HERMENEVTİKA

[yun. Hermeneuo – aydınlaşdırıram] – məqsədi mətnin obyektiv [sözlərin qramatik mənaları və tarixən şərtlənmiş variantları] və subyektiv [müəlliflərin niyyəti] əsasları-na görə mənasını müəyyən etmək olan şərh məharəti nəzəriyyəsi.
HERMENEVTİKA
HERMETİZM
OBASTAN VİKİ
Hermenevtika
Hermenevtika (yun. hermeneuo — aydınlaşdırıram) — təfsir (şərh) nəzəriyyəsi və metodikası. Xüsusilə də dini və fəlsəfi mətnlərin, müdrik ədəbiyyatların şərh (təfsiri) edilməsi hermenevtika adlanır. Hermenevtika mətnin obyektiv (sözlərin qrammatik mənaları və tarixən şərtlənmiş variantları) və subyektiv (müəlliflərin niyyəti) əsaslarına görə mənasının müəyyən etmək olan şərh məharəti nəzəriyyəsidir. Ellinizim dövründə klassik mətnlərin (məs. Homerin) izahı və tədqiqi ilə əlaqədar meydana gəlmiş və sonradan dini kitabların şərhi çərçivəsi daxilində inkişaf etdirilmişdir. XIX əsrdə mətnin mənasının predmeti, hüdudları ilə məhdudlaşdırılmayan "sərbəst" Hermenevtikanın inkişafı başlayır. Dilteydə Hermenevtika ictimai elmlərin tarixi xadimlərin subyektiv niyyətlərinə əsaslanaraq ictimai hadisələrin "başa düşülməsini" təmin edən spesifik metoduna çevrilir. Burada "başa düşülmə" təbiətşünaslıqdakı abstraklaşdırma ilə və ümuminin, qanunun müəyyən edilməsi ilə bağlı "izaha" əks qoyulur. XX əsrdə Hermenevtika tədricən əvvəlcə ekzistensializm çərçivəsində (Haydegger), sonra isə fəlsəfi Hermenevtikanın özündə fəlsəfənin metedoloji əməliyyatlarından biri kimi formalaşır.

Digər lüğətlərdə