Ya Qarabağ, ya ölüm (film, 2013)
Ya Qarabağ, Ya Ölüm — 2013-cü ildə çəkilən Azərbaycan sənədli filmi.
== Məzmun ==
Filmdə yaradıcı heyət Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın bu gün düşmən tapdağında olduğunu hər kadrda donə-donə xatırlamağa, unutmamağa səsləyir.
== Haqqında ==
Çəkilişlər Xocavənd rayonunun Nərgiztəpə ərazisində, Bakı, Şamaxı və İsmayıllı rayonlarında aparılıb.
Film Xocavənd Rayon İcra Hakimiyyətinin sifarişi və təşəbbüsü ilə çəkilib.
Filmin ideya müəllifi yaşadığı həyatda Qarabağ faciəsinin acısını təmamilə dadmış, vətən uçün qardaşları ilə birgə vuruşmuş Xocavənd RİH-nin başçısı Eyvaz Huseynovdur. Filmin iştirakçıları da bu gün türk dunyasının qəbul etdiyi, tanıdığı insanlardır: yazıçı-publisist, sənətçi Ahmet Şafak, xalq artisti Mənsum İbrahimov, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi, vətənpərvərlik mahnılarının gözəl ifaçısı Şəmistan Əlizamanlı, Muğam Müsabiqəsinin iştirakçısı Səadət Cavadova. Çağdaş ədəbiyyatımızda öz imzası və istedadı ilə seçilən, Vətən, Yurd, Qarabağ mövzusunda əsərlərin müəllifi Sona Vəliyevanın filmdə səslənən şeirləri bizi düşmən tapdağında qalan torpaqlarımıza səsləyir…
== Təqdimatı ==
10 iyun 2013-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü və sifarişi ilə çəkilmiş "Ya Qarabağ, Ya Ölüm" filminin Beynəlxalq Mətbuat Mərkəzində təqdimat mərasimi keçirilmişdir.