AŞMAQ I f. Keçmək; düşmək; çıxmaq. Oradan çıxıb erməni küçələrinə aşdılar (M.F.Axundzadə).
AŞMAQ II f. Düzəlmək; keçmək; təmin olunmaq. A Gülər, rəng gətir, rəngsiz aşmaz işimiz (S.Rəhman).
AŞMAQ III f. Çevrilmək, yıxılmaq. O tərəf-bu tərəfə çox aşdı, ancaq gözlərinə yuxu gəlmədi (S.Rəhimov).