BAŞQASI
BAŞQIRDCA
OBASTAN VİKİ
Başqırd
Başqırdlar və ya Başqurdlar — Türk xalqları qrupunun bulqar yarımqrupuna aiddir. Başqırdlar haqqında ilk tarixi məlumatlar IX-X əsrlərə aid ərəb mənbələrində verilir. Mənbələrdə onlar «başkorf» və ya «başqırd» kimi qeyd olunmuşdular. Başqırdlar Volqa Bulqar dövləti yaranandan sonra onlara tabe oldular. XIII əsrdən Başqırdlarda feodal münasibətləri yarandı. 1236-cı ildə Batu xanın monqol qoşunları Volqa-Bulqar dövlətini süquta uğratdı, həmçinin Başqırdıstan torpaqları da onların işğalı altına düşdü. Başqırdlar Qızıl Ordaya xəz ilə yasaq (vergi) ödəyirdilər. Bundan başqa mal-qaranın sayının onda bir hissəsi də onlara verilirdi. XIV əsrdə Başqırdıstan ərazisi Qızıl Orda xanı Toxtamışla Əmir Teymur arasında döyüş (1391-ci il-Gündüzcə döyüşü) meydanına çevrilmişdi. XV əsrdə Başqırdıstanın xeyli hissəsi Noqay Ordasının tərkibinə qatılmışdı.
Başqırd MSSR
Başqırdıstan Muxtar Sovet Sosialist Respublikası (Başkiriya, Başqırdıstan, Başqırd MSSR, BASSR, Muxtar Sovet Sosialist Başqırdıstan Respublikası; başq. Башҡорт Автономиялы Совет Социалистик Республикаhы, Başqortostan Avtonomijalь Sovet Sotsialistik Respublikahь, Başqortostan ASSR-ь) — RSFSR tərkibində muxtar respublika. Respublika 20 mart 1919-cu ildə Sovet hakimiyyəti ilə Başqırdıstan hökuməti arasında imzalanmış anlaşma nəticəsində təşkil edilmişdir. Başqırdıstan MSSR RSFSR tərkibində daxil olan ilk muxtar respublika olur. Bu həmdə anlaşma ilə təşkil edilən ilk muxtar respublika olur. 11 oktyabr 1990-ci ildə Başqırdıstan MSSR Ali Soveti Başqırdıstan Dövlət Suverenliyi haqqında Deklarasiyanı imzalayır. Bununlada respubliksnın adından muxtar sözü silinir. 24 may 1991-ci ildə RSFSR Xalq Deputatlar Soveti bu qərarı təstiqləyir və 1978-ci ildə qəbul edilmiş RSFSR konstitutsiyasının 71-ci bəndinə dəyişiklik edir. Respublikanın adı 16 may 1992-ci ildə Başqıdıstan Respublikası olaraq dəyişdirilir. Fevral inqilabından sonra 1917-ci ildən regionda Başqırd milli hərəkatı milli-ərazi muxtariyyatı uğrunda mübaizəyə başlayır.
Başqırd atı
Başqırd atı — at cinsi olaraq Başqırdıstanın endemik canlısıdır. Bu cins yerli meşə və çöl atlarının seleksiyasi nəticəsində meydana gəlmişdir. Atın formalaşmasında il boyu davam edən kontinental iqlim mühüm rol oynamışdır. Bel nahiyədi enli, boynu idə yoğun və qısadır. Hündürlüyü 142–145 sm təşkil edir. Diri çəkisi 450–470 kq-dır. Başqırd atı xüsusi ilə XVII—XVIII əsrlərdə geniş yayılmışdı. Onlar Ufa və Orenburq quberniyalarında yetişdirilirdi. Əsas arealından kənarda isə Perm, Samara və Kazan quberniyalarında belə rast gəlinirdi. Onlardan əsasən Qərbi Sibirdə poçt daşımalarında istifadə edilirdi.
Başqırd balı
Başqırd balı (başq. Башҡорт балы) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında istehsal olunan bal. "Başqırd balı" adı qorunan ticarət nişanıdır. Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi 2005-ci ildən bəri Rusiya Federasiyasının ərazisindəki yeganə müəssisədir ki, bal məhsullarını etiketləmək üçün "Başqırd balı" ifadəsini istifadə etmək hüququna malikdir. Başqırd balının dadı uzun müddətdir ki, məşhurdur və başqırdlar üçün qürur qaynağı olmuşdur. Əsl Başqırd balı olmadan, bir başqırd çayı düşünülə bilməz; üzərinə təzə kənd qaymağı və bal sürtülmüş çörək insan istehsalı olan digər bütün şirniyyatlara meydan oxuya bilər. Başqırdıstanda istehsal olunan illik bal miqdarı orta hesabla 5–6 min ton təşkil edir. Rusiya ərazisindən başqa Başqırd balı və ona aid olan məhsullar bir çox Avropa ölkələrinə, ABŞ, Yaponiya, Yaxın Şərq və MDB ölkələrinə ixrac olunur. 2014-cü ildə Başqırd balının Çinə ixracı ilə bağlı 6 min ton həcmində olan bal üçün 3 milyard rubl məbləğində müqavilə imzalanmışdır. 2014-cü ilin avqustunda Çinin Szyutszyan şəhərində Başqırd balının satışı üçün ilk mağaza açılmışdır.
Başqırd dili
Başqırd dili (Башҡорт теле, Başqırdca tələffüz: [bɑʂ.ˈqʊɾt tɪ.ˈlɪ] ( dinlə)) — qıpçaq türklərinə daxil olan xalq. Əsas dialektləri — şimal-qərb, cənub (yurmatı) və şərq (kuvakan). Başqırdlar həmçinin Qazaxıstan və Özbəkistanda yaşayırlar. Tatar dilinə yaxındır, ondan fonetik cəhətcə, bir qədər də qrammatik və leksik cəhətcə fərqlənir.
Başqırd korpusu
Başqırd korpusu — 1919-cu ildə fəaliyyət göstərmiş və Başqırd hökumətinə tabe olan hərbi birləşmə. Başqırd ordusunun komandanı Zəki Vəlidi Toğanın 26 yanvar 1919-cu il tarixli əmri ilə Orenburq qəzasının Yermolayevo kəndinin yaxınlığında IX Başqırd atıcı diviziyasının alaylarından Başqırd korpusuna daxil oldular: I Başqırd atıcı diviziyası (I, II, IV Başqırd atıcı diviziyaları) II Başqırd atıcı diviziyası (V, VI Başqırd atıcı və I, II Başqıdr süvari alayları). Başqırd korpusu Orenburq və Sterlitamak şəhərləri arasındakı cəbhə xəttini müdafiə edirdilər. Onların düşməni I Qırmızı Ordu idi. Başqırd Hökumətinin 16 fevral 1919-cu il qərarına əsasən Başqırd korpusu hissələrinin Qırmızı Orduya keçidi başlayır. Başqırd hissələri ilə Qırmızı Ordunun ağlara qarşı ortaq hərbi əməliyyatları başlayır. Lakin Qırmızı Orduya keçidi qəbul etməyib öz dəstələri ilə ağlara qoşulan başqırdlar da olur. Bunlar Musa Murtazin, Məhəmməd Qabdulxay Qurbanqaliyev, Qalimyan Taqan və digərləri idi. I Qırmızı Orduya keçid edəndə korpusun heyətində var idi: I Başqırd atıcı alayı - 800 nəfər II Başqırd atıcı alayı - 715 nəfər IV Başqırd atıcı alayı - 650 nəfər V Başqırd atıcı alayı - 720 nəfər VI Başqırd atıcı alayı - 650 nəfər I Başqırd süvari alayı - 540 nəfər II Başqırd süvari alayı - 1100 nəfər Başqırd ehtiyat alayı - 570 nəfər Xüsusi Userqansk süvari batalyonu - 210 nəfər Karvansaray komandası - 285 nəfər Komendant, qarovul, konvoy, etap, rabitə, istehkamçı əsgərlər və Başqırd hökumətinin yanında xüsusi komendant rotası - ümumi 6556 nəfər. 1919-cu ilin mart ayında Başqırd korpusu I Qırmızı Ordu komandanlığı tərəfindən ləğv edilib.
Başqırd mədəniyyəti
Başqırd mədəniyyəti — Başqırd xalqının, Başqırdıstanda yaşayan digər xalqların və Başqırdıstan Respublikasının xalqlarının mədəniyyətidir. ХVII-XVIII əsrlərdə başqırdlarda məktəblər, mədrəsələr və ibtidai xalq məktəbləri fəaliyyət göstərirdi. Dərslər ərəb dilində keçilir və əsasən də ərəb dilini və Quranı öyrədirdilər. XVIII əsrin birinci yarısında Başqırdıstanda yüzlərlə məktəb və mədrəsələr fəaliyyət göstərirdilər.
Başqırd oxu
Başqırd oxu (rus. Башкирская стрела) – artefakt, Türingiyanın Şvarsa torpağında, Müqəddəs Laurensiya Lüteran kilsəsinin təpəsində ox. Bu tarix 1813-1814-cü illər rus ordusunun xarici yürüşləriylə bağlıdır. 14 aprel 1814-cü il başqırd döyüşçüləri (o vaxtkı adları ilə desək şimal amurları) Şvarsburq-Rudolştadtın (Almaniya) imperator knyazlığının əraziləri vasitəsilə vətənə qayıdaraq, şahzadə Karl Hünterin (imperiya knyazı Qyuntera I Fridrixinin oğulu) dəvəti ilə Şvarsa kəndinə gəldi, harada ki, Müqəddəs Laurensiya kilsəsinin həyətində toplaşmış yerli sakinlər onları qarşıladılar. Karl Hünter Başqırd oxlarının döyüş qabiliyyətindən şübhələndi və Lüteran kilsəsi istiqamətində bir ox vurmağı təklif etdi. Başqırdlar məbədə ox vurmağa cəsarət etməyərək yerli kahinə təəccüblə baxdılar, ancaq o razılıqla başını salladı. Belə olduqda döyüşçülərdən biri gərilmiş yaya oxu qoydu, lüteran kilsəsinə tərəf atdı, ox damın metal tikməsini deşdi.. Taxta ox artıq çoxdan çürüyüb, amma almanlar, başqırd Batırlarının qoçaqlığını tarixə köçürmək üçün həmin oxun metal surətini hazırlamışdılar. Bu ox uzun illər Şvarsa şəhərciyində "Müqəddəs Laurensiya Kilsəsi" günbəzində nümayiş etdirilmişdir. Başqırd yazıçısı Yanıbaya Xammatovanın "Şimal Amurları" tarixi romanında 1812-1814-cü illərdə rus ordusunun Napoleon ordusuna qarşı genişmiqyaslı hərbi əməliyyatlarından bəhs olunur.
Başqırd qoruğu
Başqırd Dövlət Təbiət Qoruğu Başqırdıstan Respublikasının Cənubi Ural dağları razisində yerləşir. Qoruq 11 iyul 1930-ci ildə təşkil edilmişdir. Qoruğun ərazisi 49 609 hektardır. 1951-ci ildə Başqırdıstan MSSR Nazirlər Sovetinin qərarı ilə qoruq ləğv edilir. Qoruğun ərazisi Lesxozlara verilir. Ərazisində meşə tədarük edilir. 1958-ci ilin noyabrında Başqırd qoruğu yenidən bərpa edilir. 1986-cı ilə qədər qoruq 3 hissədən ibarət olmuşdur: Ural-Tau, Cənubi Kraka və Pribel. 1986-ci ildə qoruğun bir hissəsində müstəqil Şulqan-Taş qoruğu təşkil edir. 2006-cı ildə Lomonosov adına Universitetin əməkdaşları və tələbələr tərəfindən qoruğun xəritəsi tərtib edilir Qoruq Başqırd Uralının mərkəzi hissəsində yerləşir.
Başqırd üsyanları
Başqırd üsyanı (1735 - 1740) — Başqırdların sayca dördüncü üsyanı. Başqırd üsyanı (1755 - 1756) — Başqırdların sayca beşinci üsyanı.
Başqırd şəcərəsi
Başqırd (şəcərə) (başq. şəcərə; ərəb. شجرة‎) — başqırd şəcərəsi, başqırd tayfa və nəsillərində, həmçinin başqa türk xalqlarında (camaatlarında) genealoji yazı. Başqırd dinində "şəcərə" sözünə sinonim kimi "nasabname", "nasapxat", "silsilya" və "tayra" kimi sözlərə də rast gəlinir. Başqırdlar islam dini qəbul edildikdən sonra nəsli tarixi ərəb dinində "şejere" adlanmağa başladı. Bu sözün mənası rus dilindən hərfi tərcümədə "ağac" bildirir, məna tərcümdə isə "nəsil" deməkdir. Başqırd şəcərəsinin ilk tədqiqatçılarından biri olmuş məşhur etnoqraf R. Q. Quziyevin "səcərəni" "genealoji salnamə" adlabdırmışdır. Şəcərənin salnamə olduğunu əsaslandıran Quziyev səcərə və salnamə eyni olmaqla yalnız hər hansı bir nəslin nümayəndələrinin adlarını və onların həyatının illərini özündə saxlamır, həm də əhəmiyyətli tarixi məlumatlarını özündə yaşadır Xarici tədqiqatçılar başqırd şəcərəsi əsas iki növə bölüşürlər: nominallar (sadələr) və narrativlər (mürəkkəblər). Birinci qrupa dadil olanlar xronoloji ardıcıllığında yerləşdirilmiş və bir ümumi kökə əsaslanan nəsilin başçılarının siyahısını təşkil edir. Əsasən çoxsaylı budaqlara bənzəyən ağacı xatırladır.
Başqırd Uralı
«Başqırd Uralı» — kompleks biosfer qoruğu. Qoruq Başqırdıstan Respublikasının qərbində, Cənubi Ural silsiləsinin yamacında yerləşir. 2012-ci ilin 12 iyulunda yaradılmış qoruq UNESCO-nun Biosfer qoruqlarının ümumdünya şəbəkəsi kompleksinə daxildir. Rusiyanın sayca 41-ci biosfer qoruğudur. «Başqırd Uralı» biosfer qoruğuna daxildir: Şulqan Daş qoruğu,Başqırdıstan Milli Parkı, Muradımov vadisi, Altın-Solak və İkskiy yasaqlıqları. Kuqərsen, Mələuez, İşembay, Böryən və Yılayır rayonlarının ərazisində yerləşən biosfer qoruğunun ümumu sahəsi 346 min hektardır. Ərazi 3 hissəyə bölünür: özək sahə 48 min hektar, bufer zona 90 min hektar və keçid zona 207 min hektar. Qoruq ərazisində 1800 bitki növü qeydiyyata alınmış və bunlardan 895 növ ali bitkilərdi. Ali bitkilərin 34 növü endemik, 30 növ isə reliktdir. Ümumən bitkilərin 56 növü Başqırdıstanın qırımızı kitabına, 12 növü isə Rusiyanın qırmızı kitabına daxil edilmişdir.
Başqırd-qazax münasibətləri
Başqırd-Qazax münasibətləri uzun əsrlik tarixə malikdir. XVIII əsrdə Kiçik juz Başqırd torpaqları ilə sərhədə malik idi. Uzun əsrlik qonşuluq öz növbəsində Başqırd mədəniyyətinə öz təsirini göstərmişdir. Bununla yanaşı iki xalq arasında sərhəd problemləri və toqquşmalar olmuşdur. Bizim günlərdə də Qazaxıstan və Başqırdıstan arasında isti iqtisadi, siyasi və mədəni əlaqələr qurulur. 1993-cü ildə iki respublika arasında ticari-iqtisadi əməkdaşlıq imzalanmışdır. 2003-cü ildə Qazaxıstan Başqırdıstandan 155.6 milyon dollar, əks istiqamətdə isə 80.8 milyon dollar dəyərində mal göndərilmişdir. 14 oktyabr 2004-cü ildə Astanada Başqırdıstan Respublikasının nümayəndəliyi açılmışdır. Nümayəndəlik ticari-iqtisadi, elmi-texniki və mədəni əlaqələrin möhkəmləndirilməsini hədəfləyirdi. 2016-ci nümayəndəlik Rusiyada baş verən ağır iqtisadi durum səbəbindən bağlanmışdır.
Başqırd Mərkəzi Şurası
Başqırd Mərkəzi Şurası və ya Başqırd Vilayət Şurası (baş:Башҡорт мәркәз шураһы) — 20 iyul 1917-ci ildə I Ümumbaşqırd Qurultayında Başqırd Milli Hərəkatına rəhbərlik etmək üçün yaradılıb. 1-11 may tarixlərində Moskvada Ümumrusiya Müsəlmanlarının I Qurultayı çağırılır. Bu qurultayda başqırdların 50 nəfərlik heyəti Rusiyanın federativ üsulla idarəedilməsi, Başqırd muxtariyyətinin qurulması və tutulmuş başqırd torpaqlarının geri qaytarılması tələbi ilə çıxış edirlər. Qurultay getdiyi dövrdə 10 may tarixində başqırd nümayəndə heyəti I Ümumbaşqırd qurultayını çağırmaq üçün idarəedici orqan seçirlər. Şuranın mərkəzi ilk dövrlər Orenburq şəhərində, 1918-ci ilin iyun-avqust aylarında Çelyabinskdə, dekabr ayından etibarən isə Orsk qəzasının sərhədləri daxilində yerləşirdi. Başqırd Mərkəzi Şurası müxtəlif bölgə şuralarını koordinasiya edirdi. II və III Ümumbaşqırd qurultaylarını təşkil etməklə yanaşı Şura həm də Ümumrusiya Müəssisələr Məclisinə namizədlərin seçkiqabağı kampaniyalarını da keçirirdi. 15 noyabr 1917-ci ildə Başqırd Mərkəzi Şurası Başqurdistan milli muxtariyyətinin qurulduğunu elan etdi. 17 fevral 1918-ci ildə Orenburq quberniyasının hərbi-inqilab komitəsi sədrinin əmrilə Başqırd Mərkəzi Şurasının üzvlərinin bir hissəsi və Başqırd hökumətinin bəzi bölmə rəhbərləri həbs olundular. Aprelin əvvəlində onlar Orenburqun başqırd və kazak dəstələri tərəfindən tutulmasından sonra azad olundular.
Başqırd Soda Şirkəti
Başqırd Soda Şirkəti (başq. Башҡортостан сода компанияһы) — Kalsium, ərzaq və kaustik soda, Polivinil xlorid, kabel birləşmələri istehsal edən Rusiya müəssisəsi. Müəssisə yeganə tereftaloil xlorid, rutenium-iridium örtüklü anodlar, katyonik polielektrolit flokulyant istehsalçısıdır. Sterlitamak şəhərində yerləşən iki əsas istehsaldan ibarətdir: Soda istehsalı və Kaustik istehsalı. Şirkətə Bereznikovski Soda Zavodu ASC (Berezniki) də daxildir. Hüquqi olaraq şirkət 2013-cü ildə "Kustik" və "Soda" açıq səhmdar cəmiyyətlərinin birləşməsi nəticəsində qurulmuşdur. "Başqırd Kimya" ASC-nin bir hissəsidir. Şirkətə iki kimyəvi istehsal müəssisəsi daxildir [3]: istehsal "Kostik" (Sterlitamak, Texniçeskaya Prospekti, 32) - kostik soda, süspansiyon polivinil xlorid, kabel birləşməsi, xlorid turşusu, dikloroetan, tereftaloil xlor, xlorlu parafinlər, polietilen poliaminlər və s. "Soda" istehsalı (Sterlitamak, Babuşkina k., 7) - kalsium dodası, sodium bikarbonat, kalsium xlorid, ağ his və s. Ötən əsrin 30-cu illərində ölkədə genişlənən genişmiqyaslı tikinti şəraitində soda külü və sementə təcili ehtiyac var idi.
Başqırd döyüşçüləri abidəsi
Başqırd döyüşçüləri abidəsi – Almaniyanın Drezden şəhərində Napoleon koalisiyası əleyhinə rus ordusu sıralarında döyüşmüş başqırd döyüşçüləri xatirəsinə qoyulmuş abidə. Drezden yaxınlığındakı döyüşə həsr olunmuş abidə. Abidə təxminən 80 santimetr hündürlükdə qaya parçası formasından və ona bərkidilmiş tunc lövhəcikdən ibarətdir. Tunc lövhəcikdə ox və kamanla silahlandırılmış və at çapan başqırd döyüşçüsü təsvir edilmişdir. Lövhəcikdəki mətndə almanca, başqırdca və rusca belə qeyd olunub: "1813-cü ildə Drezden yaxınlığında döyüşdə Napoleon koalisiyası əleyhinə rus ordusu sıralarında xidmət edən başqırd xalqının oğullarının xatirəsinə". Abidə 26 avqust 2006-cı il tarixində Leypsiq yaxınlığındakı döyüşün 190 illiyi şərəfinə qoyulub. Abidə İrek Bayşevin və məşhur alman rejissor və jurnalist Nasur Yuruşbayevin şəxsi vəsaiti hesabına yaradılıb.1812-ci il vətən müharibəsində və rus ordusunun 1813-1814-cü illərdə sərhəddən kənar yürüşlərində 28 başqırd alay iştirak edib. Birinci başqırd alay Drezden şəhəri yaxınlığında 1813-cü ilin martın 2-də, 4-cü və 5-ci başqırd alayları isə 1813-cü ilin sentyabr və noyabr aylarında baş verən döyüşlərdə iştirak etmişdir. Набиева Э.А. Памятник башкирским воинам. Военная история башкир: энциклопедия/ гл.
Başqırd süvariləri abidəsi
Başqırd süvariləri abidəsi — Ukraynanın Luqansk vilayətinin Petrovskoye şəhərində "Başqırd atlıları meydanında" "112-ci Başqırd Atlı Divizyası"nın xatirəsinə tikilmiş bir abidədir. 2009-cu ildə şəhər mərkəzində Petrovskoy şəhər şurasının qərarı ilə parkın yaradılması və yaddaqalan abidənin quraşdırılması üçün xüsusi qərar qəbul etdi. Abidə 2009-cu il oktyabrın 3-də 112-ci Başqırd süvarilərilərinin vəfat etmiş əsgərlərinin xatirəsini və M.M.Şaimuratovun 110 illik yubileyini xatırlamaq üçün aksiya çərçivəsində açılmışdır. 112-ci Başqırd süvari alayı, 1941-ci ilin dekabrında Ufa şəhərində Böyük Vətən Müharibəsinə qatılmaq üçün milli və regional bir xarakter əsasında qurulmuşdur. Башкирским конникам памятник. Военная история башкир: энциклопедия/ гл. Ред. А.З.Асфандияров. –Уфа: Башкирская энциклопедия, 2013. -432 с.;ил., карты ISBN 978-5-88185-076-0 Башкирских конников сквер.
Başqırd əlvan ördəkləri
Başqırd Müqavimət Komitəsi
Başqırd Müqavimət Komitəsi — Rusiyanın Başqırdıstan vilayətində fəaliyyət göstərən silahlı millətçi təşkilatdır. Əsas məqsədi Başqırdıstan üçün müstəqillik əldə etməkdir. 21 sentyabr 2022-ci ildə təsis edilmişdirr. Əsasən Rusiya hökumət binalarına və polis bölmələrinə kiçik yanğın hücumları edirlər. Başqırd Müqavimət Komitəsi 21 sentyabr 2022-ci ildə yaradılacaqdı. Bir neçə komissarlığa hücum ediləcəkdi. Rusiyanın qismən səfərbərliyindən sonra Başqırd müqaviməti elan edildi. "Nümayiş və etiraz yürüşlərinin vaxtı bitdi. Putin və müttəfiqləri indi güllə və Molotov kokteyli gözləyəbilər." Sentyabrın 24-də qrup “Vahid Rusiya”nın Salavatdakı ofislərini, oktyabrın 3-də isə Rusiya Federasiyası Kommunist Partiyasının şəhərdəki ofisini atəşə tutub. Rusiya rəsmiləri komitənin yaradılması və dəstəyinin arxasında başqırd mühacirlərinin tanınmış lideri Ruslan Qabbasovdan şübhələnirlər.
Başqırd Dövlət İncəsənət Muzeyi
Başqırd Dövlət İncəsənət Muzeyi və ya Mixail Nesterov adına Başqırd Dövlət İncəsənət Muzeyi — 5 yanvar 1919-cu ildə əsası qoyulmuş və 5 yanvar 1920-ci ildə açılışı baş tutmuş, Ufa şəhərində yerləşən incəsənət muzeyi. 1913-cü ildə Ufa şəhər sakini Mixayıl Nesterov öz doğma şəhərinə özünə məxsus olan XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş rus rəssamlarının rəsm kolleksiyasını və özünün çəkdiyi 30 rəsmi hədiyyə edir. Hədiyyə olunan rəsmlərin müəllifləri arasında İvan Şişkin, İsaak Levitan, Nikolay Yaroşenko, Konstantin Korovin, Aleksandr Benua, Vasiliy Polenov, Abram Arxipov və digərləri də var. Əldə olunan bu rəsm əsərlərini hökumət tikintisi davam edən Aksakov Xalq evində sərgiləməyi düşünürdü. Lakin bu məsələ Birinci Dünya Müharibəsi başşladığına görə və 1917-ci il inqilabına görə gecikdi. Buna görə də Nesterovun muzey üçün verdiyi eksponatlar 1919-cu ilə qədər Moskvada qorunurdular. 7 noyabr 1919-cu ildə Ufanı ələ keçirən bolşeviklər şəhərdə Oktyabr inqilabı adına Proletar İncəsənət Muzeyi yaratmaq haqqında qərar verirlər. Aksakov xalq evi hələ tikilmədiyinə görə muzeyin yerləşdirilməsi üçün tacir M. Laptevin evi ayrılır.< Muzeyin eksponatlarını Moskvadan Ufaya gətirmək çox çətin idi. Vətəndaş müharibəsi və sakit olmayan Rusiyada yolda eksponatların başına hər iş gələ bilərdi. Eksponatları Moskvadan Ufaya gətirməyi rəssam Nesterovun dostu olan məşhur memar İlya Bondarenkoya tapşırırlar.
Başqırd ayrı süvari briqadası
Başqırd ayrı süvari briqadası (rus. Башкирская отдельная кавалерийская бригада; 1919—1921) — Rusiya vətəndaş müharibəsi dövründə başqırd birləşmələrinin hərbi quruluşu. Başqırd ayrı süvari briqadası M. L. Murtazin tərəfindən 1919-cu ilin iyun ayında Başqırd korpusunun Əmir Karamışev adına 1-ci başqırd süvari alayının bazasında təşkil edilmişdir. Briqadaya 1-ci Başqırd süvari alayı, 2-ci Başqırd süvari alayı və piyada diviziyası daxil idi. 1920-ci ilin may ayında briqadanın tərkibinə 1-ci Başqırd süvari alayı əlavə olundu, hansı ki keçmiş Başqırd ayrı süvari diviziyasının hissəsi idi. Başqırd ayrı süvari briqadası Ağ Qvardiyanın Cənub Ordusunun tərkibində idi. 8 avqust 1919-cu ildə Başqırd ayrı süvari briqadası Ağ Qvardiya komandanlığının əmrlərinə əhəmiyyət vermədən müstəqil fəaliyyətə başladı. 18 avqust 1919-cu ildə ani hücum ilə 4-cü Orenburq Ordu Korpusunu məğlubiyyətə uğratdı. Başrevkom nümayəndəsi T. G. İmakovun köməyi ilə 23 avqust 1919-cu ildə Qırmızı Ordunun tərəfinə keçən briqada 1-ci Ordunun sıralarına daxil edildi. 1919-cu ilin sentyabrında briqada 1800 qılınc, iki silah aləti və səkkiz pulemyotu olan piyada batalyonuna sahib idi.
Başqırd işləri üzrə komissiya
Başqırd işləri üzrə komissiya — 1735-1740-cı illərdə baş tutmuş Başqırd üsyanlarını yatırmaq, üsyanda iştirak etmiş başqırdları cəzalandırmaq məqsədilə, imperatriça Anna İvanovnanın göstərişi ilə Rusiyada formalaşdırılmış dövlət qurumu. 1735-ci ildə baş tutmuş Başqırd üsyanlarını yatırmaq, üsyanda iştirak etmiş başqırdları cəzalandırmaq məqsədilə, imperatriça Anna İvanovnanın göstərişi ilə Başqırd işləri üzrə komissiya yaradılır. Qraf, rus diplomatı, general-mayor A.İ.Rumyantsev komissiyanın başçısı təyin edilir və abeçiliyinə üç ordu hissəsi, 500 rus kazakı və 3000 kalmık muzdlusu verilir. Cəza dəstələrinin ümumi sayı 20 000 nəfərə çatır. Komissiyaya sonradan 1736-1737-ci illərdə M.Xruşov, 1737-1742-ci illərdə isə L.Soymonov rəhbərlik edib. Komissiyanın baş qərargahı isə Menzelinsk şəhərində yerləşirdi. Mərkəzi Ufada yerləşən Orenburq komissiyası ilə Başqırd komissiyası fövqəladə hadisələrdə koalisyon hökumət rolunu oynamalı idilər. Bundan başqa komissiya inzibati, diplomatik, hərbi və maliyyə-siyasi funksiyaları da yerinə yetirməli idi. 11 fevral 1736-cı ildə verilmiş qərara əsasən bölgənin rus əhalisinin siyahıyaalınması baş tutub. Həmçinin başqırd əhalisini də siyahıyaalmağa cəhd göstərirdilər.14 iyul 1737-ci ildə Başqırd komissiyası ilə Orenburq ekspedisiyasının ortaq iclasında Başqırdıstanın idarəetməsi ilə bağlı islahatların keçirilməsi qərarı verildi.
Başqırd üsyanı (1662–1664)
Başqırd üsyanı — XVII əsrin II yarısında baş verən başqırdların ilk böyük üsyanlarından biri. 16-cı əsrin ortalarından başlayaraq Başqırdlar Rusiya Tsardomunun vassalı idilər. Üsyanın əsas səbəbi, Rusiyanın dahada genişlənməsi və sərhədlərinin böyüməsi nəticəsində Rusiyaya qoşulma şərtləri ilə alınan torpaqlara vətəndaşlıq hüquqlarını itirmək qorxusu idi. Başqırdlar da Ufa qubernatorunun özbaşınalığından narazı qaldılar və yığımlar zamanı məmurlar tərəfindən artan vergi və sui-istifadə hallarından şikayətləndilər. Üsyanın şərqdə Miet çayının ortasında, qərbdə Kama çayının orta axınında, cənubdakı Yaik çayından (indiki Urals) çayın Çusovoi çayının şimlına qədər yayılması. 1662-ci ilin yayında Uralda qiyam başladı. Sarah Mergena, Uraslanbek Bakkin və digər rəhbərlərin başçılığı Kataysky həbsxanasına, Dalmatia Nev'yansky, Aramilsky, Irbitskoi, Belosludskuyu, Murzinskoe və digər qəsəbələrə hücum edərək bəzilərini ələ keçirməyə müvəffəq oldu. Üsyançılarla mübarizə aparmaq üçün kral hökuməti böyük bir hərbi qüvvə göndərdi. İrtyaş gölünün yaxınlığında böyük bir döyüş keçirdilər. Digər bir mübarizə sahəsi üsyançıların Kungur şəhərini, Stepanovski həbsxanasını, Vozdvizhenski ələ keçirdiyi və Silva çayı boyunca Rus kəndlərini, monastırlarını və şəhərlərini dağıtdığı Şimali Başqırdıstan idi.
Başqırd üsyanı (1681 — 1684)
Başqırd üsyanı— 1681−1684 illər (Seitovskiy qiyamı) (başq. башҡорт ихтилалы; rus. Башкирское восстание) — XVII əsrin ikinci yarısının ən böyük başqırd üsyanlarından biri. Üsyana əsas səbəb çar hökumətinin başqırdların zorakı xristianlaşdırılması barədə 16 may 1681-ci ildə dərc edilmiş Fərmanı idi. Üsyan şərqdə İset çayının orta axınından qərbdə Volqaya qədər, cənubda Yaik (hal-hazırda Ural çayı) çayının yuxarısından şimalda Kamanın və Çusovayanın orta axınına qədər böyük bir ərazini tuturdu. Üsyançıların əsas gücləri başqırdlar idi onların başlarında tanınmış başqırd nəslindən olan Seit-Batırdan dururdu. İlk çıxışlar 1681-ci ilin yayında Noqay və Sibir ərazilərində başlanmışdır. 1682-ci ilin yazında kütləvi mübarizə başlandı: Kazan daruqisi üsyançıları Zakamski qalasına hücum etdilər, Osinski daruqesindən əsas zərbə Kunqura, qalalara və Stroqanovlar tərəfindən tutulmuş başqırd torpaqlarına yönəldilmişdi . Üsyançıların çoxsaylı dəstələri Ufanı mühasirəyə aldı, Qırmızı Uçurumu, Lovaşnoe və başqa əraziləri, qərbdə — Sərxoş Meşə, Karakulino və başqa yerləri tutdu. Mayda üsyan bütün ərazini əhatə edirid.
Başqırd üsyanı (1681−1684)
Başqırd üsyanı— 1681−1684 illər (Seitovskiy qiyamı) (başq. башҡорт ихтилалы; rus. Башкирское восстание) — XVII əsrin ikinci yarısının ən böyük başqırd üsyanlarından biri. Üsyana əsas səbəb çar hökumətinin başqırdların zorakı xristianlaşdırılması barədə 16 may 1681-ci ildə dərc edilmiş Fərmanı idi. Üsyan şərqdə İset çayının orta axınından qərbdə Volqaya qədər, cənubda Yaik (hal-hazırda Ural çayı) çayının yuxarısından şimalda Kamanın və Çusovayanın orta axınına qədər böyük bir ərazini tuturdu. Üsyançıların əsas gücləri başqırdlar idi onların başlarında tanınmış başqırd nəslindən olan Seit-Batırdan dururdu. İlk çıxışlar 1681-ci ilin yayında Noqay və Sibir ərazilərində başlanmışdır. 1682-ci ilin yazında kütləvi mübarizə başlandı: Kazan daruqisi üsyançıları Zakamski qalasına hücum etdilər, Osinski daruqesindən əsas zərbə Kunqura, qalalara və Stroqanovlar tərəfindən tutulmuş başqırd torpaqlarına yönəldilmişdi . Üsyançıların çoxsaylı dəstələri Ufanı mühasirəyə aldı, Qırmızı Uçurumu, Lovaşnoe və başqa əraziləri, qərbdə — Sərxoş Meşə, Karakulino və başqa yerləri tutdu. Mayda üsyan bütün ərazini əhatə edirid.
Başqırdıstan coğrafiyası
Başqırdıstan iqtisadiyyatı (başq. Башҡортостан географияһы) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının coğrafiyası. Başqırdıstan Respublikası Asiya ilə Avropanın birləşdiyi bir bölgədədir. Respublika Cənubi Uraldan qərbə doğru, Belaya və Kama çaylarına qədər uzanır. Cənubi Uralın ən yüksək zirvəsi olan Yamantau dağından qərbə və cənuba doğru getdikcə yüksəklik azalır. Meşələrlə örtülü dağlar yerini ümumiyyətlə, yarpaq tökən ağaclardan ibarət yaşıllıqlarla bəzədilmiş bir çöllərə və Belaya çayının keçdiyi düzənliklərə buraxır. Şimaldan Perm diyarı, şimal-şərq Sverdlovsk vilayəti, şimal-şərq, şərq və cənub-şərqdən Çelyabinsk vilayəti, ənub-şərq, cənub və cənub-qərbdən Orenburq vilayəti, qərbdən Tatarıstan Respublikası və şimal-qərbdən Udmurtiya Respublikası ilə həmsərhəddir.
Başqırdıstan geologiyası
Başqırdıstan geologiyası — Başqırdıstanın geoloji quruluşunda üç əsas sahə fərqlənir: Qərb, Cənub və Dağlıq Başqırdıstan. Qərbi Başqırdıstan Şərqi Avropa platformasında və Ön Ural deprerssiyasında yerləşir. Başqırdıstan respublikanın qərb sərhəddindən Ural qırışıqlığına qədər olan ərazisi Şərqi Avropa platformasına aiddir. Qərbi Başqırdıstanda Şərqi Avropa platforması çöküntü süxurlarından ibarət örtükdən və metamorfik, maqmatik mənşəli süxurlardan ibarətdir. Rus platformasının təməli aşağıdakı qalxma zonlarından ibarətdir: Buqulminsko-Belebeyevskaya yüksəkliyinin yerləşdiyi Tatar qalxması, Ufa yaylasının yerləşdiyi Başqırd qalxması, Baş Sırt yüksəkliyini yerləşdiyi Orenburq qalxması. Bölgənin relyefi təməl səthinin formasına uyğundur. Cənubda yerləşən dağlıq Başqırdıstanın relyefi dağ silsilələrindən və dağlar arası çökəkliklərdən ibarətdir. Bu bölgədə Cənubi Uralın ən yüksək dağ zirvələri - Böyük İremel (1582 m) və Yamantau (1640 m), həmçinin Zilair yaylası (Cənubi Ural yaylası) var. Başqırdıstan dağ silsilələrinin zirvələrində və yamaclarında "daş dənizlər", "daş çaylar" - ölçüləri 0,2-0,3 m-dən çox olan daş bloklarının xaotik yığımları - kurumlar mövcuddur. Kurumlar aşınma, sərt iqlim və keçmiş buzlaşmanın təsiri ilə formalaşmışdır.
Başqırdıstan gerbi
Başqırdıstan gerbi - Rusiya Federasiyasının tərkibinə daxil olan Başqırdıstan Respublikasının dövlət simvolu. 1999-cu il 6 iyul tarixində Başqırdıstan Respublikasının Parlamenti tərəfindən qəbul edilib. Rusiya Federasiyasının Dövlət heraldika reyestrində №164 kimi qeydiyyatdadır. Başqırdıstan Respublikasının gerbi milli ornamentlərlə çərçivəyə alınmış dairəyə içərisində Salavat Yulayevin abidəsinin doğan Günəşin və onun şüalarının fonunda təsirini təqdim edir. Aşağıda isə xalqın cəsarət rəmzi olan kurayın çiçəklənməsi təsvir edilib. Başqırdıstan Respublikasının dövlət bayrağı rənglərində bəzədilmiş lentin üzərində ağ sahədə belə yazılmışdır: «Başqırdıstan». Gerbin rəngli təsvirində Salavat Yulayevin abidəsi, ornamentlər qızılı, kuray gülü - yaşıl, doğan günəş parlaq-qızılı, günəşin şüaları-sarı, abidə və ornament arasında olan fon- ağ, daxili və xarici ətrafları - tünd-qızılı rənglərdədir. Salavat Yulayev - Başqırd bahadurlarının yürüşlərinə, doğma təbiətə təriflər deyən başqırd milli qəhrəmanı və xalq şairidir. Onun yaradıcılığı hər cür zülmə qarşı mübarizə ruhunda olub ağızdan ağıza ötürülmüşdür. Lakin gerbdə konkret bir şəxsiyyət təsvir olunmayıb.
Başqırdıstan gölləri
Başqırdıstan gölləri — Başqırdıstan respublikası ərazisində yerləşən bütün göllər. Başqırdıstan respublikasında irili xırdalı 2.200 göl var. Göllərin 75 %-i respublikanın qərb rayonlarında düzənlik ərazilərdə yerləşir. Çay hövzələrinə görə göllər belə paylanıb: Belaya (Agidel) çayının hövzəsi boyunca - 75%-ə yaxın Dyoma (Kugidel) çayının hövzəsi boyunca - 12% İk çayının hövzəsi boyunca - 8% Ufa (Karaidel) çayının hövzəsi boyunca - 7% Böyük göllər aşağı ön Uralda yerləşir. Bunlar, Asılkul, Kandrıkul (karst-uçqun mənşəlli), Akkul, Ylankul və digər göllərdir. Başqırd Uralsonrası ərazilərində isə Urqun, Bolşoe Uçalı, Karaqaylı, Uzunkul, Yaktıkul, Surtandı, Çebarkul, Atavdı, Yauqul, Muldak, Talkas və digərləri. Bunlardan Akkul axarlı, Atavdı, Muldak, Yauqul isə axarsız göllərdir. Başqırdıstan Respublikasında göllərin çoxu evtrof mənşəllidir. Yaktıkul gölü isə oliqotrof mənşəllidir. Kieşki, Sarvinsk, Şınqakkul gölləri isə təbiət abidəsidir.
Başqırdıstan himni
Başqırdıstan Respublikasının dövlət himni (Başqırdıstan Cümhuriyyətinin Dövlət himni) - Rusiya Federasiyasının tərkibindəki Başqırdıstan Respublikasının dövlət himni. Başqırdıstan Respublikasının dövlət himni ilk dəfə "Başqırdıstan Respublikasının Dövlət himni Haqqında" RB Qanunuyla 12 oktyabr, 1993-cü ildə təsdiq edilmişdir. "Respublika" Musiqi əsəri sonradan himn olmuşdur. 11 oktyabr 1990-cı ildə, Fərid İdrisov tərəfindən yazılmışdır. 6 iyul 1999-cu il "Başqırdıstan Respublikasının dövlət simvolikası Haqqında" qanun təsdiq edilmişdir. Başqırdıstan Respublikasının dövlət himni - açılış və təntənəli yığıncaqların və iclasların bağlanması zamanı həyata keçirilir. Başqırdıstanın və Rusiya Federasiyasının dövlət bayramlarına həsr edilmişlər; Başqırdıstanın başçısının vəzifəsinə giriş vaxtı andın gətirilməsindən sonra; açılış və Dövlət Yığıncağının iclaslarının bağlanması zamanı — Başqırdıstan Respublikasının Qurultayı, bələdiyyə təhsilləri səlahiyyətli orqanları; Başqırdıstanın bayrağının və başqa rəsmi mərasimlərin qalxması zamanı, respublika dövlət hakimiyyəti orqanları tərəfindən keçirilənlər; görüş mərasimləri və xarici dövlətlərin başçılarının və xarici dövlətlərin hökumətlərinin başçılarının rəsmi səfəriylə Başqırdıstan Respublikasına baş çəkənlərin məftilləri zamanı və qanunla nəzərdə tutulmuş başqa hadisələr. Himnin başqırdca və rusca mətnləri fərqlənirlər.
Başqırdıstan iqlimi
Başqırdıstan iqlimi — Başqırdıstan Respublikasının iqlimi. Başqlrdıstan iqliminə təsir göstərən əsas amillər bölgəyə daxil olan hava kütlələri və günəş radiasiyadır. Əsas küləklər cənub və qərb-şərq istiqamətlidir. Ölkə Avrasiyanın daxilində, subtropik və mülayim hava kütlələri ilə Arktika hava kütlələrinin yerdəyişməsi baş tutur. Burada tropik, arktik və mülayim hava kütlələri üstünlük təşkil edir. Atlantik okean üzərində formalaşan hava kütlələri Başqırdıstan ərazisinə catdıqda artıq quru və kontinental forma alır. Qışda Asiya antisiklonu hökm sürür. Bu zaman küləyin sürəti 3,4-5,2 m/s saniyəyə çatır. Güçlü küləklərin güçü 15 m/s və çox əsasən dekabr, yanvar və martda müşahidə edilir. Qış ayları güçlü küləklər həm də güçlü qarla müşahidə edilir.
Başqırdıstan iqtisadiyyatı
Başqırdıstan iqtisadiyyatı (başq. Башҡортостан иҡтисады) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının iqtisadiyyatı. Başqırdıstan Rusiya Federasiyasının istər ümumi gəlir, istər sənaye istehsalatının həcmi, istər kənd təsərrüfatı, istərsə də sabit sərmaye yatırımı baxımından ən inkişaf etmiş subyektlərindən biridir. Başqırdıstan Respublikasının iqtisadi quruluşu ilk növbədə əkinçilik, heyvandarlıq və sənayeyə söykənib. Başqırdıstan Ural iqtisadi rayonuna daxildir. Respublikanın Rusiya ÜDM-indəki payı 2,3%-dir. Rusiya Federasiyası iqtisadiyyatında neft hasilatı 2003-cü ildə 2,7% və neftin ilkin emalı 13,3%, mis filizlərinin konsentratlarda 10–12%, daşduzun hasilatı 37% olmuşdur. Başqırdıstan iri sənaye (kaustik soda 20,9%, sintetik qatranlar və plastik kütlələr 14,4%, metalkəsən dəzgahlar 13%, sulfat turşusu 2,7%) və kənd təsərrüfatı məhsullarının (Rusiya Federasiyası üzrə 4,4%; süd 6,1%, ümumi taxıl yığımının 5,7%-i) istehsalçısıdır. ÜRM-in (ümumregional məhsulun) strukturunda sənayenin payı %-lə 32,1, kənd təsərrüfatının payı 11,4, ticarətin, əmtəə və xidmət satışı üzrə kommersiya fəaliyyətinin payı 10,3, qeyri-bazar xidmətlərinin payı 8,1, tikintinin payı 7,8, nəqliyyatının payı 6,1, digər sahələrin payı 10,5-dir. Mülkiyyətin formalarına görə müəssisələrin nisbəti təşkilatların sayına görə 2004-cü ildə %-lə özəl 65,1, bələdiyyə 13,5, dövlət 5,3, ictimai və dini təşkilatların (birliklərin) 9,9, digər mülkiyyət formaları 6,1 olmuşdur.
Başqırdıstan konstitusiyası
Başqırdıstan Respublikası Konstitusiyası — Başqırdıstan Respublikasının ali qanunudur. Konstitusiya hökumətin milli çərçivəsini müəyyənləşdirir. Konsitutsiyanı ilk üç məcəlləsi hakimiyyətin ayrılmasının doktrinasını təşkil edir. Beləki, Başqırdıstan Milli Məclisindən ibarət qanunvericilik, hökumət başçısından ibarət olan icraçı və Ali Məhkəmə də başda olmaqla digər məhkəmələrdən ibarət məhkəmə hakimiyyətləri təşkil edir. Başqırdıstan Rusiya tərkibində olduğu üçün dövlətin qəbul etdiyi konsitutsiyaya diqqət edilir və bəzən mərkəz tərəfindən də təzyiqə məruz qalır. Məsələn 2014-cü ildə konsitutsiyaya edilən sonuncu dəyişikliklərdə "prezident" sözü konsitutiyadan çıxarıldı və yerinə "baş" əlavə edildi. Həmçinin konsitutiyada başqırd dili ilə əlaqədar qanunlara yerli hakimiyyət oraqanları tərəfindən əməl edilmir.
Başqırdıstan kütləvi informasiya vasitələri
Başqırdıstan kütləvi informasiya vasitələri — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının kütləvi informasiya vasitələri. Başqırdıstan Respublikasında başqırd, rus, tatar, çuvaş və mari dillərində qəzet və jurnallar çıxır. 2007-ci ilin məlumatlarına əsasən “Respublika Başkortostan”, “Başkortostan”, “Kızıl tan”, “Molodyojnaya qazeta”, “Veçernyaya Ufa”, “Ural səsi”, “Çolman” (“Kama”) qəzetləri, “Vətəndaş”, “Ufa”, “Hənək” (satira və yumor), həmçinin uşaq və gənclər üçün “Amanat” və “Akbuzat” jurnalları respublikanın əsas mətbu orqanları idi. “Başkortostan” dövlət teleradio şirkətinin tərkibində “Radio Başkortostana” radiostansiyası və Başqırdıstan peyk telekanalı fəaliyyət göstərir. “Başinform” dövlət informasiya agentliyi 1994-cü ildə yaradılmışdır. "Başkortostan" qəzeti Кузбеков Ф. Т. Башкирская журналистика: история и современность. — Уфа: БГУ, 1998.
Başqırdıstan memarlığı
Başqırdıstan memarlığı — Rusiya Federasiyasının Başqırdıstan Respublikası ərazisində mövcud olan müxtəlif mədəniyyətlərə aid olan abidələr kompleksi. Ölkədəki ən qədim təsviri sənət abidələri Paleolit dövrünə aiddir. Bunlar Kap mağarasının qayaüstü rəsmləridir. Urqaz çayının axını boyunca yerləşən şəhər-qalalar Tunc dövrü abidələrindəndir. Soğdilərin istehsal etdiyi gümüş qablardan ibarət Avrüztamak dəfinəsi IX əsrin ikinci yarısı – X əsrin əvvəllərinə aiddir. Daş memarlığının erkən formalarına məqbərələr (keşene) (Bəndəbikə, XV–XVI əsrlər, Kuçargin rayonunun Maksyutovo kəndi yaxınlığında; Turaxana, XIV–XV əsrlər, Ufa yaxınlığında; Hüseynbəy, XIV əsr, 1911-ci ildə yenidən tikilmişdir, Çişmı rayonu) və daş mengirlər (Sterlibaşevo rayonunun Tabuldı kəndi yaxınlığında) aiddir. XVI əsrdə ağacdan dini tikililər meydana gəlmişdir (Baltaçevo rayonunun Starotuşkırovo kəndində məscid; XVI əsrin sonu – XVII əsrin əvvəli, 1891-ci ildə yenidən qurulmuşdur, usta K. Rəhmətullin). Başqırdıstan Rusiyaya ilhaq edildikdən sonra XVI əsrin ortalarından etibarən yerli ənənələrə rus memarlığının da təsiri olmuşdur. XVIII əsrdən Başqırdıstan ərazisində məscidlərin intensiv tikintisinə başlanılmışdır. Məsələn, 1701-ci ildə Starokuskuldino kəndində, 1724-cü ildə İmay-Utarovoda, 1725-ci ildə Qulyukovoda məscidlər tikilmişdir.
Başqırdıstan musiqisi
Başqırdıstan musiqisi — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında Başqırdıstan mədəniyyətinin bir qolu. Başqırdıstan ənənəvi musiqi mədəniyyətinin əsasını başqırd və tatar xalq yaradıcılığı təşkil edir. Başqırd şifahi peşəkar sənətinin formaları şair-müğənnilərin (yırau, sesen) və kurayda çalanların (kuraysı) yaradıcılığında yaranmışdır. XVIII əsrdə Başqırdıstanda mülkədar kapellaları ilə əlaqədar musiqi ifaçılığı formaları yayılmışdır. XVIII əsrin sonu – XIX əsrdə diyarın musiqi-teatr həyatına sürgün edilmiş polyak məskunlar təsir göstərmişlər. Onlar orkestr təşkil edir, musiqili tamaşalar qoyur, rəqs gecələri keçirir, musiqi dərsləri verirdilər. XIX əsrin ikinci yarısından Ufada aktiv musiqi həyatı inkişaf etmişdir: 1870–1880-ci illərdə skripkaçı D.N. Sevastyanovun rəhbərliyi ilə kvartet gecələri keçirilirdi; 1885–1906-cı illərdə simfonik orkestrin iştirakı ilə konsertlər verilirdi. Milli maarifçilik mərkəzlərindən biri 1906–1919-cu illərdə fəaliyyət göstərmiş "Qaliyə" mədrəsəsi idi; burada musiqi də tədris olunurdu. A.A. Alyabyevin "Asiya nəğmələri" və "Başqırd uvertürası" başqırd folkloru əsasında yazılmış ilk musiqi əsərlərindəndir. 1901-ci ildə A.T. Qreçaninov tərəfindən 50-yə yaxın başqırd nəğməsi işlənilmişdir.
Başqırdıstan məscidlərinin siyahısı
Başqırdıstan məscidlərinin siyahısı — Rusiya Federasiyasının Başqırdıstan Respublikasınında yerləşən məscidlər. İlkin mənbələrdə ilk məscidlərin XVI-XVII əsrlərə aid olduğu qeyd edilir. Bu günə qədər fəaliyyət göstərən ilk məscidlərdən biri Baltaçevsk rayonunun Staroyakşeyevo kənddəki məsciddir. Həmin məscid 1738-ci ildə tikilmişdir. 2013-cü ilə qədər Başqırdıstanda mindən çox məscid qeydə alınmışdır. Васильева О. В., Латыпова В. В. и др. Дорога к храму: история религиозных учреждений г. Уфы. Уфа, 1993. Кутушев Р. Н., Юнусова А. Б. Мечети.// Башкортостан: краткая энциклопедия.
Başqırdıstan mətbəxi
Başqırdıstan mətbəxi (Başq: башҡорт аш-һыуы) — başqırdların ənənəvi mətbəxi. Xalqın həyat tərzi onun mədəniyyətinin, ənənələrinin və başqırd mətbəxinin formalaşmasına imkan yaradırdı: kəndlərdə qışlama və isti yerlərdə yaşama rasiona və qidanın hazırlanmasının imkanında yeməklər daxil edirdi. Başqırd yeməkləri klassik ədviyyatların az miqdarıyla fərqlənir: yalnız qara və qırmızı istiotu istifadə olunur. Bütün isti yeməklərdə və qəlyanaltılarda ətin bolluğu başqırd yeməklərinin xüsusiyyətidir. "kazının" və at piyinə at kolbasasına başqırdların sevgisi ayrı diqqətə layiqdir: başqırdlar piyin qalın tikələriylə at ətini çox sevirlər. Köçəri həyat tərzi geniş bir sıra uzun müddətli saxlamanın məhsullarının formalaşmasına gətirib çıxardı. Qaynadılmış, qurudulmuş at əti əksəriyyət başqırd milli yeməyini təşkil edirdi. Qoyun əti, süd məhsulları, qurudulmuş giləmeyvələr, qurudulmuş dənlər, bal. Kazı (at kolbasası) kimi belə yeməklər nümunədir. Beşbarmağın ənənəvi başqırd yeməyi qaynadılmış ətdən və salmı-dan (böyük doğranmış əriştənin növlərindən) hazırlanır, soğanla göyərtiylə bol-bol tökülür və gözəl dad verilir.
Başqırdıstan ordusu (1917-1919)
Başqırd qoşunu (başq. Башҡорт ғәскәре) — III başqırd qurultayı təsis edilmiş və Başqırd Hökumətinə tabe olan hərbi formalaşma. Başqırd qoşununun formalaşması 1917-ci ildən 1920-ci ilə qədər başqırd xalqının milli hərəkətinin tərkib hissəsidir. III Başqırd təsisedici qurultayı 8 qurultaydan ibarət — 20 dekabr 1917-ci il Orenburq şəhərinin Karvansarasında, "muxtariyyətin maraqlarının müdafiəsi üçün" milli silahlı formalaşmaların yaradılmasını qanuniləşdirdi. Çünki Orenburqa Qırmızı Ordunun dəstələri yaxınlaşırdı, Başkurdistananın daxili nahiyələrində başqırd qoşununu yaratmaqla həll edilmişdir. 3 aprel 1918-ci il A. B. Karamışevanın və kazakların rəhbərliyi altında başqırdların birləşdirilmiş dəstələri Orenburq həbsxanasından Başqırd Hökumətinin üzvlərini azad edirlər.
Başqırdıstan parlamenti
Başqırdıstan Respubliksası Qurultayı — Başqırdıstan Respublikasında ali və yeganə qanunverici orqan. Rusiya Federasiyasının parlamentarilərinin sayı ən çox olan subyektlərindən biridir, halbuki əhalisinin sayına görə federasiyanın orta həcmli regionlarındandır. Parlamentdə 110 deputat vardır.
Başqırdıstan qatarı
«Başqırdıstan» — keçmiş sürətli sərnişin qatarı (№ 039/040). Rusiya dəmir yollarına məxsus olan qatar, gün aşırı olaraq fəaliyyət göstərirdi. Ufa-Moskva-Ufa xətti ilə hərəkət edirdi. Qatarın yolda olma müddəti 26 saat idi. Xəttin nömrəsi 9/40-dır. Məsafə isə 1567 km-dir. 40 il öncə təsis edilmişdir. 1965-ci ildə «Başkiriya» adı ilə fəaliyyət göstərirdi. 1993-cü ildə isə adı «Başqırdıstan» olaraq dəyişdirilmişdir. İlk əvvəllər maşrut Ulyanovskdan keçirdi.
Başqırdıstan qızı
Başqırdıstan qızı (başq. Башҡортостан ҡыҙы) — Başqırd dilində aylıq buraxılan sovet və rus ədəbi və bədii jurnal, hədəf auditoriyası qadın və ailələrdir. Jurnal, Sov.İKP Mərkəzi Komitəsinin Katibliyinin 22 mart 1967-ci il tarixli və Başqırd Regional Partiya Komitəsinin 1967-ci il 18 aprel tarixli qərarları əsasında 1 yanvar 1968-ci ildən nəşr olunur. 5 Noyabr 1991-ci ildən jurnalın təsisçiləri bunlardır: Başqırdıstan qurultayı, BR Hökuməti və " "Başqırdıstan qızı" jurnalının redaksiyası" Unitar Dövlət Müəssisəsi. 28 iyul 1995-ci il Başqırdıstan Mətbuat və Media Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. "Başqırdıstan qızı" jurnalının əsas proqramma məqsədi və vəzifələri oxucuları Başqırdıstan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatı ilə tanış etməkdir; bundan əlavə qadınların ictimai-siyasi həyatda iştirakı, mənəviyyat və tərbiyə problemləri, ailənin möhkəmləndirilməsi, insanlara və diyara sevginin artırılması mövzularını əhatə edir. Tərbiyə, təhsil, səhiyyə, mədəniyyət və əxlaq problemlərinə aid materiallar daim çap olunur. Jurnal qadın yazıçı və şairlərin əsərlərinə xüsusi diqqət yetirir. Jurnal Başqırdıstan xaricində yaşayan başqırdların həyatını da əks etdirir. Başqırdıstan Qızı jurnalının redaksiyasında aşağıdakı şöbələr yaradılmışdır: ictimai həyat, siyasət və təhsil; ədəbiyyat, mədəniyyət və incəsənət; məktublar, gənclər işi, tətbiqlər.
Başqırdıstan sənayesi
Başqırdıstan sənayesi — Başqırdıstan Respublikasının iqtisadiyyat sahələrindən biri. Başqırdıstan Respublikasının sənayesi Başqırdıstan Respublikasının Sənaye və İnnovasiya Siyasəti Nazirliyinin səlahiyyətlərinə aiddir. Sənaye məhsulunun həcmi 640,4 mlrd. rubldur. (2009). Sənaye istehsalının sahəvi strukturu (2003, %-lə): yanacaq 37,7, maşınqayırma və metal emalı 17,3, kimya və neft-kimya 13,3, elektroenergetika 10,5, yeyinti 7,4, qara metallurgiya 2,8, əlvan metallurgiya 2,2, meşə, ağac emalı və sellüloz-kağız 2,1, tikinti materialları sənayesi 2, və s. Tuymazı, Şkapovo, Arlan və sair yataqlardan neft çıxarılır (əsas neftçıxarma şirkəti “Baş neft”dir). Aparıcı neft emalı müəssisələri: “Başneftexim” (RF-də ümumi neft emalının 10–12%-i), Novoufimsk neft emalı zavodu. Başqırdıstan özünü hasil etdiyi elektrik enerjisi ilə tamamilə təmin edir (Karmanov DRES-i). Maşınqayırma sahəsi gübrə maşınları, metalkəsən və ağac emalı dəzgahları, neft aparaturası, özüboşaldan maşınlar, avtobuslar, kimyəvi avadanlıqlar və kabel istehsalında ixtisaslaşır.
Başqırdıstan tarixi
Başqırdıstan tarixi — Başqırdıstanın keçmişi. Başqırdların orta əsrlər tarixi əslən bir Başqırd olan X. E. Taqoyev və R. Kuzeyev tərəfindən də araşdırılmışdır. Başqırdlar haqqında ilk tarixi məlumatlar IX–X əsrlərə aid ərəb mənbələrində verilir. Mənbələrdə onlar "başkort" və ya "başqırd" kimi qeyd olunmuşdular. Başqırdlar Volqa Bulqar dövləti yaranandan sonra onlara tabe oldular. XIII əsrdən Başqırdlarda feodal münasibətləri yarandı. 1236-cı ildə Batu xanın monqol qoşunları Volqa-Bulqar dövlətini süquta uğratdı, həmçinin Başqırdıstan torpaqları da onların işğalı altına düşdü. Başqırdlar Qızıl Ordaya xəz ilə yasaq (vergi) ödəyirdilər. Bundan başqa mal-qaranın sayının onda bir hissəsi də onlara verilirdi. XIV əsrdə Başqırdıstan ərazisi Qızıl Orda xanı Toxtamış xanla Əmir Teymur arasında döyüş (1391-ci ilə Gündüzcə döyüşü) meydanına çevrilmişdi.
Başqırdıstan teatrı
Başqırdıstan teatrı — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında olan sənət növlərindən biri. Başqırdıstan ərazisindəki ilk teatr binası 1861-ci ildə Ufada, şəhər əhalisinin ianəsi hesabına tikilmişdir. 1885-ci ildə "Artistlərin və teatr sənətini sevənlərin Ufa yoldaşlıq cəmiyyəti" təsis edilmişdir. İlk peşəkar teatr 1919-cu ildə Sterlitamakda 1-ci Başqırdıstan Dövlət Teatrı kimi yaradılmışdır. Teatrın truppasına aktyor, rejissor, dramaturq və teatr xadimi V. Q. Murtazin-İmanski rəhbərlik edirdi. 1922-ci ildə həmin teatr Ufa şəhərinə köçürülmüş və Başqırdıstan Dram Teatrı adlandırılmış; 1971-ci ildən isə başqırd mütəfəkkiri Məjit Qafurinin adını daşıyır. Başqırdıstanda teatrın inkişafında ilk başqırd rejissor və aktyorları R. Sırtlanov, B. Yusupova, Q. Uşanov, Q. Minqajev, Q. Karamışev, M. Maqadeyev, A. Zubairov və başqalarının böyük rolu olmuşdur. 1919-cu ildə Ufada Başqırdıstan Rus Dram Teatrı, 1932-ci ildə Kukla Teatrı, 1989-cu ildə Milli Gənclər Teatrı, 1991-ci ildə "Nur" tatar teatrı, 1938-ci ildə F. Qaskarov adına Dövlət Xalq Rəqs Ansamblı, 1992-ci ildə "Miras" xalq rəqs ansamblı; 1931-ci ildə Sibayda A. Mübarəkov adına Başqırdıstan Dram Teatrı, 1993-cü ildə "Sulpan" uşaq dram teatrı; 1946-cı ildə Sterlitamakda Rus Dram Teatrı, 1990-cı ildə Başqırdıstan Dram Teatrı, 1991-ci ildə Rəqs teatrı; 1933-cü ildə Salavat şəhərində dram teatrı, 1990-cı ildə Tuymazıda tatar dram teatrı fəaliyyət göstərir. Sterlitamakda, Salavatda "Teatr baharı" festivalı, Ufada türkdilli teatrların beynəlxalq "Tuqanlıq" festivalı, həmçinin 1991-ci ildən F. Qaskarovun xatirəsinə rəqs kollektivlərinin, 1993-cü ildən R. Nureyevin xatirəsinə balet sənətinin respublika festivalları, baletmeysterlərin və xalq rəqs ansambllarının respublika baxış-müsabiqəsi keçirilir.
Başqırdıstan təbiəti
Başqırdıstan çayları
Başqırdıstan çayları — Başqırdıstan Respublikasının ərazisindən axan bütün çayların məcmusu. Respublikanın çayları əsasən iki çay hövzəsinə — Volqa və Urala aiddir. Respublikanın şimal-şərqindəki kiçik çayların yalnız bir hissəsi — yuxarı hövzələri olan Uy, Miass və digərləri Ob hövzəsinə aiddir. Ümumilikdə respublikada ümumi uzunluğu 57,366 kilometr olan 12 min 725 çay var. Belaya çaylarının sistemləri, Ural (Xəndəkləri ilə — Yanqelka, Böyük Qızıl, Xudolaz, Bolshaya Urtazymka və Tanalık) və Urals'ın ən böyük qolu — Sakmara çayı (Kurgashlı, Urman Zilair, Yalan Zilair, Bolshoy Servis və Maly Ikk) yağış axını yolları üç istiqamətdə — qərb, şərq və cənub. Eyni zamanda, Ağidel çay sistemi Başqırd Uralının qərb yamacını dağətəyi zonalar, Ural çay sistemi — şərq yamacları, Sakmara çay sistemi — Cənubi Ural köpük bölgəsi ilə qurudur. Respublikanın qərb hissəsindəki çaylar (eninə dizdən aşağıda Belaya çayı da daxil olmaqla) geniş Ural düzənliyinin incə dərələrinin dibi ilə axır və buna görə də sahilləri aşağı və kurs yavaş. Pribelskaya dağlıq düzən düzənliyində çay şəbəkəsinin sıxlığı 0,25–0,35 km / km², Ufa yaylasında isə 0,2–0,3 km / km² təşkil edir. Ağidel çayında illik axın (çayın axını) həcmi 30 km³, çayda. Ufa — 12,3 km³, çayda Sime — 4.3 km³, çayda.
Başqırdıstan şəhərləri
Başqırdıstan şəhərləri — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının şəhərlərinin siyahısı. Başqırdıstan Respublikasının inzibati bölgüsü Атлас туристических ресурсов Республики Башкортостан. Уфа, 2007. 276 с. Вахитов Р. Города башкир средневековья Arxivləşdirilib 2016-12-20 at the Wayback Machine // Ватандаш. — 2016. — № 1. — С. 84—105. — ISSN 1683-3554. Хамидуллин С. И. К вопросу о названии средневековой Уфы Arxivləşdirilib 2016-12-20 at the Wayback Machine // Ватандаш.
Başqırdıstan ədəbiyyatı
Başqırdıstan ədəbiyyatı — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında başqırd şair və yazıçıların Başqırdıstan mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. 1917-ci ilə qədər başqırd ədəbiyyatı tatar, daha sonra başqırd dillərində yaradılmış, folklor əsasında və regionun ümumtürk yazılı ədəbiyyatının təsiri ilə formalaşmışdır. Başqırd xalq ədəbiyyatı qəhrəmanlıq dastanları (kobayır), məişət mahnıları, nağıl və əfsanələrlə zəngindir. XIV əsrdən XX əsrin əvvəllərinə qədər şifahi poeziyanı sesenlər adlanan xalq şair və müğənniləri təmsil edirdilər. XVIII əsr başqırd seseni Salavat Yulayev öz yaradıcılığında folklorla yazılı ədəbiyyatın ənənələrini birləşdirmişdir. XIX əsr başqırd ədəbiyyatına həm sufizmin, həm də Avropa maarifçilik ideyalarının təsiri olmuşdur ki, bunun əsas aparıcıları M. Akmulla, M. Ümetbayev, Ş. Zəki idi. XX əsrin birinci rübündə başqırd və tatar ədəbiyyatının görkəmli nümayəndəsi M. Qafuri vətənpərvərlik poeziyasının əsasını qoymuşdur. Bu illərdə başqırd nəsri inkişaf etmiş, roman janrı formalaşmış (Xayri Qaynan, “Dönüş”, 1928; İ. Nasıri, “Kudey”, 1936), povest və hekayələr (M. Qafurinin sosial-psixoloji "Ləkələnmişlər" povesti, 1926; S. Agişin satirik povestləri, A. Vali, Q. Qumər, X. Dövlətşina və b.-nın əsərləri) yazılmışdır. İkinci dünya müharibəsi illərində poeziya daha çox inkişaf etmişdir. B. Bikbay (1909–68), H. Kərim, R. Niqməti (1909–59), S. Kulibay (1910–76), Q. Əmiri (d.
Başqırdıstan əhalisi
Başqırdıstan əhalisi — Başqırdıstan Respublikası ərazisində yaşayan əhali. Ölkə əhalisinin 27 % Ufa və onun ətraf rayonlarında cəmlənmişdir (2002). Ən az məskunlaşmış bölgə Zilair rayonu (3 nəf./km²), Belores rayonu (3,7 nəf./km²) və Buryanski rayonudur (4 nəf./km²). Əhalinin ən gur məskunlaşması Ufa (37 nəf./km²), Karmaskalin rayonu (30 nəf./km²), Çişminski rayonu (29 nəf./km²) və Tuymazı rayonudur (27 nəf./km²). 2010-cu il Ümumrusiya siyahıya alınmasına görə: Şəhər əhalisi — 2 461,5 min. nəfər; Kənd əhalisi — 1 610, 6 min. nəfər; Ümumi şəhər əhalisi — 60,4 %; Ümumi kənd əhalisi — 39,6 %; Gənclərin sayı öz əvvəlki sayını qorusa da əhalinin qocalması tendesiyası baş verir. 1926–2010-ci illər əhalinin artım dinamikası: Sayları 10 mindən çox olan etnosların bölgələr üzrə yerləşməsi. 1897-ci il siyahıya alınmasına görə. Başqırdıstan əhalisinin 96,4 % (2002) rus, 25,75 % (2002) başqırd, 34 % (2002) tatar dilini bilir.

Значение слова в других словарях