fərdi
fərəh
OBASTAN VİKİ
Anar Fərəcbəyli
Anar Fərəcov
Ağbulaq-Fərəcbəy (Ərak)
Ağbulaq-Fərəcbəy — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Sərbəndi-Süfi (Aşağı Sərbənd) kəndistanında, Ərak şəhərindən 45 km cənub-qərbdədir.
Aşağı Fərəcan
Aşağı Fərəcan — Azərbaycan Respublikasının Laçın rayonunun Aşağı Fərəcan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşən kənd Həkəri çayının sol sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin cənub-qərb ətəyindədir. Keçmiş adı Haraldır. 1954-cü ildə qonşu Fərəcan kəndindən köçüb gəlmiş ailələr məskunlaşdığı üçün kəndin adı dəyişdirilərək Aşağı Fərəcan adlandırılmışdır. Oykonim "Aşağıda yerləşən Fərəcan kəndi" deməkdir 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilik idi.
Baba Fərəc Vayqani
Baba Fərəc Vayqani Azərbaycanda yaşamış təsəvvüf alimi. Vayqan şəhərində dünyaya gəlmişdir.
Cavid Fərəcov
Cavid Yaşar oğlu Fərəcov (1989; Qızılavar, Masallı rayonu, Azərbaycan SSR) — Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru. == Həyatı == Cavid Fərəcov 1989-cu ildə Masallı rayonunun Qızılavar kəndində anadan olub. == Hərbi xidməti == Cavid Fərəcov 2008-ci ildən Azərbaycan Hərbi Hava Qüvvələrinin sıralarında xidmət edir. Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru olan Cavid Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan, Cəbrayıl və Füzuli istiqamətlərində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələrinin, canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Fərəcov "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Fərəcov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Fərəcov "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Fərəcov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Fərəcov "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəmil Fərəcov
Cəmil Əliqulu oğlu Fərəcov (13 fevral 1946, Bakı – 1 avqust 2023) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). == Həyatı == Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu (1969), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib (1974). 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. 1997–2002-ci illərdə "Yaddaş" sənədli filmlər studiyasının bədii rəhbəri və direktoru, 2002–2006-cı illərdə Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsinin müdiri, 2006–2012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrində çalışıb. Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var idi. Cəmil Fərəcov Fərəcov 1 avqust 2023-cü ildə vəfat edib. "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. == Filmoqrafiya == Arvadım Mənim, Uşaqlarım Mənim (1978) "Azərbaycan" dünyanı gəzir (film, 1984) "Azərbaycan"da dəniz səyahəti (film, 1976) Ağır şkaf (film, 1971) Axırıncı maqın sonu (film, 1974) Ayna və Həmid (film, 1990) Azərbaycan kinosu-80 (film, 1996) Azərbaycan məktəbi yüksəlişdə (film, 1972) Azərbaycan və Nobel qardaşları (film, 1991) Başdan ayağa (film, 1973) Bəhrə (film, 1984) Bir səfərin izilə (film, 1980) Biz qayıdacağıq (veriliş, 2007) (II) Çay daşının göz yaşı...
Dilarə Fərəcullayeva
Dilarə Fərəcullayeva (tam adı: Dilarə Rəhim qızı Fərəcullayeva; 29 may 1957) — Azərbaycan kino və teatr aktrisası. == Həyatı == 1957-cu il sentyabrın 29-da Bakı şəhərində doğulub. 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1979-1987-ci illərdə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram, 1992-1997-ci illərdə Bakı Bələdiyyə Teatrlarında aktrisa vəzifəsində işləyib. 1997-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. == Teatr səhnəsindəki rolları == Vlasta - («Məktub», Panço Pançov) Zərnigar - («Arvadımın əri», Xuqayev) Müxbir - («Bütün şərq bilsin», Oqtay Məmmədov) Vera- («Polad əridənlər», Bokaryev) Vanda - («İtkin ər», Əli Əmirli) Qəmər - («Xoşbəxt gün», Əli Əmirli) Müxbir- («Varlı qadın», Əli Əmirli) Bikə - («Vida marşı», F.Mustafayev) Mariya - («Qara qutu», F.Mustafayev) Cadugər - («Makbet», V.Şekspir) Qadın - («Tədbirə qarşı tədbir», B.Şekspir) Savka Xala - («Nazirin xanımı», Nuşic) Şlyapa - («Aktyor və krall», Qorin) İnzibatçı - («Əbləhlərin toyu», R.Əlizadə) Həqiqət – («Məkirlərin vəkilləri», R.Əlizadə) Culiya – («Siçan və pişik», R.Əlizadə) Qaz – («Tülkü həccə gedir», R.Əlizadə) Gülbəri– («Təzə gəlin», Ü.Hacıbəyov) Məşədxanım – («Pasport», R.Abdullayev Zülhədcə – («Tənha qovaq ağacı», C.Nurəddin) Cadugar-«Uzunburun cırtdan», Qrin qardaşları) Aparıcı – («Yaxşı padşahın nağılı», Anar) Yasəmən – («İnan mənə», A.İdrisoğlu) Nailə – («Axırı sakitlik», E.Hüseynbəyli) Cavan qız – («Labirint», E.Hüseynbəyli) Valeriya – («Ördək ovu», A.Vampilov) Ana – («Anamın gəlinlik paltarı», Ə.Bərəkət) Lyuba – («Vicdanın hökmü», H.Mirələmov) Kəndli – («Hekayəti-xırs-quldurbasan», M.F.Axundov) Missis Beduin – («Oliver Tvistin macəraları» Ç.Dikkens) Zəhra – («Mənim ağ göyərçinim» T.Vəliyeva) Xeyransa – («Buzovna kəndinin əhvalatları» Elçin) Nuhun qövmü – («Əlincə qalası» Dilsuz) == Filmoqrafiya == Sirr (teleserial, 2012) Ögey ata (film, 2013) Həyat varsa...
Elşad Fərəcullayev
Elşad İsa oğlu Fərəcullayev — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşad Fərəcullayev 3 yanvar 1984-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1990-1999-cu illərdə 17 nömrəli orta məktəbdə təhsil almışdır. == Hərbi xidməti == Elşad Fərəcullayev 2002-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2014-2018-ci illərdə MAHHX HQ kimi xidmətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi illərində === Azərbaycan Ordusunun əsgəri olan Elşad Fərəcullayev 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdır. Elşad Fərəcullayev 8 noyabr 2020-ci ildə Xankəndi döyüşləri zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Fərəcullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Fərəcullayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Fərəcullayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Füzuli Fərəcov
Füzuli Fərəcov (azərb. Fərəcov Füzuli Ataş oğlu; rus. Фараджев Физули Аташ оглы; 15 avqust 1958, Ağsu rayonu) — Texnika elmləri namizədi. "Texno‑Svar TMZ" ASC‑nin baş direktoru. Buranın füzelyajının yığımının iştirakçısı. İctimai Elmlər Akademiyasının həqiqi üzvü. == Həyatı == Fərəcov Füzuli Ataş oğlu 1958-ci il avqustun 15-də Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbuşağı kəndində çoxuşaqlı traktorçu ailəsində anadan olub. Hələ məktəbdə oxuyarkən o, fizikaya maraq göstərib. Odur ki, onillik təhsilini başa çatdırmaq üçün Bakıya gəlib, 1 saylı fizika-riyaziyyat təmayüllü internat-məktəbə daxil olub. Məktəbi bitirəndən sonra M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə qəbul imtahanlarını uğurla verən F. Fərəcovu rus dilini bilmədiyinə görə universitetə qəbul etməyiblər.
Fərid Fərəcov
Fərid Fərəcov (iqtisadçı) — iqtisadçı, iqtisad elmləri doktoru (1971), professor(1977). Fərid Fərəcov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Fərid Fərəcov (iqtisadçı)
Fərid Fərəcov (23 iyun 1927, Bakı – 19 aprel 2000, Bakı) — iqtisadçı, iqtisad elmləri doktoru (1971), professor(1977), Azərbaycan Respublikasının əməkdar iqtisadçısı (1972). Ə.S.Fərəcovun oğludur. == Həyatı == Azərbaycan Dövlət Xalq Təsərrüfatıİn-tunu (indiki İqtisad un-ti) (1949)və Azərb. Milli EA İqtisadiyyat bölməsinin (indiki İqtisadiyyat İn-tu) aspiranturasını (1953) bitirmiş, həmin vaxtdan burada kiçik və baş elmi işçi (1953-57), Bakı Ali Partiya Məktəbində konkret iqtisadiyyat kafedrasının müdiri (1957-76), Azərb. SSR Dövlət Plan Komitəsi sədrinin müavini və birinci müavini(1981-93), İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzində baş elmi işçi (1993 ildən)nvəzifələrində çalışmışdır. Sənayenin iqtisadiyyatına,onun inkişaf və sahə quruluşu, iqtisadi islahatların, texniki tərəqqinin, işin keyfiyyətinin ictimai istehsalın səmərəliliyinə təsiri, sənayenin idarə edilməsi problemlərinə dair tədqiqatların, o cümlədən bir neçə monoqrafiya və kitabın müəllifidir.
Fərid Fərəcov (professor)
Fərid Fərəcov (23 iyun 1927, Bakı – 19 aprel 2000, Bakı) — iqtisadçı, iqtisad elmləri doktoru (1971), professor(1977), Azərbaycan Respublikasının əməkdar iqtisadçısı (1972). Ə.S.Fərəcovun oğludur. == Həyatı == Azərbaycan Dövlət Xalq Təsərrüfatıİn-tunu (indiki İqtisad un-ti) (1949)və Azərb. Milli EA İqtisadiyyat bölməsinin (indiki İqtisadiyyat İn-tu) aspiranturasını (1953) bitirmiş, həmin vaxtdan burada kiçik və baş elmi işçi (1953-57), Bakı Ali Partiya Məktəbində konkret iqtisadiyyat kafedrasının müdiri (1957-76), Azərb. SSR Dövlət Plan Komitəsi sədrinin müavini və birinci müavini(1981-93), İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzində baş elmi işçi (1993 ildən)nvəzifələrində çalışmışdır. Sənayenin iqtisadiyyatına,onun inkişaf və sahə quruluşu, iqtisadi islahatların, texniki tərəqqinin, işin keyfiyyətinin ictimai istehsalın səmərəliliyinə təsiri, sənayenin idarə edilməsi problemlərinə dair tədqiqatların, o cümlədən bir neçə monoqrafiya və kitabın müəllifidir.
Fərid Fərəcov (əsgər)
Fərəcov Fərid Yaşar oğlu (11 noyabr 1998, Muğanlı, Ağcabədi rayonu – 20 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərəcov Fərid Yaşar oğlu, 11 noyabr 1998- ci ildə Ağcabədi rayon Muğanlı kəndində dünyaya göz açmışdır .Ailənin 3 uşağınnan ortancıl uşaq olan Fəridin özündən böyük qardaşı,kiçik olan bacısı var . 2005- ci ildə Ağcabədi rayon ,Muğanlı kəndində Sərvan Quliyev adında orta məktəbdə 1 - ci sinifə getmişdir . 2016-cı il eyni məktəbin 11 ci sinifini bitirmişdir . == Hərbi xidməti == Fərəcov Fərid ,məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır .2016-2017 ci illərdə Qusarda hərbi xidmətdə olmuşdur . Hərbi xidmətdə topcu olaraq fəaliyyət göstərmişdir. === İkinci Qarabağ müharibəsi === Sentyabr ayının 27- dən könüllü olaraq İkinci Qarabağ müharibəsinə yollanmışdır. Füzuli istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 20 oktyabrda həlak olmuşdur.Muğanlı kəndində dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Fərid Fərəcov, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Fərəc Yusifbəyli
Fərəc Adil oğlu Yusifbəyli (19 sentyabr 1956) — azərbaycanlı dövlət və siyasi xadim, Naxçıvan Ali Məclisinin II çağırış üzvü. == Həyatı == Fərəc Yusifbəyli 19 sentyabr 1956-cı ildə anadan olmuşdur. 1979-cu ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1979-cu ildə Babək rayonu Yuxarı Ozanoba kənd orta məktəbində müəllim olaraq çalışmağa başlamışdır. Daha sonra eyni məktəbdə riyaziyyat müəllimi olaraq işləməyə davam etmişdir. == Siyasi fəaliyyəti == Fərəc Yusifbəyli 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. O, Azərbaycan Xalq Cəbhəsi Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının sədr müavini və Babək Rayon Təşkilatının sədri olmuşdur. Fərəc Yusifbəyli Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olaraq 2000-ci il Naxçıvan Ali Məclisinə seçkilərə 23 saylı Şıxmahmud seçki dairəsindən qatılmışdır. Seçkiləri birinci tamamlayaraq II çağırış Naxçıvan Ali Məclisinin deputatı seçilmişdir. Fərəc Yusifbəyli 2004 tarixində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında təmsil olunsa da partiya rəsmi qeydiyyata 2005-ci ilin avqust ayında qeydiyyata alındığı üçün çağırış sonuna qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü sayılmışdır.
Fərəc bəy Ağayev
Fərəc bəy Ağayev (rus. Николай Николаевич Агаев; 4 dekabr 1814, Şuşa – 26 noyabr 1891, Tiflis) — çar ordusunun general-leytenantı. Həsən bəy Zərdabinin atası Səlim bəyin dayısı. Şamaxı ali ibtidai məktəbini əla qiymətlərlə bitirən Zərdabinin Tiflisdə təhsilini davam etdirməsində onun əvəzedilməz rolu olmuşdur. == Həyatı == General-leytenant Fərəc bəy Ağayev Qarabağın Şuşa şəhərində 1811-ci ildə adlı-sanlı bəy ailəsində dünyaya gəlib. İlk hərbi təhsilini Tiflis kadet korpusunda aldıqdan sonra 1837-ci ildə Qafqaz Əlahiddə Ordusunda müsəlman süvari polkunda xidmətə başlayıb. == Fəaliyyəti == Xidmətinin yeddinci ilində ən yaxşı qvardiya rotmistri Fərəc bəy eskadron komandiri kimi Peterburqa göndərilir. Peterburqda o, birinci Nikolayın xüsusi qvardiya kazak polkunda leybqvardiya komandiri vəzifəsinə təyin olunur. Elə burda da o, imperatorun və onun arvadı Mariya Aleksandrovnanın sevimlisi olur. Fərəc bəy Ağayev xidmətinin on ili ərzində polkovnik rütbəsinə kimi yüksəlir.
Fərəc bəy Hüseynbəyov
Fərəc bəy Hüseynbəyov (1882, Zəngəzur - 1959 Bakı) — xeyriyyəçi. == Həyatı == Fərəcbəy Feyzullabəy oğlu Hüseynbəyov 1882-ci ildə Zəngəzur mahalı, Mehri rayonunun Əldərə kəndində anadan olmuşdur. Hələ uşaq yaşlarından ata-anasmı itirmişdir. Maddi vəziyyətinin ağırlaşdığını görən Fərəcbəy evdən çıxıb çörək pulu qazanmaq üçün Bakıya gəlir. Balaxanı-Ramana neft mədənlərində ən ağır işlərdə işləməyə başlayır. Öz biliyi, çalışqanlığı və işgüzarlığı nəticəsində mədəndə müəyyən vəzifə sahibi olur. Əvvəllər prikazçik, böyük prikazçik, istismar üzrə mühəndis, sonralar sahə rəisi vəzifələrində işləmişdir. Ağsaqqalların dediklərinə görə, Fərəcbəy öz kəndindən, habelə Meğri rayonunun Nüvədi, Leyvaz və başqa kəndlərdən Bakıya gələn, evsiz-eşiksiz olan onlarla adamı işə düzəltmiş və çoxlarını da himayəyə götürmüşdür. Onun bu xeyirxahlığını nəvələri indi də ehtiramla danışıb yad edirlər. Respublikamızın neft sənayesinin inkişafındakı fəaliyyətinə görə F.Hüseynbəyov 1944-cü ildə "Qafqazın müdafiəsinə görə" medalı, 1947-ci ildə Azərbaycan Ali Sovetinin Fəxri fərmanı, 1947-ci ildə "Döş nişanı", 1951-ci ildə Lenin ordeni, "Böyük Vətən müharibəsində fəal əməyə görə" medalı ilə təltif edilmişdir.
Fərəc bəy Məliknamazəliyev
Məliknamazəliyev Fərəc bəy Kərbəlayı Mehdi bəy oğlu — Zəngəzur qəzasının rəisi, titulyar müşavir, repressiya qurbanı. == Həyatı == Fərəc bəy Məliknamazəliyev 1863-cü ildə Şuşa qəzasının Vərəndə sahəsinin Pirəhmədli kəndində anadan olmuşdu. Şuşa qəza məktəbini bitirəndən sonra dövlət idarələrində qulluğa başlamışdı. Öncə Tiflisdə Qafqaz canişinliyində tərcüməçi işləmişdi. Zaqatala sahəsində polis pristavı kimi çalışmışdı. Bir müddət də Qaryagin qəzasında işləmişdi. ADR dönəmində Zəngəzur qəzasının rəisi vəzifəsinə təyin olunmuşdu. Erməni basqınçılarına qarşı camaatın müdafiəsini təşkil etmişdi. Arxiv sənədlərində yazılır: "Cəbrayıl və Zəngəzur qəza rəisi Məliknamazəliyevdən teleqram. İngilis-Fransız nümayənədləri çıxıb getdikdən sonra dekabrın 10-da ermənilər müsəlmanların Şəbədiyə və beşinci sahənin başqa kəndlərinə hücum etdilər.
Fərəc yüzbaşı Xudayarlı
Fərəc yüzbaşı Xudayar yüzbaşı oğlu Xudayarlı (1839-?) - oba yüzbaşısı, xeyriyəçi, el ağsaqqalı. == Həyatı == Fərəculla Xudayar yüzbaşı oğlu 1839-cu ildə Şuşa qəzasının Vərəndə sahəsinin Xudayarlı оbasında anadan оlmuşdu. Mоlla yanında оxumuşdu. Ailədə qısaca "Fərəc" çağrıldığından оbada da bu adla tanınmışdı. Atasından sоnra оbalarına yüzbaşılıq еtmişdi. == Ailəsi == Fərəc yüzbaşı Mahpəri xanımla və Xanımnisə xanımla evlənmişdi. Xanalı, Dünyamalı, Bəyalı, Əziz adlı оğulları, Hürü, Mələк və Zеynəb adlı qızları vardı. Fərəc yüzbaşının törəmələri Fərəcov, Fərəcli soyadlarını daşıyırlar. == Mənbə == Ənvər Çingizoğlu. Yük üstü çadırlı, yük altı qatırlı oba: Xudayarlı, "Soy" dərgisinin özl nəşri, Bakı, 2005.
Fərəc Əhməd Nəcməddin
Fərəc Əhməd Nəcməddin və ya Molla Krikar (kürd. مەلا کرێکار , Krêkar; ərəb. ملا كريكار‎, Mulla Krikar) — kürd islamçı, cihadçı, "Ənsarül-İslam" terror təşkilatının lideri. 1991-ci ildə ailəsi ilə birlikdə İraqdan qaçqın olaraq Norveçə köşmüşdür. Onun həyat yoldaşı və uşaqları Norveç vətəndaşlığını almışlar. İraq Kürdüstanının liderləri dəfələrlə Molla Krikarın ekstradisiyasını tələb etmişdir, lakin o, Norveçdə həbsxanada saxlanılır və internet vasitəsilə "Ənsarül-İslam"a rəhbərlik edir.
Fərəcabad (Ərdəbil)
Fərəcabad (fars. فرج اباد‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 76 nəfər yaşayır (20 ailə).
Fərəcan
Aşağı Fərəcan
Fərəcov
Fərəcov — Azərbaycanda daha çox işlədilən soyad. Fərid Fərəcov — iqtisadçı, iqtisad elmləri doktoru (1971), professor(1977) Ənvər Fərəcov Ənvər Fərəcov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər Fərəcov — yazıçı, publisist, geneoloq. Fərəc Fərəcov Fərəc Fərəcov (aktyor) — Azərbaycan aktyoru və rejissoru. Fərəc Fərəcov (memar) — Azərbaycan SSR Əməkdar memarı. Cəmil Fərəcov — Rejissor, ssenari müəllifi Əbdürrəhman Fərəcov —aktyor. Anar Fərəcov — aktyor. Sərdar Fərəcov — Azərbaycan bəstəkarı, Azərbaycan Bəstəkarlar İttifaqının katibi. Ədalət Fərəcov — Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor. Nazim Fərəcov — Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
Fərəculla Helu
Fərəculla Helu (1906-26 iyun 1959) — Livan kommunisti, LKP-nın baş katibi. == Həyatı == Fərəculla Helu 1906-cı ildə yoxsul kəndli ailəsində anadan olmuşdur. O zaman Livanın sadə adamlarının həyatı dözülməz dərəcədə ağır idi. Ölkə Osmanlı imperiyasının əyaləti idi. Xalq öz əməyinin bəhrəsini yerli feodallara və türk canişinlərinə verərdi. Minlərlə livanlı yurdundan didərgin düşüb, okeanın o tayına xoşbəxtlik axtarmağa gedərdi. Fərəcullanın iki böyük qardaşı da anaları ilə bərabər o taya gedir. Üç yaşlı Fərəculla böyük bacısının nəzarəti altında böyüyür. Coşqun hadisələr ölkəni lərzəyə gətirir. Livan xalqı suriyalı qardaşları ilə ələlə verib, türk zülmünə qarşı mübarizə aparır.
Fərəculla bəy Uğurlubəyov
Fərəculla bəy Uğurlu bəy oğlu Uğurlubəyov (12 avqust 1801, Şuşa – 1871) — Qarabağ bəylərindən, Mehdiqulu xanın əyanı, hərbi xadim,çar ordusunun polkovniki. == Həyatı == Fərəculla bəy Uğurlu bəy oğlu 1801-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Bir müddət Mеhdiqulu xanın baş cəlladı olmuşdu. Xanla birgə Qacar imperiyasına qaçmaq istəyərkən yaxalanmışdı. Həbsdə yatdıqdan sonra atasının xahişi ilə dustaqlıqdan azad olunmuşdu. Ailəsi Şuşa şəhərindən olan əsilzadə ailələrdən biri olmuşdur. Fərəculla bəyin atası Uğurlu bəy Qarabağ xanı Mehdiqulu xanın yanında xidmət edən sərkərdələrdən biri olmuşdur. Fərəculla bəyin qardaşı Rəhim bəy mayor, İbrahim bəy və Həsən bəy praporşik kimi Çar ordusunda xidmət etmişdirlər. Fərəculla bəy hərbi xidmətə Birinci Süvari Müsəlman Alayında başlamışdır.

Digər lüğətlərdə