BOYA

сущ. 1. ранг; шир; qırmızı boya яру ранг; яру шир; 2. тав, тон, ранг; 3. пер. гз. рангар.
BOY-BUXUNLULUQ
BOYABOY
OBASTAN VİKİ
Sulu boya
Akvarel və ya sulu boya (fr. Aquarelle — sulu; it. acquarello) — canlı meymun texnikası. Su ilə birgə istifadə olunan akvarel boyaları incə piqmentli rənglər əmələ gətirməklə müxtəlif rəngkarlıq məqsədləri ilə, adətən kağız üzərində rəsmlər çəkmək üçün istifadə olunur..
Dörd boya problemi
Dörd boya problemi — 1852-ci ildə Frensis Qutri tərəfindən təklif edilmiş riyazi məsələdir, hansı ki, aşağıdakı formada tərtib edilir:
Yağlı boya rəssamlığı
Yağlı boya rəssamlığı (it. Pittura a olio) — təsviri incəsənətin rəssamlıq növündə texniki bir üslub olub, burada istifadə olunan boyaq maddələri bitki yağında həll edilərək hazırlanır. Yağlı boya rəssamlığı haqqında ilkin məlumat bizans sənətkarı, keşiş Teofilin kitabında (“Müxtəlif incəsənət siyahısı” — lat. “Schedula diversarum artium” yaxud lat. “De diversibus artibus”) verilmişdir. Avropada yağlı boya rəssamlığının ibtidai nümunələri tarixi XIII əsrə gedib çıxır. İntibah dövrü, 1420 ci ildən başlayaraq yağlı boya rəssamlığı yayılmağa başlayır. Sonralar XV əsrdə bu texniki üsul niderland rəssamı Yan van Eyk tərəfindən daha da təkmilləşdirilmişdir. Buna onun bu dövrdə yağlı boya texnikası ilə çəkmiş olduğu “Çalmalı adam portreti” əsəri tipik misaldır. XV əsrdə (1460-1470) italyan rəssamı Antonello da Messina bu rəssamlıq növünü İtaliyaya gətirmiş olur.
Boya çiləyici
Boya çiləyici və ya aeroqraf — sıxılmış hava ilə kağız, parça və s. üzərinə nazik boyaq qatı püskürən cihaz. Parçalara naxış vurmaq üçün, teatr dekorasiyaları və iriformatlı plakatlar hazırlanmasında, fotoneqativlərin retuşunda və s. istifadə olunur.
Ağyataq mineral boya təzahürü
Dodaq boyası
Dodaq boyası — əsasən qadınların dodaqlarına çəkdikləri müxtəlif rəngli kosmetik məhsul. Dodaq boyama mədəniyyəti təxminən 5000 il bundan əvvələ təsadüf edir. Dodaq boyasını ilk icad edənlər qədim Mesopotomiyalılar hesab edilir. Qədim zamanlarda qadınlar dəyərli daşları əzərək əldə etdikləri rəngdən dodaqlarını boyamaq üçün istifadə etmişlər. Qədim Misirdə isə dodaq boyasından istifadə kral və şahzadə ailələrinə mənsub olmuş, onlar böcək, bitki, yod, brom, yosun, balıq pulcuğu və oxralardan istifadə edərək dodaq boyası əldə edirdilər. Orta əsrlərdə kilsə güclü bir təşkilat idi və buna görə dodaq boyasını günah hesab etdiyi üçün qadağan etmişdir, amma sonrakı dövrdə bu mədəniyyət sərbəstləşdirilmişdir.
Dördlər (Boyat)
Dördlər — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunda bu adda iki kənd mövcuddur. Kür çayının sahilində yerləşən bu kənd Boyat bələdiyyəsinin tərkibindədir. Dördlər kəndinin tarixi haqqında müxtəlif fikirlər olmuşdur. Rəhmətlik dünyagörmüş qoca Ağadadaş Süleymanovun dediyi bir fikrə görə Şah Abbasın zülmündən qaçıb gəlmiş dörd qardaşdan bu kənd yaranmışdır və elə ona görə də "Dördlər" adlanmışdır. Başqa bir fikirdə deyilənə görə, kəndin ilk sakinlərindən biri hazırda qəbiristanlıq da XIX əsrə aid olan qəbirdə dəfn olunmuş Mehdi kişi olub. Onun dörd oğlu olmuşdur: Əsəd, Zeynal, Cəfər Və Nəcəf. Kənddə hazırda beş əsas soyad daşıyıcıları yaşayır: ata: Mehdiyevlər, onun oğlanlarından olan: Əsədovlar, Nəcəfovlar, Cəfərovlar və Zeynalovlar. Deyilənə görə, vaxtilə bu tayfanın iki üzvündən olan törəmələr Xıllı qəsəbəsində Çərəzi adlandırılan yerdə məskunlaşıb. Hazırda Səxavət Əsədov, Arif Əsədov, Kamran Əsədov, Emin Dadaşov, Ələkbər Nəcəfov, Şamil Nəcəfov, Rahil Nəcəfov fəlsəfə doktorlarıdır.
Dördlər (Boyat, Neftçala)
Dördlər — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunda bu adda iki kənd mövcuddur. Kür çayının sahilində yerləşən bu kənd Boyat bələdiyyəsinin tərkibindədir. Dördlər kəndinin tarixi haqqında müxtəlif fikirlər olmuşdur. Rəhmətlik dünyagörmüş qoca Ağadadaş Süleymanovun dediyi bir fikrə görə Şah Abbasın zülmündən qaçıb gəlmiş dörd qardaşdan bu kənd yaranmışdır və elə ona görə də "Dördlər" adlanmışdır. Başqa bir fikirdə deyilənə görə, kəndin ilk sakinlərindən biri hazırda qəbiristanlıq da XIX əsrə aid olan qəbirdə dəfn olunmuş Mehdi kişi olub. Onun dörd oğlu olmuşdur: Əsəd, Zeynal, Cəfər Və Nəcəf. Kənddə hazırda beş əsas soyad daşıyıcıları yaşayır: ata: Mehdiyevlər, onun oğlanlarından olan: Əsədovlar, Nəcəfovlar, Cəfərovlar və Zeynalovlar. Deyilənə görə, vaxtilə bu tayfanın iki üzvündən olan törəmələr Xıllı qəsəbəsində Çərəzi adlandırılan yerdə məskunlaşıb. Hazırda Səxavət Əsədov, Arif Əsədov, Kamran Əsədov, Emin Dadaşov, Ələkbər Nəcəfov, Şamil Nəcəfov, Rahil Nəcəfov fəlsəfə doktorlarıdır.
Elizaveta Boyarskaya
Elizaveta Mixailovna Boyarskaya (rus. Елизаве́та Миха́йловна Боя́рская; 20 dekabr 1985, Leninqrad) — Rusiya teatr və film aktrisası.
Eupatorium boyacense
Ageratina boyacensis (lat. Ageratina boyacensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Gürcü boyaqotu
Adi boyaqotu (lat. Rubia tinctorum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin boyaqotu cinsinə aid bitki növü. Vyetnam, eləcə də Avropanın cənub-şərqindən Himalaya qədər yayılmışdır. Azərbaycanda Böyük Qafqaz (Quba), Abşeron, Kür-Araz ovalığı, Naxçıvanın düzənlik və dağlıq ərazilərində, Lənkəran ovalığında, ümumiyyətlə, ovalıq və dağlarda orta dağ qurşağına qədər yayılmışdır. Hündürlüyü 80-100 sm-ə qədər olan çoxillik ot bitkisidir. Kökümsovları oduncağabənzər olub, uzundur, qalınlığı 1,5 sm-ə qədərdir, zoğ vermir; kökləri çoxbudaqlanan, oduncağabənzərdir və qırmızımtıl-qonur rəngli soyulan qabığı vardır. Gövdəsi qismən düzduran və ya yuxarı hissəsi dırmaşan, qonşu bitkilərə sarmaşandır, çox qısa qabarıq tüklərlə örtülmüş, bəzən çılpaq, yalnız buğumlarda tükcüklüdür, dördtillidir, qalınlaşmış tillərlə üzüaşağı qatlanmış tikanlar yerləşmişdir. Çoxillk ot bitkisi olub, az və ya çox dərəcədə tüklü, güclü kök sisteminə malik, torpağın dərinliyinə qədər üfqi xətt boyunca gedə bilən kökümsovlardan ibarətdir. Gövdəsi budaqlanan, zəncir halqasına bənzər, dördtilli, kənar hüdudu boyunca tikanlı nahamar olub, uzunluğu 2 m-ə qədərdir. Buğumarası qısa yarpaqlar arasında yerləşir.
Hakan Boyav
Hakan Boyav (10 yanvar 1964, Ödəmiş, İzmir ili) — Türkiyəli aktyor. Hakan Boyav 10 yanvar 1964-cü ildə İzmir ilinin Ödəmiş ilçəsində anadan olub. 1984-cü ildə Suphi Koyuncuoğlu Liseyini, 1987-ci ildə Doqquz Sentyabr Universiteti Gözəl Sənətlər Fakültəsini bitirdi. Universitet illərində yerli bir qəzetdə illüstrator və yumor yazarı kimi çalışıb. 1988-ci ildə Diyarbəkır Dövlət Teatrının quruluş heyətində yer aldı və 1988-ci ildən 1993-cü ilə qədər Diyarbəkır Dövlət Teatrında çalışdı. 1993–2003-cü illərdə Antalya Dövlət Teatrında çalışdı. 2003-cü ildən Ankara Dövlət Teatrında çalışır. Karikatura sahəsində Abdi İpekçi Sülh və Dostluq Mükafatı karikatura sahəsi mükafatı (1988) və Yunus Nadi Karikatura Mükafatı (1989) sahibidir.
Hampartsum Boyacıyan
Hampartsum Boyacıyan (erm. Համբարձում Պոյաճյան; ing. Hambardzoom Poyachian; 12 may 1867, Saimbəyli, Adana vilayəti, Osmanlı imperiyası – 2 (15) iyun 1915, Kayseri, Ankara vilayəti, Osmanlı imperiyası) — erməni hayduk.
Karolina Boyar
Karolina Boyar – polşalı qadın futbol hakimi, hüquqşünas. 15 sentyabr 1997-ci ildə Polşanın Krakov şəhərində anadan olub. 2019-cu ilin iyulunda Yagellon Universitetinin Hüquq və İdaerəetmə fakültəsinin Əqli Mülkiyyət və Yeni Texnologiyalar proqramının məzunu olub . 2015-ci ildən FİFA referisidir.
Leonard Boyarski
Leonard Boyarski (ing. Leonard Boyarsky; XX əsr) — ABŞ geymdizayneri və rəssamı. O, daha çox "Interplay Entertainment" şirkətinin "Black Isle Studios" studiyasındakı işləri, xüsusilə də "Fallout" (1997) və "Fallout 2" (1998) videooyunlarının istehsalındakı rolu ilə tanınır. Boyarski həmçinin, "Troika Games" studiyasının həmtəsisçidir. O, burada "Arcanum: Of Steamworks and Magick Obscura" (2001) və "Vampire: The Masquerade – Bloodlines" (2004) kimi videooyunların istehsalında iştirak etmişdir. Leonard Boyarski eyni zamanda "Blizzard Entertainment" tərəfindən yayımlanan "Diablo III" (2012) videooyununda aparıcı dünya dizayneri kimi çalışmışdır. leonardboyarsky.com — Leonard Boyarskinin rəsmi saytı Leonard Boyarski — MobyGames saytında. (ing.) Leonard Boyarski — "No Mutants Allowed" saytında.
Matteo Boyardo
Matteo Boyardo (ən tezi 21 may 1441 və ən geci 21 iyun 1441[…], Skandiano[d], Recco Emiliya əyaləti[d] – 19 dekabr 1494, 28 dekabr 1494 və ya 1494, Recco nel Emiliya) — italiya intibah ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı. Skandino qrafı Matteo Boyardo Reco yaxınlığında qədim bir qəsrdə dünyaya gəlmişdir. Boyardo ailəsinin məlum mülkədar xasiyyəti var idi ki, bu da Boyardo elə ədəbiyyat sahəsində formalaşmasına kömək etmişdir. Bütün uşaqlıq illərini keçirtdiyi Ferrara şəhərində, Boyardo əmisi, humanist, görkəmli Neapolitan şairi Tito Vespasiano Strotsinin nəzarəti altında yaşayır. Tito qardaşı oğluna tarix və antik poeziya sahələrində məşğələlərinə yardım edir. Boyardo hersoqluğun həyatında fəal şəkildə iştirak edir-təmtəraqlı bayramlara qatılır, diplomatik tapşırıqları yerinə yetirir. Ferrara hakimiyyəti Boyardoya inanırdı, ancaq şair onlardan asılı da qalmaq istəmirdi. O, 1494-cü ildə dünyasını dəyişir və yazmağa başladığı "Aşiq olmuş Orlando"poeması yarımçıq qalır. Ferrarada cəngavərlik poemaları yaranmışdır. Bu ədəbi janrın görkəmli nümayəndələrindən biri də Matteo Boyardo olmuşdur.
Meksika monumental boyakarlığı
Meksika monumental boyakarlığı və ya Meksika muralizmi (isp. Muralismo) — Meksikada boyakarlıq cərəyanı. Bu, Meksika vətənpərvərliyinə əsaslanır. Meksika monumental boyakarlığında üsyançı qəhrəmanlara, milli tələblər uğrunda mübarizələrə vurğulanır. Hərəkat eyni zamanda ölkənin hindi keçmişinə də işarə edir. 1920-ci illərdən 1970-ci illərə qədər ictimai binalarda milli, sosial və siyasi mesajları özündə təcəssüm edən çoxlu freskalar yaradılmışdır. Bu cərəyan ABŞ da daxil olmaqla Amerikanın digər ölkələrində incəsənətə təsir etmişdir. Anreus, Robin Adèle Greeley, and Leonard Folgarait, eds. Mexican Muralism: A Critical History. Berkeley and Los Angeles: University of California Press 2012.
Mixail Boyarski
Mixail Boyarski (rus. Михаи́л Серге́евич Боя́рский; 26 dekabr 1949, Leninqrad) — Rusiyanın Xalq artisti, tanınmış aktyor və müğənni. 1949-cu il dekabrın 26-da Leninqradda anadan olmuşdur. Atası Sergey Boyarski və anası Yekaterina Melenteva teatr aktyorları olublar, lakin valideynləri Mixailin aktyor olmasını istəməyiblər və övladlarını musiqi məktəbinin fortepiano sinfinə qoyublar. Məktəbi bitirən Mixail valideynlərinin razılığını almasa da, sənədlərini Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna verir və qəbul olur. 1972-ci ildə institutu bitirdikdən sonra "Lensovet" teatrında işləməyə başlayır. İlk dəfə Q. Qladkovun "Trubadur və onun dostları" musiqili tamaşasında baş rolu canlandırır. Şahzadə rolunu isə onun gələcəkdə həyat yoldaşı Larisa Luppian oynayır. Onlar hələ institutdan tanış idilər, bu tamaşa isə evlilikləri üçün bir təməl olur. Bu xoşbəxt nikahdan oğulları Sergey və qızları Yelizaveta dünyaya gəlir.
Monumental boyakarlıq
Monumental boyakarlıq və ya muralizm — memarlıqla bağlı olan, lakin müstəqil ideya məzmunu və bədii ifadə vasitələrinə malik iri boyakarlıq əsərləri. Monumental boyakarlığa süjetli pannolar, mozaika və ya freskalardan ibarət divar rəsmləri daxildir. Monumental boyakarlıq Qədim Misir, Çin, Hindistan, Yunanıstan və Roma incəsənətində mühüm yer tutmuşdur. Bizans və Qədim Rus incəsənətində təsviri sənətin ən geniş yayılmış növü monumental boyakarlıq olmuşdur. Monumental boyakarlığın çiçəklənmə dövrü XIV–XVI əsrlərə təsadüf edir. İtaliyada Renessans dövrünün görkəmli rəssamlarının (Cotto, Rafael, Leonardo da Vinçi, Mikelancelo, Veronoze və b.) yaradıcılığında özünün yüksək inkişaf səviyyəsinə çatmışdı. Monumental boyakarlıq orta əsrlərdə Şərq ölkələrində də geniş yayılmışdı (Hindistanda Acanta, Orta Asiyada Pəncikənd və s.). Kapitalizm dövründə, xüsusilə XIX–XX əsrin əvvəllərində monumental boyakarlıq tənəzzülə uğramışdır. Müasir dövrdə monumental boyakarlıq Avropanın və Latın Amerikasının bir çox ölkəsində (xüsusilə Meksikada Dieqo Rivera, Xose Klemente Orosko, Xose David Alfaro Sikeyros və başqalarının yaradıcılığında) geniş yayılmışdır. İslam dininin məhdudlaşdırıcı təsirinə baxmayaraq, Azərbaycanda da monumental boyakarlıq əsərləri yaradılmışdı (Şəki xanları sarayının divar rəsmləri və s.).
Qida boyaları
Qida boyaları — fərdi üzvi maddələr və onların qarışığı və ya qeyri – üzvi piqmentlər və onların qarışığıdır. Qida boyaları təbii, sintetik və qeyri – üzvi olurlar. Məhsulun xarici görüşünü müəyyənləşdirən maddələr qrupudur. Qida rəngləndiriciləri kosmetika, əczaçılıq məhsulları, ev sənətkarlığı layihələri və tibbi cihazlar da daxil olmaqla müxtəlif qeyri-ərzaq sahələrində də istifadə olunur. İnsanlar müəyyən rəngləri müəyyən ləzzətlərlə əlaqələndirirlər və yeməyin rəngi konfetdən şəraba qədər hər şeydə qəbul edilən ləzzətə təsir edə bilər.
Rozanilin boyaqları
Rozanilin boyaqları – trifenilmetan boyaqlarıdır. Onlar amin qrupları olan əsas xassəli boyaqlardır. Onların ən sadələri ikiaminli malaxit yaşılı və üçaminli parafuksindir. Malaxit yaşılı, diamintrifenilmetanın dördmetilli homoloqudur. Malaxit yaşılı almaq üçün əvvəlcə iki molekul dimetilanilin və bir molekul benzoy aldehidini sinkxlorid və ya sulfat turşusu vasitəsi ilə kondensləşdirir və leykəsası alırlar. Alınan leykəsası-tetrametildi amintrifenilmetanı PbO2 ilə oksidləşdirərək, tetrametil diamintrifenilkarbinola çevirirlər, sonra ona xlorod turşusu ilə təsir etməklə malaxit yaşılı boyağı əldə edirlər. Malaxityaşılı, məhlulda göyümtül-yaşıl rəngli olur. O, əsasən pambıq və ipək parçaları boyamaq üçün işlədilən qəşəng yaşıl boyaqdır. Pambıq parçaları trifenilmetan boyaqları ilə boyamaq üçün rəngab olaraq tannin işlədirlər. Dietalanilini benzoy aldehidi ilə kondensləşdirməklə malaxit yaşılının homoloqu (dörd metil qrupu əvəzinə dörd etil qrupu olan) brilyant yaşılı alınır.
Sergey Boyarski
Sergey Boyarski (rus. Боярский, Сергей Михайлович; d.24 yanvar 1980, Leninqrad, RSFSR, SSRİ) — Rus siyasətçisi. VII çağırış Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının üzvü, Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə Komitəsi sədrinin birinci müavini, 5 oktyabr 2016-cı ildən "Vahid Rusiya" Partiyası Tərəfdarları Mərkəzi Şurasının həmsədri. Sergey Boyarski 24 yanvar 1980-ci ildə Leninqradda aktyor və müğənni Mixail Boyarski və aktrisa Larisa Luppianın ailəsində anadan olub. S.Boyarski Nikolay Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası musiqi məktəbinin fortepiano sinfində oxuyub. Sankt-Peterburq Gimnaziyasını xarici dillərini oxuyub. Məktəbdən sonra Rusiya Federasiyası Prezidenti yanında Şimal-Qərb Dövlət İdarəçilik Akademiyasına daxil oldu, iqtisadiyyat və maliyyə fakültəsini bitirdi. Magistratura təhsilini Şimal-Qərb Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetmə şöbəsində almışdır."Baltonexim" Bankda işləyib. Cənub Qütbü ticarət və əyləncə kompleksi, 2008-ci ildə açılan Promenade ticarət kompleksi kimi bir sıra iİvestisiya layihələrində iştirak edib. Bir qrup sahibkarla birlikdə idarəetmə fəaliyyəti ilə məşğul olan S.Boyarski eyni zamanda Modorama onlayn jurnalının həmtəsisçisidir.
Sintetik qida boyaları
Sintetik qida boyaları Sintetik qida boyalar – elə üzvi birləşmələrdir ki, süni şəkildə sintez olunurlar. Təbii qida boyalarından fərqli olaraq sintetik qida boyaları bioloji aktiv deyillər, dadsız və vitaminsiz birləşmələrdirlər. Sintetik qida boyaları geniş miqyasda qida sənayesində və dərman kimyası sənayesində istifadə olunur. Sintetik qida boyalarının 20-yə qədər növü məlumdur. Sintetik qida boyaları suda yaxşı həll olan, toz halında və ya hissəcik halında, rəngli üzvi birləşmələrdir. Sintetik qida boyaları 80–85%-i qayda üzrə əsasən üzvi boyalardan ibarətdir. Əsas üstünlük təşkil edən boyalar: Azoboyalar (E102, E 110, E122, E124, E 129) Indiqo boyaları (E132) Azoboyalardan ən çox tərkibində naftalin halqası digər naftalin həlqəsi ilə azoəlaqəylə birləşən boyalar geniş istifadə olunur. Müəyyən edilmişdir ki, azoəlaqə bağırsaq mikroflorasında reduksiya olunaraq aminlər əmələ gəlir və insanın böyrək, q araciyərinə mənfi təsir edir. Sintetik qida boyaları azo, nitro, triarilmetan, ksantonit və xinolen birləşmələrdən ibarətdir. Bəzi E102, E 104 boyaları bir çox həssas insanlarda allergiya yaradır.
Toğanşahlu Boyat
Toğanşahlu Boyat — İrəvan xanlığının Sürməli mahalında kənd adı. XIX əsrə aid məlumatda Toxanşalu-Bayat kimidir.XIX əsrə aid mə’lumatda Toxanşalu-Bayat kimidir 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Sonra ermənilər yerləşmişlər. Kənd 1935-ci ildə ermənicə Masis adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Tokanşalu Sufla ("aşağı") adlı iki kənd göstərilir. Sonralar bu iki kəndi bir-birindən fərqləndirmək üçün biri Tokanşalu Boyat (yəni "Boyat kəndi yaxınlığında Tokanşalu kəndi), dtgəri Tokanşalu Qacar (yəni "Qacar kəndi yaxınlığında Tokanşalu kəndi") adlandırılmışdır. Toponimin sonluğunu təşkil edən "şalu" sözü göstərir ki, Tokan tayfa adıdır. Tokan (əsli Toğan, yaxud Tuqan) mənşəyi və tarixi aydın olmayan qədim tayfa adıdır. Albaniyanın Arsak (Dağlıq Qarabağ) bölgəsində ("Alban tarixi", I kitab, 28-ci fəsil) hələ V əsrin əvvəllərində Dib-Toqan (ermənicə yazılışda Divtakan kimidir). (X əsr ərəb müəllifi İstəxrinin məlumatında Divdakan), XIII əsrdə yenə orada Taqan (ermənicə yazılışı Taqanans kimidir kənd adları məlumdur.
Boyaq rəngotu
Boyaq rəngotu (lat. Isatis tinctoria) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin rəngotu cinsinə aid bitki növü.
Boyat FK
Boyat FK — bölgə çempionatlarında iştirak edən, həvəskar Neftçalanın Boyat kənd futbol klubudur. Klubun tarixi 1965-ci ildən başlayır. Klub 1965-ci ildə, Sovet Sosialist Respublikaları İttifaqı dövründə yaradılmışdır. İlk dönəmlərdə "1 May Adına Kalxoz Futbol Klubu" adı altında fəaliyyətə başlayıb klub. Daha sonralar adı dəyişdirilərək "Boyat Klubu", "Boyat Kənd Futbol Klubu" və sonuncu olaraq, günümüzdəki adını, "Boyat Futbol Klubu" adını alıb. Tarixən Azərbaycan futbolunda o qədər də üzə çıxmayıb "Boyat" futbol klubu. Adını Bayat tayfasından alan kəndi təmsil edir. "Boyat" klubu, Azərbaycan Futbol liqasında iştirak etməməsinə baxmayaraq, bölgə üzrə bir çox nailiyyətlər əldə etmişdir. Klub Neftçalada yaradılan ən son (2023) turnirdə 1-ci yeri tutmuşdur. Bundan əlavə, bir çox turnirdə də 1-cilik əldə etmişdir.
Boyayıcı flyuggeya
Boyayıcı flyuggeya (lat. Flueggea tinctoria) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin flyuggeya cinsinə aid bitki növü. Avropa, Karpat, Balkan yarımadası, Moldovada rast gəlinir. Hündürlüyü 1-1,5 m olan, düz dayanan, şaxələnmiş budaqlı, cavan budaqları qonur, nazik tükcüklü, yarpaqları möhkəm, üstü tünd yaşıl, tutqun, alt tərəfi açıq yaşıl, kənarları nazik tükcüklü, uzunsov-əks-yumurtavaridən ellipsvari-ovaladək, uzunluğu 1,5-5 sm, eni 1,8-3 sm, oyuqvari-dişli, 2-3 yan damarcıqları ucunda birləşir. Meyvələri yetişmiş, qara və ya sarı, 2-3 (4) qabarcıq hissəli, uzunluğu 5-7 mm; toxumların uzunluğu 4-5 mm, qonur, tutqundur. Çiçəkləri ensiz-zəngvari, uzunluğu 4-5 mm, dəstələrdə 5-10 ədəddir. May-iyulda çiçəkləyir, sentyabr-oktyabrda meyvə verir. Toxumlarla çoxalır. İşıqlı meşələrdə, çınqıllı, əhəngli yamaclarda, kolluqlarda bitir. Balakən-Zaqatalada bölgəsində aşağı dağ yamaclarında rast gəlinir.

Digər lüğətlərdə