bolqarca
bollaşdırmaq
OBASTAN VİKİ
Bolqarıstan
Bolqarıstan (bolq. България), rəsmi adı Bolqarıstan Respublikası (bolq. Република България) — Avropa ölkəsi və Avropa İttifaqı, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvüdür. Beş ölkə ilə – şimaldan Rumıniya, qərbdən Serbiya və Şimali Makedoniya, cənubdan Yunanıstan və Türkiyə ilə həmsərhəddir. Bolqarıstanda yerli idarəetmələr, bölgə, şəhər tipli qəsəbə (district) və bələdiyyələrdir. 1991-ci ildə qurulan şəhər tipli qəsəbələr hələ ki, qurulma mərhələsini tamamlamamışdır. Hal-hazırda Bolqarıstanda 9 bölgə və 255 bələdiyyə vardır. == Etimologiya == XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Bulğarstan (بولغارستان ) adlandırılmışdır. == Demoqrafiya == Bolqarıstan Milli Statistika İnstitutunun 31 dekabr 2011-ci ilə olan məlumatına əsasən ölkə əhalisi 7,327,224 nəfərdir . === Milli tərkib === === Bolqarlar === 2001-ci il siyahıya alınmasına əsasən 8.000.000 nəfər olan Bolqarıstan əhalisinin 83,94%-i (6.655.210 nəfər) öz milli mənsubiyyətini bolqar olaraq göstərmişdir.
Bolqarıstan Prezidenti
Bolqarıstan prezidentlərinin siyahısı — 1908-ci ildə Osmanlı İmperiyasından müstəqilliyini qazanan Bolqarıstanın, dövlət başçılarının siyahısı. Bolqarıstan Prezidenti, Bolqarıstan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Bolqarıstan Prezidenti vəzifəyə, Bolqarıstan Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 2017-ci ilin 22 yanvar tarixindən vəzifəni Rumen Radev icra edir.
Bolqarıstan Respublikası
Bolqarıstan (bolq. България), rəsmi adı Bolqarıstan Respublikası (bolq. Република България) — Avropa ölkəsi və Avropa İttifaqı, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvüdür. Beş ölkə ilə – şimaldan Rumıniya, qərbdən Serbiya və Şimali Makedoniya, cənubdan Yunanıstan və Türkiyə ilə həmsərhəddir. Bolqarıstanda yerli idarəetmələr, bölgə, şəhər tipli qəsəbə (district) və bələdiyyələrdir. 1991-ci ildə qurulan şəhər tipli qəsəbələr hələ ki, qurulma mərhələsini tamamlamamışdır. Hal-hazırda Bolqarıstanda 9 bölgə və 255 bələdiyyə vardır. == Etimologiya == XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Bulğarstan (بولغارستان ) adlandırılmışdır. == Demoqrafiya == Bolqarıstan Milli Statistika İnstitutunun 31 dekabr 2011-ci ilə olan məlumatına əsasən ölkə əhalisi 7,327,224 nəfərdir . === Milli tərkib === === Bolqarlar === 2001-ci il siyahıya alınmasına əsasən 8.000.000 nəfər olan Bolqarıstan əhalisinin 83,94%-i (6.655.210 nəfər) öz milli mənsubiyyətini bolqar olaraq göstərmişdir.
Bolqarıstan Türkləri
Bolqarıstan Türkləri — vaxtı ilə Osmanlı Dövlətinin bölgələrindən biri olmuş Bolqarıstanda tarixən yaşayan Türk icması. (bolq. Български турци; türk. Bulgaristan Türkleri) — Bolqarıstanda bolqar xalqından sonra sayca ikinci etnik, dil və dini qrup. Ölkədəki axırıncı, 2001-ci il siyahıyaalma nəticələrinə görə 746.664 nəfərdirlər ki, əhalinin 9,4 % təşkil edir. Dini etiqadına görə Anadoludakı olduğu kumu islam dininin sünni və ələvi təriqətlərindədirlər. Kompakt şəklində ölkənin cənub-şərqində — Frakiya bögəsində yaşayırlar. Bəzi bögələrdə əhalinin əksəriyyətini təşkil edirlər, məsələn Kırcılıda onlar əhalinin 62 % — dirlər. Razqrad, Şumen, Silistra şəhərlərində də çoxdurlar. Bolqarıstan Türkləri, Osmanlı dövründən əvvəl bölgəyə şimaldan gələn Qıpçaq, Peçenek və Proto-Bolqar xalqları ilə yenə Osmanlı dövründən əvvəl Xorasan və Azərbaycandan gələn Oğuz xalqlarının qaynaşması ilə formalaşmağa başlamış, Osmanlı dövründə də Yörük və Türkmen boylarının qatılmasıyla bugünkü halını almışdır.
Azərbaycan-Bolqarıstan münasibətləri
Azərbaycan–Bolqarıstan münasibətləri — Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Bolqarıstan Azərbaycanın müstəqilliyini 14 yanvar 1992-ci ildə tanımışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 5-də qurulmuşdur. 1999-cu ildə dekabr ayında Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. 16 aprel 2004-cü ildə İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin açılması haqqında sərəncam imzalamışdır. 29-30 iyun 1995-ci ildə Heydər Əliyev Bolqarıstana rəsmi səfər etmişdir. 2-3 dekabr 1999-cu ildə Bolqarıstan prezidenti Petar Stoyanov Azərbaycana rəsmi səfər etmişdir. 28 may 1999-cu ildə Azərbaycan Respublikasının prezidenti 2 ölkə arasında iqtisadi-ictimai və elmi texniki komisyanın yaradılması haqqında sərəncam imzalamışdır. 25-27 sentyabr 2002-ci ildə Azərbaycanın Müdafiə Naziri Səfər Əbiyev Bolqarıstanın Müdafiə Naziri Svinarovun dəvəti ilə Bolqarıstanda rəsmi səfərdə olmuşdur. 26-31 oktyabr 2002-ci ildə Bolqarıstanın eks-prezidenti Jelyu Jelev BSU-nun dəvəti ilə mühazirələr oxumaq üçün Bakıda səfərdə olmuşdur.
Bolqarıstan azərbaycanlıları
Bolqarıstan azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Bolqarıstanda yaşayan hissəsinin adı. Rəsmi siyahıyaalınma zamanı sadəcə türk olaraq qeydə alınır və Türkiyə türklərinin tərkibində hesablanırlar. Ev dilləri Azərbaycan dilinin Qars ləhçəsi olsa da təhsillərini bolqar və Türkiyə türkcəsində alırlar. Bu ölkədəki azərbaycanlıların tamama yaxını şiə qızılbaşdır. Dünya Azərbaycanlıları Konqresinin (DAK-ın) bütün dünyada yaşayan azərbaycanlıların sayına dair 2006-cı ildə yayınladığı məlumatlara əsasən Bolqarıstanda 65,000 nəfər etnik azərbaycanlı yaşamaqdadır. 2001-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınmasına əsasən Bolqarıstan Respublikasının ümumi əhalisi 7,928,901 nəfər olmuşdur. Onlardan: Dini inancına əsasən müsəlmanların ümumi sayı 966,978 nəfər. Onlardan: 913,957 nəfəri sünni 53,021 nəfəri isə qızılbaş-şiə Öz milliyyətini türk olaraq qeyd edənlərin sayı 746,664 nəfər. Onlardan: Ana dilini türkcə olaraq qeyd edənlərin ümumi sayı 720,136 nəfər, bolqarca olaraq qeyd edənlərin ümumi sayı 26,147 nəfər. Dini inancına əsasən müsəlmanların ümumi sayı 713,024 nəfər.
Bolqarıstan bayrağı
Bolqarıstan bayrağı — Bolqarıstanın Dövlət bayrağı
Bolqarıstan diasporu
Bolqarıstan diasporu ― Bolqarıstandan kənarda yaşayan etnik bolqarların da daxil olduğu bolqar millətinin bir hissəsi. Bolqarıstandan kənarda yaşayan bolqarların sayı 1989-cu ildən, Mərkəzi və Şərqi Avropada kommunist rejimlərinin süqutundan sonra kəskin şəkildə artıb. Bir milyondan çox bolqar ölkəni tərk etdi və bu, ölkənin əhalisinin əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu. Bir çox əcnəbi ABŞ-nin Yaşıl Kart lotereya sistemindən yararlanıb. Həmçinin, bir çox bolqarlar ixtisaslı işçiləri cəlb etmək üçün proqram çərçivəsində Kanadaya mühacirət ediblər. Digərləri Avropa Birliyinə getdilər. Yunanıstan və İspaniya kimi ölkələrdə bir çox bolqarlar, xüsusən də ölkə 2007-ci ildə Avropa Birliyinə üzv olduqdan sonra Bolqarıstanı öz yaşayış yeri olaraq saxlayaraq, yalnız fasilələrlə işləyir və yaşayır. Əsasən 1990-cı illərdən bəri bolqarlar iş və təhsillə bağlı səbəblərə görə Aİ üzv dövlətlərinə və Şimali Amerika ölkələrinə mühacirət edirlər. Əksər mühacirlərin başqa ölkələrdə yaşamaq icazəsi var. Mühacirlərin təhsil səviyyəsi və peşələri müxtəlifdir: onlar fəhlə (adətən mənzil-kommunal təsərrüfatında və ərazilərin təmizlənməsində işləyənlər), həmçinin santexnik, inşaatçı, bağban, fəhlə, qulluqçu ola bilər.
Bolqarıstan hökmdarları
Bolqarıstan iqtisadiyyatı
Bolqarıstan iqtisadi inkişafı orta səviyyədə olan ölkələrin sırasına daxildir. İnsan inkişafı indeksi 0,796-dır (dünyanın 177 ölkəsi arasında 56-cı yer tutur). ÜDM-in həcmi 61,6 mlrd. dollardır (alıcılıq pariteti üzrə, 2004), əhalinin adambaşına Aİ-nin orta səviyyəsinin 1/3-dən az düşür. İkinci dünya müharibəsinə qədər Bolqarıstan əsasən, iqtisadi inkişafı orta səviyyədə olan aqrar ölkə olmuşdur. Xırda kəndli torpaq mülkiyyəti üstünlük təşkil etmişdir (1 mln. xırda əmtəə əkinçilik təsərrüfatı). Müharibədən sonrakı illərdə Bolqarıstanın torpaq ehtiyatları milliləşdirilmiş, kəndlilər kooperativlərdə və dövlət təsərrüfatlarında birləşmişdirilmişdir. 1990-cı illərdə baş vermiş dərin iqtisadi tənəzzülün səbəbləri ölkə iqtisadiyyatının keçmiş SSRİ-dən ucuz xammal və enerji idxalı nəticəsində yaranmış asılılığı, ənənəvi satış bazarlarının itirilməsi, kifayət qədər rəqabət qabiliyyətinə malik olmayan bolqar mallarının Qərb bazarlarına yönəldilməsinin çətinlikləri ilə bağlı idi. İqtisadiyyatın artımı son illərdə sürətli deyil, lakin stabildir.
Bolqarıstan musiqisi
Bolqarıstan musiqisi — müasir Bolqarıstan ərazisində və onun sərhədlərindən kənarda formalaşmış musiqi mədəniyyəti. slavyan tayfalarının xalq musiqisi əsasında və Balkan yarımadasının qədim sakinlərinin musiqi mədəniyyəti elementlərini əxz etməklə formalaşmışdır. == Kilsə-xor musiqisi == Kilsə-xor musiqisi Bizans ənənələri əsasında yaranmışdır (IX əsr). Bizans kilsə musiqisinin inkişafında mühüm mərhələlərdən biri bolqar İoann Kukuzelin (1376-cı ildən Afondakı Müqəddəs Afanasi monastırının rahibi) adı ilə bağlıdır. Bolqar kilsə ifaçılığı məktəbi özünün yüksək peşəkarlıq səviyyəsini XXI əsrin əvvəlinədək qoruyub saxlamışdır. == Dünyəvi musiqi == Dünyəvi musiqi XIX əsrin son rübündə inkişaf etməyə başlamışdır. İlk dövrlər xarici musiqiçilər (hərbçilər, əsasən də çexlər) başlıca rol oynayırdılar. 1880-cı ildə Sofiyada ilk müstəqil orkestr – Qvardiya orkestri yaradıldı (sonradan kapelmeysteri G. Atanasov olmuşdur). 1890–92-ci illərdə opera truppasının təşkili üçün təşəbbüs göstərildi. Bu dövrdə bir çox xor cəmiyyəti yarandı; xor ifaçılığı ənənəvi və dünyəvi peşəkar musiqi mədəniyyəti arasında əlaqələndirici rol oynamağa başladı.
Bolqarıstan mətbəxi
Bolqarıstan mətbəxi — Bolqarıstan mətbəxi öz yeməkləri ilə məşhurdur. Bolqarıstan mətbəxi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Bolqarıstan mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. == Haqqında == Bolqar mətbəxi çox dadlıdır və tipik Bolqar mətbəxinin dadına baxmış, lakin onu sevməyən adam yoxdur. Sirr – bişirərkən istifadə olunan ədviyyatlardadır. Onlar yalnız yeməyi dadlı etmir, həmçinin çox sağlamdırlar və tərkibində çoxlu orqanik minerallar var. Daha çox spesifik dad qatmaq üçün salatlarda, şorba və digər yeməklərdə çoxlu təzə və yaşıl ədviyyatlar istifadə etmək, xüsusilə isti fəsillərdə ənənədir.
Bolqarıstan qızılbaşları
Bolqarıstan qızılbaşları (bolq. български къзълбаши) — Bolqarıstan ərazisində yaşayan qızılbaş icması. Onların çoxu ya könüllü olaraq, ya da XV–XVII əsrlərdə Osmanlı hakimiyyəti tərəfindən Anadoludan deportasiya olunaraq Dobrucaya yerləşiblər. Qızılbaş camaatı Ludoqoriyedə də mövcuddur. Qızılbaşların çoxusu əslində kim olduqlarını gizlədirlər, ölkədə yaşayan türk və ya bolqarlara ortodoks sünni olduqlarını və ya kimin müraciət etdiyinə görə dəyişərək bəktaşi olduqlarını iddia edirlər. 1992-ci il əhalinin siyahıya alınmasına görə Bolqarıstanda 85,773 şiə yaşayırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == AHMED, Şabanali. DALKILIÇ, MEHMET (redaktor ). BULGARİSTAN’DA ALEVİLİK (Yablanovo Örneği) (PDF) (türk). İSTANBUL: İSTANBUL ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ TEMEL İSLAM BİLİMLERİ. 2012.
Bolqarıstan səhiyyəsi
Bolqarıstan səhiyyəsi — Bolqarıstan əhalisinin fiziki və psixi sağlamlığına yönələn, inkişaf etdirilən kompleks tədbirlərin cəmi. Buraya tibbi təhsil, xidmət və s. daxildir. == Ümumi məlumat == Bolqarıstanda 288 xəstəxana var (2000; dispanserlər daxil olmaqla). Əhalinin hər 100 min nəfərinə 336 həkim (2002), 629 xəstəxana çarpayısı (2003) düşür. Ölkədə hər 10000 əhaliyə 34 həkim, 39 tibb bacısı və 5 mamaça düşür<. Ölümün əsas səbəbləri ürək-damar xəstəlikləri, bədxassəli yeni törəmələr, travmalar və zəhərlənmələrdir. Bolqarıstanda QİÇS-sə yoluxma çox aşağı səviyyədədir. Baxmayaraq ki, 2005-ci ildə bu xəstəliyə yolxanların sayı artmış və 86 yeni yoluxma hadisəsi qeydə alınmış. Səhiyyəyə qoyulan xərc ÜDM-in 4,7%-i qədərdir (2002).
Bolqarıstan şəhərləri
Bolqarıstan şəhərlərinin siyahısı — Bolqarıstanın tabeliyində olan şəhərlərin siyahısı.
Bolqarıstan əhalisi
31 dekabr 2016-cı il məlumatına görə Bolqarıstan əhalisinin sayı 7 101 859 nəfər təşkil edir. 1 fevral 2011-ci il məlumatına görə ölkə əhalisi 7 364 570 nəfər təşkil etmişdir ki, onunda 51,3 % qadın, 48,7 % isə kimilərdir. Şəhərlərdə ümumi əhalinin 72,5 %, kəndlərdə isə 27,5 % yaşayır. 2001 — 2011-ci illərdə ölkə əhalisinin sayı 564 331 nəfər azalmışdır. İllik azalma tempi 0,7 %-dir. Ölkə əhalinin 19,6 % ali təhsilə sahibdir. 43,4 % — orta, 23,1 % — baza, 7,8 % — ibdidai, 4,8 % — ibtidai təskili bitirməyənlər və 1,2 % məktəbə getməyənlər. Şəhərlərdə evlərin 54,1 %, kəndlərdə isə 18,1 % əhali personal kompüterlərə sahibdir. Buna müvafiq olaraq 51,4 % və 16,4 % əhali internetlə təmin edilmişdir. 2011-ci ildə ölkə əhalisinin 6 933 748 nəfəri seçki hüququna malik idi.
Böyük Bolqarıstan
Böyük Bulqar xanlığı (orta əsrlər yunan dili: Παλαιά Μεγάλη Βουλγαρία, Palaiá Megálē Voulgaría) — VII əsrdə Avropada, indiki Ukraynanın cənubunda və Rusiyanın cənub-qərbində mövcud olan bir dövlət. Bulqar sözünün mənası "qarışmaq" deməkdir. Böyük Bulqar dövlətinin qurucusu Qurd (Qubrad) xaqan hesab olunur. 665-ci ildə Qurd xaqanın ölümündən sonra Böyük Bulqar dövləti zəiflədi və xəzərlərin hücumu nəticəsində iki hissəyə parçalandı. Dunay Bulqar dövləti və Volqa Bulqar dövləti yarandı. == Tarixi == 630–635-ci illər arasında Xan Kubrat Bolqarları Türk xaqanlığının(588–639) tabeliyindən xilas etdi, Onogur Bulqarlarını Kutrigur və Utiqur qəbilələri ilə vahid bir qayda altında birləşdirməyi bacardı və güclü bir konfederasiya yaratdı, Qərbi Avropada orta əsr müəllifləri tərəfindən Köhnə Böyük Bolqarıstan(630–665) adlandırıldı. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. Kubrat xanın 665-ci ildə ölümündən sonra oğlanları Batbayan,Asparux və Altsek arasında hakimiyyət uğrunda çəkişmə başladı və xaqanlıq iki yerə parçalandı. == Asparux xan == Bulqar-Türk dövlətinin qurucusu Asparux (643–701) xan idi. O, 679-cu ildə Bizansı məğlub edərək cənub-şərqi Avropada müstəqil Bulqar-Türk dövlətini qurdu.
Kintex (Bolqarıstan)
Kintex — Bolqarıstana məxsus dövlət şirkəti. Bolqarıstan Respublikasının xarici ticarəti ilə məşğuldur. 1965-ci ildə yaradılıb. Şirkətin idarə edilməsi Bolqarıstan İqtisadiyyat Nazirliyinin tabeliyindədir. == Tarixi == Şirkət 1965-ci ildə Bolqarıstanın paytaxtı Sofiya şəhərində yaradılıb. Şirkət 1992-ci ilə qədər Bolqarıstan Kommunist Partiyasının gizli xidməti olan Dövlət Təhlükəsizliyi Komitəsinə tabe idi və siqaretdən ağır silahlara qədər hər şeyin satışına nəzarət edirdi. Bolqarıstanda 1992-ci ildə Ticarət hüququ qüvvəyə minir və 1992-ci ildə Kintex, ticarət qanunları ilə tənzimlənən "Qapalı Səhmdar Cəmiyyətə" çevrilir. Şirkətin səhmlərinin hamısı dövlətə məxsusdur. Kintex, Bolqarıstan Ordusu və polisi üçün məhsulların ixracı, idxalı və yenidən ixracı lisenziyasına sahibdir. == Fəaliyyəti == Şirkətin əsas fəaliyyət sahəsi ticarətdir.
Varna (Bolqarıstan)
Varna (bolq. Варна) — Bolqarıstanın Qara dəniz sahilinin ən böyük şəhəri və dənizkənarı kurortu və bu ölkənin üçüncü böyük şəhəri. Varna vilayətinin və bələdiyyəsinin inzibati mərkəzi.Balkanlarda İstanbul, Afina, Buxarest, Belqrad, Sofiya, Saloniki, Zaqreb, Skopye, Tirana və Plovdivdən sonra 11-ci ən böyük şəhərdir.
Bolqarıstan knyazlığı
Bolqarıstan knyazlığı (bolq. Кня́жество Бълга́рия) — 1879-cu ildə Tırnovo konstitusiyasının qəbulundan 1908-ci ildə müstəqillik elan olunana qədər Bolqarıstanın rəsmi adı. Knyazlıq birpalatalı parlamenti (Xalq Məclisi) olan konstitusion monarxiya idi. Dövlət başçısı knyaz titulu daşıyırdı. Monarxın titulu "bolqarların knyazı" idi. Hakim sülalələr: 1879-1886-cı illərdə - Battenberq, 1887-ci ildən - Saks-Koburq-Qota oldu. Knyazın fəaliyyət qabiliyyətini itirdiyi təqdirdə kollektiv regentlik nəzərdə tutulurdu. Bolqarıstan knyazlığı Berlin konqresinin qərarı ilə Osmanlı imperiyasının vassalı sayılsa da, bu daha çox formal xarakter daşıyırdı. Knyazlıq faktiki olaraq müstəqil idi və onun bütün dövlət atributları - pulu, bayrağı, gerbi və himni var idi. == Tarixi == Müasir Bolqarıstan dövlətçiliyinin əsası Bolqarıstanda Müvəqqəti Rusiya Administrasiyası dövründə, 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra rus ordusu tərəfindən işğal edilmiş Bolqarıstan ərazisinə Rusiya administrasiyası nəzarət etdiyi zaman qoyuldu.
Bolqarıstan krallığı
Bolqarıstan çarlığı, həmçinin Bolqarıstan krallığı və ya Üçüncü Bolqarıstan çarlığı (bolq. Царство България) — 1908-ci ildə müstəqillik elan edildikdən 1946-cı ildə monarxiyanın ləğvinə qədər mövcud olan Bolqarıstan dövləti. Dövlət Bolqarıstan knyazlığının varisi olaraq yaradılmışdı. Krallıq konstitusiyalı monarxiya idi (1879-cu il Tırnovo konstitusiyası, düzəlişlərlə). Dövlət başçısı çar adlanırdı (Qərb tarixşünaslığında bu titul həm də “kral” kimi qeyd olunur). Ölkədə hökmranlıq edən sülalə Saks-Koburq-Qota olub. Çarın az yaşlı olması və ya fəaliyyət qabiliyyətini itirməsi halında kollektiv regentlik nəzərdə tutulurdu. Kral ailəsinin qurucusu Ferdinand Müstəqillik Bəyannaməsində əsasən Balkan yarımadası bölgəsindəki bütün torpaqlarda yaşayan etnik bolqarların başçısı elan olunmuşdu. Bəyannaməyə görə kral bu torpaqları (Bolqarıstandan alınmış torpaqlar, xüsusilə Makedoniya) geri qaytarmaq öhdəliyinə malik idi. Bu səbəbdən dövlət demək olar ki, bütün mövcudluğu boyu müharibə şəraitində oldu.
Bolqarıstan levi
Bolqarıstan levi (bolq. лев) — Bolqarıstanın pul vahidi. 100 stotinkaya bərabərdir. Qədim bolqar dilində "lev", "aslan" deməkdir. 1 sentyabr 2016-cı il tarixinə aid məzənnədə 1 bolqar levi 0.570744 ABŞ dollarına bərabərdir.
Bolqarıstan türkü
Bolqarıstan Türkləri — vaxtı ilə Osmanlı Dövlətinin bölgələrindən biri olmuş Bolqarıstanda tarixən yaşayan Türk icması. (bolq. Български турци; türk. Bulgaristan Türkleri) — Bolqarıstanda bolqar xalqından sonra sayca ikinci etnik, dil və dini qrup. Ölkədəki axırıncı, 2001-ci il siyahıyaalma nəticələrinə görə 746.664 nəfərdirlər ki, əhalinin 9,4 % təşkil edir. Dini etiqadına görə Anadoludakı olduğu kumu islam dininin sünni və ələvi təriqətlərindədirlər. Kompakt şəklində ölkənin cənub-şərqində — Frakiya bögəsində yaşayırlar. Bəzi bögələrdə əhalinin əksəriyyətini təşkil edirlər, məsələn Kırcılıda onlar əhalinin 62 % — dirlər. Razqrad, Şumen, Silistra şəhərlərində də çoxdurlar. Bolqarıstan Türkləri, Osmanlı dövründən əvvəl bölgəyə şimaldan gələn Qıpçaq, Peçenek və Proto-Bolqar xalqları ilə yenə Osmanlı dövründən əvvəl Xorasan və Azərbaycandan gələn Oğuz xalqlarının qaynaşması ilə formalaşmağa başlamış, Osmanlı dövründə də Yörük və Türkmen boylarının qatılmasıyla bugünkü halını almışdır.
Bolqarıstan çarlığı
Bolqarıstan çarlığı, həmçinin Bolqarıstan krallığı və ya Üçüncü Bolqarıstan çarlığı (bolq. Царство България) — 1908-ci ildə müstəqillik elan edildikdən 1946-cı ildə monarxiyanın ləğvinə qədər mövcud olan Bolqarıstan dövləti. Dövlət Bolqarıstan knyazlığının varisi olaraq yaradılmışdı. Krallıq konstitusiyalı monarxiya idi (1879-cu il Tırnovo konstitusiyası, düzəlişlərlə). Dövlət başçısı çar adlanırdı (Qərb tarixşünaslığında bu titul həm də “kral” kimi qeyd olunur). Ölkədə hökmranlıq edən sülalə Saks-Koburq-Qota olub. Çarın az yaşlı olması və ya fəaliyyət qabiliyyətini itirməsi halında kollektiv regentlik nəzərdə tutulurdu. Kral ailəsinin qurucusu Ferdinand Müstəqillik Bəyannaməsində əsasən Balkan yarımadası bölgəsindəki bütün torpaqlarda yaşayan etnik bolqarların başçısı elan olunmuşdu. Bəyannaməyə görə kral bu torpaqları (Bolqarıstandan alınmış torpaqlar, xüsusilə Makedoniya) geri qaytarmaq öhdəliyinə malik idi. Bu səbəbdən dövlət demək olar ki, bütün mövcudluğu boyu müharibə şəraitində oldu.
"Bolqarıstan" kolxozu
"Bolqarıstan" kolxozu — qısametrajlı sənədli film. 1959-cu ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın qabaqcıl təsərrüfatlarından biri-Bərdə rayonundakı "Bolqarıstan" kolxozuna, onun əmək adamlarına, belə bir nümunəvi təsərrüfata başçılıq edən kolxoz sədrinə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanın qabaqcıl təsərrüfatlarından biri-Bərdə rayonundakı "Bolqarıstan" kolxozuna, onun əmək adamlarına, belə bir nümunəvi təsərrüfata başçılıq edən kolxoz sədrinə həsr olunmuşdur.
"Bolqarıstan" kolxozu (film, 1959)

Azadlıq Günü (Bolqarıstan)
Azadlıq günü — Bolqarıstan Osmanlı hökmranlığından tamamilə azad olunduqdan sonra sonra rəsmi olaraq 3 mart "Bolqarıstanın Qurtuluş Günü" olaraq qeyd olunur. Bolqarıstanın yenidən qurulmasına səbəb olan Rus-Türk müharibəsi (1877-1878) hadisələri Bolqarıstanın Qurtuluşunu bir növ car çəkirdi. 3 mart 1878-ci ildə imzalanan San Stefano Müqaviləsi, 14-cü əsrdə Bolqarıstan-Osmanlı müharibələri zamanı fəth edilən Bolqarıstan dövlətinin yenidən qurulmasını qəbul etməyi Osmanlı İmperiyasına bağlamağı nəzərdə tuturdu. Bu ilk dəfə 1980-ci il fevralın 19-da İmperator II Aleksandrının sui-qəsd və San-Stefano Barışıq Müqaviləsinin bağlandığı gün qeyd olundu. 1888-ci ildə Bolqarıstan Knyazlığı tərəfindən rəsmi olaraq 10 illik yubileydə Qurtuluş Günü olaraq təyin olundu. Yalnız 1978-ci ildə milli miqyasda qeyd olunmağa başlandı. Dövlət Şurası Sədrinin 27 fevral 1990-cı il tarixli 236 nömrəli sərəncamı ilə 5 mart tarixində qüvvəyə minən rəsmi bayram oldu. Bolqarıstanda hazırda ruslar və bolqarlar üçün 400-dən çox qorunan abidə mövcuddur. Hər il 3 mart tarixində Şipka abidəsinə çələnglər qoyulur və Bolqarıstanın azad edilməsi uğrunda döyüşlərdə şəhid olan bütün rus əsgərlərinin xatirəsinə hərbi ehtiramlar verilir. Ölkədəki sakinlər bolqar həmkarları ilə birlikdə şəhid düşmüş xarici qoşunların (Rus, Fin və Rumıniya) abidələrinə çiçək və qeydlər qoyurlar.
Azərbaycan-Bolqarıstan futbol matçlarının siyahısı
== Kişilər == === Əsas milli komanda === 26.07.2000 Varna YO Bolqarıstan – Azərbaycan 2:1 20.02.2002 Sofiya YO Bolqarıstan – Azərbaycan 3:0 17.11.2004 Bakı YO Azərbaycan – Bolqarıstan 0:0 09.09.2014 Bakı AÇSO Azərbaycan – Bolqarıstan 1:2 13.10.2015 Sofiya AÇSO Bolqarıstan – Azərbaycan 2:0 25.03.2024 Bakı BT Azərbaycan – Bolqarıstan 1:1 === U-21 === 14.08.2013 Loveç, Bolqarıstan YO Bolqarıstan – Azərbaycan 3:1 === U-19 === 23.10.2018 Sofiya YO Bolqarıstan – Azərbaycan 0:0 25.10.2018 Sofiya YO Bolqarıstan – Azərbaycan 2:1 === U-17 === 22.09.2008 Qrudzendz, Polşa AÇSO Bolqarı – Azərbaycan 1:3 19.05.2012 Kişinyov, Bolqarıstan BT Bolqarıstan – Azərbaycan 1:3 24.10.2012 Sliven, Bolqarıstan AÇSO Bolqarıstan – Azərbaycan 4:1 06.01.2016 Sankt-Peterburq BT Azərbaycan – Bolqarıstan 2:0 16.10.2017 Qorna-Oryaxovitsa, Bolqarıstan AÇSO Azərbaycan - Bolqarıstan 2:1 04.09.2022 Sofiya, Bolqarıstan YO Bolqarıstan – Azərbaycan 4:0 07.09.2022 Sofiya, Bolqarıstan YO Bolqarıstan – Azərbaycan 2:1 === Klublar === 17.07.1996 Bakı, Azərbaycan UEFA Kub. Neftçi – Lokomotiv Sofiya 2:1 24.07.1996 Sofiya, Bolqarı UEFA Kub.
Azərbaycan–Bolqarıstan futbol matçları

Azərbaycan–Bolqarıstan münasibətləri
Azərbaycan–Bolqarıstan münasibətləri — Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Bolqarıstan Azərbaycanın müstəqilliyini 14 yanvar 1992-ci ildə tanımışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 5-də qurulmuşdur. 1999-cu ildə dekabr ayında Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. 16 aprel 2004-cü ildə İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin açılması haqqında sərəncam imzalamışdır. 29-30 iyun 1995-ci ildə Heydər Əliyev Bolqarıstana rəsmi səfər etmişdir. 2-3 dekabr 1999-cu ildə Bolqarıstan prezidenti Petar Stoyanov Azərbaycana rəsmi səfər etmişdir. 28 may 1999-cu ildə Azərbaycan Respublikasının prezidenti 2 ölkə arasında iqtisadi-ictimai və elmi texniki komisyanın yaradılması haqqında sərəncam imzalamışdır. 25-27 sentyabr 2002-ci ildə Azərbaycanın Müdafiə Naziri Səfər Əbiyev Bolqarıstanın Müdafiə Naziri Svinarovun dəvəti ilə Bolqarıstanda rəsmi səfərdə olmuşdur. 26-31 oktyabr 2002-ci ildə Bolqarıstanın eks-prezidenti Jelyu Jelev BSU-nun dəvəti ilə mühazirələr oxumaq üçün Bakıda səfərdə olmuşdur.
Bayan (Bolqarıstan şahzadəsi)
Bayan — Birinci Bulqar dövlətinin şahzadəsi, I Simeonun ən kiçik oğlu idi. Onun sehrbaz olduğuna, istəyəndə bir qurd halına yaxud bir heyvan cildinə girə bildiyi inanılırdı.
Birinci Peşəkar Futbol Liqası (Bolqarıstan)
Birinci Peşəkar Futbol Liqası (bolq. Първа професионална футболна лига), Bolqarıstan Birinci Liqası və ya Barva liqa kimi də tanınır, hazırda efbet Liqası sponsor adını daşıyır ― Bolqarıstan futbol liqası sisteminin ən üst peşəkar futbol liqası. 14 komandanın yarışdığı liqa həmçinin İkinci Peşəkar Futbol Liqası ilə yüksəliş və düşmə sistemi üzərində fəaliyyət göstərir. Bolqarıstan futbol çempionatı 1924-cü ildə Bolqarıstan Dövlət Futbol Çempionatı olaraq təqdim olunmuşdur və və A qrupunun qurulduğu 1948-ci ildən bəri liqa formatında keçirilir. Birinci Liqa çempionları, liqanın Avropa əmsalına əsasən UEFA Çempionlar Liqasının seçmə mərhələlərində iştirak etmək hüququna malikdirlər.
Bolqarıstan-Özbəkistan münasibətləri
Bolqarıstan–Özbəkistan münasibətləri — Bolqarıstan və Özbəkistan arasındakı beynəlxalq münasibətlərdir. Hər iki ölkə diplomatik münasibətləri 12 sentyabr 1992-ci ildə qurmuşdur. Bolqarıstanın Özbəkistan Respublikasının paytaxtı Daşkənddə səfirliyi vardır. Hər iki ölkə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzvdür. Qara dəniz limanları vasitəsilə Bolqarıstan, Özbəkistan və Avropa Birliyi arasındakı ticarəti təmin edir. Hər iki ölkə ticarəti bu şəkildə genişləndirməyi hədəfləmişdir. Lakin, məsələ ilə bağlı dəfələrlə müzakirələrə baxmayaraq, Özbəkistan bu günə qədər Nabukko qaz kəmərindən təbii qaz üçün istifadə etməkdən imtina etmişdir. == Arxa plan == Soyuq müharibə dövründə hər iki ölkə Varşava Paktı və Qarşılıqlı İqtisadi Yardım Şurası olaraq Şərq Blokunda kommunist dövlətlər idi. O zaman Bolqarıstan rəsmi olaraq Sovet İttifaqının Bolqarıstan Xalq Respublikası adı altında peyk dövləti idi və Özbəkistan rəsmi olaraq Sovet İttifaqı tərəfindən Özbəkistan Sovet Sosialist Respublikası olaraq qurulan respublikalardan biri idi. == Rəsmi görüşmələr == 1997-ci ilin noyabrında Bolqarıstan xarici işlər naziri Özbəkistanla iqtisadi əməkdaşlıq barədə danışıqlar apardı.
Bolqarıstan 2010 Avroviziya Mahnı Müsabiqəsində
Bolqarıstanı 2010 Avroviziya Mahnı Müsabiqəsində Miroslav Kostadinov təmsil edəcək. O, "Angel si ti" mahnısını ifa edəcək.
Bolqarıstan 2015 Avropa Oyunlarında
Bolqarıstan — 12–28 iyun tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarındaki iştirakı. Bolqarıstan 2015 Avropa Oyunlarında 7 idmançı ilə 1 idman növündə təmsil olundu. Bolqarıstan 2015 Avropa Oyunlarında 1 qızıl, 4 gümüş və 5 bürünc medal qazanaraq ümumilikdə 10 medal ilə medal sıralamasında 27-ci yeri tutdu.
Bolqarıstan 2018 Qış Olimpiya Oyunlarında
Bolqarıstan 2018 Qış Olimpiya Oyunlarında 3 idman növü üzrə 21 idmançı ilə təmsil olunacaqdır. sonuncu dəfə bu ölkə 20 nıəfərdən artıq idmançı ilə 2006 Qış Olimpiya Oyunlarında təmsil olunmuşdur. == Millinin tərkibi == == Xizək idmanı növləri == ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Bolqarıstan «A» kateqoriyası üzrə 2 idmançı kvotası əldə etmişdir. Sonradan isə bir lizenziyada əldə edir. Kişilər Qadınlar ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər.
Bolqarıstan Avroviziya Mahnı Müsabiqəsində
Bolqarıstan Avroviziya Mahnı Müsabiqəsinə 2005-ci ildə qoşulmuş və ümumilikdə 12 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə Avroviziyada iştirak etdiyi illər ərzində heç vaxt qalib olmamışdır və ən yaxşı nəticələri 2017-ci ildə Kristian Kostovun Kiyev səhnəsində ifa etdiyi "Beautiful Mess" mahnısı ilə əldə etdikləri 2-ci yer olmuşdur. Bolqarıstan Avroviziyadakı 12 iştirakından doqquzunda müsabiqənin final mərhələsinə yüksələ bilməmişdir. 2014 və 2015-ci illərdə Bolqarıstan müsabiqədə əldə edilən məyusedici nəticələr və eyni zamanda maliyyə problemləri səbəbi ilə Avroviziyada iştirakdan imtina etmiş və 2016-cı ildə müsabiqəyə geri dönmüş və Poli Genovanın təmsilində finalda dördüncü yerə layiq görülmüşdür. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Bolqarıstan Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Bolqarıstan 2007-ci ildən etibarən Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak edir. Ölkə iştirak etdiyi illər ərzində müsabiqədə heç vaxt qələbə qazanmamışdır. Müsabiqədə Bolqarıstanın indiyədək qazandığı ən yaxşı nəticə 2014-cü ildə əldə etdikləri 2-ci yerdir. Bolqarıstan 2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir.
Bolqarıstan Dəmir Yolları
Bolqarıstan Dəmir Yolları (bolq. Български държавни железници) - Bolqarıstanda 1885-ci ildə təsis edilmişdir. Müəssisənin mənzil qərargahı Bolqarıstanın paytaxtı olan Sofiya şəhərində yerləşir. == Tarixi == Bolqarıstanda ilk dəmir yolu 1865-ci ildə Ruse ilə Varna arasında çəkilmişdir. Bu xəttin uzunluğu 223 km təşkil edirdi. Xətt Böyük Britaniya şirkəti, Vilyam Yuart Qladson tərəfindən maliyyələşirdi. Artıq 7 noyabr 1866-cı ildə işə başlamışdır. 1912-ci ildə Dəmiryolların müstəqil nazirliyi, poçt şöbələri və teleqraf qurulur. 1922-ci ildə isə ölkədə ilk dəmiryolu məktəbi açılır. 1950-ci ildə isə dəmiryolçu günü elan edilib (avqustun ilk bazar günü).
Bolqarıstan Elmlər Akademiyası
Bolqarıstan Elmlər Akademiyası — Bolqarıstanın əsas elmi qurumu. == Tarixi == Bolqarıstan Elmlər Akademiyası 1869-cu ildə yaradılmışdır. Prezidenti Nikola Sıbotinovdur. == Şöbələri == 9 şöbəsi var: riyaziyyat kimya biologiya Yer haqqında elmlər mühəndislik humanitar sosial elmlər və s. Bundan başqa Akademiyanın tərkibində 50-yə yaxın institut fəaliyyət göstərir.
Bolqarıstan Hərb Tarixi Muzeyi
Bolqarıstan Hərb Tarixi Muzeyi (bolq. Национален военноисторически музей) — Bolqarıstanda yerləşən hərb tarixi muzeyidir. Muzey Bolqarıstanın Sofiya şəhərində yerləşir. Müdafiə Nairliyinin tabeliyində olan muzey müxtəlif adlar altında 1 avqust 1914-cü ildə müəssisə şəklində yaradılmışdır. 4 iyul 1916-cı ildə isə muzey statusu almışdır. Qapalı sahənin ərazisi 5000 kvadrat kilometrdir. Açıq sərgi sahəsinin ərazisi isə 40000 kvadrat kilometrdir (500 kvadrat metr yaşayış sahəsi). Həmçinin muzeydə kitabxana və kompüter mərkəzi fəaliyyət göstərir. == Tarixi == Hərbi Tarix Muzeyi 4 iyul 1916-cı ildə yaradılmışdır. Hərbi Muzey Komissiyası, arxiv, kitabxana və sərgi isə 2 ildən sonra yaradılmışdır.
Bolqarıstan Milli Futbol Çempionatı
Birinci Peşəkar Futbol Liqası (bolq. Първа професионална футболна лига), Bolqarıstan Birinci Liqası və ya Barva liqa kimi də tanınır, hazırda efbet Liqası sponsor adını daşıyır ― Bolqarıstan futbol liqası sisteminin ən üst peşəkar futbol liqası. 14 komandanın yarışdığı liqa həmçinin İkinci Peşəkar Futbol Liqası ilə yüksəliş və düşmə sistemi üzərində fəaliyyət göstərir. Bolqarıstan futbol çempionatı 1924-cü ildə Bolqarıstan Dövlət Futbol Çempionatı olaraq təqdim olunmuşdur və və A qrupunun qurulduğu 1948-ci ildən bəri liqa formatında keçirilir. Birinci Liqa çempionları, liqanın Avropa əmsalına əsasən UEFA Çempionlar Liqasının seçmə mərhələlərində iştirak etmək hüququna malikdirlər.
Bolqarıstan Milli Kitabxanası
Müqəddəs Kiril və Mefodiy adına Bolqarıstan Milli Kitabxanası – 4 aprel 1878-ci ildə yaradılmışdır. Kitabxananın fondunda IX-XIX əsrlərə aid slavyan, yunan, şərq və digər xarici arxivlər, əsərlər, həmçinin 1,5 mln. bolqar tarixi sənədləri və s. mühafizə edilir. Yaradılmasından 3 il sonra kitabxana milli status almışdır. 1924-cü ildə kitabxana Bolqar Milli İntibah Arxivi ilə birləşdirilmişdir.
Bolqarıstan Silahlı Qüvvələri
Bolqarıstan Silahlı Qüvvələri —Bolqarıstanı xaricdən gələ biləcək hərbi təhdidlərə qarşı qorumaqda vəzifəli silahlı qüvvələrdir. Bolqarıstan prezidenti Silahlı Qüvvələrin Baş Komandanıdır. Hərbi komandanın Baş qərargah altına alınmasına baxmayaraq, Müdafiə Nazirliyi siyasi rəhbərliyə görə məsuliyyət daşıyır. Quru qüvvələri, Donanma və Hava Qüvvələri kimi 3 növə ayrılır. Tarix boyunca ordu, ölkəni müdafiə etməkdə mühüm rol oynamışdır. 1878-ci ildə müstəqilliyini qazanmasından sonra, Bolqarıstan regional bir hərbi güc qüvvəsi halına gəldi və bir çox böyük savaşalara qatıldı – Serb-Bolqar müharibəsi (1885), Birinci Balkan müharibəsi (1912–13), İkinci Balkan müharibəsi (1913), I Dünya Müharibəsi (1915–1918) və II İkinci Dünya Müharibəsi (1941–1944). Ordu bu döyüşlərdə böyük təcrübə qazanmışdı. Sırasında 1988-ci ildə Soyuq Müharibəsi zamanı Bolqarıstan Xalq Respublikasının, Varşava Paktında təxminən 152.000 hərbçisi var idi. Ölkədə Kommunist rejimin dağılmasından sonra ordunun mövcudluğu sürətlə aşağıya salındı. Bolqarıstan 2004-cü ildə Şimali Atlantika Müqaviləsi Təşkilatına qatıldı və hal-hazırda üç ölkədə ümumi 776 hərbçisi var.
Bolqarıstan avtomobil yolları
Bolqarıstan avtomobil yolları — yüksək sürətlə hərəkət edən iki tərəfli bir yol növüdür. 2012-ci ildən bəri avtomobil yolları Avtomagistrallar və yüksək sürətli yollar olmaqla iki yerə ayrılmışdır. Fərqlər magistral yollarda sürət həddi 140 km/saat, sürətli yollarda 120 km/saat olmasıdır. Bununla belə yalnız magistral yollarda yol kənarları vardır. Ümumiyyətlə Bolqarıstanda pullu yollar yoxdur. Bütün yollarda (bələdiyyə istisna olmaqla) yalnız vinyet vergisi tutulur. Rüsum Yeni Avropa körpüsündən və Bolqarıstan-Rumıniya sərhəddindəki Dunay körpüsündən keçən sürücülər üçün tutulur. Bununla belə Bolqarıstan hökuməti pullu yollar yaratmağı planlaşdırır. 2016-cı ilin aprel ayında yol agentliyi 3,5 tondan böyük olan avtomobillər üçün elektron ödəmə sisteminin yaradılması üçün müsabiqə elan etmişdir. == Tarix == Avtomagistral yollarının inşası üçün ilk planlar 1973-cü ildə ortaya atılır.