[yun. okeanos – ucsuz-bucaqsız dəniz] Dünyanın bütün su ilə örtülü, yaxud onun materiklər arasındakı hissəsi
[yun.] Okeanoqrafiya mütəxəssisi
sif. [yun.] Okeanoqrafiyaya aid olan, okeanoqrafiya ilə bağlı olan. Okeanoqrafik tədqiqat
[yun. okeanos – ucsuzbucaqsız dəniz və grapho – yazıram] Fiziki coğrafiyanın dəniz və okeanlarda gedən fiziki, kimyəvi, geoloji, bioloji prosesləri və
is. [yun.] Kimyəvi elementlərin oksigenlə birləşməsi
[yun. oxys – turş və genos – əmələ gətirən] Havanın tərkibinə daxil olan, tənəffüs və yanmaq üçün zəruri olan, hidrogenlə birləşdikdə su əmələ gətirən
[yun. okta – səkkiz və hedra – üz] riyaz. Səkkiz səthdən ibarət fiqur; səkkiztərəfli
[lat. octava – səkkizinci] mus. 1. Qammanın səkkizinci pilləsi, habelə müxtəlif yüksəklikdə olan ən yaxın eyniadlı səslər arasındakı interval
[lat. october, octo – səkkiz] Təqvim ilinin onuncu ayı. Oktyabr döyüşləri. Mübarizə oktyabrın 20-də üsyançıların tam məğlubiyyəti ilə qurtardı
[lat. oculis – göz] Göz xəstəlikləri mütəxəssisi olan həkim
“O” işarə əvəzliyinin klassik dildə işlədilən forması. Eşq əhlinə ol mah, Füzuli, nəzər etmiş; Sən həm özünü göstər, əgər bir hünərin var
is. 1. Tale, alın yazısı, labüd şey. [Mahmud bəy:] Olacağa çarə yoxdur, hacı! N.Vəzirov. 2. İçində yaşamaq üçün yer (mənzil, ev və s
sif. dan. İşlədildikdən, sərf olunduqdan sonra qalan. [Qurban:] Olanqalan pul da bir otuz manat olardı, toya xərc olundu, getdi
sif. dan. Hər nə var, mövcud. Olan-olmaz yem ehtiyatı tükəndiyindən qışda zəif düşmüş heyvanın saxlanması daha da çətinləşirdi
is. Hadisə, əhvalat
sif. Çox, xeyli, lap çox, həddən artıq. Olduqca mürəkkəb məsələ. – [Mehriban] xüsusilə çocuğu doğduqda olduqca ağır və böhranlı hallar keçirmişdi
[fr.] Xoşiyli qırmızı, al və ya ağ gülləri olan həmişəyaşıl kol bitkisi; söyüdgülü. Oleandr və ya söyüdgülü … geniş becərilən bəzək bitkisidir, yarpaq
[yun. oligarchia] 1. Qədim və orta əsrlərdə: cəmiyyətin zadəganlardan ibarət yuxarı təbəqəsinin əsasında qurulan dövlət üsulu, habelə hakimiyyət sürən
[yun. dağ adı] mif. 1. Qədim yunan əsatirində: allahların məskəni, habelə yığışdığı yer. 2. bax olimpiya
[yun. olympias (olympiados)] 1. Qədim Yunanıstanda: olimpiya oyunları bayramları arasındakı dörd ildən ibarət təqvim vahidi
[yun.] : olimpiya oyunları – qədim Yunanıstanda: Zevs adlı allahın şərəfinə Olimpiya yaxınlığında hər dörd ildən bir keçirilən ümumxalq oyunları, habe
is. Olimpiya yarışlarında iştirak edən idmançı. Olimpiyaçıların müvəffəqiyyətləri
“Olmaq”dan f.is. Havaların isti olmasına baxmayaraq, qalın ipək parça və məxmər paltar geymiş [xanım] … kölgəyə çəkilmək istəmirdi
1. Müstəqil feil kimi aşağıdakı mənalarda işlədilir: a) yaşamaq, sakin olmaq, ömür sürmək. İki il Bakıda oldum
sif. Olması, həyata keçirilməsi, varlığı, iştirakı lazım sayılan, arzu edilən, istənilən. Bu gün işdə olmalısan
1. “Bəlkə”, “yoxsa” mənalarında ara söz. Olmaya, sən də bu fikirdəsən. Olmaya, onun da könlündən keçir
zərf 1. Bir işin icrasının qəti surətdə məsləhət görülmədiyini, tövsiyə edilmədiyini, bir işdən saqındırmağı bildirir; məbada
1. İmkan yoxdur, mümkün deyil. Qidasız yaşamaq olmaz. Razı olmamaq olmaz. 2. İcazə yoxdur, qadağandır, yaramaz
sif. 1. Son dərəcə, həddən artıq, ölçüyəgəlməz, görünməmiş. Olmazın əziyyət. Olmazın ziyan. – Qazamat qulluqçuları Həcərə olmazın əziyyətlər verirlər
ara s. Ancaq, ancaq-ancaq, ciddi qiymət verilərsə, ən çoxu. [Firəngiz:] Olsa-olsa [Muxtar] səhv etmişdir, işin mahiyyətini başa düşməmişdir
1. Yaxşı, razıyam, etirazım yoxdur. – Olsun, – deyə direktor gülümsündü. 2. “Ki” bağlayıcısı ilə: olsun ki… – ola bilsin ki…, ola bilər ki…, mümkündür
is. Olmuş əhvalat, keçmiş məsələ, vaqiə, iş, hadisə. Olub-keçənləri yada salmaq. – …Qadirlə əmisi … olub-keçəni daha yaxşı başa düşürlərmiş kimi, gözl
sif. Olmuş, olub-bitmiş, baş vermiş, keçmiş. Olub-keçmiş əhvalat. – [Gülnaz] olub-keçmiş hadisələri xatırlamamaq üçün başqa şey haqqında fikirləşirdi
“Olunmaq”dan f.is
“Olmaq”dan məch. İdarə olunmaq. Azad olunmaq. Təşkil olunmaq. Təklif olunmaq
is. Kürəkayaqlılar fəsiləsindən bədəni və qanadları ağ iri quş
[xüs. is.-dən] Elektrik müqaviməti vahidi
is. Su səpilmiş unun ovuntularından bişirilən duru xəmir xörəyi
is. Onurğasız dəniz heyvanı; onayaqlı xərçəng
is. anat. Qıçın çanaqdan dizə qədər olan hissəsi
[yun. omeqa – böyük o] Yunan əlifbasının son hərfinin adı (Ω)
is. [fr.] Su və ya süddə çalınmış yumurta yeməyi; qayğanağın bir növü
[yun. homo – eyni və onyma – adlı] dilç. Eyni cür səslənən, lakin mənaca fərqlənən sözlərdən hər biri (məs
sif. [yun.] dilç. Omonim olan. Omonimik sözlər
[yun.] dilç. 1. Hər hansı bir dildəki omonimlərin məcmusu. 2. Leksikologiyanın omonimləri öyrənən bölməsi
[yun.] dilç. Mənaca müxtəlif olan sözlərin səslənmə cəhətdən bir-birinə uyğun gəlməsi
say. 1. Doqquzdan sonra gələn ədəd – 10. 2. On birdən on doqquza qədər mürəkkəb sayların birinci tərkib hissəsi
zərf Hər dəfə on dənə, hər adama on dənə, yaxud hər dəstədə on nəfər. On-on sıraya düzülmək
is. dan. Xəzinəsi on patron tutan tüfəng və ya tapança. [Həcər xanım] onaçılan tapança götürər, kişi kimi gəzərdi
is. ədəb. Hər misrası on altı hecadan ibarət olan şeir ölçüsü