Banqladeş

coğ. Bangladesh m

Banqkok
banlama
OBASTAN VİKİ
Banqladeş bayrağı
Banqladeş bayrağı — Banqladeşin Dövlət bayrağı
Banqladeş coğrafiyası
Banqladeş, Banqladeş Xalq Respublikası (Qono Procatontri Banqladeş) — Cənubi Asiyada dövlət. Qərbdə, şimalda və şərqdə Hindistanla, ucqar cənub-şərqdə Myanma ilə həmsərhəddir. Cənubdan Benqal körfəzi ilə əhatələnir. Sahəsi 144,7 min km² (daxili akvatoriyalarla birlikdə 144 min km²). Əhalisi 142,8 milyon nəfərdir (2011). Paytaxtı Dəkkə şəhəridir. == Geoloji quruluşu və faydalı qazıntıları == Banqladeşin ərazisi Cənubi Asiyada materik qabığının çökmələr vilayəti daxilindəki Benqal hövzəsindən ibarətdir. Benqal hövzəsi qədim Hindistan platformasının şərq kənarı üzərinə gəlmişdir. Şimalda Erkən Kembri dövrünə qədərki kristallik özülünün Şillonq çıxıntısı ilə hüdudlanır. Qədim Hindistan platformasının özülünü Perm-Təbaşir və Eosen yaşlı çöküntü örtüyü təşkil edir.
Banqladeş himni
Amar Şonar Banqla (benq. আমার সোনার বাংলা, " Mənim qızılı Benqalım") Banqladeşin dövlət himnidir. Sözlərinin müəllifi və bəstəkarı Rabindranat Taqordur. Rabindranat Taqor həm də Hindistan himninin sözlərinin müəllifidir buna görə yeganə şəxsdir ki, iki millətin dövlət himni sözlərini yazıbdır.
Banqladeş iqtisadiyyatı
Banqladeş — dünyanın ən kasıb ölkələri sırasına daxildir. İnsan inkişafı indeksi 0,469-dur (195 ölkə arasında 129-cu yerdədir; 2010). ÜDM-in həcmi 241,1 mlrd.dollar, əhalinin hər bir nəfərinə 1500 dollar təşkil edir. ÜDM-in 52,8%-i xidmət sferasının, 28,6%-i sənayenin, 18,6%-i kənd təsərrüfatının payına düşür. == Ümumi məlumat == Dövlətin iqtisadi siyasəti təxirə salınmaz məsələlərin həllinə: yoxsulluqla, işsizliklə, müntəzəm daşqınların nəticələri ilə mübarizəyə, təsərrüfat infrastrukturunu, xüsusən energetika sahəsində zəif inkişafın aradan qaldırılmasına yönəldilmişdir. Banqladeşin iqtisadiyyatı XX əsrin sonu–XXI əsrin əvvəllərində stabil və yüksək templə inkişaf etmişdir (ÜDM-in orta illik inkişaf tempi: 1980-ci illər də 4,3%; 1990-cı illərdə 4,7%; 2009-сu ildə 5,6%). İllik investisiyaların həcmi ÜDM-in 20–25%-ni (2004-cü ildə 23,5%) təşkil etmişdir. Birbaşa xarici investisiyaların axını stabil deyildir (1995–2000 illərdə cəmi 696 mln. dollar; 2009-cu ildə 700,2 mln. dollar).
Banqladeş şəhərləri
== Banqladeş şəhərlərinin siyahısı == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Banqladeş şəhərləri ilə əlaqəli mediafayllar var.
Azərbaycan–Banqladeş münasibətləri
Azərbaycan–Banqladeş münasibətləri — Azərbaycan Respublikası ilə Banqladeş Xalq Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 26-da qurulmuşdur.
Banqladeş Xalq Respublikası
Banqladeş (benq. বাংলাদেশ ) və ya rəsmi adı ilə Banqladeş Xalq Respublikası (benq. গণপ্রজাতন্ত্রী বাংলাদেশ) — Cənubi Asiyada dövlət. Banqladeş keçmiş Şərqi Pakistanın ərazisində yaradılmışdır. 26 mart 1971-ci ildən müstəqil dövlətdir və rəsmi olaraq 16 dekabr 1971-ci ildən dövlət kimi təşkil olunmuşdur. Şimal, qərb və şərqdə Hindistan, cənub-şərqdə Myanma ilə həmsərhəddir və cənubda isə Benqal körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Dəkkə şəhəri, ümumi sahəsi 147,570 kvadrat kilometrdir. == Adın etimologiyası == Benqalların dillərində — "Benqaliya ölkəsi" deməkdir. == Tarixi == Banqladeş 1971-ci ilə kimi Pakistanın "Şərqi Pakistan" adlı əyaləti idi. Daha əvvəllər isə ingilislərin Benqal əyaləti olmuşdur.
Banqladeş istiqlal müharibəsi
Banqladeş istiqlal müharibəsi (benq. মুক্তিযুদ্ধ — Muktijuddho) — hərbi münqişə Qərbi Pakistan ilə Şərqi Pakistan (Pakistan və Banqladeş vaxtı ilə bir dövlətin ərazisinə daxil olmuşdur) və Hindistan arasında baş vermişdir. Nəticədə Banqladeş müstəqil dövlətə çevrilir. == Müharibəndən öncəki vəziyyət == Şərqi və Qərbi Pakistan bir-birindən mədəni xüsusiyyətlərinə xərqlənirdi. Ölkənin paytaxtı Kəraçi Qərbi Pakistanda yerləşirdi. Bu səbəbdən siyasi elitanın böyük hissəsi burada cəmləşmişdi. Qərbi Pakistan hər zaman şərq üzərundə istər siyasi istərsə iqtisadi baxınından dominantlıq edirdi. Halbuki, əhalinin böyük hissəsi şərqdə yerləşirdi. 1972-ci ildə şərqin əhalisi 64,9 milyon nəfər, 1974 ildə 71,3 milyon nəfər təşkil etmişdir. Şərqin inkişafına az vəsait sərf edilirdi.
Banqladeş şəhərlərinin siyahısı
== Banqladeş şəhərlərinin siyahısı == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Banqladeş şəhərləri ilə əlaqəli mediafayllar var.
Banqladeş–Nepal münasibətləri
Banqladeş–Nepal münasibətləri — Banqladeş və Nepal arasındakı ikitərəfli münasibətlər. Ölkələr Siliquri dəhlizi ilə bir-birindən ayrılır. Bu dəhliz Nepalın cənubu, Banqladeşin isə şimalı ilə sərhəddir. Dəhliz Hindistanın Qərbi Banqladeş ştatı ərazisinə daxildir. Hər iki ölkə Cənubi Asiya regional əməkdaşlıq Assosasiyasının və çoxtərəfli texniki və iqtisadi əməkdaşlıq üçün Bengal Körfəzinin təşəbbüsləri təşkilatının üzvüdürlər. == Tarixi == 1971-ci ildə Üçüncü Hindistan-Pakistan müharibəsi zamanı Nepal neytarallıq göstərir. Ancaq 16 yanvar 1972-ci ildə Banqladeşi tanıyan ilk ölkələrdən olmur. Bundan sonra Pakistan Nepalla diplomatik əlaqələri kəsmişdir. Ancaq Banqladeşın müstəqillik əldə etməsi ilə nepal asanlıqla Benqal körfəzinə çıxış əldə edə bilmişdir. Ancaq Banqladeçin Pakistan ərazisi olması zamanı bu ıəlaqələr olduqca zəif olmuşdur.
Banqladeş–Pakistan münasibətləri
Pakistan–Banqladeş münasibətləri — Pakistan və Banqladeş arasında iki tərəfki diplomatik əlaqələr. Banqladeş 1947-ci ildən 1971-ci ilə qədər Pakistanın bir parçası olmuşdur. Banqladeş istiqlal müharibəsi sonrasında müstəqillik əldə etmişdir. Hindistan Şimla müqaviləsi cərçivəsində Pakitanın Banqladeşi tanımasına çalışır. Pakistan Çinlə olan isti münasibətlərindən istifadə edərək Banqladeşin BMT-də tanınmasının qarşısını almağa cəhd göstərirdi. Hindistan isə onun beynəlxalq arenada tanınmasına çalışırdı. Artıq 1973-cü ilin sonlarına Banqladeşı 98 ölkə tanışışdı. 1974-cü ildə isə Pakistan islam ölkələrinin, xüsusi ilə ərəb ölkələrinin təziqi ilə Banqladeşin müstəqilliyini tanımalı olmuşdur. Mucibur Rəhman Lahorda keçirilən İslam Əməkdaşlıq Təşkilatının konfransında ancaq Pakistanın Banqladeşi müstəqil dövlət kimi tanıyacağı təqdirdə iştirak edəcəyini bildirmişdir. Pakistan bu dövlətlə hər tərəfli diplomatik əlaqələri 18 yanvar 1976-cı ildə qurmuşdur.
Banqladeş–Qazaxıstan münasibətləri
Qazaxıstan–Banqladeş münasibətləri — Banqladeş və Qazaxıstan arasında ikitərəfli əlaqələrdir. Banqladeş Prezidenti Yacuddin Əhməd, iki ölkənin yaxın diplomatik əlaqələr saxladıqlarını və əlaqələri daha da gücləndirmək üçün çalışdıqlarını söylədi. Hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Ölkələrin heç birinin daimi səfiri yoxdur. 2009-cu ildə Qazaxıstan Dakkada konsulluq açmaq niyyətində olduğunu bildirdi. == Səfərlər == Banqladeşin keçmiş xarici işlər naziri Dipu Moni 2012-ci ildə Nur-Sultana səfər etdi . Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, həmsöhbətlər bu məsələlərdə iki ölkənin oxşar mövqelərinə malik olduqlarını və ikitərəfli əsasda və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanı gücləndirə biləcəklərini qeyd etdilər. Qazaxıstan və Banqladeş vətəndaşları arasında geniş ünsiyyət üçün imkanlar yaratmaq məqsədi ilə humanitar əməkdaşlıq sahəsi nəzərdən keçirildi. İki ölkə arasındakı münasibətlərin ən dinamik şəkildə inkişaf edəcəyinə əminliyini ifadə edən Z. Rəhman, ən xoş arzularını Prezident Nursultan Nazarbayevə çatdıraraq, dövlət başçısını Banqladeşə səfərə dəvət etdi. Elə həmin gün Qazaxıstan səfiri B. Şabarbayev Banqladeşin xarici işlər naziri xanım Deepu Moni ilə görüş keçirdi, görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi apardı, bir sıra praktiki məsələləri nəzərdən keçirdi və onlara toxundu.
Banqladeş–Qırğızıstan münasibətləri
Qırğızıstan–Banqladeş münasibətləri — Banqladeş və Özbəkistan arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasındakı münasibətlər güclü olaraq xarakterizə edilmişdir. Heç bir ölkənin digərinin ərazisində daimi səfirliyi yoxdur. Ölkələr Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya poçt ittifaqı, BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu, Qaçqınlar üzrə Ali Komissarlıq və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Hər iki ölkə beynəlxalq təşkilatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir. == Təhsil == Təhsil sektoru Banqladeş və Qırğızıstan arasında ikitərəfli əməkdaşlığın inkişafı üçün potensial bir sahə kimi tanınmışdır. Qırğızıstan, Qırğızıstanda ali təhsil almaq istəyən banqladeşli tələbələrə təqaüd verməyə maraq göstərir. == Mədəniyyət == Banqladeş və Qırğızıstan mədəni əməkdaşlığı ikitərəfli əlaqələrin genişləndirilməsinin vacib bir yolu kimi müəyyənləşdirilmişdir. 2014-cü ildə iki ölkə arasında Banqladeşdə Qırğızıstan Mədəniyyət günlərinin, 2015-ci ildə isə Qırğızıstanda Banqladeş Mədəniyyət günlərinin təşkili barədə müqavilə imzalanmışdır. == İqtisadiyyat == Banqladeş və Qırğızıstan ikitərəfli iqtisadi fəaliyyətin genişləndirilməsinə böyük maraq göstərir.
Banqladeş–Türkiyə münasibətləri
Banqladeş–Türkiyə münasibətləri — Banqladeş və Türkiyə arasında ikitərəfli diplomatik əlaqələr. Hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Türkiyənin Dəkkə, Banqladeşin Ankarada və İstanbulda konsulluğu yerləşir. == Tarixi == Türklər Banqladeşdə təsəvvüfə uzun müddət təsiri ilə tanınırlar. Məhəmməd bin Bəxtiyar Xilcini Benqaliyanı fəth edərkən türklər orada daimi məskunlaşdı. Xilci sülaləsinin hakimiyyəti dövründə bir çox türk yüksək rütbələrə layiq görüldü və güclü müsəlman cəmiyyətinin qurulması təşviq edildi. Türklər bir çox məscid, mədrəsə və xanəkə qurdular. Şəmsəddin İlyas Şah, qalalar, yollar və bir donanma qurdu, strateji olaraq daşqınlara qarşı mübarizə üsulları da inkişaf etdirmişdir. Şəmsəddin İlyas Şah, 1352-ci ildə bütün Benqalın bir sultanlığa birləşməsi ilə məşhurdur. Türk hakimiyyəti 1487-ci ildə İlyas Şahi sülaləsinin son sultanı Cəlaləddin Fateh Şahın ölümündən sonra sona çatdı.
Banqladeş–Yəmən münasibətləri
Yəmən—Banqladeş münasibətləri — Yəmən və Banqladeş arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatı Parlamentləri Birliyi, İslam Əməkdaşlıq Təşkilatının, UNESCO-nun üzvüdürlər. 2014-cü ildə Məhəmməd Əshab Uddin Banqladeşin Yəməndəki səfiri təyin edilib. == Tarix == 15 iyun 1971-ci ildə Yəmən Xalq Demokratik Respublikası (Cənubi Yəmən) Banqladeşin müstəqilliyini tanıyır. Yəmən Xalq Demokratik Respublikası Banqladeşi tanıyan ilk ərəb dövləti olur (digər ərəb dövlətləri 1971-ci il müharibəsində Pakistanı dəstəkləyir). Çin Xalq Respublikası Cənubi Yəmən tərəfindən Banqladeşin müstəqilliyinin tanınmasına mənfi reaksiya verir və bu da bu ölkələr arasında münasibətlərin ciddi şəkildə soyumasına səbəb olur. Cənubi Yəmən də Banqladeşin Ümumdünya Səhiyyə Təşkilatına üzv olmaq üçün müraciətini dəstəkləyir. 1973-cü ildə Yəmən Ərəb Respublikası (Şimali Yəmən) Banqladeşlə diplomatik əlaqələr qurur. 1973-cü ildə Banqladeş Prezidenti Mucibur Rəhman Ərəb dövlətlərinin İsrail ilə müharibələrində onlara dəstək verir. Bu da Şimali Yəmənlə diplomatik əlaqələr qurmağın əsas səbəbi olur.
Banqladeş–Çin münasibətləri
Çin-Banqladeş münasibətləri — Çin Xalq Respublikası və Banqladeş arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında ilk diplomatik əlaqələr 1976-cı ildə qurulmuşdur. == Tariuxi == 1971-ci ildə Çin Banqladeş istiqlal müharibəsi zamanı Pakistanı dəstəkləmişdir. Üstəlik Mukti-bahini partizanlarına qarşı hərbi yardımlarda etmişdir. Benqal separatçılarının əməlləri onun əsas trateji ortağı olan Pakistanın əlehinə idi. Pakistan da Çin-amerikan münasibətlərinin yaxınlaşmasında Çinə dəstək verirdi. Müstəqilliyin ilk illərində Banqladeş Hindistan və SSRİ ilə sıx dostluq münasibərtləri qurmuşdu. Bu baxımdan Çin onun rəqibləri sayılan SSRİ və Hindistanın dostu olacaq ölkəni dəstəkləmirdi. 1972-ci ildə Çin Birləşmiş Millətlər Təşkilatında "veto" hüququndan istifadə edərək Banqladeşin bu təşkilata üzvlüyünü əngəlləmişdir. Bununla belə artıq 1974-cü ildən Çin və Banqladeş iki tərəfli münasibnətlərin qurulması üzərində çalışmağa başlamışlar.
Banqladeş–İsrail münasibətləri
İsrail–Banqladeş münasibətləri — İsrail və Banqladeş arasında hazırda birbaşa diplomatik münasibətlər yoxdur. Lakin dolayı olanlar ABŞ və AB-nin vasitəçiliyi ilə mövcuddur. Banqladeş mallarını İsrailə ixrac etməklə bir az qazanc əldə edir. Banqladeş rəhbərliyi müstəqil Fələstin dövləti yaranana qədər İsraili tanımayacağını bildirir. Bununla belə son vaxtlar hər iki ölkənin rəsmiləri arasında əlaqələr qurmaq üçün danışıqlar daha tez-tez baş verir. == Diplomatiya == Banqladeş İsraili tanımayan BMT-yə üzv 29 ölkədən biridir. Vətəndaşlarının İsrailə gəlməsini rəsmi şəkildə qadağan edən və İsrail pasportlarını qəbul etməyən ölkələrdəndir. 2003-cü ilin noyabrında banqladeşli jurnalist Salah Çudxuri Təl-Əvivə uçmağa cəhd göstərdiyinə görə həbs olundu. O, üsyan, xəyanət və küfrdə günahlandırıldı və 7 il həbs cəzasına məhkum edildi. Banqladeş müstəqil Fələstin dövlətinin yaradılması ideyasını dəstəkləyir və İsrailin "Fələstinin qanunsuz işğalına" son qoymasının tərəfdarıdır.
Banqladeş
Banqladeş (benq. বাংলাদেশ ) və ya rəsmi adı ilə Banqladeş Xalq Respublikası (benq. গণপ্রজাতন্ত্রী বাংলাদেশ) — Cənubi Asiyada dövlət. Banqladeş keçmiş Şərqi Pakistanın ərazisində yaradılmışdır. 26 mart 1971-ci ildən müstəqil dövlətdir və rəsmi olaraq 16 dekabr 1971-ci ildən dövlət kimi təşkil olunmuşdur. Şimal, qərb və şərqdə Hindistan, cənub-şərqdə Myanma ilə həmsərhəddir və cənubda isə Benqal körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Dəkkə şəhəri, ümumi sahəsi 147,570 kvadrat kilometrdir. == Adın etimologiyası == Benqalların dillərində — "Benqaliya ölkəsi" deməkdir. == Tarixi == Banqladeş 1971-ci ilə kimi Pakistanın "Şərqi Pakistan" adlı əyaləti idi. Daha əvvəllər isə ingilislərin Benqal əyaləti olmuşdur.
Banqladeş Televiziyası
Banqladeş Televiziyası (benq. বাংলাদেশ টেলিভিশন) və ya qısaca BTV (benq. বিটিভি) — Banqladeş hökumətinin tabeliyində yaradılan, Banqladeşin milli televiziya kanalı. 1964-cü ilin dekabr ayının 25-də yaradılan televiziya kanalının verilişləri Banqladeşin müstəqilliyindən əvvəl Pakistan Televiziyası (PTV) adı altında aparılırdı. Banqladeş istiqlal müharibəsindən sonra kanalın adı Banqladeş Televiziyası olaraq dəyişdirildi. BTV-in Dəkkədə yerləşən ölkə miqyaslı bir televiziya stansiyası mövcuddur. Çittaqonqda regional bir stansiya da mövcuddur. 1990-cı illərin ortalarında, milli televiziya kanalı BBC və CNN xəbər proqramlarının yayımlarına başlamışdır. 2004-cü ildə BTV, peyk əsaslı filialı olan BTV Dünya vasitəsilə dünya səviyyəsində verilişlər aparmaq imkanı olmuşdur. == Tarixi == === Başlanğıc === BTV 1964-cü ilin dekabr ayının 25-də Pakistanın özəl televiziya kanalı olan Pakistan Televiziyası adı altında yaradılmışdır.
Banqladeş takası
Bangladeş takası (Benqalca: বাংলাদেশী টাকা; ISO 4217: BDT) - Banqladeşdə istifadə edilən rəsmi pul vahididir. 1 Banqladeş takası təqribən 100 poişaya bərabərdir. Banqladeş takası Banqladeş Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. 4 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Banqladeş takası = 0.0128081 ABŞ dolları.
Banqladeş tarixi
== Banqladeş qədim və orta əsrlər dövründə == Banqladeş ərazisində e.ə. VII-VI əsrlərdə yaranmış ilk dövlət Vanqa (indiki Banqladeş adı da buradandır: "Banqla" — benqallara məxsus, "deş" — ölkə deməkdir. E.ə. IV əsrdə - eramızın V əsrində Banqladeş ərazisi müxtəlif qədim Hindistan imperiyalarının tərkibinə daxil idi.. VIII əsrdən bu dövlətlərin ərazisi qərbdəki torpaqlarla birlikdə vahid Benqaliya dövlətində birləşdirildi. 750-1174-cü illərdə bu dövləti Budda dininin himayədarı hesab olunan Pala sülaləsinin nümayəndələri idarə etmişlər. XIII əsrdə Benqaliyanı Dehli sultanlığı ələ keçirdi. Həmin dövrdə burada islam dini geniş yayılmağa başladı.. XIV əsrin ortalarında Benqaliyanın Dehli çanişinləri müstəqil hakimlərə çevrildilər. Onların bir neçə sülaləsi 1576-cı ilədək burada hakimiyyətdə olmuşdur.
Banqladeş soyqırımı (1971)
Banqladeş soyqırımı — Banqladeş istiqlal müharibəsi dövründə Pakistan Silahlı Qüvvələrinin 1971-ci ildə Şərqi Pakistan (indiki Banqladeş) ərazisində təşkil etdiyi və həyata keçirdiyi soyqırım. Hərbi əməliyyatlatlar deportasiya, etnik təmizləmə, kütləvi qətllər və kütləvi zorlamalar yolu ilə benqalların bütün müqavimətini qırmağa yönəlmişdi. == Xarakteristika == 26 mart 1971-ci il tarixdə Banqladeşin müstəqilliyi uğrunda müharibənin başlamasından sonra Pakistan tərəfinin həyata keçirdiyi «Projektor» əməliyyatı ilə soyqırıma start verilmişdir. Banqladeşin müstəqilliyi uğrunda Pakistan hərbiçiləri və milisləri ilə doqquz aylıq müharibə dövründə müxtəlif hesablamalara görə 30 mindən 3 milyona qədər adam öldürülmüş, 200 mindən 400 minə qədər qadın sistemli kütləvi zorlamalar kompaniyası nəticəsində zorlanmışdır. 30 milyon nəfərə yaxın mülki sakin isə ölkənin içərilərinə köçürülmüşdür. Həmçinin müharibə dövrü benqallar ilə biharilər (biharicə danışanlar) arasında etnik zəmində zorlama yeri idi. Konflikt dövründə 8-10 milyon nəfərə yaxın sakin – əsasən hindlilər, qonşu Hindistana qaçmışdır. Müharibənin ilk günlərindən etibarən ziyalılar repressiya və edamlara məruz qalmışdırlar. == Reaksiya == Bu hadisələr Banqladeşin hər bir nüfuzlu nəşrində və qəzetində təsvir edilərkən soyqırım terminindən mütləq istifadə edilir və ölkənin milli, irqi, dini və etnik qruplarının sistemli və məqsədli şəkildə məhv edilməsi kimi qiymətləndirilir. Lakin soyqırım faktı Banqladeşin müstəqilliyi uğrunda müharibənin gedişatına təsadüf etdiyi üçün BMT nəzdindəki beynəlxalq tribunalın predmenti olmamışdır.
Banqladeş universitetlərinin siyahısı
Banqladeş universitetləri üç tipə bölünürlər: dövlət (ictimai) universitetlər (dövlət tərəfindən maliyyələşirlər), özəl universitetər və beynəlxalq universitetlər (beynəlxalq təşkilatlar tərəfindən maliyyələşirlər. Məsələn, İslam Əməkdaşlıq Təşkilatı). 1921-ci ildə yaradılmış Dəkkə Universiteti ölkənin ən birinci universitetidir. O Banqladeş prezidenti tərəfindən 1973-cü ildə yaradılmış Banqladeş universitet qrantları komissiyası ilə sıx bağlıdır. Universitetlərin əksəriyyəti çox profillidir. Onların fəaliyyətinə tədris, biznes-tədqiqatlar, mühəndis və texnologiya tədqiqatları daxildir. Bunula yanaşı yeddi universitet islam, iki universitet aqrar sahəni tədris edir. Həmçinin tibb və veterinar istiqamətli universitetlər də vardır. == Dövlət universitetləri == Banqladeşdə 30 dövlət universiteti vardır. Onlar dövlət tərəfindən maliyyələşir və özünü idarəeədən dövlət müəssisəsi statusuna malikdirlər.
Banqladeş üçün konsert
Banqladeş üçün konsert (ing. The Concert For Bangladesh) — Corc Harrison və Ravi Şankar tərəfindən 1 avqust 1971-ci ildə Nyu-Yorkun Medison-skver-qarden idman kompleksində təşkil edilən iki xeyriyyə konsertinin adı. Dağıdıcı Bhola siklonundan və Banqladeş istiqlal müharibəsində Pakistan ordusunun hərəkətlərindən zərər çəkən Şərqi Pakistandan (indi Banqladeş) olan qaçqınlara yardım etmək üçün vəsait toplamaq məqsədilə təşkil edilən konsertlərə təxminən 40 min adam qatıldı. "Banqladeş üçün konsert" tarixdə ilk böyük xeyriyyə konserti sayılır. Konsertdə bir çox tanınmış ifaçı çıxış etdi: Bob Dilan, Erik Klepton, Corc Harrison, Billi Preston, Leon Rassell, Rinqo Star və britaniyalı Badfinger qrupu. 1971-ci ilin ekabrında The Concert for Bangladesh musiqi albomu, 1972-ci ildə isə konsert filmi çıxdı. 2005-ci ildə yeni çəkilmiş sənədli filmin də daxil edildiyi DVD buraxıldı. Konsertdən 243 418 ABŞ dolları vəsait toplandı və BMT Uşaq Fonduna verildi. Albom və DVD-nin satışlarından daxilolmalar BMT Uşaq Fondu nəzdindəki Corc Harrison fonduna daxil olmaqda davam edir.
Barisal (vilayət, Banqladeş)
Barisal (Benqal dilində: বরিশাল বিভাগ) — Banqladeşin cənubunda əyalət. 1797-ci ildə təşkil olunmuşdur. Əvvəlki adı Bakercanci, ölkənin inzibati ərazisinə daxil olan 8 əyalətdən biridir. İnzibati mərkəzi — ölkənin şimalındakı Dəkkə şəhəri ilə cənub-şərqində yerləşən Çittaqonq şəhərini əlaqələndirən avtomobil yolunun üzərində yerləşən Barisal şəhəridir. Son onilliklərdə yeni körpülərin tikilməsi hesabına yol kommunikasiyası xeyli yaxşılaşmışdır. == Səciyyəvi cəhətləri == Əyalətin sahəsi — 13 225,2 km²-dir. 2001-ci il siyahıya alınmasına görə əyalətin əhalisinin sayı 8 325 666 nəfərdir. Yaşlı əhalinin savadlılıq səviyyəsi 35,25 faizdir, bu isə Banqladeş üzrə orta səviyyədən (43,1%) aşağıdır. Ölkə əhalisinin 50,67 faizini kişilər, 49,33 faizini qadınlar təşkil edirlər. Əhalinin dini tərkibi: müsəlmanlar — 88,06 %, induizm dininə və digər dinlərə sitayiş edənlər — 11,94 %, == İnzibati ərazi bölgüsü == Barisal əyaləti 6 dairədən ibarətdir.
Banqladeş hava yolları reys 211
ABŞ-Banqla Hava Yollarının 211 saylı reysi Banqladeşin Dəkkəsindən Nepalın Katmandu şəhərinə planlaşdırılmış beynəlxalq sərnişin reysi idi. 12 mart 2018-ci ildə eniş zamanı qəzaya uğrayan təyyarənin göyərtəsində olan 71 nəfərdən 51-i həyatını itirib. ABŞ-Banqla Hava Yolları tərəfindən idarə olunan 76 yerlik Bombardier Q400 qəzadan sonra alovlandı, qəza və yanğın nəticəsində sağ qalan 20 nəfər isə ağır yaralandı.
Banqladeş milli basketbol komandası
Banqladeşin kişilərdən ibarət milli basketbol komandası — Banqladeşi beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Banqladeş Basketbol Federasiyası 1978-ci ildən FİBA-nın üzvüdür.. == Tarixi == 1971-ci ilədək Banqladeş Pakistanın Şərqi Pakistan adlanan vilayətini təşkil etdiyindən Banqladeş basketbolçuları kişilərdən ibarət Pakistan basketbol komandasının tərkibində çıxış etmişlər. Banqladeş yığması Asiyanın ən zəif komandalarından biridir. Komanda basketbol üzrə Asiya çempionatında ilk dəfə 1979-cu ildə debut etmiş,, Banqladeş yığması sonuncu — 13-cü yeri tutmuşdur.. Sonralar komanda daha üç dəfə Asiya birinciliyində iştirak etmiş, lakin heç bir qələbə qazanmayaraq hər dəfə turniri sonuncu yerdə başa vurmuşdur.. 2010-cu ildə Cənubi Asiya oyunlarının basketbol turnirində basketbol komandası 3-cü yeri tutmuşdur.. Basketbol üzrə Banqladeşin kişilərdən ibarət basketbol komandası basketbol üzrə dünya çempionatında və olimpiya oyunlarında iştirak etməmişdir.
Banqladeş qonaqları (film, 1992)
Banqladeş qonaqları qısametrajlı sənədli filmi rejissor Cəmil Quliyev tərəfindən 1992-ci ildə çəkilmişdir. "Ziya" Video Mərkəzində istehsal edilmişdir. == Məzmun == Kinolent Banqladeş ustalarının dəri məmulatlarının emalı texnologiyasını azərbaycanlı həmkarlarına öyrətmələrindən danışır.
Banqladeşdə genosid (1971)
Banqladeş soyqırımı — Banqladeş istiqlal müharibəsi dövründə Pakistan Silahlı Qüvvələrinin 1971-ci ildə Şərqi Pakistan (indiki Banqladeş) ərazisində təşkil etdiyi və həyata keçirdiyi soyqırım. Hərbi əməliyyatlatlar deportasiya, etnik təmizləmə, kütləvi qətllər və kütləvi zorlamalar yolu ilə benqalların bütün müqavimətini qırmağa yönəlmişdi. == Xarakteristika == 26 mart 1971-ci il tarixdə Banqladeşin müstəqilliyi uğrunda müharibənin başlamasından sonra Pakistan tərəfinin həyata keçirdiyi «Projektor» əməliyyatı ilə soyqırıma start verilmişdir. Banqladeşin müstəqilliyi uğrunda Pakistan hərbiçiləri və milisləri ilə doqquz aylıq müharibə dövründə müxtəlif hesablamalara görə 30 mindən 3 milyona qədər adam öldürülmüş, 200 mindən 400 minə qədər qadın sistemli kütləvi zorlamalar kompaniyası nəticəsində zorlanmışdır. 30 milyon nəfərə yaxın mülki sakin isə ölkənin içərilərinə köçürülmüşdür. Həmçinin müharibə dövrü benqallar ilə biharilər (biharicə danışanlar) arasında etnik zəmində zorlama yeri idi. Konflikt dövründə 8-10 milyon nəfərə yaxın sakin – əsasən hindlilər, qonşu Hindistana qaçmışdır. Müharibənin ilk günlərindən etibarən ziyalılar repressiya və edamlara məruz qalmışdırlar. == Reaksiya == Bu hadisələr Banqladeşin hər bir nüfuzlu nəşrində və qəzetində təsvir edilərkən soyqırım terminindən mütləq istifadə edilir və ölkənin milli, irqi, dini və etnik qruplarının sistemli və məqsədli şəkildə məhv edilməsi kimi qiymətləndirilir. Lakin soyqırım faktı Banqladeşin müstəqilliyi uğrunda müharibənin gedişatına təsadüf etdiyi üçün BMT nəzdindəki beynəlxalq tribunalın predmenti olmamışdır.
Banqladeşdə soyqırım (1971)

Banqladeşdə turizm
Banqladeşin turizm potensialında cəlbedici faktorlara tarixi abidələr, kurortlar, çimərliklər, piknik yerləri, meşələr, müxtəlif qəbilələr və vəhşi təbiət daxildir. Banqladeş toxnulmamış təbiət turistlərlə sıx əlaqədə olub onlara, balıqçılıq, su xizəyi, çay kruizləri, kaneo yarışları, avarçəkmə, rahat dəniz çimərliyi kimi müxtəlif xidmətlər təklif edir. == İqtisadi vəziyyət == Ümumdünya Turizm Təşkilatının 2013-cü ildə açıqlamalarına görə Banqladeşin turizm sənayesi 2012-ci ildə 1.8 faiz yüksələrək 178 ölkədən 157-ci yerə çıxmışdır.Ölkədə 1 281 500 yeni iş yeri açılmışdır. Sənayedə birbaşa və dolayı məşğulluq 2 714 500 işçiyə çatmış və ölkənin ümumi məşğulluğu 3.7%-ə çatmışdır. ÜTT-nin 2023-cü il proqnozlarına görə ölkədə iş yerlərinin sayı artaraq 3 891 000 nəfərə çatacaq və ölkənin ümumi məşğulluq dərəcəsi 4.2%-ə çatacaqdır. == Regionları == === Çitaqonq regionu === Koksun bazarı (benq. কক্সবাজার ) dənizkənarı mədəniyyət mərkəzi olub, Banqladeşin balıqçılıq limanı və rayon qərargahıdır. Bura dünyanın ən uzun təbii qumlu dəniz çimərliyi kimi məşhurdur.Koksun bazarı çimərliyi 125 km uzunluğunda qumlu dəniz çimərliyidir. Koksun bazarı çimərliyi Çittaqonq dəniz limanından 152 km cənubda yerləşir. Müqəddəs Martin adası (benq.
Banqladeşin dövlət quruluşu
Banqladeşin dövlət quruluşu - 1972-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemidir. == Dövlət quruluşu == Banqladeş parlament formasında idarəetmə üsuluna malik respublikadır . Milli bayram günü olan müstəqillik günü (1971) 26 mart tarixində qeyd olunur. Ölkə Konstitusiyası 4 noyabr 1972-ci ildən qüvvədədir. == Dövlət başçısı == Əsasən mərasim funksiyalarını yerinə yetirən Prezident Parlament tərəfindən 5 il müddətinə seçilir. Konstitusiyaya görə, eyni zamanda silahlı qüvvələrin ali baş komandanı sayılan dövlət başçısı, Banqladeş Respublikasının xarici siyasətinin məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilməsinə nəzarət etmək, zəruri hallarda Milli Assambleyanı çağırmaq və buraxmaq, fövqəladə vəziyyət elan etmək, Parlamentlə razılaşdırmadan Ali Məhkəmənin üzvlərini və aşağı instansiya məhkəmələrinin hakimlərini təyin etmək səlahiyyətlərinə malikdir. Banqladeşdə unikal sistem kimi tətbiq olunan “Müvəqqəti hökumətin” (seçkilərin keçirilməsinə və hakimiyyətin ötürülməsinə məsuliyyət daşıyır) keçid hakimiyyəti dövründə dövlət başçısının səlahiyyətləri genişlənir, digər hallarda isə real hakimiyyət Prezidentin təyin etdiyi Baş nazirin əlində cəmlənir. Bu zaman, dövlət başçısı səlahiyyətlərinin böyük bir qisminin icrasını Baş nazirin məsləhətinə uyğun olaraq həyata keçirir. == Qanunverici hakimiyyət == Banqladeşin ali qanunverici orqanı bir palatadan – ümumi və bərabər seçki əsasında gizli səsvermə yolu ilə 5 il müddətinə seçilən 345 üzvü olan Milli Assambleyadan (Jatio Sanqşad) ibarətdir. Parlamentdə 45 deputat yeri birmandatlı dairələrdən seçilən qadın deputatlar üçün nəzərdə tutulmuşdur.
Banqladeşin kişilərdən ibarət milli basketbol komandası