Elba
elçi
OBASTAN VİKİ
Elbrus
Elbrus — kişi adı Bu adı olan tanınmış şəxslər Elbrus İsayev — tarix üzrə fəlsəfə doktoru. Elbrus Ərud — Azərbaycan Yazıçılar Birliyinin üzvü Digər Elbrus dağı — Qafqazda, Kabardin-Balkar və Qaraçay-Çərkəz respublikalarının sərhəddində yerləşən dağ və dağ zirvəsi.
Dilşad Elbrus
Dilşad Talıbxan Elbrus (31 may 1916, Bakı – 11 aprel 1979, Türkiyə) — nüvə fizikası üzrə ixtisaslaşmış Azərbaycan əsilli türk alimi, professor. == Həyatı == Dilşad Talıbxan Elbrus 1916-cı ildə Bakıda anadan olmuşdur. Atası Talıbxan bəy Çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxıda, Qubada və başqa şəhərlərdə polis rəisi işləmişdir. Azərbaycan Sovet Rusiyasının işğalı altına keçdikdən sonra Talıbxan bəyin bütün əmlakı müsadirə olunmuş, özü isə qətlə yetirilmişdir. Atası qətlə yetiriləndə Dilşad xanım 5 yaşında idi. O, anası Xeyrənnisə xanım, bacıları Qəmər, Sürəyya və dayısı Hüseyn bəy Mirzəcamalovun himayəsində Türkiyəyə köçərək, İstanbulda yerləşmişdir. == Fəaliyyəti == Dilşad Talıbxan Elbrus 1931-ci ildə İstanbul Qız Liseyini bitirmişdir. İstanbul Universiteti fənn fakültəsi fizika-kimya bölümündə ali təhsil almış, 1934-cü ildə qurtarmışdır. Təhsil aldığı fakültənin Təcrübi Fizika İnstitutunda 27 dekabr 1934-cü ildə assistent kimi əmək fəaliyyətinə başlamışdır. 5 iyun 1949-cu ildə dissertasiya müdafiə etmişdir.
Elbrus Abbasov
Elbrus Abbasov (1 yanvar 1950, Ağdam – 14 dekabr 2020) — "Qarabağ" futbol klubunda oynayıb. == Həyatı == Elbrus Osman oğlu Abbasov 1950-ci ildə Ağdam şəhərində anadan olub. 1967-ci idən "Qarabağ" futbol klubunda oynayıb. Gəncənin "Dinamo" komandasının, "Neftçi" klubunun heyətində çəxəş edib. 1976-cı ildə rəqib qapısına 28 qol vurub. "Neftçi"nin güclülər dəstəsində böyük əməyi olub. Sonralar məşqçi kimi fəaliyyət göstərib. Bir müddət Ağdamın "Qarabağ" klubunu çalışdırıb.
Elbrus Allahverdiyev
Elbrus Allahverdiyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 27 oktyabr 1958-ci ildə Gəncə şəhərində fəhlə ailəsində anadan olub. 18 saylı məktəbi bitirdikdən sonra 1976-1978-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Orconikidze Kənd Təsərrüfatı İnstitunu bitirmişdir. O bir müddət Vladiqafqazda yaşayır, erməni faşistlərinin vətənimizə təcavüzünü eşidən Elbrus Azərbaycanımıza dönür və könüllü olaraq 17 may 1992-ci il cəbhəyə yollanır. == Döyüşlərdə iştirakı == Elbrus Allahverdiyev Azərbaycan Silahlı Qüvvələrimizdə artilleriyanın ilk təşkilatçılarından olur. Ağdam ətrafındakı döyüşlərdə şücaət göstərir və düşmənin xeyli zirehli texnikasını sıradan çıxarır. Ağdərədə Ermənistan Silahlı Qüvvələrinin reaktiv artilleriyasını sərrast atəşlərlə susdurur. 1993-cü il 12 iyun tarixində işğalçılar Ağdam üzərinə hücuma keçərkən Elbrus Allahverdiyev düşmənin xeyli canlı qüvvəsini məhv edir və onlar geri çəkilməyə məcbur edir. Ermənistan hərbi hissələrinin Ağdam rayonuna növbəti hücumu iki gün sonra iyun ayının 14-də olur.
Elbrus Axundov
== Həyatı == Elbrus Maarif oğlu Axundov 1962-ci il sentyabr ayının 21-də Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə orta məktəbi əla qiymətlə bitirdikdən sonra, elə həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (İndiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) "Memarlıq" fakültəsinə daxil olmuş və oranı 1984-cü ildə fərqlənmə ilə bitirmişdir. Tələbəlik illərində eyni zamanda "Tələbə Elmi Konstruktor" sektorunda müəllimləri ilə birlikdə (prof. R.Əbdülrəhmanov, prof.M.Nəcəfov, akademik D.Axundov, prof. N.Rzayev, konstruktor E.Zərgərli, A.Aslanov) memarlıq və konstruksiya üzrə əsaslı təcrübə toplamaqla bir neçə real layihə işinin (Saatlı rayon mərkəzində "Şərq bazarı", Astara rayonunda filoteriya, avtovağzal, uşaq oyun meydançası və yay kinoteatrının) müəlliflərindən olmuşdur. Üniversiteti bitirdikdən sonra Latviya, Litva, Estoniya, Səmərqənd, Buxara, Urgənc, Nəvoi və respublikamızın bir sıra rayonlarında istehsalat təcrübələri keçdikdən sonra təyinatla Bakı Şəhər Soveti tabeliyində olan "Bərpaçı İnşaat və İstehsalat İdarəsi" tərkibində "Layihə" sektoruna göndərilmiş və iş fəaliyyətinə burada memar-mühəndis olaraq başlamışdır. 1990-cu ildə eyni qurumun Baş idarəsinin "Layihə" bürosuna keçirilmiş, 1990–1992-ci illər arasında burada 2-ci dərəcəli memar, 1-ci dərəcəli memar, inşaat müfəttişi və emalatxana müdiri vəzifələrində çalışmışdır. Bakı şəhərində bu illər ərzində 10 bərpa layihəsi, 125-dən artıq memarlıq layihələrinin müəliifi olmuşdur. 1992–1994-cü illər arası Elmi Tədqiqat Layihə İnsitutuna dəvət olunaraq burada aparıcı memar vəzifəsinə təyin edilmiş, daha sonra 1994–1995-ci illər arası "Azərb.Dizayn İnşaat və İstehsalat-Təsərrüfat" trestinin "Plan İstehsalat" şöbəsinin müdiri olmuşdur. 1993–1996-ci illərdə eyni zamanda Sabunçu Rayon İcra Hakimiyyətində "Memarlıq və Tikinti" şöbəsində mütəxəssis və baş mühəndis vəzifələrində çalışmışdır.
Elbrus Bayramov
Elbrus Eyvaz oğlu Bayramov (1 dekabr 1986, Jdanov rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Elbrus Bayramov 1986-cı il dekabrın 1-də Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. 1994-2002-ci illərdə Milabad qəsəbə tam orta məktəbində, 2002-2005-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Elbrus Bayramov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun mayoru olan Elbrus Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elbrus Bayramov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı Qərvənd istiqamətində şəhid olub. Beyləqan rayonunun Milabad qəsəbəsində dəfn olunub.
Elbrus Cəfərov
Elbrus Mahmud oğlu Cəfərov (1946, Kərkibaş, Basarkeçər rayonu) — İstanbul Texniki Universitetinin Aero-Kosmik fakültəsinin kafedra müdiri (1996 – indi), professor (1987). "Ən yaxşı ixtiraçı" (1981), Leninqrad Beynəlxalq Texnologiya Kibernetika Akademiyasının üzvü (1988), == Həyatı == Elbrus Cəfərov 1946-cı ildə Göyçə mahalının Kərkibaş (Şəfəq) kəndində kolxozçu ailəsində anadan olub. Çaxırlı kənd orta məktəbini qızıl medalla bitirib, elə həmin ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna daxil olaraq 1969-cu ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Oxuduğu illərdə o dövr üçün ən yüksək hesab olunan Lenin təqaüdçüsü olmuşdur. 1969-cu ildən 1984-cü ilə kimi SSRİ cihazqayırma sənayesinin neft-kimya avto-maşınqayırma institutunda baş texnikdən laboratoriya müdiri vəzifəsinədək yüksəlmişdir. Elbrus Cəfərov Azərbaycanda ilk dəfə olaraq "Dəyişən quruluşlu avtomatik sistemlər" laboratoriyasını yaratmışdır. 1972-ci ildə "Kəsilmiş prosessorların çoxquruluşlu sistemlərinin idarə edilməsi" mövzusunda namizədlik, 1980-ci ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir. 1984–1996-cı illərdə Azərbaycan Texniki Universitetində Avtomatika və robot-texnika kafedrasına rəhbərlik etmişdir. Robottexniki sistemlər ixtisasını Azərbaycanda ilk dəfə Elbrus müəllim açmışdır. O, 1987-ci ildə SSRİ AK tərəfındən professor adını almış və bir il sonra Leninqrad Beynəlxalq Texnologiya Kibernetika Akademiyasının üzvü seçilmişdir.
Elbrus Hüseyinov
Elbrus Minkailov
Elbrus Minkailov (13 may 1955, Maqcan Cumabayev rayonu[d], Şimalı Qazaxıstan vilayəti – 11 may 2023, Qroznı) — Çeçen jurnalist, yazıçı, tərcüməçi, ədəbiyyatşünas, ədəbi tənqidçi, "Orqa" ədəbi-bədii jurnalının baş redaktoru, Rusiya Yazıçılar Birliyi və Rusiya Jurnalistlər Birliyinin üzvü, Çeçenistan Yazıçılar Birliyinin və Çeçenistan Jurnalistlər Birliyinin, Qafqaz Yazıçılar Klubunun üzvü, Çeçenistan Respublikasının əməkdar mədəniyyət işçisi. == Bioqrafiya == 13 may 1955-ci ildə Qazaxıstan SSR-in Şimali Qazaxıstan vilayətinin Bulaevski rayonundakı Çistovski taxılçılıq sovxozunda anadan olmuşdur. 1957-ci ilin may ayında ailəsi doğma Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası, Qrozni rayonu, Ken-Yurt kəndinə qayıdır. 1972-ci ildə orta məktəbi bitirir. 1979-cu ildə ÇİDU-nİn filologiya fakültəsinin Rus-Vaynax filologiyası şöbəsini fərqlənmə diplomu ilə bitirir. Universitetdən sonra doğma məktəbinə qayıdır və 1979–1980-ci illərdə burada müəllim işləyir. 1980-ci ilin noyabrından universitetdə dərs demişdir. 1981–1983-cü illərdə Sovet Ordusunda xidmət edir. 1983-cü ildə universitetə müəllimlik fəaliyyətinə qayıdır və burada 2010-cu ilə qədər müxtəlif vəzifələrdə çalışır. 1980-ci illərdən etibarən jurnalistika və ədəbi araşdırma ilə məşğul olmağa başlayır.
Elbrus Paşayev
Elbrus Paşayev (tam adı:Elbrus Paşa oğlu Paşayev, d.1957,Gəncə) — Dövlət xadimi, "Azdövsutəslayihə" institutunun (VII) direktoru. == Həyatı == Elbrus Paşa oğlu Paşayev 4 fevral 1957-ci ildə Gəncə şəhərində, dövrünün tanınmış ziyalılarından biri, Azərbaycanda meliorasiya və su təsərrüfatı sahəsində böyük əməyi olan Paşa Sirac oğlu Paşayevin ailəsində anaban olmuşdur. Bakı şəhərindəki 20 saylı orta məktəbi 1974-cü ildə bitirmişdir. 1974-1979-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki AzMİU) Hidromeliorasiya fakültəsində hidrotexniki tikintilər ixtisası üzrə ali təhsil almışdır. 1979-cu ildə “Azərkəndtikintisuçəkiliş” Tikinti Birliyində gənc mütəxəssis kimi mühəndis-hidrotexnik vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Paşayev E.P. 19.11.1979-30.04.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olandan sonra 30.04.1981-30.01.1983-cü illərdə “Azərkəndtikintisuçəkiliş” Tikinti Birliyində mühəndis-hidrotexnik vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. E.P. Paşayev 31.12.1982-31.12.1985-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Qruntlar mexanikası, bünövrələr və özüllər” kafedrasının əyani şöbəsinin aspirantı olmuşdur. Aspiranturada təhsilini başa çatdırdıqdan sonra göndəriş əsasında AzMİU-nun “Hidrotexniki qurğular və hidravlika” kafedrasında assistent vəzifəsində pedaqoji fəaliyyətə başlamışdır. 1986-1991-ci illərdə assistent, 1991-1995-ci illərdə baş müəllim, 1995-ci ildən dosent vəzifəsində çalışır.
Elbrus Təhməzov
Elbrus Təhməzov (23 avqust 1946, Laçın) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000–2005), Laçın rayonu İcra hakimiyyətinin başçısı (2005–2007). == Həyatı == Elbrus Halay oğlu Təhməzov 1946-cı il avqustun 23-də Laçın şəhərində anadan olub. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun texnologiya fakültəsini bitirmişdir. Ehtiyatda olan zabitdir. 1970-ci ildə Laçın rayon Əhaliyə məişət xidməti kombinatında əvvəlcə istehsalat sahə rəhbəri, sonradan mühəndis vəzifəsində çalışmışdır. 1974–1994-cü illərdə Rayon İcrayyə Komitəsində Tikinti-memarlıq şöbəsinə, rayonun Təssərüfatlar arası tikinti materialları istehsalat birliyinə, Laçın şəhər İcrayyə Komitəsinə, Rayon Partiya Komitəsində müvafiq şöbəyə, Aqronəqiliyyat müəsisəsinə, Yeraltı sənaye kombinatına rəhbərlik etmişdir. 1994–2000-ci illərdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışmışdır. Elbrus Təhməzov 1994-cü ilin may ayından siyasi fəaliyyətini yüksəltməyə başlamış, qısa müddətdə rayonda Yeni Azərbaycan Partiyasının yerli təşkilatını yaradaraq həmin vaxtdan 2005-ci ilin sonunadək Rayon təşkilatına sədrlik etmiş, Partiyanın bütün qurultaylarında onun seçkili orqanlarında təmsil olunmuş, hal-hazırda da Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvüdür. Elbrus Təhməzov 2000-ci il noyabrın 5-də Azərbaycan Respublikası Milli Məclisinə deputata seçilmişdir. Milli Məclisinin Aqrar siyasət komissiyasının daimi üzvü kimi ictimai-siyasi fəaliyyəti ilə yanaşı, bu səlahiyyətlərdən istifadə edərək rayonun məcburi köçkünlərinin sosial həyat şəraitlərinin daha da yaxşılaşması, onlara hökumət tərəfindən olunan güzəştlərin daha da artırılması istiqamətində lazım gələn bütün fəaliyyəti göstərmişdir.
Elbrus Vahidov
Elbrus Vahidov (5 iyun 1951, Ağdaş) — qrim rəssamı, qrim ustası, aktyor, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2000) və əməkdar incəsənət xadimi. == Həyatı == Elbrus Əbdülvahid oğlu Vahidov 5 iyun 1951-ci ildə Ağdaşda anadan olub. Gənc yaşlarından "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. Qrim üzrə rəssam kimi ilk müstəqil işi "Tütək səsi" filmindən başlayıb. 40-a qədər filmdə qrim üzrə rəssam olub. Əməkdar incəsənət xadimidir. Aktrisa Svetlana Vahidovanın qardaşıdır. == Filmoqrafiya == Yeddi oğul istərəm... (film, 1970) Mücrü (film, 1973) 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) Tütək səsi (film, 1975) Firəngiz (film, 1975) Xoşbəxtlik qayğıları (film, 1976) Ad günü (film, 1977) (tammetrajlı bədii film)-qrim rəssamı Vulkana doğru (film, 1977) Dantenin yubileyi (film, 1978) İstintaq (film, 1979) Bizi bağışlayın (film, 1979) Onun bəlalı sevgisi (film, 1980) Bağlı qapı (film, 1981) Üzeyir ömrü (film, 1981) Park (film, 1983) Tənha narın nağılı (film, 1984) Bəyin oğurlanması (film, 1985) Qanlı zəmi (film, 1985) Şəhərli biçinçilər (film, 1986) Aşkarsızlıq şəraitində... (film, 1986) İşarəni dənizdən gözləyin (film, 1986) Özgə ömür (film, 1987) Araqarışdıran (film, 1987) Yaramaz (film, 1988) Ölsəm...
Elbrus dağı
Elbrus dağı (qaraç.-balk. Минги тау ) — Qafqazda, Kabardin-Balkar və Qaraçay-Çərkəz respublikalarının sərhədində yerləşən dağ və dağ zirvəsi. Böyük Qafqaz sıra dağlarının şimalında yerləşir və Rusiyanın ən yüksək dağ zirvəsidir (5.642 Metr). Bəzən onu Avropanın da ən yüksək dağ zirvəsi də adlandırırlar. == Ədəbiyyat == Бероев Б. М. Приэльбрусье: Очерк природы. Летопись покорения Эльбруса. Туристские маршруты. М., Профизда.,1984, 208 səh., 97 500.
Elbrus kərtənkələsi
Elbrus kərtənkələsi (lat. Darevskia defilippii) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Görünüşü == Orta ölçülü kərtənkəlıdir. Uzunluğu 59 mm təşkil edir. Quyruğu iki dəfə uzundur. Başı sıxılmış formaya malikdir. Biğaz nahiyəsində 22-31 arası pulcuq olur. Bədəninin mərkəz hissəsində isə 43-60 pulcuğa rast gəlinir. Bədəninin yuxarı hissəsi qəhvəyi rəngə çalır. Bel nahiyəsində tund nöqtələr vardır.
Elbrus rayonu
Elbrus rayonu (kab.-çərk. Эльбрус куей, qaraç.-balk. Эльбрус район) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Tırnıauz şəhəridir. == Coğrafiyası == Elbrus rayonu Kabarda-Balkariya Respublikasının cənub-qərb hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Zolski rayonu, şimalda Baksan rayonu, şərqdə Çeqem rayonu, cənubda Gürcüstan. Rayonun sahəsi 1850,40 km²-dir. Rayonun relyefi dağlıqdır. Rayon torpaqları yüksək dağlıq zonada, insanların yaşaması üçün əlverişsiz ərazidə yerləşir. Rayon ərazisindən müxtəlif silsilələr və dağ massivləri bir-birinə paralel olaraq keçir.
Elbrus İsayev
Elbrus Saleh oğlu İsayev (7 oktyabr 1979, Naxçıvan) — Naxçıvan Dövlət Universitetinin rektoru, "Beynəlxalq münasibətlər" kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Elbrus İsayev 7 oktyabr 1979-cu ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhər 11 saylı orta məktəbdə almışdır. 1996–2000-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasının bakalavr, 2000–2002-ci illərdə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. Magistratura səviyyəsində təhsil alarkən, siyasi repressiyalar — tədqiqat sahəsi üzrə araşdırma aparmış, bu istiqamət üzrə dissertasiya hazırlamışdır. Ailəlidir, iki övladı var. == Fəaliyyəti == 1998–2001-ci ilərdə Naxçıvan Dövlət Universitetinin Gənclər Təşkilatının sədri vəzifəsində çalışmışdır. 2001–2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır. 2000–2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləmişdir. 2000–2005-ci illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir.
Elbrus Şahmar
Elbrus Şahmar (11 aprel 1945, Qubadlı) — Azərbaycan Yazıçılar Birliyinin (1997) üzvü, yazıçı-publisist, təqaüddə olan polis polkovniki. == Həyatı == Elbrus Şahmar oğlu Məmmədov 11 aprel 1945-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində "Əmili" nəslində anadan olub. Atası Şahmar keçən əsrin 30-cu illərində Laçın, Kəlbəcər və Zəngilanda milis rəisi işləmişdir. 1961-ci ildə Qubadlı qəsəbəsində orta məktəbi bitirmişdir. 1964–65-ci illərdə hərbi xidmətdə olub. Elbrus Bakı Mədəni-Maarif Texnikumununu (1963), Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq (1968) və hüquq (1981) fakultələrini bitirmişdir. Sıravi milis nəfərliyindən polis polkovnikliyinə qədər xidməti yol keçmişdir. İstər işlədiyi müddətdə, istərsə də sonra, Azərbaycan polisinin keçdiyi ağrı-acılı, çətin, həm də şərəfli, tarixi yol haqqında kitablar yazıb, onun tarixinə işıq salmağa çalışmışdır. Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin "sOVET KƏNDİ" VƏ ONUN DAVAMI OLAN "hƏYAT" QƏZETİNİN qARABAĞ BÖLGƏSİ ÜZRƏ XÜSUSİ MÜXBİRİ İŞLƏMİŞDİR. Elbrus Şahmar 1968-ci ilin fevralından Daxili İşlər orqanlarında əmək fəaliyyətinə başlamış və 2000-ci ilin mart ayına qədər orqanda işləmişdir. 32 ildən artıq ictimai asayişin keşiyində durub və təqaüdə çıxmışdır.
Elbrus Əhmədov
Elbrus Əliyev
Əhməd Elbrus
Əhməd Elbrus — Əhmədov Elbrus Misir oğlu (d. 7 avqust 1944,Ağcabədi, Azərbaycan-v. 12 dekabr 2006, Bakı, Azərbaycan) — şair, dramaturq, publisist, filologiya elmləri üzrə fəlsəfə doktoru, naşir, ilahiyyatçı alim. == Həyatı və təhsili == Əhmədov Elbrus Misir oğlu 7 avqust 1944-cü ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olmuşdur . 1959-cu ildə Ağcabədi şəhər 5 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuşdur. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda əyani aspirantura təhsilini alan Ə. Elbrus Fədainin “Bəxtiyarnamə” adlı əsəri əsasında dissertasiya müdafiə edərək "filologiya elmləri namizədi" alimlik dərəcəsi almışdır .Əhməd Elbrus 2006-cı ilin dekabrın 12-də qəflətən vəfat etmişdir. Doğulduğu Salmanbəyli kəndində dəfn edilmişdir. == Əmək fəaliyyəti == Əhməd Elbrus 1976-1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının “Elm” nəşriyyatında baş redaktor vəzifəsində işləyib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 15 şeir kitabının, 4 monoqrafiyanın və 200-dən artıq elmi-publisistik məqalənin müəllifi idi.
Elbrus Abbasov (şair)
Elbrus Hüseyinov (əsgər, 1996)
Elbrus Əlizadə
Elbrus Kərim oğlu Əlizadə (4 mart 1957, Ağdaş rayonu – 29 dekabr 2016, Bakı) — Azərbaycan Respublikası Prezidenti yanında AAK-nı Yer Elmləri üzrə Ekspert Şurasının elmi katibi, YUNESKO nəzdində fəaliyyət göstərən Dağlıq ölkələrin tarazlı inkişafı Elmi Mərkəzinin Müşahidəçilər Şurasının, Qazaxıstanın Coğrafiya İnstitutunda nəşr olunan Coğrafiyanın və geoekologiyanın aktual problemləri, AMEA-nın Xəbərlərinin Yer Elmləri seriyası elmi jurnalının Redaksiya Heyətinin üzvü, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (indiki Dövlət İmtahan Mərkəzində) coğrafiya üzrə elmi-metodiki seminarın sədri, Azərbaycan Təhsil Nazirliyi yanındakı coğrafiya üzrə elmi metodiki şuranın sədri, AMEA-nın müxbir üzvü, coğrafiya elmlər doktoru, professor, AMEA H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini. == Həyatı == Əlizadə Elbrus Kərim oğlu 4 mart 1957-ci ildə Ağdaş rayonunun Aralbir kəndində anadan olmuşdur. E. K. Əlizadə 1974-cü ildə Ağdaş şəhərində orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geologiya-coğrafiya fakültəsinin coğrafiya bölməsinə daxil oldu. E. Əlizadə 1979-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirərək təyinatla Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutuna göndərildi. Həmin illərdə keçmiş SSRİ-də aerokosmik metodların coğrafiyaya tətbiqi, başqa sözlə, yerin kosmosda öyrənilməsi yeni istiqamət idi.1984-cü ildə Geomorforlogiya və təkamül coğrafiyası, ixtisasda Kosmofotoşəkillərin deşifrlənmə materiallarının tətbiqi ilə Cənub-Şərqi Qafqazın cənub yamacının relyefinin morfostruktur təhlili mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi aldı. E. Əlizadə 2004-cü ildə "Geomorfologiya və təkamül coğrafiyası" ixtisasında "Alp-Himalay qovşaq zonası mərkəzi hissəsinin şərq seqmenti dağ sistemlərinin morfostruktur differensiyası qanunauyğunluqları" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri doktoru alimlik dərəcəsi aldı. Bir çox xarici ölkələrdə keçirilən elmi konfranslarda (RF,Ukrayna, Qazaxıstan, Ruminiya, Slovakiya, Böyük Britaniya, ABŞ, İran, Polşa, Çin və s.) dəfələrlə iştirak etmiş və çıxış etmişdir. == Ailəsi == Həyat yoldaşı- Sevil Yunis qızı Quliyeva- coğrafiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Coğrafiya İnstitutunda aparıcı elmi işçi. 1 övladı var. Selin Əlizadə Elbrus qızı == Elmi fəaliyyəti == Onun elmi təqdiqat sahəsi Azərbaycanın dağlıq ərazilərinin morfostruktur quruluşunun kosmik materialların deşifrlənmə materiallarının tətbiqi ilə tədqiqi, kosmik şəkillərin struktur-geomorfoloji deşifrlənmə metodlarının işlənilməsi, geomorfoloji risk və təhlükələrin qiymətləndirilməsi, geodinamiki-gərgin ərazilərin öyrənilməsi, Böyük və Kiçik Qafqaz dağları, geosistemlərinin ekogeomorfoloji tədqiqi, ekogeokomplekslərinin formalaşmasına kompleks endo-ekzodinamiki amillərin təsir dərəcələrinin müəyyən edilməsi olmuşdur.
Elbrus Ərud
Elbrus Ərud (tam adı: Elbrus Ramiz oğlu Seyfullayev; 29 dekabr 1979, Nərimankənd, Puşkin rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist == Həyatı == 1979-cu il 29 dekabrda Biləsuvar rayonunun Nərimankənd kəndində doğulub. Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsini bitirib. Ukraynada Kiev Milli Dövlət Universitetinin Jurnalistika institutunda magistr təhsili alıb. 2003-2004-cü illərdə Xalq Cəbhəsi qəzetində, 2004-2010-cu illərdə APA agentliyində çalışıb. 2010-cu ildə "Qafqazinfo" xəbər portalını yaradıb və onun rəhbəridir. == Kitabları == Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Jurnalistika xatirələrindən bəhs edən "Yaza bilmədiklərim" və publisist yazılarının toplusu olan "Anne annem" kitablarının müəllifidir. 2020-ci il iyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncamı ilə “Əməkdar Jurnalist” adına layiq görülüb.
Elbrus Əzizov
Elbrus Əzizov — Azərbaycan dilçisi, dialektoloq, türkoloq. == Həyatı == Elbrus Əzizov 1947-ci il noyabrın 25 –də Azərbaycan Respublikası Bərdə rayonunun Lənbəran kəndində anadan olub. 1954-1957-ci illərdə Ağdam rayonunun Mahrızlı kənd orta məktəbində oxuyub. 1957-1963-cü illərdə Yevlax şəhərində M.Ə.Sabir adına 2 saylı orta məktəbdə oxuyub. 1963-1965-ci illərdə Yevlax şəhərində M.F.Axundov adına 1 saylı onbirillik orta məktəbdə oxuyub və həmin məktəbi qızıl medalla bitirib. 1965-1970-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1971-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin türkologiya kafedrasının aspirantı olub. 1974-cü ildə "Azərbaycan dili dialekt və şivələrində saitlər ahəngi" mövzusunda namizədlik, 1990-cı ildə "Azərbaycan dilinin tarixi dialektologiyası (Dialekt sisteminin təşəkkülü və inkişafı)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Pedaqoji fəaliyyəti == 1974-cü ildən Bakı Dövlət Universitetində işləyir. 1994-cü ildən Türkologiya kafedrasının professorudur.
Elbrus Əliyev (əsgər, 1962)
== Siyahı ==
Elbrus Əliyev (əsgər, 1973)
Hypericum cyclosepalum var. elbrusense
Atropatan dazısı (lat. Hypericum helianthemoides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B1ab (i, ii, iii, iv, v). Azərbaycanın nadir növüdür. Qafqaz endemidir. == Botaniki təsviri == Yarımkolcuqdur. Hündürlüyü 10-20 sm-dir. Gövdəsi çoxsaylı, nazik, yumru, budaqlıdır. Yarpaqlar xətvari, oturaq və qarşı-qarşıya düzülmüş, 4-7 mm uzunluğunda, 1,5 mm enində, nöqtəvarı vəzilidir. Çiçək qrupu salxım, 1-9 çiçəkli, 3-5 sm uzunluğunda, 1 sm enindədir.

Digər lüğətlərdə