Federasiya

nisbətən müstəqil regionların, dövlət törəmələrinin birliyi olan vahid dövlət quruluşu forması.
Federal Rezerv Sistemi
Ferma
OBASTAN VİKİ
Federasiya
Federasiya (lat. federatio, hәrfәn - birlik, ittifaq) — tәrkib hissәlәri nisbәtәn müstәqil dövlәti qurumlar (ştatlar, federal әrazilәr, kantonlar vә s.) olan dövlәt. Konfederasiyadan (dövlәtlәr ittifaqı) vә unitar dövlәtdәn fәrqli olaraq Federasiya ittifaq dövlәti adlandırılır. Müasir dünyada Federasiyalar nisbәtәn azdır, lakin onların arasında dünya birliyindә mühüm rol oynayan Rusiya, Almaniya, ABŞ, Kanada, Braziliya, Hindistan kimi dövlәtlәr var. Federasiyaların çoxunda federativ quruluşun әsasında yalnız әrazi amili dayanır vә dövlәt hәr hansı etnik, milli problemlәri hәll etmir. Lakin milli әrazi prinsipinә әsaslanan Federasiyalar da var. Bir çox Federasiya müqavilә (mәs., 1922-ci ildә SSRİ), digәrlәri konstitusiya (mәs., RSFSR) әsasında yaradılmışdır. Bәzi Federasiyalarda asimmetrikliyә rast gәlinsә dә (bax Asimmetrik federasiya), bununla belә federativ quruluşun әn mühüm prinsiplәrindәn biri Federasiya subyektlәrinin bәrabәrhüquqlu olmasıdır. Federal dövlətlərin siyahısı: Amerika Birləşmiş Ştatları Almaniya Federativ Respublikası Argentina Respublikası Avstraliya İttifaqı Avstriya Respublikası Belçika Krallığı Birləşmiş Ərəb Əmirlikləri Bosniya və Herseqovina Braziliya Federativ Respublikası Efiopiya Federativ Demokratik Respublikası Hindistan Respublikası İraq Respublikası İsveçrə Konfederasiyası Kanada Komor adaları Malayziya Meksika Birləşmiş Ştatları Mikroneziya Federativ Ştatları Nepal Federativ Demokratik Respublikası Nigeriya Federativ Respublikası Pakistan İslam Respublikası Rusiya Federasiyası Sent-Kits və Nevis Federasiyası Cənubi Sudan Respublikası Sudan Respublikası Venesuela Bolivar Respublikası.
Federasiya (kompleks)
Federasiya (kompleks) (rus. Федерация (комплекс)) — Moskva Beynəlxalq Biznes Mərkəzində - Moskvada tikilmiş çoxmərtəbəli binaların kompleksidir. Şərq (rus. Восток) göydələni Sankt-Peterburqdakı Laxta Mərkəzindən sonra Avropanın ikinci ən yüksək tikilisi hesab edilir. Memarlıq layihəsi Serqey Çoban və Peter Şveqer ilə birlikdə hazırlanmışdır. Şərq qülləsi - 95 mərtəbəli göydələn. 2014-cü il noyabrın 25-də bu tikilinin ən yüksək göstəricisi 343 metrə çatdıqda Rusiyanın və Avropanın ən yüksək binası oldu. Monolitik çərçivənin tikintisi 9 dekabr 2014-cü ildə başa çatdırılmışdır. 2015-ci ilin sonunda mühəndislik və şüşə işləri tamamlanır, tikinti tam olaraq isə 15 noyabr 2017-ci ildə başa çatmışdır. 2017-ci ildə Federasiya kompleksinin hündürlüyü 374 metrə çatmışdır.
Rusiyanın federasiya subyektləri
Rusiyanın federasiya subyektləri - Rusiya Federasiyasında yuxarı dərəcəli ərazi vahidinin adıdır. Rusiya Federasiyasının 1993-cü ildə qəbul edilən konstitusiyasına əsasən Rusiya federativ dövlətdir və Rusiya Federasiyası bərabər hüquqlu subyektlərdən ibarətdir. Konstitusiyaya əsasən Rusiya Federasiyasının tərkibinə 85 subyekt daxildir, həmçinin 22 respublika, 9 vilayət, 46 əyalət, 3 federal əhəmiyyətli şəhər, 1 muxtar vilayət, 4 muxtar dairə. Fedreasiya subyektləri 8 federal dairədə qpuplaşır: Mərkəzi, Cənub, Şimal-Şərq, Uzaq Şərq, Sibir, Ural, Volgayanı, Şimali Qafqaz.Federasianın hər subyektində parlament və icraedici orqan (hökumət) vardır. Çoxunda həmçinin 5 il müddətinə bərabər və birbaşa seçilməklə baş vəzifəli şəxs postu vardır. Federasianın hər subyektində öz inzibati-ərazı bölgüsü vardır. Adətən bü respublika (vilayət) əhəmiyyətli rayon və şəhərlərdir.
İngiltərə Federasiya Kuboku
The Football Association Challenge Cup və yaxud FA Kuboku. İngiltərə'də hər il İngiltərə Futbol Federasiyası tərəfindən təşkil olunan turnir. 1871-ci ildə yaradılan FA Kuboku dünyadakı ilk futbol turniridir. Kuboku ən çox hərəyə 12 dəfə Arsenal və Mançester Yunayted klubları qazanıblar. 1871-ci ildə yaradılan turnir dünyanın ən yaşlı futbol turniridir. İngiltərə ilə yanaşı bəzi Uels klublarıda turnirin iştirakçılarındandırlar. I-ci Dünya Müharibəsi (1915–1919) və II-ci Dünya Müharibəsi (1939–1945) illərində fasilə verilən turnir, digər bütün illərdə təşkil olunmuşdur. 42 fərqli komandanın qazandıqı turnirin ilk qalibi Uonderers klubudur. Turnir finala kimi tək oyunluq ələmə sistemi ilə irəliləyir. Oyun bərabərə bitərsə qonaq komandanın meydançasında ikinci bir oyun təşkil olunur və 90 dəqiqənin sonunda qalib müəyyənləşməsə 15 dəqiqəlik iki əlavə hissə oynanılır.
Avtomatik İdarəetmə üzrə Beynəlxalq Federasiya
Avtomatik İdarəetmə üzrə Beynəlxalq Federasiya— 1957-ci ildə yaradılmış və 49 təşkilatın üzv olduğu çoxmillətli federasiya. Bu üzv təşkilatların hər biri öz ölkəsində avtomatik idarəetməyə aid olan mühəndislik və elmi cəmiyyətləri təmsil edir. Federasiyanın məqsədi mühəndislik, fiziki, bioloji, sosial və ya iqtisadi kimi bütün sistemlərdə idarəetmənin elm və texnologiyasını inkişaf etdirməkdir. İFAC həmçinin cəmiyyətə idarəetmə texnologiyalarının təsiri ilə də məşğul olur. Beynəlxalq Dünya Konqresi üç ildən bir keçirilir. Konqreslər arasında, İFAC avtomatik idarəetmənin konkret aspektlərini əhatə edən bir çox simpozium, konfrans və seminarların keçirilməsinə sponsorluq edir. İFAC-ın rəmi buraxdığı jurnallar: Automatica, Control Engineering Practice, Annual Reviews in Control, Journal of Process Control, Engineering Applications of Artificial Intelligence və Journal of Mechatronics.
İngiltərə Federasiya Kuboku finalı 1965
İngiltərə Federesiya Kuboku finalı 1965 — 1964/65-ci il İngiltərə Federasiya Kuboku uğrunda final matçı may ayında London şəhərində yerləşən Uembli stadionunda "Liverpul" və "Lids" klubları arasında keçirilmişdir. Bu matç 1964/65 mövsümünün kubok yarışmasında son matç olmuşdur. "Liverpul" bundan öncə 1914-cü və 1950-ci illərdə iştirak etdiyi hər iki kubok finalında məğlub olmuşdur. "Lids" isə ilk dəfə bu turnirin finalına vəsiqə qazanmışdır. Hər iki klub turnirə üçüncü mərhələdən başlamışdır. "Liverpul" keçirdiyi oyunların əksəriyyətində 2 qoldan artıq top vura bilməmişdir. "Lids" isə keçirdiyi ilk oyunda "Stokport Kauntri" klubunu 3–0 hesabı ilə məğlub etmişdir. Daha sonra yarımfinal matçında Mançester Yunaytedə qarşı ilk matçda 0–0 bərabərə qalsa da, cavab oyununda 1–0 hesabı ilə qalib gəlmişdir. 100.000 tamaşaçının izlədiyi final matçında tərəflər çox çalışsa da, əsas vaxtda hesab açılmamışdır. Matçın əvvəlində "Liverpul"un müdafiəçisi Cerri Bern körpücük sümüyünü sındırsa da, oyunu davam etdirmişdir.
Cənubi Afrika Həmkarlar İttifaqları Federasiyası
Cənubi Afrika Həmkarlar İttifaqları Federasiyası (ing. Federation of Unions of South Africa) — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir. Federasiya 1 aprel 1997-ci ildə yaranmışdır. Həmin dövrdə ölkədə iki həmkarlar ittifaqı fəaliyyət göstərirdi. Hər iki təşkilat ölkədə işçilərin hüquqlarını müdafiə edə biləcək vahid və güclü bir təşkilata ehtiyac duyulduğunu hiss edir. Beləliklə, onlar vahid federasiyada birləşir. Qurumun yaranmasında əsas məqsəd Afrika işçi hərəkatında demokratik mühit yaratmaq olub. Hazırda təşkilatın tabeçiliyində 18 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Federasiya 556 min üzvü özündə cəmləşdirir.
Cənubi Sudan Futbol Federasiyası
Cənubi Sudan Futbol Federasiyası — Cənubi Sudanın futbol təşkilatı. Cənubi Sudan Futbol Federasiyası FİFA tərəfindən rəsmən 2012-ci ildə tanıyıb. Afrika Futbol Konfederasiyasına qəbul olunan yeni ölkə bu təşkilatın 54-cü üzvü olub.
Danimarka İşçilərin Birləşmiş Həmkarlar İttifaqı Federasiyası
Danimarka İşçilərin Birləşmiş Həmkarlar İttifaqı Federasiyası (dan. Fagligt Fælles Forbund) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan ən böyüyü. Federasiya 381 min ittifaq üzvünü özündə birləşdirir. Üzvlərin yarıdan çoxu qadınlardır. İttifaq üzvləri 6 müxtəlif sahədə fəaliyyət göstərirlər: sənaye, nəqliyyat, ictimai, tikinti və inşaat, bağçılıq, kənd təsərrüfatı, meşə təsərrüfatı özəl xidmət sektoru. Təşkilatın 75 yerli komitəsi var. International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Dünya Alpaqut Federasiyası
Dünya Alpaqut Federasiyası və ya qısaca: DAF (ing. World Alpagut Federation (WAF)) — Alpaqut Turan Döyüş sənətini inkişaf etdirmək və digər ölkələrdə olan alpaqut klub və federasiyalarını idarə etmək üçün 2014-cü ildə yaradılmış beynəlxalq idman təşkilatı. Federasiyanın dünyada 50-dən çox ölkədə rəsmi nümayəndəlikləri, klub və federasiyaları var. 2014-cü ilin əvvəlindən Alpaqut Turan Döyüş sənətinin qurucusu Vasif Namazovun təşəbbüsünə əsasən, Alpaqut idman növünün inkişafı məqsədilə Dünya Alpaqut Federasiyası adında Beynəlxalq İdman Təşkilatının yaradılması qərarı verildi. Federasiyanın təsis olunmasında Gürcüstan Respublikasından Müşfiq Əliyev, Faiq Məmmədov, Azərbaycandan isə Fərid Əlizadə və Vasif Namazovun özü iştirak etdi. 5 nəfərdən ibarət yaradılan idarə heyəti, federasiyaya ilk Prezident Fərid Əlizadəni seçdi və 12 fevral 2014-cü il tarixindən etibarən federasiya rəsmən qeydiyyatdan keçərək fəaliyyətə başladı. 2015-ci il tarixindən etibarən, Alpaqutun inkişafı naminə Dünya Alpaqut Federasiyasının yenidən formalaşmasına qərar verildi. 12 yanvar 2015-ci il tarixində Fərid Əlizadə və federasiyanın strukturu istefa verdi. 18 mart 2015-ci il tarixində, Azərbaycanda Atatürk Mərkəzində, Dünya Alpaqut Federasiyasının ümümi yığıncağı növbədənkənar qurultay çağırdı. Qurultayda Araz Abdullaev, Asiman Abdurrahmanov, Kamil Yusubov, Faiq Məmmədov, Arzu Eyvazov, Anar Xəlilov, Elnur Hüseynov, Əkbər Goşalı və Vasif Namazov Dünya Alpaqut Federasiyasının İdarə heyətinin üzləri seçildi.
Dünya Arıçılıq Assosiasiyaları Federasiyası
"Apimondiya" (ing. Apimondia), Dünya Arıçılıq Assosiasiyaları Federasiyası (ing. International Federation of Beekeepers' Associations) — məqsədi arıçılıq sənayesi ilə məşğul olan alimləri, sahibkarları və ictimai xadimləri bir araya gətirmək olan dünya miqyaslı təşkilat. Qərargahı İtaliyanın Roma şəhərində yerləşir. Prezidenti Filipp MakKeyb olmuşdur. O, 20 oktyabr 2018-ci ildə vəfat etdikdən sonra təşkilata vitse-prezident Peter Kozmus rəhbərlik edir. Təşkilat öz "Apiacta" jurnalını nəşr edir. 1897-ci ildən DASF çərçivəsində dünyanın müxtəlif şəhərlərində keçirilən arıçılıq konqresləri keçirilir. Yarandığı gündən "Apimondiya" apiterapiyaya xüsusi diqqət yetirir, onun daimi elmi komissiyası var. "Официальный сайт МФПА" (ingilis).
Dünya Fudokan Federasiyası
Efiopiya Futbol Federasiyası
Efiopiya Futbol Federasiyası — Efiopiyada futbola nəzarət edən rəsmi qurum. 2008-ci ilin iyulundan diskvalifikasiya olunan Efiopiya federasiyasında keçən seçkilərin nəticəsi ləğv olunmuşdu. Baş verənlərə görə bu ölkənin milli komandası 2010-cu il dünya çempionatının seçmə mərhələ oyunlarından çıxarılıb. Efiopiya Futbol Federasiyası bir illik fasilədən sonra 2009-cu ildə yenidən FİFA-nın üzvlüyünə qaytarılıb. Bu, yerli federasiyada rəhbər dəyişikliyindən sonra baş verib. Ali futbol qurumu bununla bağlı rəsmi bəyanat yayıb: "FİFA Həbəşistan federasiyasında seçkilərin gedişindən razıdır. Bu, ötən həftəsonu FİFA-nın nümayəndələrinin müşahidəsi ilə keçirilib. İndi Həbəşistan yenidən dünya ali futbol qurumunun üzvü kimi bütün üstünlüklərdən istifadə edə bilər".
Erməni İnqilabi Federasiyası
Erməni İnqilabi Federasiyası, Daşnaksutyun (erm. Հայ Յեղափոխական Դաշնակցություն; Hay Heğapoxakan Daşnaksutyun) — millətçi-terrorçu erməni partiyası (digər adı "Erməni inqilabi ittifaqı");ən iri və mütəşəkkil erməni siyasi təşkilatlarından biri. 1890-cı ildə Tiflisdə yaradılıb. Erməni diasporunun olduğu bütün ölkələrdə büroları fəaliyyət göstərir. Hazırkı ali şura sədri İşxan Sağatelyandır. 1890-cı ildə Gürcüstanın mərkəzi Tiflisdə yaradılmış bu partiyanın əsası üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən qoyulub. Təşkilat ilk vaxtlar "Erməni İnqilabçılarının İttifaqı" adlanırdı. Daşnakların məqsədi, silah və güc tətbiqi ilə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaq idi. 1891-ci ildə nəşr olunan və Daşnaksutyunun mətbu orqanı olan "Droşak" (bayraq) qəzetində daşnaklar öz proqramları barədə bunları yazırdılar: "Bizim partiyamız öz məqsədlərinə yalnız diplomatiya yolu ilə nail olmaq istəyənlərlə heç cür razılaşa bilməz. Bizim diplomatlarımız öz marağından və güclülərin marağından çıxış edir.
Finlandiya Futbol Federasiyası
Finlandiya Futbol Federasiyası — Finlandiyada ali futbol qurumu. Finlandiya Futbol Federasiyası 1907-ci ildə yaranıb. 1908-ci ildən FİFA, 1954-cü ildən UEFA-nın üzvüdü.
Gürcüstan Futbol Federasiyası
Gürcüstan Futbol Federasiyası (GFF) (gürc. საქართველოს ფეხბურთის ფედერაცია , sakartvelos pekhburtis pederatsia) — 1936-cı ildə yaradılmışdır. 1936–1989-cu illərdə Sovet İttifaqı Futbol Federasiyasının tərkibində olub. Müstəqil Gürcüstan Futbol Federasiyası isə 1990-cı il fevralın 15-də yaradılıb və Gürcüstanda futbolun idarəedici orqanıdır. Futbol liqasını, Gürcüstan Premyer Liqasını və Gürcüstan milli futbol komandasını təşkil edir. Tbilisidə yerləşir.
Həbəşistan Futbol Federasiyası
Efiopiya Futbol Federasiyası — Efiopiyada futbola nəzarət edən rəsmi qurum. 2008-ci ilin iyulundan diskvalifikasiya olunan Efiopiya federasiyasında keçən seçkilərin nəticəsi ləğv olunmuşdu. Baş verənlərə görə bu ölkənin milli komandası 2010-cu il dünya çempionatının seçmə mərhələ oyunlarından çıxarılıb. Efiopiya Futbol Federasiyası bir illik fasilədən sonra 2009-cu ildə yenidən FİFA-nın üzvlüyünə qaytarılıb. Bu, yerli federasiyada rəhbər dəyişikliyindən sonra baş verib. Ali futbol qurumu bununla bağlı rəsmi bəyanat yayıb: "FİFA Həbəşistan federasiyasında seçkilərin gedişindən razıdır. Bu, ötən həftəsonu FİFA-nın nümayəndələrinin müşahidəsi ilə keçirilib. İndi Həbəşistan yenidən dünya ali futbol qurumunun üzvü kimi bütün üstünlüklərdən istifadə edə bilər".
Keniya Əmək Federasiyası
Keniya Əmək Federasiyası və ya qısaca KƏF (ing. Kenya Federation of Labor) — Keniyanın keçmiş həmkarlar ittifaqı təşkilatlarından biri. Keniyada həmkarlar ittifaqları İkinci Dünya müharibəsindən sonra formalaşmağa başlamışdır. Bir sıra təşkilatlar bu istiqamətdə bir müddət müstəqil fəaliyyət göstərdikdən sonra, 1952-ci ildə birləşərək Keniya Həmkarlar İttifaqları Federasiyasını yaradırlar. Təşkilatın rəhbəri o illərdə ölkənin həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən Aqrey Minya seçilir. 1955-ci ildə təşkilatın adı dəyişdirilərək Keniya Əmək Federasiyası adlanır. Ölkədə siyasi vəziyyət çox gərgin olduğu 1963-cü ildə daxili qalmaqallar çevrilişə gətirib çıxardır. Ölkədə bütün idarələr dağıldığı halda, yalnız KƏF salamat qalaraq, işçilər qarşısında vəzifəsini tam olaraq yerinə yetirirdi. Hətta deyilənlərə görə, Keniyada daxili qarışıqlığın sakitləşməsində və hökumətin fəaliyyətinin yenidən bərpa olunmasında federasiyanın böyük rolu olub. Bundan sonra federasiyanın nüfuzu daha da artır.
Kosovo Futbol Federasiyası
Kosovo Futbol Federasiyası (alb. Federata e Futbollit e Kosovës, serb. Fudbalski savez Kosova (FSK) / Фудбалски савез Косова (ФСК)) və ya qısaca KFF — Kosovoda futbola nəzarət edən rəsmi qurum. Baş ofisi paytaxtda – Priştina şəhərində yerləşir. Federasiyaya Fadil Vokri rəhbərlik edirdi. Kosovo Futbol Federasiyasının yaranma tarixi 1946-cı ildən başlayır. 2016-cı il may ayının 3-də Macarıstanın paytaxtı Budapeştdə quruma üzv olan bütün milli assosiasiyaların iştirakı ilə keçirilmiş UEFA-nın 40-cı Növbəti Konqresində Kosovonun UEFA-ya üzvlüyü müzakirə edilib. Səsvermədə 54 səsdən Kosovonun üzvlüyü lehinə 28, əleyhinə 24 səs verilib; 2 bülleten isə etibarsız sayılıb. Səsvermdən sonra Kosovo UEFA-ya daxil olan 55-ci ölkə kimi tanınmışdır. UEFA-dan sonra FİFA da bu ölkənin üzvlüyü məsələsinə baxılmışdır.
Lixtenşteyn Futbol Federasiyası
Lixtenşteyn Futbol Federasiyası — 1934-cü ildə (bəzi mənbələrə görə 1933-cü ildə) yaradılsa da, FİFA və UEFA-ya 40 il sonra — 1974-də daxil olub. Lixtenşteyn yığması rəsmi beynəlxalq yarışlarda 1994-cü ildən çıxış edir. Həmin il aprelin 27-də Belfastda AÇSO turniri çərçivəsində Şimali İrlandiya futbolçularına 1:4 hesabı ilə məğlub olub. İlk matçda ilk qolu Daniel Hasler vurub. Debütantın 1995-ci il iyunun 3-də öz meydanında güclü İrlandiya ilə heç-heçə — 0:0 oynaması Avropada böyük əks-səda doğurdu.
Malay Federasiyası
Malay Federasiyası (malay Persekutuan Tanah Melayu) — 1948-ci ildən 1963-cü ilə qədər mövcud olan 11 ştatın bir federasiyası (9 Malay sultanlığı və ingilis yaşayış yerləri Pinanq və Malakka) . Paytaxtı — Kuala Lumpur. 1946-cı ildə bu 11 ştatdan vahid ingilis müstəmləkəsi - Malay ittifaqı təşkil olundu . Malay millətçilərinin kəskin mübarizəsi və etiraz çıxışlarının güclənməsi nəticəsində ittifaq tezliklə dağıldı və 1948-ci ilin yanvarından Malay ittifaqı Malay Federasiyası halında təşkil olundu. Malay ittifaqının tərkibində hüquq və imtiyazlarından məhrum olan Malay sultanları Federasiyanın tərkibində dövlət başçısı mövqelərinin bərpa olunmasına nail oldular. Malay sultanlıqları Böyük Britaniyanın protektoratlıqları oldular, Pinanq və Malakka isə Britaniya müstəmləkə əraziləri kimi qalmaqda davam edirdilər. 31 avqust 1957-ci ildə Federasiya Millətlər cəmiyyətinin tərkibində müstəqillik hüququ əldə etdi və BMT-nin üzvü oldu . . 1963-cü ildə Malay Federasiyası, Sinqapur, Saravak və Şimali Borneo Malayziya dövlətində birləşdilər , 9 avqust 1965-ci ildə Sinqapur Malayziyadan ayrılaraq müstəqil dövlət oldu . Colonial administration records (migrated archives): Malaya at The National Archives (Pg. 52) The UK Statute Law Database: Federation of Malaya Independence Act 1957 (c.
Müqəddəs apostol Andrey Pervozvannı ordeni (Rusiya Federasiyası)
Müqəddəs apostol Andrey Pervozvannı ordeni — Rusiya Federasiyasının ali ordeni. Rusiya Federasiyası Prezidentinin 1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanı ilə bərpa olunub.. Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanından çıxarış: Müqəddəs apostol Andrey Pervozvannı ordeni Rusiya Federasiyasının ali dövlət mükafatı sayılır. Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə və digər vətəndaşlar Rusiya Federasiyasının görkəmli dövlət və ictimai xadimləri, Rusiyanın şöhrəti və əzəməti çiçəklənməsinə səbəb olan müstəsna xidmətlərinə görə təltif olunur. Xarici dövlətlərin başçıları və hökumət rəhbərləri Rusiya Federasiyası qarşısında görkəmli xidmətlərinə görə Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə təltif oluna bilər. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanı bu orden zəncirindən və ya rozetdə çiyin üzərində dolaşır. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanın zəncirində taxılmasına xüsusilə təntənəli hallarda yol verilir. Rozetdə çiyin üzərində onun Müqəddəs apostol Andrey Pervozvannı ordeninin işarəsi sağ çiynə keçirilir. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin ulduzu sinənin sol tərəfində, aşağıda orden kötükləri, orden özü solda yerləşir. Döyüş əməliyyatlarında fərqlənməyə görə nişanını və ulduz ordeni ilə təltif edilmiş Müqəddəs apostol Andrey Pervozvannı qılınclarla ilə verilir.
Müqəddəs böyük Yekaterina ordeni (Rusiya Federasiyası)
Müqəddəs böyük Yekaterina ordeni — Rusiya Federasiyasının dövlət mükafatı. Müqəddəs böyük Yekaterina ordeni Rusiya Federasiyasının Prezidenti D. Medvedyevin 3 may 2012-ci il tarixli 573 saylı "Yaxşılıq Uğrunda" Müqəddəs böyük Yekaterina fərqlənmə nişanı və ordeninin təsis edilməsi haqqında" fərmanı ilə yaradılmışdır. 1. Müqəddəs böyük Yekaterina ordeni yüksək dini-mənəvi mövqeyi ilə tanınmış və Rusiya Federasiyasının vətəndaşlarına və xarici dövlətlərin vətəndaşlarına sülhməramlı, humanitar və xeyriyyəçilik fəaliyyətində, mədəni irsinin qorunmasında verdiyi töhfəyə görə təqdim edilir. 2. Müqəddəs böyük Yekaterina ordeni lenti sinənin sağ tərəfində daşınır. Müqəddəs böyük Yekaterina ordeni lentini sinənin sağ tərəfində Rusiya Federasiyasının digər dövlət mükafatları ilə birlikdə daşımağa icazə verilir. Müqəddəs böyük Yekaterina ordeninin ulduzu çiynin sol tərəfində "Vətənə xidmətə görə" ordenin ulduzu altında daşınır. 3. Xüsusi hallarda Müqəddəs böyük Yekaterina ordeninin lentini sinənin sağ tərəfində daşınmasına icazə verilir.
Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası
Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası (GFOTU) — Omanın ən böyük milli həmkarlar ittifaqları birliyi. Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası 2010-cu ilin fevral ayında yaranmışdır. Həmin vaxt 50-yə qədər təşkilatı təmsil edən 100-dən çox nümayəndənin qatıldığı qurultayda Federasiyanın 11 nəfərdən ibarət İcraedici Şurası seçilmişdir. Şuranın üzvləri arasında iki nəfər qadın təmsilçi də var idi. İcraedici Şuranın sədri vəzifəsinə isə Saud Əli Abdulla Əl Cəbri seçilmişdir. International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Polşa Futbol Federasiyası
Polşa Futbol Federasiyası — 1919-cu ildə yaranıb. 1923-cü ildən FİFA, 1954-cü ildən UEFA-nın üzvüdü.
Portuqaliya Futbol Federasiyası
Portuqaliya Futbol Federasiyası — 1914-cü ildə yaranıb. 1923-cü ildən FİFA-nın, 1954-cü ildən UEFA-nın üzvüdür.
Qərbi Hind adaları federasiyası
Qərbi Hind adaları federasiyası 1958-1962 ci illərdə Karib dənizi hövzəsində Britaniya dəniz kənarı torpaqlarında hökm sürmüş qısa ömürlü siyasi birlik. Federasiya Trinidad və Tobaqo, Barbados, Yamayka, Leeverd və Vinvard adalarının bir araya gəlməsi ilə araya gəlmişdir. Paytaxtı Trinidad və Tobaqonun mərkəzi olan Port of Spein şəhəri idi. Federasiyanin hədəfi bir ölkə halında Britaniyadan ayrılaraq azad olmaq idi. Nəticədə federasiyaya daxil olan adaların bir qismi Aquilla Montserrat, Sayman adaları və Türks və Kaykos adaları xaricində Antiqua və Barbuda, Barbados, Dominika, Qrenada, Yamayka, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadinlər və Trinidad və Taboqo olmaq üzrə Britaniyadan ayrılırlar. Federasiya Britaniyanın Karib torpaqlarında qurulmuş siyasi birlik idi. Hədəf 1962-ci ildə müstəqillik əldə etmək idi, ancaq bu birlik müəyyən çətinliklər səbəbindən varlığını qoruya bilmir. Federasiyanın ən böyük əhalisinə və ərazisinə malik olan Yamayka birliyin siyasi və iqtisadi yükü üzərinə düşməsindən qorxaraq 1961-ci ildə birlikdən cıxır. 1962-ci ildə Yamayka və Trinidad Tabaqo Millətlər Birliyinə üzv olaraq öz müstəqilliyini elan edirlər. 1966-cı ilədə Barbados istiqlaliyyətini elan edir.
Rusiya Azad Həmkarlar İttifaqları Federasiyası
Rusiya Azad Həmkarlar İttifaqları Federasiyası (rus. Федера́ция незави́симых профсою́зов Росси́и - ФНПР) — Rusiya Federasiyasının milli həmkarlar ittifaqları təşkilatlarından biri; ölkə əməkçilərini cəmləşdirən ən irimiqyaslı təşkilatdır Mərkəzi ofisi ölkənin paytaxtı olan Moskva şəhərində yerləşir. Federasiya 23 mart 1990-cı ildə yaranmışdır. Federasiya çox nadir hallarda kollektiv tədbirlərə əl atır. Onun tarixi ərzində bir neçə təşkil etdiyi bir neçə tətil olmuşdur ki, adətən milyonlarla Rusiya vətəndaşı bu tətillərin iştirakçısı olmuşdur. Belə tətillərdən biri 1998-ci ildə iqtisadi islahatlara, digəri 2004-cü ildə insanların sosial hüquqlarının əzilməsinə qarşı, 2007-ci ildə isə layiqli əmək tələbi ilə keçirilib. Federasiya cəmiyyətdə layiqli əməyin bərpa olunması istiqamətində çoxsaylı işlər görür. Təşkilatın 2011-ci ilin yanvar ayında keçirilmiş VII qurultayında "Layiqli əmək – insan rifahının və ölkə inkişafının əsas təminatçısıdır" adlı proqramın yerinə yetirilməsi təsdiqlənmişdir. Bu proqram Federasiyanın əməkhaqqı ilə bağlı vəzifələrini təyin edir. Yəni aşağıdakı bir sıra məsələləri əhatə edir: Rusiyada maaşın Avropadakı orta əməkhaqqı səviyyəsinə çatdırılması; iş qabiliyyətli əhalinin məşğulluğunu; təhlükəsiz iş şəraitini; layiqli təqaüdü təmin etmək; dövlət sosial sığortalarına riayət olunmasının gedişatını nəzarətdə saxlamaq; əməkçilərin həyat səviyyəsini qaldırmaq.
Rusiya Federasiyası
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət və ya Ərəsəy — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Federasiya ilə idarə olunan qəbilə əraziləri
Federal idarə olunan qəbilə əraziləri (FATA ; puşt. فدرالي قبايلي سيمې ; urdu وفاق کے زیر انتظام قبائلی علاقہ جات‎) Pakistanın şimal-qərbində, 1947-ci ildən KPK-nın Əyalət Məclisi ilə yanaşı mövcud olan və Pakistan parlamenti tərəfindən qəbul edilmiş Pakistan Konstitusiyasına İyirmi Beşinci Düzəlişlə 2018-ci ildə qonşu əyalət Hayber Paxtunxva ilə birləşdirilən müddətə qədər mövcud olmuş muxtar özünüidarə etmə hüququ olan qəbilə bölgəsi idi. O, yeddi qəbilə ərazisi(rayon) və altı Sərhəd rayonlarında ibarət idi və birbaşa Pakistan hökuməti tərəfindən Sərhəd Cinayətləri Qaydaları adlı xüsusi qanunlar dəsti ilə idarə olunurdu. 24 may 2018-ci ildə Pakistan Milli Assambleyası tərəfindən irəli sürülən və ertəsi gün Senat tərəfindən təsdiqlənən FATA-KP birləşməsi üçün Pakistan Konstitusiyasına düzəlişin lehinə səs verdi. Dəyişiklik Hayber-Paxtunxva əyalətinə təsir göstərdiyi üçün 27 may 2018-ci ildə Hayber Paxtunxva Məclisinə təsdiq üçün təqdim edildi və səs çoxluğu ilə qəbul edildi. 2018-ci il mayın 28-də Pakistan Prezidenti FATA-nın Müvəqqəti İdarəetmə Qaydasını iki il müddətində Xayber Paxtunxva ilə birləşənə qədər FATA üçün müvəqqəti qaydalar toplusunu imzaladı. 25-ci Düzəliş 31 may 2018-ci ildə Prezident Məmnun Hüseyndən razılıq aldı, bundan sonra FATA rəsmi olaraq Hayber Paxtunxva ilə birləşdirildi.
Federasiya ilə idarə olunan qəbilə əraziləri(Pakistan)
Federal idarə olunan qəbilə əraziləri (FATA ; puşt. فدرالي قبايلي سيمې ; urdu وفاق کے زیر انتظام قبائلی علاقہ جات‎) Pakistanın şimal-qərbində, 1947-ci ildən KPK-nın Əyalət Məclisi ilə yanaşı mövcud olan və Pakistan parlamenti tərəfindən qəbul edilmiş Pakistan Konstitusiyasına İyirmi Beşinci Düzəlişlə 2018-ci ildə qonşu əyalət Hayber Paxtunxva ilə birləşdirilən müddətə qədər mövcud olmuş muxtar özünüidarə etmə hüququ olan qəbilə bölgəsi idi. O, yeddi qəbilə ərazisi(rayon) və altı Sərhəd rayonlarında ibarət idi və birbaşa Pakistan hökuməti tərəfindən Sərhəd Cinayətləri Qaydaları adlı xüsusi qanunlar dəsti ilə idarə olunurdu. 24 may 2018-ci ildə Pakistan Milli Assambleyası tərəfindən irəli sürülən və ertəsi gün Senat tərəfindən təsdiqlənən FATA-KP birləşməsi üçün Pakistan Konstitusiyasına düzəlişin lehinə səs verdi. Dəyişiklik Hayber-Paxtunxva əyalətinə təsir göstərdiyi üçün 27 may 2018-ci ildə Hayber Paxtunxva Məclisinə təsdiq üçün təqdim edildi və səs çoxluğu ilə qəbul edildi. 2018-ci il mayın 28-də Pakistan Prezidenti FATA-nın Müvəqqəti İdarəetmə Qaydasını iki il müddətində Xayber Paxtunxva ilə birləşənə qədər FATA üçün müvəqqəti qaydalar toplusunu imzaladı. 25-ci Düzəliş 31 may 2018-ci ildə Prezident Məmnun Hüseyndən razılıq aldı, bundan sonra FATA rəsmi olaraq Hayber Paxtunxva ilə birləşdirildi.

Digər lüğətlərdə