DEİZM
[alm. Deismus; fr. Dèisme; ing. Deism; lat. Deus – Tanrı;] - Yunan dilindən əmələ gəlmişdir, yunancada Deus – Tanrı; izm isə fəlsəfi təlimlərdə müşahidə olunan son şəkilçidir. Tanrıya inanmaqla birlikdə, müəyyən bir dinin doqmalarını və ideyalarını mənimsəməyən. Tanrının kainatı yaratdıqdan sonra onu öz qaydasına görə işləmək üzrə öz başına buraxdığını önə sürən təlim. Vəhyi ve vəhyin bildirdiyi Allahı ve dini inkar edərək, tək ağıl ile idrak edilən bir Tanrının varlığını qəbul eden fəlsəfi bir görüşdür. Deizm ilk səbəb kimi Allahın mövcudluğunu qəbul edən təlimdir. Deizmə görə bütün varlıqlara həyat verən Tanrıdır. Lakin Tanrı ilkin xəlq edəndir, sonradan yaratdıqlarının işinə qarışmır.