BAŞ

is.
1. İnsan bədəninin kəllə və sifətdən ibarət olan yuxarı hissəsi. İri baş. Onun başı ilə bədəni arasında tənasüb yoxdur. – Baş bədənin tacıdır, gözlər onun daş-qaşı. ( Ata. sözü ).
// Heyvan bədəninin beyin olan yuxarı və ya ön hissəsi.
Toğlular başlarını qaldırıb, Quluya baxdılar və yenə də mərzdəki xırda göy otu yeməyə başladılar. M.İbrahimov.

□ Başı axmaq (dolanmaq) – başı gicəllənmək, başı hərlənmək.
Başı çatlamaq – başı bərk ağrımaq.
Başına vurmaq məc. – beyinə təsir etmək. Spirt başına vurdu.
Başını çevirmək – baxmamaq, görməmək üçün üzünü döndərmək.
// Başın beyin və saç olan yuxarı hissəsi; kəllə, qafa. Başına vurmaq. Daz baş. Başında bir dənə ağ tük yoxdur. Başına papaq qoymaq.
– Başımdan ağrı qopur, gözlərimə qaranlıq çökür. Mir Cəlal.

Başını sığallamaq məc. – mehribanlıqla, nəvazişlə başına əl çəkmək.
2. məc. Zehin, şüur. Başımda hər şey qarışdı. Belə bir şey heç başımda yox idi. Başıma yaxşı bir fikir gəldi.
// məc. dan. Ağıl, zəka mənasında. Kişidə baş var.
3. Bir şeyin ən yuxarı hissəsi, təpəsi, zirvəsi, üstü. Qüllənin başı. Ağacın başına çıxmaq.
– Tərlan kimi gözlərini zillədi; Dağ başından evin səmtin bəllədi. A.Səhhət.
Dağların başında bulud qaynaşmağına baxmayaraq, hava isti idi. Çəmənzəminli.
Ağacların başını axtardıq, zirzəmilərə adam saldıq. Mir Cəlal.

4. Bir şeyin qalın, çıxıq, yumru ucu, təpəsi. Vintin başı. Mıxın başı.
// Yumru şəkildə olan hər şey. Bir baş soğan (kələm).
5. Kənar, qıraq, yan.
[Əbülhəsən bəy:] Nə isə şam süfrəsinin başına keçdim. M.S.Ordubadi.
Yuxuda görürəm ki, sərin bir bulaq başındayam. M.Hüseyn.
Əkbər kişi kəhriz başında oturub sərinləyirdi. Mir Cəlal.

6. Bir şeyin başlandığı yer, başlanğıc. Çayın başı. Arxın başı. Kanalın başı. Yolun başı. Tarlanın başı.
[Cahangir:] …Gedib suyun başını pambığa sarı çevirsinlər. Ə.Haqverdiyev.
Birdən tingə başından qəfildən bir dəstə qız onun qarşısına çıxdı. Ə.Məmmədxanlı.

// Müəyyən bir müddətin, hərəkət və ya hadisənin başlanğıcı, əvvəli, ibtidası. İlin başı. Ayın başı. Gələn ayın başında burada olaram.
[Hacı Kərim:] Gərəkdir ki, gələn həftənin başında pullar hazır ola, yola düşək. M.F.Axundzadə.
Yaz başı dolu yağardı. Mir Cəlal.

7. Uzunluğu olan bir şeyin son nöqtəsi, ucu, qurtaracağı, kənarı, son hissəsi. Xalçanın başı. Şalbanın başı çürümüşdür. Ağacın o biri başından tut.
– Məhsəti xanımı istiqbal edən dəstələrin bir başı İsfahan kəndində, o biri başı isə … Xanəgah kəndində dayanmışdı. M.S.Ordubadi.

8. Bir şeyin ön tərəfi, qabaq tərəfi, qarşıda olan kənarı, yaxud əsas hissəsi. Gəminin başı. Taxtanın başı hansıdır?
9. Yuxarı tərəf, hörmətli yer. Məclisin başı.
□ Başa keçirmək – məclisin yuxarısına keçirmək, birinci yerə keçirmək, ən hörmətli yerdə, başda oturtmaq, hörmətini qaldırmaq.
Başa keçmək – məclisin yuxarısına keçmək, ən hörmətli yeri tutmaq, başda oturmaq.
Aşağı baş – məclisin ikinci dərəcəli yeri tərəfi.
Yuxarı baş – məclisin ən hörmətli yeri, tərəfi.
Vaqiflə Mirzə Əliməmməd xalqa təzim edə-edə yuxarı başa keçib, göstərilən yerdə əyləşdilər. Çəmənzəminli.
Bütün ailə onun [Nazilə xanımın] ayağına qalxdı, yuxarı başa keçirdilər. Mir Cəlal.

10. Heyvanları saymaq üçün hesab vahidi. Beş baş inək. On baş qoyun. Kolxozun yüz baş qaramalı var.
– Əgər qatıra minə bilsəydi, düzü, anamın qəbri haqqı, ona [Bəxtiyə] dörd baş düyə verəcəkdim. S.Rəhimov.

11. Ailə üzvü, nəfər, adam mənasında. Beş baş ailəm var.
[Qulam dayı:] Özümdən başqa altı başdır. M.Hüseyn.
[Rəis:] Üç baş olana iki otaq! Beş başdan yuxarı üç otaq. Mir Cəlal.

12. sif. Vəzifəcə böyük olan; başçı, rəhbər, birinci, böyük. Baş mühəndis. Baş mühasib. Baş katib. Baş dirijor.
– Baş həkim xəstənin bu sözlərindən daha da həyəcanlandı. M.S.Ordubadi.
Muradxan fermanın baş çobanı idi. İ.Əfəndiyev.

□ Baş olmaq – bir işdə birinci olmaq, başçı olmaq.
Başda olmaq1) bax baş olmaq;
2) məc. əsas yeri tutmaq, birinci olmaq. Orucluq ayının özünə məxsus süfrəsi vardı. Firni, tərək, bal halvası … və sairə.
Bozbaşla plov da başda olardı. H.Sarabski.

13. sif. Başqalarına nisbətən daha mühüm, ən əsas, ən böyük, başlıca. Şəhərin baş küçələri. Ölkənin baş şəhəri. Baş məsələ. İdarələr şəhərin baş binalarında yerləşmişdir.
– Nümayişçilər şəhərin baş küçəsinə doğru ağır-ağır irəliləyirdi. A.Şaiq.

// Ali, ən yüksək. Baş idarələr. Baş məclis. Baş Mətbuat Müdirliyi. Baş komandanlıq.
– Əsgərin qəlbindən qopdu bu cavab; Dedi: “Kremldir bizim baş ştab”. S.Rüstəm.

14. sif. dan. Əla, ən yüksək, ən yaxşı, ən seçmə.
Baş mal. – Nənəqız oxumamış olsa da, bilirdi ki, təhsil işində beş ən baş qiymətdir. S.Rəhimov.

15. Sözün əvvəlinə rəqəm gətirməklə işlənir – dəfə, kərə mənasında.
[Öküzlər] bir baş da gedib qayıtdılar. S.Rəhimov.
[Mirzə Hüseyn] çox əsəbi idi, otağı bir-iki baş dolanıb, sonra Əsgərə lap yaxın oturdu. S.Rəhman.

// İki nöqtə arasında məsafə, yol. Hər iki başı piyada getdik. Biletin bir başı neçəyədir?
16. dan. Əsas, kök, səbəb, səbəbkar. Bütün işlərin başı odur.
– Əgərçi qaşlarındır fitnə başı: Hərami gözlərin əyyarə bənzər. Nəsimi.
Arvadın işini Allah da bilməz.
Genə işlərin başı sənsən. N.Vəzirov.

17. köhn. Keçmişdə kəndlərdə işlənən şərti su ölçüsü vahidi.
[Tubu:] …Getdin ağadan üç günlüyə yarım baş su istədin, onu sənə pulsuz vermədi? Ə.Haqverdiyev.

◊ Baş açıb ağlamaq köhn. – qarğış etmək, nifrin etmək.
Baş açmaq1) başa düşmək, anlamaq, düşünmək.
Vallah, mən sənin sözlərindən baş açmıram. C.Məmmədquluzadə.
Biz də … bisavad adamıq, kitabdan nə baş açacaq idik. Ə.Haqverdiyev.
…Vəli yeni hadisələrdən baş açmırdı. Mir Cəlal;
2) sünbül açmaq, sünbüllənmək. Taxıllar baş açdı;
3) oxşamaq, ölü üstündə ağlamaq.
Baş açmamaq – başa düşməmək, anlamamaq, qana bilməmək.
Vallah, xeyir ola, baş açmıram, toydur, ehsandır, nədir? S.Rəhimov.
Naçalnik bu işdən bir o qədər baş açmadı. M.Hüseyn.

Baş ağartmaq məc. – bir işdə çox çalışıb təcrübə qazanmaq. Mən bu işdə baş ağartmışam.
Baş ağrıtmaq – zəhmət vermək, əziyyət vermək, incitmək, vaxtını almaq, mane olmaq.
[Cahan:] Boş yerə başını ağrıdıb, mənim də vaxtımı əlimdən alma!… Ə.Haqverdiyev.

Baş alıb getmək (qaçmaq) – bax baş almaq 2-ci mənada.
Gecə-gündüz gözüm, könlüm; Qan-yaş tökər yar əlindən; Baş alıb gedim nə yana; Bu iki xunxar əlindən. Q.Zakir.

Baş alıb gəlmək – axışıb gəlmək. Qoyunquzunun mələşməsi, atların kişnəməsi, uşaqların ağlaşması bir-birinə qarışmışdı.
El baş alıb gəlirdi. Çəmənzəminli.

Baş almaq1) uzun-uzadı danışmaq, uzunçuluq eləmək;
2) qarşısına gələn istiqamətə doğru getmək, baş götürüb getmək, qaçmaq.
Ağa evdən baş alıb, dincəlmək üçün şəhərə yola düşdü. S.Rəhimov.

Baş aparmaq1) üz tutmaq, yönəlmək, getmək, əl atmaq, məşğul olmaq.
Baş aparıb hər biri bir sənətə! M.Ə.Sabir.
O öz dəstəsi ilə bacardığı hər bir işə baş aparmaq imkanı verirdi. Ə.Əbülhəsən;

2) zəhlə tökmək, lovğalovğa danışmaq, artıq-əskik danışmaq, danışığını bilməmək.
Az danış, başımı aparma, kişi, sən sərsərisən. M.P.Vaqif.
Baş aparma, Fərhad, adam kimi danış. N.Vəzirov.
[Mehtər] xülasə çox baş apardı. Ə.Haqverdiyev;

3) qaçmaq, tabe olmamaq, baş götürüb qaçmaq. Bu atın bir eybi var ki, baş aparıb gedir.
– Baş aparan “atları” səyirdərək dördnala; Qaçışır, gülüşürlər hey şeypur çala-çala. Ə.Cəmil;

4) dəng etmək, beyninə təsir etmək, üzmək. Zurnanın səsi başımızı apardı.
Baş atmaq1) sözünün dal-qabağını gözləməmək, yekə danışmaq, həddini keçmək;
2) nişanəni vurmamaq, onu yuxarısından vurmaq, düz vurmamaq (hədəfi). Tüfəng baş atır.
Baş bağlamaq1) dən əmələ gəlmək (bitkilərdə). Günəbaxan hələ baş bağlamamışdır;
2) məc. bağlanmaq, məhəbbət yetirmək, uymaq. Oğlan qıza baş bağladı.
Baş çapmaq – bax baş vurmaq 8-ci mənada.
Baş çəkmək – hal soruşmaq, birinin halını bilmək üçün onun yanına getmək; dəymək, yoxlamaq, yoluxmaq. Xəstəyə baş çəkmək.
– Bir baş çəkin dərdməndin halinə; Ərzə yazsın, qələm alsın əlinə. M.V.Vidadi.
Rəsul durub ayağa əl-üzünü yuyub dedi: gedim bir qonaqlara baş çəkim. Aşıq Qərib”.
[Xan:] Ələkbərə yazmışam ki, arabanı sazlasın; hazır olan kimi … kəndə baş çəkəcəyəm. C.Məmmədquluzadə.

Baş çıxarmaq1) anlamaq, başa düşmək, qanmaq. Mən sənin işindən heç baş çıxara bilmirəm.
[Məhərrəm:] Məgər sənin işindən mən baş çıxardıram? N.Vəzirov;

2) bax baş açmaq 2-ci mənada.
Baş çıxarmış şükufələr seyr edər; Yaşılına, o alına, sevdiyim. M.V.Vidadi.

Baş dolandırmaq1) birtəhər keçinmək, yaşamaq, güzəran etmək;
2) ciddi bir iş ilə məşğul olmayaraq, vaxtını boş keçirmək, orada-burada yubanmaq. Gəl işini gör, baş dolandırma.
Baş eləmək – yetişmək, ağarışmaq, irinləmək (çiban, yara haqqında).
Baş endirmək – təzim etmək, baş əyib salam vermək.
Xanı görcək yazıq baş endirdi; Gör onu xan nə gunə dindirdi. S.Ə.Şirvani.
Tülkü görcək yavaş-yavaş gəldi; Endirib baş ədəblə çömbəldi. M.Ə.Sabir.
Xidmətçi daxil olub baş endirdi. M.S.Ordubadi.

Baş əymək1) ehtiram etmək, təzim etmək, salam vermək.
[Şahmar bəy:] Səfdərqulu, atan otağa daxil olanda, ya ki küçədə rast gələndə lazım bilirsən ayağa durub baş əymək, yoxsa lazım bilmirsən? N.Vəzirov.
…Oturanlar hamısı baş əyib, dilucu salam verdilər. Mir Cəlal;
2) tabe olmaq, itaət etmək, alçalmaq.
Arvadının mərdliyini görən kişi ömründə düşmənə baş əyməz. M.Hüseyn.

Baş gəzdirmək – bax baş dolandırmaq.
Baş girləmək – bax baş dolandırmaq.
Baş göstərmək – zahir olmaq, meydana çıxmaq, görünmək.
Baş götürüb qaçmaq (getmək) – bax baş alıb getmək.
[Salman bəy:] Bu ev cin, şeytan ocağıdı(r), baş götürüb gedənin canı qurtarı(r). N.Vəzirov.
[Şair] baş götürüb getdiyi uzaqlardan geri qayıtdı. Ə.Məmmədxanlı.

Baş işlətmək – fikirləşmək.
Baş kəsmək məc. – çox baha satmaq, insafsızlıq eləmək.
Baş qaçırmaq – boyun qaçırmaq, boynuna götürməmək, yaxa qurtarmaq, bəhanə gətirmək. Vədəsindən baş qaçırmaq. İşdən baş qaçırmaq.
[Namaz:] Xeyr, qoy görüm, Vəli, ayıb deyil baş qaçırırsan? M.F.Axundzadə.

Baş qaldırmaq1) üsyan etmək, qiyam etmək; qalxışmaq, hərəkətə gəlmək, dirçəlmək.
[İngiltərə və çar hökuməti] hər nə cür olur olsun, İranda baş qaldıran inqilab hərəkatını boğmalı idilər. M.S.Ordubadi;

// üzə durmaq, itaətsizlik göstərmək, tabe olmamaq;
2) bitmək, cücərmək, başları görünmək.
Buludlar parçalanır, torpaq buğlanır, otlar baş qaldırır, quşlar civildəşməyə başlayırdı. M.İbrahimov;

3) oyanmaq, özünü hiss etdirmək.
Ürəyində anlaşılmaz bir əndişə baş qaldırdı. M.İbrahimov.

Baş qarışdırmaq – bax başını qarışdırmaq.
Baş qarışmaq – iş çox olmaq, vaxt olmamaq.
Burada yenə Mişa qayğıkeşlik göstərdi: – Çıxart çörək yeyək! – dedi,– sonra baş qarışar. Ə.Əbülhəsən.
Baş qatmaq bax baş qoşmaq 2-ci mənada.
Baş qaşımağa vaxtı olmamaq – işi həddindən artıq olmaq, qətiyyən boş vaxtı olmamaq. İşim çoxdur, baş qaşımağa vaxtım yoxdur. Baş qırxmaq ( məc. ) – fırıldaq işlətmək, aldatmaq, tovlayıb almaq.
Dağılıb çöllərə açdı hərə bir növ kələk; Qırxdı xalqın başını hər biri misli-dəllək. S.Ə.Şirvani.

Baş qoşmaq1) fikir vermək, əhəmiyyət vermək, maraqlanmaq.
[Səlim] bir daha qocaya baş qoşmayıb, oxuduğu romanı vərəqlədi… M.Hüseyn.
A kişi, … buna baş qoşma, ağzına ağız verib özündən çıxarma. S.Rəhimov;

2) məşğul olmaq, bir işə girişmək, özünü soxmaq, müdaxilə etmək, qarışmaq. Katib tənglənib çıxardı, baş qoşmazdı. Mir Cəlal;
3) sataşmaq, öcəşmək. Uşaqlar, qoy getsin, baş qoşmayın. Ona baş qoşma, görürsən ki, anlamır.
Baş qoymaq – canını fəda etmək, canından keçmək. Vətən yolunda baş qoymaq.
Baş məqalə – qəzetdə, jurnalda ən birinci yerdə çap olunan əsas redaksiya məqaləsi.
Arsen qəzetin baş məqaləsində kəndə dair nə yazsaydı, Məşədibəylə bir yerdə müzakirə edərdi. M.Hüseyn.

Baş salamatlığı1) bax başsağlığı;
2) dinclik, rahatlıq, salamatlıq, xətərsizlik.
Baş sındırmaq – çətin bir məsələnin üzərində çox düşünmək, çox fikirləşib həll etməyə çalışmaq.
Professor Belokurov beş ildir bunun üstündə baş sındırır, heç bir yana çıxa bilmir. C.Cabbarlı.
Hər daşın oxunması üzərində baş sındırmalara nə ehtiyac vardı? Mir Cəlal.

Baş soxmaq – girmək, soxulmaq.
Baş tapmaq – anlamaq, qanmaq, başa düşmək, dərk etmək. Onun işindən baş tapmaq olmur.
[Süsən:] Hə, bağışlayınız, baş tapmadım. M.S.Ordubadi.
Mirzə Kamal bəy başını qaşıyıb: – Mən baş tapmadım! – dedi. S.Rəhimov.

Baş təpmək – bax baş soxmaq.
[Əhməd:] Bir xaraba qalmayıb ki, mən ora baş təpməyəm. N.Vəzirov.
Bir az fikirləşdim; gözlərimi dörd tərəfə gəzdirdim: dərədə yatmışdım, bircə lağımdan başqa baş təpəcək yer yox idi. Çəmənzəminli.

Baş tutmaq1) əmələ gəlmək, hasil olmaq, nəticə vermək.
[Ağa Mərdan:] Əgər bu iş mən deyən kimi baş tutsa, Təbrizdə mənim şöhrətim ərşi-fələkə çıxacaq! M.F.Axundzadə.
Ancaq üç nəfər adam gəlmişdi.
İclas baş tutmadı. Mir Cəlal.
[Xəlil:] [Şahmar], görünür sövdən baş tutmayıb.
Çox pərtsən, aşna. M.Hüseyn;

2) dən bağlamaq. Bu taxıl hələ baş tutmayıbdır;
3) taxılı xəlbirləyib zibilini təmizləmək. Taxılı baş tutub, anbara yığdılar;
4) bir şeyin oğurluq olduğunu meydana çıxarmaq, oğurluq malı tutmaq.
Baş tutmamaq – əmələ gəlməmək, hasil olmamaq, müvəffəqiyyətsizliyə uğramaq, nəticə verməmək.
Kələyin baş tutmamasından şad və xürrəm halda Mahmud bayıra çıxıb arvadının, çarşabı qoltuğuna vurub, yeznəsi ilə getməsini müşahidə edir. B.Talıblı.

Baş üstə! – hazıram, yaxşı, razıyam mənasında işlənən ifadə.
[Əhməd:] Baş üstə, Cahangir bəy, al bu pulları hər nədir… N.Vəzirov.

Dedim: – Baş üstə.
Və həkim soruşsa ki, niyə mənim davamı içmədin, mən ona nə cavab verim? C.Məmmədquluzadə.
[Tələbə:] Baş üstə, müəllim, sabah birgünlük xatiratımı yazıb gətirəcəyəm. Qantəmir.

Baş vermək1) əmələ gəlmək, meydana gəlmək, vaqe olmaq, sadir olmaq, ortaya çıxmaq, olmaq. Hadisə baş verdi.
– Baş verir səndən öylə bir hərəkət; Ki, bütün xalq edir həmən nifrət. H.Cavid.
[Ağa Həsən:] Xanım, niyə məni bəndəliyə qəbul etmirsən, məndən nə xata baş veribdir? M.F.Axundzadə.
[Konsul:] Son günlər bu cürə hadisələr çox tez-tez baş verir. M.S.Ordubadi;

2) başlamaq. Bulud zahir olunca, yağış baş verdi. Birdən külək baş verdi;
3) cücərmək, bitmək, başı görünmək.
Əcəl macal verə, gün gəlib ötə; Baş verib bənövşə, yasəmən bitə. Aşıq İsmayıl.
Lalələr kim baş verib xaki-məzarımdan çıxar; Firqətindən çəkdi kim, sinəmdə həsrət dağıdır. S.Ə.Şirvani.

Baş vurmaq1) güllə atdıqda hədəfdən yuxarıya vurmaq. Tüfəng baş vurur;
2) mübaliğə etmək, yekəyekə danışmaq, lovğalanmaq;
3) bax baş çəkmək.
[Pası] Cəbini yəhərli atının qucağına alaraq, kənddə evlərinə baş vurmağa gəlmişdi. S.Rəhimov.
Nuruoğlu səhər tezdən işə gedərkən dəftərxanaya baş vurub, hesabdarı yanına çağırtdırdı. M.Hüseyn;

4) suya batıb çıxmaq, dalmaq. Üzgüçü baş vurub, sudan üzüyü çıxartdı.
– Şöhrətimiz bu ellərə yayılsın; Ey baş vurub göldə çimən durnalar. S.Rüstəm.
Gen qoynunda Xəzərin; Sulara baş vuraraq; Qayalar üzərində qağayılar uçur, bax!… Ə.Cəmil;

5) yırğalanmaq (gəmi haqqında);
6) həmlə etmək, hücum etmək.
Qəhrəman baş vurdu bir də; Üç düşmən tankını … sovurdu göyə. R.Rza;

7) baş endirmək, təzim etmək.
Molla Həmid baş vurub, çadırdan çıxır. M.F.Axundzadə.
[Hacı Fərəc:] İndiyə kimi mənə məhəl qoymayan adamlar, məni görəndə ikiqat olub baş vuracaqlar. N.Vəzirov;

8) din. keçmişdə: Məhərrəm ayında aşura günü qatı mövhumatçıların baş çapmaq, baş yarmaq ayini.
Baş yarmaq1) bax baş vurmaq 8-ci mənada;
2) zərər vermək, ziyan vermək. Artıq tamah baş yarar. ( Ata. sözü ).
[Namaz:] Artıq tikə məgər baş yarar? M.F.Axundzadə.

Baş yoldaşı – arvad, ər, həyat yoldaşı.
Baş yoldaşı gör nədir ha! – deyə, bir qadın əsnə(di)… S.Rəhimov.

Baş yormaq məc. – çox düşünmək, çox fikirləşmək. Bunun üçün baş yormağa dəyməz.
Baş(dan) beyindən olmaq – dəng olmaq, çox eşitməkdən, səs-küydən qulaqları batmaq.
Başa aparmaq1) bax baş dolandırmaq 1-ci mənada.
Həmişə nalə və əfğan ilə ruzgarlarını başa apararlar və bir kəs onların dadına yetişmir… M.F.Axundzadə;

2) sürmək, keçirmək.
Bir kənar guşəyə çəkilib, istirahət ilə ömür başa aparır. Ə.Haqverdiyev.

Başa batmaq – ağıl kəsmək, inanıla bilmək, həqiqətə yaxın olmaq.
Başa bəla gətirmək (açmaq, olmaq) – bədbəxtliyə, əziyyətə, narahatlığa, qayğıya səbəb olmaq; əngəl olmaq.
Bu dünyada üç şey başa bəladı; Yaman övlad, yaman arvad, yaman at. Aşıq Ələsgər.
[Yusif:] Mən bilirdim ki, ucuqdan çıxmış qız axırda bizim başımıza bəla gətirəcəkdir. S.S.Axundov.
[Kazım:] Axund, bilirsən ki, dilə düşməkdən qorxuram.
Bu zamanda dilə düşmək başa bəla açar. Çəmənzəminli.

Başa bəla olmaq – zərərli, əziyyətli, dözülməz, yaxud arzuedilməz adam, şey haqqında.
Başa çatdırmaq – axıra çatdırmaq, qurtarmaq, tamamlamaq.
Başa çatmaq – axıra yetmək, nəhayətə varmaq, tamamlanmaq.
Mühəndis Haqverdizadənin bütün hazırlıq işləri başa çatmışdı. S.Rəhimov;

// həyata keçmək.
Neftçilər çalışırlar; dörd ildə başa çatsın; Böyük beşillik plan. M.Seyidzadə.

Başa çıxarmaq məc. – həddindən artıq üz verib, ərköyün böyüdüb qudurtmaq, ayaqlandırmaq. Sən bu uşağı lap başımıza çıxartdın.
Başa çıxmaq1) ərköyünlükdən qudurmaq, həddini aşmaq, böyük-kiçik bilməmək, ayaqlanmaq. Sənə dinmədikcə lap başa çıxırsan;
2) işi axıra qədər görmək, tamamlamaq, qurtarmaq. Əlimdəki işi başa çıxdım. Kitabı oxuyub başa çıxdım;
3) birincilik qazanmaq, üstün gəlmək, qalib gəlmək.
Ötüşdə başa çıxmayanın başı torpağa düşər. S.Rəhimov.

Başa düşmək – anlamaq, düşünmək, qanmaq.
Gərək əhli-Təbriz kimi sahibi-mərifət … olmaq ki, bu mətalibi başa düşmək. M.F.Axundzadə.
[Səfdərqulu:] Vallah, başa düşə bilmirəm, məndən nə istəyirsiniz? N.Vəzirov.
Kərbəlayı Mirzəlinin sözünü əvvəl dəfə biz heç başa düşmədik. C.Məmmədquluzadə.

Başa əngəl olmaq – bax başa bəla olmaq.
Başa gəlmək1) yetmək, tamam olmaq, əmələ gəlmək, hasil olmaq. Nahar hələ başa gəlmədi? – Köçaxır kəndi kövşənində Kür qırağına çəkilən bənd tikilib başa gəldi. Mir Cəlal;
// həyata keçmək.
Başa gəlir elədiyin niyyətlər; Gər sidq ilə doğru qeyrət eylərsən. M.V.Vidadi;

2) bax başına gəlmək.
Başa gətirmək – qayırmaq, düzəltmək, hazırlamaq.
[Usta Ağabalanın] neçə həftəyə başa gətirdiyi başmaqlar məsciddə əl-ələ gəzirdi. Çəmənzəminli.

Başa qaxmaq – etdiyi yaxşılığı xatırladaraq, üzünə deyərək utandırmaq, üzünə vurmaq, başa çaxmaq, minnət qoymaq.
Maro dodağını çeynəyə-çeynəyə: – Yastı-yastı danışıb, az başıma qax də! – dedi. S.Rəhimov.

Başa mindirmək – bax başa çıxarmaq.
Başa salmaq – anlatmaq, qandırmaq, izah etmək.
Bəzi kəndlərdə kimin ləhinə, kimin əleyhinə, nəyə qarşı əl qaldırmağı başa salmaq özü böyük hünər idi. Mir Cəlal.

Başa vermək1) axıra yetirmək, sona çatdırmaq;
2) yola aparmaq, yola vermək, rəftar etmək.
Başa vurmaq1) axıra çatdırmaq, bitirmək, tamamlamaq, tamama yetirmək.
Zeynal etiraz edib: – Oyunu başa vurmalısan! – deyə onu yerində oturtdu. A.Şaiq.
Vurdu başa öz ömrünü min qəmdə Nizami; “Şerim qalacaq, söylədi, ölsəm də!” Nizami. S.Rüstəm;

2) axıra kimi gəzmək, bir yeri diqqətlə axtarıb araşdırmaq.
[Qədim dayı] bazarı başa vurub, bir neçə fətir çörək aldı və qoltuğuna vurub, yolun ağzına düşdü. S.Rəhimov;

3) bax başa qaxmaq.
Başa yetişmək (yetmək) – bax başa çatmaq.
Yetişdi başa ömrüm, olmadı məqsudi-dil hasil. Q.Zakir.

Başda dolandırmaq (gəzdirmək) – aldatmaq, yalan vədlərlə aldatmaq.
[Birisi:] Ay muzdur, sən sənin Allahın, de görüm, bizi niyə başda gəzdirirsən? Ə.Əbülhəsən.

Başdan aşmaq (daşmaq) – bol olmaq, həddindən artıq çox olmaq. Mağazalarda mal başdan aşır. Heç vaxtım yoxdur, iş başımda aşmışdır.
Başdan atmaq – rədd etmək, qəbul etməmək, boyun qaçırmaq.
Başdan çıxarmaq – aldatmaq, azdırmaq, tovlamaq, pis yola sövq etmək.
Hansı müflislər sizi başdan çıxardıblar? C.Məmmədquluzadə.

Başdan çıxmaq – çaşmaq, səhv etmək, aldanmaq, yanılmaq.
Mən başdan çıxdım, nahaq yerə onun sözlərinə qulaq asdım! Başı ayazımaq – bax başı ayılmaq 1-ci mənada.
[Vaqif:] Xülasə gecəgündüz bu xanların bir-biri ilə höcəşməsindən heç başımız ayazımır. Çəmənzəminli.

Başdan eləmək (etmək) – rədd etmək, başdan ötürmək, özündən uzaqlaşdırmaq, canını qurtarmaq.
Xanpəri qardaşı oğlunun suallarına ağızucu cavab verib, onu başdan etməyə çalışdı. Ə.Vəliyev.
Fərzəlini başdan etmək üçün Kərbəlayı Hətəm xanla Hacı Səfiqulu kimi mötəbər adamların şahidliyini düzəltmək pis olmazdı. S.Rəhimov.

Başdan getmək – aldanmaq, yanılmaq, səhv etmək.
Başdan keçmək – candan keçmək, özünü fəda etmək.
Başdan keçibən eşqdə cövlan gərək olsun; Meydani-məhəbbətdi bu, ey dil, ciyər istər. S.Ə.Şirvani.

Başdan olmaq (mənfi mənada)1) tamam olmaq, qurtarmaq, bitmək;
2) rədd olmaq, əl götürmək, çıxıb getmək;
3) səs-küydən dəng olmaq, təngə gəlmək, darıxmaq. Bu hay-küy nədir, lap başdan olduq.
Başdan rədd eləmək – bax başdan eləmək (etmək).
[Səfər bəy:] Mirzə Turab, axund Molla Abuş buraya gəlir… Ancaq sən Allah, tez başdan rədd elə getsin ki, nəşəmiz dağılmasın. B.Talıblı.

Başdan sovurmaq – diqqətsizlik etmək, tələsmək, bir işi keyfiyyətsiz, tələsik görmək, başdansovma etmək.
Baş-göz eləmək – evləndirmək.
[Dursun:] Axı bizim əhdimiz vardı, biz sizi baş-göz eləmək istəyirdik. Ə.Əbülhəsən.

Başı (bədəninə, çiyninə) ağırlıq etmək – hədə mənasında işlənən ifadədir.
Başı açıq qalmaq məc. – himayəsiz, yiyəsiz, kimsəsiz qalmaq.
Başı açılmaq1) bax başı ayılmaq 1-ci mənada. İşdən heç başım açılmır;
2) külli miqdarda axın ilə gəlməyə başlamaq. Sürünün başı açıldı.
– Bir neçə dəqiqədən sonra dəstənin başı açıldı. M.S.Ordubadi;

3) başlanmaq.
[Əbdürrəhman bəy:] Mətləbin başı açıldı, amma çox zülmnən. N.Vəzirov.

Başı aşağı etmək – xəcalətli etmək, xəcalət çəkməsinə, utanmasına səbəb olmaq.
Yalnız teatr sevgisi onları dost-düşmən yanında xar eyləyir, ataana yanında başı aşağı edirdi. S.Rəhman.

Başı aşağı olmaq – xəcalətli olmaq, etdiyi bir iş üçün xəcalət çəkmək, utanmaq. [Pirverdi bəy:] Sizə məlumdur ki, mən on yeddi ildi ki, ixlas ilə qulluq eləyirəm.
Və bir dəfə olmayıb ki, mən dövlət yanında başı aşağı olum. C.Məmmədquluzadə.

Başı ayılmaq1) işdən asudə olmaq, rahat olmaq, xilas olmaq. İşdən heç başı ayılmayır.
[Püstə dedi:] Qoy qonşumuz(un) yasından başım ayılsın, mən bir qazan qaynadaram ki… H.Sarabski;

2) sərxoşluğu keçmək, ayılmaq.
Başı aynımaq – bax başı ayılmaq 1-ci mənada. Qoy bir başım aynısın.
Başı bağlanmaq – satılması, işlənməsi, istifadə edilməsi məhkəmə və s. tərəfindən qadağan olunmaq.
Başı batsın, başın batsın – qarğış.
Sənin başın batsın! Kaş sən heç gəlib bunu görməyəydin, – deyə Mahmud əmi Əsədin üstə çığırıb və özü də qaçanlara qoşulub, kəndə sarı yönəldi. B.Talıblı.

Başı bənd olmaq1) evlənmək, evli olmaq, ailə sahibi olmaq;
2) bax başı qarışmaq.
Başı böyümək – bax başı şişmək.
Qəm tünlük, mən yalqız, yüz yana çəkər; Zakirəm, böyüyüb başım, ağlaram. Q.Zakir.

Başı çıxmaq – tanış olmaq, aşna olmaq, bələd olmaq, bilmək, başa düşmək, anlamaq.
İnsan gərək qorxaq olmasın, insanda gərək cürət ola, belə-belə işlərdən başı çıxa. B.Talıblı.

Başı çıxmamaq – bələd olmamaq, tanış olmamaq, bilməmək, başa düşməmək, bacarmamaq.
Tükəzban xalanın siyasətdən çox da başı çıxmazdı. B.Talıblı.
[Mədəd:] Haqq-hesabdan nə sənin başın çıxır, nə də mənim. İ.Əfəndiyev.

Başı daşa dəymək – fəlakətə, uğursuzluğa rast gəlib peşman olmaq, acı təcrübə görmək. Başı daşa dəyməyincə, ağlı başına gəlməz. ( Ata. sözü ).
Başı ətlənmək – varlanmaq, pullanmaq.
Başı gərm olmaq – başı qızışmaq.
Nə deyim, ay qardaş, başı gərm olsa, getdi gecə yarısına. Mir Cəlal.

Başı gicişmək məc. – heç bir səbəb olmadan özü üçün xətərli iş tutmaq, əcəli çatmaq.
Başı xarab olmaq – sarsaqlamaq, gicləşmək, xərifləmək, başına hava gəlmək, ağlını azdırmaq.
[Mirzə Cavad:] Bala, sənin başın xarab olubdur. Ə.Haqverdiyev.

Başı xoş olmaq – halı, əhvalı yaxşı olmaq.
Başı ilə cavab vermək – bütün məsuliyyəti boynuna götürmək, zamin olmaq.
Başı qarışmaq – bir şeylə məşğul olmaq. Bu gün mənim başım qarışıqdır.
– Hacı Nəsirin başı yas yerinə gələn adamlara qarışdığından, oğlundan xəbərsiz idi. S.S.Axundov.
Kişinin … başı qarışar, uşaq isə onu gözləyər, mollaxanasının vaxtı keçərdi. H.Sarabski.

Başı qızışmaq1) çox məşğul olmaq, bir işlə ciddi məşğul olmaq, hər şeyi unutmaq. Səhərdən axşama kimi işlə başı qızışmış, yemək belə yadına düşmür;
2) hirslənmək, əsəbiləşmək, özündən çıxmaq. Elə başı qızışmışdı ki, heç kəsi tanımırdı.
Başı şişmək – işin çoxluğundan, dərddən, yaxud başqa bir səbəbdən nə edəcəyini bilməmək, başını itirmək.
…İndi yay fəslidir, indi belə-belə məqalələrin vaxtı deyil; istidən adamın başı şişir. C.Məmmədquluzadə.

Başı ucalmaq, başı uca olmaq – yüksəlmək, böyümək, artmaq, hörmət, nüfuz qazanmaq (yaxşı bir iş görmək nəticəsində).
Qəhrəman istəyirdi ki, … Möhsün bəyin üzü ağ, alnı açıq, başı uca olsun. S.Rəhimov.

Başı üstündə durmamaq – bərk kefli adam haqqında.
Başı üstünü kəsmək1) yanından ayrılmamaq, yanını kəsdirib durmaq, qulluq etmək. Bütün günü həkim xəstənin başı üstünü kəsmişdi;
2) məc. qısnamaq, tələsdirmək, sıxışdırmaq.
Başı yastığa enmək – naxoşlamaq, xəstələnmək.
Başıma (başına) dəysin – çox pis, keyfiyyətsiz, dəyərsiz iş haqqında. Dedi ki, belə iş mənim başıma dəysin.
“Kirpi” Başına yeritmək – bax beyninə yeritmək (salmaq) (“beyin”də).
Başın(ız) sağ olsun! – təziyə və təsəlli ifadəsidir.
Ana, başın sağ olsun, oğlun mənimlə gəlirdi, yolda onu həramilər soyub öldürdülər. Aşıq Qərib”.
Qorxuram tən edib deyələr sənə; Zakirin ölübdür, başın sağ olsun! Q.Zakir.

Başın(ız) üçün! – and yerində işlənir.
Başın(ız)a dolanım (dönüm, dönərəm)1) yalvarış, nəvazişlə xahiş bildirən ifadə.
Dolanım başına, ey sərvqamət; Qonaq kafir olsa, lazımdır hörmət. Q.Zakir.
A başına dönüm, sən mənim gözümə bir ağıllı adam gəlirsən. Ə.Haqverdiyev.
Nina bacı, mən ölüm mənə bənd olma, belə başına dönərəm. M.S.Ordubadi.
[Cavad:] Ay Mirzə! Başına dolanım, atadan, babadanqalma bir parça yerim vardı.
…İndi Səfər ağa gəlib yerimi tutub. B.Talıblı.

Başına ağıl qoymaq – yaxşı məsləhət vermək, pis əməldən daşındırmaq.
Başına almaq, aləmi başına almaq – bax başına götürmək.
Bəs necə oldu ki, Cənnət xanım evdə ola-ola Verdiyevin küykələyi aləmi başına alır? Mir Cəlal.

Başına and olsun! – bax başın(ız) üçün.
Başına at təpmək – dəli olmaq, sarsaqlamaq, axmaqlamaq, axmaq danışmaq (ya iş görmək).
Başına buraxmaq – başlı-başına buraxmaq, öz ixtiyarına qoymaq, sərbəst buraxmaq, baxmamaq, nəzarətsiz qoymaq, daha maraqlanmamaq.
Başına cəm etmək – bax başına toplamaq.
Qışın uzun gecələrində nənəm kürsüyə od töküb qızdırandan sonra, bizi başına cəm edib, qaravəlli və nağıl danışıb, hərdən bir mənim tərcümeyi-halımdan söhbət elərdi. H.Sarabski.

Başına çarə qılmaq (görmək) – tədbir aramaq, çıxış yolu tapmaq.
Dəli könül, gör başına bir çarə; Gözü sərxoş, zülfü ilan gəlmişəm. Q.Zakir.

Başına çəkmək məc. – hamısını birdən içmək, tamamilə içmək, acgözlüklə içmək.
Kişi parçı bir nəfəsə başına çəkdi. İ.Əfəndiyev.

Başına daş düşmək1) gözü götürməmək, paxıllıq etmək, həsəd aparmaq.
[Tükəzban:] Niyə əlinizi qaldırmırsınız? Bir dənə arvad adı gələndə başınıza daş düşür, qoymursuz seçilməyə. B.Talıblı;

2) fəlakətə uğramaq, bədbəxtlik üz vermək.
Başına daş salmaq – boş yerə tələf etmək, puç etmək, itirmək, sərf etmək, korlamaq (pulu, malı və s.-ni). Kitabın başına daş saldın.
Başına dolanmaq – həddindən artıq əzizləmək, nəvaziş etmək, qayğısını çəkmək.
Ata və ana gecə və gündüz Nurəddinin başına dolanırdılar. S.S.Axundov.

Başına düşmək – yadına düşmək, ürəyi istəmək, xatiri istəmək.
Çoxdandır səni görməmişəm, başıma düşdün, gəldim səninlə bir az dərdləşək. H.Sarabski.

Başına gəlmək – birinə hadisə üz vermək, bir hadisəni şəxsən görmək, təcrübə etmək, görüb keçirmək; məruz qalmaq, rast gəlmək. Gülpərinin qorxduğu başına gəldi.
Belə ki, ağır yüklü fayton əyri-üyrü və eniş-yoxuş yollara çatdıqda, bir döngədə aşıb, oxu və çarxı sındı. S.S.Axundov.

Başına girməmək – başa düşə bilməmək, anlaya bilməmək.
Başına götürmək1) hər tərəfə dolmaq, yayılmaq.
Bankanın ağzı açılanda ətir qoxusu evi başına götürdü. Ə.Haqverdiyev.
Ayının bağırtısı meşəni başına götürmüşdü. S.S.Axundov;

2) bərkdən danışaraq başqalarına aman verməmək.
Başına hava gəlmək – ağlı başından oynamaq, dəli olmaq.
Əmir, Teymur oğlu Miranşahın başına hava gəldiyi üçün ona tapşırılan vilayətləri alıb, oğlu şahzadə Ömərə verdi. A.Bakıxanov.
[Cavahir xanım:] Atam bu əhvalatı eşidən kimi başına hava gəlib. N.Vəzirov.

Başına iş gəlmək – bəlaya uğramaq, müsibət üz vermək, qəza üz vermək, hadisə üz vermək, çətin və çıxılmaz bir vəziyyətə düşmək.
Usta Ağabalanın başının yarısı təraş olmamışdı; birdən Kərbəlayı Qulu geri çəkilib dedi: – Usta, axı başıma bir iş gəlib. Çəmənzəminli.

Başına iş gətirmək – əngələ salmaq, pislik eləmək, bəlaya, fəlakətə uğratmaq.
[Səkinə xanım:] Gülsəba, heç bilirsən ki, mənim bu bihəya qardaşım arvadı başıma nə iş gətiribdir? M.F.Axundzadə.
[Nəcəf bəy:] Süleyman! Axırı bu iş qalmışdı ki, mənim başıma gətirdin. Ə.Haqverdiyev.

Başına it oyunu açmaq, başına itin suyunu tökmək – biabır etmək, təhqir edəcək dərəcədə danlamaq.
Qumru … söz verdi ki, gedib evində muzdurun başına itin suyunu töksün. Ə.Əbülhəsən.

Başına kələk açmaq – ağır bir vəziyyətə salmaq.
Başına kül (olsun)! – qarğış ifadəsidir.
Başına qalmaq1) həddindən artıq olmaq, bol olmaq, satılmamaq, müştərisi olmamaq. Bazarda üzüm başına qalıbdır.
– Yatar mühaciriislam ac, qar üstündə; Qalar pilov başına mətbəxində əyanın. M.Möcüz;

2) sahibsiz qalmaq, baxımsız qalmaq, nəzarətsiz qalmaq.
Başına qəza gəlmək – bax başına iş gəlmək.
Başına qiyamət qopmaq – müsibət üz vermək.
Görməsəm başıma qopar qiyamət; Sərvi-qədin məddi-nəzərdir mənə. Q.Zakir.

Başına mindirmək – bax başa çıxarmaq.
[Əsgər:] …Allah mənim atamı öldürsün ki, səni də mənim başıma mindirdi. N.Vəzirov.

Başına oyun açmaq – bax başına kələk açmaq.
Başına oyun gətirmək – bax başına iş gətirmək.
Başına pislik gətirmək – namusuna təcavüz etmək, zorlamaq.
Başına tənbəki oyunu açmaq – bax başına oyun açmaq.
Başına toplamaq – başına yığmaq.
Başına vurmaq məc.1) fikirləşmək, düşünmək, götür-qoy eləmək. Hey başıma vururam, ağlım bir şey kəsmir;
2) bax başa qaxmaq.
Başına yığılmaq – bir şeyin və ya bir adamın ətrafına toplaşmaq, yığılmaq.
Çağırın Qeys ilə Fərhadı yığılsın başıma. S.Ə.Şirvani.

Başına yığmaq – ətrafına toplamaq (yığmaq).
Nuşirəvanın oğlu Nuşizad həbsxanadan çıxıb, başına çoxlu adam yığdı. A.Bakıxanov.

Başında durmaq – rəhbərlik etmək, başçılıq etmək.
Başında gəzdirmək – çox hörmət və təzim etmək.
Başında qalmaq – yadında qalmaq, vərdiş eləmək, unutmamaq.
Başında qoz sındırmaq – çox incitmək, birinin üzərində hökmranlıq etmək, ağalıq etmək, istədiyini etmək.
Gənə onu istəyirsən ki, təzədən boynuyoğunlar gəlib bizim başımızda qoz sındırsınlar? M.Hüseyn.

Başından atmaq – bax başdan atmaq.
Başından basmaq – inkişaf etməyə, tərəqqi etməyə, irəli getməyə qoymamaq, sıxışdırmaq, əzmək.
Başından böyük (yekə) danışmaq – danışığında həddini aşmaq, həddini bilməmək, yaxud öz yaşına, vəziyyətinə, biliyinə və s.-yə uyğun danışmamaq, yekə-yekə danışmaq.
Başından çıxarmaq1) fikrindən çıxarmaq, yada düşülməmək, yadına salmamaq;
2) “öz” sözü ilə – uydurmaq, icad etmək. Bunu öz başından çıxarmısan, yoxsa bir yerdən eşitmisən?
Başından çıxmamaq – daim düşündürmək, daim fikrində olmaq.
Başından keçmək1) bax başına gəlmək. Başından çox şeylər keçib;
2) bax başını vermək.
Başından rədd etmək – bax başdan eləmək (etmək).
Bir az danışıqdan sonra atası Tükəzbanı ona [Abdal Əsədə] verib, başından rədd elədi. B.Talıblı.

Başından tüstü çıxmaq – son dərəcə hirslənmək, hiddətlənmək.
Kiçikxanımı görəndə, Nərimanın vücuduna od düşdü, başından tüstü çıxdı. Mir Cəlal.

Başını ağartmaq – bax baş ağartmaq.
Başını ağrıtmaq – bax baş ağrıtmaq.
Əgər bu [Erkək Tükəzban] şəhərli arvadı olsa idi, mən heç fikir verməzdim və oxucuların başını ağrıtmazdım… B.Talıblı.

Başını aşağı dikmək1) başını sallamaq;
2) məc. rüsvay etmək, biabır etmək.
Kişilər belə deyirdilər ki, “kim bilir Bakıda bu arvadın başına nə iş gətirəcəklər, əgər bir iş olsa, sahibsiz arvaddır, onsuz da mahal içində bizim başımızı aşağı dikib”… B.Talıblı.

Başını bağlamaq1) qanun üzrə birinin malını, şeylərini və s.-ni siyahıya alıb, satılmasını, yaxud istifadəsini qadağan etmək;
2) bir şeyi almaq üçün beh vermək, sövdələşib qurtarmaq;
3) məc. evləndirmək.
Başını batırmaq – tələf etmək, yox etmək, ortadan qaldırmaq.
Məhəllədə hər kəs bir az zirəklik göstərsəydi və ya baş qaldırıb, söz qaytarsa idi, qoçular dərhal onun başını batırardı. H.Sarabski.

Başını bənd etmək1) bax başını qarışdırmaq;
2) məc. evləndirmək.
Başını bir yerə yığmaq1) bir yerə toplamaq, yekunlaşdırmaq, ümumiləşdirmək.
…Bu söhbətlərin başını bir yerə yığıb tərtibə salsan, təxminən belə bir mənzərə əmələ gələr… R.Rza;

2) evləndirmək.
Başını bişirmək – dilə tutub razı etmək, yola gətirmək, aldatmaq, tovlamaq.
Başını boşlamaq – öz ixtiyarına buraxmaq, sərbəst buraxmaq, əl çəkmək, bənd olmamaq, mane olmamaq.
Başını böyütmək – təngə gətirmək, darıxdırmaq, usandırmaq, sıxıntı vermək, əziyyət vermək.
Başını bulamaq – başını tərpətməklə narazı olduğunu, xoşlanmadığını bildirmək.
Tərlanın bu cavabından razı qalmayaraq, başını bulayan dostu, onun qolundan tutub, stoluna tərəf çəkdi. M.Hüseyn.
Eldar başını bulayaraq, Ayazı hədələdi. Ə.Məmmədxanlı.

Başını buraxmaq – yüyənini, cilovunu boşaldaraq yerişini sürətləndirmək (atın).
Məmməd bəyin atı cilov gəmirirdi, başını buraxmaq lazım idi. Çəmənzəminli.
Mən irəlidən, Həsən arxadan atların başını buraxdıq. S.S.Axundov.
Eldar … atın başını buraxaraq, … bir dəstə traktoristə yaxınlaşdı. Ə.Məmmədxanlı;

2) bax başına buraxmaq.
Başını daşa döyür – yersiz, haqsız, əsassız danışan adam haqqında.
Başını daşlamaq – bax başına daş salmaq.
Başını dolandırmaq – bax başını qorumaq 2-ci mənada.
Başını əkmək – tovlamaq, aldatmaq, tovlayıb uzaqlaşdırmaq.
İndi qaldı İmranın bir cür başını əkib, İrana göndərmək. S.S.Axundov.
Onun başın elə əkim ki, heç ruhu da inciməsin. Z.Xəlil.

Başını girləmək – bax başını qorumaq 2-ci mənada.
Qoysana … daz başımızı girləyib saxlayaq. S.Rəhimov.

Başını girləmək – vaxtını boşboş keçirmək. O, iş görən deyil, başını girləyir.
Başını itirmək – ağlını itirmək, özünü itirmək, işinin əvvəlini, axırını bilməmək, çaşmaq.
[İvan bəy:] Pristavlar başlarını itirmişlər, bundan artıq da nə istəyirsən, canım! N.Vəzirov.
Ara qarışdı, eşikağası başını itirdi, artıq o, qonağı ilə maraqlanmırdı. Çəmənzəminli.

Başını külləmək – bax başını piyləmək.
Başını qarışdırmaq1) məşğul etmək, bir işlə vaxtını keçirmək. Uşağın başını qarışdır, bu saat gəlirəm;
2) birisini aldatmaq, fikrini yayındırmaq məqsədi ilə bir işlə məşğul etmək. Başını qarışdırıb tez əkildi.
Başını qaşımağa vaxtı olmamaq – işdən göz aça bilməmək, işi son dərəcə çox olmaq.
Başını qatmaq – bax başını qarışdırmaq.
Bu nümayiş yazılanların başını qatmaq idi. M.S.Ordubadi.

Başını qınına çəkmək – gizlənmək, özünü gizlətmək.
Salonda oturanlardan bir çoxu tısbağa kimi başını qınına çəkib, qorxu ilə baxırdı. M.S.Ordubadi.
Tısbağa başını qınına çəkən kimi, topal qıçını altına çəkib gizlətdi. Mir Cəlal.

Başını qorumaq1) özünü qorumaq, özünü mühafizə etmək. Xəstəlikdən başını qoru;
2) birtəhər dolanmaq, keçinmək.
Başını qoymaq – canını fəda etmək, canından keçmək.
Ölənədək dönə bilməz yarından; Meydan günü başın qoyar can ilə. M.V.Vidadi.
Sərikuyində qoyub başımı, bir uf demədim. X.Natəvan.

Başını qurtarmaq – canını qurtarmaq, xilas olmaq.
İki siçan qaçdı qurtardı başın; Seyl kimi cari edib göz yaşın. S.Ə.Şirvani.

Başını piyləmək – aldatmaq, tovlamaq.
Başını saxlamaq – bax başını qorumaq. O hələ də öz başını saxlaya bilmir.
– Qürbət içrə fəhləliklə saxlar idi öz başın; Həm vətəndə dul anasın, yetim bacı, qardaşın. A.Səhhət.

Başını sallamaq – xəcalət çəkmək, cavab verə bilməmək, gözlərini yerə dikmək.
Başını sığallamaq məc. – asta-asta və sezdirmədən aldatmaq, tovlamaq, yuxulatmaq. Hərif onun başını sığallayıb əlindəkini aldı.
Başını silkələmək – bax başını bulamaq.
Başını tovlamaq – aldatmaq.
Başını vermək – başından, canından keçmək, canını fəda etmək.
Başını yarıb ətəyinə qoz tökmək – birinə pislik edib, sonradan cürbəcür üsullarla könlünü almağa çalışmaq.
Başını yemək1) məhv etmək; müxtəlif yol və vasitələrlə ortadan qalxmasına, yaxud ölümünə səbəb olmaq;
2) bax başını batırmaq.
Başını yerə qoymaq – ölmək.
[Vaqif:] Sabah Kərim xan başını yerə qoydu, yenə ölkə qarışacaq, hər şəhərdə bir xan baş qaldıracaqdır. Çəmənzəminli.

Başını yerə döymək məc. – ibadət etmək, səcdə etmək, namaz qılmaq.
Yüz il başın yerə döysə, nə hasil zahidin bihudə ibadətindən. Q.Zakir.

Başını yığmaq (saxlamaq) – cilovunu, yüyənini yığaraq, yerişini ağırlaşdırmaq (atın). Üçüncü döngəyə xeyli qalmış Həsən gəlib məni keçdi.
Bunu gördükdə mən atın başını yığdım. S.S.Axundov.

Başını yırğalamaq – bax başını bulamaq.
Başını yola vermək – bax başını qorumaq 2-ci mənada.
Bir baş yuxarı – hər hansı bir cəhətdən başqasından üstün.
Bir başdan – ucdantutma, bir tərəfdən başlayaraq. Bir başdan bu kitabları qəfəsələrə yığ.
Boya-başa yetirmək (çatdırmaq, çıxarmaq) – bax boy.
Boya-başa yetişmək (yetmək, çatmaq, çıxmaq) – bax boy.
Bu başdan – əvvəlcədən, qabaqcadan.
Mən heyrət içindəyəm, deyim sizə bu başdan. S.Rüstəm.

Əvvəl başdan – birinci növbədə, ilk əvvəl, qabaqca, hər şeydən əvvəl.
Əvvəl başdan deməliyəm ki… Əzəl başdan – lap əvvəldən, lap başdan, çoxdan, yaranandan.
Əzəl başdan Bəsrə, Bağdad eliniz; Bəylər üçün ərməğandır teliniz. M.V.Vidadi.
Əzəl başdan düşmənimdir üzü murdar qaranlıq; Hər torpağın öz eşqi var, hər millətin öz adı. S.Vurğun.

Nə başını(zı) ağrıdım – xülasə, müxtəsər (ara söz kimi işlənir).
Nə başınızı ağrıdım, tələbəmin yazısını düzəltdim, içində bəzi sözləri lap yerli-dibli atdım, gözəl bir “xatirat” çıxdı. Qantəmir.

Синонимы

  • BAŞ əla — yüksək
  • BAŞ zehin — şüur
  • BAŞ təpə — zirvə
  • BAŞ kənar — qıraq — yan
  • BAŞ 1. BAŞ (müxtəlif mənalarda: burada yalnız insan bədən üzvü nəzərdə tutulur) [Cənnətəli ağa:] Sən çox qələt elədin, başını daşdan-daşa döydün (N

Этимология

  • BAŞ “Süfrənin başına yığılın” deyirik, amma süfrədə baş olmur. Buradakı baş kəl­məsi daş (dış) sözünün təhrif formasıdır, “kənar” (ətraf) deməkdir
BASMARLANMAQ
BAŞ-AYAQ₂
OBASTAN VİKİ
Heydər Baş
Heydər Baş (28 yanvar 1947, Trabzon – 14 aprel 2020, Trabzon) — Türkiyə siyasətçi, yazıçı, maarifçisi. == Həyatı == Bağımsız Türkiyə Partiyasınin qurucusu və başkanıdır. İlk, orta və lisey təhsilini Trabzonda tamamladı. 1970-ci ildə Kayseri Yüksək İslam İnstitutinu bitirdi. Magistr və doktorluğunu "Veda Hutbesinde İnsan Hakları" mövzusunda tezi (disertasiyası) ilə Bakı Dövlət Universitetində tamamlamışdır. Akademik çalışmalarına eyni universitetdə davam eden Heydər Baş "İslam və Mövlanə", "Təsəvvüf Tarixi", "Din Sosialogiyası" və "Din Psixologiyası" mövzularındaki araşdırmaları nəticəsində "Professor" unvanını da almışdır. == Əsərləri == Milli İqtisad Modeli Sosyal Devlet / Milli Devlet Imam-i Ali Fatima Veda Hutbesinde İnsan Hakları Alemlere Rahmet Muhammed 2 Cilt Dini ve Milli Bütünlüğümüze Yönelik Tehditler İslam’da Kadın Hakları Makalat Mektubat İslam ve Mevlana Islam’da Zikir Islam’da Tevhid Iman ve Insan Insan-ı Kamil ve Nefs Mertebeleri Hacc’ın Hikmetleri Hıristiyanlık ve Yahudilik Hikmetin Sırları Din Tahripçilerine Kur’an-ı Kerim’in Cevabı Dua ve Evrad Birliğe Doğru Veda Hutbesi ve Evrensel Beyanname Nefs Terbiyesi Varoluşun Gayesi: Zikrullah Yaşayan Kur`an: Sünnet Dar Bölge Yaygın Kalkınma Modeli Das Nationale Wirtschaftsmodell (Milli Ekonomi Modeli Almanca) Oluş Sırrı Hadikatü`l Cennah (Dua Kitabi) Niçin Türkiye?
Ağ Baş
Ağ Baş — Gərnibasar mahalında kənd. == Tarixi == Tarixi Qərbi Azərbaycan torpaqları olan, müasir Ermənistan ərazisində bir neçə kənd olmuşdur: Yuxarı Ağ Baş Qəmərli rayonunda (İndi Artaşat r.) kənd. Kəndin digər adı Xaraba Ağ Baş idi. Digər Ağ Baş kəndi (qışlağı) Allahverdi rayonunda (indi: Tumanyan r.) yerləşirdi. Aşağı Ağbaş kəndi də Qəmərli (Artaşat) rayonunda kənd adı olmuşdur. Kəndin indiki adı 1945-ci ildən Arevşatdır. == Ağ Baş və qədim türk tayfaları == Məlum olduğu kimi qədim türk tayfaları üçün fərqləndirici əlamətlərdən biri onların geyimi olmuşdur. Odur ki, müxtəlif nəsil, soy, tayfa həmin bu geyimin bəzi səciyyəvi əlamətlərinə görə adlandırılmışdır. Yurdumuzun yer adları işərisində belə adlar xüsusi qat təşkil edir. Müqayisə üçün: Ağ Köynək, Sarı Baş, Şişpapaqlı, Qara Donlu, Qara Dolaq, Yekəqurşaqlı, Alabaşlı və s.
Baş Daşağıl
Baş Daşağıl (лезг. Таш Аул) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. XIX əsrin ortalarında Aşağı Daşağıl kəndi yarandıqdan sonra nisbətən yuxarıda yerləşən eyni adlı kənd Baş Daşağıl adını almışdır. == Tarixi == Bu kənd Baş Daşağıl kənd inzibati ərazi vahidliyinin mərkəzidir. Rayon mərkəzindən 25 kilometr şimal-qərbdə, Daşağılçayın sağ sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. "Daşağıl" oroqrafik obyekt adı bildirən oykonimdir. Sözün mənşəyi uzaq keçmişlərə gedib çıxır, odla, işıqla, Günəşlə bağlıdır. "Daş" — bərkimiş, Yerin qabığını "deşmiş", bətnindən "daş"mış, sönmüş, "daşlaşmış od"dur. "Dış Oğuz", "dışarı" sözlərindəki "dış"ın daşıdığı "çöl, bayır, xaric" mənaları da məhz "daş"ın bu ilkin mənasından yaranmışdır. Ulu Zərdüştün adındakı "düşt" (üşt, işt, aşt, daş) də Günəş (bərkimiş od) məzmunlu "daş" dır.
Baş Dizə
Baş Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Aza kənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 25 km qərbdə, Arazın sol sahilindədir. Əhalisi 458 nəfər(2000); Bağçılıq, əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, tibb məntəqəsi var. Ərazisindəki qəbiristanlıqda orta əsrlərə aid qəbirüstü qoç daş heykəllər olmuşdur. == Tarixi == Baş Dizə Ordubad rayonunun Aza inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Oykonim "Böyük Dizə" deməkdir. Dizə komponenti türkdilli xalqların toponimiyasında "kənd", İran dillərində "hasar", "qala divarı", "qala" mənalarını ifadə edir.
Baş Göynük
Baş Göynük — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı inzibati ərazi dairəsində kənd. Şəki rayonunun ən böyük yaşayış məntəqəsidir. == Tarixi == Şin çayının (Əyri-çayın qolu) sol sahilində, Qoçumırıq silsiləsinin Şimal qərb ətəyindədir. Toponim cox vaxt Köynük variantında da işlənir. XIX əsrin əvvəllərində Göynük adlı kənddən bir qrup ailə ayrılaraq 10 km. Aşağıda düzənlik sahədə yeni məntəqə (Aşağı Göynük) yaratdıqdan sonra toponimin əvvəlinə baş sözü əlavə edilmişdır. Ehtimal edilir ki, Göynük yaşayış məntəqəsini orta əsrlərdə Kiçik Asiyada adı çəkilən Göynük mahalından və ya eyniadlı qaladan gəlmiş ailələr salmışlar. Oykonim "yuxarıda yerləşən Göynük kəndi" deməkdir. Göynük/göyrük Azərbaycan toponimiyasında "yaşıl sahə, otlu sahə" mənasını ifadə edir. Köynük variantı isə "kənd, el, məskun yer" mənasını bildirir.
Baş Gözəldərə
Baş Gözəldərə, Yuxarı Gözəldərə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Göyçə gölünün yaxınlığında, Gözəldərə çayının yanında, Gözəldərə başı dağının ətəyində yerləşir. Kəndə həm də Yuxarı Gözəldərə deyilir. Toponim fərqləndirici əlamət bildirən baş (yuxarı) sözü ilə gözəl və dərə sözlərinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Ermənilər buraya 1828-ci ildən sonra Türkiyədən köçürülmüşdür. 1897-ci ildə burada ermənilərlə yanaşı 108 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən deportasiya edilmişdir.
Baş Güneypəyə
Baş Güneypəyə — Azərbaycan Respublikasının Ağdərə rayonunun Baş Güneypəyə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Baş Güneypəyə kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Baş Güneypəyə kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib. Baş Güney kəndinin tarixi haqqında əsaslə fakt XX əsr Azərbaycan nəsrinin yaradıcıların olan Məmməd Səid Ordubadinin “Qanlı illər” adlı əsəridir. Həmin əsər uzun illərin siyasi təbəddülatlarından keçmiş tarixi həqiqətlərin üzə çıxarılmasına kömək edən dəyərli bir nümunədir. Bu tarixi mənbədə kəndin adı Göynəpay deyə qeyd olunmuşdur. “3-cü sahə isə Dağbasar köylərindən ibarət olub əksəriyyətdə varlı və sərvət sahibi olan ermənilərin əlində idi. Bu sahədə islam köyləri fəqət Dəmirli, Hacıqərvənd, Çıraqlı, Ümidli, İmarət Qərvənd, Xaçın çayı boyunca Şaxavənd, Köynəpay, Əliağalı, Sırxavənd, İsmayılbəyli kimi sair dağlıq köylərdən ibarətdir ki, Kolanılar adlandırılmışdır” == Toponimikası == Oykonim baş (yuxarı), guney (cənub, gün düşən yer) və pəyə (burada yaşayış məntəqəsi) komponentlərindən düzəlib, "yuxarıda yerləşən Güneypəyə kəndi" mənasındadır.
Baş Gərni
Baş Gərni — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 32 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Kənd Gərni çayının mənbəyində salınmışdır. Toponim türk dilində «çayın mənbəyi» mənasında işlənən baş sözü ilə urartu dilində «qala» mənasında işlənən gərini (gərni) sözü əsasında formalaşmışdır. Relyef əsasında əmələ gələn toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Gərni qoyulmuşdur.
Baş Kov
Baş Kov — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Dağın adı mənbədə Baş Koy kimidir. İrəvan quberniyasının Aleksandropol qəzasında Baş Kov yaylaq (yenə orada) və Azərbaycanda Qovdağ (İsmayıllı rayonu) adı ilə eynidir. Peçeneqlərin qədim rus salnamələrində Kou (Kov) tayfasının adını əks etdirir. Orta əsrlərdə peçeneqlərin və ya qıpçaqların Kov (Qov) tayfasının adındandır. Rus salnaməsində 1097-ci ilə aid məlumatda peçeneqlərlə yanaşı Berendə, 1146-cı ilə məlumatda Qarabörk, yaxud Qarapapax (rusca yazılışda mənbədə Çernıy klobuk) və 1151-ci ilə aid məlumatda Kou (Kov) tayfalarının adları çəkilmişdir. 1170–1172-ci ilə aid məlumatdan aydın olur ki, kovlar bərəndələrin bir hissəsi idi. N. A. Baskakova görə rus salnaməsində adı çəkilən Tork (Türk), Berende və Kov tayfaları Uz tayfa birləşməsinə mənsub idi. Mənşəcə peçeneqlərə ya da uzlara mənsub olmuş Qov, Bərəndə (Vərəndə) və Qarabörk (Qarapapax) tayfaları Cənubi Qafqazda bir sıra coğrafi adlarda saxlanılmalıdır. Rus mənbələrində Kou kimi yazılmış Qov tayfasının adı Azərbaycanda Qovlar (Sabirabad rayonu) və Qovlar-Sarılı (Xanlar rayonu), Qovdərə (Lerik rayonu) və Qovdağ (İsmayıllı rayonu) adlarında saxlanılmışdır.
Baş Küngüt
Baş Küngüt — Azərbaycan Respublikasının Şəki rayonunda kənd. == Toponimikası == Toponimin "Baş" hissəsi kəndin üst, hündür, yuxarı yerdə (yəni "başda") yerləşməsini əks etdirən sözdür. Toponimin ikinci komponenti olan "Küngüt" isə, XIII əsrdə monqol işğallarında iştirak etmiş kungiyat tayfasının adını əks etdirir. Kəndin adının ümumi mənası da "yuxarı tərəfdə yerləşən Küngüt kəndi" deməkdir. == Tarixi == Kənddəki bəzi məhəllə adları: Həjjərlər, Süvərlər, Papaqçılar, Dəmirçilər, Muradlılar, Bəkirlər və s. === Tarixi abidələri === Ərazisində orta əsrlərə aid Küngüt qalası, alban məbədi, Həzrət Əli qalası və bir sıra tarixi abidələr yerləşir. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 27 km şimal-şərqdə, Əyriçayın qolu olan Küngütçayın sahilində, dağlıq ərazidə yerləşir. Kənd şimaldan Böyük Qafqaz dağları, cənubdan Bideyiz, şərqdən Baş Kəldək, cənub-şərqdən isə Oraban kəndləri ilə əhatə olunmuşdur. Küngütçay kəndin şərqindən axır. Əsasən yayın sonu və payızın əvvəlində çayda daşqınlar olur.
Baş Kəldək
Baş Kəldək — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Baş Kəldək kəndi Şəki rayonu ərazisində yerləşən ən qədim kəndlərdən biridir. Bu faktı təkcə kənd ərazisində yerləşən 4 qəbiristanlıq sübut edir ki, burada insan məskənlərinin kökləri çox qədimlərə gedir. Küngüt çayının sahilindədir. Keçmiş adı Kəldək olmuşdur. Kənd Baş Kəldək və Aşağı Kəldək inzibati ərazi vahidlərindən ibarətdir. Kəndin adının qarşısındakı "Baş" sözü kəndin Baş Qafqaz sıra dağlarının ətəklərində yerləşməsi ilə "Aşağı" sözü isə Şəki rayonunun aran-qışlaq ərazisində yerləşməsi ilə əlaqədardır. Aşağı Kəldək yaşayış məntəqəsinin də tarixi çox qədimlərə gedir və burada çox saylı insanların yaşadığına dair kənd ərazisində bir çox sübutlar var ancaq rəvayətə görə təbii fəlakət nəticəsində kənd dağılmışdır. Aşağı Kəldək İsmayıllı Qaraməryəm Şəki magistral yolundan 10 km cənubda yerləşir. Aşağı Kəldəyin qədimliyini sübuta yetirən daha bir fakta M. F. Axundovun komediya əsərindəki adı çəkilən "Mola İbrahim Xəlil Kimyagər" bədii obrazıdır ki bu şəxs reallıqda bu kəndin sakini olub.
Baş Layısqı
Baş Layısqı — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd. Şəki rayon mərkəzindən təxminən 35 km məsafədə yerləşir. Kənd 3 tərəfdən uca dağlar, sıldırım qayalar ilə əhatələnib. == Etimologiyası == Şin çayının sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Oykonim Baş və Layski (Laskiqaya adından) komponentlərindən düzəlib, "Layski yaşayış məntəqəsinin yuxarı hissəsi" deməkdir. Layski komponenti Laysqi, Laski, Laysıqı variantında da qeydə alınmışdır. 1831-ci il mənbələrində Layısqı kəndinin adı "Layiqsə" kimi qeyd edilmişdir. Belə ki, 1831-ci ildə kənd əhalisindən Balaşağa Əhməd oğlu, Məhəmməd Şəfi oğlu, Oruc İmamqulu oğlu, Məhəmməd Ramazan oğlu, Sofi Yüzbaşı Məhəmməd Əmin oğlu, Abbas Qasım oğlu, Kərim Cabbar oğlu, Kovxa Dərviş oğlu, Kərim Şəfi oğlu, Hümmət balaoğlan oğlu olmaqla ümumilikdə 14 nəfərim imzaları ilə təsdiqlədikləri Azərbaycan türkcəsində ərəb qrafikası ilə yazılmış sənəddə kəndin adı Layısqı deyil, Layiqsə kimi göstərilmişdir. Sənəddə yazılıb: Şəki vilayətinin Köynük mahalının Layiqsə kəndinin nüfus dəftəri. Biz bu aşağıda siyahı üzrə olan adamların xəbəri ilə doğru və dürüstlük olaraq məcmuin bu dəftərə yazdırmışıq.
Baş Nazir
Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı postunun hökumət başçısı postundan ayrı olduğu ölkələrdə hökumət başçısı. Bəzi ölkələrdə baş nazir birbaşa parlament seçkilərində seçilir, bəzilərində dövlət başçısının təqdimatı ilə parlament təsiq edir. Bəzilərində parlamentin təqdimatı ilə dövlət başçısı təsdiq edir.Dualist və parlamentli respublikalarda icra hakimiyyətini Baş nazir həyata keçirir,prezident formal xarakter daşıyır. Türkiyə, Böyük Britaniya, Fransada Baş nazir, Rusiya Federasiyasında hökumətin sədri; Latviyada — nazirlərin prezidenti; Almaniya və Avstriyada — kansler; Bolqarıstanda — nazir - sədr adlanır. == Tarixi == Baş nazir vəzifəsi ilk dəfə XVI — XVII əsrlərdə Qərbi Avropa ölkələrində təsis edilib. Fransada XVI—XVII əsrlərdə baş dövlət naziri vəzifəsi var idi. Türk dövlətlərində müvafiq olaraq vəzir və baş vəzir vəzifələri var idi.
Baş Qafqaz
Baş Qafqaz silsiləsi — Böyük Qafqaz dağlarının əsas suayrıcı silsiləsi. Azərbaycanda ən hündür nöqtəsi Bazardüzü zirvəsidir (4466 m). Baş Qafqaz Qafqaz bərzəxində ən hündür sıra dağlardır. İm.-q.-dən cənub-Şərqə doğru 1100 km. məsafəyə qədər uzanır. Suayrıcı silsiləsi də adlanır. Burada baş sözü "böyük" mənasını ifadə edir.
Baş Qaraçanlı
Baş Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Tarixi == Baş Qaraçanlı kəndi Uluxan çayının sahilində, dağətəyi ərazidədir. Etnotoponimdir. Baş türkmənşəli topoformant kimi umumtürk toponimiyasında mürəkkəb toponim yaradıcılığında geniş istifadə olunur. "Əsas", "birinci", "böyük", "ust", "yuxarı" mənalarını bildirir. Baş komponenti dağ, qaya zirvələrinin, çay, bulaq mənbələrinin adlandırılmasında istifadə olunur və Sibir, Cin, Orta Asiya, Qafqaz, Balkanlar, Kicik Asiya, Ukrayna, Volqaboyu, Rusiyanın Mərkəzi Qaratorpaq, Qazaxıstan, Azərbaycan və s. əhatə edən geniş Avrasiya regionunda təsadüf edilir. Konkret olaraq bu oykonim də "yuxarı" mənasına uyğundur.
Məmati Baş
Məmati Baş (– 7 iyun 2012, İstanbul) — Qurdlar Vadisi teleserialının uydurma personajlarından biri. Gürkan Uyğun tərəfindən canlandırılıb. Türkiyədə uşaqlara "Məmati" adının verilməsi qadağan edilib.
Nemət Baş
Nemət Baş (2 mart 1965) — Türkiyənin milli təhsil naziri, siyasətçi və hüquqşünas. Nemət Baş 1965-ci il martın 2-də Türkiyə Respublikası Karaman ilinin Ayrancı kəndində anadan olub. Keçmiş həyat yoldaşı Birol Çubuqçu ilə 15 iyul 2011-ci ildə boşanıb. Bu izdivacdan Çağrı adlı övladı var. 1988-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 1990-cı ildən sərbəst vəkillik fəaliyyətinə başlayıb. İstanbul Vəkillər Kollegiyası uşaq haqları komissiyasında və uşaq məhkəmələrində işləyib. Türkiyənin hakim partiyası AKP-nin qurucu üzvü olan Nemet Çubuqçu 3 noyabr 2002-ci il parlament seçkilərində AKP üzrə İstanbuldan millət vəkili seçilib. 2 iyun 2005-ci ildə qurulan 59-cu hökumətdə qadın və ailə problemləri üzrə dövlət naziri vəzifəsinə təyin olunub. 60-cı hökumətdə yenidən dövlət naziri olub.
Yuxarı Baş
Yuxarı Baş — Azərbaycanın Şəki şəhərinin yuxarı (hündür) tarixi hissəsində tarix-memarlıq qoruğu. Bura Şəki şəhərinin ən qədim hissəsidir. Qoruğun ərazisi 283 hektardır, direktoru isə Təranə Abdullayevadır. Qoruq ərazisinə Şəki xan sarayının da yerləşdiyi Nuxa qalası və karvansarayların və müxtəlif sənət növlərinə aid dükanların yerləşdiyi əsas alış-veriş küçəsi daxildir. Alış-veriş küçəsinin ətrafında hələ də öz qədim adlarını daşıyan məhəllələr yerləşir: Gileyli, Qırıçı, Qullar, Duluzlar, Aqvanlar, Otaq eşiyi, Sarı torpaq və s. Qoruq ərazisində həmçinin Şəkixanovların evi, məscidlər və hamamlar yerləşir. Yuxarı Baş 6 mart 1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə memarlıq qoruğu elan edildi. Şəhərin tarixi hissəsi Şəki xan sarayı ilə birlikdə 2019-cu ildən Ümumdünya İrsidir. Tədqiqatçılar fikirləşirdilər ki, Nuxa qədim Şəki şəhəridir. Ancaq tarixi mənbələrin analizinə və sahə araşdırmalarına əsaslanaraq müəyyən edilib ki, Nuxa və Şəki ayr-ayrı yaşayış məntəqələridir.
Baş (dəqiqləşdirmə)
Baş
Memati Baş
Məmati Baş (– 7 iyun 2012, İstanbul) — Qurdlar Vadisi teleserialının uydurma personajlarından biri. Gürkan Uyğun tərəfindən canlandırılıb. Türkiyədə uşaqlara "Məmati" adının verilməsi qadağan edilib.
Baş Müfti
Baş Müfti — bir dövlətin bölgə müftilərinin başçısıdır. Məqam erkən müasir dövrdə Osmanlı İmperiyasında meydana gəlib və sonralar bir sıra müasir ölkələrdə qəbul edilib. Baş Müfti adətən dövlət tərəfindən təyin olunan şəxsdir. Baxmayaraq ki, bəzi müasir ölkələrdə o, kollektiv və ya seçkili vəzifə tutur. Müftilər İslam hüququna (şəriətə) dair məcburi olmayan rəy (fətva) vermək səlahiyyətinə malik olan İslam hüquqşünaslarıdır. Osmanlı İmperiyasında 15-ci əsrdə əvvəllər müstəqil alim kimi fəaliyyət göstərən müftilər dini qurumların və alimlərin ierarxik bürokratiyasına inteqrasiya etməyə başlamışlar. XVI əsrin sonlarında hökumətin təyin etdiyi İstanbul müftisi şeyxülislam titulu ilə bu iyerarxiyaya cavabdeh olan baş müfti kimi tanınırdı. Şeyxülislam dini məsələlərdə sultana məsləhət vermək, dövlət siyasətini qanuniləşdirmək, hakimlər təyin etmək kimi bir sıra funksiyaları yerinə yetirirdi. Osmanlı İmperatorluğunun dağılmasından sonra müsəlman dünyasının bir çox ölkəsində baş müftilik vəzifəsi qəbul edilmiş və əksər hallarda hökumət siyasətlərinə dini dəstək vermək rolunu oynayır.
Baş istiqamət
Əgər ikitərtibli əyriyə nəzərən hər hansı istiqamət özünə perependikulyar olan istiqamətlə qoşma olarsa, baş istiqamət adlanır. Başqa sözlə öz qoşma istiqamətinə perependikulyar istiqamət baş istiqamətdir. Qoşmalıq qarşılıqlı olduğundan baş istiqamət perependikulyar olan istiqamətin özü də baş istiqamətdir. ( 0 , i , j ) {\displaystyle (0,i,j)} sistemində p → ( p 1 , p 2 ) {\displaystyle {\vec {p}}(p_{1},p_{2})} baş istiqamət vekorudur. Onda p → ⊥ q → {\displaystyle {\vec {p}}\bot {\vec {q}}} və p → {\displaystyle {\vec {p}}} qoşma q → {\displaystyle {\vec {q}}} olmalıdır. Yəni, 1) p 1 q 1 + p 2 q 2 = 0 {\displaystyle p_{1}q_{1}+p_{2}q_{2}=0} 2) a 11 p 1 q 1 + a 12 ( p 1 q 2 + p 2 q 1 ) + a 22 p 2 q 2 = 0 {\displaystyle a_{11}p_{1}q_{1}+a_{12}(p_{1}q_{2}+p_{2}q_{1})+a_{22}p_{2}q_{2}=0} ödənməlidir. 1)-i nəzərə alsaq, a 11 p 1 q 1 + a 12 ( p 1 q 1 − p 2 q 2 ) + a 22 p 2 q 2 = 0 {\displaystyle a_{11}p_{1}q_{1}+a_{12}(p_{1}q_{1}-p_{2}q_{2})+a_{22}p_{2}q_{2}=0} buradan da a 11 ( p 1 2 − p 2 2 ) + ( a 22 − a 11 ) p 2 p 1 = 0 {\displaystyle a_{11}(p_{1}^{2}-p_{2}^{2})+(a_{22}-a_{11})p_{2}p_{1}=0} alınır. Bu tənlik baş istiqamətlərin müəyyən edilməsinə imkan yaradır. Aşağıdakı hallara baxaq: 1. a 12 ≠ 0 , p 1 ≠ 0 {\displaystyle a_{12}\neq 0,p_{1}\neq 0} olarsa, p → ≠ 0 , k = p 2 p 1 {\displaystyle {\vec {p}}\neq 0,k={\frac {p_{2}}{p_{1}}}} işarə etsək k 2 a 12 + ( a 11 a 22 ) k − a 12 = 0 , k 1 , 2 = a 22 a 11 ± ( a 11 a 22 ) 2 + 4 a 12 2 2 a 12 , k 1 ⋅ k 2 = − 1 {\displaystyle k^{2}a_{12}+(a_{11}a_{22})k-a_{12}=0,k_{1,2}={\frac {a_{22}a_{11}\pm {\sqrt {(a_{11}a_{22})^{2}+4a_{12}^{2}}}}{2a_{12}}},k_{1}\cdot k_{2}=-1} Buradan alınır ki, γ {\displaystyle \gamma } əyrisinə nəzərən yalnız iki baş istiqamət vardır.
Baş vəzir
Baş vəzir, sədrəzəm və ya vəziri-əzəm (osman. صدر اعظم, وزیر اعظم) — İslam dünyasında əsasən erkən və orta əsrlərdə hökumət başçısının daşımış olduğu tarixi titul. == Osmanlıda == Osmanlı dövlətində sultanın adından dövlət işlərini idarə edən ən yüksək dərəcəli şəxsə verilən siyasi rütbədir. Bugünkü baş nazir vəzifəsi ilə eynidir. Osmanlı dövlətinin quruluş dönəmində sadəcə vəzir ünvanı işlədilmişdir. Orxan Qazi səltənətində 4 vəzir elmiyyə sinfindən seçilmişdir. I Murad səltənətində Çandarlılar qazılıqdan vəzirliyə yüksəlmiş, eyni dönəmdə vəzirlərin sayı artdığından əvvəlcə I vəzir, II vəzir ifadələri, daha sonra vəzir-i əzəm və nəhayət Bab-ı Əlinin qurulması ilə sədrəzəm ünvanı işlədilmişdir. 15. əsrin sonlarına qədər vəzir sayı üçü keçməmişdir. Vəzirlər Divan-ı Hümayun məclisi üçün Topqapı Sarayının Qübbəaltı adlanan hissəsində yığışdıqları üçün adətən onlar qübbə vəziri və ya qübbəaltı vəziri adlanırdılar.
Baş daşı
Məzar, qəbir, və ya başdaşı — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq və ya qəbiristanlıq adlanır. == Qəbrin növləri == Kurqan Küp qəbir == Dinlərdə qəbir və dəfn == Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Baş səhifə
Dünya Başqırdlar Qurultayı
Dünya Başqırdlar Qurultayı (başq. Бөтә донъя башҡорттары ҡоролтайы) — başqırdların birliyi; ictimai qurumların etnik və mədəni inkişafını qarşılamaq və problemləri gündəmə gətirmək üçün hazırlanmış beynəlxalq qurumlarla əməkdaşlıq quran bir təşkilat. Baş qərargahı Ufa şəhərində yerləşir. == Bütün qurultaylar == İndiyə kimi 4 Qurultay keçirilmişdir. === I Dünya Başqırdlar Qurultayı === I Dünya Başqırdlar Qurultayı 1-2 iyun 1995-ci ildə Ufada keçirilmişdir. Həmin qurultayda Başqırdstandan, Rusiya Federasiyasının 28 subyektindən və 19 xarici ölkədən ümumilikdə təxminən 800 nümayəndə iştirak etmişdir. Qurultay 10 bölmə üzrə keçirilmişdir. Qurultayda Başqırdıstan dövlətçiliyinin gücləndirilməsi və konstitusiya məsələləri, Başqırdıstan və Başqırdıstanın sosial-iqtisadi, siyasi və milli-mədəni inkişafı, respublikanın hüdudlarından kənarda yaşayan başqaları ilə əlaqələr qurmaq və inkişaf etdirmək və sair məsələlər müzakirə olunmuş, beynəlxalq təşkilatlara müraciətlər qəbul edilmişdir. === II Dünya Başqırdlar Qurultayı === II Dünya Başqırdlar Qurultayı 14-15 iyun 2002-ci ildə Ufada keçirilmişdir. Həmin qurultayda Başqırdstandan, Rusiya Federasiyasının 33 subyektindən və 19 xarici ölkədən ümumilikdə təxminən 800 nümayəndə iştirak etmişdir.
Dəllər (Başkeçid)
Dəllər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Oruzman kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 4 km cənub-qərbdə, Maşaver çayının sağ sahilində yerləşir. == Tarixi == Dəllər də türkmənşəli tayfalardan olub, qazaxlarda, başqırdlarda, noqaylarda, qaraqalpaqlarda Tele/Tələ tayfasının adını əks etdirir. == Əhalisi == Kənddə 1926-cı ildə 31 ailədə 253 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 313 nəfər (162 nəfəri kişilər, 151 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 402 nəfər əhali yaşayır. === Tanınmışları === Ramiz Almazov (d. 11 aprel 1960) — Rusiya Daxili xidmət general-leytenantı. == Təhsil == Kənddə ilk dünyəvi məktəb 1923-cü ildə yaradılıb.
Elman Əliyev (baş əsgər)
Elmar Mirzəyev (baş leytenant)
Elmar Vəliyev (icra başçısı)
Elmar Vəliyev (Elmar Rüstəm oğlu Vəliyev; 3 oktyabr 1960, Yevlax) — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2011–2018). == Həyatı == Elmar Vəliyev 3 oktyabr 1960-cı ildə Yevlax rayonunda anadan olmuşdur. 1979–1986-cı illərdə Azərbaycan Texnologiya Universitetində Mühəndis-texnoloq ixtisası üzrə, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Hüquqşünas ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb. 1983-cü ilə qədər bu müəssisədə təmirçi,1983–1989-cu illərdə Gəncə Tikiş Fabrikində mühəndis, 1989–1994-cü illərdə qədər Azərbaycan Respublikası Həmkarlar İttifaqı Mərkəzi Komitəsində təşkilatçı vəzifəsində işləyib. === Ailəsi === Ailəlidir, 3 övladı var. Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyevin qardaşıdır. == İctimai-siyasi fəaliyyəti == 1990-cı ildən 1995-ci ilə kimi Yevlax Şəhər Sovetinin deputatı olub. 1994–2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rəis müavini, 2004–2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilib.
Elmir Məmmədov (baş gizir)
Elməddin Nəsibov (baş leytenant)
Elnur Rüstəmov (baş gizir)
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Elvin Abbasov (baş çavuş)
Fortuna başcıqlı qaraçöhrə
Fortuna başcıqlı qaraçöhrə (lat. Cephalotaxus fortunei) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin başcıqlı qaraçöhrəkimilər fəsiləsinin başcıqlı qaraçöhrə cinsinə aid bitki növü. Kiçik gövdəli, alçaq boylu koldur. Bitkinin çətiri enli-oval olub, yarpaqları üfüqi cərgələrdə yerləşir, hamardır, uzunluğu 9 sm-ə qədərdir. Yarpaq ayaları dərili və parlaqdır. Yarpağın üst hissəsi yaşıldır, alt tərəfi isə açıq rəngli zoqlarla örtülmüşdür. Başcıqlı qaraçöhrənin cavan bitkiləri soyuqdan əziyyət çəkir, ancaq sonradan normaya düşərək qışda yaxşı böyüyür. Başcıqlı qaraçöhrə rütubətli və soyuq olmayan yerlərdə becərilməlidir. Başcıqlı qaraçöhrə kölgəyə davamlı bitkidir. Ancaq çox günəşli yerlərdə də yaxşı bitir.
Fyodorovka rayonu (Başqırdıstan)
Fyodorovka (başq. Фёдоровка районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Fyodorovka kəndidir. == Coğrafiyası == Rayon Başqırdıstan Respublikasının cənub-qərbində, Uralın quraq çöl zonasında yerləşir. Qərbdən Orenburq vilayətinin Şarlıkski rayonu ilə, şimaldan Sterlibaş ilə, cənubdan Köyörqəze ilə, şərqdən Mələeuz rayonları ilə həmsərhəddir. Rayonun ümumi sahəsi 1693 km² -dir. Regional mərkəz Ufadan 230 km məsafədə yerləşir. == Əhalisi == Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə: 2024 - 15,99 min nəfər. 2035 - 13,68 min nəfər. Milli tərkib 2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: tatarlar - 31,9 %, ruslar - 23,1 %, başqırdlar - 20 %, çuvaşlar - 12,2 %, mordvalar — 10,4 %, digər millətlərdən olanlar - 2,4 %.
Fəhlə Həyatının Başlanğıcı (1979)
Fəhlə həyatının başlanğıcı (film, 1979)
Fərid Hüseynov (baş çavuş)
Fərid Nağıyev (baş leytenant)
Gürcüstanın baş naziri
Gürcüstan baş nazirlərinin siyahısı — 26 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Gürcüstan Respublikasının Baş nazirləri bu siyahıda göstərilib. Bu siyahıda Gürcüstanda 1918-ci ildən 2015-ci ilədək Baş nazir və ya analoji vəzifəni tutan şəxslər təqdim olunub. Gürcüstanın ilk Baş naziri Noy Ramişvili idi, indiki isə Georgi Kvirikaşvilidi. Baş nazir vəzifəsi Gürcüstan Demokratik Respublikasının 1918-ci ildə müstəqillik elan etdikdən dərhal sonra yaradılıb. Gürcüstan Demokratik Respublikasının mövcud olduğu dövrdə vəzifə hökumət sədri (gürc. მთავრობის თავმჯდომარე) adlanırdı. Sovet qoşunlarının Gürcüstan ərazisinə soxulduqdan sonra Baş nazir postu ləğv olundu, lakin onun əvəzinə Xalq Komissarları Sovetinin sədri (gürc. სახალხო კომისართა საბჭოს თავმჯდომარე), daha sonra isə Nazirlər Şurasının sədri (gürc. მინისტრთა კაბინეტის თავმჯდომარე) vəzifələri yaradılmışdı. Müasir anlayışda Baş nazir postu 1991-ci ilin avqustunda bərpa edildi, lakin 1995-ci ilin dekabrında ləğv olundu.
Gəncə Baş Polis İdarəsi
Gəncə Şəhər Baş Polis İdarəsi — Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əsasnaməsi və strukturunun təsdiq edilməsi haqqında" dövlət başçısının 2001-ci il 30 iyun tarixli fərmanına dəyişiklik edilməsi barədə 25 iyun 2011-ci il tarixində imzaladığı fərmana əsasən Gəncə Şəhər Polis İdarəsi Gəncə Şəhər Baş Polis İdarəsi adlandırılmışdır.
Gəncə Şəhər Baş Polis İdarəsi
Gəncə Şəhər Baş Polis İdarəsi — Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əsasnaməsi və strukturunun təsdiq edilməsi haqqında" dövlət başçısının 2001-ci il 30 iyun tarixli fərmanına dəyişiklik edilməsi barədə 25 iyun 2011-ci il tarixində imzaladığı fərmana əsasən Gəncə Şəhər Polis İdarəsi Gəncə Şəhər Baş Polis İdarəsi adlandırılmışdır.
Gərginlik baş ağrısı
Gərginlik baş ağrısı(GBA) — geniş yayılmış birincili baş ağrısı formasıdır. Kişilərdə – 42%, qadınlarda isə 49% hallarda müşahidə olunur. GBA miqrenlə müqayisədə mülayimdir. == Ümumi məlumat == Adi hallarda GBA zamanı BA aşağıdakı xüsusiyyətlərə malikdir: ikitərəfli lokalizasiya sıxıcı və ya təzyiqedici xarakter ağrılar yüngüldən orta ağırlıq dərəcəsinə qədər ürəkbulanma və ya qusma yoxdur adi fiziki gərginlik zamanı artmır perikranial əzələlərin ağrıları, işığa və ya səs-küyə qarşı artmış həssaslıqla müşahidə oluna bilər GBA-nın səbəbləri tam aydın deyil, lakin onun əmələ gəlməsinə gətirən amillər müəyyən edilmişdir. Onların sırasına aşağıdakılar aiddir: emosional (həyəcan, depressiya, ailədə və həyatda stress və münaqişə vəziyyətləri) əmək və asudə vaxt rejiminin pozulması (işdə və ya təhsildə monoton əmək və ya artıq iş yükü, dincəlmə müddətinin yetərliolmaması) cinsi problemlər yuxunun pozulması havanın dəyişməsi gicgah-çənə oynağının disfunksiyası ənsə-alın və ənsəaltı əzələlərin spastik yığılması, əzələ gərginliyinə anadangəlmə meyililik Gərginlik baş ağrısı diaqnozu nevroloji müayinələrin nəticələrinin normal olması ilə yanaşı əmək qabiliyyətinin itirilməsinə gətirməyən ikitərəfli baş ağrısı olan xəstələrə qoyulmalıdır. === Əsas məqamlar === Gərginlik tipli baş ağrısı baş ağrılarının ən çox rast gəlinən səbəbidir. Lakin, bu patologiyanın əsasında duran mexanizm hələ də dəqiq məlum deyil. Gərginlik tipli baş ağrısına həm əzələ gərginliyi, həm də emosional stress səbəbindən baş verən baş ağrıları daxildir. Əzələlərin palpasiyasında qeyd edilən tapıntılar baş ağrısının yaranması ilə uzlaşmır. Mürəkkəb hallarda gərginlik tipli baş ağrısı miqrenlə yanaşı gedə bilər.
Iduk Baş döyüşü
Iduk Baş döyüşü — Çinlə İkinci Göytürk xaqanlığı arasında baş vermis döyüş. == Arxa plan == Tanq imperatoriçası Vu Zetianın qurduğu Zhou sülaləsi (690-705) və İkinci Göytürk xaqanlığı arasındakı döyüşlər 693-cü ildə Qapağan xaqan və Ayqucı Tonyukukun şimali Çinə axınları ilə başladı. Bu Göytürk-Tanq müharibəsinin müxtəlif səbəbləri var idi. Bunların əsasında Qapağan xaqanın dövləti gücləndirin böyütmə istəyi dururdu. Qapağan xaqanın bir qızını Vu Zetianın hakimiyyətdən uzaqlaşdırdığı Tanq xülaləsindən şahzadə ilə evləndirmək istəməsi, lakin Vu Zetianın bu istəyi geri çevirin, öz ailəsindən birini namizəd olaraq göndərməsi müharibə üçün yetərli bəhanəni yaratdı. == Döyüş == Edilən bir çox axından sonra 701 və 702-ci illərdə, yəni Kül Tigin 16 yaşında ikən, Göytürk ordusu şimali Şindəki Qansu bölgəsinin şimal-şəqinə axın təşkil etdi. Qumilyov ilə Giraudun bu hücumun Məvaraünnəhrə edildiyini irəli sürməsinə baxmayaraq, əksər tarixçilər hücum yerinin Qansu-Ordos bölgəsi olduğu fikirindədir. Bu hücuma Kül Tigin və Bilgə xaqan da qatılmışdılar. Orxon yazılarında Iduk Baş (Müqəddəs Yer) olaraq keçən yer də Göytürk ordusu Onq Tutuk komandanlığındakı 50 minlik Zhou ordusu ilə döyüşdü. Kül Tigin piyada olaraq döyüşdə iştirak etmiş və şəxsən Onq Tutukun qayınını öldürmüşdür.
Kamal Cəfərov (icra başçısı)
Kamal Cəfərov (tam adı: Cəfərov Kamal Camal oğlu) — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun İcra hakimiyyətinin başçısı. == Siyasi fəaliyyəti == Kamal Cəfərov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində işləmişdir. O, bu vəzifədən 1 iyun 2017-ci il tarixində azad edilmişdir. Naxçıvan Muxtar Respublikası Şərur rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində işləyir. O, bu vəzifəyə 1 iyun 2017-ci il tarixində təyin edilmişdir.
Kamran Fərəcov (baş əsgər)
Koordinat başlanğıcı
Koordinat başlanğıcı — Evklid fəzasında hesablamanın başlanğıcı — O hərfiylə adətən ifadə edilən xüsusi nöqtədir. Bütün qalan nöqtələr üçün hesablama nöqtəsi kimi istifadə olunur. Evklid həndəsəsində koordinatların başlanğıcı istənilən sərbəst seçilmiş nöqtə ola bilər. Koordinatların başlanğıcından keçirilmiş vektor başqa nöqtəyə nəzərən radius-vektor adlanır. == Dekart koordinat sistemi == Dekart koordinat sistemində, koordinat başlanğıcı — bütün koordinat oxlarının kəsişdiyi nöqtədir. Bu isə o deməkdir ki, bu nöqtənin bütün koordinatları sıfıra bərabərdir. Məsələn, səthdə o (0,0) koordinatlarına malikdir, amma üçölçülü sahədə isə — (0,0,0).
Köhnə hind başlanğıcı (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.

Значение слова в других словарях