AŞMAQ

f.
1. Bir şeyin üzərindən atılıb keçmək, hündür bir şeyin üstünə çıxıb o biri tərəfinə enmək, düşmək, hoppanmaq.
Qapını daldan bağlayaraq, divardan aşıb getdik. M.S.Ordubadi.
Dərəni aşdım.
Meşənin içərisinə cənuba doğru uzanan daşlı-qayalı bir dağ ətəyi ilə gedirdim. A.Şaiq.
Aşıb şiş dağları, boz səhraları; Gündə bir zəfərlə gedək irəli. S.Vurğun.
Keçərək Mil düzündən, sıra dağları aşdım; Kürün sahillərilə bütün eli dolaşdım. Ə.Cəmil.

2. Keçmək, düşmək, çıxmaq.
[Sultan və Vəli] bir bağdan o birisinə aşırlar. Ə.Sadıq.

// Ötmək, atlamaq, keçmək.
Gecə ortasından aşmışdı və yayın isti xamuşluğunu pozan ancaq minarədən gələn minacat səsi idi. B.Talıblı.

3. Çevrilmək, yıxılmaq. [Göyərçin] o tərəf bu tərəfə çox aşdı.
Ancaq gözlərinə yuxu gəlmədi. S.Rəhimov.
Ortalıqda yanı üstə aşmış bir neçə dolu butulka … vardı. Ə.Əbülhəsən.

4. məc. Təmin olunmaq, düzəlmək, əmələ gəlmək. İşi aşmaq.
– Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun. M.Ə.Sabir.
Güc və zor ilə heç bir iş aşmaz; İş əlində həlim olan çaşmaz. A.Səhhət.
[Məhərrəm:] Bilirsinizmi, nə var? Belə danışıqdan iş aşmaz. N.Vəzirov.
Adamlar işi aşan yerdən dördəlli yapışırlar. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AŞMAQ enmək — düşmək — hoppanmaq
  • AŞMAQ çevrilmək — yıxılmaq
  • AŞMAQ tökülmək
  • AŞMAQ keçmək — düşmək — çıxmaq

Omonimlər

  • AŞMAQ AŞMAQ I f. Keçmək; düşmək; çıxmaq. Oradan çıxıb erməni küçələrinə aşdılar (M.F.Axundzadə). AŞMAQ II f
AŞMA
AŞNA
OBASTAN VİKİ
Aşmaq (Həştrud)
Aşmaq (fars. اشمق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (6 ailə).

Digər lüğətlərdə

допека́ние махина́ция неблагоразу́мный осия́ть портки́ разгово́рный телета́йп несла́бо печу́рка провинциа́льность соотноси́ться стрёмность цветово́д тетроевангелие day-lily depictive divers fall on Manichaeist testimony отрезной переправляться подбодрять пол-литра эксплуатационник