DURAKLAMA
DURMADAN
OBASTAN VİKİ
Hilmi Durgun
Hilmi Durgun (1981, Antalya ili) — aqrar mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Hilmi Durgun 1981-ci ildə Antalya ilində anadan olub. Süleyman Dəmirəl Universiteti Aqrar Bölməsindən məzun olub. Kənd təsərrüfatı sahəsində çalışıb. Uzun illərdir MHP üzvüdür. MHP Antalya il şöbəsinin sədr müavini və sədri vəzifələrində çalışıb. 2023-cü ildə MHP namizədi olaraq Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 1 uşaq atasıdır.