DİKTOFON
DİKTORLUQ
OBASTAN VİKİ
Diktor
Diktor — Latın dilindən tərcümədə "danışan" deməkdir. Radio və televiziyada diktorun vəzifəsi jurnalist tərəfindən yazılan mətni səsləndirməkdir. Bunun üçün diktor nəinki gözəl səsə, o cümlədən aydın tələffüzə və aktyorluq qabiliyyətinə malik olmalıdır. Onlar xəbərlərin mətnini oxuyur, reklam roliklərinin qəhrəmanları onların səsi ilə danışır, anonsları səsləndirirlər. 90-cı illərin əvvəllərində məlum oldu ki, seyirçiyə və dinləyiciyə düzgün məlumat çatdırılmır. Onda bir çox xəbərlər proqramında özgə mətnini oxuyan diktorlar həm proqram hazırlayan, həm də aparan jurnalistlərlə əvəz olundular.
Rafiq Hüseynov (diktor)
Rafiq Əyyub oğlu Hüseynov (4 avqust 1946, Şuşa, DQMV – 26 oktyabr 2017, Düsseldorf) — Azərbaycan Televiziyasının aparıcısı, diktor, Azərbaycan SSR xalq artisti (1990). Rafiq Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub. 17 yaşında Azərbaycan Televiziyasında çalışdıqdan sonra 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. 2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülmüşdür. Televiziya diktoru Roza Tağıyevanın həyat yoldaşı olmuşdur. Leyli Hüseynlinin atasıdır. 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib. 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilib. 3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunmuşdur. Şəki (film, 1977) Ölü zona (film, 1988) Fəryad (film, 1993) Artilleriyanın allahı sayılırdı (film, 1996) Ailə (film) (tammetrajlı bədii film) — redaktor Kədərimiz...
Sabir Axundov (diktor)

Digər lüğətlərdə