BAŞQIRD

is. Başqırdıstan Respublikasında yaşayan türk dilli xalq və bu xalqa mənsub adam.

Этимология

  • BAŞQIRD Başkart, baskart kimi işlədilib, mişar, başkərt (baş kəsən) kimi açıqlanıb. Görünür, onların igidliyi, asıb –kəsən olmaları ilə bağlı yaranmış sözdür
BAŞQALIQ
BAŞQIRDCA
OBASTAN VİKİ
Başqırd
Başqırdlar və ya Başqurdlar — Türk xalqları qrupunun bulqar yarımqrupuna aiddir. Başqırdlar haqqında ilk tarixi məlumatlar IX-X əsrlərə aid ərəb mənbələrində verilir. Mənbələrdə onlar «başkorf» və ya «başqırd» kimi qeyd olunmuşdular. Başqırdlar Volqa Bulqar dövləti yaranandan sonra onlara tabe oldular. XIII əsrdən Başqırdlarda feodal münasibətləri yarandı. 1236-cı ildə Batu xanın monqol qoşunları Volqa-Bulqar dövlətini süquta uğratdı, həmçinin Başqırdıstan torpaqları da onların işğalı altına düşdü. Başqırdlar Qızıl Ordaya xəz ilə yasaq (vergi) ödəyirdilər. Bundan başqa mal-qaranın sayının onda bir hissəsi də onlara verilirdi. XIV əsrdə Başqırdıstan ərazisi Qızıl Orda xanı Toxtamışla Əmir Teymur arasında döyüş (1391-ci il-Gündüzcə döyüşü) meydanına çevrilmişdi. XV əsrdə Başqırdıstanın xeyli hissəsi Noqay Ordasının tərkibinə qatılmışdı.
Başqırd MSSR
Başqırdıstan Muxtar Sovet Sosialist Respublikası (Başkiriya, Başqırdıstan, Başqırd MSSR, BASSR, Muxtar Sovet Sosialist Başqırdıstan Respublikası; başq. Башҡорт Автономиялы Совет Социалистик Республикаhы, Başqortostan Avtonomijalь Sovet Sotsialistik Respublikahь, Başqortostan ASSR-ь) — RSFSR tərkibində muxtar respublika. Respublika 20 mart 1919-cu ildə Sovet hakimiyyəti ilə Başqırdıstan hökuməti arasında imzalanmış anlaşma nəticəsində təşkil edilmişdir. Başqırdıstan MSSR RSFSR tərkibində daxil olan ilk muxtar respublika olur. Bu həmdə anlaşma ilə təşkil edilən ilk muxtar respublika olur. 11 oktyabr 1990-ci ildə Başqırdıstan MSSR Ali Soveti Başqırdıstan Dövlət Suverenliyi haqqında Deklarasiyanı imzalayır. Bununlada respubliksnın adından muxtar sözü silinir. 24 may 1991-ci ildə RSFSR Xalq Deputatlar Soveti bu qərarı təstiqləyir və 1978-ci ildə qəbul edilmiş RSFSR konstitutsiyasının 71-ci bəndinə dəyişiklik edir. Respublikanın adı 16 may 1992-ci ildə Başqıdıstan Respublikası olaraq dəyişdirilir. == Təşəkkül tarixi == === Muxtariyyatın təşkili === Fevral inqilabından sonra 1917-ci ildən regionda Başqırd milli hərəkatı milli-ərazi muxtariyyatı uğrunda mübaizəyə başlayır.
Başqırd atı
Başqırd atı — at cinsi olaraq Başqırdıstanın endemik canlısıdır. == Görünüşü == Bu cins yerli meşə və çöl atlarının seleksiyasi nəticəsində meydana gəlmişdir. Atın formalaşmasında il boyu davam edən kontinental iqlim mühüm rol oynamışdır. Bel nahiyədi enli, boynu idə yoğun və qısadır. Hündürlüyü 142–145 sm təşkil edir. Diri çəkisi 450–470 kq-dır. == Tarixi == Başqırd atı xüsusi ilə XVII—XVIII əsrlərdə geniş yayılmışdı. Onlar Ufa və Orenburq quberniyalarında yetişdirilirdi. Əsas arealından kənarda isə Perm, Samara və Kazan quberniyalarında belə rast gəlinirdi. Onlardan əsasən Qərbi Sibirdə poçt daşımalarında istifadə edilirdi.
Başqırd balı
Başqırd balı (başq. Башҡорт балы) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında istehsal olunan bal. == Ticarət nişanı == "Başqırd balı" adı qorunan ticarət nişanıdır. Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi 2005-ci ildən bəri Rusiya Federasiyasının ərazisindəki yeganə müəssisədir ki, bal məhsullarını etiketləmək üçün "Başqırd balı" ifadəsini istifadə etmək hüququna malikdir. == Xüsusiyyəti == Başqırd balının dadı uzun müddətdir ki, məşhurdur və başqırdlar üçün qürur qaynağı olmuşdur. Əsl Başqırd balı olmadan, bir başqırd çayı düşünülə bilməz; üzərinə təzə kənd qaymağı və bal sürtülmüş çörək insan istehsalı olan digər bütün şirniyyatlara meydan oxuya bilər. == İstehsalı == Başqırdıstanda istehsal olunan illik bal miqdarı orta hesabla 5–6 min ton təşkil edir. == İxracı == Rusiya ərazisindən başqa Başqırd balı və ona aid olan məhsullar bir çox Avropa ölkələrinə, ABŞ, Yaponiya, Yaxın Şərq və MDB ölkələrinə ixrac olunur. 2014-cü ildə Başqırd balının Çinə ixracı ilə bağlı 6 min ton həcmində olan bal üçün 3 milyard rubl məbləğində müqavilə imzalanmışdır. 2014-cü ilin avqustunda Çinin Szyutszyan şəhərində Başqırd balının satışı üçün ilk mağaza açılmışdır.
Başqırd dili
Başqırd dili (Башҡорт теле, Başqırdca tələffüz: [bɑʂ.ˈqʊɾt tɪ.ˈlɪ] ( dinlə)) — qıpçaq türklərinə daxil olan xalq. Əsas dialektləri — şimal-qərb, cənub (yurmatı) və şərq (kuvakan). Başqırdlar həmçinin Qazaxıstan və Özbəkistanda yaşayırlar. Tatar dilinə yaxındır, ondan fonetik cəhətcə, bir qədər də qrammatik və leksik cəhətcə fərqlənir.
Başqırd korpusu
Başqırd korpusu — 1919-cu ildə fəaliyyət göstərmiş və Başqırd hökumətinə tabe olan hərbi birləşmə. == Formalaşması və tarixi == Başqırd ordusunun komandanı Zəki Vəlidi Toğanın 26 yanvar 1919-cu il tarixli əmri ilə Orenburq qəzasının Yermolayevo kəndinin yaxınlığında IX Başqırd atıcı diviziyasının alaylarından Başqırd korpusuna daxil oldular: I Başqırd atıcı diviziyası (I, II, IV Başqırd atıcı diviziyaları) II Başqırd atıcı diviziyası (V, VI Başqırd atıcı və I, II Başqıdr süvari alayları). Başqırd korpusu Orenburq və Sterlitamak şəhərləri arasındakı cəbhə xəttini müdafiə edirdilər. Onların düşməni I Qırmızı Ordu idi. Başqırd Hökumətinin 16 fevral 1919-cu il qərarına əsasən Başqırd korpusu hissələrinin Qırmızı Orduya keçidi başlayır. Başqırd hissələri ilə Qırmızı Ordunun ağlara qarşı ortaq hərbi əməliyyatları başlayır. Lakin Qırmızı Orduya keçidi qəbul etməyib öz dəstələri ilə ağlara qoşulan başqırdlar da olur. Bunlar Musa Murtazin, Məhəmməd Qabdulxay Qurbanqaliyev, Qalimyan Taqan və digərləri idi. I Qırmızı Orduya keçid edəndə korpusun heyətində var idi: I Başqırd atıcı alayı - 800 nəfər II Başqırd atıcı alayı - 715 nəfər IV Başqırd atıcı alayı - 650 nəfər V Başqırd atıcı alayı - 720 nəfər VI Başqırd atıcı alayı - 650 nəfər I Başqırd süvari alayı - 540 nəfər II Başqırd süvari alayı - 1100 nəfər Başqırd ehtiyat alayı - 570 nəfər Xüsusi Userqansk süvari batalyonu - 210 nəfər Karvansaray komandası - 285 nəfər Komendant, qarovul, konvoy, etap, rabitə, istehkamçı əsgərlər və Başqırd hökumətinin yanında xüsusi komendant rotası - ümumi 6556 nəfər. 1919-cu ilin mart ayında Başqırd korpusu I Qırmızı Ordu komandanlığı tərəfindən ləğv edilib.
Başqırd mədəniyyəti
Başqırd mədəniyyəti — Başqırd xalqının, Başqırdıstanda yaşayan digər xalqların və Başqırdıstan Respublikasının xalqlarının mədəniyyətidir. == Tarixi == === Başqırd mədəniyyəti ХVII-XVIII əsrlərdə === ХVII-XVIII əsrlərdə başqırdlarda məktəblər, mədrəsələr və ibtidai xalq məktəbləri fəaliyyət göstərirdi. Dərslər ərəb dilində keçilir və əsasən də ərəb dilini və Quranı öyrədirdilər. XVIII əsrin birinci yarısında Başqırdıstanda yüzlərlə məktəb və mədrəsələr fəaliyyət göstərirdilər.
Başqırd oxu
Başqırd oxu (rus. Башкирская стрела) – artefakt, Türingiyanın Şvarsa torpağında, Müqəddəs Laurensiya Lüteran kilsəsinin təpəsində ox. == Tarixi == Bu tarix 1813-1814-cü illər rus ordusunun xarici yürüşləriylə bağlıdır. 14 aprel 1814-cü il başqırd döyüşçüləri (o vaxtkı adları ilə desək şimal amurları) Şvarsburq-Rudolştadtın (Almaniya) imperator knyazlığının əraziləri vasitəsilə vətənə qayıdaraq, şahzadə Karl Hünterin (imperiya knyazı Qyuntera I Fridrixinin oğulu) dəvəti ilə Şvarsa kəndinə gəldi, harada ki, Müqəddəs Laurensiya kilsəsinin həyətində toplaşmış yerli sakinlər onları qarşıladılar. Karl Hünter Başqırd oxlarının döyüş qabiliyyətindən şübhələndi və Lüteran kilsəsi istiqamətində bir ox vurmağı təklif etdi. Başqırdlar məbədə ox vurmağa cəsarət etməyərək yerli kahinə təəccüblə baxdılar, ancaq o razılıqla başını salladı. Belə olduqda döyüşçülərdən biri gərilmiş yaya oxu qoydu, lüteran kilsəsinə tərəf atdı, ox damın metal tikməsini deşdi.. Taxta ox artıq çoxdan çürüyüb, amma almanlar, başqırd Batırlarının qoçaqlığını tarixə köçürmək üçün həmin oxun metal surətini hazırlamışdılar. Bu ox uzun illər Şvarsa şəhərciyində "Müqəddəs Laurensiya Kilsəsi" günbəzində nümayiş etdirilmişdir. Başqırd yazıçısı Yanıbaya Xammatovanın "Şimal Amurları" tarixi romanında 1812-1814-cü illərdə rus ordusunun Napoleon ordusuna qarşı genişmiqyaslı hərbi əməliyyatlarından bəhs olunur.
Başqırd qoruğu
Başqırd Dövlət Təbiət Qoruğu Başqırdıstan Respublikasının Cənubi Ural dağları razisində yerləşir. == Tarixi == Qoruq 11 iyul 1930-ci ildə təşkil edilmişdir. Qoruğun ərazisi 49 609 hektardır. 1951-ci ildə Başqırdıstan MSSR Nazirlər Sovetinin qərarı ilə qoruq ləğv edilir. Qoruğun ərazisi Lesxozlara verilir. Ərazisində meşə tədarük edilir. 1958-ci ilin noyabrında Başqırd qoruğu yenidən bərpa edilir. 1986-cı ilə qədər qoruq 3 hissədən ibarət olmuşdur: Ural-Tau, Cənubi Kraka və Pribel. 1986-ci ildə qoruğun bir hissəsində müstəqil Şulqan-Taş qoruğu təşkil edir. 2006-cı ildə Lomonosov adına Universitetin əməkdaşları və tələbələr tərəfindən qoruğun xəritəsi tərtib edilir == Coğrafiyası == Qoruq Başqırd Uralının mərkəzi hissəsində yerləşir.
Başqırd üsyanları
Başqırd üsyanı (1735 - 1740) — Başqırdların sayca dördüncü üsyanı. Başqırd üsyanı (1755 - 1756) — Başqırdların sayca beşinci üsyanı.
Başqırd şəcərəsi
Başqırd (şəcərə) (başq. şəcərə; ərəb. شجرة‎) — başqırd şəcərəsi, başqırd tayfa və nəsillərində, həmçinin başqa türk xalqlarında (camaatlarında) genealoji yazı. == Təsviri == === Sözün kökü === Başqırd dinində "şəcərə" sözünə sinonim kimi "nasabname", "nasapxat", "silsilya" və "tayra" kimi sözlərə də rast gəlinir. Başqırdlar islam dini qəbul edildikdən sonra nəsli tarixi ərəb dinində "şejere" adlanmağa başladı. Bu sözün mənası rus dilindən hərfi tərcümədə "ağac" bildirir, məna tərcümdə isə "nəsil" deməkdir. Başqırd şəcərəsinin ilk tədqiqatçılarından biri olmuş məşhur etnoqraf R. Q. Quziyevin "səcərəni" "genealoji salnamə" adlabdırmışdır. Şəcərənin salnamə olduğunu əsaslandıran Quziyev səcərə və salnamə eyni olmaqla yalnız hər hansı bir nəslin nümayəndələrinin adlarını və onların həyatının illərini özündə saxlamır, həm də əhəmiyyətli tarixi məlumatlarını özündə yaşadır === Şəcərənin növləri === Xarici tədqiqatçılar başqırd şəcərəsi əsas iki növə bölüşürlər: nominallar (sadələr) və narrativlər (mürəkkəblər). Birinci qrupa dadil olanlar xronoloji ardıcıllığında yerləşdirilmiş və bir ümumi kökə əsaslanan nəsilin başçılarının siyahısını təşkil edir. Əsasən çoxsaylı budaqlara bənzəyən ağacı xatırladır.
Başqırd Uralı
«Başqırd Uralı» — kompleks biosfer qoruğu. Qoruq Başqırdıstan Respublikasının qərbində, Cənubi Ural silsiləsinin yamacında yerləşir. 2012-ci ilin 12 iyulunda yaradılmış qoruq UNESCO-nun Biosfer qoruqlarının ümumdünya şəbəkəsi kompleksinə daxildir. Rusiyanın sayca 41-ci biosfer qoruğudur. «Başqırd Uralı» biosfer qoruğuna daxildir: Şulqan Daş qoruğu,Başqırdıstan Milli Parkı, Muradımov vadisi, Altın-Solak və İkskiy yasaqlıqları. Kuqərsen, Mələuez, İşembay, Böryən və Yılayır rayonlarının ərazisində yerləşən biosfer qoruğunun ümumu sahəsi 346 min hektardır. Ərazi 3 hissəyə bölünür: özək sahə 48 min hektar, bufer zona 90 min hektar və keçid zona 207 min hektar. == Flora və faunası == Qoruq ərazisində 1800 bitki növü qeydiyyata alınmış və bunlardan 895 növ ali bitkilərdi. Ali bitkilərin 34 növü endemik, 30 növ isə reliktdir. Ümumən bitkilərin 56 növü Başqırdıstanın qırımızı kitabına, 12 növü isə Rusiyanın qırmızı kitabına daxil edilmişdir.
Başqırd-qazax münasibətləri
Başqırd-Qazax münasibətləri uzun əsrlik tarixə malikdir. XVIII əsrdə Kiçik juz Başqırd torpaqları ilə sərhədə malik idi. Uzun əsrlik qonşuluq öz növbəsində Başqırd mədəniyyətinə öz təsirini göstərmişdir. Bununla yanaşı iki xalq arasında sərhəd problemləri və toqquşmalar olmuşdur. Bizim günlərdə də Qazaxıstan və Başqırdıstan arasında isti iqtisadi, siyasi və mədəni əlaqələr qurulur. 1993-cü ildə iki respublika arasında ticari-iqtisadi əməkdaşlıq imzalanmışdır. 2003-cü ildə Qazaxıstan Başqırdıstandan 155.6 milyon dollar, əks istiqamətdə isə 80.8 milyon dollar dəyərində mal göndərilmişdir. 14 oktyabr 2004-cü ildə Astanada Başqırdıstan Respublikasının nümayəndəliyi açılmışdır. Nümayəndəlik ticari-iqtisadi, elmi-texniki və mədəni əlaqələrin möhkəmləndirilməsini hədəfləyirdi. 2016-ci nümayəndəlik Rusiyada baş verən ağır iqtisadi durum səbəbindən bağlanmışdır.
Başqırd Mərkəzi Şurası
Başqırd Mərkəzi Şurası və ya Başqırd Vilayət Şurası (baş:Башҡорт мәркәз шураһы) — 20 iyul 1917-ci ildə I Ümumbaşqırd Qurultayında Başqırd Milli Hərəkatına rəhbərlik etmək üçün yaradılıb. == Tarixi == 1-11 may tarixlərində Moskvada Ümumrusiya Müsəlmanlarının I Qurultayı çağırılır. Bu qurultayda başqırdların 50 nəfərlik heyəti Rusiyanın federativ üsulla idarəedilməsi, Başqırd muxtariyyətinin qurulması və tutulmuş başqırd torpaqlarının geri qaytarılması tələbi ilə çıxış edirlər. Qurultay getdiyi dövrdə 10 may tarixində başqırd nümayəndə heyəti I Ümumbaşqırd qurultayını çağırmaq üçün idarəedici orqan seçirlər. Şuranın mərkəzi ilk dövrlər Orenburq şəhərində, 1918-ci ilin iyun-avqust aylarında Çelyabinskdə, dekabr ayından etibarən isə Orsk qəzasının sərhədləri daxilində yerləşirdi. Başqırd Mərkəzi Şurası müxtəlif bölgə şuralarını koordinasiya edirdi. II və III Ümumbaşqırd qurultaylarını təşkil etməklə yanaşı Şura həm də Ümumrusiya Müəssisələr Məclisinə namizədlərin seçkiqabağı kampaniyalarını da keçirirdi. 15 noyabr 1917-ci ildə Başqırd Mərkəzi Şurası Başqurdistan milli muxtariyyətinin qurulduğunu elan etdi. 17 fevral 1918-ci ildə Orenburq quberniyasının hərbi-inqilab komitəsi sədrinin əmrilə Başqırd Mərkəzi Şurasının üzvlərinin bir hissəsi və Başqırd hökumətinin bəzi bölmə rəhbərləri həbs olundular. Aprelin əvvəlində onlar Orenburqun başqırd və kazak dəstələri tərəfindən tutulmasından sonra azad olundular.
Başqırd Soda Şirkəti
Başqırd Soda Şirkəti (başq. Башҡортостан сода компанияһы) — Kalsium, ərzaq və kaustik soda, Polivinil xlorid, kabel birləşmələri istehsal edən Rusiya müəssisəsi. Müəssisə yeganə tereftaloil xlorid, rutenium-iridium örtüklü anodlar, katyonik polielektrolit flokulyant istehsalçısıdır. Sterlitamak şəhərində yerləşən iki əsas istehsaldan ibarətdir: Soda istehsalı və Kaustik istehsalı. Şirkətə Bereznikovski Soda Zavodu ASC (Berezniki) də daxildir. Hüquqi olaraq şirkət 2013-cü ildə "Kustik" və "Soda" açıq səhmdar cəmiyyətlərinin birləşməsi nəticəsində qurulmuşdur. "Başqırd Kimya" ASC-nin bir hissəsidir. Şirkətə iki kimyəvi istehsal müəssisəsi daxildir [3]: istehsal "Kostik" (Sterlitamak, Texniçeskaya Prospekti, 32) - kostik soda, süspansiyon polivinil xlorid, kabel birləşməsi, xlorid turşusu, dikloroetan, tereftaloil xlor, xlorlu parafinlər, polietilen poliaminlər və s. "Soda" istehsalı (Sterlitamak, Babuşkina k., 7) - kalsium dodası, sodium bikarbonat, kalsium xlorid, ağ his və s. == Tarix == Ötən əsrin 30-cu illərində ölkədə genişlənən genişmiqyaslı tikinti şəraitində soda külü və sementə təcili ehtiyac var idi.
Başqırd döyüşçüləri abidəsi
Başqırd döyüşçüləri abidəsi – Almaniyanın Drezden şəhərində Napoleon koalisiyası əleyhinə rus ordusu sıralarında döyüşmüş başqırd döyüşçüləri xatirəsinə qoyulmuş abidə. Drezden yaxınlığındakı döyüşə həsr olunmuş abidə. == Abidənin tarixçəsi == Abidə təxminən 80 santimetr hündürlükdə qaya parçası formasından və ona bərkidilmiş tunc lövhəcikdən ibarətdir. Tunc lövhəcikdə ox və kamanla silahlandırılmış və at çapan başqırd döyüşçüsü təsvir edilmişdir. Lövhəcikdəki mətndə almanca, başqırdca və rusca belə qeyd olunub: "1813-cü ildə Drezden yaxınlığında döyüşdə Napoleon koalisiyası əleyhinə rus ordusu sıralarında xidmət edən başqırd xalqının oğullarının xatirəsinə". Abidə 26 avqust 2006-cı il tarixində Leypsiq yaxınlığındakı döyüşün 190 illiyi şərəfinə qoyulub. Abidə İrek Bayşevin və məşhur alman rejissor və jurnalist Nasur Yuruşbayevin şəxsi vəsaiti hesabına yaradılıb.1812-ci il vətən müharibəsində və rus ordusunun 1813-1814-cü illərdə sərhəddən kənar yürüşlərində 28 başqırd alay iştirak edib. Birinci başqırd alay Drezden şəhəri yaxınlığında 1813-cü ilin martın 2-də, 4-cü və 5-ci başqırd alayları isə 1813-cü ilin sentyabr və noyabr aylarında baş verən döyüşlərdə iştirak etmişdir. == Ədəbiyyat == Набиева Э.А. Памятник башкирским воинам. Военная история башкир: энциклопедия/ гл.
Başqırd süvariləri abidəsi
Başqırd süvariləri abidəsi — Ukraynanın Luqansk vilayətinin Petrovskoye şəhərində "Başqırd atlıları meydanında" "112-ci Başqırd Atlı Divizyası"nın xatirəsinə tikilmiş bir abidədir. 2009-cu ildə şəhər mərkəzində Petrovskoy şəhər şurasının qərarı ilə parkın yaradılması və yaddaqalan abidənin quraşdırılması üçün xüsusi qərar qəbul etdi. Abidə 2009-cu il oktyabrın 3-də 112-ci Başqırd süvarilərilərinin vəfat etmiş əsgərlərinin xatirəsini və M.M.Şaimuratovun 110 illik yubileyini xatırlamaq üçün aksiya çərçivəsində açılmışdır. 112-ci Başqırd süvari alayı, 1941-ci ilin dekabrında Ufa şəhərində Böyük Vətən Müharibəsinə qatılmaq üçün milli və regional bir xarakter əsasında qurulmuşdur. == İstinadlar == == Mənbə == Башкирским конникам памятник. Военная история башкир: энциклопедия/ гл. Ред. А.З.Асфандияров. –Уфа: Башкирская энциклопедия, 2013. -432 с.;ил., карты ISBN 978-5-88185-076-0 Башкирских конников сквер.
Başqırd əlvan ördəkləri
Başqırd Müqavimət Komitəsi
Başqırd Müqavimət Komitəsi — Rusiyanın Başqırdıstan vilayətində fəaliyyət göstərən silahlı millətçi təşkilatdır. Əsas məqsədi Başqırdıstan üçün müstəqillik əldə etməkdir. 21 sentyabr 2022-ci ildə təsis edilmişdirr. Əsasən Rusiya hökumət binalarına və polis bölmələrinə kiçik yanğın hücumları edirlər. == Tarix == Başqırd Müqavimət Komitəsi 21 sentyabr 2022-ci ildə yaradılacaqdı. Bir neçə komissarlığa hücum ediləcəkdi. Rusiyanın qismən səfərbərliyindən sonra Başqırd müqaviməti elan edildi. "Nümayiş və etiraz yürüşlərinin vaxtı bitdi. Putin və müttəfiqləri indi güllə və Molotov kokteyli gözləyəbilər." Sentyabrın 24-də qrup “Vahid Rusiya”nın Salavatdakı ofislərini, oktyabrın 3-də isə Rusiya Federasiyası Kommunist Partiyasının şəhərdəki ofisini atəşə tutub. Rusiya rəsmiləri komitənin yaradılması və dəstəyinin arxasında başqırd mühacirlərinin tanınmış lideri Ruslan Qabbasovdan şübhələnirlər.
Başqırd Dövlət İncəsənət Muzeyi
Başqırd Dövlət İncəsənət Muzeyi və ya Mixail Nesterov adına Başqırd Dövlət İncəsənət Muzeyi — 5 yanvar 1919-cu ildə əsası qoyulmuş və 5 yanvar 1920-ci ildə açılışı baş tutmuş, Ufa şəhərində yerləşən incəsənət muzeyi. == Tarixi == 1913-cü ildə Ufa şəhər sakini Mixayıl Nesterov öz doğma şəhərinə özünə məxsus olan XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş rus rəssamlarının rəsm kolleksiyasını və özünün çəkdiyi 30 rəsmi hədiyyə edir. Hədiyyə olunan rəsmlərin müəllifləri arasında İvan Şişkin, İsaak Levitan, Nikolay Yaroşenko, Konstantin Korovin, Aleksandr Benua, Vasiliy Polenov, Abram Arxipov və digərləri də var. Əldə olunan bu rəsm əsərlərini hökumət tikintisi davam edən Aksakov Xalq evində sərgiləməyi düşünürdü. Lakin bu məsələ Birinci Dünya Müharibəsi başşladığına görə və 1917-ci il inqilabına görə gecikdi. Buna görə də Nesterovun muzey üçün verdiyi eksponatlar 1919-cu ilə qədər Moskvada qorunurdular. 7 noyabr 1919-cu ildə Ufanı ələ keçirən bolşeviklər şəhərdə Oktyabr inqilabı adına Proletar İncəsənət Muzeyi yaratmaq haqqında qərar verirlər. Aksakov xalq evi hələ tikilmədiyinə görə muzeyin yerləşdirilməsi üçün tacir M. Laptevin evi ayrılır.< Muzeyin eksponatlarını Moskvadan Ufaya gətirmək çox çətin idi. Vətəndaş müharibəsi və sakit olmayan Rusiyada yolda eksponatların başına hər iş gələ bilərdi. Eksponatları Moskvadan Ufaya gətirməyi rəssam Nesterovun dostu olan məşhur memar İlya Bondarenkoya tapşırırlar.
Başqırd ayrı süvari briqadası
Başqırd ayrı süvari briqadası (rus. Башкирская отдельная кавалерийская бригада; 1919—1921) — Rusiya vətəndaş müharibəsi dövründə başqırd birləşmələrinin hərbi quruluşu. == Tarixi == Başqırd ayrı süvari briqadası M. L. Murtazin tərəfindən 1919-cu ilin iyun ayında Başqırd korpusunun Əmir Karamışev adına 1-ci başqırd süvari alayının bazasında təşkil edilmişdir. Briqadaya 1-ci Başqırd süvari alayı, 2-ci Başqırd süvari alayı və piyada diviziyası daxil idi. 1920-ci ilin may ayında briqadanın tərkibinə 1-ci Başqırd süvari alayı əlavə olundu, hansı ki keçmiş Başqırd ayrı süvari diviziyasının hissəsi idi. Başqırd ayrı süvari briqadası Ağ Qvardiyanın Cənub Ordusunun tərkibində idi. 8 avqust 1919-cu ildə Başqırd ayrı süvari briqadası Ağ Qvardiya komandanlığının əmrlərinə əhəmiyyət vermədən müstəqil fəaliyyətə başladı. 18 avqust 1919-cu ildə ani hücum ilə 4-cü Orenburq Ordu Korpusunu məğlubiyyətə uğratdı. Başrevkom nümayəndəsi T. G. İmakovun köməyi ilə 23 avqust 1919-cu ildə Qırmızı Ordunun tərəfinə keçən briqada 1-ci Ordunun sıralarına daxil edildi. 1919-cu ilin sentyabrında briqada 1800 qılınc, iki silah aləti və səkkiz pulemyotu olan piyada batalyonuna sahib idi.
Başqırd işləri üzrə komissiya
Başqırd işləri üzrə komissiya — 1735-1740-cı illərdə baş tutmuş Başqırd üsyanlarını yatırmaq, üsyanda iştirak etmiş başqırdları cəzalandırmaq məqsədilə, imperatriça Anna İvanovnanın göstərişi ilə Rusiyada formalaşdırılmış dövlət qurumu. == Haqqında == 1735-ci ildə baş tutmuş Başqırd üsyanlarını yatırmaq, üsyanda iştirak etmiş başqırdları cəzalandırmaq məqsədilə, imperatriça Anna İvanovnanın göstərişi ilə Başqırd işləri üzrə komissiya yaradılır. Qraf, rus diplomatı, general-mayor A.İ.Rumyantsev komissiyanın başçısı təyin edilir və abeçiliyinə üç ordu hissəsi, 500 rus kazakı və 3000 kalmık muzdlusu verilir. Cəza dəstələrinin ümumi sayı 20 000 nəfərə çatır. Komissiyaya sonradan 1736-1737-ci illərdə M.Xruşov, 1737-1742-ci illərdə isə L.Soymonov rəhbərlik edib. Komissiyanın baş qərargahı isə Menzelinsk şəhərində yerləşirdi. Mərkəzi Ufada yerləşən Orenburq komissiyası ilə Başqırd komissiyası fövqəladə hadisələrdə koalisyon hökumət rolunu oynamalı idilər. Bundan başqa komissiya inzibati, diplomatik, hərbi və maliyyə-siyasi funksiyaları da yerinə yetirməli idi. 11 fevral 1736-cı ildə verilmiş qərara əsasən bölgənin rus əhalisinin siyahıyaalınması baş tutub. Həmçinin başqırd əhalisini də siyahıyaalmağa cəhd göstərirdilər.14 iyul 1737-ci ildə Başqırd komissiyası ilə Orenburq ekspedisiyasının ortaq iclasında Başqırdıstanın idarəetməsi ilə bağlı islahatların keçirilməsi qərarı verildi.
Başqırd üsyanı (1662–1664)
Başqırd üsyanı — XVII əsrin II yarısında baş verən başqırdların ilk böyük üsyanlarından biri. == Səbəbi == 16-cı əsrin ortalarından başlayaraq Başqırdlar Rusiya Tsardomunun vassalı idilər. Üsyanın əsas səbəbi, Rusiyanın dahada genişlənməsi və sərhədlərinin böyüməsi nəticəsində Rusiyaya qoşulma şərtləri ilə alınan torpaqlara vətəndaşlıq hüquqlarını itirmək qorxusu idi. Başqırdlar da Ufa qubernatorunun özbaşınalığından narazı qaldılar və yığımlar zamanı məmurlar tərəfindən artan vergi və sui-istifadə hallarından şikayətləndilər. == Qiyam yeri == Üsyanın şərqdə Miet çayının ortasında, qərbdə Kama çayının orta axınında, cənubdakı Yaik çayından (indiki Urals) çayın Çusovoi çayının şimlına qədər yayılması. == Mübarizə == 1662-ci ilin yayında Uralda qiyam başladı. Sarah Mergena, Uraslanbek Bakkin və digər rəhbərlərin başçılığı Kataysky həbsxanasına, Dalmatia Nev'yansky, Aramilsky, Irbitskoi, Belosludskuyu, Murzinskoe və digər qəsəbələrə hücum edərək bəzilərini ələ keçirməyə müvəffəq oldu. Üsyançılarla mübarizə aparmaq üçün kral hökuməti böyük bir hərbi qüvvə göndərdi. İrtyaş gölünün yaxınlığında böyük bir döyüş keçirdilər. Digər bir mübarizə sahəsi üsyançıların Kungur şəhərini, Stepanovski həbsxanasını, Vozdvizhenski ələ keçirdiyi və Silva çayı boyunca Rus kəndlərini, monastırlarını və şəhərlərini dağıtdığı Şimali Başqırdıstan idi.
Başqırd üsyanı (1681 — 1684)
Başqırd üsyanı— 1681−1684 illər (Seitovskiy qiyamı) (başq. башҡорт ихтилалы; rus. Башкирское восстание) — XVII əsrin ikinci yarısının ən böyük başqırd üsyanlarından biri. == Üsyanın səbəbləri == Üsyana əsas səbəb çar hökumətinin başqırdların zorakı xristianlaşdırılması barədə 16 may 1681-ci ildə dərc edilmiş Fərmanı idi. == Üsyanın baş verdiyi yer == Üsyan şərqdə İset çayının orta axınından qərbdə Volqaya qədər, cənubda Yaik (hal-hazırda Ural çayı) çayının yuxarısından şimalda Kamanın və Çusovayanın orta axınına qədər böyük bir ərazini tuturdu. == Hərbi əməliyyatların gedişi == Üsyançıların əsas gücləri başqırdlar idi onların başlarında tanınmış başqırd nəslindən olan Seit-Batırdan dururdu. İlk çıxışlar 1681-ci ilin yayında Noqay və Sibir ərazilərində başlanmışdır. 1682-ci ilin yazında kütləvi mübarizə başlandı: Kazan daruqisi üsyançıları Zakamski qalasına hücum etdilər, Osinski daruqesindən əsas zərbə Kunqura, qalalara və Stroqanovlar tərəfindən tutulmuş başqırd torpaqlarına yönəldilmişdi . Üsyançıların çoxsaylı dəstələri Ufanı mühasirəyə aldı, Qırmızı Uçurumu, Lovaşnoe və başqa əraziləri, qərbdə — Sərxoş Meşə, Karakulino və başqa yerləri tutdu. Mayda üsyan bütün ərazini əhatə edirid.
Başqırd üsyanı (1681−1684)
Başqırd üsyanı— 1681−1684 illər (Seitovskiy qiyamı) (başq. башҡорт ихтилалы; rus. Башкирское восстание) — XVII əsrin ikinci yarısının ən böyük başqırd üsyanlarından biri. == Üsyanın səbəbləri == Üsyana əsas səbəb çar hökumətinin başqırdların zorakı xristianlaşdırılması barədə 16 may 1681-ci ildə dərc edilmiş Fərmanı idi. == Üsyanın baş verdiyi yer == Üsyan şərqdə İset çayının orta axınından qərbdə Volqaya qədər, cənubda Yaik (hal-hazırda Ural çayı) çayının yuxarısından şimalda Kamanın və Çusovayanın orta axınına qədər böyük bir ərazini tuturdu. == Hərbi əməliyyatların gedişi == Üsyançıların əsas gücləri başqırdlar idi onların başlarında tanınmış başqırd nəslindən olan Seit-Batırdan dururdu. İlk çıxışlar 1681-ci ilin yayında Noqay və Sibir ərazilərində başlanmışdır. 1682-ci ilin yazında kütləvi mübarizə başlandı: Kazan daruqisi üsyançıları Zakamski qalasına hücum etdilər, Osinski daruqesindən əsas zərbə Kunqura, qalalara və Stroqanovlar tərəfindən tutulmuş başqırd torpaqlarına yönəldilmişdi . Üsyançıların çoxsaylı dəstələri Ufanı mühasirəyə aldı, Qırmızı Uçurumu, Lovaşnoe və başqa əraziləri, qərbdə — Sərxoş Meşə, Karakulino və başqa yerləri tutdu. Mayda üsyan bütün ərazini əhatə edirid.
Azərbaycan–Başqırdıstan münasibətləri
Azərbaycan–Başqırdıstan münasibətləri — Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Başqırdıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bu əlaqələr həm də Azərbaycan–Rusiya münasibətlərinin tərkib hissəsidir. == Tarixi == Hər iki respublikanın ərazisi bir müddət Rusiya imperiyasının tərkibində idi. Daha sonra isə Azərbaycan müttəfiq respublika kimi, Başqırdıstan isə Rusiyanın subyekti kimi SSRİ-nin tərkibində olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Xüsusilə həmin dövrdə əsasən əsasən neft sahəsində inkişaf etmişdir. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Hazırda Azərbaycan müstəqil dövlət kimi Rusiyanın subyekti olan Başqırdıstanla bir sıra mədəni, təhsil və s. əlaqələrə malikdir. == Diaspora == === Başqırdıstan azərbaycanlıları === Başqırdıstan Respublikasında Azərbaycan diasporu vardır.
Başqırdıstan Opera və Balet Teatrı
Başqırdıstan Opera və Balet Teatrı – 1938-ci ildə Başqırdıstanın Ufa şəhərində keçmiş Aksakov xalq evinin binasında (bina 1909–35-ci illərdə tikilmişdir) Başqırdıstan Dövlət Opera Teatrı kimi yaradılmış, 1941-ci ildən Opera və Balet Teatrı olmuşdur. Fəaliyyətə C. Paiziellonun “Gözəl dəyirmançı arvadı” operası ilə (başqırd dilində) başlamışdır. == Ümumi məlumat == İlk başqırd milli operası “Xakmar” (M.M. Valeyev) 1940-ci ildə tamaşaya qoyulmuşdur. Sonralar milli repertuara N.K. Çembercinin “Karluqas” (1941), X.Ş. Zaimov və A.E. Spadavekkianın “Akbuzat” (1942), N.İ. Peykonun “Ayxılu” (1953), Z.Q. İsmagilovun “Salavat Yulayev” (1955), “Şaura” (1963), “Agidelin dalğaları” (1972), “Ural elçiləri” (1982), R.A. Murtazinin “Fırtına” (1969), X.F. Axmetovun “Müa sirlər” (1970), S.A. Nizamutdinovun “Qara sular” (1989), “Ay tutulan gecə” (1996) operaları daxil edilmişdir. 1944-cü ildə N.A. Anisimova ilk milli baleti – L.B. Stepanovun “Durna mahnısı”nı səhnəyə qoymuşdur (sonralar tamaşa dəfələrlə təkrar olunmuşdur). N.Q. Sabitovun “Gülnazira” (1963), M.X. Axmetovun “Ay tutulan gecə” (1982), L. İsmagilovanın “Arkaim” (2005) baletləri teatrın uğurlu tamaşalarındandır. Teatrda müxtəlif vaxtlarda dirijorlar P.M. Slavinski, Q.X. Mutalov; xormeyster A.Q. Tixomirov; müğənnilər M.X. Xismatullin (həmçinin rej.), B.N. Valeyeva, X.L. Qalimov, Q.S. Xabibullin, M.Q. Saliqaskarova, A. V. Sutyagin, N.X. Allayarova, S.K. Qalimova, S.D. Xusnuyarov, X.Z. Mazitov, K.A. Valeyev, Z. Q. Maxmutov, R.A. Qareyev, N.Z. Abdeyev, S.A. Askarov, A.A. Abdrazakov; balet artistləri R.X. Nureyev, F.M. Nafikova, M.A. Tagirova, İ.X. Xabirov, Ş.A. Terequlov, L.S. Kuvatova, Y.Q. Uşanov, R.Q. Zaripov; xoreoqraflar F.A. Qaskarov, V.X. Pyari, K.D. Karpinskaya, Q.İ. Yazvinski, X.F. Mustayev, S.V. Dreçin; rejisorlar B.Q. İmaşev, Ş.M. Murtazina, R.A. Valiullin; rəssamlar M.N. Arslanov, Q.Ş. İmaşeva, V.İ. Plekunov işləmişlər. 1993-cü ildən R. Nureyevin xatirəsinə balet sənəti festivalları keçirilir. == Şəkillər == == Mənbə == Başqırdıstan Opera və Balet Teatrı // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.).
Başqırdıstan Respublika Ali Məhkəməsi
Başqırdıstan Respublika Ali Məhkəməsi ya da Başqırdıstan Respublika Yüksək Məhkəməsi — Rusiya Federasiyası Mühakimə Sistemi içərisində, Başqırdıstanda bölgə məhkəməsidir. == Tarixi == 1937-ci ildə Başqırd Mərkəz İdarə Heyəti, 1990-cı ildə Başqırd Sovet Sosialist Respublikası Yüksək Məhkəməsi olan, Başqırd ASSR Yüksək Məhkəməsi olaraq yenidən adlandırıldı. 1992-ci ildən bəri Başqırdıstan Respublikası Yüksək Məhkəməsi olaraq adlandırılır. == Kompozisiya == Başqırdıstan Yüksək Məhkəməsində 147 hakim işləyir. Yüksək Məhkəməsi hakimləri Rusiya Federasiyası Prezidenti tərəfindən namizəd göstərilir. Hakim olmaq üçün şəxsin Rusiya vətəndaşı olmağı, ən az 35 yaşında olmalı, hüquq təhsili və ən az 10 illik iş təcrübəsi vacibdir. == Tənqid == Yüksək Məhkəmə, müxtəlif mövzularda tənqidlərin mövzusu olmuşdur. Bunlar arasında Məhkəmə icra etmə səlahiyyətinə pis dərəcədə nəzarət olunub, Məhkəmə görüşmələrini ictimai rəy önündə gizli tutduğu üçün tənqid edilmişdir. Məhkəmə qərarları, fərdi hüquqların qorunamamasına görə də tənqid edilmişdir. Başqırdıstan Yüksək Məhkəməsi Başqırd dilindəki şikayətin qəbul edilməyəcəyi 100-dən çox qərar vermişdi.
Başqırdıstan Respublikası
Başqırdıstan (rus. Республика Башкортостан, başq. Башҡортоста́н Респу́бликаһы) — Rusiya Federasiyası subyektlərindən biri. == Coğrafiya == Respublikanın ərazisi 143.9 min kvadrat kilometrdir. Ural dağlarının cənubu və bu civardakı düzənlikləri əhatə edir. sərhədləri: Perm diyarı (şimal) Sverdlovsk vilayəti (şimal-şərq) Çelyabinsk vilayəti (şimal-şərq/şərq/cənub-şərq) Orenburq vilayəti (cənub-şərq/cənub/cənub-qərb) Tatarıstan respublikası (qərb) Udmurtiya Respublikası (şimal-qərb) ən yüksək nöqtəsi: Yamantau dağı (1638) şimaldan-cənuba ən uzaq məsafə: 550 km şərqdən qərbə ən uzaq məsafə: 430 km-dən çox == Siyasət == Başqırdıstan - Rusiya Federasiyasının tərkibində olan dövlətdir. İdarəetmə forması respublikadır. Yəni ölkəni prezident idarə edir. 25 fevral 1992-ci ildə bayrağı, 12 oktyabr 1993-cü ildə gerbi və himni, 24 dekabr 1994-cü ildə isə konstitusiyası qəbul olunmuşdur. == Tarix == Bugünkü Başqırdıstan ərazisinə ilk yerləşim erkən Paleolit dövründən başlamışdır, amma xüsusiylə Tunc dövründə əhalinin sayı artmışdır.
Başqırdıstan Respublikası Arbitraj Məhkəməsi
Başqırdıstan Respublikası Arbitraj Məhkəməsi (başq. Башҡортостан Республикаһының Арбитраж суды) — Başqırdıstan Respublikası ərazisində məhkəmə hakimiyyətini həyata keçirən arbitraj məhkəmələri sisteminin məhkəmə orqanıdır. == Tarixi == 1922-ci ildə iqtisadi mübahisələri həll etmək üçün Başqırd Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin yanında arbitraj komissiyası yaradıldı. 1935-ci ildə (1931-ci ildə digər mənbələrə görə) komissiya Başqırd Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin yanında Dövlət Arbitrajına çevrildi. 16 iyun 1992-ci ildə Başqırdıstan Respublikası Ali Sovetinin 12-ci iclasında Başqırdıstan Respublikası Ali Məhkəməsi yaradıldı.. 2001-ci ildən — Başqırdıstan Respublikasının Arbitraj Məhkəməsi adlandırıldı. Məhkəmənin vəzifəsi Başqırdıstan Respublikasının müəssisələri arasında əmlak və ticarət mübahisələrini həll etməkdir. 2004-cü ilə qədər, Başqırdıstan Respublikasının Arbitraj Məhkəməsində bir hakim üçün ortalama aylıq iş yükü 96 məhkəmə işidir (Rusiya Federasiyasında — ayda 55 iş). == Sədrləri == Adıqamov, Məhəmməd Kəmaləddinov (1921—) N. A. Tolstoy (1931—) Feodor Staymov Vasilyeviç (1936–1943) Hizatullin Niqamədcan Xəlilov (1943–1969) Fayzrahman Zaqafuranov (1969–1971) Kərəm Rəhmətullin (1971–1975) Asqad Şəmsuddinov Əhmodoviç (1975–1986) Əmir Dövlətşin Niqmatoviç (1986–1987) Vil Şayhuddinoc Xərisoviç (1987–2000) Fanil Safin Maqsudov (2000–2008) İqor Arsyonov Qennadoviç (2008–2020) == Ünvanı == Başqırdıstan Respublikası Arbitraj Məhkəməsi, Ufa şəhərində iki ünvanda, aşağıdakı ünvanlarda yerləşir: Oktyabr inqilabı küç, 63 A Salavat Yulayev prospekti, ev.7 == Etimadnaməsi == Rusiya Federasiyası Ali Məhkəməsinin səlahiyyətinə aid edilən hallar istisna olmaqla, Rusiya Federasiyasındakı arbitraj məhkəmələrinin yurisdiksiyasına aid olan bütün işlərə birinci instansiyada baxır; Qanunla müəyyən edilmiş qaydada əldə edilmiş hüquqi şəxs olmayan təşkilatlar, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan və fərdi sahibkar statusuna sahib olan vətəndaşların iştirakı ilə iqtisadi mübahisələri həll edir və digər işlərə baxır; Rusiya Federasiyası, Rusiya Federasiyasının təsis qurumları, bələdiyyələr, dövlət orqanları, yerli hökumətlər, digər qurumlar, vəzifəli şəxslər, statusu olmayan qurumların iştirakı ilə Rusiya Federasiyasının Arbitraj Prosessual Məcəlləsində və digər federal qanunlarda nəzərdə tutulmuşdur. Yenidən aşkar edilmiş hallara görə, onun qəbul etdiyi və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılır.
Başqırdıstan Respublikası Hökuməti
Başqırdıstan Respublikası Hökuməti — Başqırdıstan Respublikasının hökumətidir. Hökumət üç ayrı qoldan ibarətdir: qanunvericilik, icra və məhkəmə.
Başqırdıstan Respublikası Konstitusiyası
Başqırdıstan Respublikası Konstitusiyası — Başqırdıstan Respublikasının ali qanunudur. Konstitusiya hökumətin milli çərçivəsini müəyyənləşdirir. Konsitutsiyanı ilk üç məcəlləsi hakimiyyətin ayrılmasının doktrinasını təşkil edir. Beləki, Başqırdıstan Milli Məclisindən ibarət qanunvericilik, hökumət başçısından ibarət olan icraçı və Ali Məhkəmə də başda olmaqla digər məhkəmələrdən ibarət məhkəmə hakimiyyətləri təşkil edir. Başqırdıstan Rusiya tərkibində olduğu üçün dövlətin qəbul etdiyi konsitutsiyaya diqqət edilir və bəzən mərkəz tərəfindən də təzyiqə məruz qalır. Məsələn 2014-cü ildə konsitutsiyaya edilən sonuncu dəyişikliklərdə "prezident" sözü konsitutiyadan çıxarıldı və yerinə "baş" əlavə edildi. Həmçinin konsitutiyada başqırd dili ilə əlaqədar qanunlara yerli hakimiyyət oraqanları tərəfindən əməl edilmir.
Başqırdıstan Respublikası Mədəniyyət Nazirliyi
Başqırdıstan Respublikasının Mədəniyyət Nazirliyi — Respublikanın ərazisində mədəni irs obyektlərinin (mədəniyyət, incəsənət, kinematoqrafiya) qorunması, istifadəsi, təbliğ edilməsi və dövlət nəzarəti sahəsində dövlət mədəniyyət siyasəti və idarəetməsini həyata keçirən Başqırdıstan Respublikasının icra orqanıdır. == Faəliyyəti == Mədəniyyət Nazirliyi dövlətin mədəniyyət siyasətini həyata keçirir. Başqırdıstan Respublikasının hökumətinə mədəniyyət sahəsində qanunvericilik aktları və digər normativ hüquqi aktların hazırlanması üçün təkliflər hazırlayır və təqdim edir və həmçinin Respublikanın fəaliyyət sahəsindəki federal proqramlara iştirakı haqqında təkliflər verir. Teatr, musiqi, xoreoqrafiya və vizual incəsənət, kitabxana və muzey biznesinin, kinematoqrafiyanın, xalq sənətinin inkişafını təmin edir və tənzimləyir. 2012-ci ildə Başqırdıstan Respublikasının büdcəsindən mədəniyyətə yönəldilmiş vəsaitin miqdarı 2.135,7 milyon rubl / (2011-ci ildə 1,853 milyon rubl) təşkil edir. Peşəkar incəsənət Başqırdıstan Respublikasının Mədəniyyət Nazirliyinin əsas və mühüm işlərindən biridir. 2013-cü ildə peşə sənətinin inkişafı və mədəniyyət və incəsənət müəssisələrinə kadrların hazırlanması üçün 100 milyon rubl ayrılmışdır.
Başqırdıstan Respublikası Qurultayı
Başqırdıstan Respubliksası Qurultayı — Başqırdıstan Respublikasında ali və yeganə qanunverici orqan. Rusiya Federasiyasının parlamentarilərinin sayı ən çox olan subyektlərindən biridir, halbuki əhalisinin sayına görə federasiyanın orta həcmli regionlarındandır. Parlamentdə 110 deputat vardır.
Başqırdıstan əhalisi
Başqırdıstan əhalisi — Başqırdıstan Respublikası ərazisində yaşayan əhali. == Demoqrafiya == Ölkə əhalisinin 27 % Ufa və onun ətraf rayonlarında cəmlənmişdir (2002). Ən az məskunlaşmış bölgə Zilair rayonu (3 nəf./km²), Belores rayonu (3,7 nəf./km²) və Buryanski rayonudur (4 nəf./km²). Əhalinin ən gur məskunlaşması Ufa (37 nəf./km²), Karmaskalin rayonu (30 nəf./km²), Çişminski rayonu (29 nəf./km²) və Tuymazı rayonudur (27 nəf./km²). 2010-cu il Ümumrusiya siyahıya alınmasına görə: Şəhər əhalisi — 2 461,5 min. nəfər; Kənd əhalisi — 1 610, 6 min. nəfər; Ümumi şəhər əhalisi — 60,4 %; Ümumi kənd əhalisi — 39,6 %; Gənclərin sayı öz əvvəlki sayını qorusa da əhalinin qocalması tendesiyası baş verir. == Milli tərkib == 1926–2010-ci illər əhalinin artım dinamikası: Sayları 10 mindən çox olan etnosların bölgələr üzrə yerləşməsi. 1897-ci il siyahıya alınmasına görə. == Dilə sahib olma == Başqırdıstan əhalisinin 96,4 % (2002) rus, 25,75 % (2002) başqırd, 34 % (2002) tatar dilini bilir.
Başqırdıstanda aclıq (1921-1922)
1921-1922 illərin arasında baş vermiş Başqırdıstanda aclıq, müasir Başqırdıstan ərazisində Rusiya vətəndaş müharibəsi vaxtı baş vermiş. == Səbəbləri == Uzun müddət ərzində, vətəndaş müharibəsinin cəbhəsi Başqırdıstan ərazisində keçirdi. Cəbhənin hər iki tərəfi ölüsoyanlıq, oğurlama və dinc əhalinə qarşı başqa cinayyətlər törədirdi. Misal üçün, hökumət komissiyasının hesabatına görə, ancaq üç kantonda (Tamyan-Qatay, Böryən-Tüngəüer və Qıpçaq-Ete ırıu) 100 həyət zərər çəkmiş, 5377 ev sahibliyi yox edilmiş, 2826 yaşayış yeri tamamilə dağıdılmış və 50 min adamın çöreyi yox idi. Müharibə ərzində mal qaranın böyük hissəsi ya müsadirə olunub ya quru 1920-ci ildə acından ölüb. 1918 ildə aparılmış meşələrin millətləşdirilməsi isə sənayənə zərər vurub. Kənd təsərrüfatının sənayə güvvətləri məhv edilib. 1918-1920 illərin arasında aparılan prodrazvörstkanın nəticəsində, Başqırdıstandan faktiki olaraq qida resursları alınırdı, özəlliklə əhalinin əksəriyyəti əksinqilabi elan olunan başqırdlar olduğu rayonlardan. 1920-ci ilin yayında Başqırd MSSR-də hökumətə gələnlər ölkənin başqa hissələrindən idilər. Onlar apardığı prodrazvörstka vaxtı bütün biçin və hətta toxumlar alınırdı.
Başqırdıstanda enerji
Başqırdıstanda enerji — Başqırdıstan Respubilkasının iqtisadiyyatının əsas sahələrindən biri. Respublika üzrə fəaliyyətdə olan bütün enerji stansiyaların gücü 4 295 MVt təşkil edir. Başqırdıstanın enerji sahəsi daha çox hərtərəfliyi ilə diqqəti cəlb edir. Demək olar ki, bütün enerji istehsal növləri mövcuddur: İES, SES, KES,GES və DRES == Tarixi == Başqırdıstanda ilk elektrik stansiyası XIX əsrdə qurulub. 1 fevral 1898 -ci ildə 560 kilovatt gücündə olan Başqırd elektrik stansiyası işə düşümüş. 29 avqust 1931-ci ildə Ufada mərkəzi elektrik stansiyası istifadəyə verilmiş (MES). SSRİ-də, eləcə də Başqırdıstanda QOELRO (ölkənin elektrikləşdirmə planı) həyata keçirilmiş. 1958-ci ildən Başqırdıstan SSRİ-nin vahid elektroenergetika sisteminə qoşulmuş. Respublikada Ufim İEM-3, Kumertaus İEM tikilmiş. 90-cı illərdən ölkədə külək elektrik stansiyaları tikilməyə başlanıldı — «Vetroen» (Ufa), kiçik SES. XXI əsrin əvvələrində Başqırdıstan Respublikasında səkkiz kiçik və mikro SES-lər (50-700 KVt) tikilib istifadəyə verildi.
Başqırdıstanda islam
Başqırdıstanda monoetik dünyəvi dinlər yayılıb. Onlardan biri və geniş yayılmışı İslamdır. Başqırdıstanda islamın Hənəfi əqidəsi yayılıb. == Tarixi == İslamın Başqırdıstanda gəlməsində VIII-IX əsrlərdə müsəlman ölkələri ilə yaradılmış ticarət və iqtisadi əlaqələr böyük rol oynamışdır. Uraldakı ilk müsəlman arxeloji abidəsi Başqırdıstanın İşimbay rayonundakı Levaşov məzarlığındakı tapıntılardır. == Ədəbiyyat == Аминев З. Г., Л. А. Ямаева. Региональные особенности ислама у башкир. — Уфа, 2009. В память столетия Оренбургского Магометанского Духовного Собрания, учрежденного в г. Уфе.
Başqırdıstanda kənd təsərrüfatı
Başqırdıstanda kənd təsərrüfatı — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının iqtisadiyyatının bir hissəsini təşkil edən əsas təsərrüfat sahələrindən biri. 2011-ci ilin məlumatlarına görə Başqırdıstanda kənd təsərrüfatı ümumi məhsulunun dəyəri 130,9 mlrd. rubl olmuşdur. Həmin göstəricidə heyvandarlıq məhsulu üstünlük 55,3%-lə təşkil edirdi. Kənd təsərrüfatı yerlərinin ümumi sahəsu 71,6 min km2 idi ki, bu da bütün ölkə sahəsinin 50%-ə qədəri deməkdir. Bunun da 52,7%-i şum yeridir. Kənd təsərrüfatının inkişafına əlverişli aqroiqlim şəraiti, ilk növbədə münbit torpaqlar imkan verir. Münbit torpaqlar olan qara torpaqlar və boz meşə torpaqları Başqırdıstan ərazisinin 60%-ini tutur. Ölkədə yem bitkiləri, taxıl (buğda, çovdar, arpa, yulaf), texniki bitkilər (şəkər çuğunduru, günəbaxan), kartof və tərəvəz əkilir. Heyvandarlıq ətlik-südlük heyvandarlıq, donuzçuluq, quşçuluq, ətlik-yunluq qoyunçuluq ilə təmsil olunmuşdur.
Başqırdıstanda nəqliyyat
Başqırdıstanda nəqliyyat — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında nəqliyyat və nəqliyyat növləri. == Dəmir yolu nəqliyyatı == Dəmir yolu nəqliyyatı Başqırdıstanın nəqliyyat sistemində həlledici rol oynayır və respublikanın yük dövriyyəsinin təqribən 40%-ini (neft, kimya yükləri, mineral gübrələr, qara metallar üstünlük təşkil edir), sərnişin dövriyyəsinin isə 30%-ini təmin edir. 2003-cü ildə ölkədəki dəmir yollarının ümumi uzunluğu 1458 km idi. Əsas dəmir yolu magistralı Samara – Ufa – Çelyabinskdir. == Avtomobil yolları == Bərkörtüklü avtomobil yollarının uzunluğu 22,1 min km-dir. Ən əhəmiyyətli avtomobil magistralları Samara – Ufa – Çelyabinskdir. Respublikanın hüdudlarında isə Ufa – Sterlitamak, Ufa – Beloretsk, Ufa – Birsk hesab olunur. == Su nəqliyyatı == Gəmiçilik üçün yararlı olan su yollarının uzunluğu 1080 km-dir. Əsas çay nəqliyyatı magistralı Ufa qolu olan Belaya çayıdır. Əsas çay portları Ufa və Birskdir.
Başqırdıstanda səhiyyə
Başqırdıstanda səhiyyə — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında səhiyyə. 2002-ci ildə Başqırdıstanda 481 ambulatoriya-poiklinika müəssisəsi, 41496 çarpayılıq 297 xəstəxana var idi. Əəhalinin hər 10 min nəfərinə 107 çarpayı düşürdü; 2003-cü ildə bütün ölkədə 16,7 min həkim işləyirdi ki, əhalinin hər 10 min nəfərinə 41 həkim düşürdü. Ümumi xəstələnmə hallarında tənəffüs orqanları xəstəlikləri 15,5%, həzm sistemi – 13,8%, qan dövranı – 12% təşkil etmişdir. Ölkənin əsas tibbi kurortları Aksakovo, Krasnousolsk, Şafranovo, Yanqantau və digərləridir. Ölkədə insan ölümlərinin əsas səbəbləri qan dövranı sistemi xəstəlikləri (63%); bədbəxt hadisələr, zəhərlənmə və travmalar (16%); bədxassəli şişlər (12%); tənəffüs orqanları xəstəlikləri (6%) təşkil etmişdir.
Başqırdıstanda turizm
Başqırdıstanda turizm — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər.. Ölkənin Beloretsk rayonunda Belaya çayının sahilində olan “Agidel”, “Arski Kamen”, Ufa rayonunda olan “Vosxod”, Meleuz rayonundakı Nuquş su anbarının sahilində olan “Nuquş” turist bazaları ümumrusiya əhəmiyyətlidir. Cənubi Uralın və Uralönünün speleoloji təbiət abidələri Başqırdıstanda turizm üçün xüsusi əhəmiyyət kəsb edir. Başqırdıstan Milli Parkı ildə 30 min turist qəbul edir. Burada piyada, at və su turizmi növləri inkişaf etmişdir. Ölkə ərazisində karst mağaraları, o cümlədən Uralda ən böyük olan Kutuk-Sumqan mağarası var.
Başqırdıstanda təhsil
Başqırdıstanda təhsil — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının təhsil sistemi. Başqırdıstanda 3,3 min ümumtəhsil məktəbi, 76 orta ixtisas təhsili müəssisəsi, o cümlədən Ufada 1922-ci ildən fəaliyyət göstərən İncəsənət məktəbi və 1986-cı ildən fəaliyyət göstərən Xoreoqrafiya məktəbləri vardır. Ölkənin ən iri ali məktəbləri 1957-ci ildən fəaliyyət göstərən Başqırdıstan Dövlət Universiteti, 1930-cu ildən fəaliyyət göstərən Aqrar Universitet, 1932-ci ildən fəaliyyət göstərən Tibb Universiteti, 1948-ci ildən fəaliyyət göstərən Neft Texniki Universiteti, 1932-ci ildən fəaliyyət göstərən Aviasiya Texniki Universiteti; 1968-ci ildən Ufada fəaliyyət göstərən İncəsənət İnstitutu, 1970-ci ildən Ufada fəaliyyət göstərən Hüquq İnstitutu; 1952-ci ildən Birskdə, 1954-cü ildən isə Sterlitamakda fəaliyyət göstərən pedaqoji institutlar, 1983-cü ildən fəaliyyət göstərən Təyyarəçilərin Ali Hərbi Aviasiya Məktəbi və digərləri var. 1951–1987-ci illərdə Ufa Elmi Mərkəzi olmuş qurum sonradan Rusiya EA Ural Şöbəsinin Elmi Mərkəzi adlandırılmışdır. Bundan başqa ölkədə Rusiya EA-nın elmi tədqiqat institutları da var. Başqırdıstan Respublikası Hökumətinin İcra şöbəsinə daxil olan Təhsil Nazirliyi başqırd dilini xilas və inkişaf etdirmə, Başqırdıstanda təhsilin gücləndirilməsi siyasəti aparır.
Başqırdıstanda əkinçilik
Başqırdıstanda əkinçilik — Başqqırdıstan respublikasında başqırdlar və respublika əhalisinin məşqul olduğu kənd təsərrüfatı sahələrindən biri. == Əkinçiliyin şərtləri və mənşəyi == İqlim (Kontinental iqlim), təbii-ekoloji mühit (əsasən çöl, dağlıq lanşaft, bir qədər tayqa) şərtləri Başqırdıstan ərazisində tarixən köçəri təsərrüfatı şərtləndirirdi. способствовали тому, что на этой территории издавна велось кочевое хозяйство. Bununla belə Ural önü ərazilərdə baş verən uzun müddətli geoloji proseslər nəticəsində torpaq əmələgəlmə prosesi baş vermiş və nəticədə kənd təsərrüfatının inkişafına zəmin yaranmışdır. Cənubi Uralda əkinçilik hələ bürünc dönəmindən məlumdur. Bu zaman Uralönü bölgənin əhalisi kətmən əkinçiliyi ilə məşqul olurdular. Bunu təstiqləyən dəlillər Balanbaş, Tyubyak və Yelenov ərazilərində aşkarlanmışdır. Burada bürüncdən hazırlanmış kətmən, oraq və daş kir-kirələr aşkar edilmişdir. Başqırlar arasında əkinçilik ənənəvi təsrrüfat sahələrindən biridir. Onlar əsasən ekstensif tərərrüfata üstünlük verir.
Başqırdıstanın coğrafi mərkəzi
Başqırdıstan Respublikasının coğrafi mərkəzi — ölkənin ucqar nöqtələrindən eyni məsafədə yerləşən, mərkəzi nöqtə. Başqırdıstanın coğrafi mərkəzi Qafuri rayonunun şimalında, Ağidel və Zilim çayları arasında, Erek kəndindən şərqdə, Arxangel və Karmaskalı rayonları sərhəddinə yaxın ərazidə yerləşir. Ufa şəhərindən 67,5 km məsafədə yerlkəşir Bu nöqtə 2002-ci ildə Başqırdıstan Dövlət Universiteti Fiziki coğrafiya və Torpaq hidrologiyası kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Aufar Qareyev və kafedra asistenti Əzəmət Niqmatullin tərfindən müəyyən edilmişdir. 4 iyul 2009-cu ildə Şəjərə bayram günündə, yerli əhali tərəfindən xatirə oxu qoyulmuşdur. Abidədən bir qədər aralıda inanac xüsiusiyyəti daşıyan, yay daşı vardır. == Mənbə == "Volqaİnform" informasiya agentliyi В самом центре Башкирии установят стелу. Комсомольская правда. 8 июля 2009 г. Krasnousolsk kəndinin saytı Памятник станет местом паломничества туристов со всех городов.
Başqırdıstanın dövlət müstəqilliyi haqqında bəyannamə
Başqırdıstan dövlət müstəqilliyi haqqında bəyannamə (başq. Башҡортостандың дәүләт суверенитеты тураһында декларация) — ictimai-siyasi əsas prinsipləri və Başqırd SSR-nin dövlət quruluşlarını elan etmiş sənəd. Bəyannamə 11 oktyabr, 1990-cı il Başqırd ASSR Ali sovetinin III sessiyasında qəbul edilmişdir. == Bəyannamənin qəbul edilmə tarixi == 12 iyun, 1990-cı ildə RSFSR-ın xalq deputatlarının qurultayı Rusiya Sovet Federativ Sosializm Respublikasının dövlət müstəqilliyi haqqında Bəyannaməni qəbul etdi. Bu Bəyannamə, həmçinin SSRİ-in Qanunları "SSR ittifaqının və Federasiyanın subyektlərinin arasında səlahiyyətlərin ayrılması haqqında", "SSR ittifaqının iqtisadi münasibətlərinin əsasları haqqında, ittifaqlar və muxtar respublikalar" qanunda, Başqırd respublikasının dövlət müstəqilliyi haqqında Bəyannamənin qəbulu üçün hüquq əsası oldu. 11 oktyabr, 1990-cı ildə Başqırd ASSR Ali sovetinin III sessiyasında respublikanın dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul olundu. Müharibədən sonrakı dövrdə Tatarıstanda və Başqırdıstanda neft çıxarılması sürətlə inkişaf etməyə başladı. Azərbaycan geoloqlarının və neftçilərinin səyi ilə bu regionlarda yeni neft yataqları kəşf edildi və istismara verildi. 70-80-ci illərdə nəhəng maşınqayırma və digər sənaye müəssisələri işə salındı. SSRİ dağıldıqdan sonra Tatarıstanda və Başqırdıstanda yerli xalqların idarəçilikdə daha fəal iştirak etməsi tələbləri gücləndi.
Başqırdıstanın dövlət quruluşu
Başqırdıstanın dövlət quruluşu — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında Dövlət quruluşunun əsasları. Rusiya Federasiyasının subyektlərindən biri olan Başqırdıstan Respublikasının Dövlət hakimiyyəti orqanları sistemi 1993-cü ildə qəbul edilmiş Başqırdıstan Respublikasının Konstitusiyası ilə müəyyənləşir. Dövlət hakimiyyətini respublikanın prezidenti, Dövlət məclisi – Qurultay, Başqırdıstanın Nazirlər kabineti və respublika konstitusiyasına uyğun yaradılan digər hakimiyyət orqanları həyata keçirir. Başqırdıstan Respublikasının başçısı Rusiya Federasiyası Prezidentinin təqdimatına əsasən Dövlət məclisi tərəfindən səlahiyyətlər alan ali vəzifəli şəxs – Başqırdıstan Prezidentidir. Dövlət məclisi Qurultay adlanır və dövlət hakimiyyətinin ali qanunverici – təmsiledici orqanıdır. Birmandatlı seçki dairələri üzrə 5 il müddətinə seçilən 120 deputatdan ibarətdir. Deputatlar həm peşəkar daimi əsasda, həm də qeyri-daimi əsasda işləmək hüququna malikdirlər. Nazirlər kabineti (hökumət) dövlət hakimiyyətinin ali icraedici orqanıdır; prezident tərəfindən formalaşdırılır. Baş nazir Dövlət məclisinin razılığı ilə prezident tərəfindən təyin edilir.
Başqırdıstanın torpaq örtüyü
Başqırdıstanın torpaq örtüyü — yetərincə müxtəlifdir. Uralönünün şimalında çimli-podzollaşmış torpaqlarda cökə, bəzən də palıd və ağcaqayın qarışığı olan küknar-ağ şam qarışıq meşələri yayılmışdır. Cənuba getdikcə bunlar tünd-boz meşə və çimli-karbonatlı torpaqlarda zəngin meşəaltına malik və cökə, ağcaqayın, palıd, bəzən qarağacdan ibarət enliyarpaqlı meşələrlə, yerli meşələr isə çox vaxt ikincili çökəliklər, tozağacı meşələri və ağcaqovaqlıqlarla əvəz olunur. Başqırdıstanın düzənlik ərazisinin təqribən 50%-ini meşə-çöllər tutur. Uralönündə tünd-boz meşə torpaqlarında adalar şəklində yerləşən qarağac qarışıq palıd-tozağacı və cökə meşələri tipik və karbonatlı qaratorpaqlardakı taxıllı-müxtəlifotlu çəmən və müxtəlifotlu-şiyavlı bozqırlarla növbələşir. Uralarxasının meşə-çöllərində tozağacı və tozağacı-şamağacı meşələri, adi və cənub qaratorpaqlarında, bəzən şorakətvarı qaratorpaqlarda və şorakətlərdə şırımlı-topallı-şiyavlı çöllər, həmçinin çəmən və bataqlıqlar üstünlük təşkil edir. Başqırdıstanın cənubunda adi və cənub qaratorpaqlarında kolluqlu (qızılıakasiya, topulqa) və daşlı çöllər yayılmışdır. Bozqır sahələr, əsasən, şumlanmışdır. Çay dərələrində qızılağac meşələri, bataqlıqlar və subasar çəmənlər inkişaf etmişdir. Dağlarda yüksəklik qurşaqlığı müşahidə olunur.
Başqırdıstanın ucqar nöqtələri
Başqırdıstanın Respublikasının ucqar nöqtələri. == Ucqar nöqtələr == Respublikanın ən ucar nöqtəsində abidə ucaldılmışdır. Abidə 12 oktyabr 2017-ci ildə Rusiya Coğrafiya cəmiyyətinin Başqırdıstan Respublikasındakı bölməsi tərəfindən açılmışdır. Eynilə respublikanın qərb nöqtəsində də bu cür abidə ucaldılmışdır. Abidə 27 oktyabr 2017-ci ildə ucaldılmışdır. sahəsi 143 000 km² . Uzunluğu şimaldan cənuba — 550 km, şərqdən qərbə — 430 km. == Ucar zirvələr == Respublikanın ən ucqar nöqtəsi Yamantau dağı (1640 m). Cənubi Uralda yerləşən yüksək nöqtə. İnzibati cəhətdən Rusiya Federasiyasının Başqırdıstan Respublikası Beloteski rayonu ərazisində yerləşir.
Başqırdıstan–Tatarıstan münasibətləri
Başqırdıstan–Tatarıstan münasibətləri — Rusiya Federasiyasının Başqırdıstan Respublikası ilə Tatarıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Etnik quruluş etibarilə başqırdlar tatarlara yaxındırlar. Tarixi mənbələrə görə, başqırd-tatar əlaqələri hələ təxminən on min il əvvəl başlamışdır. 1552-ci ildə Kazan xanlığının süqutundan sonra hər iki türk boyu – tatar və başqırdlar ruslara qarşı birlikdə qiyam qaldırmış, lakin XVIII əsrin sonlarında rus hakimiyyətinə daxil olmaq məcburiyyətində qalmışlar. Bundan sonra hər iki respublikanın ərazisi Rusiya imperiyasının tərkibində olmuşdur. Dörd əsrlik bir dövrdə bir yerdə yaşayan başqırdlar və tatarlar bir-biriləriylə tamamilə qaynaşmışlar. Kazan şəhərindəki mədrəsələrlə Başqırdıstan şəhərləri olan Ufa, Orenburq, Kargah, Troyskiy, İsterlibaş və digər şəhər və qəsəbələrdəki mədrəsələr arasında təhsil və tədris üsulları baxımından demək olar ki, heç bir fərq yox idi. Təhsil işçiləri arasında tatarlar olduğu kimi, çoxlu başqırdlar da var idi. Onlar heç bir zaman ayrılıq və həsrət yaşamamışlar. Son dövrlərin tanınmış yazıçı, tarixçi və şairlərindən Həbibünnəccar, Zəki Vəlidi Toğan, Şeyxadə Babiç və digərləri əsərlərini başqırd dilində deyil, məhz tatar dilində qələmə almışlar.

Значение слова в других словарях