Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Madonna (serviz)
Madonna — 1960-1970-ci illərdə Almaniya Demokratik Respublikasında kütləvi şəkildə istehsal edilmiş çini servizlərə verilən qeyri-rəsmi ad. Əsasən SSRİ-yə ixrac edilən bu məhsul, sovet respublikalarında dəbli lüks əşya hesab edilir, maddi rifah, status və uğurlu insan göstərcəsi kimi qəbul olunurdu. Sonrakı dövrlərdə "Madonna" serviz SSRİ dövrünün (xüsusilə Brejnev dövrünü) simvollarından biri kimi qəbul edilmişdir. "Madonna" serviz həmin dövrə aid müxtəlif memuarlarda - məsələn, Müslüm Maqomayev və İqor Vernikin memuarlarında xatırlanır. "Madonna" servizləri istifadə məqsədlərinə (yemək dəsti, çay və ya qəhvə dəsti), istehsalçı manufakturalarına (Oscar Schlegelmilch, Kahla, Colditz, Stadtilmer), forma və dizaynlarına görə fərqlənirdi. == Dizayn xüsusiyyətləri == "Madonna" servizlərinin əsas bədii xüsusiyyəti neoklassist İsveçrə rəssamı Anqelika Kaufmanın "Yupiter və Kallisto" və "Kupidonun cəzalandırılması" adlı iki əsərinin dekolu idi. "Madonna" servizlər əksər hallarda həm də sədəfi örtük və qızılı naxışlarla bəzədilirdi. "Madonna" adının servizlərin üzərində əks olunmuş klassik mifologiya təsvirləri ilə heç bir əlaqəsi olmayıb, SSRİ vətəndaşlarının Avropa incəsənəti haqqında ümumi təsəvürlərini əks etdirir. Rəssam Anqelika Kaufman XVIII əsrdə olduqca məşhur olsa da, öz əsərlərinin qravür-kopyalarını hazırlayıb yayırdı. Buna görə də, XIX əsrdə Avropada əməlli-başlı "anqelikomaniya" baş almışdı; həmin dövrdə rəssamın əsərləri tətbiqi incəsətdə geniş istifadə olunur, xüsusilə çini qabların bəzədilməsi zamanı Anqelika Kaufmanın əsərlərinə müraciət edilirdi.
Telegram (servis)
Telegram — qlobal olaraq pulsuz, kross platformalı, bulud əsaslı ani mesajlaşma xidmətidir. Xidmət həmçinin ucdan-uca şifrələnmiş söhbətlər və video zənglər, VoIP, fayl paylaşımı və bir sıra digər funksiyalar təqdim edir. O, iOS üçün 14 avqust 2013-cü ildə, Android üçün 2013-cü ilin oktyabrında istifadəyə verilmişdir. Telegram serverləri məlumat yükünü azaltmaq üçün müxtəlif bölgələrdəki beş məlumat mərkəzi ilə bütün dünyaya yayılmışdır. Əməliyyat mərkəzi Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində yerləşir. == Tarixi == Layihə VKontakte-nin yaradıcısı Pavel Durov tərəfindən hazırlanmışdır. İdeya 2011-ci ildə yaranmışdır, Pavelə qardaşı Nikolay ilə elə bir əlaqə vasitəsi lazım idi ki, hökumət orqanları onların yazışmalarını oxuya bilməsin. Nikolay mesajların şifrələnməsi üçün MTPROTO sistemini hazırlamışdır, Pavel isə layihəni maliyyələşdirir və rəhbərlik edir. Şirkətin işçilərinin də əksəriyyəti VKontakte-nin keçmiş işçiləri olmuşdur. Şirkət hal-hazırda Dubayda yerləşir.
Servi Tulli
Servi Tulli (lat. Servius Tullius; e. ə. VI əsr, Roma – e.ə. 535 və ya e.ə. 534, Roma) — Qədim Romanın VI çarı. == Haqqında == Bir rəvayətə görə onun anası latın tayfaları ilə müharibədə əsir alınıb Tarkvini Priskin arvadına kənizliyə verilmişdi. Qul arvadın bir oğlu olmuş, uşağın adını Servi Tulli qoymuşdular, (latınca serva - "qul" deməkdir). Lusi Tarkvini uşağı oğulluğa götürüb böyütmüş, ölərkən özünə xələf təyin etmişdi. Romada ilk ictimai islahatın keçirilməsi onun adı ilə bağlıdır.
NTD Servis Devon
Bakı şəhərində olan Azərbaycan basketbol çempionluğunda rəqabət edən basketbol klubudur.
Kobra Pərviz
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Pərviz Abdullayev
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Pərviz Axundbəyli
Axundbəyli Pərviz Mirzə Xosrov oğlu (1938)-pedaqoq, iqtisad elmləri namizədi, dosent == Həyatı == Pərviz Mirzə Xosrov oğlu 1938-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1958-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstituna daxil olmuş və 1963-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Universitet təhsilini başa çatdırdıqdan sonra Bakı şəhəri Oktyabr rayonu Ərzaq Malları Ticarət Təşkilatında, 1 saylı Bakı Şərabçılıq zavodunda və Dövlət Şərabçılıq və Üzümçülük Komitəsində iqtisadçı vəzifəsində işləmişdir. 1966-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yenidən bərpa olunduqdan sonra instituta mütəxəssis kadrların cəlb olunmasına başlanmış və buna görə də 1967-ci ildən etibarən Pərviz Axundbəyli də "Ticarətin iqtisadiyyatı və təşkili" kafedrasına dəvət olunmuşdur. 1967-ci ildən indiyə kimi Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Bu illər ərzində o, baş laborant, assistent, müəllim, baş müəllim və dosent vəzifəsinə kimi yüksəlmişdir. İşlədiyi dövrdə P.Axundbəyli institutun ictimai və təşkilati işlərində də fəal iştirak etmişdir. Eyni zamanda Respublika "Bilik" Cəmiyyətinin xətti ilə 1972-1976-cı illərdə müxtəlif şəhər və rayonlarda keçirilən elmi-nəzəri konfranslarda iqtisadi mövzularda məruzələr etmişdir. P.Axundbəyli 1972-1976-cı illərdə qiyabi aspirantura təhsili almış, 1980-ci ildə Ukraynanın Kiyev şəhərində "Azərbaycanda kolxoz ticarəti və onun təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1992-ci ildən etibarən Universitetin "Ticarət" kafedrasının dosentidir.
Pərviz Axundov
Pərviz Balabəyov
Pərviz Bağırov
Pərviz Sadıq Saleh oğlu Bağırov (1950) — azərbaycanlı teatr sənətçisi. Pərviz Füzuli oğlu Bağırov (1994) — azərbaycanlı boksçu.
Pərviz Bülbülə
Pərviz Bülbülə (1 aprel 1985, Bülbülə) — Azərbaycan meyxanaçısı, müğənni. == Həyatı və fəaliyyəti == Pərviz Bülbülə 1 aprel 1985-ci ildə Bülbülə qəsəbəsində doğulub. Suraxanı rayonu 208 nömrəli məktəbdə təhsil alıb. Orta təhsillidir. 2001–2013-cü illərdə ANS telekanalında yayımlanan De, Gəlsin! yarışma verilişində iştirak etmişdir. Türkan Vəlizadə, Damla kimi qadın sənətçilərlə düetlər etmişdir. === Şəxsi həyatı === Ailəsinin 2-ci övladıdır, özündən böyük Taleh adında bir qardaşı var. Evlidir, bir qızı, bir oğlu var.
I Şərvin
Şərvin Bavəndi — Təbəristan şahı. == Hakimiyyəti == II Söhrabın 772-ci ildə ölümündən sonra yerinə oğlu Şərvin keçmişdi. Elə bu il, Şərvin Təbəristan valisi Xalid ibn Bərməkin getməsindən istifadə edən Vəndad Hörmüzdlə birlikdə Abbasilərə qarşı üsyana başladı. Onların orduları müsəlman şəhərlərini yandırır, əhalini sürgün edirdi. 10 il sonra artıq Təbəristanda heç müsəlman qalmamışdı. Şərvin bundan sonra Padəşvərgərşah (Dağların şahı) titulunu qəbul etmişdi. 785-ci ildə yenidən Abbasilərə tabe olmuşdu. 805-ci ildə Harun əl-Rəşidin Rey şəhərini ziyarətindən sonra Şərvinin nəvəsi I Şəhriyar Bağdada girov kimi getmişdi. Şərvin 817-ci ildə vəfat etdi. == Mənbə == Madelung, W. (1975).
Pərviz Cəbrayıl
Pərviz Şahbaz oğlu Cəbrayıl (18 yanvar 1971, Puşkin rayonu) — şair, yazıçı, publisist, "Azadlıq" qəzetinin redaktoru. == Həyatı == Pərviz Cəbrayıl 18 yanvar 1971-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində ziyalı ailəsində doğulub. 1988–1990-cı illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1992-ci ildən "Azadlıq" qəzetində çalışmağa başlayıb. 1994-cü ildə "Azad Söz" qəzetinin baş redaktoru olub. Daha sonralar Azərbaycanın "525-ci qəzet", "Carçı", "Avrasiya", "Ekspress" qəzetlərində çalışıb, Qafqazın ilk tele-jurnalı olan "Tv-tel" jurnalının redaktoru olub. 2000-ci ildə "Millətin səsi" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. 2001–2006-cı Rusiyanın Novosibirsk şəhərində çalışıb. 2007-ci ildə yenidən "Azadlıq" qəzetinə qayıdıb, baş redaktorun müavini kimi fəaliyyətə başlayb.
Pərviz Fərhadov
Pərviz Alastan oğlu Fərhadov (19 iyun 1989, Bala Bəhmənli, Füzuli rayonu) — Azərbaycanlı musiqiçi, kamança ifaçısı, Respublika və Beynəlxalq müsabiqələr qalibi, Azərbaycan Milli Konservatoriyasının müəllimi. == Həyatı == Fərhadov Pərviz Alastan oğlu 1989-cu il iyunun 19-da Füzuli rayonu Bala-Bəhmənli kəndində fəhlə ailəsində anadan olmuşdur. 1996-cı ildə N. Nərimanov rayonu 45 saylı orta məktəbin I sinfinə daxil olmuş və 2007-ci ildə həmin məktəbi bitirmişdir. 1998–2004-cü illərdə Bakı şəhəri N. Nərimanov rayonu Q. Qarayev adına 8 saylı uşaq musiqi məktəbini bitirmişdir. Qara Qarayev adına 8 saylı musiqi məktəbində oxuyarkən ilk müəlliməsi Muradova Şahnaz xanım olmuş və alətin ilk dəfə olaraq sirrlərini ondan öyrənmişdir. 2003-cü ildə Hacı Məmmədov adına VI Bakı uşaq musiqi müsabiqəsinin diplomantı olmuşdur. Sonralar musiqi təhsilini davam etdirmək üçün 2004–2007-ci ildə Bakı şəhər G. Şaroyev adına 35 saylı 11-illik musiqi məktəbini bitirmişdir. 2005-ci il 26-sı mayda N. Nərimanov rayonu Uşaq yaradıcılıq mərkəzi tərəfindən diplomla tətif olunmuşdur. 2007–2011-ci ildə Azərbaycan Respublikası xalq artisti, professor Siyavuş Kəriminin rəhbərlik etdiyi Milli Konservatoriyanı əla qiymətlərlə başa vurmuşdur. Azərbaycan Milli Konservatoriyasında Bakalavr təhsili alarkən İxtisas dərslərini Respublikanın Əməkdar müəllimi Afət Kazımovadan, Muğam dərslərini isə Respublikanın Əməkdar Artisti Elnur Əhmədovdan almışdır.
Pərviz Fərzəliyev
Pərviz Gülmalıyev
Pərviz Heydərov
Heydərov Pərviz Telman oğlu (d. 19 iyul 1972, Bakı) – azərbaycanlı iqtisadçı, jurnalist. == Həyatı == 1972-ci il iyul ayının 19-da Bakı şəhərində anadan olub. 1979-1989-cu illərdə Bakı şəhəri Səbail rayonundakı 219 nömrəli məktəbdə orta təhsil alıb. 1989-cu ildə N. A. Voznesenski adına Leninqrad (indiki Sankt-Peterburq) Maliyyə-İqtisad Universitetinin Bakı filialına daxil olub, 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 1995-ci ilin sentyabr ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində (indiki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu) aparıcı mütəxəssis vəzifəsinə işə götürülüb. Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun makroiqtisadi tədqiqatlar şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. 1996-cı ildən ölkə mətbuatında iqtisadi mövzuda məqalələrlə çıxış edir. 1000-dən çox analitik və bir neçə elmi məqalənin müəllifidir. İlk məqaləsi Kənd Təsərrüfatı Nazirliyinin keçmiş orqanı olan "Həyat" qəzetində çap edilib.
Pərviz Hüseynov
Pərviz Hüseynov — Azərbaycanın Əməkdar memarı; "Şərəf nişanı" ordeni kavaleri, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, SSRİ Nazirlər Sovetinin Dövlət mükafatı laureatı. == Həyatı == == Mükafatları == Azərbaycanın Əməkdar memarı; "Şərəf nişanı" ordeni, SSRİ Nazirlər Sovetinin Dövlət mükafatı == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Pərviz Hüseynova həsr edilmişdir.
Pərviz Həsənov
Pərviz Həsənov (idmançı) — Azərbaycan idmançısı; "Kür" Olimpiya Avarçəkmə Bazasının yaradıcısı; Azərbaycan Respublikasının akademik avarçəkmə üzrə əməkdar məşqçisi; əməkdar bədən tərbiyəsi və idman işçisi; ümumittifaq dərəcəli hakim; Həmkarlar İttifaqları bədən tərbiyəsi hərəkatının fəalı; SSRİ Həmkarlar İttifaqı idmanının fəxri veteranı; Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin Veteranlar Şurasının üzvü. Pərviz Həsənov (rejissor) — azərbaycanlı rejissor.
Pərviz Mahmud
Pərviz Mahmud (1910, Tehran – 1996) — Azərbaycan əsilli iranlı bəstəkar və dirijor. O, müasir Tehran Simfoniya Orkestrasının yaradıcısıdır. Atası Mahmud Mahmud məşhur yazıçı, araşdırmaçı və siyasətçi olmuşdur. == Həyatı == Pərviz Mahmud 1910-cu ildə azərbaycanlı Mahmud Mahmudun ailəsində Tehran şəhərində anadan olmuşdur. 1996-cı ildə vəfat etmişdir. === Təhsili === Pərviz Mahmud Brüssels Kraliyyət Konservatoriyasında təhsil almışdır. ABŞ-yə köçdükdən sonra isə İndiana Universitetində dokoarantura pilləsində təhsil almışdır. == ABŞ-yə miqrasiyası == 1959-cu ildə ABŞ-yə köçmüşdür. Bundan sonra musiqiçi fəaliyyəti ilə o qədərdə ciddi formada məşğul olmamışdır. ABŞ-yə köçdükdən bir neçə il sonra İndiana Universitetində doktarantura pilləsində təhsilini tamamlamışdır.
Pərviz Mahmudov
Pərviz Mahmudov (29 iyun 1983, Bakı, Azərbaycan SSR) — Azərbaycanlı bəstəkar. == Həyatı == 29 iyun 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1989–2000-ci illərdə Bakı şəhəri Nizami rayonu 109 saylı orta məktəbdə təhsil almışdır. 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili-teatr fakültəsinə daxil olmuş, 2004-cü ildə oranı bitirmişdir. === Şəxsi həyatı === 19 avqust 2014-cü ildə ailə qurmuşdur. İki övladı var. == Karyerası == Universiteti bitirdikdən sonra Azərbaycan teleməkanında ilk dəfə olaraq ATV telekanalında keçirilən "Yeni ulduz-1" mahnı müsabiqəsinə qatılmış və finalçı olmuşdur. 2006-cı ildən bəstəkar kimi fəaliyyətə başlamışdır. Bu günə qədər 100-dən çox əsərin müəllifidir. Bəstəkarı olduğu mahnılar ifa edildikdən sonra qısa müddət ərzində hitə çevrilir.
Pərviz Müşərrəf
Pərviz Müşərrəf (11 avqust 1943, Dehli, Britaniya Hindistanı, Britaniya imperiyası – 5 fevral 2023) — Pakistanın 10-cu prezidenti (20 iyun 2001 – 18 avqust 2008). O, həmçinin 1998-2001-ci illərdə Birləşmiş Qərargah Rəisləri Komitəsinin 10-cu sədri və 1998-2007-ci illərdə Ordunun 7-ci Qərargah rəisi vəzifələrində çalışıb. == Həyatı == Pərviz Müşərrəf 1943-cü il avqust ayının 11-də Britaniya Hindistanının Dehli şəhərində dünyaya gəlib. Müşərrəfin ailəsi Pakistanın yaradılmasından sonra Hindistanı tərk etmişdi. Ancaq uşaqlığının əhəmiyyətli bir hissəsi atasının dövlət qulluğu ilə əlaqədar Ankarada keçmişdir. 1961-ci ildə Pakistan Hərbi Akademiyasına daxil olub. Daha sonra təhsilini Pakistan Milli Müdafiə Kollecində davam etdirib. Bunun ardınca İngiltərə Kral Müdafiə Elmi Kollecini bitirib. Müşərrəfin hərbi karyerasının başlanğıcı 1964-cü ilə təsadüf edir. Bu müddət ərzində o, Böyük Britaniyada hərbi təhsilə yiyələndi.
Pərviz Məmmədli
Pərviz Məmmədov
Pərviz Ziya oğlu Məmmədov (12 yanvar 1937, Bakı) — geologiya-mineralogiya elmləri doktoru (1992), professor (1993), AMEA-nın həqiqi üzvü (2014). == Həyatı == Pərviz Məmmədov 12 yanvar 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1954-cü ildə orta məktəbi medalla bitirmişdir. Ali təhsilini 1954-1959-cu illərdə Azərbaycan Neft və Sənaye Universitetində almışdır. Universiteti Mühəndis-geofizik ixtisası üzrə fərqlənmə diplomu bitirmişdir. == Əmək fəaliyyəti == Pərviz Məmmədov əmək fəaliyyətinə 1959-cu ildə Azərbaycan Neftçıxarma üzrə Elmi Tədqiqat İnstitutunda texniki-operator kimi başlamışdır. Daha sonra böyük radiotexnik, mühəndis-geofizik, böyük mühəndis vəzifələrini icra etmişdir. 1958-1966-cı illərdə keçmiş ÜİET Geofizika İnstitutunun Azərbaycan filialında geofiziki partiyalarda və seysmik kəşfiyyat laboratoriyasında böyük mühəndis, elmi işçi vəzifələrində işləmişdir. Pərviz Məmmədov 1968-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geo­fi­ziki kəşfiyyat üsul­­ları kafedrasında assistent, dosent, professor, kafedra müdiri (1991-ci ildən), elmi işlər üzrə prorektor və rektor (1993-1997) vəzifələrində çalışmışdır. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Uni­ver­si­te­tinin Geofizika kafedrasının məsləhətçi professoru və AMEA-nın Geologiya və Geo­fi­zika İnstitutunun şöbə müdiri vəzifələrində işləyir.
Pərviz Məmmədrzayev
Pərviz Məmmədrzayev – Azərbaycan pantomim aktyoru. Azərbaycanın xalq artisti (2018). == Həyatı == Pərviz Məmmədrzayev 1994-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr-kollektivinin rejissoru fakültəsini bitirmişdir. 1994-cü ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışır. Teatr-studiya 2000-ci ildə Dövlət statusu almışdır. Fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik olan Pərviz Məmmədrzayev bu müddət ərzində S. Mrojekin "Karol xofu", Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?", B. Xanızadənin "Nağaraçılar", "Bayraqdarlar", "Şərqə səyahət", S. Musabəyovun "Şəngül, Şüngül, Məngül", Ş. Əttarın "Uçuş", Üzeyir Hacıbəyovun "Dulusçu", Uilyam Şekspirin "Eşq" tamaşalarında uğurla çıxış edərək özünü peşəkar aktyor kimi təsdiq etmişdir. Pərviz Məmmədrzayev 1998-ci ildə dünya şöhrətli gürcü rejissoru Robert Sturuanın ustad siniflərində dərs almışdır. Kollektivlə birgə dünyanın bir çox ölkələrində keçirilən müxtəlif festival və seminarlarda iştirak etmişdir. Gürcüstanda keçirilən "Teatr+Video" festivalı, Rusiyada Azərbaycan Mədəniyyəti Günləri, Fransada Dədə Qorqud dastanın 1300 illik yubiley şənlikləri, Türkiyədə IV Ankara Teatr Festivalı, Bolqarıstanda "İfaçılıq sənətləri üzrə yay akademiyası" seminarları, Gürcüstanda "Qızıl Maska" Beynəlxalq Teatr Festivalı, İranda I Beynəlxalq Pantomima Festivalı, Almaniyada "VIII – Unidram" Festivalı, Türkiyədə VI Ankara Teatr Festivalı, İranda "Dostluq" Teatr Festivalı, Misirdə Eksperimental Teatr Festivalı və bir sıra başqa beynəlxalq tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil etmiş, Pantomima Teatrını bu ölkələrdə tanıtmışdır. 2010-cu ilin mart ayından müstəqil fəaliyyətə başlamış, həmin ilin may ayında "Simsar" teatr-studiyasını yaratmışdır.
Pərviz Məmmədzadə
Pərviz Nağıyev
Pərviz Novruzlu
Lervik
Lervik (ing. Lerwick — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Serpez
Serpez (fr. Serpaize) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38484. Kommunanın 2012-ci il üçün əhalisi 1564 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 190 ilə 324 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 23 km cənubda, Qrenobldan 80 km şimal-qərbdə yerləşir.
Sertin
Sertin (fr. Certines) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01069. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 993 nəfər (15-64 yaş arasında) arasında 793 nəfər iqtisadi cəhətdən, 200 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.9%, 1999-cu ildə 76.3%). Fəaliyyət göstərən 793 sakindən 758 nəfər (404 kişi və 354 qadın), 35 nəfəri işsizdir (7 kişi və 28 qadın).
Serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. == Yayılması və yarımnövləri == Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Server
Server (en. server ~ ru. сервер ~ tr. sunucu) — kompüter şəbəkəsində öz disklərini, eləcə də periferiya qurğularını, məsələn, printerləri və modemləri birgə istifadəyə verən kompüter. Server şəbəkədə başlıca kompüterdir və şəbəkədəki bütün kompüterlər ona birləşir ki, onun sərt disklərinə və şəbəkə printerinə müraciət edə bilsin. Serverlər "servislər" adlanan müxtəlif funksiyaları, məsələn, çoxsaylı müştərilər arasında məlumat və ya resursların paylaşılmasını, yaxud hesablamaların aparılmasını həyata keçirir. Bir server birdən çox müştəriyə xidmət edə və ya bir müştəri birdən çox serverdən istifadə edə bilər. Müştəri prosesi eyni cihazda və ya şəbəkə üzərindən başqa bir cihazdakı serverə qoşularaq işləyə bilər. Tipik serverlərə verilənlər bazası serverləri, fayl serverləri, poçt serverləri, çap serverləri, veb serverləri, oyun serverləri və proqram serverləri aiddir. Müştəri-server sistemləri adətən sorğu-cavab modeli ilə həyata keçirilir (və tez-tez onunla eyniləşdirilir): müştəri serverə sorğu göndərir, bu sorğu hansısa prosesləri yerinə yetirir və adətən nəticə ilə birlikdə müştəriyə cavab göndərir.
Serviyi
Serviyi (fr. Servilly) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lapalis kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03272. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 265 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 157 nəfər (15-64 yaş arasında) 123 nəfər iqtisadi cəhətdən, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.3%, 1999-cu ildə 70.1%). Aktiv olan 123 nəfərdən 108 nəfəri (65 kişi və 43 qadın), 15 nəfəri işsizdir (7 kişi və 8 qadın). Aktiv olmayan 34 nəfər arasında şagird və ya tələbə, 8 nəfər təqaüdçü, 13 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Tsrviz
Tsrviz, Lusahovit - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd.
Heriz
Heris və ya Heriz — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Heris şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıyaalınması əsasında bu şəhər 9,513 nəfər və 2,359 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər həm bölgədə, həm də xaricdə öz gözəl Heris xalıları ilə tanınır. == Zəlzələlər == 2012-ci il tarixində baş verən zəlzələlər zamanı şəhərdə xeyli sayda insan həlak olmuşdur. == Heris xalçaları == Heriz Xalçaları dünya səviyyəli keyfiyyəti üçün tanınır və olduqca davamlı və dayanıqlıdır.
Serir
Serir və ya Sarir, yerli mənbələrdə Tavyak (qum. Тав Йак — dağ tərəfi) — VI-XII əsrlərdə dağlı Dağıstanda mövcud olmuş orta əsr dövləti. Buranın sakinləri avarlar, qumuqlar, andilər, didoylar, laklar və digər Dağıstan xalqlarının əcdadları idilər. == Adı == Dövlətin adı ərəblərin yerli hökmdarlara verdikləri titula köklənir: "sahib əs-serir" — "taxt sahibi". Professor A.R. Şixsaidovun fikrinə görə, "Serir" adı fars-ərəb coğrafi ənənəsi ilə əlaqəlidir. Ərəb müəllifləri dağlıq Dağıstan ərazisini "taxt sahibi" torpağı adlandırır, yəni "Sahib əs-serir", onlar bu adı Sasanilərin son nümayəndəsinin qızıl taxtı əfsanəsi ilə əlaqələndirirlər, hansı ki güya elə bəxtsiz hökmdar tərəfindən Dağıstana göndərilmişdir. Bu termin ərəb deyil fars mənşəlidir və daha çox ehtimal olunur ki, Serir gürcülərin "mtiuleti" sözü ilə eyni məna daşıyır, yəni "dağlar ölkəsi" və ya "dağlılar ölkəsi". Bu ad ərəbcə söz olan "serir"ə (taxt) yox, farscadakı "ser" (dağ) sözü ilə eyniköklüdür. "Serır" termininin etimologiyasına dair bu fikir, əslində 1930-cu illərin sonunda sovet və erməni tarixçi S.Yeremyanın irəli sürdüyü fərziyyəni təkrarlayır, hansı ki "Serir" sözünün farscadan "dağlar ölkəsi" və ya "dağ ölkəsi" mənasını daşıdığını hesab edirdi (eynilə "Dağ" və "stan" (ölkə) olduğu kimi). Avar etnoqrafiyası üzrə tanınmış tədqiqatçı A.İ.İslamməhəmmədov da oxşar fikrə sahibdir.
Herman Mervil
Herman Melville (ing. Herman Melville), 1 avqust 1819[…], Manhetten, Nyu-York ştatı[…] – 28 sentyabr 1891[…], Nyu-York, Nyu-York ştatı[…]) — ABŞ yazıçısı, şair. == Həyatı == Herman Melvill 1 Avqustda 1819-cu ildə Nyu-Yorkda anadan olmuşdur. Onun birinci iki kitabı çox diqqəti əldə etdi, baxmayaraq ki onlar bestsellerlər deyildilər və onun məşhurluğu yalnız bir neçə ildən sonra, əsasən də "Moby Dik" romanından sonra başladı. Ömrünün son illərində o demək olar ki, tamamilə unudulmuşdu. Herman Melvill 28 sentyabr, 1891-ci ildə vəfat edib. Onun 20-dən çox romanı dünya dillərinə tərcümə olunmuşdur. Bir Amerikan ədəbiyyat klassiki qəbul edilən Mobi Dik adlı tanınmış əsərin müəllifidir. Uzun illər boyu unudulmuş bir yazıçı olaraq qalmış,1920-ci ildə yenidən kəşf edilib böyük bir yazıçı kimi tanınmışdır. Amerikan ədəbiyyatının klassiklərindən olan "Mobi Dik" əsərinin yazıçısı məhz Herman Mervil olmuşdur.
Konstrantinos Sergiu
Konstrantinos Sergiu (2 oktyabr 2000-ci ildə Kiprdə anadan olub) — Kipr Birinci Divizion təmsilçilərindən olan "Nea Salamina" klubunda müdafiəçi kimi çıxış edən peşəkar Kiprli futbolçudur. == Klub karyerası == === Nea Salamina === Sergiu Nea Salamina akademiyası vasitəsilə inkişaf etmişdir. Sergiu öz peşəkar karyerasında debütünü 21 may 2017-ci ildə Doksa klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Nea Salamina liqa görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 19 İyul 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Kipr Superkuboku görüşləri daxildir.
Leptailurus serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. == Yayılması və yarımnövləri == Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Migel Servet
Migel Servet (ing. Michael Servetus; 29 sentyabr 1511 – 27 oktyabr 1553, Cenevrə, Cenevrə Respublikası[d]) — teoloq, həkim və hümanist alim. Servet bir çox elm sahəsində fəaliyyət göstərmişdir. Astronomiya, meteorologiya, coğrafiya, hüquq və incil kimi müxətlif sahələrdə çalışmışdır. Migel Servetin əsas fəaliyyət sahəsinə teologiya və həkimlik daxil olub. == Həyatı == Migel Servet Villanueva se Sijena şəhərciyində, İspaniyada 1511-ci ildə anadan olmuşdur. Doğum tarixi haqqında, dəqiq məlumat yoxdur. Bəzi qaynaqlarda 1509-cu ildə, doğuldu göstərilmişdir. Servetin atası Araqon krallığının zadəganlarından olan Sərveto nəslindəndir. Anası Monzon bölgəsində keçmiş yahudi ailəsindən idi.
Proksi server
Proksi server — resursu tələb edən müştəri ilə həmin resursu təmin edən server arasında vasitəçi kimi çıxış edən server proqramı. Bu prosesdə məxfilik, təhlükəsizlik və performansı yaxşılaşdırır. Müştəri, fayl və ya veb səhifə kimi resurs üçün sorğunu yerinə yetirə bilən serverə birbaşa qoşulmaq əvəzinə, müştəri sorğunu emal edən və tələb olunan şəbəkə əməliyyatlarını yerinə yetirən proksi serverə yönləndirir. Bu, sorğunun mürəkkəbliyini sadələşdirmək və ya nəzarət etmək və ya yük balansı, məxfilik və ya təhlükəsizlik kimi əlavə üstünlüklər təmin etmək üçün bir metod kimi xidmət edir. Paylanmış sistemlərə struktur və inkapsulyasiya əlavə etmək üçün proksilər hazırlanmışdır Beləliklə, proksi server xidmətə müraciət edərkən müştərinin adından işləyir və sorğunun əsl mənbəyini resurs olan serverdən gizlədir.