsili aldı. Eksposito 2013 və 2015-ci illərdə "Ən yaxşı qadın aktyor" başlığı altında Madrid Teatr mükafatı qazandı. Televiziya karyerasına 2016-cı ildə Tibb mərkəzi adlı sənədli serialın bir seriyasında Roza Martin rolunu canlandıraraq başladı.Eksposito televiziya serialları; Ruth rolunu canlandırdığı 2016-cı il istehsalı olan Estoy vivo və 2016-18 illəri arasında yer aldığı Vis a vis ilə aktrisalıq karyerasına başlamışdır.
Ester Expósito
Ester Eksposito (isp. Ester Expósito; 26 yanvar 2000, Madrid) — ispaniyalı aktrisa və model. == Bioqrafiya == Eksposito 26 yanvar 2000-ci ildə Madrid şəhərində anadan olmuşdur. Aktrisalığa olan marağı gənc vaxtında yarandı. 16 yaşında məktəbi bitirdikdən sonra aktrisalıq təhsili aldı. Eksposito 2013 və 2015-ci illərdə "Ən yaxşı qadın aktyor" başlığı altında Madrid Teatr mükafatı qazandı. Televiziya karyerasına 2016-cı ildə Tibb mərkəzi adlı sənədli serialın bir seriyasında Roza Martin rolunu canlandıraraq başladı.Eksposito televiziya serialları; Ruth rolunu canlandırdığı 2016-cı il istehsalı olan Estoy vivo və 2016-18 illəri arasında yer aldığı Vis a vis ilə aktrisalıq karyerasına başlamışdır.
Ester Myaqi
Ester Myaqi (est. Ester Mägi 10 yanvar 1922, Tallin – 14 may 2021) — Estoniya bəstəkarı və müəllimi. Estoniya SSR Dövlət Mükafatısı (1980), Estoniya SSR-nin əməkdar artisti (1971), Estoniya SSR xalq artisti (1984). == Bioqrafiyası == Onun valideynləri Kaevdə tanış olurlar. Beləki onların ikisidə eyni yerdə işləyirdilər. 1905-ci il inqilabından sonra onlar Tallinə köçürlər. Burada onun atası usta kimi işləyir, anası isə evdar qadın olur. Onların üç övladı olur. Ester uşaqlarının ən kiçiyidir. Esterin Pol adında olan qardaşı müğənniliyə maraq göstrir.
Ester Peoni
Aleksandra Kretsu (rum. Alexandra Crețu; 21 iyul 1993, Buxarest, Rumıniya) və ya səhnə adı ilə Ester Peoni — Rumıniya müğənnisi və bəstəkarı. O, "On a Sunday" mahnısı ilə Rumıniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Ester Rumıniyada anadan olsa da, Kanadanın Monreal şəhərində böyüyüb başa çatmışdır.Onun səhnə adı Ester Babiloniyanın sevgi, gözəllik, arzu, müharibə, ədalət və siyasi güc ilahəsi İştardan gəlir. Qədim fars dilində Ester "ulduz" deməkdir. == Musiqi karyerası == === 2015-2018: Erkən illəri === Ester Piteşti şəhərində yerləşən Dinu Lipatti adına incəsənət məktəbində musiqi təhsilini almışdır. Onun musiqiyə olan sevdası uşaqlıq illərindən özünü göstərməyə başlamış və o ailəsi ilə birlikdə Monrealda yaşayarkən caz kursuna getmişdir. Rumıniyaya qayıtdıqdan sonra Ester kbəstəkarlıq və caz bölmələri üzrə konservatoriyaya daxil olur. İnternetdə müxtəlif canlı ifalarını paylaşmasının ardınca Ester 2014-cü ildə Rumıniyanın bir albom şirkəti ilə müqavilə əldə edir. "Leyla" və "Iubire" sinqlları ilə birlikdə ifaçının fərqli musiqi əməkdaşlıqları da öz nəticəsini göstərir.
Ester Uilyams
Ester Vilyams' (ing. Esther Williams, 8 avqust 1921–6 iyun 2013) – amerikalı aktrisa və ssenaristdir. 1940 və 1950-ci illərdə "su müzikl"in ulduzu olmuş və "Amerikanın su pərisi" və "Hollivudun su pərisi" ləqəblərini almışdır. == Erkən illəri == Ester Ceyn Vilyams 1921-ci il 8 avqust tarixində İnqlvudda (Kaliforniya, ABŞ) yəhudi ailəsində anadan olmuşdur. O, ev sahibəsi Mirtl Cillinin və rəssam Luis Vilyamsın kiçik qızı olmuşdur. Onun iki böyük qardaşı olmuşdur. O, anadan olmamışdan bir neçə əvvəl ailəsi Solt Leyk Sitiyə köçmüşdür. Onun böyük qardaşı Stenton burada aktyorluq karyerasına başlamış, lakin 1929-cu ildə 16 yaşında qəflətən dünyasını dəyişmişdir. Yenimətlik illərində Ester üzgüçülüklə məşğul olmuş, paralel olaraq Glendale High School məktəbini bitirmişdir. 1939-cu ildə Sietl, Vaşinqton və Mayamidə keçirilmiş sərbəst stildə və brass üsulu ilə 100 metrlik məsafəli yarışların qalibi olmuşdur.
Ester Vilyams
Ester Vilyams' (ing. Esther Williams, 8 avqust 1921–6 iyun 2013) – amerikalı aktrisa və ssenaristdir. 1940 və 1950-ci illərdə "su müzikl"in ulduzu olmuş və "Amerikanın su pərisi" və "Hollivudun su pərisi" ləqəblərini almışdır. == Erkən illəri == Ester Ceyn Vilyams 1921-ci il 8 avqust tarixində İnqlvudda (Kaliforniya, ABŞ) yəhudi ailəsində anadan olmuşdur. O, ev sahibəsi Mirtl Cillinin və rəssam Luis Vilyamsın kiçik qızı olmuşdur. Onun iki böyük qardaşı olmuşdur. O, anadan olmamışdan bir neçə əvvəl ailəsi Solt Leyk Sitiyə köçmüşdür. Onun böyük qardaşı Stenton burada aktyorluq karyerasına başlamış, lakin 1929-cu ildə 16 yaşında qəflətən dünyasını dəyişmişdir. Yenimətlik illərində Ester üzgüçülüklə məşğul olmuş, paralel olaraq Glendale High School məktəbini bitirmişdir. 1939-cu ildə Sietl, Vaşinqton və Mayamidə keçirilmiş sərbəst stildə və brass üsulu ilə 100 metrlik məsafəli yarışların qalibi olmuşdur.
Laura Ester
Laura Ester (d. 22 yanvar 1990) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Laura Ester, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Laura Ester, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Malik Əştər
Malik Əştər ibn Haris (585 – 658) — Həzrət Əlinin tərəfdarlarından biri. == Həyatı == Malik Əştər Nəxəi adı ilə tanınan Malik ibn Yəcus Nəxəi Yəmənin Məzhəc qəbiləsinin Nəxə nəslindəndir. Malik Əştər İmam Əlinin xüsusi köməkçilərindən və səhabələrindən biridir. O, böyük ordu sərkərdəsi və şücaətli şəxslərdən idi. Malik Əştərin Peyğəmbərin besətindən əvvəl dünyaya gəlməsi tarixi mənbələrdə qeyd olunur. Peyğəmbərin nümayəndələrinin Yəmənə gəlməsindən öncə Malikin həyatı barədə əldə heç bir məlumat yoxdur. Bəzi mənbələrdə Malik Əştər Peyğəmbərin ömrünün sonlarında İslam dinini qəbul etməsi və raşidi xəlifələrinin zamanında Şama hicrət etməsi qeyd olunub, lakin Onun tabein olduğu bildirilir. Malik qəsbkar xəlifələrin bidətlərilə daim mübarizə aparırdı. O, Qadisiyyə müharibəsindən sonra Kufədə məskunlaşdı. Orada nüfuzlu şəxslərdən olduğu üçün Osmanın xilafəti zamanında Əməvi hakimlərinin zülmünə qarşı çıxaraq, mücahidləri müdafiə edib.
Mark Esper
Mark Tomas Esper (26 aprel 1964), 23 iyul 2019 tarixində vəzifəsinə başlamış və aktiv olaraq vəzifəsini yerinə yetirən 27-ci Birləşmiş Ştatların müdafiə naziridir. Mark Esper, Birləşmiş Ştatların Müdafiə Nazirliyinin katibi vəzifəsinə gəlməzdən əvvəl, Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin nəzdində 2017-ci ildən 2019-cu ilə qədər 23-cü Birləşmiş Ştatların ordu katibi idi. 18 iyun 2019-cu ildə prezident Donald Trumpın açıqlaması ilə ABŞ-nin müdafiə nazirinin müavini oldu. Müdafiə naziri olacağı gözlənilən Patrick M. Shanahan haqqında danışılan xəbərlər və senatda onun təklifinin rədd olunmasından sonra müdafiə nazirliyində Esper haqqında danışılmağa başlanıldı. Şanahan namizədlikdən çəkildikdən və vəzifəsindən istefa verdikdən sonra 23 iyul 2019-cu ildə Birləşmiş Ştatlar Senatı tərəfindən 90 səs lehinə, 8-i əleyhinə olmaq ilə müdafiə naziri seçildi və Birləşmiş Ştatların 27-ci müdafiə naziri oldu. 1986-2007 arasında polkovnik-leytenant rütbəsində ABŞ Silahlı Qüvvələrində 101-ci Hava-Desant Diviziyasında xidmət etmişdir.