1. İnsan bədəninin kəllə və sifətdən ibarət olan yuxarı hissəsi. İri baş. Onun başı ilə bədəni arasında tənasüb yoxdur. – Baş bədənin tacıdır, gözlər onun daş-qaşı. ( Ata. sözü ).
// Heyvan bədəninin beyin olan yuxarı və ya ön hissəsi.
□ Başı axmaq (dolanmaq) – başı gicəllənmək, başı hərlənmək.
Başı çatlamaq – başı bərk ağrımaq.
Başına vurmaq məc. – beyinə təsir etmək. Spirt başına vurdu.
Başını çevirmək – baxmamaq, görməmək üçün üzünü döndərmək.
// Başın beyin və saç olan yuxarı hissəsi; kəllə, qafa. Başına vurmaq. Daz baş. Başında bir dənə ağ tük yoxdur. Başına papaq qoymaq.
Başını sığallamaq məc. – mehribanlıqla, nəvazişlə başına əl çəkmək.
2. məc. Zehin, şüur. Başımda hər şey qarışdı. Belə bir şey heç başımda yox idi. Başıma yaxşı bir fikir gəldi.
// məc. dan. Ağıl, zəka mənasında. Kişidə baş var.
3. Bir şeyin ən yuxarı hissəsi, təpəsi, zirvəsi, üstü. Qüllənin başı. Ağacın başına çıxmaq.
4. Bir şeyin qalın, çıxıq, yumru ucu, təpəsi. Vintin başı. Mıxın başı.
// Yumru şəkildə olan hər şey. Bir baş soğan (kələm).
5. Kənar, qıraq, yan.
6. Bir şeyin başlandığı yer, başlanğıc. Çayın başı. Arxın başı. Kanalın başı. Yolun başı. Tarlanın başı.
// Müəyyən bir müddətin, hərəkət və ya hadisənin başlanğıcı, əvvəli, ibtidası. İlin başı. Ayın başı. Gələn ayın başında burada olaram.
7. Uzunluğu olan bir şeyin son nöqtəsi, ucu, qurtaracağı, kənarı, son hissəsi. Xalçanın başı. Şalbanın başı çürümüşdür. Ağacın o biri başından tut.
8. Bir şeyin ön tərəfi, qabaq tərəfi, qarşıda olan kənarı, yaxud əsas hissəsi. Gəminin başı. Taxtanın başı hansıdır?
9. Yuxarı tərəf, hörmətli yer. Məclisin başı.
□ Başa keçirmək – məclisin yuxarısına keçirmək, birinci yerə keçirmək, ən hörmətli yerdə, başda oturtmaq, hörmətini qaldırmaq.
Başa keçmək – məclisin yuxarısına keçmək, ən hörmətli yeri tutmaq, başda oturmaq.
Aşağı baş – məclisin ikinci dərəcəli yeri tərəfi.
Yuxarı baş – məclisin ən hörmətli yeri, tərəfi.
10. Heyvanları saymaq üçün hesab vahidi. Beş baş inək. On baş qoyun. Kolxozun yüz baş qaramalı var.
11. Ailə üzvü, nəfər, adam mənasında. Beş baş ailəm var.
12. sif. Vəzifəcə böyük olan; başçı, rəhbər, birinci, böyük. Baş mühəndis. Baş mühasib. Baş katib. Baş dirijor.
□ Baş olmaq – bir işdə birinci olmaq, başçı olmaq.
Başda olmaq – 1) bax baş olmaq;
2) məc. əsas yeri tutmaq, birinci olmaq. Orucluq ayının özünə məxsus süfrəsi vardı. Firni, tərək, bal halvası … və sairə.
13. sif. Başqalarına nisbətən daha mühüm, ən əsas, ən böyük, başlıca. Şəhərin baş küçələri. Ölkənin baş şəhəri. Baş məsələ. İdarələr şəhərin baş binalarında yerləşmişdir.
// Ali, ən yüksək. Baş idarələr. Baş məclis. Baş Mətbuat Müdirliyi. Baş komandanlıq.
14. sif. dan. Əla, ən yüksək, ən yaxşı, ən seçmə.
15. Sözün əvvəlinə rəqəm gətirməklə işlənir – dəfə, kərə mənasında.
// İki nöqtə arasında məsafə, yol. Hər iki başı piyada getdik. Biletin bir başı neçəyədir?
16. dan. Əsas, kök, səbəb, səbəbkar. Bütün işlərin başı odur.
17. köhn. Keçmişdə kəndlərdə işlənən şərti su ölçüsü vahidi.
◊ Baş açıb ağlamaq köhn. – qarğış etmək, nifrin etmək.
Baş açmaq – 1) başa düşmək, anlamaq, düşünmək.
2) sünbül açmaq, sünbüllənmək. Taxıllar baş açdı;
3) oxşamaq, ölü üstündə ağlamaq.
Baş açmamaq – başa düşməmək, anlamamaq, qana bilməmək.
Baş ağartmaq məc. – bir işdə çox çalışıb təcrübə qazanmaq. Mən bu işdə baş ağartmışam.
Baş ağrıtmaq – zəhmət vermək, əziyyət vermək, incitmək, vaxtını almaq, mane olmaq.
Baş alıb getmək (qaçmaq) – bax baş almaq 2-ci mənada.
Baş alıb gəlmək – axışıb gəlmək. Qoyunquzunun mələşməsi, atların kişnəməsi, uşaqların ağlaşması bir-birinə qarışmışdı.
Baş almaq – 1) uzun-uzadı danışmaq, uzunçuluq eləmək;
2) qarşısına gələn istiqamətə doğru getmək, baş götürüb getmək, qaçmaq.
Baş aparmaq – 1) üz tutmaq, yönəlmək, getmək, əl atmaq, məşğul olmaq.
2) zəhlə tökmək, lovğalovğa danışmaq, artıq-əskik danışmaq, danışığını bilməmək.
3) qaçmaq, tabe olmamaq, baş götürüb qaçmaq. Bu atın bir eybi var ki, baş aparıb gedir.
4) dəng etmək, beyninə təsir etmək, üzmək. Zurnanın səsi başımızı apardı.
Baş atmaq – 1) sözünün dal-qabağını gözləməmək, yekə danışmaq, həddini keçmək;
2) nişanəni vurmamaq, onu yuxarısından vurmaq, düz vurmamaq (hədəfi). Tüfəng baş atır.
Baş bağlamaq – 1) dən əmələ gəlmək (bitkilərdə). Günəbaxan hələ baş bağlamamışdır;
2) məc. bağlanmaq, məhəbbət yetirmək, uymaq. Oğlan qıza baş bağladı.
Baş çapmaq – bax baş vurmaq 8-ci mənada.
Baş çəkmək – hal soruşmaq, birinin halını bilmək üçün onun yanına getmək; dəymək, yoxlamaq, yoluxmaq. Xəstəyə baş çəkmək.
Baş çıxarmaq – 1) anlamaq, başa düşmək, qanmaq. Mən sənin işindən heç baş çıxara bilmirəm.
2) bax baş açmaq 2-ci mənada.
Baş dolandırmaq – 1) birtəhər keçinmək, yaşamaq, güzəran etmək;
2) ciddi bir iş ilə məşğul olmayaraq, vaxtını boş keçirmək, orada-burada yubanmaq. Gəl işini gör, baş dolandırma.
Baş eləmək – yetişmək, ağarışmaq, irinləmək (çiban, yara haqqında).
Baş endirmək – təzim etmək, baş əyib salam vermək.
Baş əymək – 1) ehtiram etmək, təzim etmək, salam vermək.
2) tabe olmaq, itaət etmək, alçalmaq.
Baş gəzdirmək – bax baş dolandırmaq.
Baş girləmək – bax baş dolandırmaq.
Baş göstərmək – zahir olmaq, meydana çıxmaq, görünmək.
Baş götürüb qaçmaq (getmək) – bax baş alıb getmək.
Baş işlətmək – fikirləşmək.
Baş kəsmək məc. – çox baha satmaq, insafsızlıq eləmək.
Baş qaçırmaq – boyun qaçırmaq, boynuna götürməmək, yaxa qurtarmaq, bəhanə gətirmək. Vədəsindən baş qaçırmaq. İşdən baş qaçırmaq.
Baş qaldırmaq – 1) üsyan etmək, qiyam etmək; qalxışmaq, hərəkətə gəlmək, dirçəlmək.
// üzə durmaq, itaətsizlik göstərmək, tabe olmamaq;
2) bitmək, cücərmək, başları görünmək.
3) oyanmaq, özünü hiss etdirmək.
Baş qarışdırmaq – bax başını qarışdırmaq.
Baş qarışmaq – iş çox olmaq, vaxt olmamaq.
Baş qaşımağa vaxtı olmamaq – işi həddindən artıq olmaq, qətiyyən boş vaxtı olmamaq. İşim çoxdur, baş qaşımağa vaxtım yoxdur. Baş qırxmaq ( məc. ) – fırıldaq işlətmək, aldatmaq, tovlayıb almaq.
Baş qoşmaq – 1) fikir vermək, əhəmiyyət vermək, maraqlanmaq.
2) məşğul olmaq, bir işə girişmək, özünü soxmaq, müdaxilə etmək, qarışmaq. Katib tənglənib çıxardı, baş qoşmazdı. Mir Cəlal;
3) sataşmaq, öcəşmək. Uşaqlar, qoy getsin, baş qoşmayın. Ona baş qoşma, görürsən ki, anlamır.
Baş qoymaq – canını fəda etmək, canından keçmək. Vətən yolunda baş qoymaq.
Baş məqalə – qəzetdə, jurnalda ən birinci yerdə çap olunan əsas redaksiya məqaləsi.
Baş salamatlığı – 1) bax başsağlığı;
2) dinclik, rahatlıq, salamatlıq, xətərsizlik.
Baş sındırmaq – çətin bir məsələnin üzərində çox düşünmək, çox fikirləşib həll etməyə çalışmaq.
Baş soxmaq – girmək, soxulmaq.
Baş tapmaq – anlamaq, qanmaq, başa düşmək, dərk etmək. Onun işindən baş tapmaq olmur.
Baş təpmək – bax baş soxmaq.
Baş tutmaq – 1) əmələ gəlmək, hasil olmaq, nəticə vermək.
2) dən bağlamaq. Bu taxıl hələ baş tutmayıbdır;
3) taxılı xəlbirləyib zibilini təmizləmək. Taxılı baş tutub, anbara yığdılar;
4) bir şeyin oğurluq olduğunu meydana çıxarmaq, oğurluq malı tutmaq.
Baş tutmamaq – əmələ gəlməmək, hasil olmamaq, müvəffəqiyyətsizliyə uğramaq, nəticə verməmək.
Baş üstə! – hazıram, yaxşı, razıyam mənasında işlənən ifadə.
Dedim: – Baş üstə.
Baş vermək – 1) əmələ gəlmək, meydana gəlmək, vaqe olmaq, sadir olmaq, ortaya çıxmaq, olmaq. Hadisə baş verdi.
2) başlamaq. Bulud zahir olunca, yağış baş verdi. Birdən külək baş verdi;
3) cücərmək, bitmək, başı görünmək.
Baş vurmaq – 1) güllə atdıqda hədəfdən yuxarıya vurmaq. Tüfəng baş vurur;
2) mübaliğə etmək, yekəyekə danışmaq, lovğalanmaq;
3) bax baş çəkmək.
4) suya batıb çıxmaq, dalmaq. Üzgüçü baş vurub, sudan üzüyü çıxartdı.
5) yırğalanmaq (gəmi haqqında);
6) həmlə etmək, hücum etmək.
7) baş endirmək, təzim etmək.
8) din. keçmişdə: Məhərrəm ayında aşura günü qatı mövhumatçıların baş çapmaq, baş yarmaq ayini.
Baş yarmaq – 1) bax baş vurmaq 8-ci mənada;
2) zərər vermək, ziyan vermək. Artıq tamah baş yarar. ( Ata. sözü ).
Baş yoldaşı – arvad, ər, həyat yoldaşı.
Baş yormaq məc. – çox düşünmək, çox fikirləşmək. Bunun üçün baş yormağa dəyməz.
Baş(dan) beyindən olmaq – dəng olmaq, çox eşitməkdən, səs-küydən qulaqları batmaq.
Başa aparmaq – 1) bax baş dolandırmaq 1-ci mənada.
2) sürmək, keçirmək.
Başa batmaq – ağıl kəsmək, inanıla bilmək, həqiqətə yaxın olmaq.
Başa bəla gətirmək (açmaq, olmaq) – bədbəxtliyə, əziyyətə, narahatlığa, qayğıya səbəb olmaq; əngəl olmaq.
Başa bəla olmaq – zərərli, əziyyətli, dözülməz, yaxud arzuedilməz adam, şey haqqında.
Başa çatdırmaq – axıra çatdırmaq, qurtarmaq, tamamlamaq.
Başa çatmaq – axıra yetmək, nəhayətə varmaq, tamamlanmaq.
// həyata keçmək.
Başa çıxarmaq məc. – həddindən artıq üz verib, ərköyün böyüdüb qudurtmaq, ayaqlandırmaq. Sən bu uşağı lap başımıza çıxartdın.
Başa çıxmaq – 1) ərköyünlükdən qudurmaq, həddini aşmaq, böyük-kiçik bilməmək, ayaqlanmaq. Sənə dinmədikcə lap başa çıxırsan;
2) işi axıra qədər görmək, tamamlamaq, qurtarmaq. Əlimdəki işi başa çıxdım. Kitabı oxuyub başa çıxdım;
3) birincilik qazanmaq, üstün gəlmək, qalib gəlmək.
Başa düşmək – anlamaq, düşünmək, qanmaq.
Başa əngəl olmaq – bax başa bəla olmaq.
Başa gəlmək – 1) yetmək, tamam olmaq, əmələ gəlmək, hasil olmaq. Nahar hələ başa gəlmədi? – Köçaxır kəndi kövşənində Kür qırağına çəkilən bənd tikilib başa gəldi. Mir Cəlal;
// həyata keçmək.
2) bax başına gəlmək.
Başa gətirmək – qayırmaq, düzəltmək, hazırlamaq.
Başa qaxmaq – etdiyi yaxşılığı xatırladaraq, üzünə deyərək utandırmaq, üzünə vurmaq, başa çaxmaq, minnət qoymaq.
Başa mindirmək – bax başa çıxarmaq.
Başa salmaq – anlatmaq, qandırmaq, izah etmək.
Başa vermək – 1) axıra yetirmək, sona çatdırmaq;
2) yola aparmaq, yola vermək, rəftar etmək.
Başa vurmaq – 1) axıra çatdırmaq, bitirmək, tamamlamaq, tamama yetirmək.
2) axıra kimi gəzmək, bir yeri diqqətlə axtarıb araşdırmaq.
3) bax başa qaxmaq.
Başa yetişmək (yetmək) – bax başa çatmaq.
Başda dolandırmaq (gəzdirmək) – aldatmaq, yalan vədlərlə aldatmaq.
Başdan aşmaq (daşmaq) – bol olmaq, həddindən artıq çox olmaq. Mağazalarda mal başdan aşır. Heç vaxtım yoxdur, iş başımda aşmışdır.
Başdan atmaq – rədd etmək, qəbul etməmək, boyun qaçırmaq.
Başdan çıxarmaq – aldatmaq, azdırmaq, tovlamaq, pis yola sövq etmək.
Başdan çıxmaq – çaşmaq, səhv etmək, aldanmaq, yanılmaq.
Mən başdan çıxdım, nahaq yerə onun sözlərinə qulaq asdım! Başı ayazımaq – bax başı ayılmaq 1-ci mənada.
Başdan eləmək (etmək) – rədd etmək, başdan ötürmək, özündən uzaqlaşdırmaq, canını qurtarmaq.
Başdan getmək – aldanmaq, yanılmaq, səhv etmək.
Başdan keçmək – candan keçmək, özünü fəda etmək.
Başdan olmaq (mənfi mənada) – 1) tamam olmaq, qurtarmaq, bitmək;
2) rədd olmaq, əl götürmək, çıxıb getmək;
3) səs-küydən dəng olmaq, təngə gəlmək, darıxmaq. Bu hay-küy nədir, lap başdan olduq.
Başdan rədd eləmək – bax başdan eləmək (etmək).
Başdan sovurmaq – diqqətsizlik etmək, tələsmək, bir işi keyfiyyətsiz, tələsik görmək, başdansovma etmək.
Baş-göz eləmək – evləndirmək.
Başı (bədəninə, çiyninə) ağırlıq etmək – hədə mənasında işlənən ifadədir.
Başı açıq qalmaq məc. – himayəsiz, yiyəsiz, kimsəsiz qalmaq.
Başı açılmaq – 1) bax başı ayılmaq 1-ci mənada. İşdən heç başım açılmır;
2) külli miqdarda axın ilə gəlməyə başlamaq. Sürünün başı açıldı.
3) başlanmaq.
Başı aşağı etmək – xəcalətli etmək, xəcalət çəkməsinə, utanmasına səbəb olmaq.
Başı aşağı olmaq – xəcalətli olmaq, etdiyi bir iş üçün xəcalət çəkmək, utanmaq. [Pirverdi bəy:] Sizə məlumdur ki, mən on yeddi ildi ki, ixlas ilə qulluq eləyirəm.
Başı ayılmaq – 1) işdən asudə olmaq, rahat olmaq, xilas olmaq. İşdən heç başı ayılmayır.
2) sərxoşluğu keçmək, ayılmaq.
Başı aynımaq – bax başı ayılmaq 1-ci mənada. Qoy bir başım aynısın.
Başı bağlanmaq – satılması, işlənməsi, istifadə edilməsi məhkəmə və s. tərəfindən qadağan olunmaq.
Başı batsın, başın batsın – qarğış.
Başı bənd olmaq – 1) evlənmək, evli olmaq, ailə sahibi olmaq;
2) bax başı qarışmaq.
Başı böyümək – bax başı şişmək.
Başı çıxmaq – tanış olmaq, aşna olmaq, bələd olmaq, bilmək, başa düşmək, anlamaq.
Başı çıxmamaq – bələd olmamaq, tanış olmamaq, bilməmək, başa düşməmək, bacarmamaq.
Başı daşa dəymək – fəlakətə, uğursuzluğa rast gəlib peşman olmaq, acı təcrübə görmək. Başı daşa dəyməyincə, ağlı başına gəlməz. ( Ata. sözü ).
Başı ətlənmək – varlanmaq, pullanmaq.
Başı gərm olmaq – başı qızışmaq.
Başı gicişmək məc. – heç bir səbəb olmadan özü üçün xətərli iş tutmaq, əcəli çatmaq.
Başı xarab olmaq – sarsaqlamaq, gicləşmək, xərifləmək, başına hava gəlmək, ağlını azdırmaq.
Başı xoş olmaq – halı, əhvalı yaxşı olmaq.
Başı ilə cavab vermək – bütün məsuliyyəti boynuna götürmək, zamin olmaq.
Başı qarışmaq – bir şeylə məşğul olmaq. Bu gün mənim başım qarışıqdır.
Başı qızışmaq – 1) çox məşğul olmaq, bir işlə ciddi məşğul olmaq, hər şeyi unutmaq. Səhərdən axşama kimi işlə başı qızışmış, yemək belə yadına düşmür;
2) hirslənmək, əsəbiləşmək, özündən çıxmaq. Elə başı qızışmışdı ki, heç kəsi tanımırdı.
Başı şişmək – işin çoxluğundan, dərddən, yaxud başqa bir səbəbdən nə edəcəyini bilməmək, başını itirmək.
Başı ucalmaq, başı uca olmaq – yüksəlmək, böyümək, artmaq, hörmət, nüfuz qazanmaq (yaxşı bir iş görmək nəticəsində).
Başı üstündə durmamaq – bərk kefli adam haqqında.
Başı üstünü kəsmək – 1) yanından ayrılmamaq, yanını kəsdirib durmaq, qulluq etmək. Bütün günü həkim xəstənin başı üstünü kəsmişdi;
2) məc. qısnamaq, tələsdirmək, sıxışdırmaq.
Başı yastığa enmək – naxoşlamaq, xəstələnmək.
Başıma (başına) dəysin – çox pis, keyfiyyətsiz, dəyərsiz iş haqqında. Dedi ki, belə iş mənim başıma dəysin.
“Kirpi” Başına yeritmək – bax beyninə yeritmək (salmaq) (“beyin”də).
Başın(ız) sağ olsun! – təziyə və təsəlli ifadəsidir.
Başın(ız) üçün! – and yerində işlənir.
Başın(ız)a dolanım (dönüm, dönərəm) – 1) yalvarış, nəvazişlə xahiş bildirən ifadə.
Başına ağıl qoymaq – yaxşı məsləhət vermək, pis əməldən daşındırmaq.
Başına almaq, aləmi başına almaq – bax başına götürmək.
Başına and olsun! – bax başın(ız) üçün.
Başına at təpmək – dəli olmaq, sarsaqlamaq, axmaqlamaq, axmaq danışmaq (ya iş görmək).
Başına buraxmaq – başlı-başına buraxmaq, öz ixtiyarına qoymaq, sərbəst buraxmaq, baxmamaq, nəzarətsiz qoymaq, daha maraqlanmamaq.
Başına cəm etmək – bax başına toplamaq.
Başına çarə qılmaq (görmək) – tədbir aramaq, çıxış yolu tapmaq.
Başına çəkmək məc. – hamısını birdən içmək, tamamilə içmək, acgözlüklə içmək.
Başına daş düşmək – 1) gözü götürməmək, paxıllıq etmək, həsəd aparmaq.
2) fəlakətə uğramaq, bədbəxtlik üz vermək.
Başına daş salmaq – boş yerə tələf etmək, puç etmək, itirmək, sərf etmək, korlamaq (pulu, malı və s.-ni). Kitabın başına daş saldın.
Başına dolanmaq – həddindən artıq əzizləmək, nəvaziş etmək, qayğısını çəkmək.
Başına düşmək – yadına düşmək, ürəyi istəmək, xatiri istəmək.
Başına gəlmək – birinə hadisə üz vermək, bir hadisəni şəxsən görmək, təcrübə etmək, görüb keçirmək; məruz qalmaq, rast gəlmək. Gülpərinin qorxduğu başına gəldi.
Başına girməmək – başa düşə bilməmək, anlaya bilməmək.
Başına götürmək – 1) hər tərəfə dolmaq, yayılmaq.
2) bərkdən danışaraq başqalarına aman verməmək.
Başına hava gəlmək – ağlı başından oynamaq, dəli olmaq.
Başına iş gəlmək – bəlaya uğramaq, müsibət üz vermək, qəza üz vermək, hadisə üz vermək, çətin və çıxılmaz bir vəziyyətə düşmək.
Başına iş gətirmək – əngələ salmaq, pislik eləmək, bəlaya, fəlakətə uğratmaq.
Başına it oyunu açmaq, başına itin suyunu tökmək – biabır etmək, təhqir edəcək dərəcədə danlamaq.
Başına kələk açmaq – ağır bir vəziyyətə salmaq.
Başına kül (olsun)! – qarğış ifadəsidir.
Başına qalmaq – 1) həddindən artıq olmaq, bol olmaq, satılmamaq, müştərisi olmamaq. Bazarda üzüm başına qalıbdır.
2) sahibsiz qalmaq, baxımsız qalmaq, nəzarətsiz qalmaq.
Başına qəza gəlmək – bax başına iş gəlmək.
Başına qiyamət qopmaq – müsibət üz vermək.
Başına mindirmək – bax başa çıxarmaq.
Başına oyun açmaq – bax başına kələk açmaq.
Başına oyun gətirmək – bax başına iş gətirmək.
Başına pislik gətirmək – namusuna təcavüz etmək, zorlamaq.
Başına tənbəki oyunu açmaq – bax başına oyun açmaq.
Başına toplamaq – başına yığmaq.
Başına vurmaq məc. – 1) fikirləşmək, düşünmək, götür-qoy eləmək. Hey başıma vururam, ağlım bir şey kəsmir;
2) bax başa qaxmaq.
Başına yığılmaq – bir şeyin və ya bir adamın ətrafına toplaşmaq, yığılmaq.
Başına yığmaq – ətrafına toplamaq (yığmaq).
Başında durmaq – rəhbərlik etmək, başçılıq etmək.
Başında gəzdirmək – çox hörmət və təzim etmək.
Başında qalmaq – yadında qalmaq, vərdiş eləmək, unutmamaq.
Başında qoz sındırmaq – çox incitmək, birinin üzərində hökmranlıq etmək, ağalıq etmək, istədiyini etmək.
Başından atmaq – bax başdan atmaq.
Başından basmaq – inkişaf etməyə, tərəqqi etməyə, irəli getməyə qoymamaq, sıxışdırmaq, əzmək.
Başından böyük (yekə) danışmaq – danışığında həddini aşmaq, həddini bilməmək, yaxud öz yaşına, vəziyyətinə, biliyinə və s.-yə uyğun danışmamaq, yekə-yekə danışmaq.
Başından çıxarmaq – 1) fikrindən çıxarmaq, yada düşülməmək, yadına salmamaq;
2) “öz” sözü ilə – uydurmaq, icad etmək. Bunu öz başından çıxarmısan, yoxsa bir yerdən eşitmisən?
Başından çıxmamaq – daim düşündürmək, daim fikrində olmaq.
Başından keçmək – 1) bax başına gəlmək. Başından çox şeylər keçib;
2) bax başını vermək.
Başından rədd etmək – bax başdan eləmək (etmək).
Başından tüstü çıxmaq – son dərəcə hirslənmək, hiddətlənmək.
Başını ağartmaq – bax baş ağartmaq.
Başını ağrıtmaq – bax baş ağrıtmaq.
Başını aşağı dikmək – 1) başını sallamaq;
2) məc. rüsvay etmək, biabır etmək.
Başını bağlamaq – 1) qanun üzrə birinin malını, şeylərini və s.-ni siyahıya alıb, satılmasını, yaxud istifadəsini qadağan etmək;
2) bir şeyi almaq üçün beh vermək, sövdələşib qurtarmaq;
3) məc. evləndirmək.
Başını batırmaq – tələf etmək, yox etmək, ortadan qaldırmaq.
Başını bənd etmək – 1) bax başını qarışdırmaq;
2) məc. evləndirmək.
Başını bir yerə yığmaq – 1) bir yerə toplamaq, yekunlaşdırmaq, ümumiləşdirmək.
2) evləndirmək.
Başını bişirmək – dilə tutub razı etmək, yola gətirmək, aldatmaq, tovlamaq.
Başını boşlamaq – öz ixtiyarına buraxmaq, sərbəst buraxmaq, əl çəkmək, bənd olmamaq, mane olmamaq.
Başını böyütmək – təngə gətirmək, darıxdırmaq, usandırmaq, sıxıntı vermək, əziyyət vermək.
Başını bulamaq – başını tərpətməklə narazı olduğunu, xoşlanmadığını bildirmək.
Başını buraxmaq – yüyənini, cilovunu boşaldaraq yerişini sürətləndirmək (atın).
2) bax başına buraxmaq.
Başını daşa döyür – yersiz, haqsız, əsassız danışan adam haqqında.
Başını daşlamaq – bax başına daş salmaq.
Başını dolandırmaq – bax başını qorumaq 2-ci mənada.
Başını əkmək – tovlamaq, aldatmaq, tovlayıb uzaqlaşdırmaq.
Başını girləmək – bax başını qorumaq 2-ci mənada.
Başını girləmək – vaxtını boşboş keçirmək. O, iş görən deyil, başını girləyir.
Başını itirmək – ağlını itirmək, özünü itirmək, işinin əvvəlini, axırını bilməmək, çaşmaq.
Başını külləmək – bax başını piyləmək.
Başını qarışdırmaq – 1) məşğul etmək, bir işlə vaxtını keçirmək. Uşağın başını qarışdır, bu saat gəlirəm;
2) birisini aldatmaq, fikrini yayındırmaq məqsədi ilə bir işlə məşğul etmək. Başını qarışdırıb tez əkildi.
Başını qaşımağa vaxtı olmamaq – işdən göz aça bilməmək, işi son dərəcə çox olmaq.
Başını qatmaq – bax başını qarışdırmaq.
Başını qınına çəkmək – gizlənmək, özünü gizlətmək.
Başını qorumaq – 1) özünü qorumaq, özünü mühafizə etmək. Xəstəlikdən başını qoru;
2) birtəhər dolanmaq, keçinmək.
Başını qoymaq – canını fəda etmək, canından keçmək.
Başını qurtarmaq – canını qurtarmaq, xilas olmaq.
Başını piyləmək – aldatmaq, tovlamaq.
Başını saxlamaq – bax başını qorumaq. O hələ də öz başını saxlaya bilmir.
Başını sallamaq – xəcalət çəkmək, cavab verə bilməmək, gözlərini yerə dikmək.
Başını sığallamaq məc. – asta-asta və sezdirmədən aldatmaq, tovlamaq, yuxulatmaq. Hərif onun başını sığallayıb əlindəkini aldı.
Başını silkələmək – bax başını bulamaq.
Başını tovlamaq – aldatmaq.
Başını vermək – başından, canından keçmək, canını fəda etmək.
Başını yarıb ətəyinə qoz tökmək – birinə pislik edib, sonradan cürbəcür üsullarla könlünü almağa çalışmaq.
Başını yemək – 1) məhv etmək; müxtəlif yol və vasitələrlə ortadan qalxmasına, yaxud ölümünə səbəb olmaq;
2) bax başını batırmaq.
Başını yerə qoymaq – ölmək.
Başını yerə döymək məc. – ibadət etmək, səcdə etmək, namaz qılmaq.
Başını yığmaq (saxlamaq) – cilovunu, yüyənini yığaraq, yerişini ağırlaşdırmaq (atın). Üçüncü döngəyə xeyli qalmış Həsən gəlib məni keçdi.
Başını yırğalamaq – bax başını bulamaq.
Başını yola vermək – bax başını qorumaq 2-ci mənada.
Bir baş yuxarı – hər hansı bir cəhətdən başqasından üstün.
Bir başdan – ucdantutma, bir tərəfdən başlayaraq. Bir başdan bu kitabları qəfəsələrə yığ.
Boya-başa yetirmək (çatdırmaq, çıxarmaq) – bax boy.
Boya-başa yetişmək (yetmək, çatmaq, çıxmaq) – bax boy.
Bu başdan – əvvəlcədən, qabaqcadan.
Əvvəl başdan – birinci növbədə, ilk əvvəl, qabaqca, hər şeydən əvvəl.
Əvvəl başdan deməliyəm ki… Əzəl başdan – lap əvvəldən, lap başdan, çoxdan, yaranandan.
Nə başını(zı) ağrıdım – xülasə, müxtəsər (ara söz kimi işlənir).