ENLEM
ENTARİ
OBASTAN VİKİ
Ensefalit
Ensefalit (yun. enkephalos- beyin)– baş beyinin iltihabı, xəstəliktörədən mikroorqanizmlərin beyinə keçməsi nəticəsində baş verən infeksion xəstəlik qrupu. Ensefalit spesifik törədicilərin (süzülən virusların bir neçə tipi) bilavasitə beyin toxumasına keçməsindən, bəzi infeksion xəstəliklərdən (qrip, yatalaq, qızılca, skarlatina, suçiçəyi, revmatizm, quduzluq və s.) kəskin və xroniki intoksikasiyadan (qidadan zəhərlənmələr və s.) törəyir. Ensefalit çox zaman təbii mənbə xəstəliyi olub, müəyyən coğrafi landşaftlarda (əsasən tayqa meşələri zonası) yayılır. Onun üçün mövsümi xarakter daşıyıb infeksiya daşıyıcılarının (gənə, ağcaqanad) aktivliyi ilə əlaqədardır. Gənə ensefalitinin mənbəyi bəzi gəmiricilər, iri mal-qara, keçilər, bəzi quş növləri sayılır. Xəstəliyin yayıcıları çox vaxt otlaq gənələri olur. İnfeksion xəstəliklərin təsnifatının ən rasional prinsipi onların səbəblərinə görə təsnifatdır (etioloji amillərə). Ensefalitlərin səbəbi hələlik müəyyən edilmədiyindən, ensefalitlərin təsnifatı zamanı xəstəliyin gedişatının xüsusiyyətləri də istifadə olunur (patogenetik amil). Bu prinsiplərə əsaslanaraq, ensefalitlər əsas və ikincil, virus və mikrob, yoluxucu-allergik, allergik və zəhərli olanlara bölünür.
Enselad (Saturnun peyki)
Enselad (ing. Enceladus; yun. Εγκέλαδος) və ya şərti adı ilə Saturn II — Saturnun ən böyük 6-cı və ən parlaq peyki. 1789-cu ilin 23 avqustunda Vilyam Herşel tərəfindən kəşf edilmişdir. Adını yunan mifologiyasında titan Enseladdan almışdır. Peykin diametri təxminən 500 km-dir. Kütləsinin böyük hissəsini buzlaqlar təşkil edir. == Xarakteristikası == Enseladın digər buz peyklərindən fərqləndirən əsas cəhəti çox parlaq və səthinin hamar olması, parlaq olmasıdır. Enseladın su buzundan ibarət səthi daim yenilənmə içərisindədir. Peyk Günəşdən aldığı işığın 90 %-ni qaytarır.
Enselad (peyk)

Hepatik ensefalopatiya
Hepatik ensefalopatiya — kəskin və xronik qaraciyər xəstəliklərinin beyin funksiyalarında törətdiyi geriyədönən və ləngimə xarakterli neyro-psixoloji (şüur, intellektual və hərəkətə nəzarət) dəyişiklərdir. İlk növbədə beyin qabığına məxsus şüur (xarici təsirə cavab və ayıqlıq), intellektual (yaddaş, qavrama, danışma, diqqət, xarakter və s.) və hərəkətə nəzarət funksiyaları pozulur. Proses irəlilədikcə qabığaltı mərkəzlərin fəaliyyəti, hətta tənəffüs mərkəzi də dayana bilir.