Azərbaycan dilinin antonimlər lüğəti

  • QƏM

    QƏM – ŞAD Olubdu qəm yatağı şad gördüyün könlüm (Heyran xanım)

    Tam oxu »
  • QƏMGİNLİK

    QƏMGİNLİK – ŞADLIQ Qəmginliyinə səbəb sevimli müəllimlərindən ayrılacağı idi (S.S.Axundov); Qəlbinə şadlıq doldu (S

    Tam oxu »
  • QƏMLƏNMƏK

    QƏMLƏNMƏK – ŞADLANMAQ Eldar qəmləndi bu işə (A.Şaiq); Lyudmila ilə birlikdə Kiyevə gedəcəyindən sevinən Rantik ürəyində şadlandı (C

    Tam oxu »
  • QƏMLİ

    QƏMLİ – ŞAD Hüseyn Günəşə baxaraq nə isə qəmli, dərin şeylər düşünürdü (S.Rəhimov); Şad xəbər alan kimi sevinəsevinə qadına müraciət etdi (C

    Tam oxu »
  • QƏNAƏT

    QƏNAƏT – İSRAF Xəstənin borcu bir qənaətdir (M.S.Ordubadi); İsraf haramdır (Ata. sözü)

    Tam oxu »
  • QƏNAƏTKAR

    QƏNAƏTKAR – İSRAFÇI Öz sənətini sevən, son dərəcə qənaətkar, ağırtəbiətli bir kəndli var (A.Şaiq); Əlbəttə, bilirsiniz ki, adətən israfçılar çox vaxt

    Tam oxu »
  • QƏNİM

    QƏNİM – DOST Hər şeyin bir qənimi, bir zavalı var (M.İbrahimov); Sən həyat dostusan, ellər zinəti! İnsanlıq eşqidir köksündə yanan (S

    Tam oxu »
  • QƏNŞƏR

    QƏNŞƏR – ARXA Yanında xırda gümüş qaşıq olan fincan isə qocanın qarşı tərəfindəki həsir səndəlin qənşərinə qoyulmuşdu (İ

    Tam oxu »
  • QƏRBİ

    QƏRBİ – ŞƏRQİ Qərbi və Şərqi Sibir faydalı qazıntıları, neft və qazı ilə məşhurdur

    Tam oxu »
  • QƏRƏZLİ

    QƏRƏZLİ – XEYİRXAH ...Nə isə qərəzli və kinli adam tərəfindən yazıldığını hiss etdi (M.İbrahimov); Təbiəti belədir, xeyirxahdır (M

    Tam oxu »
  • QƏRƏZLİLİK

    QƏRƏZLİLİK – XEYİRXAHLIQ Sən həmişə çalışırsan ki, qərəzliliklə iş görəsən. Bu xeyirxahlıq kimə lazımdır ki, adamların həvəsini öldürəcək, nöqsanı dem

    Tam oxu »
  • QƏRƏZSİZ

    QƏRƏZSİZ – ƏDAVƏTLİ Sən həmişə qərəzsiz yardıma tərəfdar olmusan. İşində də, rəftarında da ədavətlidir

    Tam oxu »
  • QƏRİB

    QƏRİB – DOĞMA Yox, qardaşım, bizi dartıb qərib vilayətə apardığın yetər, daha bunu vermərəm, – deyə anam dayımın təklifini rədd etdi (S

    Tam oxu »
  • QƏRİBƏ

    QƏRİBƏ – ADİ Bu xəbər hamıya qəribə təsir bağışladı (S.Vəliyev); Bu sizin üçün adi alışqanlardan deyil (S

    Tam oxu »
  • QƏRİBƏLİK

    QƏRİBƏLİK – ADİLİK Onun hərəkətində bir qəribəlik vardı. Onun adiliyi ilə ciddiliyi arasında heç bir fərq görünmürdü

    Tam oxu »
  • QƏRİBLƏŞMƏK

    QƏRİBLƏŞMƏK – DOĞMALAŞMAQ Qərib get-gedə doğmalaşır, doğmalar isə əksinə, qəribləşir

    Tam oxu »
  • QƏRİBLİK

    QƏRİBLİK – DOĞMALIQ Yad ellərə düşəndə qəriblik boğur məni… (Ə.Cavad); Buna baxmayaraq, burada Güləbətin qəribə bir doğmalıq hiss edirdi (M

    Tam oxu »
  • QƏRİBSƏMƏK

    QƏRİBSƏMƏK – SEVİNMƏK Mən tanıdığım bir nəfər də yox idi. Ona görə bir küncdə qəribsəyirdim (Mir Cəlal); Səsini eşidəndə o qədər sevindim ki, sanki ne

    Tam oxu »
  • QƏSBKAR

    QƏSBKAR – XİLASKAR Nifrət olsun, lənət olsun tarixlərdə qəsbkara (M.Dilbazi); Rüxsarə axırıncı olaraq öz xilaskarını ziyarət etməli, onunla vidalaşmal

    Tam oxu »
  • QƏŞƏNG

    QƏŞƏNG – KİFİR Qaranlıq gecəni işıqlandıran ay hər yerdə parlaq və qəşəngdir (S.Vəliyev); Hərdən kifirə də gözəldir deyin (C

    Tam oxu »
  • QƏŞƏNGLƏŞMƏK

    QƏŞƏNGLƏŞMƏK – KİFİRLƏŞMƏK Ucalmış, qara saçları daha da sıxlaşmış, özü dəyişib qəşəngləşmişdi (S.Rəhimov); Elə gözəl xanım indi arıqlamış, balacalaşm

    Tam oxu »
  • QƏŞƏNGLİK

    QƏŞƏNGLİK – KİFİRLİK Sıx qara saçları... sifətinə bir qəşənglik, bir yaraşıq verir (S.Rəhimov); Üzündən, gözündən kifirlik daşır; Deyəsən qəlbində qür

    Tam oxu »
  • QƏŞŞ

    QƏŞŞ – AYILMA Mən qorxudan bihuş olub yıxıldım; Qəşş aləmində bir tamaşa qıldım (A.Səhhət); Həkim xəstənin ayılmasını gözlədi (M

    Tam oxu »
  • QƏTİLİK

    QƏTİLİK – TƏRƏDDÜDLÜK Şamonun qətiliyini görən Safo onun sözünü çevirmədi (S.Rəhimov); Onun səsində qətiyyət yox, tərəddüdlük vardı

    Tam oxu »
  • QƏZƏBLƏNMƏK

    QƏZƏBLƏNMƏK – SAKİTLƏŞMƏK Ancaq gərək sualımdan qəzəblənməyəsən. Qəzəblənmərəm, xəbər al! (Ə.Haqverdiyev); Anası Sənubər Güləndamın hövsələdən çıxdığı

    Tam oxu »
  • QƏZƏBLİ

    QƏZƏBLİ – SAKİT Patrul qəzəbli bir pıçıltı ilə xəbər aldı (S.Vəliyev); Sular yatağında sakit və hərəkətsiz idi (S

    Tam oxu »
  • QIMIŞMAQ

    QIMIŞMAQ – AĞLAMSINMAQ Mirzə Kələntər maarif şöbəsinin müdirinin üzünə baxıb qımışdı (S.Rəhman); Kiçikbəyim ağlamsınaraq başmağı onun əlindən alıb, ha

    Tam oxu »
  • QINAMAQ

    QINAMAQ – TƏRİFLƏMƏK Qınamasın məni könlü bütünlər; Fikrim dağınıqdır, xatirim əvraq (Q.Zakir); Qoçəli bir neçə dəfə də Qulu ilə görüşüb onu təriflədi

    Tam oxu »
  • QIPIQ

    QIPIQ – AÇIQ Biz tarixdə heç bir zaman; Gözü qıpıq olmamışıq! (S.Tahir); O, yaşa- dığı mühitə Nəcəf bəy kimi deyil, gözü açıq baxır, kiminlə nə cür da

    Tam oxu »
  • QIRAQ

    QIRAQ – ORTA Sağ əlimi masanın qırağına dayayıb durdum (A.Şaiq); Qulam bu dəfə arxa tərəfdə yox, ortada, qurşağa qədər suyun içində oturdu (S

    Tam oxu »
  • QIRXDİLLİ

    QIRXDİLLİ – NAMUSLU Yaxanı ona tanıtma, qırxdilli qadındır, səni tələyə sala bilər. Qiymətin dediyinə görə, Gülsabah çox çalışqan və namusludur (Ə

    Tam oxu »
  • QIRIQ

    QIRIQ – BÜTÖV Bahadır bu fikirdə ikən İvan qapını açıb, əlində samovar, üstündə mis çaynik, iki fincan, bir neçə qənd qırığı içəri daxil oldu (N

    Tam oxu »
  • QIRIQLIQ

    QIRIQLIQ – SAZLIQ Bütün vücudumda bir qırıqlıq, bir sızıltı hiss edirəm (A.Şaiq); Əhməd kişinin sazlığı qaldı qiyamətə

    Tam oxu »
  • QIRIŞIQ

    QIRIŞIQ – AÇIQ Polkovnikin alnındakı qırışıqları sıxlaşdı (S.Qədirzadə); Açıq yaxasından görünən sarğı qabaqdan da qana bulaşmışdı (S

    Tam oxu »
  • QIRIŞMAQ

    QIRIŞMAQ – AÇILMAQ Onun alnı qırışmışdı, qaşları az qala gözlərini bürümüşdü (Ə.Vəliyev); Çəmənlikdə xudmani süfrələr açıldı, şirin söhbətlər başlandı

    Tam oxu »
  • QIRMAQ

    QIRMAQ – DÜZƏLTMƏK Ləpələr bu pilləkənləri saxsı qab kimi vurub qırır (Mir Cəlal); Qərənfil pəncərənin şüşəsinə baxıb kəlağayısını düzəltdi (S

    Tam oxu »
  • QISA

    QISA – ƏTRAFLI Oxundu qısa dua; əyildilər torpağa (A.Şaiq); Kürd Əhməd, xarici ticarətxanalarla əlbir olmuş bir ovuc tacirlərin işlədiyi cinayətləri ə

    Tam oxu »
  • QISABOYLU

    QISABOYLU – UCABOYLU Kərim baba... qısaboylu, geniş kökslü qoca idi (A.Şaiq); Onlar bir-biri ilə çox məsləhət etdi, nəhayət, ucaboylu kök jandarm yava

    Tam oxu »
  • QISALIQ

    QISALIQ – UCALIQ Ağıl adamın boyca qısalığı və ya ucalığı ilə ölçülmür

    Tam oxu »
  • QISALMAQ

    QISALMAQ – UZANMAQ Gecələr uzanır, günlər qısalır; Göy üzünü qara buludlar alır (A.Şaiq)

    Tam oxu »
  • QISILMAQ

    QISILMAQ – AÇILMAQ Heç qısılma bu məclisdə; Bu məclis ər meydanıdır (Aşıq Vəli); Salmanın rəngi açıldı (M

    Tam oxu »
  • QISIR

    QISIR – DOĞAR Şirinin qızı qısır Narıngüllə bərk alışıb (İ.Əfəndiyev); Çobanlar doğar qoyunlara qış aylarında daha çox fikir verirlər

    Tam oxu »
  • QISQANC

    QISQANC – ÜRƏYİAÇIQ Qaynana bu səadətə qarşı qısqanc və zidd vəziyyət almışdı (Çəmənzəminli); Ürəyiaçıq adamdır (“Azərbaycan”)

    Tam oxu »
  • QISQANCLIQ

    QISQANCLIQ – TƏMİZLİK Sənin qısqanclıqların da, şübhələrin də mənə xoş gəlir (M.İbrahimov); Ürəyimdə qoşunqoşun təmizliklər; Bir də infarkt uyuyarmış

    Tam oxu »
  • QIŞ

    QIŞ – YAY Qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları ver (Çəmənzəminli)

    Tam oxu »
  • QIŞQIRIQ

    QIŞQIRIQ – SAKİTLİK Bu qədər qışqırığa durdu qonum-qonşu tamam (M.Ə.Sabir); Sakitliyi gərginliyə dəyişən var (C

    Tam oxu »
  • QIŞQIRMAQ

    QIŞQIRMAQ – SUSMAQ Bir də var qüvvəsi ilə qışqırdı (S.Qədirzadə); Bondarçuk birdən susdu (S.Qədirzadə)

    Tam oxu »
  • QIŞLAQ

    QIŞLAQ – YAYLAQ Küləkli qar, yağış yağar uzun-uzadı yaylağa; Köçər bu vaxt el-oba, enər tamam qışlağa (A

    Tam oxu »
  • QIŞLAMAQ

    QIŞLAMAQ – YAYLAMAQ Bu qış burada qışlamasan, madarım keçməz (S.S.Axundov); İbrahim əmi bu yayı yaylaqda yaylamışdır

    Tam oxu »
  • QIŞLIQ

    QIŞLIQ – YAYLIQ Qışlığın tədarükünü yayda, yaylığın tədarükünü isə qışda görmək lazımdır

    Tam oxu »