bəxt

is. destin m, destinée f ; sort m ; lot m ; chance f ; ~i olmaq avoir de la chance ; être fortuné, -e ; ~i olmamaq être malheureu//x, -se ; ~i açılmaq devenir vi (ê) heureu//x, -se (chanceu//x, -se, fortuné, -e) ; être bien loti, -e ; Onun ~i açıldı il (elle) est devenu (e) heureux (heureuse)

◊ ~i dönmək (qara gəlmək) ne pas voir le bonheur ; ~indən şikayət etmək plaindre (se) de sa destinée (de son sort) ; ~indən razı olmaq être content, -e de son destin (de son lot) ; ~indən narazı olmaq être mécontent, -e de sa destinée ; ~inə lənət oxumaq maudir sa destinée

bəxşiş
bəxtəbəxt
OBASTAN VİKİ
Bəxt gölü
Bəxt gölü (özb. Baxt, Бахт — «baxt») — Özbəkistanın Daşkənd şəhəri Bəyteymur tümənliyi ərazisinə daxil olan süni göl. Göl Çirçik çayının suları ilə doldurulmuşdur. Göl istirahət zonası rolunu oynayır. Bura park-göl statusu verilmişdir. == Təsviri == Bəxt gölü təqribi olaraq 27 ha ərazini əhatə edir. Göl sanki üçbucaqlı formaya malikdir. Ancaq kənarları düz xətt üzərində yerləşmir. Göl cənub-qərbdən, şimal-şərqə istiqamətlənmiş formaya malikdir. Gölün uzunluğu 900 metr, eni isə 300 metr təşkil edir.
Bəxt üzüyü
Bəxt üzüyü tammetrajlı bədii filmi rejissor Ramiz Əzizbəyli tərəfindən 1991-ci ildə ekranlaşdırılmışdır. "Qara Qayafilm" studiyasında istehsal edilmişdir. Film Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əsas rolları Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyli, Nəsir Sadıqzadə və Rəfael Dadaşov ifa edirlər. 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə Mükafat verilmişdir. == Məzmun == Bu qrotesk film qəhrəmanlardan biri-Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əslində isə burada söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Moşu (Valeh Kərimov) kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa, "xoşbəxtliyə" qafiyə axtarmaqla məşğul olur, öz-özünü və ətrafındakıları aldadırlar. İnsanlar, bir-birinizə laqeyd qalmayın, diqqətli olun. Axı, siz İnsansınız, pul, əşya deyilsiniz, saqqızla aldanmamalısınız.
Bəxt üzüyü 2
== Film haqqında == Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubleyi ilə bağlı "Bəxt üzüyü 2" filmi çəkilib. Filmin çəkilişinə görə Seva rolunun ifaçısı Firəngiz Rəhimbəyli Amerikadan Azərbaycana dəvət olunub. Filmin çəkilişində mümkün qədər ilk "Bəxt üzüyü"ndə oynamış aktyorların iştirakına çalışılıb. Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova bu filmdən çox razı qalıb. Nüşabə xanım deyib ki, "möhtəşəm bir film alınıb. Film yaxın vaxtlarda tamaşaçıların seyrinə veriləcək". "Bəxt üzüyü 2" filminin çəkilişlərini "Planet Parni iz Baku" komandası həyata keçirib. Filmin ssenarisi Tahir və Cabir İmanovlara aiddir. Birinci filmin davamı olan yeni versiyada Moşu Göyəzənlinin oğlanlarından biri Rasim və Seda cütlüyünün qızına aşiq olur. Hadisələr isə bu dəst-xət üzrə davam edir.
Bəxt üzüyü (film, 1991)

Bəxt üzüyü 2 (film, 2017)

Lalə Bəxtiyarova
Bəxtiyarova Lalə Bahadur qızı - == Həyatı == Bəxtiyarova Lalə Bahadur qızı 1984-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Klinik ordinaturadan sonra 1992-ci ildə Əziz Liyev adına Azərbaycan Dövlət Təkmilləşdirmə İnstitutunun nefrologiya kafedrasında assistent kimi fəaliyyətə başlamışdır. 1994-cü ildə “müxtəlif formalı revmatik” mənşəli böyrək zədələnməsinin parsial funksiyalarının öyrənilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2000-ci ildən nefrologiya kafedrasının dosentidir. Nefrologiyanın aktual məsələlərin həsr olunmuş 40-dan çox elmi məqaləsi vardır: böyrək və hamiləlik, diabetik və urat nefropatiya, tez proqressivləşən qlomerulonefrit və s. 2000-ci ildən aprobasion seminarın elmi katibidir. 2006-ci ildən Ə.Əliyev adına AzərbaycanDövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun elmi katibidir.
Lotu Bəxtiyar
Lotu Bəxtiyar (21 mart 1959, Novxanı – 6 aprel 1998, Bakı) — qanuni oğru, kriminal aləmdə Lotu Bəxtiyar, Batya, Bako, Basilava ləqəbləriylə tanınır. == Həyatı == Kərimov Bəxtiyar Ağababa oğlu 1959-cu il martın 21-də Bakı şəhəri Novxanıda anadan olub. 1976-cı il iyul ayının 22-də Xalq məhkəməsinin qərarı ilə 5 il həbs cəzası alıb. Maykopdakı uşaq koloniyasına etap edilib (köçürülüb). Cəzasını tam çəkib qurtarmamış 1977-ci ildə oradakı haqsızlıqlara qarşı mübarizə apardığna görə onun cəza müddətinə 3 il də əlavə olunaraq Rusiyanın Vladimir şəhərindəki "Vladimirski Tsentral" türməsinə (qapalı rejim) etap olunub. 1982-ci ildə "Vladimirski Tsentral" türməsinin lazaretində bütün ittifaq üzrə qanuni oğruların patriarxı sayılan Vasya Brilyant ləqəbli Vasili Babuşkin və digər qanuni oğru Nikolay Yakutenko tərəfindən qanuni oğru adını alıb. 1983-cü ildə azadlığa buraxılıb. İkinci dəfə 1985-ci il iyun ayının 28-də (226.38 maddəsi ilə) 2 il müddətinə həbs olunub.. 1987-ci ildə azadlığa buraxılıb. Üçüncü dəfə 1989-cu ildə (189, 220.38-ci maddələrlə) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Lotu Bəxtiyar Kərimov

Nəcəfqulu xan Bəxtiyari
Nəcəfqulu xan Bəxtiyari (fars. نَجَف‌قُلی خان بَختیاری‎; 1851, Çahar-Mahal və Bəxtiyari ostanı – 1931 və ya 1930, İsfahan) — İranın baş naziri, Səəddövlə, siyasətçi. Nəcəfqulu xan Hüseynqulu xan oğlu 1851-ci ildə İsfahan şəhərində anadan olmuşdu. əslən Bəxtiyari elindəndir. 3 may 1909-cu ildən 16 iyul 1909-cu ilədək birinci dönəm Qacarlar dövlətinin baş naziri olmuşdu.23 dekabr 1912-ci ildən 11 yanvar 1913-cü ilədək ikinci dönəm baş nazir vəzifəsini tutmuşdu. Nəcəfqulu xan Bəxtiyari 1931-ci ildə vəfat edib.
Orxan Bəxtiyarov
Qışlaq-i Bəxtiyar (Biləsuvar)
Qışlaq-i Bəxtiyar (fars. قشلاق بختيار‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır.
Qışlaq-i Bəxtiyar (Sayınqala)
Qışlaq-i Bəxtiyar (fars. ‎قشلاق بختيار‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 420 nəfər yaşayır (90 ailə).
Rəşad Bəxtiyarov
Rəşad Bəxtiyarov (24 dekabr 1978) — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti. Rəşad Bəhram oğlu Bəxtiyarov 25 dekabr 1978-ci ildə Bakıda anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Tələbəlik dövründə Milli Teatrın tamaşalarının kütləvi səhnələrində sözsüz rollar ifa edib. 2001-ci ildən teatrın truppasında fəaliyyət göstəriba. Rəşad Bəxtiyarov Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı rolları oynayıb: Şəmsi bəy ( "Eşq və intiqam" S.S.Axundov ), Müxbir ( "Kəllə" N.Hikmət ), Qəzet satan ( "Hərənin öz payı" X.Qoca ), Kinto,Qarson və Rəssam ( "Brüsseldən məktublar" H.Həsənov ), Silvestr ( "Skapenin kələkləri"J.Molyer ), Bədxəbər ( "Varlı qadın " Ə.Əmirli ), Orxan ( "Afət" H.Cavid ), Ərəb zabiti ( "Dar ağacı" B.Vahabzadə ), Milis ( "Ölüləri qəbristanlıqda basdırın" İ. Şıxlı ), Baloğlan ( "Eloğlu" A.Şaiq ), 1-ci gənc ("Mesenat" Ə.Əmirli ), Abdi ("Qanlı Nigar" S.Şəndil), Andrey ("Keçmişdən gələn zəng", A.Krım), şeypurçu əsgər ("Generalın son əmri", Vaqif Səmədoğlu), Xlopov ("Müfəttiş", Nikolay Qoqol), Toğrul ("Yaşar", Cəfər Cabbarlı). Rəşad Bəxtiyarov "Həqiqət işığında"(Mirzəyev) və "Bəyaz həyat" (Sonanın oğlu) telefilmlərində çəkilib. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Teymur Bəxtiyari
Teymur Bəxtiyari (fars. بختیارتیمور‎, Teymur Baxtiyâr, 1914, İsfahan – 12 avqust 1970, Bağdad) — SAVAK-ın 1-ci direktoru (oktyabr 1957 — iyun 1961) — İran dövlət xadimi, SAVAK şah xidmətinin aşpazı. İran Silahlı Qüvvələrinin General-leytenantı (Sepahbod) Teymur Bəxtiyari 1914-cü ildə İsfahanda, bəxtiyarilər sülaləsinin liderlərindən Sərdar Moazzam Bəxtiyarinin ailəsində anadan olub. Bəxtiyarilər İrandakı şah rejiminin son onilliklərində xüsusi nüfuz qazanmışdılar (bu ailədən Məhəmmədrza Şah Pəhləvinin ikinci həyat yoldaşı - Soray Esfandiyari Bəxtiyar, həmçinin doktor Şapur Bəxtiyar - Şah hökumətinin son baş naziri cıxmışdır). Bəxtiyar Beyrutda bir fransız məktəbini bitirib (1928-1933), Fransada Sen-Sir Hərbi Akademiyasında təhsil alır (1936-cı ilə qədər). Sonra təhsilini Samyur süvarilər məktəbində davam etdirir. 1936-cı ildə gənc Teymur Bəxtiyar artıq quru qoşunlarında 2-ci dərəcəli leytenant rütbəsini almışdı. İrana qayıtdıqdan sonra Bəxtiyar Şahın Daxili İşlər Nazirliyinin idarəsində işləməyə başladı; tezliklə bir vəzifə aldı və baş leytenant oldu. 1946-cı ildə Şah hökümətindən müvafiq əmr aldıqdan sonra Xəmsə bölgəsinin sakitləşdirilməsində iştirak etdi. Xəmsədaki köçəri tayfaların silahlı müqavimətini yatıraraq hökumət onu Zahidana (İran şəhəri, Sistan və Bəlucistan bölgəsinin inzibati mərkəzi) göndərdi.
Zümrüd Bəxtiyar
Zümrüd Bəxtiyar qızı Qasımova (23 mart 1982, Qusar) — Azərbaycanın tanınmış teatr və kino aktrisası,aparıcı.Azərbaycan Dövlət Yuğ Teatrının aktrisası. Zümrüd Bəxtiyar qızı Qasımova 23 mart 1982-ci ildə Qusar rayonunda anadan olub. Orta təhsilini 1989-1999-cu illərdə 24 nömrəli məktəbdə aldıqdan sonra, 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "teatr və kino aktyoru" fakültəsində oxuyub. 2001-ci ildən "Yuğ" Dövlət Teatrında aktrisa kimi çalışır. Zümrüd Qasımova teatr və kino sahəsi ilə yanaşı 2003-cü ildən bu günə kimi Telekanalarda və radioda mütəmadi olaraq verlişlərə aparıcılıq edir.2018-ci il Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin “Fəxri Mədəniyyət işçisi” döş nişanına layiq görülüb. Zümrüd Qasımova fəaliyyəti dövründə Misir Ərəb Respublikasının paytaxtı Qahirə,Türkiyə Respublikası Mersin və Konya,Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərlərində keçirilən teatr festivallarında iştirak edib.2008-ci ilə qədər 50-dən çox məqaləsi müxtəlif yerlərdə çap olunub. Bir sıra jurnallarda haqqında məlumatlar dərc olunub.Kinoda ən böyük işi Şamil Nəcəfzadənin "Qala" filmi olmuşdur. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. ANS TV Televiziya Şirkəti "Gecə yarı"(2007), "Krossvord" (2007) "Qoy oturmuşuq" (2008) "Çatlama"(2008) "İkinci həyat" (2012) "Kanal–S" Televiziya Şirkəti(Şəki)(2013) "Gəlin, danışaq"(2013) "El tv" Televiziya Şirkəti(Yevlax) (2014) "Elin adamı" ARB Televiziya Şirkəti (2016) "Gəlin danışaq" Space TV Televiziya Şirkəti (2017) "Suat və Zümrüd şou" Antenn Radio 101 FM "Avto Club" radio verliş Xəzər TV "Donə bilsəm" (2020-2021) Labirint (film, 2003) Məkanın melodiyası (film, 2004) Ərazi (film, 2005) - pozğun qadın Gecə yarı (veriliş, 2007) - aparıcı Qızlar (film, 2007) - Sevda Qala (film, 2008) Seçilən (film, 2008) Tək olanda qorxma...
Çahar-Mahal və Bəxtiyari ostanı
Çahar-Mahal və Bəxtiyari ostanı — İranın cənub-qərbində ostan. Mərkəzi Şəhrikürd şəhəridir . Ostanın ərazisi 16.201 km² — dir . 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 857.910 nəfər əhali yaşayır .
İradə Bəxtiyeva
Bəxtiyeva İradə Ağaməlik qızı (d.1960) — Azərb. SSR Ali Sovetinin (11-ci çağırış) deputatı 1978-ci ildən əmək fəaliyyətinə Bakı Uşaq Paltarları Tikiş İstehsal Birliyində başlamışdır. Azərb. SSR Ali Sovetinin (11-ci çağırış) deputatı, Ali Sovetin Xalq istehlakı malları və əhaliyə xidmət komissiyasının üzvü olmuşdur.
İxtiyar Bəxtiyarlı
İxtiyar Bəxtiyarlı — kimyaçı, kimya elmləri doktoru, professor. İxtiyar Bəhram oğlu Bəxtiyarlı 17 iyun 1949-cu ildə Ağdamda anadan olmuşdur. O, 1966-cı ildə Ağdam 5 saylı orta məktəbi, 1972-ci ildə Azərbaycan Pedaqoji Universitetinin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti)Kimya fakültəsini bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra İxtiyar Bəxtiyarlı üç il Cəlilabad rayonunun Allar kənd orta məktəbində ixtisası üzrə müəllim işləmişdir. İxtiyar Bəxtiyarlı 1975-ci ildə Azərbaycan EA Qeyri-üzvi və fiziki-kimya İnstitutunda aspiranturanın əyani şöbəsinə daxil olmuş­dur. O, 2303.01 - Qeyri-üzvi kimya ixtisası üzrə 1980-cı ildə “Nadir torpaq elementlərinin oksitio­qallatlarının və -indatlarının sintezi və fiziki-kim­yəvi tədqiqi” mövzusunda namizədlik, 1995-ci ildə isə “Lantano­idlərin mü­rəkkəb oksi­sulfidlərinin əmələ gəl­məsinin və faza çevrilmələrinin qu­ru­luş-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Aspirantura müddəti qurtardıqdan sonra İ.Bəxtiyarlı fasiləsiz olaraq həmin institutda işləmiş və kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır. 1988-ci ildə İ.Bəxtiyarlı “Qeyri-üzvi kimya” ixtisası üzrə “Böyük el­mi işçi” attestatına və “Respublika Xalq Maarifi əlaçısı” adına layiq gö­rül­müşdür. 1999-cu ildə İ.Bəxtiyarlı Beynəlxalq Bioqrafiya Mərkəzi (Kembric, İn­gil­tərə) tərə­findən “XX əsrin görkəmli adamı” seçilmiş, eyni zamanda elmə ver­diyi töhfələrə gö­rə “Görkəmli Nailiyyət” diplomu və medalı ilə təltif olun­muş­dur. Mərkəz tərəfindən onun bioqrafiyası bir neçə ensik­lo­pedik nəşrdə (Dic­tionary of İnternational Biography-DİB-Twenty seventh editions – Cam­b­ridge, England-1999; Outstanding people of the 20th Century-First edition - Cambridge, England-1999 və s.) çap olunaraq dünyanın qabaqcıl ölkələrinə göndərilmişdir.
İxtiyar Bəxtiyarov

Şəhid Həşimov Bəxtiyar Əjdər oğlu
Əbülfəth xan Bəxtiyari
Əbülfəth xan Bəxtiyari (fars. ابوالفتح خان بختیاری‎‎) — Həft Ləng budağının Bəxtiyari elinin xanı idi. Əfşarlarlar dövründə İsfahan hakimi olan Əbülfəth xan, Nadir şah Əfşarın (1736-1747) vəfatından (1747) sonraki varislər Adil Şah, İbrahim Şah və Şahrux Şah, Əbülfəthin İsfahan şəhərin qubernatorluğu davam etməsini qəbul etdilər. Müttəfiq olan Kərim xan Zənd və Çahar Ləng komanderi Əlimərdan xan Bəxtiyari 1750-ci ilin mayında İsfahanın mühasirə etilər. Əli Mərdanın yaxcı bir təkliflərindən sonra Əbülfəth xan şəhərin qapılarını açıb Kərim xan və Əlimərdan xan ilə ittifaq qurmağı qəbul etdi. Əbülfəth xan Əlimərdan xan və Kərim xan birlikdə Səfəvi sülaləsinin hakimiyətini bərpa etmək üçün 17 yaşındaki Səfəvi şahzadəsi Əbu Turabini nayib olaraq, 29 iyunda şah elan etdilər və ona III İsmayıl adını verdilər. Sonra Əlimərdan xan Vəkil-ü-dövlət ünvanı aldı. Əlimərdan xan hökumət idarəçiliyin başçısı olaraq, Əbülfəth xanı İsfahanın hakimi vəzifəsini və Kərim xana da ordunun sərdarı təyin edildi və ona bölgə xanlıqları fəth etmək vəzifəsi verildi. Ancaq bir neçə ay sonra Kərim xan Kürdüstan bölgəsində bir döyüşdəykən iddialı Əlimərdan xan Əbülfəth xanı öldürdü.
Əlimərdan xan Bəxtiyari
Əlimərdan xan Bəxtiyari (1685, Çahar-Mahal və Bəxtiyari ostanı – 1754, Əfşarlar imperiyası) — Bəxtiyari elinin Çaharləng oymağının başçısı. Beləliklə, Nadir şah Əfşarın vəfatından sonra bu qüvvələr arasında İranın faktiki olaraq hər yerində hakimiyyət uğrunda mübarizə genişlənmişdi. Belə ki, bu qüvvələr bir-birlərinə qarşı mübarizə aparırdılar, həm də bu mübarizə də özünə müqabil qruplaşmalarda da birləşirdilər. Bu onların həmin mübarizədə təkcə hərbi vasitələrdən deyil, həmçinin siyasi vasitələrdən də istifadə etmələrinin məqsədəuyğunluğunu əsaslandırırdı. Belə bir vəziyyətdə Mərkəzi İranda bəxtiyar tayfası olan Çaharləngin başçısı Əlimərdan xan da mərkəzi hakimiyyətin olmamasından istifadə edərək, bəxtiyarilərin hakimiyyət uğrunda mübarizəsinə başçılıq etdi. Bu mübarizədə onların başlıca rəqibi o qədər də güclü olmayan zənd tayfası idi. Tərəflər arasındakı toqquşmada bəxtiyarilər məğlub oldu. Bəxtiyariyə qaçan Əlimərdan xan burada əsas rəqibi olan Kərim xan Zəndlə hərbi ittifaq bağladı. O ilk öncə Gülpayigan və Xansar şəhərlərini ələ keçirdi və 1750-ci ilin mayında Əlimərdan xan İsfahanın qapılarına vardı. İsfahan valisi Əbülfəth xan Bəxtiyari və şəhərin böyükləri qalanı qorumaq üçün toplaşdılar, lakin Əlimərdanın təkliflərindən sonra onlarla əməkdaşlıq etməyə razı oldular və İsfahan qapılarını Əlimərdan xan ordusuna açdılar.
Bəxtiyar Muradov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Bəxtiyar Nəbiyev (general-mayor)
Bəxtiyar Nəbiyev (rus. Набиев, Бахтияр Кара оглы; 22 avqust 1965, Əxşam, Yevlax rayonu) — Rusiya Silahlı Qüvvələrinin əslən azərbaycanlı general-mayoru. == Fəaliyyəti == General Nəbiyev 2007–2011-ci illərdə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında Qərargah rəisi, Şimali Qafqaz Hərbi Dairəsinin Mühəndis Qoşunları rəisinin birinci müavini vəzifəsini daşıyıb. O, 2011–2014-cü illərdə Cənub Hərbi Dairəsinin Baş Qərargah rəisinin müavini işləyib. 2014-cü ilin iyulundan 2015-ci ilin dekabrına kimi — Cənub Hərbi Dairəsinin XII Ehtiyat Komandanlığının komandiri olub. Hərbi xadim, 2018-ci ildən Qərb Hərbi Dairəsinin mühəndis qoşunlarının rəisi vəzifəsində çalışır. == Həyatı == 22 avqust 1965-ci ildə Azərbaycan SSR , Yevlax rayonunun Axşam kəndində anadan olub . 1984-cü ildən hərbi xidmətdədir. 1988-ci ildə Mühəndis Qoşunlarının Marşalı V.K.Xarçenko adına Kamenets-Podolsk Ali Hərbi Mühəndis Komandanlıq Məktəbini bitirib . 1988-1994-cü illərdə Mühəndis Qoşunlarında müxtəlif vəzifələrdə xidmət edib.
Şapur Bəxtiyar
Şapur Bəxtiyar (fars. شاپور بختیار‎) - Məhəmməd Rza Pəhləvi dövründə İranın sonuncu Baş Naziri vəzifəsində çalışmış iranlı siyasi xadim. 1991-ci ilin 6 avqust tarixində Fransanın paytaxtı Paris şəhərindəki O-dö-Sen departamentinin kommunası olan Sürendə bıçaqlanaraq qətlə yetirilmişdir. Parisin Monparnas səmtində yerləşən Monparnas qəbiristanlığında dəfn edilmişdir. O bütün ömrünü demokrat və şah mütləqiyyətinin əleyhdarı kimi yaşamışdır. Bununla belə, tarixə Pəhləvi rejiminin son Baş naziri kimi düşmüşdür. İranda dinin dövlətdən ayrı olduğu sekulyar dövlətin saxlanılması tərəfdarı olan Şapur Bəxtiyar bu fikirlərinə görə dövrünün bir çox siyasi xadimin tərəfindən tənqid edilmişdir. Şapur Bəxtiyar 1914-cü il 26 iyun tarixində İranın mərkəzində yerləşən Şəhrikürd şəhərində anadan olub. Soyadından bəlli olduğu kimi, ailəsi Bəxtiyari tayfasına məxsus idi. Onun ana tərəfdən babası 1912-ci və 1918-ci illərdə Qacar dövləti dövründə Baş nazir postunu tutmuşdu.
Bəxtiyar Cəfərov (əsgər, 1966)
== Siyahı ==

Digər lüğətlərdə