Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Diz qapağı
Diz qapağı (patella kimi də tanınan) — bud sümüyü ilə birləşən və diz oynağının ön oynaq səthini əhatə edən və qoruyan düz, yuvarlaqlaşdırılmış üçbucaqlı sümük. Diz qapağı siçan, pişik, quş və it kimi bir çox dördayaqlılarda olur, lakin balinalarda və ya əksər sürünənlərdə olmur. == Anatomiyası == İnsanlarda diz qapağı bədəndəki ən böyük sesamoid sümüyüdür (yəni, vətər və ya əzələdə yerləşmiş). Körpələr təxminən 4 yaşına qədər sümükləşməyə başlayan yumşaq qığırdaqdan ibarət diz papağı ilə doğulur. == Tərkibi == Diz qapağı üçbucaq formasında olan sesamoid sümükdür, uc hissəsi aşağı baxır. Başı diz qapağının ən aşağı hissəsidir. İti uclu formaya malikdir və diz qapağı vətərələrinə birləşir. Ön və arxa səthlər nazik kənarla, mərkəzə isə daha qalın bir kənarla birləşdirilir. Budun dördbaşlı əzələsi sümüyünün vətərəsi diz qapağının əsasına, orta geniş əzələnin özünə, geniş və medial lateral əzələ isə müvafiq olaraq diz qapağının xarici yan və medial kənarlarına birləşir. Diz qapağının ön hissəsinin yuxarı 3/1 hissəsi qaba, yastı və kobuddur, budun dördbaşlı əzələsi vətərinin bağlanmasına xidmət edir və çox vaxt ekzostozlara malikdir.
Diz
Diz (Şahrud) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Diz (Xoreşrüstəm) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Diz — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Aorta qapağı
Aorta qapağı — (lat. valva aortae) ağciyər kötüyü qapağı kimi üç aypara qapaqcıqdan ibarətdir. Bunlardan biri — (lat. valvula semilunaris posterior) arxada, ikinci — (lat. valvula semilunaris dextra) sağda və üçüncüsü — (lat. valvula semilunaris sinistra) solda yerləşmişdir. Bunların hamısı ağciyər kötüyünün eyniadlı qapaqcıqlarından qalın və möhkəmdir və üzərində olan düyüncüklər və aycıqlar (lat. noduli et valvularium semilunarium aortae) yaxşı gözə çarpırlar. Aorta dəliyini örtən aypara qapaqcıqların ciblərinə aorta cibləri — (lat. sinus aortae (Valsalvae — BNA)) deyilir.
Kəllə qapağı
Kəllə qapağı (lat. Calvaria) tam kəllənin yuxarı hissəsi hesab olunur və onu alın sümüyünün pulu, əsas sümüyün böyük qanadlarının gicgah səthi, təpə sümükləri, ənsə və gicgah sümüklərinin pulu təşkil edir. Kəllənin beyin hissəsi süni xətt vasitəsilə iki şöbəyə bölünür: yuxarı hissə — kəllə qapağı — lat. calvaria və aşağı hissə — kəllə əsası — lat. basis cranii. alı sümükləri ilə təpə sümükləri arasında tac tikiş — lat. sutura coronalis, təpə sümükləri arasında orta xətdə — sagital tikiş — lat. sutura sagittalis, təpə sümükləri ilə ənsə sümüyü arasında lyambdayabənzər tikiş — lat. sutura lambdoidea, təpə sümüyünün aşağı kənarı ilə gicgah sümüyünün pullu hissəsi arasında pullu tikiş — lat. sutura squamosa.
Qırtlaq qapağı
Qırtlaq qapağı (lat. cartilago epiglottica) — qırtlaq qığırdaqlarından biri olub, qırtlaq qapağının skletini təşkil edərək, dil kökünün arxasında qırtlaq girəcəyinin üstündə yerləşmişdir. Rəngi sarımtıl olub özü də elastikdir. Qırtlaq qapağı qığırdağının yuxarı hissəsi enlidir ancaq aşağı hissəsi nazikləşir qırtlaq qapağı saplağı — lat. petiolus epiglottidis adlanır. Onun iki səthi vardır: ön dil səthi, arxa qırtlaq səthi. Qırtlaq səthi qırtlaq girəcəyinə baxır, üzərində selikli vəzilər vardır. Qırtlaq qapağı qığırdağının orta hissəsi qalınlaşaraq qabarcıq — lat. tuberculum epiglotticum əmələ gətirir. Prof.
Diz (Xoreşrüstəm)
Diz (fars. ديز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 212 nəfər yaşayır (54 ailə).
Diz qoruyucusu
Bədənin ayaq hissəsini zədələnmədən qoruyan əlavə vasitədir. Əsasən alpinizm kimi idman növündə bu vasitələrdən istifadə edirlər. Xüsusi xidmət orqanlarının geyimi olan "robokopda da bu vasitələr mövcüddür.
Diz (Şahrud)
Diz (fars. ديز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 509 nəfər yaşayır (136 ailə).
Ağciyər kötüyü qapağı
Ağciyər kötüyünün sağ mədəcikdən başlanan ucu, yəni ağciyər kötüyü dəliyi ağciyər kötüyü qapağı - (lat. valva trunci pulmonalis (valvulae semilunaris art-ae pulmonalis - BNA)) ilə tutulmuşdur. Bu qapaq üç aypara qapaqcıqdan təşkil olunmuşdur; bunlardan biri ön tərəfdə - (lat. valvulae semilunaris anterior), digəri sağ tərəfdən - (lat. valvulae semilunaris dextra) və üçüncüsü sol tərəfdən - (lat. valvulae semilunaris sinistra) yerləşmişdir. Aypara qapaqcıqlar dəliyi örtərkən cib şəklini alırlar; bu ciblərə ağciyər kötüyü cibləri - (lat. sinus trunci pulmonalis) deyilir. Qapaqcıqların çıxıq səthləri mədəciyə və basıq səthləri damara doğru baxır. Hər aypara qapağının azad kənarlarının ortasında kiçik bir düyüncük - (lat.
Pokemon kanalizasiya qapağı
Pokefuta (ポケふた) və ya pokeqapaq – Yaponiyada üzərində Pokemon personajlarının təsviri olan kanalizasiya qapaqları. 2018-ci ildən etibarən "The Pokémon Company" tərəfindən Yaponiyanın 35 prefekturasında 356 pokefuta quraşdırılmışdır. Pokefutalar Yaponiyanın nisbətən daha az tanınan yerlərinə diqqət cəlb etmək məqsədi daşıyır. Yaponiyada kanalizasiya qapaqları tez-tez bədii təsvirlərlə bəzədilir. Bu praktika 1980-ci illərdə kanalizasiya sisteminin inkişaf etdirilməsini hədəfləyən kampaniya kimi başlamışdır. Yaponiyada bir çox şəhər və qəsəbənin öz yerli kimliyini əks etdirən kanalizasiya qapağı dizaynı olur, hətta kanalizasiya qapaqları üçün illik sərgilər təşkil olunur. "The Pokémon Company" 2018-ci ildən etibarən Yaponiyanın yerli bələdiyyələri ilə əməkdaşlıq edərək "Pokémon Local Acts" layihəsi çərçivəsində pokemonların təsvirləri olan kanalizasiya qapaqları quraşdırır. Bu layihə həm kiçik qəsəbələrə turist cəlb etmək, həm də təbii fəlakətlərdən əziyyət çəkmiş yerlərin canlanmasına kömək etməyi hədəfləyir. Pokemon İvinin təsviri olan ilk belə kanalizasiya qapağı 20 dekabr 2018-ci ildə Kaqoşima prefekturasının İbusuki şəhərində quraşdırılmışdır. 2024-cü ilin statistikasına əsasən Yaponiyanın 35 prefekturasında 356 pokefuta quraşdırılmışdır.
Dilaltı-qırtlaq qapağı bağı
Dilaltı-qırtlaq qapağı bağı (lat.
Qalxan-qırtlaq qapağı əzələsi
Qalxan-qırtlaq qapağı əzələsi (lat. musculus thyreoepigloticus) — qırtlaq əzələsi.
Çalov-qırtlaq qapağı əzələsi
Çalov-qırtlaq qapağı əzələsi (lat. musculus aryepigloticus) — qırtlağın əzələsi.
Diz qapağının sınıqları
Diz qapağının sınıqları — diz qapağı adətən ona düz istiqamətdə təsir edən zərbədən (yıxılma zamanı) baş verir. Nadir hallarda xarici impuls ilə provokasiya edilmiş, gözlənilmədən, cəld, sərt diz oynağında ayağın bükülməsi nəticəsində ola bilər. Diz qapağının sınıqlarında hərəkət zamanı güclənən ağrı, şişkinlik, diz qapağında aktiv hərəkətin məhdudlaşması meydana çıxır. == İlk yardım == Diz qapağında yara olduqda ona aseptik sarğı qoyulur. Sınmış sümük fraqmentlərinin öz istiqamətini dəyişməməsi məqsədilə nəqliyyat immobilizasiyası olunur. Dizi açılmış (bükülməmiş) vəziyyətdə Kramer ya improvizə edilmiş (əlaltı vasitələrdən) şina vasitəsilə fiksə edirlər. Şina arxadan daban sümüyündən başlayaraq sağrı nahiyəsinə qədər qoyulur. Diz qapağının sınıqları ilə zədələnmişlər təcili olaraq xərəkdə xəstəxananın cərrahi şöbəsinə çatdırılmalıdır. == Həmçinin bax == Qabırğa sümüyü; Sınıqlar; Zədə; Yara; Sarğı.
Qışlaq-i Diz
Qışlaq-i Diz (fars. قشلاق ديز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 330 nəfər yaşayır (79 ailə).
Yaralı diz qətliamı
Yaralı diz qətliamı (ing. Wounded Knee Massacre) - Siu qəbiləsinin üzvlərinin ABŞ silahlı qüvvələrinin əsgərləri tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi. 29 dekabr 1890-cı ildə 62-si qadın və uşaq olmaqla 153 nəfər Siu hindusu öldürülmüşdür. General Neslon Miles tərəfindən Daxili İşlər Komissiyasına göndərilən məktubda, olay qətliam olaraq adlandırılmışdır. 1890-cı ildə ABŞ dövləti, Siuların Ruh rəqsini ifa etmələrindən narahat olmağa başladı. Bir çoxları bu rəqsin döyüşdən əvvəl, tanrıları köməyə çağıran rəqs olduğunu iddia etməyə başladılar. Əslində ruh rəqsi yalnız milli mədəniyyətin yaşadılması üçün oynanılan rəqs idi. Bununla Siular pozulan hüquqlarına etiraz etmək istəyirdilər. Ordu naziri Siuların döyüşə hazırlaşdığından şübhələnib, VII süvari alayı Payn Ric və Rosbud yaxınlığında Lakota hidnularının yaşadığı düşərgəyə göndərdi. ABŞ ordusunun zabitləri, rəqsin dərhal dayandırılmasını tələb etdilər.
Dirsək və Diz qoruyucuları
Qazağı
Qazağı - ən qədim Azərbaycan rəqslərindən biri. Adından göründüyü kimi rəqs Qazax zonasında yaranmışdır. Fərz olunur ki, Qazağı döyüşçü rəqsidir. Onu yürüşə və hərbə gedəndə ifa edərmişlər. Rəqs nikbinlik və qəhrəmanlıq pafosu ilə yanaşı incəlik və təmkinliklərlə zəngindir. Olduqca yeyin hərəkətli, coşqun, texniki baxımdan mürəkkəb elementlərlə zəngin və solist intonasiyalı rəqsdir. Rəqs ifa olunarkən sərrast hərəkətlər və daxili qüvvənin əzəməti tələb olunur. Çox versiyalara malikdir və müxtəlif alətlərdə səslənə bilir. Lakin 1936-cı ildə bəstəkar Üzeyir Hacıbəyov mahnı və rəqs ansamblı yaradarkən bir sıra mütəxəssislərin köməyi ilə bu rəqsi xoreoqrafik yönümündə işləyərək nota salınmışdır.Səhnə tamaşası kimi quruluşunda “Qazağı” onu böyük məharətlə oynamağı bacaran bir dəstə kişi tərəfindən ifa olunur. Rəqsdə düzümü rəngarəng və texniki cəhətdən mürəkkəb hərəkətlər çoxdur.
Frigiya papağı
Frigiya papağı və ya azadlıq papağı — Şərqi Avropa, Kiçik Asiya, o cümlədən, Frigiya, Dakiya və Balkanlarda yaşayan müxtəlif xalqların tarixi keçmişi ilə simvolizə olunan, ucu qabağa doğru əyilmiş konusşəkilli papaq. Müasir Avropada o, azadlıq və müstəqilliyə işarədir və tez-tez qədim Romada qulların sərbəst buraxılamasının rəmzi olan papaq-pilosla qarışıq salınır. Qədim dövrdə monarxiya rejimlərində tac hakimiyyətdə olan sülaləni təmsil edirdisə, respublika qurulmuş dövlətlərdə gerb Frigiya papağı ilə təsvir olunurdu. Müxtəlif dövlətlərin milli simvollarında, o cümlədən də Fransanın Mariannasında bu papağı görmək olar. == Qədim dövrlərdə == === İlkin ellin dövlətlərində === Frigiya papağı e.ə. 4-cü əsrə qədər frigiyalıların ana ilahəsi Kibelanın əri Attislə simvolizə olunub. Sonralar qədim yunan vazalarında və memarlıq abidələrində əfsanəvi hökmdar Midas və başqa frigiyalılar bu papaqla təsir olunmağa başladılar. Rəvayət görə Midas bu papaqdan Apollonun lənətinə görə ona verilən uzun qulaqlarını gizlətmək üçün istifadə edirdi. Tezliklə Frigiya papağına qeyri-yunan xalqlarının mədəniyyətlərində də rast gəlinir. Troyalılar və Kiçik Asiyanın qərbində yaşayan digər xalqlar, həmçinin onların qəhrəmanları - Paris, Eney, Hanimed bu papaqla təsvir olunurlar.
Panama papağı
Panama papağı (isp. sombrero panamá) — Ekvador mənşəli ənənəvi kənarlı saman papaq.
Qapalı sistemlər
Qapalı sistemdə qarşılıqlı münasibətin və ya informasiya alış verişinin olmaması və ya buna səd çıkilməsi əsasdır. Şirkətlərdəki əməliyyatlardan əyani misal çəksək, AR-GE(Tədqiqat və təkmilləşdirmə) bölümü, müəyyən ölçüdə satınalma və finans bölümlərində informasiya çıxışının önlənməsi üçün qapalı bir sistem mexanizmi mənimsənir.
Qapalı çarşı
Qapalı çarşı — İstanbul şəhərində yerləşən dünyanın ən köhnə və böyük qapalı bazarı. Qapalı çarşıda 64 Prospekt və Küçə, 16 Xan vardır. 22 ədəd qapısı vardır. 45.000 m² bağlı sahə üzərində qurulmuşdur, 3600 dükanı vardır. 97 ədəd məmulat satılmaqdadır. 1 ədəd İnternet portalı vardır.(www.kapalicarsi.org.tr) Sağlamlıq Mərkəzi vardır. Polis bölməsi vardır. Bütün Bank Şöbələri vardır. Poçtu vardır. Özünə aid Xüsusi Təhlükəsizlik Təşkilatı vardır.
Qapalı şəhər
Qapalı şəhər, səyahət və ya yaşayış məhdudiyyətlərinin tətbiq olunduğu, ziyarət və ya qalmaq üçün xüsusi bir icazə tələb olunduğu yaşayış məntəqəsidir. Bu cür yaşayış məntəqələri ənənəvi hərbi bazadan daha çox yer və ya azadlıq tələb edən həssas hərbi obyektlər və ya gizli tədqiqat institutları ola bilər. Qapalı şəhərlərdə əsasən, bu müəssisələrdə işləyən işçilər yaşayırlar. Qapalı şəhərlər ağır dərəcədə hərbiləşdirilmiş ölkələrin və ya gizli rejimlərin bir xüsusiyyətidir və hal-hazırda Sovet İttifaqının varisi olan ölkələrin bəzilərində mövcuddur. Bu gün Rusiyadakı bu cür yerlərə rəsmi olaraq “qapalı inzibati zona formasiyaları” deyilir (закрытые административно-территориальные образования zakrıtıye administrativno-territorialniye obrazovaniya və ya qısaca ЗАТО ZATO).
Qazağı (Rəqs)
Qazağı - ən qədim Azərbaycan rəqslərindən biri. Adından göründüyü kimi rəqs Qazax zonasında yaranmışdır. Fərz olunur ki, Qazağı döyüşçü rəqsidir. Onu yürüşə və hərbə gedəndə ifa edərmişlər. Rəqs nikbinlik və qəhrəmanlıq pafosu ilə yanaşı incəlik və təmkinliklərlə zəngindir. Olduqca yeyin hərəkətli, coşqun, texniki baxımdan mürəkkəb elementlərlə zəngin və solist intonasiyalı rəqsdir. Rəqs ifa olunarkən sərrast hərəkətlər və daxili qüvvənin əzəməti tələb olunur. Çox versiyalara malikdir və müxtəlif alətlərdə səslənə bilir. Lakin 1936-cı ildə bəstəkar Üzeyir Hacıbəyov mahnı və rəqs ansamblı yaradarkən bir sıra mütəxəssislərin köməyi ilə bu rəqsi xoreoqrafik yönümündə işləyərək nota salınmışdır.Səhnə tamaşası kimi quruluşunda “Qazağı” onu böyük məharətlə oynamağı bacaran bir dəstə kişi tərəfindən ifa olunur. Rəqsdə düzümü rəngarəng və texniki cəhətdən mürəkkəb hərəkətlər çoxdur.
Saat Qabağı
Saat Qabağı — Təbrizin ən önəmli meydanının adıdır və qədim zaman oraya Milli Məclis deyərmişlər, amma indi bələdiyyə tikintisidir.
Sind papağı
Sind topisi -— Sind milli baş geyimi. Sind milli baş geyimi olan Sind topisi əsasən Pakistanın Sind əyalətində yaşayan əhali tərəfindən geyinilən baş geyimidir. Bu geyimdən Saraiki xalqı, Bəluc xalqı və Puştunlar da istifad edir və bütün Pakistan ərazisində rast gəlinir. Əcrək və ya Saraiki Əcrək ilə yanaşı Sind papağı, Sind və Saraiki mədəniyyətinin mühüm bir hissəsi hesab edilir. Bu geyim həm də Sind milliyyətçiliyinin bir nişanəsidir. Sind papağının alın hissəsi açıq olan dairəvi/silindir formalı geyim növüdür. Qarışıq həndəsi naxışlar bu geyim üzərində öz əksini tapıb və əksər vaxt çox kiçik şüşə parçaları da içərisinə işlənir. Sind mədəniyyətində Sind papağı, Əcrək ilə yanaşı hədiyyə və ya hörmət əlaməti olaraq bağışlanır. 2009-cu ilin dekabr ayında Pakistanın Sind əyalətində Sind sərhəddini və bütövlükdə Sind mədəniyyətini qeyd etmək üçün "Sind Topi Günü" keçirildi. 2010-cu ildən bu gün "Sind mədəniyyəti günü" adlandırılmağa başlandı.
Su qabağı
Su qabağı (lat. Lagenaria) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Adenopus Benth. Sphaerosicyos Hook.f.
Qapalı aktiv
Qapalı aktivlər, gözlənilməz və ya erkən silinmə, dəyərdən düşmə və ya öhdəliklərə çevrilmə nəticəsində zərər görən aktivlərdir ". Qapalı aktivlər müxtəlif səbəblərdən yaranır və iqtisadi artım, transformasiya və innovasiya ilə bağlı olan "yaradıcı məhv" fenomeninə xasdır. Bu aktivlər fərdlər və şirkətlər üçün risklər yaradır və sistemli təsirlərə səbəb ola bilər. İqlim dəyişikliyinin bütün dünya iqtisadiyyatında potensial dalğalanma təsiri ilə karbon tutumlu sənayelər və investorlar üçün qapalı aktivlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olacağı gözlənilir. Termin, aktivin öhdəliyə çevrilməsindən sonra iqtisadi itkilərin qarşısını almaq üçün maliyyə riskinin idarə edilməsi üçün vacibdir. Mühasiblərin aktivlərin dəyərsizləşməsi ilə mübarizə aparmaq üçün tədbirləri var (məs . 16 №-li MUBS) müəssisənin aktivlərinin bərpa oluna bilən məbləğindən artıq uçota alınmamasını təmin etməyə çalışır. Bu kontekstdə qapalı aktivlər köhnəlmiş və ya işlək olmayan aktiv kimi də müəyyən edilir, lakin balansda mənfəət itkisi kimi qeyd edilməlidir. == İqlimlə bağlı aktivlərin bağlanması == "Qapalı aktivlər" termini ətraf mühit və iqlim dəyişikliyi mövzularında böyük əhəmiyyət daşıyır. Bu kontekstdə diqqət əsasən iqlim dəyişikliyi kimi ətraf mühitlə bağlı faktorların təsirinə yönəlir,) müxtəlif sektorlardakı aktivləri necə bağlaya biləcəyinə yönəlmişdir.
Qapalı dövriyyəli televiziya
Qapalı dövriyyəli televiziya (ing. Closed-Circuit Television və ya CCTV) kameraların görüntü siqnallarını müəyyən bir yerə ötürdükləri bir sistem. Televiziyadan ən vacib fərq siqnalın hər kəsə açıq formada ötürülməməsidir. Bir sözlə, CCTV banklar, şirkətlər və hava limanları kimi obyektlərin istifadəsi üçün nəzərdə tutulmuş bir televiziya sistemidir. Həm də müəyyən bir ərazinin görüntüsünün müəyyən monitorlara verildiyi bir ekran sistemi kimi düşünmək olar. CCTV-nin əvvəllər eksperimental istifadəsi olsa da, bu gün ümumiyyətlə təhlükəsizlik məqsədilə quraşdırılır. CCTV sistemi CCTV kameralar, linzalar, rəqəmsal videorekorderlər və monitorlardan ibarətdir. CCTV sisteminin ən vacib xüsusiyyəti görüntülərin zamanla mütənasib şəkildə qeyd edilməsidir. İlk ticarət məqsədli CCTV sistemi ABŞ-da 1949-cu ildə Vericon tərəfindən elan edilmişdir. İlk bağlı dövriyyəli televiziyalarının ən böyük problemi, video görüntülərin çəkilməsinin mümkün olmaması idi.
Cız-bız
Cız-bız (qırğ. Чыз-быз) — Azərbaycan (o cümlədən, xüsusilə Güney Azərbaycanın Zəncan şəhərinə aid), Qırğızıstan və Özbəkistan mətbəxlərinə aid quru yemək. Bu yemək Zəncanda Çağır-Bağır və ya Cığır-Bığır da adlanır. Bu yemək qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürəkdən bişirilir. Bağırsağdan da istifadə etmək olar. == Lazım olan ərzaqlar == Qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürək Kartof Pomidor və ya Tomat pastası (istəyə görə) Bağırsaq (əgər varsa) Yağ ya da quyruq Duz, istiot. Yerkökü (istəyə görə) == Hazırlanma üsulu == Orta həcmdə içalat doğranılır və yağda (quyruq da əlavə etmək olar) qızardılır. Ayrıca soğan və kartof qızardılır. Sonra bunlar qarışdırılıb bir yerdə qızardılır. Cız-bıza bütöv bişmiş pomidor da əlavə etmək olar, kartof isə uzunsov doğranılıb qızardılmış süfrəyə verilə bilər.
Şiz qalası
Şiz qalası və ya Gəncək qalası — İranın şimalında yerləşən Şiz (Qazaka, Gəncək, Təxti Süleyman) şəhərinin müdafiə qalası. Atropatenanın Parfiya vassallığında olduğu dövrdə inşa edilmiş qala, Sasani şahlarının sifarişi ilə əsaslı bərpa edilmişdir. Tarixi mənbələr məlumat verir ki, atropatena hökmdarları tərəfindən inşa edilmiş qala divarları Bizans imperatoru İraklinin Atropatenaya hücumu zamanı qalaya atılan ağır vəznli cismlər vasitəsiylə dağıdılmışdır. Tədqiqatçıların əksəriyyətinin fikrincə qala divarları parfların hakimiyyəti dövründə inşa edilmişdir. Divarların memarlıq üslubu ilk baxışdan parfların digər qalalarını xatırladır. Ümumiyyətlə Parfiya dövründə əksər qalalar dairəvi şəkildə inşa edilirdi. Lakin Tisifun və Təxti Süleyman ellips şəklində tikilmişdir. Nuiumen Şiz qalasının Sasanilər tərəfindən tikildiyini göstərir. O deyir: "Ola bilsin ki, Sasanilər qalanı tikdikdə parfiyalıların tikinti üslubundan istifadə etmişlər." Müəllifə görə Azərbaycan və İran ərazisində olan dairəvi binalar Beynəlnəhreyndəki eyni tipli binalardan daha qədimdir. Şiz qalası 12400 m².
Qapaqlı (Armudlu)
Qapaqlı — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd. Osmanlı dövründə salındığı bilinən kəndin 400 illik bir tarixə sahib olduğu iddialar mövcuddur. İlk məskəni dağların ətəyində olan Qapaqlı kəndi sonralar sahil kəndinə çevrilmişdir. Kənd 1890-cı ildən eyni addadır.
Mitral qapaq
Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) — (lat. valva atrioventricularis sinistra s. bicuspidalis (s. mitralis)) ilə və aorta dəliyi aorta qapağı — (lat. valva aortae) ilə tutulmuşdur. İkitaylı qapaq sol qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqadan (lat. anulus fibrosus) başlayaraq vətər telləri vasitəsilə sol mədəciyin ön və yuxarı divarlarında olan məməyəbənzər əzələlərə bağlanmışdır. Bu qapaq iki taydan ibarətdir; ön tay — (lat.cuspis anterior) və arxa tay — (lat.cuspis posterior). Ön tay dal taydan böyükdür və özü də qabaqda və sağ tərəfdə yerləşərək sol qulaqcıq-mədəcik dəliyini aorta dəliyindən ayırır. Ön və dal tayların arasında bəzən əlavə kiçik taylara da təsadüf olunur.
Üçtaylı qapaq
Sağ qulaqcıq-mədəcik dəliyi sağ qulaqcıq-mədəcik qapağı ya üçtaylı qapaq (trikuspidal qapaq) — (lat. valva atrioventricularis dextra s. tricuspidalis) ilə örtülmüşdür. Bunu təşkil edən tayların biri öndə — (lat. cuspis anterior), digəri dal tərəfdə — (lat. cuspis posterior) və üçüncü içəri tərəfdə — (lat. cuspis septalis (cuspis medialis — BNA)) olur. Bunların şəkli üşbucağa bənzəyir: əsasları qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqaya — (lat. anulus fibrosus) və kənarları ilə zirvələri vətər telləri — (lat. chordae tendineae) vasitəsilə mədəcik divarına və ya məməyəbənzər əzələlərə bağlanmışdır.
İkitaylı qapaq
Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) — (lat. valva atrioventricularis sinistra s. bicuspidalis (s. mitralis)) ilə və aorta dəliyi aorta qapağı — (lat. valva aortae) ilə tutulmuşdur. İkitaylı qapaq sol qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqadan (lat. anulus fibrosus) başlayaraq vətər telləri vasitəsilə sol mədəciyin ön və yuxarı divarlarında olan məməyəbənzər əzələlərə bağlanmışdır. Bu qapaq iki taydan ibarətdir; ön tay — (lat.cuspis anterior) və arxa tay — (lat.cuspis posterior). Ön tay dal taydan böyükdür və özü də qabaqda və sağ tərəfdə yerləşərək sol qulaqcıq-mədəcik dəliyini aorta dəliyindən ayırır. Ön və dal tayların arasında bəzən əlavə kiçik taylara da təsadüf olunur.
Adi su qabağı
Adi su qabağı (lat. Lagenaria siceraria) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin su qabağı cinsinə aid bitki növü. == Arealı == Vətəni Afrikadır. Birevli, bircinsiyyətli çiçəkləri yarpaq qoltuğunda tək-tək yerləşir. Meyvəsinin uzunluğu 20—90 sm, diametri orta hesabla 20—30 sm-dir. Hər iki yarımkürənin tropik və subtropiklərində qədimdən yetişdirilir. Azərbaycanın bir çox rayonlarında meyvəsinə görə, bəzən də dekorativ bitki kimi becərilir. == Sinonimləri == Cucumis bicirrha J.R.Forst. ex Guill. Cucumis lagenaria (L.) Dumort.
Qız Qalası
Qız qalası — Bakıda yerləşən qədim memarlıq abidəsi. Qala qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən müdafiə məqsədli tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir.
Biz adi ayılarıq
Biz adi ayılarıq (ing. We Bare Bears) — Cartoon Network Telekanalında yayımlanan ABŞ cizgi serialıdır. Cizgi serialın müəllifi Deniyl Çonqdur. Cizgi serialda üç qardaş ayı — Qrizli, Panda və Ağ haqqında bəhs edilir. Onlar cəmiyyətə qoşularaq dost qazanmağa çalışırlar. Cizgi serial "The Three Bare Bears" adlanan komiks əsasında yaradılmışdır. Premyera 27 iyul 2015-ci il tarixində baş tutmuşdur. 2015-ci ilin avqust ayında Cartoon Network cizgi serialın 2-ci mövsümünün istehsal edilməsinə icazə verdi. Bu serial Cartoon Networkda yayımlanan, komiks, əsasında, hazırlanmış, ilk, serialdır. == Məzmun == Üç qardaş olan ayılar Qrizli(Grizz), Panda(Pan-Man) və Ağ (Ice Bear) insanlar arasında məşhurlaşmaq istəyirlər.
Adi ağ qağayı
Adi ağ qağayı (lat. Pagophila eburnea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin ağ qağayı cinsinə aid heyvan növü. Yetkinləri ağ, körpələri tund ləkələri mövcuddur, göz ətrafinda qırmızı halqa var, ayaqları qaradır. Bədən uzunluğu 45 sm. == Yayılması == Ağ qağayı əsasən Arktik zonada yayılmışdır və Şimali Amerika və Avrasiyanın arktik və subartik iqlim qurşağda təsadüf edilir. Rusiya ərazisində Şimal Torpağı, Frans-İosif Torpağı və Kara dənizinin adalarında rast gəlinir. вов Карского моря. Yeni Torpaq adalarında bir yuva aşkarlanmışdır ki, oda qərbdə müşahidə edilmişdir. Vrangel adasında isə aşkarlanmamışdır. Qışlama dövrü onlar əsasən Barens dənizi və Berinq dənizi sahillərinə üz tuturlar.
Havuş qız qalası
Havuş qız qalası — Şərur rayonunun Havuş kəndinin şərqində sıldırım qayalar üzərində abidə. Qayanın içərisində oyulmuş tacvari sonluqdan ibarətdir. Xalqa arasında "Qız evi", "Qız qayası"da deyirlər. Abidənin orta əsrlərə aid olması ehtimal edilir.
II Qız qalası
II Qız qаlаsı — Şərur rayonunun Aşağı Yaycı kəndindən qərbdə, Аrpаçаyın sаğ sаhilində, hündür dаğın üzərində yеrləşir. Qаlа şimаl tərəfdən sıldırım qаyа ilə əhаtə оlunmuş, оnun cənub və cənub-qərb tərəfinə isə iri qаyа pаrçаlаrındаn hörülmüş divаr çəkilmişdir. Müəyyən hissəsi yоnulmuş dаşlаrdаn inşа оlunmuş divаrlаrın еni 1,8-2 m аrаsındаdır. Divаrlаr bəzi yеrlərdə 2,1 m hündürlüyündə sаlаmаt qаlmışdır. Qаlаnın girişi cənub tərəfdəndir. Giriş qаpısının еni 3 m-dir. Divаrlаr bоyuncа dördkünc fоrmаlı binаlаr yеrləşdirilmişdir. Qаlаnın mərkəzində yеrləşən sаhəsi 72 kv.m оlаn böyük binаnın qаlıqlаrı iri dаşlаrdаn tikilmişdir. Еhtimаl ki, bu binа qаlаnın inzibаti mərkəzi оlmuşdur. Tədqiqаt zаmаnı оlduqcа аz miqdаrdа kеrаmikа məmulаtı аşkаr оlunmuşdur.
Qız Qalası (Bakı)
Qız qalası — Bakıda yerləşən qədim memarlıq abidəsi. Qala qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən müdafiə məqsədli tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir.
Qız qalası (Cəbrayıl)
Qız qalası — Cəbrayıl rayonunun Xələfli stansiyasında (qədim Diri kəndi), Araz çayının sol sahilində, İran İslam Respublikası ilə sərhəddə Diri dağlarının bir hissəsinin zirvəsində yerləşən və XII əsrdə inşa olunmuş qala. 2020-ci il sentyabrın əvvəlində ərazidə “Qız qalası” hidroqovşağının tikintisi ilə əlaqədar qalanın tamamilə dağıdıldığı iddia edilib. Uca dağlıq ərazidə yerli daşlardan tikilmiş qalanın müdafiə məqsədli gözətçi məntəqəsi olduğu güman edilir. Diridağ dağında yerləşən qala XII–XIV əsrə aiddir. Hazırda qala dağılmış vəziyyətdədir. Qala divarlarının uzunluğu təxminən 50 metr, hündürlüyü 13 metrdir. Hələlik qala yeri və onun yaxın günlərə qədər ucaldığı dağ isə qalır. Ağgüney Çatandaş dağı Xudafərin körpüləri Xudafərin su anbarı Diridağ (Cəbrayıl) "Qız qalası (Cəbrayıl)". az.baku-art.com (az.). İstifadə tarixi: 2024-06-23.
Qız qalası (Erdemli)
Qızqalası — Karikos sahil qalasına 200 metr məsafədə olan adada yerləşir. Böyük hissəsi yaxşı vəziyyətdə olan Qızqalasının şimal və cənub səmtləri səkkiz qülləylə qorunmuşdur. Qalanın xarici dairəsinin uzunluğu 192 metr dir. Qızqalası ilə sahildəki qala dənizdən bir yolla bağlanmış, dənizdən gələcək hücumlara qarşı tədbirləralınmışdır. Karamanoğlu İbrahim bəy tərəfindən 1448-ci ildə bərpa olunan qala bu gün bölgənin turizm simvolu halına gəlmişdir. Qızqalası Romalılar, Bizanslılar, Səlcuqlular, Fransızların (Kipr Krallığı), Qaramanlı və Osmanlıların hakimiyyətində olmuş əhəmiyyətli bir yaşayış məntəqəsidir. Aparılan ilk qazıntılarda buraya ilk yaşayışın e.ə. IV əsrə aid olduğunu göstərir. Məşhur tarixçi Herodot, bu şəhəri Georges adında Kiprli bir knyazın qurduğunu yazır. Miladdan sonra 72-ci ildə Roma hakimiyyətinə daxil edilən Qızqalası 450-ci ilə Roma imperiyasının ərazisi olmuşdur.
Qız qalası (Gədəbəy)
Namərd qala – digər adları: Mamır Qalası, Çarek Qalası Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndi yaxınlığında yerləşən orta əsrlərə aid müdafiə tikilisi. Azərbaycanın dağ qalaları içərisində Gədəbəydəki Namərd qala yaxşı durumda olması, tikinti materialı, ən başlıcası isə memarlıq biçimlərinin son dərəcə monumentallığı ilə seçilir. Hazırda Namərdqalanın nə vaxt və hansı tarixi zərurətə görə tikilməsi məlum deyil. Əsas inşaat materialı və tikinti-memarlıq xüsusiyyətlərinə görə araşdırmaçılar onu XII əsr – Eldənizlər dövrünün əsəri sayırlar. Vardan Araveltsinin verdiyi məlumatlara görə, Çarek Qalası 1204-cü ildə İvane Zakaryanın hakimiyətinə keçmişdir. Kirakos Gəncəlinin qeydlərinə görə 1220-ci ildə, monqol-tatar yürüşlərindən qaçan alban katolikosu İohan (1195–1235) Çarek qalasına sığınmış və kilsə mərkəzini buraya daşımışdır. 1224-cü ildə isə Ğatağa Noyin artıq bölgədə monqol-tatar hakimiyətini bərqərar edir. Qalanın yerləşdiyi ərazi Söyüdlü kəndindən təxminən 7–10 km məsafədəki sıx meşəli-dağlı bölgədir. Kənddən 7 km aralıda zirvəsinin qeyri-adi silueti ilə bir dağ diqqəti özünə çəkir. Yaxınlaşdıqca zirvədəki memarlıq kütlələri yavaş-yavaş aydınlaşır.
Qız qalası (balet)
Qız qalası – ilk Azərbaycan baleti və müsəlman şərqində ilk balet. Üç pərdə, proloq və epiloqdan ibarət olan baletin musiqisi və librettosu Azərbaycan bəstəkarı Əfrasiyab Bədəlbəyliyə məxsusdur. Baletin premyerası 18 aprel 1940-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində baş tutmuşdur. Quruluşçular Sergey Gevorkov və Vaxtanq Nadiradze-Vronski, rəssam isə Fyodor Qusak olmuşdur. Baletin yeni redaksiyası 24 oktyabr 1999-cu ildə işlənmişdir. Yeni redaksiyanın müəllifi Yuliana Əlikişizadə, əsas rolların ifaçısı Mədinə Əliyeva və Gülağası Mirzəyev olmuşlar. Yeni musiqi redaktəsinin müəllifi isə Fərhad Bədəlbəylidir. Baletdə həmçinin Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət Rəqs Ansamblının üzvləri də iştirak etmişlər. Neft Bakısında dəniz kənarında, qədim qalanın divarları arxasında yüksələn Qız qalası haqqında dastan xalq arasında geniş yayılmışdır. Zəhimli Cahangir xan haqqında qədim rəvayət nəsildən-nəslə keçir.
Qız qalası (dəqiqləşdirmə)
Qız qalası — Bakıda yerləşən qədim memarlıq abidəsi. Qız qalası həmçinin bu mənaları ifadə edə bilər: Qız qalası (Cəbrayıl) — Cəbrayıl rayonu ərazisində yerləşən qala. Qız qalası (Gədəbəy) — Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən tarixi memarlıq abidəsi. Qız qalası (İsmayıllı) — İsmayıllı rayonunun Xanəgah kəndində yerləşən və müdafiə-gözətçilik məqsədilə tikildiyi güman edilən qülləli qala. Qız qalası (Miyanə) — Miyanədə qala Qız qalası (İstanbul) — İstanbulda, Bosfor boğazında, kiçik bir adada tikilmiş qala. Qız qalası kilsəsi — Türkiyədə, Qars ilinin Ani şəhər xarabalığında XIII əsrə aid erməni kilsəsi. Qız qalası (Ərdəmli) — Karikos sahil qalasına 200 metr məsafədə olan adada yerləşən qala. Qız Qalası su anbarı — su-elektrik stansiyası. Qız qalası — Lerik rayonu ərazisində dağ. Qız qalası — Şamaxı rayonu ərazisində dağ.
Qız qalası (İsmayıllı)
Qala İsmayıllı rayonunun Xanəgah kəndində yerləşir. Qülləli qalanın digər qız qalaları kimi müdafiə-gözətçi məqsədilə tikildiyi güman edilir. İsmayıllı rayonunun Xanagah kəndi yaxınlığında, Axox çayının sahilində, "İsmayıllı" dövlət yasaqlığının ərazisində yerləşir. XI – XII əsrlərə aid qala Axox çayının sağ sahilində sərt yamaclar və sıldırım qayalarla əhatələnmiş dağın üstündə tikilmiş müdafiə istehkamıdır. Divarları daşdandır. Bəzi yerləri kərpiclə üzlənmişdir. Abidənin şimal hissəsində sahəsi 300 m² olan terrasda "içqalası"ından Talıstan kəndi yaxınlığında yerləşən Cavanşir qalasına yeraltı yolun olduğu güman edilir. Qalaya gedən yolun üstündə "Qız qalası" istirahət mərkəzi yerləşir ki, oraya qədər avtomobil yolu var. Həmin mərkəzdən qalaya qədər gedən yolun son 1 km-ni piyada çıxmaq lazımdır.. Ön istehkam Qarasu dərəsindədir.
Qız qalası (İstanbul)
Qız qülləsi (türk. Kız Külesi, ing. Maiden's Tower) — Orta əsr Bizans dövründən bəri Türkiyə, İstanbuldakı Üsküdar sahillərinin 200 m-də (220 illik) Bosfor boğazının cənub girişində yerləşən kiçik bir adada bir qüllədir. İstanbulun simvollarından biri sayılır. Xırda donanma qələbəsindən sonra qədim yunanıstanlı general Alkiviad Qara dənizdən gələn gəmilər üçün Xrizopolis (indiki Üsküdar) qarşısında kiçik bir qayada xüsusi stansiya tikdirdi. 1110-cu ildə Bizans İmperatoru Aleksey Komnin daş divarla qorunan taxta qüllə inşa etdi. Qüllədən Konstantinopoldakı Manqananın dörddəbirində Avropa sahilində qurulan başqa bir qülləyə dəmir zəncir uzanırdı. Bundan sonra ada Asiya sahilinə sualtı qalıqları hələ də görünən müdafiə divarı ilə bağlandı. 1453-cü ildə Osmanlı Konstantinopolu (İstanbul) fəth edərkən qala venesiyalı Qabriel Trevisanonun əmri ilə Bizans qarnizonu tərəfindən tutuldu. Sonradan II Mehmed dövründə Osmanlı türkləri tərəfindən ora gözətçi qülləsi olaraq istifadə edildi.
Qız qalası (Ərdəmli)
Qızqalası — Karikos sahil qalasına 200 metr məsafədə olan adada yerləşir. Böyük hissəsi yaxşı vəziyyətdə olan Qızqalasının şimal və cənub səmtləri səkkiz qülləylə qorunmuşdur. Qalanın xarici dairəsinin uzunluğu 192 metr dir. Qızqalası ilə sahildəki qala dənizdən bir yolla bağlanmış, dənizdən gələcək hücumlara qarşı tədbirləralınmışdır. Karamanoğlu İbrahim bəy tərəfindən 1448-ci ildə bərpa olunan qala bu gün bölgənin turizm simvolu halına gəlmişdir. Qızqalası Romalılar, Bizanslılar, Səlcuqlular, Fransızların (Kipr Krallığı), Qaramanlı və Osmanlıların hakimiyyətində olmuş əhəmiyyətli bir yaşayış məntəqəsidir. Aparılan ilk qazıntılarda buraya ilk yaşayışın e.ə. IV əsrə aid olduğunu göstərir. Məşhur tarixçi Herodot, bu şəhəri Georges adında Kiprli bir knyazın qurduğunu yazır. Miladdan sonra 72-ci ildə Roma hakimiyyətinə daxil edilən Qızqalası 450-ci ilə Roma imperiyasının ərazisi olmuşdur.
Qız qalası kilsəsi
Qız qalası kilsəsi - Türkiyə Cümhuriyyətində, Qars ilinin Ani şəhər xarabalığında XIII əsrə aid erməni kilsəsi. Ani şəhərinin ən Cənub nöqtəsində yerləşir. Aninin Cənubu demək olar ki, Arpaçayla əhatə olunmuş bir burunu xatırladır və sıldırım qayalıqla qorunur. Qız qalası kilsəsi isə həmin qayalığın üstündə yerləşir. Bu qayalq ərazi bir zamanlar həm də qalın qala divarları ilə əhatələnibmiş. Tədqiqatçılar bu ərazinin Aninin ən son tərk edilən ərazilərindən biri olduğunu güman edirlər. Kilsənin quruluşu bayırdan düzbucaqlı formada olsa da daxildən xaç şəklindədir. Kilsənin giriş hissəsinin üstündə qübbənin olduğu güman edilir. Kilsənin daxilində, hər dörd küncdə iki mərtəbəli kiçik şapellər olmuşdur. Tiilinin bəzi hissələrində inşşat materiallarının təkrar istifadəsi açıqca görünməkdədir.
Qız qalası kurqanları
Orta Tunc dövrünə aid Qızqalası kurqanları Arpaçayın sağ və sol sahilində çox geniş əraziyə yayılmışdır. Qızqalası yaşayış yerinin ətrafındakı kurqanlar 2014-2016-cı illərdə V.B.Baxşəliyev, L.Ristvet, H.Gopnikin rəhbərliyi ilə araşdırılmışdır.. Tədqiqat müddətində 10-dan çox kurqan öyrənilmişdir. Bu kurqanların ətrafı əsasən kromlexlə əhatə olunmuşdur. Daş qarışıq torpaqla örtülən qəbirlər yerdə qazılmış, küncləri dəyirmi dördkünc çalalardan ibarətdir. Kurqanlardan ilk olaraq CR2 kurqanı tədqiq edilmişdir. Burada 7x7 m ölçüdə qazıntı sahəsi açılmışdır. Daş layları götürülərkən 3 kiçik gil çölmək aşkar olunmuşdur. Qəbir kamerasından daha sonra 5 küpə və 11 kasadan ibarət gil qablar tapılmışdır. Kameranın şimal tərəfində sağ yanı üstə, bükülü və qərb-şərq istiqamətində bir skeletə rast gəlindi.
Qız qalası tortu
Qız qalası əfsanəsi
Qız qalası — Bakıda yerləşən qədim memarlıq abidəsi. Qız qalası həmçinin bu mənaları ifadə edə bilər: Qız qalası (Cəbrayıl) — Cəbrayıl rayonu ərazisində yerləşən qala. Qız qalası (Gədəbəy) — Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən tarixi memarlıq abidəsi. Qız qalası (İsmayıllı) — İsmayıllı rayonunun Xanəgah kəndində yerləşən və müdafiə-gözətçilik məqsədilə tikildiyi güman edilən qülləli qala. Qız qalası (Miyanə) — Miyanədə qala Qız qalası (İstanbul) — İstanbulda, Bosfor boğazında, kiçik bir adada tikilmiş qala. Qız qalası kilsəsi — Türkiyədə, Qars ilinin Ani şəhər xarabalığında XIII əsrə aid erməni kilsəsi. Qız qalası (Ərdəmli) — Karikos sahil qalasına 200 metr məsafədə olan adada yerləşən qala. Qız Qalası su anbarı — su-elektrik stansiyası. Qız qalası — Lerik rayonu ərazisində dağ. Qız qalası — Şamaxı rayonu ərazisində dağ.
Qız qalası (Miyanə)
Qız Qalası — Miyanədə yerləşən memarlıq abidəsi. Qala elə tikilib ki, az qala üç tərəfdən təbii qayalarla əhatə olunub. Qalanın içində su anbarları, eləcə su quyuları var. Bu qala Şah Abbas Səfəvinin dövründə dağıdılıb ki, bunun səbəbi həmin dövrdə Azərbaycan türklərinin Səfəvilərin siyasətinə qarşı çıxması hesab olunur. Qeyd etmək lazımdır ki, Şah Abbas Səfəvinin başkəndi Azərbaycandan İsfahana köçürməsi, erməniləri, gürcüləri və farsları sarayda işə alaraq qızılbaş türkləri saraydan uzaqlaşdırması azərbaycanlıları çox acıqlandırmışdı. Qız körpüsünün qərb sahilində Qaflantı dağından böyük, sıldırım bir qayanın üstündə hündürlüyü 14 metr olan bir qala tikilmişdir ki, buna "Qız qalası" deyilir.
Qız qalası (Göygöl)
Qız qalası (Göygöl) - Göygöl rayonunun Balçılı kəndi səmtində uca dağların başında iri bir qala-kompleks Yığcam bir şəhərcikdən ibarətdir. Dörd-beş qala və qalaça bir-birinə söykənib. Daxili yollar, dairəvi sal divarlar dağların başında əzəmətlə ucalır.. Qalanın arxasında isə əzəmətli dağlar, dərələr, döngələr boyu qıvrıla-qıvrıla cığırlar, yollar uzanır. Qalanın ətrafında - orada-burada xaraba yerləri görünür. Təpələrin arxasından uçuq barılar "boylanır". Ortada isə dupduru kəhriz var.
Qız qalası (film)
Qız qalası — Bakıda yerləşən qədim memarlıq abidəsi. Qız qalası həmçinin bu mənaları ifadə edə bilər: Qız qalası (Cəbrayıl) — Cəbrayıl rayonu ərazisində yerləşən qala. Qız qalası (Gədəbəy) — Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən tarixi memarlıq abidəsi. Qız qalası (İsmayıllı) — İsmayıllı rayonunun Xanəgah kəndində yerləşən və müdafiə-gözətçilik məqsədilə tikildiyi güman edilən qülləli qala. Qız qalası (Miyanə) — Miyanədə qala Qız qalası (İstanbul) — İstanbulda, Bosfor boğazında, kiçik bir adada tikilmiş qala. Qız qalası kilsəsi — Türkiyədə, Qars ilinin Ani şəhər xarabalığında XIII əsrə aid erməni kilsəsi. Qız qalası (Ərdəmli) — Karikos sahil qalasına 200 metr məsafədə olan adada yerləşən qala. Qız Qalası su anbarı — su-elektrik stansiyası. Qız qalası — Lerik rayonu ərazisində dağ. Qız qalası — Şamaxı rayonu ərazisində dağ.
Qız Qalası SES
Qız Qalası SES (tam adı: Qız Qalası Su Elektrik Stansiyası) — Araz çayı üzərində Azərbaycan və İran arasında beynəlxalq sərhədi kəsən bənddir. Azərbaycanın Cəbrayıl rayonunda və İranın Şərqi Azərbaycan ostanı, Xudafərin şəhristanında, Xudafərin SES-dan 12 km aşağıda yerləşir. Həm elektrik enerjisi istehsalı, həm də bölgənin düzənliklərinin suvarılması üçün inşa edilən Araz çayı üzərində üçüncü Azərbaycan–İran birgə layihəsidir. Qız Qalası su anbarı 12.000 hektar ərazini su ilə təmin edəcək. Qız Qalası bəndinin tikintisinin əsas məqsədləri su elektrik enerjisi istehsalı və suvarma idi. Layihə 1977-ci ilin oktyabrında Sovet İttifaqı ilə İran arasında bağlanmış müqavilə əsasında hazırlanmışdır. Layihə 1982-ci ildə tamamlandı. 1993-cü ildə bəndin tikilməli olduğu ərazi Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən işğal altında idi. 1994-cü il iyunun 28-dən iyulun 2-dək Azərbaycan Prezidenti Heydər Əliyevin İrana ilk rəsmi səfəri zamanı layihənin həyata keçirilməsinə dair memorandum imzalandı. 2016-cı ilin fevralında Azərbaycan və İran hökumətləri arasında Xudafərin və Qız Qalası su anbarlarının tikintisi, istismarı, enerji və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
"Qız qalası" SES
"Qız qalası" SES (tam adı: "Qız qalası" su-elektrik stansiyası) — Araz çayı üzərində Azərbaycan və İran arasında beynəlxalq sərhədi kəsən bənddir. Azərbaycanın Cəbrayıl rayonunda və İranın Şərqi Azərbaycan ostanı, Xudafərin şəhristanında, Xudafərin SES-dan 12 km aşağıda yerləşir. Həm elektrik enerjisi istehsalı, həm də bölgənin düzənliklərinin suvarılması üçün inşa edilən Araz çayı üzərində üçüncü Azərbaycan–İran birgə layihəsidir. Qız qalası su anbarı 12.000 hektar ərazini su ilə təmin edəcək. == Tarixi == "Qız qalası" bəndinin tikintisinin əsas məqsədləri su elektrik enerjisi istehsalı və suvarma idi. Layihə 1977-ci ilin oktyabrında Sovet İttifaqı ilə İran arasında bağlanmış müqavilə əsasında hazırlanmışdır. Layihə 1982-ci ildə tamamlandı. 1993-cü ildə bəndin tikilməli olduğu ərazi Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən işğal altında idi. 1994-cü il iyunun 28-dən iyulun 2-dək Azərbaycan Prezidenti Heydər Əliyevin İrana ilk rəsmi səfəri zamanı layihənin həyata keçirilməsinə dair memorandum imzalandı. 2016-cı ilin fevralında Azərbaycan və İran hökumətləri arasında "Xudafərin" və "Qız qalası" su anbarlarının tikintisi, istismarı, enerji və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.