Esen Güler
Esen Güler ya da daha çox tanınan səhnə adıyla Kolera (23 sentyabr 1983, İstanbul), Türk repçi.
== Həyatı ==
İstanbulda anadan olub. Ata tərəfi Bolqarıstandan, anası tərəfi isə Bosniya və Herseqovinadandır. Turizm və Otelçilik fakültəsini bitirib. O, 2006-cı il avqustun 1-də həm də rep ifaçısı olan Saqopa Kajmerlə evlənib və 2017-ci il noyabrın 20-də boşanıblar.