azatağacı 2021
azaylanma
OBASTAN VİKİ
Adil Azay
Adil Azay (12 fevral 1957, Kirovabad) — rejissor, rəssam, Azərbaycanın Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Adil Azay 12 fevral 1957-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub. Rostov na-Donu şəhərində Kino və Televiziya Texnikumunda (1972–1976), Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində (1984–1989) təhsil alıb. 1978-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. == Mükafatları == 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Ötən ilin son gecəsi (film, 1983) Gümüşgöl əfsanəsi (film, 1984) Bircəciyim (film, 1986) Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Qayalarda qalan səs (film, 1995) Səmədbəy (film, 1995) Yük (film, 1995) — Almaniyada "Berlinale" kino festivalının nominant Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Kleopatra (film, 1996) Oyun (film, 1996) Ömürdən uzun gecə (film, 1996) Yaz yuxusunun işığı (film, 1996) Qobustan (film) Vahimə (film, 1998) — 1998-ci ildə Lorken(Fransa) şəhərində XXII Beynəlxalq qısametrajlı psixoloji filmlər kinofestivalı 2-ci yer laureatı Qız qalası (film, 2000) Yuxu (film, 2001) Odla qol-boyun (film, 2002) Qırmızı rəngin ekspressiyası (film, 2002) Yaşıl rəngin qamması (film, 2002) Sirlər xəzinəsi-Qız qalası (film, 2003) Arxada qalmış gələcək (film, 2004) Zamanın zirvəsi (film, 2005) Ərazi (film, 2005) Cavid ömrü (film, 2007) Azərbaycan – odlar yurdu (film, 2009) Qarabağdı Azərbaycan (2009) Yaddaş (film, 2010) Son hədd (serial, 2012) Xəlvətdə qalmış Müdrik (2014) Türkiyə Beynəlxalq Safranbolu kinofestivalında "Özəl Ödül" mükafatı. Vulkanın nəfəsi (film, 2015) — "Baku İnternational Tourism Film Festival"-ın milli mükafatı. Daşın yaddaşı (film, 2016) Miras (film, 2017) Şəhərin iç sədası (film,2019) Kəlağayı (film,2019) Kuklaların zamanı (film, 2020) Əlvida silah (film, 2020) Zəfərin sıra nəfərləri (film, 2021) Mənim adım Atəş (film, 2021) Salam Sahil (film 2022) Üzeyir Hacıbəyli.
Azay Kazımov
== Siyahı ==
Azay Möhnətov
Azay Möhnətov (5 may, 1962) — Azərbaycanlı iş adamı və AF Holdinq Şirkətlər Qrupunun prezidentidir. "Uğur-97" şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür. "AF Hotel & Aqua Park " sahibi. Ailəlidir və iki övlad sahibidir. == UĞUR 97 == "Uğur-97" tikinti şirkəti 1997-ci ildə yaranmışdır. Fəaliyyətinin ilkin dövründə istehsal sexləri, ofis və mağazaların tikilməsi ilə məşğul olub. 1998-ci ildən başlayaraq, şirkət aktiv olaraq Bakı şəhərinin inşaat biznesinə qoşulur. Qısa müddət ərzində "Uğur-97" şirkəti tərəfindən şəhərimizə yaraşıq gətirən "lüks" dərəcəli yaşayış binaları tikilmişdir. R. Behbudov küçəsində 9, 10, 16 və 18 mərtəbəli 3 ev tikilmişdir. 2001-ci ildə isə Milli Bankın yaxınlığında Ş. Bədəlbəyli küçəsində 19 mərtəbəli ev tikilmişdir.
Azay Quliyev
Azay Əjdər oğlu Quliyev (23 iyun 1971, Vağudi, Sisian rayonu) — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri (2021-ci ildən); Azərbaycan Respublikası Milli Məclisinin III, IV çağırış, V çağırış və VI çağırış deputatı; ATƏT-in Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini (2013–2016); ATƏT PA-nın vitse-prezidenti (2016–2022); ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri (2017-ci ildən); Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının koordinatoru (2019-cu ildən); Azərbaycan Respublikası Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri (2020-ci ildən); ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi (2021–2022); ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi Komitəsinin sədri (2022-ci ildən); Siyasi elmlər üzrə fəlsəfə doktoru. == Həyatı == Azay Quliyev 23 iyun 1971-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının, Qarakilsə rayonunun Vağudi kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almışdır. 1989–1991-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1992–1998-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1995–1996-cı illərdə Ankarada Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun "Beynəlxalq Dövlət İdarəçilik Proqramı"nda, 2010-cu ilin fevral-mart aylarında ABŞ-də Harvard, "Kennedy School"-da, "QHT Liderləri üçün Strateji İdarəetmə" proqramında iştirak etmişdir. 2007–2013-cü illərdə Bakı Dövlət Universitetinin Doktoranturasında təhsil almışdır. İngilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var. == Siyasi fəaliyyəti == 2005 və 2010-cu illərdə 46 saylı Şirvan seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.
Azay Rzayev
Adil Azayev
Adil Azay (12 fevral 1957, Kirovabad) — rejissor, rəssam, Azərbaycanın Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Adil Azay 12 fevral 1957-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub. Rostov na-Donu şəhərində Kino və Televiziya Texnikumunda (1972–1976), Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində (1984–1989) təhsil alıb. 1978-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. == Mükafatları == 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Ötən ilin son gecəsi (film, 1983) Gümüşgöl əfsanəsi (film, 1984) Bircəciyim (film, 1986) Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Qayalarda qalan səs (film, 1995) Səmədbəy (film, 1995) Yük (film, 1995) — Almaniyada "Berlinale" kino festivalının nominant Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Kleopatra (film, 1996) Oyun (film, 1996) Ömürdən uzun gecə (film, 1996) Yaz yuxusunun işığı (film, 1996) Qobustan (film) Vahimə (film, 1998) — 1998-ci ildə Lorken(Fransa) şəhərində XXII Beynəlxalq qısametrajlı psixoloji filmlər kinofestivalı 2-ci yer laureatı Qız qalası (film, 2000) Yuxu (film, 2001) Odla qol-boyun (film, 2002) Qırmızı rəngin ekspressiyası (film, 2002) Yaşıl rəngin qamması (film, 2002) Sirlər xəzinəsi-Qız qalası (film, 2003) Arxada qalmış gələcək (film, 2004) Zamanın zirvəsi (film, 2005) Ərazi (film, 2005) Cavid ömrü (film, 2007) Azərbaycan – odlar yurdu (film, 2009) Qarabağdı Azərbaycan (2009) Yaddaş (film, 2010) Son hədd (serial, 2012) Xəlvətdə qalmış Müdrik (2014) Türkiyə Beynəlxalq Safranbolu kinofestivalında "Özəl Ödül" mükafatı. Vulkanın nəfəsi (film, 2015) — "Baku İnternational Tourism Film Festival"-ın milli mükafatı. Daşın yaddaşı (film, 2016) Miras (film, 2017) Şəhərin iç sədası (film,2019) Kəlağayı (film,2019) Kuklaların zamanı (film, 2020) Əlvida silah (film, 2020) Zəfərin sıra nəfərləri (film, 2021) Mənim adım Atəş (film, 2021) Salam Sahil (film 2022) Üzeyir Hacıbəyli.
Asif Azayev
Hamid Azayev
Hamid Hadidoviç Azayev (5 mart 1948, Novopokrovski rayonu, Krasnodar diyarı) — Teatr və kino aktyoru. X.Nuradilov adına Çeçenistan Dövlət Dram teatrının aktyorudur. Çeçen-İnquş MSSR-in əməkdar artisti, Çeçenistanın xalq artistidir. == Həyatı == 5 mart 1948-ci ildə Qazaxıstanın Semipalatinsk vilayətinin Novopokrovski rayonunun Alekseyevka kəndində anadan olmuşdur. 1967-ci ildə Çeçen-İnquş MSSR-in Dışne-Vedeno kəndində orta məktəbi bitirmişdir. 1973-cü ildə Rusiya Teatr İncəsənəti İnstitutunu bitirmişdir. Həmin ildən indiyə kimi Çeçenistan Dövlət Dram teatrında işləyir. == Filmoqrafiya == Babək (film, 1979) Birisigün, gecəyarısı...
Sadiq Azayev
Zərnişan Azayeva
Zərnişan Azayeva (d.9 avqust 1959, Şamaxı r.) — şair-publisist, ssenari müəllifi, kino redaktoru, Əməkdar jurnalist. Azayeva Zərnişan İnqilab qızı 9 avqust 1959-cu ildə Şamaxı rayonunda ziyalı ailəsində anadan olmuşdur. Hələ orta məktəb illərindən Samaxıda fəaliyyət göstərən "Gənc Sabirçilər" ədəbi dərnəyinin üzvü olmuş, 9-cu sinifdə oxuyarkən "Dəniz və qız" adlı ilk şeirlər kitabı "Gənclik" nəşriyyatı tərəfindən çap edilmişdir. Elcə də o dövrün "Azərbaycan gəncləri", "Sovet kəndi"….qəzetləri, "Ulduz", "Müxbir", "Göyərçin", "Azərbaycan" jurnallarında məqalələr, resenziyalar, şeirlərlə çıxış etmişdir. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olan Zərnişan İnqilab qızı təhsil illərində tələbə elmi cəmiyyətinin üzvü olmaqla respublika mətbuatı-qəzet və jurnallarla fəal əməkdaşlq edib, radio-televiziya üçün verilişlər hazırlayıb. 1989-cu ildə " fərqlənmə diplomu" ilə Universiteti bitirən Zərnişan Azayeva elə həmin ildən Dövlət Radio-Televiziyasında radio-televiziya şərhçisi kimi işə qəbul olunur. Dövrün məşhur mətbuat xadimi Leonid Tahirovun iki illik jurnalistika kursunda yüksək göstəricilərlə təhsil almış, Kiyevdə, Moskvada xüsusi təcrübə dərsləri keçməklə Ümumittifaq Radiosunun ştatdankənar müxbiri kimi fəaliyyət göstərmişdir. Vaxtilə radionun "Bulaq" ,"Şəbəkə" verilişlərinin ssenari müəlliflərindən olan Z. Azayevanın hazırladığı proqramlardan televiziyanın "Tariximiz-soykökümüz", "Söz araşdırıcılarimiz", "Dostun evi könüllərdir","İrəvanda xan qalmadı", "İmza", "Dünya yaxşılarındır", "Vətən qürbətə qalmaz", "Bizim ellər yerindəmi", "Turan" kimi hər sayı televiziyanın "qızıl fondu"na daxil edilməklə qorunmaqdadır. Zərnişan İnqilabqızı (Turan) Azərbaycantelefilmin istehsali olan iyirmi səkkiz sənədli filmin ssenari müəllifi və eləcə də digər qurumlarla birgə işlədiyi on səkkiz sənədli, iki bədii-sənədli filmin ssenari müəllifi və rejissorudur. Bu filmlər respublika daxili festivallarla yanaşı, ölkəmizdən kənarda keçirilən sənədli film yarışmalarında da qalib yerlər tutmuş, xüsusi mükafatlara layiq görulmüşdür.
Ülvi Azayev
Əlisəfa Azayev
Azayev Əlisəfa Soltan oğlu — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1993). Əlisəfa Azayev 1 iyul 1951-ci ildə Kürdəmir rayonunun Qaramahmudlu kəndində anadan olub. O, Qaramahmudlu kəndində ibtidai, Mollakənd kəndində isə orta məktəbi bitirib. Bir il kolxozda işlədikdən sonra 1968–1970-ci illərdə M. Ə. Sabir adına Şamaxı Pedaqoji Məktəbində təhsil alıb. 1971–1973-cü illərdə Kürdəmir rayon Şüşün kənd səkkizillik məktəbində müəllim kimi fəaliyyət göstərib. Daha sonra hərbi ximəti yollanıb. Əlisəfa Azayev 1973–1979-cu illərdə ordudan tərxis olunub Ərəbxana kənd orta məktəbində müəllim kimi çalışıb. O, qiyabi yolla Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1979–1982-ci illərdə Bilik Cəmiyyətinin Kürdəmir Rayon Təşkilatının məsul katibi vəzifəsini icra edib. 1982–1995-ci illərdə orada Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Təşkilat şöbəsinin müdiri işləyib.

Digər lüğətlərdə